Bu JSON faylı soz6.com saytından toplanmış, seçilmiş və wiki dəyərində qiymətləndirilmiş 321 entry-dən ibarətdir. Fayl təlim, analiz və məzmun sintezi məqsədləri üçün istifadəyə uyğundur.
Created
May 29, 2025 10:28
-
-
Save Miri92/1c5ffc26ebcf1a203cf8951c04ea6bc8 to your computer and use it in GitHub Desktop.
soz6.com wiki entry-lər – Chunk formatda ChatGPT üçün (321 entry)
This file contains hidden or bidirectional Unicode text that may be interpreted or compiled differently than what appears below. To review, open the file in an editor that reveals hidden Unicode characters.
Learn more about bidirectional Unicode characters
--- CHUNK 1 START --- | |
[ | |
{ | |
"id": 185, | |
"title": " \n tarixin ən böyük umbaylamaları ", | |
"content": "1998-ci ildə bir fransız bəsit formada intihar etmək yerinə, mürəkkəb və yardıcı üsula əl atır. dəniz sahilində yüksək bir uçurumun başına çıxıb boynuna ip keçirir, ipi də bir qayaya bağlayır. ardından zəhər içir və özünü yandırır. amma yenə də dayanmır, uçurumdan tullanarkən özünü tapança ilə başından vurur! aa, o da nədir?! güllə ondan yan keçir və kəndiri kəsir, nəticədə adam dənizə düşəndə qayadan asılı qalmır və boğulmaq planı da \"suya düşür\". soyuq su yanan paltarını nəinki söndürür, üstünə üstlük həm də adamı şoka salır və adam udduğu zəhəri qusur. bir balıqçı tərəfindən sudan çıxarılaraq xəstəxanaya aparılan adam hipotermiya səbəbindən xəstəxanada ən ali arzusuna qovuşur və canını tapşırır." | |
}, | |
{ | |
"id": 186, | |
"title": " \n tarixin ən böyük umbaylamaları ", | |
"content": "Çin x.c. Lideri mao zedongun böyük və güclü kənd təsərrüfatına dayanan bir cəmiyyət yaratmaq istəyi olur. Sonra mao ya xəbər çatırki sərçələr sahələrdəki əkinlər ilə qidalanır buna görədə məhsuldarlıq gözlənəndən aşağı olur hər il. Belə birşeyi eşidən hər avtokrat lider kimi oda absürt fantastik bir fikir deyir. Gəlin bütün ölkə birləşib sərçələri öldürək hətta bunun qarşılığında mükafat və s. qoyurlar Bütün işçilər-əsgərlər örgütlənir mao nun istəyi ilə və tüfənglərlə - sapanlarla - daşlarla qısaca kimin nəyə gücü çattı başlayırlar sərçələri öldürməyə. Buna görə ölkənin həryerində çoxlu propaqanda edirlər və broşurlarda yapıştırırlar həryerə paylayırlar və s. Axırda məlum olurki sərçələr əkin sahələrindəki zərərli həşəratları yediyi üçün tam tərsinə daha çox xeyir verirmiş. Sərçələrinin nəslinin kəsilməsi sahələrdə zərərli həşəratların çoxalıb əkinlərin zibilə dönməsinə səbəb olur rəsmi rəqəmlər olmasada 3il dəvam edən qıtlığa səbəb olur 100minlərlə insan həyatını itirməli olur. \n(bax: Mao tsedun) \n (baxma: Çin xalq cümhuriyyəti)" | |
}, | |
{ | |
"id": 187, | |
"title": " \n tarixin ən böyük umbaylamaları ", | |
"content": "Bir neçəsini də futbol tarixindən yazım.\n\n1. 1995-ci ildə Blackburn Rovers sahibinin zidanı almaq şansı varkən \"Zidanı neynirik bizim Sherwoodumuz var\" transferdən imtina etməsi.\n\n2. Carlos Kaiser adlı brazilyalı qardaşın klubları şeyinə sarıyıb 10 illik karyerası ərzində bir oyuna belə çıxmadan flamengo, fluminense, vasco de gama da daxil llmaqla 9 ayrı klubla kontrakt imzalamış olması. Adamın ən ləzət eliyən söhbəti futbolçu olmaq istəyirəm, amma futbol oynamaq istəmirəmdi. Deməli bu məhşur futbolçularla dostlaşıb, özünə babat network qurub, jurnalistlərlə dostlaşıb özü haqqında yalançı xəbərlər hazırladıb, komanda ilə müqavilə bağladıqdan sonra fiziki idmanlarda bomba kimi iştirak edib, toplu məşqlər gələndə isə müxtəlif zəde bəhanələri gətirərək oynamaqdan yayınıb. Açın oxuyun möhtəşəm insandır.\n\n3. Ali dianın bir oyunluq southamptonda oybaması. Bu vəhşi də dostunun başın bişirib, tarixdə ilin ən yazşı oyunçusu adını qazanmış george weah adı ilə graham sounnese zəng vurdurub, dedizdirib ki, bəs bu ali dia mənim qohumumdu, bomba oyunçudur, al bunu, sonra gəlib məni öpərsən. Bu mallar da inanıb alıblar. Cəmi bir oyunda bir neçə dəqiqəlik oyunda qala bilib, oyuna girən kimi pox olduğunu anlayıb çıxarıblar. Le tissier bunun barədə danışanda deyib ki, buz üstündə gəzən bambiyə baxmaq kimiydi, gözümdən qan gəldi\". Za to soxub bulara babat adam.\n\n4. Italiyanın 1968 avropa çempionatı finalına püşkatma nəticəsində çıxması. O vaxt hələ penal söhbəti olmadığına görə, ekstraları da 0-0 bitən matçın sonunda ssri püşkatmada uduzan tərəf olur.\n\n5. Canisarezin 2002 dünya çempionatını ayağına balaca bir butılka salıb tendonunu zədələdiyinə görə qatıla bilməməsi\n\n6. Milanın çempionlar liqasını ilk hissəni 3-0 öndə bitirməsinə rəğmən liverpoola uduzması.\n\n7. 2006 dünya çempionatında referi Graham Poll-un Avstraliya xorvatiya oyununda simuniçə 3 sarı kart göstərməsi.\n\n8. 1930 dünya çempionatında argentina urugvay oyununda məşqçinin beyni çönür cumur hakimin üstünə ki spor eləsin, əlindəki çantadan açılıb tökülən Xloroformdan ürəyi gedib yıxılır.\n\n9. Luciano Re Cecconinin zarafat ucbatından öldürülməsi. Laziolu yarımmüdafiəçi bir zərgərlik dükanına zarafat üçün girib qışqırıb ki, əllər yuxarı bu bir oğurluqdur. Mağaza sahibi də çıxarıb gülləni qoyub lobundan ki ala zarafat blet." | |
}, | |
{ | |
"id": 188, | |
"title": " \n tarixin ən böyük umbaylamaları ", | |
"content": "(baxma: Emu savaşı)\n\nNə qədər gülməli səslənsə də, 1932-ci ildə avstraliyada emularla avstraliya ordusu arasında baş vermiş və nəticədə avstraliya qalib gələ bilməmişdir. \n\nDeməli 1-ci dünya müharibəsinin ardından avstraliya höküməti müharibə veteranlarına torpaq sahələri ayırır ki, əkin biçinlə məşğul olsunlar, birtəhər iqtisadi böhrandan çıxsınlar. Söz verilən subsidiyalar və s. Onsuz da vaxtında verilmir, məhsulu istədikləri şəkildə yığa bilmirlər, buğda qiymətləri aşağı düşür, üstəlik cütləşmə sezonunun ardından materikin daha içlərinə doğru köç edən 20,000 civarında emu yetim fermerləri olan qalan məhsuluna da ziyan verməyə başlayıblar. Üstəlik çəpərlərdə açdıqları deşiklərdən keçən dovşanlar da əlavə ziyanxorluqla ediblər. Axırı fermerlər yalvar yaxar birtəhər dönəmin müdafiə nazirini razı salıblar ki, emuları öldürməkdə onlara yardımçı olsunlar. Nazirin bircə şərti olur ki, silahlar hərbiçilər tərəfindən istifadə olunmalıdır. \n\nNəticədə bir mayor, bir neçə əsgər, lewis pulemyotları və 10000 güllə ilə döyüş meydanına yollanıb. Daha gülməlisi bundan sonra başlayır. əvvəlcə ağır yağışa görə təxirə salınan əməliyyat, daha sonra lewis pulemyotlarının atış məsafəsinin kifayət qədər olmamasına, quşların çox dağınıq olmasına görə çox az sayıda emu öldürülə bilir. Bir neçə gün sonra hardasa 1000-ə yaxın emunun bir yerə cəmləşmiş olduğunu öyrənib ora gedirlər, gizlənib emuların atış məsafəsinə yaxınlaşmasını gözləyirlər, quşlar kifayət qədər yaxında olduqda isə bu dəfə də silahlar ilişir və cəmi 12 quş öldürə bilirlər. Bundan sonra dahi mayorun ağlına pulemyotu pick-upın arxasına bərkitmək gəlir ki, guya hərəkətdə daha çox quş öldürəcəklər. ərazi o qədər nahamar olur ki, əsgər hətta bir güllə bilə ata bilmir. 6 günün sonunda 2500 güllə istifadə olunmuş, bir mənbəyə görə cəmi 50, başqa bir mənbəyə görə 200-500 arası emunun qətlə yetirildiyi deyilir. Bu qədər mallıqla 50 rəqəmi mənə daha inandırıcı gəlir. \n\nOrnitoloq Dominic Serventy də bu qısa müharibənin ardından ordu ilə babat məzələnib: “Emu komandanlığı açıq şəkildə partizan taktikaları ilə idarə olunurdu və böyük ordu qısa müddətdə azsaylı kiçik qruplara bölünərək mübarizə apardı ki, bu da bizim hərbi texnikamızın səmərəli istifadəsinin qarşısını aldı. Dağılmış ordu bir Aydan sonar geri çəkilməyə məcbur oldu. \n\nMubaribədən qayıdandan sonar Umbay mayor özü isə emuların döyüş meydanında göstərdiyi şücaətə heyran qaldığını gizlədə bilməyib və deyib ki, onlar pulemyotlara qarşı tanklar kimi gəlirdilər. \n\nBir neçə gündən sonra, yenindən daha yaxşı pulemyotçularla qayıdan ordu, daha çox emunu öldürməyə nail olur. Hətta bir gündə 9,860 güllə ilə 986 emu öldürdüklərini iddia edirlər. bu da bir emuya 10 güllə deməkdir. Hardan baxsan yenə umbayca hərəkət. Bundan sonra da illər ərzində bu problem davam edib ta ki, hündür və emular üçün keçiləz səddlər çəkilənə qədər. Bu heyvanlara qarşı onsuz da simpatiyam var idi. Bu söhbəti birinci dəfə oxuduqdan sonar o boyda milləti şeyinə sarıdığı üçün daha da sevdim." | |
}, | |
{ | |
"id": 189, | |
"title": " \n tarixin ən böyük umbaylamaları ", | |
"content": "1959- cu ildə kubadakı inqilabda fidel castronun möhkəmlənməsi və yeni yaranmış sosialist ölkənin soyuq müharibə fonunda ssri rəhbəri nikita xruşşovla əla gedən diplomatik danışıqları john kennedy amerikasını narahat etməyə bilməzdi. \nkennedi artıq iki il idi ki, kuba ordusunu minimum itki verməklə qəfil zərərsizləşdirməyin planlarını qururdu. \nnəhayət 1961- ci il aprel ayının 19- unda qəfil hücum planının reallaşdırılmasına qərar verildi. \n\nplan sadə idi. amerika quru qoşunları olan \"2506- cı briqada\" kubaya çatar- çatmaz 6 ədəd \"b 26\" döyüş təyyarələri də orada olmalı idilər. \nbriqada kubaya çatdısa da, nikaraquadan kubaya uçmalı olan amerika hərbi hava qüvvələri nikaraquanın kubadan 1 saat geri olduğunu unutdu. \nnəticədə briqadanı elə bu bir saatın içində mütəşəkkil inqilab ordusu nəyi var qamçıladı. -*\niçlərində sözlük yazarlarının çox sevdiyi che gueveranın da olduğu kuba ordusunun mütləq qələbəsi kennedy- nin planını bu xırda saat fərqi səbəbi ilə iflasa uğratdı.\nsağ qalan amerikanların aqibəti isə, kuba zindanları olmuşdu təbii." | |
}, | |
{ | |
"id": 190, | |
"title": " \n pair programming ", | |
"content": "proqramlaşdırmada iki proqramçının eyni kompüterdə (və ya eyni kod bazasında) birlikdə işlədiyi bir əməkdaşlıq metodudur. Bu, Agile və XP (Extreme Programming) metodologiyalarında çox istifadə olunur.\n\nAdından da göründüyü kimi, bu üsulda iki proqramçı bir “cüt” (pair) şəklində kod yazır:\n\n\n1. Driver\n- Klaviaturanı idarə edən şəxsdir.\n\n- Kod yazır və texniki detallara fokuslanır.\n\n2. Observer \/ Navigator\n- Kod yazmır, əvəzində:\n\n- Məntiqi yoxlayır,\n\n- Problemə böyük kontekstdən baxır,\n\n- Strategiya və yönləndirmə verir.\nSonra rollar dəyişir, məsələn hər 20–30 dəqiqədən bir.\n\nPair Programming-in Faydaları:\nÜstünlük\tİzah\nİki nəfərlik diqqət\tDaha az səhv, daha təmiz kod\nBilgi paylaşımı -\tJunior və senior-lar arasında öyrənmə prosesi\nReal-time feedback - Dizayn və yanaşmalar dərhal müzakirə olunur\nKodun keyfiyyəti artır - Refaktor və testləşdirmə prosesləri təkmilləşir\nKomanda əlaqəsi güclənir - İnsanlar bir-birini daha yaxşı tanıyır və başa düşür\n\nRemote Pair Programming necə olur?\nVisual Studio Live Share\n\nTuple, CodeTogether\n\nGoogle Meet + shared IDE\n\nVS Code + GitHub Codespaces" | |
}, | |
{ | |
"id": 191, | |
"title": " \n forex terminləri ", | |
"content": "(baxma: Pip) - Qiymət dəyişikliyi üçün ən kiçik vahid (məsələn: 0.0001)\n\n(baxma: Lot) - Treyd ölçüsüdür (1 standart lot = 100,000 vahid)\n\n(baxma: Spread) - Bid və Ask qiymətləri arasındakı fərq\n\n(bax: Leverage) \n - Kiçik kapital ilə böyük treyd açmaq imkanı\n\n(baxma: Margin) - Leverage ilə treyd üçün tələb olunan minimum məbləğ\n\n(baxma: Stop Loss) - Zərərdən qorunmaq üçün təyin olunan çıxış nöqtəsi\n\n(baxma: Take Profit) - Gəlir əldə edildikdə avtomatik bağlanan nöqtə\n\n(baxma: Buy) - Qiymətin artacağına inanaraq alış əməliyyatı (long)\n\n(baxma: Sell) - Qiymətin düşəcəyinə inanaraq satış əməliyyatı (short)\n\n(baxma: Bid) - Alıcıların hazır olduğu maksimum qiymət\n\n(bax: Ask) \n - Satıcıların istədiyi minimum qiymət\n\n(bax: Broker) \n - Treyd əməliyyatlarını həyata keçirən vasitəçi şirkət\n\n(baxma: Balance) - Hesabda olan sabit pul miqdarı (açıq treydlərsiz)\n\n(baxma: Equity) - Hesabın ümumi dəyəri (balance + açıq treydlərin nəticəsi)\n\n(baxma: Free Margin) - Yeni mövqe açmaq üçün sərbəst qalan vəsait\n\n(baxma: Margin Call) - Margin azaldıqda brokerin xəbərdarlığı\n\n(baxma: Drawdown) - Hesab balansının maksimum azalma faizi\n\n(bax: Swap) \n - Mövqeyi gecəyə saxlamaq üçün ödənilən və ya alınan faiz\n\n(baxma: Slippage) - Gözlənilən qiymət ilə faktiki icra qiyməti arasındakı fərq\n\n(baxma: Commission) - Broker tərəfindən alınan əməliyyat haqqı\n\n(baxma: Volatility) - Qiymətin dəyişmə intensivliyi\n\n(baxma: Liquidity) - Bazarın alım-satım asanlığı və sürəti\n\n(baxma: Hedging) - Riskləri minimuma endirmək üçün əks mövqe açmaq\n\n(bax: Scalping) \n - Sürətli və kiçik gəlirli treyd strategiyası\n\n(baxma: Day Trading) - Gün içində açılıb bağlanan mövqelər\n\n(baxma: Swing Trading) - Bir neçə gün və ya həftəlik mövqelərlə treyd\n\n(baxma: Position Trading) - Aylarla davam edən uzunmüddətli mövqelər\n\n(baxma: Fundamental Analysis) - İqtisadi xəbərlərə əsaslanan analiz\n\n(baxma: Technical Analysis) - Qrafik və indikatorlara əsaslanan analiz\n\n(baxma: Indicators) - RSI, MACD kimi treyd qərarına kömək edən alətlər\n\n(baxma: Price Action) - Yalnız qiymət hərəkətinə əsaslanan analiz metodu\n\n(baxma: Support) - Qiymətin tez-tez dayandığı aşağı səviyyə\n\n(baxma: Resistance) - Qiymətin keçə bilmədiyi yuxarı səviyyə\n\n(baxma: Breakout) - Dəstək və ya müqavimətin qırılması\n\n(bax: Trend) \n - Qiymətin ümumi istiqaməti (yuxarı, aşağı, yan)\n\n(baxma: Retracement) - Ana trendə qarşı qısa müddətli düzəliş\n\n(baxma: Fibonacci Levels) - Dəstək və müqavimət təyin etmək üçün istifadə olunan səviyyələr\n\n(baxma: Moving Average) - Qiymətin orta göstəricisi (MA)\n\n(baxma: RSI) - Qiymətin artıq alınmış və ya satılmış olduğunu göstərən göstərici\n\n(baxma: MACD) - Trendləri və gücünü göstərən texniki indikator\n\n(baxma: News Trading) - İqtisadi xəbərlərə əsaslanaraq treyd etmək\n\n(bax: NFP) \n - ABŞ-da işsizliklə bağlı vacib xəbər (Non-Farm Payrolls)\n\n(baxma: GDP) - Ölkənin ümumi iqtisadi güc göstəricisi (ÜDM)\n\n(bax: CPI) \n - İstehlak qiymət indeksidir, inflyasiyanı göstərir\n\n(baxma: Interest Rate) - Mərkəzi bankın təyin etdiyi faiz dərəcəsi\n\n(baxma: Central Bank) - Məsələn, FED və ya ECB – pul siyasətini idarə edən qurum\n\n(bax: Sentiment) \n - Bazarda ümumi psixoloji vəziyyət (bullish\/bearish)\n\n(baxma: Risk\/Reward Ratio) - Treyddə risk və qazanc nisbəti\n\n(baxma: Trailing Stop) - Qiymət irəlilədikcə stop-loss səviyyəsinin arxasınca hərəkət etməsi\n\n(baxma: Backtesting) - Strategiyanın keçmiş verilər üzərində yoxlanması\n\n(bax: HFT) – High-Frequency Trading: Saniyənin mində birində minlərlə əməliyyat edən alqoritmik ticarət növüdür. Sürət və texnologiya əsas rol oynayır.\n\n(baxma: algo trading) – Algorithmic Trading: Qaydalar və göstəricilər əsasında avtomatik şəkildə treyd əmrləri yerinə yetirən sistemlərdir. Emosiyadan uzaq, qaydalara əsaslanır.\n\n(baxma: meta trader 5) – MT5: Forex və digər maliyyə bazarlarında ticarət üçün istifadə olunan məşhur platformadır. MT4-dən fərqli olaraq daha çox funksiyaya malikdir, məsələn, çox bazarlı dəstək.\n\n(baxma: mql5) – MetaQuotes Language 5: MetaTrader 5 üçün xüsusi proqramlaşdırma dilidir. EA (Expert Advisor), indikator və skriptlər yazmaq üçün istifadə olunur.\n\n(bax: scalping) – Kiçik zaman aralığında (məsələn, M1, M5) çox sayda sürətli treyd açaraq kiçik qazanc hədəfləyən strategiyadır. Tez-tez al-sat və aşağı risklə işləyir.\n\n(baxma: Backtesting) – Hazırlanmış strategiyanın keçmiş bazar məlumatlarında yoxlanması prosesidir. Strategiyanın tarixdə necə nəticə verdiyini göstərir.\n\n(baxma: Expert Advisors) – MT4 və MT5 üçün yazılmış avtomatlaşdırılmış treyd botlarıdır. Strategiyanı insan müdaxiləsi olmadan həyata keçirə bilir.\n\n(baxma: quantitative trading) – Statistik modellər və riyazi analizlərə əsaslanan treyd strategiyasıdır. Data analizinə, backtest nəticələrinə və süni intellektə əsaslana bilər.\n(baxma: CFD) - Contract for Difference - “Fərqə görə müqavilə” deməkdir. Bu, bazardakı qiymət dəyişikliyinə əsaslanan bir razılaşmadır. Sən fiziki aktiv (məsələn, qızıl, neft, səhmlər) almırsan, sadəcə qiymətin qalxacağı və ya düşəcəyi barədə proqnoz verirsən." | |
}, | |
{ | |
"id": 192, | |
"title": " \n r-kompleks ", | |
"content": "ikinci dünya savaşından sonra bir çox alimi bir sual narahat edirdi:\n\nafrika və cənubi amerikanın inkişaf etməmiş cəmiyyətlərində rast gəlinən ilkəl ruh halı necə oldu da, italiya və almaniya kimi elmə, incəsənətə və fəlsəfəyə qatqıları olmuş bir mədəniyyətdə də ortaya çıxmışdı? xüsusilə kant, hegel kimi filosofları, eynştein kimi alimləri, goethe kimi yazarları, wagner kimi böyük bəstəkarları yetişdirən alman cəmiyyəti necə oldu da hitler kimi birinin arxasından gedərək 20 milyon insanın ölməsinə səbəb oldu? hitler onlara nə etmişdi də məntiqlərindən istifadə edə bilmirdilər? \n\nəslində isə əsl sual bu idi: məntiqli insanların məntiqsiz davranmağa başlamasına səbəb nə idi? \n\nbu sualın cavabını uzun bir müddətdən sonra araşdırmacı mac lean, “r-kompleks”, yəni ilkəl sürünənlərin məntiqi ilə açıqladı. adını da onsuz r ingiliscədə reptile yəni sürünənlər kompleks qarmaşıq ruh halını təmsil edən complex sözlərindən götürmüşdür.\n\nbəs r-kompleks əslində nədir?\n\nr-kompleks beyində bir bölgənin adıdır. mac lean-ə görə beynin 3 əsas bölgəsindən biri olsan r kompleksi ən ilkəl olanıdır və təkamül ilərlədikcə azalar, insanlarda böyük bir qismi beyin qabığı tərəfindən örtülər.\n\nbu ilkəl beyin adı bizə aşağılayıcı kimi görünsə də həyatda qalma instiktinin mərkəzidir. beynin bu bölgəsini ağıl və məntiq deyil də, daha çox instiktlər idarə edər. bu instinktlərin birinci öncəliyi ölməməkdir. ikincisi isə çoxalmaqdır. əslindı bu bölgənin verdiyi əmr sadədir: “həyatda qal və çoxal.” \n\nbeynimizdəki r-kompleks ilan, kərtənkələ kimi sürünənlərin beyni ilə çox oxşardır. amma yaxşı xəbər isə odur ki, r-kompleks insan beyninin bir hissəsini sürünənlərin beyninin isə tamamını təşkil edir. macleanın müşahidələrinə görə bu ilkəl beynin xarakteristikaları aşağıdakılardır:\n\n1. düşünməz, avtomatik və instinktlərə əsasən hərəkət edər.\n\n2. hərəkətləri təkrarlara əsaslanır, vərdiş halını alar. \n\n3. yeni şeylər öyrənməyə qapalı, dəyişimə olduqca qarşıdırlar. \n\nbu r-kompleksinin beynimizdəki yeri beyin sapıdır. beynimizlə bədənimizin birləşdiyi yerdə yerləşən bu beyin sapı həmçinin diqqətin də mərkəzidir. çox əhəmiyyətli bir yerdə yerləşdiyinə görə r-kompleks nə zaman hərəkətə keçsə, ağıl və məntiq artıq istifadə edilə bilməz. normal vaxtlarda düşünmə, planlamaq, qərar almaq kimi işlər görən beynimiz utanc verici də olsa təhlükə anında düşünən beynimizi bir kənara buraxıb bütün ipləri nu ilkəl beynimizə verər. ən təhlükəli anlarda düşünə bilməməyimizin də əslində səbəbi budur.\n\nbaşdakı sualımıza dönsək artıq onu bilirik ki, hitler almanların beynindəki r-kompleks hissəsini aktiv hala gətirmişdir və bunu təkcə hitler yox tarixdə yüzlərlə lider etmişdir.\n\nbəs bu liderlər buna necə nail olurdular? \n\naraşdırmalara görə, insan beynində r-kompleksin aktiv hala gətirilməsi üçün əsas 2 yol var.\n\n1. bir qrupa daxil etmək. insanları “biz və onlar” şəklində ayırmaqdır. şübhəsiz, bir-biri ilə əlaqələri güclü olan qruplara daxil olan insanlar bir müddət sonra düşünməkdən, ağlını istifadə etməkdən uzaqlaşar, çünki buna gərək olmaz.\n\n2. əlbəttə, qorxu ilə. əgər bir oğru banka girib silahını çıxardıb havaya atəş açsa o an təhsil səviyyələrindən asılı olmayaraq hər kəs yerə uzanacaq və beyinlərindəki r-kompleks aktiv hala gələcək. bunu yaxşı bilən liderlər də eyni şeyi edirlər. bir xarici düşmən göstərərək qorxuya əsaslanan bir siyasi propaqanda ilə insanları r-kompleks səviyyəsinə gətirirlər. əgər gerçək düşmənlər yoxsa belə xəyali xarici düşmənlər yaradırlar.\n\nbunu etmək üçün 3 üsuldan istifadə edirlər:\n\n1. düşmən göstər.\n\n2. mübarizə duyğusunu qışqırt.\n\n3. düşündürmə. \n\ndaima münaqişələr yaratkı tərəflər düşünə bilməsinlər. insanların ağlına deyildə instinktlərimə xitab et.\n\nbəs cəmiyyət “r-kompleks” liderlərində nə tapırlar?\n\naraşdırmalara görə, əsl həyatlarında uduzan, zəif, kompleksli insanlar zənn edirlər ki, bu cür gücü və iqtidarı təmsil edən liderlər üzərindən, onları əzən müdirlərindən, üst siniflərindən intiqam alırlar.\n\nr-kompeksə xitab edən liderlərin ən böyük sirri özlərini bir “intiqam vasitəsi” təqdim etməkdir. onlar daima uduzanlara oynayaraq qazanarlar. \n\nmesajları belədir: “mən də sənin kimiyəm, lakin sənin olmadığın bir yerdəyəm, seçiminlə mənə güc ver, mən də sənin nifrət etdiyin hər kəsdən əvəzini çıxım.”\n\nbu tip liderlər asanlıqla iqtidara gələ bilərkən, gedişlərində böyük problemlər çıxardarlar. çünki iqtidarlarından pisə istifadə edərək özlərindən başqa alternativ olmamağa çalışarlar. bu tip liderlər deyə bilərik ki cəmiyyətlər üçün zəka testidir.\n\nyazıda mümin sekmanın və sedat şenermanın yazılarından istifadə olunmuşdur" | |
}, | |
{ | |
"id": 193, | |
"title": " \n işə yarayan internet saytları ", | |
"content": "1) 10 minute mail ( Sizə 10 dəqiqəlik mail hesabı açır, qeydiyyatdan keçmədən bir çox yerdə bu mail hesablarını istifadə edə bilərsiniz)\n2) Removebg (Remove Image Background) (fotonun arxa planını tənzimləyir, Videolar üçün olanı - Remove Video Background)\n3)Hemingway - ingiliscə yazdığın bir məqalədə səhvlərini tapır, səhvlərini düzəltməyə yardımcı olur.\n4)IDPhoto4You - Create your own passport size photo online for free ! ( Passport və başqa sənədləriniz üçün lazım olan şəkli istənilən ölçüdə hazırlayır )\n5)Loader.to - youtube'dan videoları tərtəmiz yükləyir\n6)informationisbeautiful.net - İzlədiyiniz filmlərin dəqiqə dəqiqə nə qədər gerçək həyatdan alındığını göstərir.\n7)Gazeteden tarihe bakış - İstədiyiniz tarixə aid qəzetləri oxuya bilərsiniz ( Türk )\n8) Spik.Al - İngiliscə istədiyiniz yazıları yazıb Müxtəlif aksentlərdə tələffüzünə baxa bilərsiniz.\n9)Audiomass.co - Səs dosyalarını düzənliyir, sound podcastlar yaratmaq üçün idealdır.\n10)Vocals Remover - mahnıdan sözləri alır, musiqisi qalır.\n11)TextKool - Hərcür symbolları ( Maths, Number, Chinese və daha çoxu) tapmaģınıza yardımcı olur.\n12) iLovePDF - Pdflerinizi hərcür Tənzimləyir.\n13) Discord - İnsanlar tapırsan istənilən qədər ingiliscə danışan.\n14) Drive and listen - Pomodoro texnikası ilə istənilən çalışmanı müxtəlif şəraitdə edə bilirsən.\n15) Outsidesimulator - Hər hansı çalışma ederken( ders çalışarken məsələn ) istənilən yerlərdə gəzirsən və Pomodoro texnikası ile çalışa bilirsən -*\n16) LiveTrends - Dünyada baş verən hadisələri xəbər kimi canlı verir.\n17) Hellofax - online fax atmaq üçün yararlı.\n18) Forvo - İngiliscə Sözləri Tələffüz edir British və American aksentlərdə.\n19) Zamzar - sənədlərini istənilən formata çevirir istədiyin kimi.\n20) Roadtrippers - gədəceyin yolu Tənzimləyir. Sənə en rahat yolu və daha çoxunu gösterir.\n21) FreeCodeCamp.org - Kodlama'nı 0 dan öyrədir.\n22) Radiotiyatrosu.net - Keçmiş radiolar və mahnılar var.\n23)What You eat - Yediklərinin tərkibini deyir sənə.\n\nalıntı" | |
}, | |
{ | |
"id": 194, | |
"title": " \n sovet irredentizmi ", | |
"content": "Stalin və buxarinin təklif etdiyi \"tək ölkədə sosializm\" ideyası 1924-də rəsmi dövlət ideologiyası halına gətirildikdən sonra, öz imperialist və geosiyasi maraqları uğruna, hətta öz ideologiyasını da bada verə bilən yırtıcı bir dövlətə çevrilən və dünyada baş verə biləcək inqilabları dəstəkləməkdən imtina edən, bütün resursları özünün bir dövlət olaraq daha da güclənməsinə sərf edən ssri-nin irredentist iddialarını özündə ehtiva edən anlayış. burada elə bizimlə də əlaqəli türkiyə və irana olan iddialarından misal verəcəm... hansı ki, \"internasionalizm\"i dəstəkləyən bu dövlət 30-lardan *\n50-ci illər\n sonra türkiyəyə ərazi iddiası qaldırmaq üçün ermənilərdə millətçiliyin yenidən baş qaldırmasında və irana ərazi iddiası qaldırmaq üçün azərbaycanlı kimliyinin inşasında, *\ndaha doğrusu mədəni kimliklərinin\n azərbaycanlıların bir millət olaraq meydana gəlməsində çox mühim rol oynadı... mənə görə stalinin azərbaycanlıları buradan sürgün edə bilmə ehtimalının *\netməyə də bilərdi, sadəcə ağlından hansısa səbəbdən ötrü keçirsəydi\n üzərindən xətt çəkən əsas məqam bu idi. onlardan gələcəkdə bir alət kimi irana qarşı istifadə etmək, necə ki, bugün erməniləri azərbaycana qarşı istifadə edir...\n\nbunların nəticəsi olaraq, ermənistandan 100 000-ə yaxın azərbaycanlının 1948-1950-ci illərdə deportasiya prosesi başlandı. həm diasporadakı erməniləri ölkəyə çağırıb gələcəkdə türkiyənin şərq torpaqlarında qərbi ermənistan dövləti yaranana kimi köçən azərbaycanlıların yerinə yerləşdirmək üçün, həm də türklərlə azərbaycanlıların arasında ancaq ermənilərdən ibarət müəyyən sədd yaratmaq üçün. həmçinin, 1945-1946-da iranın ssri tərəfindən işğalı nəticəsində yaradılan azərbaycanlılardan ibarət ikinci dövlət adr-lə türkiyə arasında bu rolu, kürdlərdən ibarət və kürdlər üçün qurulan mahabad respublikası oynayırdı. onu da qeyd edim ki, ermənilərin qısaca \"lpt\" adlandırdıqları ter-peteosyan da suriyadan olan ermənilərdən idi və 50-ci illərin əvvəllərində bura köçmüşdü... həmçinin 1967-də yerevanda tsitsernakaberd soyqırım xatirə abidəsinin açılışı da məhz moskvanın razılığı ilə həyata keçirilmişdi, hansı ki, bu abidə əslində, həlak olanların xatirəsini əbədiləşdirməkdən daha çox, xalqlar arasında keçmişdən olan nifrəti daha alovlandırmağa yarayırdı...\n\neynilə, azərbaycanda oxşar islahatlar keçirildi. baxmayaraq ki, artıq 1945-1946 da iranda bugün azərbaycanlıların cənubi azərbaycan adlandırdıqları, əslində isə elə tarixən 2000 ildən artıq bir müddətdir ki, elə iranın azərbaycan vilayəti kimi tanınan həmin ərazidə pişəvərinin rəhbərliyi altında \"azərbaycan demokratik firqəsi\" adı altında dövlət qurmağa müvəffəq olsalar da, abş və britaniyanın təkidindən sonra məcburən ərazini tərk etməli olaraq, müvəffəqiyyətsizliyə düçar oldular... ancaq yenə də dağılan ana kimi ssri bu iddialardan imtina etmədi, çünki yırtıcı bir imperialist idi, rəqibi abş kimi...\n\nədəbiyyata cənub mövzusu salındı, buradakı şairlər, yazıçılar \"cənub\"dakılarla məktublaşmağa başladılar. Bura şimali, arazın o tayı isə cənubi azərbaycan oldu. Indi də çoxlarının fikrinə görə vahabzadə o məşhur gülüstan poemasını xüsusi xidmət orqanlarının sifarişi ilə yazdı, və hətta, hadisələri daha da inandırıcı etmək üçün guya həbs də olundu, 20 il sonra isə lenin poemasına görə ssri dövlət mükafatına layiq görüldü... gülüstan və türkmənçay müqavilələri əslində arazın hər iki tərəfində yaşayan və bugün bizim danışdığımız dildə danışan insanları bölən, qacar imperiyasının rus imperiyasına uduzması nəticəsində qafqazdakı torpaqlarını itirməsini əks etdirən müqavilələr olsa da, bu bizə guya var olan azərbaycan dövlətinin bölüşdürülməsi kimi təlqin edildi... hətta, iranı ürəkdən sevən bir şair olan şəhriyar burada şimali azərbaycanın cənubi azərbaycanla birləşməsini istəyən bir şair kimi qələmə verildi. əslində məsələ belə idi ki, şəhriyar şimali azərbaycanın irana, bizimkilər isə cənubi azərbaycanın ssri-yə birləşməyini istəyirdilər. ümumiyyətlə, demək olar ki, orada o vaxtlar bugünkündən qismən fərqli olaraq azərbaycanlı kimliyi formalaşmadığından *\nformalaşa da bilməzdi, süni idi\n hər kəs özünü vahid iran kimliyini bir parçası hesab edirdi. söz-söhbətlərə görə xeyli şeirlər var ki, başqa şairlər tərəfindən yazılıb, ancaq şəhriyarın adından verilib. hətta, deyilənə görə şəhriyar onunla məktublaşan süleyman rüstəmin əsl niyyətini başa düşdükdən sonra ümumiyyətlə məktublaşmaqdan imtina edib...\n\nnəticə budur ki, dağılmış ssri-dən əmələ gələn müasir, qərb imperializminin əlindən sağ çıxmağa çalışan yırtıcı rusiya indi də artıq daha geniş əraxi iddiaları olmasa da, ən azından ssri dövründən ona miras qalan sərhədlərini qoruyub, saxlaya bilmək üçün oxşar siyasətdən istifadə edir: ukraynada, moldovada, gürcüstanda, azərbaycanda, vaxtilə tacikistanda, özbəkistanda\n\nqeyd.\nfikirlərim müəyyən qədər dağınıq, səliqəsiz, istinadsız olduğundan üzrlü sayın... içimdə yığılanları yazmağa çalışdım, yazıda müəyyən səhvlərə yol verə bilərəm." | |
}, | |
{ | |
"id": 195, | |
"title": " \n psixoaktiv dərmanlar ", | |
"content": "beyin kimyasına təsir edərək qavrama, əhval ruhiyyə, şüurda dəyişikliyə səbəb olan kimyəvi maddələrdir.\nnarkotik maddə olaraq bilinsələr də düzgün deyil. hüquqi olaraq narkotik maddə başlığı altında incələnsələr də farmakoloji olaraq ümumi adları psixoaktiv dərmanlardır. narkotik maddələr daha çox opiumdan törəmiş olan heroin kimi maddələrdir. narko yunan sözü olan uyuşmaq, yuxu sözlərindən gəlir. \nən geniş yayılmış psixoaktiv maddələrə misal kimi bunlar göstərilə bilinər:\nkafein, nikotin, alkoqol, marixuana, kokain, heroin, lsd, psixodelik maddələr və.s\n\npsixoaktiv maddələr təsirlərinə görə fərqli kategoriyaya bölünürlər;\nstimulantlar: kafein, nikotin, kokain, ecstasy, molly\n*depressant*lar: alkoqol\n*uyuşturucu*lar: heroin, morfin kimi opium törəmələri.\n*psixodelik* və ya *halusinogen*lər: lsd, sehirli göbələklər, meskalin, dmt və.s\n*antidepressant*lar\nvə.s, və.s\n\nbu maddələrin hərəsi bir yerə təsir edərək fərqli nəticələrlə insanı gah əyləndirir, gah sakitləşdirir gah da başqa dünyalara aparırlar. əsasən beyinin mükafatlandırma sistemini süni yolla işə salaraq insanı həddindən artıq dərəcədə xoşbəxt hiss etdirirlər. beyinin mükafatlandırma sistemi seks, yemək yemək kimi fəaliyyətlər nəticəsində təbii yolla işə düşən sistemdir. ona dərmanlar vasitəsi ilə təsir edərək insana normalda hiss etməyəcəyi dərəcədə çox güclü xoşbəxtlik hissi yaşatmaq mümkündür. bu maddələrin yan təsirləri də var sözsüz ki. \n\nkafein yəni gündəlik istifadə edilən kofe də psixoaktiv maddədir və kokainlə eyni sinifə, stimulantlar sinifinə daxildir. kifayər qədər (~100 fincan) kofe içsəniz ölə də bilərsiniz .\nbu maddələr və istifadələri haqqında bilinən həddindən artıq səhv məlumatlar, şəhər əfsanələri var.\nən çox səhv məlumatlar aludəçilikləri və təsirləri barədədir.\n\naludəçilik və öldürücü doza qrafiki \nsosial və fərdi zərər qrafiki \nyuxarıdaki qrafiklərdən də görüləcəyi kimi lsd, marixuana kimi maddələrin aludəçilik və zərərləri alkoqol kimi yayğın maddələrdən daha aşağıdır.\n\nbu maddələrlə bağlı bilinən ən böyük yalnış odur ki, istifadə etməyən şəxslər bu maddələri bir pilləkən kimi sanıb, birini isitfadə etməyə başladıqda, \"doymayıb\" başqasına keçirsənmiş kimi sanırlar. elə deyil. bütün bu maddələr ayrı ayrı kategoriyalardadırlar, və birindən bezib digərinə keçmək kimi bir şey yoxdur. bunu həm fərdi həm də ətrafımdakıların istifadəsindən bilirəm.\n\nikinci bilinən ən böyük şəhər əfsanəsi aludəçilərin sanki buraxmaq istəyib də buraxa bilməməsidir. sanki zövq almır və istəmədən davam edirmiş kimi. elə deyil. heroin kimi güclü aludəçiliyi olan madələrin xaricində marixuana, lsd, extazy kimi maddələr hətta kokaini belə o dərəcədə aludəçilik yaratmır, və isitafə edən, istəyərək davam edir, bədəni istədiyi üçün yox.\n\nəgər bu maddələrdən istifadə etmək istəyirsinizsə bilməniz və diqqət etməniz gərəkən bəzi şeylər var. birincisi, yaşınız 20-nin altındadırsa, istifadə etməməyiniz məsləhətdir. çünki yeniyetmə beyin inkişafda ikən bu maddələrin (marixuana kimi nisbətən yüngül olanlarının belə) istifadəsi beyin balansınıza zərər vuracaqdır. hətta siqaret və alkoqol belə. yenə də siz bilərsiniz.\n\nsonra isə əsas etməniz gərəkən şey, hər deyilənə inanmamaqdır. bildi bilmədi hərədən bir şərh eşidə bilərsiniz və bir çoxu böyük ehtimal yalan yanllış məlumatlardır. internetdə oxuduğunuz şeylərdə nəyi hardan oxuduğunuza görə dəyişir. istifadə etmiş insanlara məsləhətləşmək və detallı araşdırmaq ən yaxşısıdır. hər beyin və bədən kimyası unikaldır, maddələr hərəyə bir cür də təsir edə bilər kiçik dəyişikliklərlə. odur ki, birində yaxşı, birində pis təsir göstərmə ehtimalları da var.\nbundan başqa diqqət etməniz gərəkən şeylər, maddənin qaynağı və dozasıdır. bir kluba gedib ordaca extazy alıb atırsınızsa, riski qəbul etmiş olursunuz. nə olduğundan xəbəriniz yoxdur. bamayaraq ki bunu çoxumuz edirik, edənlər riski gözə alıb edirlər. həyatınız və beyniniz sizin üçün önəmlidirsə, etməyin. diqqətli olmaq istəsəniz online mağazalardan *test kit* alıb maddənizi yoxlaya bilərsiniz. ya da sizdən əvvəl yoxlamış birilərinin olduğuna əmin olun ən azından. ya da riski gözə alın. ikinci məsələ isə doza məsələsidir ki, hər maddənin öz normal dozası var və buna mütləq diqqət etməlisiniz.\n\nbu maddələrin bəziləri tibbi məqsədlərlə də istifadə edilir, məsələn marixuana, lsd, sehirli göbələklər və.s bunlar həmçinin sizin yaradıcılığınızı artıra, dünya baxışınızı dəyişə, şüurunuzu inkişaf da etdirə bilərlər. cəmiyyət və dövlətlərin bu tip maddələri qaralamasına və bir şeytan kimi göstərməsinə inanmamalısızın. ancaq yenə də, bu maddələri dəstəkləyənlərin də hər dediyinə inanmalısınız. tamamilə zərərsiz də deyillər çünki. məsələn marixuana sizi tənbəlləşdirə bilər, lsd doza aşımında sizə zərər də verə bilər. diqqətli olmaq lazımdır.\n\nbu maddələrin istifadəsi sadəcə bir seçim məsələsidir. kimi seçə kimi seçməyə bilər. kimi hər şeyin dadına baxmaq üçün seçə bilər, kimi həyatı bərbad qəbul edib yaşamı yola vermək üçün də istifadə edə bilər. kimi əyləncə üçün, kimi yaradıcılığını artırıb möhtəşəm əsərələr yaratmaq üçün və.s və.s ancaq nələri istifadə etdiyinizə də diqqət edin, illərdir istifadə etdiyim məsləhətli olan (marixuana, lsd, psixodeliklər, kokain, extazy) və olmayanları (heroin, meth, crack) var.\n kimisi də heç istifadə etməməyi də seçə bilər. necəki kimisinin monoqam( tək partnyorlu) kimisinin *polyqam* (çox partynorlu) olması kimi. yeri gəlmişkən, elmi araştırmalara görə polyqam insanlar psixoaktiv dərmanların istifadəsinə və aludəçiliyə daha yatqın olurlar sahib olduqları bir gen səbəbi ilə. polyqam insanları bir növ əhli kef, hedonist adlandıra bilərik buna görə də məncə.\n\nayrı-ayrı hər maddənin öz təsirini və istifadə qaydası haqqında biraz məlumat verməyə çalışdığım keçidlər:\n\n(baxma: lsd\/-217608)\n(baxma: kokain\/-217606)\n(baxma: ecstasy\/-126495)\n(baxma: marixuana\/-218260)\n(baxma: magic mushroom\/-222858)\n\nentry silindi təzədən yazdım. Əvvəlki yazdığımın yarısı qədər yazdım. bir ildi təxirə salıram yazaram deyə. indi neçə səhifəlik entry yazdım refresh oldu blin lənət olsun. lazarus əlavəsi var chrome üçün, onu işlədin bunun üçün. mən də indi başladım işlətməyə" | |
}, | |
{ | |
"id": 196, | |
"title": " \n super pozisiya prinsipi ", | |
"content": "iki hadisənin birlikdə təsirinin onların ayrı-ayrılıqdakı təsirlərinin cəminə bərabər olmasıdır. tanrının insanlara olan bir rəhmidir. ilk baxışda tamamilə aydın, sadə və ən əsası normal, təbii görülə bilər. amma bir misalda super pozisiya prinsipinin pozulmasının daha normal olmasını göstərəcəm. məsələn əli ilə vəli tək işləyəndə bir şkafı 5 saata düzəldirlər. amma onlar bir yerdə işləyəndə 8 saata 2 şkaf düzəldirlər. burda gördüyünüz kimi, əli ilə vəlinin birlikdə gücü onların ayrı-ayrılıqdakı güclərinin cəmindən çoxdur, super pozisiya prinsipi pozulmuşdur. məhz bu insana daha intuitiv, daha təbii gəlir. \nancaq təbiətdə elə fenomenlər var ki, super pozisiya prinsipinə əməl edirlər. məsələn elektrik sahəsi. bir yükün elektrik sahəsini hesablamaq asandır. ancaq ortada aralarında məsafə olan iki yük olduqda işlər ilk baxışdan bir qədər qəlizləşir. amma elektrik sahəsi superpozisiya prinsipinə əməl edir. yəni siz əvvəlcə yüklərin ayrı-ayrılıqda sahələrini hesablaya bilərsiniz, sonra isə bu sahələri sadəcə toplamalısınız. super pozisiya prinsipi fizikada və riyaziyyatda bir çox problemin həllini əhəmiyyətli dərəcədə asanlaşdırır. \nbaşqa bir misalı kvant mexanikasından vermək olar. əgər bir zərrəcik barədə məlumatımız yoxdursa, onda həmin zərrəcik ola biləcəyi bütün vəziyyətlərin ehtimallarının super pozisiyasında mövcuddur. elə ki, cisim barədə bir məlumat əldə edirik, onda cisim mümkün olan ehtimalların yalnız birini zəbt edir, super pozisiya vəziyyətindən çıxır. burdan duş qəbul edərkən düşünəcəyiniz bir fakt: müşahidəçi fiziki reallığı dəyişdirir!" | |
}, | |
{ | |
"id": 197, | |
"title": " \n eqosentrizm ", | |
"content": "Hər şeyi özünə əsaslandırmaq, özüylə əlaqələndirmək, hər şeyi öz nöqteyi-nəzərindən mühakimə etmək, hər şeydə özünü əsas götürmək, öz ideyasını, məntiqini, duyğusunu başlanğıc nöqtəsi kimi götürmək meylinə verilən ad - egocentrisme.\nUşaqlarda görülən bu davranış yetkin insanlarda ancaq psixoloji xəstəlik, 'vəsvəsə' (bir xarakter) olaraq görülür. Bəzilərinə görə, “insan bütün yaradılmışların ən üstünüdür(alisidir)”, “yer kainatın mərkəzidir”, “bir şeyi öz əllərimlə tutub öz gözlərimlə görməsəm, onu yox sayıram” kimi fikirlərdir. \nEqosentrizm həmişə elmə, tərəqqiyə və inkişafa qarşı olub və olmaqda davam edir. Bəziləri eqoistliyi Eqosentrizmin sosial münasibətlərdə təcəssüm olunmuş dərketmə forması kimi görürlər.\nMəhz onlara emosiyaları manupulyasiya edən media \"reallıqları\" daha doğru gəlir, nəinki doğma birinin (tanıdığı şəxsin) bölüşdüyü praktiki həyat təcrübəsindən çıxardığı nəticə. Hər şeyin ziddi ilə yaradıldığı bu kainatda (müsbət-mənfi, madda-antimaddə) Tək Olan bizlərə müxtəlif yolların yanlız bir həqiqətə gətirib çıxardığını dərk etdirir." | |
}, | |
{ | |
"id": 198, | |
"title": " \n elektrokonvulsiv terapiya ", | |
"content": "Ağır psixi xəstəliklərin müalicəsində istifadə olunan metodlardan biri. Adından da göründüyü kimi xəstəyə elektroşok verilməsi ilə həyata keçirilir. Belə deyəndə filmlərdə gördüyümüz işgəncə səhnələri yada düşsə də əslində bu metod ağrısız və təhlükəsizdir. Amma onu da qeyd etmək lazımdır ki, psixi xəstəliklərin müalicəsində elektrokonvulsiv terapiya ilk seçim olmur. Bu metod dərmanların və psixoterapiyanın tətbiqinin təsirsiz olduğu xəstələrə, müəyyən səbəblərdən (əks təsir və ya başqa xəstəliyin olması) dərman qəbul edə bilməyən xəstələrə tətbiq edilir. Ağır depressiyada (psixotik, katatonik və müalicəyə müqavimətli olduqda), yüksək intihar riskli xəstələrdə, şizofreniyada (daha çox katatonik şizofreniyada), katatoniyanın görüldüyü digər pozuntularda, bipolyar pozuntuda, o cümlədən maniada, digər psixotik pozuntularda, bəzən dimensiyada effektiv nəticə göstərir. \n Ekt-nin tətbiqi üçün qərarı mütləq şəkildə həkimlər verməlidir. Bunlar arasında ən səlahiyyətlisi isə psixiatrlardır. Prossesə nəzər salsaq, əvvəla xəstənin özünün razılığı olmalıdır. Bəzi ölkələrdə məhkəmə qərarı ilə ekt-nin tətbiqinə göstəriş verilə bilər. Xəstə terapiyadan əvvəl ümumi müayinədən keçməlidir. Qan analizinə, həmçinin qalxanabənzər vəz, ağciyər və böyrəklərin vəziyyətini bilməyə ehtiyac var. Elektrokardioqram, tomoqrafiya nəticələri də önəmlidir. Həkimlər ehtiyac görərsə elektroensefaloqram (eeq) müayinəsindən də keçmək lazımdır. Bu mərhələdə əgər bir problem görülmürsə ekt-yə başlanır. Seansdan əvvəl, xəstə gecə yarısından etibarən ac olmalıdır və tualet ehtiyacı seans başlamamış ödənməlidir. Xəstə yatağa uzadılır, başı və boynu rahat vəziyyətə gətirilir. prosses narkoz təsiri altında aparılır. Yəni xəstənin yanında anestezioloq olur. Anestezioloq xəstəyə narkoz və əzələ relaksantı verir. Bu mütaxəssis həmçinin xəstənin tənəffüsünə, ürək ritminə nəzarət edir. Xəstənin dişlərinin arasına yumşaq qoruyucu yerləşdirilir ki dişlər əgər sıxılsa dişlərə, dilə və yanaqlara ziyan dəyməsin. Seansda aparıcı rolu psixiatr oynayır. Xəstə yuxuya getdikdən sonra Ekt aparatının 2 kiçik elektrodunu yerləşdirir. Bir neçə formada yerləşdirə bilər: sağ gicgaha və təpəyə, hər iki gicgaha, qaşların bir neçə sm üstü olmaqla alına. Uyğun yerə psixiatr qərar verir. Elektrodlardan xəstənin başına 1-2 saniyə elektrik axımı verilir və xəstədə süni epileptik tutma yaradılır. (bax: tonik-klonik epilepsiya) tonik-klonik tutmada olduğu kimi xəstənin əzələləri əvvəlcə yığılır (tonik faza), sonra isə səyriməyə (klonik faza) başlayır. Bu iki faza cəmi 30 saniyədən 1 dəqiqəyə qədər yekunlaşmış olur. Əlbəttə ki, bu tutma həqiqi epileptik tutma qədər ağır olmur. Həmçinin narkoz təsiri altında olduğu üçün xəstə bunları hiss etmir. Bununla yanaşı əzələ relaksantı da burada köməyə çatır. Relaksant xəstənin qıcolması zamanı sümüklərə və əzələlərə güc düşməsinə mane olur. Yaradılan süni qıcolmaya eeq aparatıyla nəzarət edilir. Seans bitdikdən sonra da xəstənin vəziyyətinə nəzarət edilir. 15-30 dəqiqə sonra xəstə ayağa qalxa bilir. Xəstə ayıldıqda qısamüddətli hafizə problemləri, donuqluq, qərar vermədə çətinlik, əzələ, çənə, baş ağrısı, yuxululuq kimi əlamətlər ortaya çıxa bilir amma bunlar müvəqqətidir. Nadir hallarda koqnitiv funksiyalardakı düşüş uzunmüddətli ola bilir. Ciddi əks təsirlər nadirdir. Bunlara uzunmüddətli yaddaş pozuntuları, diqqət zəifliyi, narkozun destruktiv təsirləri aiddir. \nEkt 3-4 həftə, hər həftədə 2-3 dəfə tətbiq olunur adətən. Ekt çox qısa müddət ərzində sadaladığım pozuntuların simptomlarını yüngülləşdirə bildiyi üçün effektiv və az riskli üsul hesab edilir. \n kimlərə tətbiq oluna bilməz:\nyaxın vaxtlarda infarkt, insult, beyin qan dövranı pozuntuları keçirmiş şəxslərə;\nağır sistemik infeksiyalar, xüsusilə beyin infeksiyaları keçirmiş şəxslərə;\nbeynində şiş olan şəxslərə;\nbeyindaxili təzyiqi olan şəxslərə;\nciddi ağciyər xəstəliyi olanlara;\nyüksək arterial təzyiqli şəxslərə;\nkəllə-beyin travmalı şəxslərə.\nqeyd: ekt psixi pozuntuların yalnız bir qismi üçün effektivdir. Yəni hər ağırlaşmış pozuntuda da ekt-dən nəticə gözlənilmir.\nElektrokonvulsiv terapiya hamilələrə və yaşlılara da tətbiq oluna bilər. Bunun üçün hamilələrin xüsusi müayinələrdən keçməsinə və əlavə tədbirlərin görülməsinə ehtiyac var. Düzgün şəkildə aparıldıqda dölə ziyan gəlməz, ana və uşaq risk altında qalmaz.\n Ekt-nin təsirli olduğu danılmazdır. Amma tam olaraq elektrikin bu simptomları necə yüngülləşdirdiyi hələ də qaranlıq olaraq qalır. Tədqiqatçıların fikrincə ekt bəzi neyrotransmitterləri artırır. Məsələn, depressiyada serotonin, dopamin, noradrenalin kimi bioloji aktiv maddələri artırdığı üçün xəstəliyin simptomları yüngülləşir. Həmçinin ekt-nin beynin bəzi hissələrində (amiqdala, hippokampus başda olmaqla) boz maddəni artırdığı güman olunur. Ən əsası ekt-nin yaratdığı süni epileptik tutma sonrasında beynin özünü yaxşılaşdırmaq üçün çalışdığı və buna görə psixi xəstəliyin yüngülləşdiyi düşünülür." | |
}, | |
{ | |
"id": 199, | |
"title": " \n petr prinsipi ", | |
"content": "petr prinsipi: hirarxiyadakı insanlar \"müvafiq bacarıqsızlıq səviyyəsi\"-nə yüksəlirlər. başqa bir ifadə ilə, əgər işinizdə yaxşısınızsa, bir çox qurum sizin rütbənizi artıraraq artıq işinizdə yaxşı olmayan bir nöqtəyə gətirəcəkdir. ondan sonta plateau kimi işinizdə qalırsınız eyni səviyyədə ya da qovulursunuz səhv edəcəyiniz günə qədər. bir çox şirkət və ölkənin bərbad halda olması təəccübləndirmir." | |
}, | |
{ | |
"id": 200, | |
"title": " \n bövlər ", | |
"content": "Azərbaycanın muğan, naxçıvan, abşeron yarımadası və talış dağları başda olmaq böyük bir qismində yayılmış yırtıcı buğumayaqlı. İlk baxışda hörümçəyə bənzəsə də bövlər hörümçək deyil (hörümçəklər 8, bövlər 10 ayaqlıdır). Lakin hörümçəklər, əqrəblər və gənələrlə birlikdə hörümçəkkimilər sinfinə daxildir. \nAzərbaycanda ən çox 7 sm-ə qədər böyüyən bövlər gecə yırtıcılarıdır. Kiçik gəmiricilərlə, böcəklərlə, hörümçəklərlə, hətta əqrəblərlə qidalanırlar. Bövlər insanların yaşadığı yerlərə adətən yaxın olmağı sevməzlər. Amma özlərini təhlükədə hiss etdikdə insana hücum edə bilirlər. Bu zaman ön ayaqlarını yuxarı qaldırır və xeliserlərini göstərirlər. Çox cəlddirlər və boylarına nəzərən çox hündürə sıçraya bilirlər. Bövlərin \"dişləri\" (elmi adıyla xeliserləri) iridir və dişləmələri çox ağrılı olur. yayğın bir mifin əksinə bövlər zəhərli deyil. Tarantullara azca bənzəsə də onlar kimi zəhər vəzləri yoxdur. Sadəcə yaraya infeksiya keçirə bilirlər deyə bövün dişlədiyi yer yaxşı dezinfeksiya edilməlidir." | |
}, | |
{ | |
"id": 201, | |
"title": " \n riyaziyyat ", | |
"content": "süni intellekt mühəndisliyi üçün önəmi, aktuallığı və populyarlığı artan, gündəmə gələn dildir.\n\nxüsusən də\nLinear Algebra\n- Matrisa və vektorlar\n- Matrisa əməliyyatları (çoxaltma, determinant, tərs matrisa)\n- Özvektorlar və özqiymətlər (eigenvalues\/eigenvectors)\n\nEhtimal və Statistikaya Giriş\nMaşın öyrənməsində model qurmaq, ehtimal paylanmaları və qərar vermə üçün vacibdir.\n- Bayes teoremi\n- Paylanmalar (normal, binom, Poisson və s.)\n- Ortalama, dispersiya, kovaryasiya\n- Maximum likelihood estimation (MLE)\n\nCalculus\nƏsasən törəmələr və gradient descent optimallaşdırması üçün lazımdır.\n- Tək və çox dəyişənli funksiyalar\n- Törəmə və inteqral anlayışları\n- Qradient, Hessian matrisi\n\n\nDiskret riyaziyyat (Discrete Math)\nƏsasən məlumat strukturları, qraf nəzəriyyəsi və alqorithmlər üçün istifadə olunur.\n- Qraf nəzəriyyəsi\n- Kombinatorika\n- Məntiq və riyazi sübutlar\n\nOptimallaşdırma (Optimization)\n- Məqsəd funksiyası (objective function)\n- Məhdudiyyətlər altında optimallaşdırma\n- Qradient əsaslı metodlar\n\n\nBaşlamaq üçün bu mənbələrə baxmaq olar:\n- Khan Academy (xətti cəbr, ehtimal, kalkulus)\n- 3Blue1Brown (vizual izahlar)\n- mit OpenCourseWare – \"Mathematics for Computer Science\"" | |
}, | |
{ | |
"id": 202, | |
"title": " \n progressive overload ", | |
"content": "progressive overload, əzələ-skelet sistemi və sinir sisteminə yüklənmənin tədricən artırılmasının tətbiq edən bir güc inkişafı üsuludur. progressive overload prinsipi, məşq seansları zamanı ümumi iş yükünün davamlı artmasının əzələ böyüməsini və güc artımını daha da çox boostlayacağını göstərir. Ümumi performansdakı bu artım məşq edən adam üçün məşqlərinin intensivliyini artırmağa davam etməyə daha çox kömək edir.\nBunu nümunə ilə açıqlayanda həmişə tarixdəki yunan güləşçi milonu nümunə verirlər.\nMilo uşaq vaxtı balaca buzovu qaldırırmış o böyüdükcə buzov da böyüyür və milo gücləndikcə danaya çevrilən buzovu da qaldıra bilir.\nprogressive overloadu siz ağırlıqları ya da təkrarları artıraraq və ya setlər arasındakı vaxtı da nisbətən azaldaraq artıra bilərsiniz amma nəzərə alınmalıdır ki, daimi progressive overload da mümkün deyil bir nöqtədə prosesi çox sürətli etsəniz ilişəcəksiniz, mərkəzi sinir sisteminiz sağalmağa çatdırmayacaq və zədələnəcəksiniz. əgər girməyə çalışdığınız ağırlıq sizə çox çətin gəlirsə deməli deload (kütlə azaltma) edib yenidən yavaş progressive overload etməlisiniz." | |
}, | |
{ | |
"id": 203, | |
"title": " \n soz6 səsli kitab bazası ", | |
"content": "1) http:\/\/bit.ly\/1sFAx1c\n2) http:\/\/bit.ly\/1sFAy57\n3) http:\/\/bit.ly\/1sFAPoG\n4) http:\/\/bit.ly\/1WsZlWM\n5) http:\/\/bit.ly\/1XYpe0e\n6) http:\/\/bit.ly\/1TGMr1N\n7) http:\/\/bit.ly\/1WTjCVn\n8) http:\/\/bit.ly\/1sjRFK1\n9) http:\/\/bit.ly\/1U5cU8U\n10) http:\/\/bit.ly\/1TGM0Vc\n11) http:\/\/bit.ly\/1OVDsYr\n12) http:\/\/bit.ly\/1TGMrPl\n13) http:\/\/bit.ly\/1OVEcg4\n14) http:\/\/bit.ly\/1TNZ5Bt" | |
}, | |
{ | |
"id": 204, | |
"title": " \n kepler-452b-yə quran göndərmək ", | |
"content": "#175843 nasa alimlərinin %92 ateist, qalan faizi isə skeptikdir. keçək kepler məllimə;\n\nəvvəla bir qrup var hansıki bunlar yerə oxşayan planetlərdən ibarətdir. bu qrup haqqında qısaca yazım və sonra keplerə toxunacam (!)\n\nkopernikin fikirlərindən yola çıxaraq və planetlərin günəş ətrafında hərəkət qanunlarını kəşf edərək (eyni zamanda nyutonun qravitasiya qanununa öncülük etmişdir) tarixə adını yazdıran keplerin şərəfinə adlandırılan kepler kosmos aparatı 5 ildən çoxdur qalaktikamızdan uzaqlarda yerə bənzər planetlər axtarışındadır. kosmos aparatı nədir? işləmə prinsipi nədir? keplerdən daha nəhəng hubble teleskopu vasitəsilə açıqlayacam bunu;\n\ndeməli hubble teleskopu yerdən təqribi 560 km. yuxarıdadır -* 24 aprel 1990 cı ildə kosmosa buraxılıb və çəkisi 11.000 kq.dan çoxdur. uzunluğu 13.2 metr olmaqla bərabər genişliyi 4 metrdir. amerikada gaddard kosmos institutundan idarə olunue və institutda sərf bu teleskop üçün yüzlərlə mühəndis, elm adamı gecə\/gündüz işləyir. teleskopa quraşdırılan avadanlıqlar ilə institutda işçilər yerdən teleskopu idarə edir, istiqamət verirlər və s. teleskopun aldığı məlumatlar qrafik şəklində instituta ötürülür, elm adamları bu nəticələrin üstündə araşdırma aparırlar. teleskopun üstündə müşahidə aparatları var hansıki bunlar görüntüləri qeyd edir və peyk ilə yerə ötürür. teleskopdan əlavə həm də yerin ətrafında saniyədə 8 min kilometr sürətlə fırlanan və bir dünya turunu təqribi 90 dəqiqədə tamamlayan teleskop eyni zamanda yeri müşahidə edir. enerjisi hardan gəlir desəz hubble teleskopu günəş enerjisi vasitəsilə günəş enerjisini elektrik enerjisinə çevirən panellər sayəsində enerji alır demək olar. güzgülü teleskop olan hubble 2.4 metr ölçülü güzgüyə sahibdir. teleskop böyük partlayışdan ölməkdə olan ulduzlara qədər kainatı incələməklə məşğuldur. ümumiyyətlə teleskoplardan istifadə etməyimizin səbəbi elə budur: uzaq kosmos cisimlərini araşdırmaq. məsələn bizə ən yaxın ulduz (proxima centauri) yerdən 36 trilyon km. uzaqdır (hassiktir dediyinizi duyar kimiyəm) əlimizdəki vasitələr ilə bu yoldaşı ziyarət etməyə indi çıxsaq ancaq 150.000 ilə çata bilərik -* onları öyrənmək üçün ziyarət edə bilmiriksə başq bir şey- işıq bizə kömək edir. yəni teleskopların işləmə və kəşf olunma prinsipinin təməl nöqtəsi. teleskoplar növlərə ayrılır: optik, radio, x-ray və gamma ray kimi. planetimizdə daha böyük ölçüdə aynalı teleskoplar var(müşahidə nöqtələri); məsələn: ispaniyada gran telescopia deyə bir məntəqədə ölçüləri təqribi 10 metrdən çox aynalı teleskop 2267 metr dağ yüksəkliyindən göy cisimlərini müşahidə edir. bəs hubble ehtiyacı nədən qaynaqlanır? hubble kosmosda olduğu və atmosferdən kənarda olduğu üçün yerdəki teleskoplara nəzərən daha kiçik ölçülərdə olsa belə daha dəqiq, aydın görüntülər əldə edə bilir. -* hubble dedik durduq bəs bu yerə oxşarlılıq nə temadır? birinci günəş sisteminin xaricində qalan yerbənzəri planetlərdən danışaq. kepler 2014 də belə bir planet kəşf etmişdi zatən. (keplerə sonra toxunacam sadəcə kəşf etdiyi əvvəlki planetlərdən yazmaq istədim); yaşana bilirlik indeksi var hansıki bu planetin daxil olduğu sistemdəki ulduzdan uzaqlığı ilə əlaqəlidir. kəşf olunan planetdə bu indeks suyun maye şəklində mümkün ola bilməsi üçün şəraitin mövcudluğunu təsdiqləyirdi. kəşf olunan bu planetə kepler-186f adı verildi. ölçüləri və kimyəvi xüsusiyyətləri bilinmir ancaq nasanın bunlar üçün iki yeni proqramı olduğunu oxumuşdum saytlarında: (baxma: james webb teleskopu) və (baxma: transiting exoplanet satellite),-\n\nkepler-186f yerdən 500 işıq ilə uzaqdır və kepler-186 ulduz qrupunda beş planetdən biridir. kepler-186f in ulduzu bizim günəşdən iki dəfə balacadır və planetin bir ili 136 günə bərabərdir. digər dörd planetlərdə bir il maksimum 22 günə bərabərdir. yəni yerə bənzəyən ilk \"xarici\" planet 2014 də elə kepler teleskopu sayəsində kəşf olunub. keplerin və başqa teleskopların kəşf etdiyi yerə bənzəyən planetləri qruplaşdırmaq üçan yerə bənzərlik indeksi tərtib olunub; birinci sırada gliesse 667c dayanır [indeks: 0.84]\n\nbu indeks haqqında öyrəndik. keçək kepler teleskopuna. 6 mart 2009 cu ildə saat 05:40 da floridadan kosmosa buraxılan teleskopun işləmə prinsipi elə hubble teleskopu ilə eynidir: panellər sayəsində günəş enerjisini elektrik enerjisinə çevirir, milyonlarla ulduz sistemini araşdırmaq üçün idealdır, işləmə prinsipi ulduzların önündən keçən planetlərin işığa təsirini (çox həssas təsirlər) dəqiqliklə hesablamaqdır. qısa desək ulduzların önündən keçən planetləri onların işığa təsirilə kəşf edir. ona hubble və komputerlərimizə çəkdiyi görüntüləri yükləyə bildiyimiz spitzer teleskopu kömək edir. bu möhtəşəm işləmə prinsipinə sahib teleskopumuz ilk planetini keçən il ancaq ən səs küylüsünü bu il kəşf etdi: kepler-452b. \n\nkepler 452b bir günəş turunu 385 günə tamamlayır, günəşi bizim günəşimiz ilə bir g-2 ulduz sinfinə daxildir. ancaq günəşimizdən xeyli yaşlıdır. \n\ng-2 söhbəti isə astronomiya\/kosmologiyada ulduzların sinifləndirilməsində yer tutan siniflərdən biridir. bu sinifləndirməyə çox vaxt spektral sinifləndirmə deyilir: çünki ulduzun yaydığı işığın spektrini incələyərik; bu spektrıllar ulduzun səth temperaturuna, rəng ölçüsünə və s. bağlıdır. sinifləndirmədə yeddi hərfdən istifadə olunur: o, b, f, g, k, m. istilik > 30.000k olanların görünüm rəngi mavi, kütləsi > 16m və istilik gücü (siz deyin istiləndirmə) > 30000l olanlar \"o\" qrupuna daxildir. bizim ulduzumuz- günəş g qrupuna daxildir; istilik 5200.-6000.k, görünür rəng sarımtıl, kütləsi 1.-1.04.m və istiləndirməsi 0.6-1.4.l olan qrupa. bu qruplarda nömrələnib və bizim ulduz g sinfinin ikinci sırasına daxildir: g-2. qruplar böyüdükcə (o qrupuna doğru artdıqca) istilik, kütlə, kütlə artdığı üçün qravitasiya, istilik və qravitasiya artdığı üçün ulduzun həyat müddəti azalır. belə ulduzların sistemində olan planetlərdə yaşam indeksidə çox azalır. eyni zamanda g qrupunda olan ulduzlar gənc olduqları üçün (minimum: 4.0 milyard il) yaşam müddətinin uzun olacağı məlumdur. g qrupu g-2, g-5 və g-8 ə bölünür. g qrupunda bizə ən yaxın günəş isə tau ceti'dir. 10 işıq ilə məsafəmiz var (dəqiq bilmirəm ancaq). ölçüləri çox çox kiçikdir və çox vaxt sarı cücə adlandırılır.\n\n\nbunları kepler-425b başlığında yaza bilərdim sadəcə quran, müsəlman alimləri söhbətinə bir iki kəlməm var idi deyə bura yazdım; \n\nbiz bugün apardığımız araşdırmaları müsəlman alimlərə borcluyuq. nyuton dediyi kimi: əgər mən irəlini görə bilirəmsə bu məndən əvvəlki nəhənglərin çiyinlərində dayandığım üçündür.\n\no nəhənglər batruci, battani kimi, \"ulduzlar elminə giriş\" kitablarını yazan kimi alimlərdir. zatən ulduzların bir çoxu ərəb mənşəli adlar daşıyır: siyahı üçün,- star names \n\n-*" | |
}, | |
{ | |
"id": 205, | |
"title": " \n öztürkcə ", | |
"content": "Dili tamamilə türkçə kökənli sözlərlə doldurma və alınma sözləri dildən çıxarma fikri, ad olaraq olmasa da, fikir baxımından Fuat Köseraifə aiddir. Ad olaraq isə, 1928-ci ildə hərf inqilabını həyata keçirilən dil əncümənin üzvləri tərəfindən 1929-cu ildə istifadəyə başlanmışdır. 1932-ci ildə Türk Dil Qurumunun yaradılması ilə Atatürk tərəfindən dövlət siyasəti halına gətirilmişdir. Lakin praktiki olaraq mümkün olmayacağı görüldüyü üçün 1935-ci ildə bu fikir tərk edilmişdir. Dili tamamilə öztürkçə etmək əvəzinə, terminlərin türkçələşdirilməsi işlərinə başlanmışdır. 1980-ci illərə qədər davam edən terminlərdə öztürkçələşdirmə işləri, 1983-cü ildə Türk Dil Qurumunun bağlanıb, dövlət nəzdində yeni bir Türk Dil Qurumu yaradılması ilə tamamilə sona çatdırılmışdır." | |
}, | |
{ | |
"id": 206, | |
"title": " \n anterograde amnesia ", | |
"content": "Yeni xatirələrin yaradıla bilməməsi ilə təzahür edən, yaddaşın dövrünə nisbi olaraq pozulmalarından biri. Yəni anteroqrad amneziyalı xəstə amneziya başlamazdan əvvəlki hadisələri xatırlayır. Lakin yeni hadisələri yadda saxlaya bilmir. Anteroqrad amneziya daha çox hipokampusun zədələnməsi zamanı ortaya çıxır. Psixiatriyada və psixologiyada məşhur bir keysdə amneziyanı daha yaxşı anlamaq olur: henry molaison adlı bir epilepsiya xəstəsinin şiddətli tutmalarını dayandırmaq üçün hipokampusun böyük hissəsi və ətrafdakı bəzi hissəciklər əməliyyatla çıxarılır. Epileptik tutmalar həqiqətən də dayanır. Amma xəstədə anteroqrad amneziya yaranır. Henry həkim hər dəfə otağa daxil olduqda onunla yenidən tanış olmalı olur. Əməliyyatdan öncəki hadisələri xatırlasa da yeni hadisələri ancaq bir neçə dəqiqə yadında saxlaya bilir. Amneziyanın digər formaları üçün:\n(baxma: retroqrad amneziya)\n(baxma: anteroretroqrad amneziya)\n(baxma: konqrad amneziya) \nsifarişi verən: ares" | |
}, | |
{ | |
"id": 207, | |
"title": " \n puqaçov kobrası ", | |
"content": "adını suxoy şirkətinin test pilotu viktor puqaçovdan alan avia manevra.\n\n1989-cu ildə paris le bourget aviaşousunda su-27 flankerdə çıxış edən rus pilot bu manevranı yerinə yetirib və beləcə sözügedən manevra pilotun adını alıb. (baxma: adıyla böyüsün) bəzən qısaca kobra manevrası adı ilə də tanınır. \n\nmanevranın əsas məqsədi aviasiyada it döyüşü adı ilə tanınan hava döyüşlərində üstünlük qazanmaqdır. buna baxmayaraq hələ heç bir it dalaşında istifadə olunmayıb, ancaq aviaşoularda tamaşaçıların ağzını ayrıq qoyub. bu haqda araşdıranda belə başa düşdüm ki, çox adam elə fikirləşir ki, guya bu manevranı ancaq su-27 yerinə yetirə bilir, halbuki bu belə deyil. puqaçov manevrasını nəinki su-27 flanker, miq-29 fulcrum, 5-ci nəsillərdən suxoy pak fa t-50, f-22 raptor yerinə yetirə bilir və məlumatım olmadığım digər qırıcılar həmçinin. onu da qeyd edim ki, hər qırıcının başı üçün də deyil bu manevranı yetirsin, çünki manevra üçün əsas şərtlərdən biri pilot peşəkarlığı ilə yanaşı təyyarənin qanad sahəsinin genişliyidir. qanad sahəsinin genişliyi təyyarə üçün havada ikən hava tormozu rolu oynayır. \n\nmanevranın yerinə yetirilməsinə gəldikdə isə, düşməndən uzaqlaşmağa çalışan pilot anidən təyyarənin burnunu vertikal şəkildə 110-130 dərəcəlik bucaq altında qaldırır, daha sonra təyyarənin 90 dərəcəlik vəziyyət almasına çalışan pilot, bundan sonra ardıcıl olaraq təyyarənin burnunun önə doğru əyilməsi ilə biraz da \"qaz verir\" və beləcə təyyarə öz sabit vəziyyətinə qayıdır. bu əsnada isə arxasınca düşən düşmən təyyarə rəqibinin bu sürət itirməyə hesablanan manevrası ilə öz yüksək sürəti ilə manevranı yerinə yetirən təyyarənin \"altından\" keçir və hətta özü \"hədəf\" olur. yəni ən azından nəzəriyyədə belədir, praktikada isə bu həyata keçməyib, çünki elə bir döyüş şəraiti də olmayıb ki, yoxlanılsın ki, işə yarayır, ya yox. hərçənd ki, mən özüm də inanmıram işə yarasın, çünki indi elə bir zamandır ki, heç buna ehtiyac da yoxdur, indi əsas güc silahların, raketlərin \"manevrası\"na düşür, təyyarələrin manevrası isə öz əhəmiyyətini haradasa itirir. \n\n\nazərbaycanda miq-29-lar olsa da, bu manevranı yerinə yetirən pilot nə görmüşəm, nə də ki eşitmişəm. \n\n\nsonda bir tost demək istəyirəm; o gün olsun, öz yerli pilotlarımız bu manevranı qarabağ səmasında khankendi air showda yerinə yetirsinlər. mənim kimi bu manevranı izləmək həvəsində olanlar da maks-2017, maks-2019 və s. və i.a aviaşoularında iştirakçı olmaq arzusu ilə yaşamasın." | |
}, | |
{ | |
"id": 208, | |
"title": " \n overhead, without any fuss, the stars were going out. ", | |
"content": "Ani bir şəkildə bitməsi ilə dəhşət hissi verən , Arthur C. Clarke-ın \"Tanrının 9 Milyard Adı\" adlı qısa hekayəsinin son cümləsi.Hekayə belədir ki , bir qrup tibetli rahib inanır ki , tanrının 9 milyard adı var və bu adların hamısı yazıldıqda kainatın məqsədi tamamlanacaq, yəni hər şey sona çatacaq. Onlar bu adları əl ilə yazmaq çox uzun çəkdiyi üçün, bir kompüter sifariş edirlər və iki texniki işçini Himalaya gətirirlər. Kompüter bu adları sürətlə çap edir və rahiblər də səsli oxuyurlar. Texniki işçilər bu inancı ciddiyə almırlar və klasik amerikalı baxışlarıyla bunu gülünc hesab edirlər.Nəysə , bütün hekayəni anlatmayacam təbii ki , amma son ismin çap olunduğu gecə amerikalılar hava limanına doğru çıxıb gedirlər.Biraz da qorxurlar ki , son isim çap ediləndə bir şeylər olmasa , rahiblər onları günahlandırıb zərər verəcəklər.Gecə vaxtı himalaya dağlarının ətəyində ulduzlarla aydınlanan bu qaranlıq yolun sonunda təyyarənin işıqlarını görüb sevinirlər.Bu sırada aralarında danışırlar ki , görəsən rahiblər son adı oxudular ya yox.Və bir anda səmaya baxırlar.Göydəki ulduzlar , bir anda sönür. Overhead, without any fuss, the stars were going out." | |
}, | |
{ | |
"id": 209, | |
"title": " \n vaqif səmədoğlu ", | |
"content": "İçən günlərimi sayır\nyenə də barmaqların.\nSənə ömrüm əzab verir\nmənə də barmaqların.\n⠀\nGünlərimin çoxu gedib,\ndaha sayma heç nəyi.\nBir şeyə söykənməlidir\naxı insan ürəyi.\n⠀\nSəbəblərin hamısı boş,\nsəbəblər yalnız səbəb.\nHər şey bəhanədir, gülüm,\nÖmür, ölüm, qəm, əsəb…\n⠀\nHələ içkidə batmayıb\ninsan kədəri, dərdi.\nBatsaydı insan dərdindən\nAllah özü içərdi…\n⠀\nİçən günlərimi sayır\nyenə də barmaqların.\nSənə sərxoş gözüm baxır,\nmənə də barmaqların..\n\n-1982" | |
} | |
] | |
--- CHUNK 1 END --- | |
--- CHUNK 2 START --- | |
[ | |
{ | |
"id": 210, | |
"title": " \n anathema ", | |
"content": "1990 cı ildə daniel cavanagh, vincent cavanagh, jamie cavanagh və john douglas tərəfindən qurulmuş, ilk başlarda doom metal janrında ifa edərkən, vaxt keçdikcə üslubunu dəyişərək daha çox atmosferik, melanxolik və proqressiv rock istiqamətinə yönəlmişdir. qrup ağır emosional bəstələri ilə tanınır. janr dəyişikliyi 1988-ci ildə çıxan alternative 4 və 1999-cu ildə çıxan judgement albomları ilə özünü göstərmişdir. anathema qrupu doom metal janrından proqressiv rocka keçid edən nadir qruplardandır və bu transformasiya musiqi təkamülü baxımından nümunə kimi göstərilir və vacib rol oynayır. həm sözləri ilə, həm də musiqisi ilə ağrı hissini mükəmməl formada anlayan və izah edən yeganə qruplardandır. dinləyin, dinlətdirin." | |
}, | |
{ | |
"id": 211, | |
"title": " \n around the world in 80 days with michael palin ", | |
"content": "80 gün dünya ətrafında və ya 80 günə dünya turu adlı jül vern əsərinə əsaslanaraq yazılmış kitab. monty pythonçu olan michael palinin dünya ətrafında 80 gününü təsvir edən və BBC üçün hazırlanmış gündəlikdi daha çox. tv üçün hazırlandığından və hədəf kütləsi ingilisdilli tamaşaçılar olduğundan Palin dünyanın qərb yarımkürəsinə sadəcə 23 gün sərf edərək əsas vaxtı bir qərbli üçün maraqlı olan oriyental ərazilərə sərf edib.\n80 günün hər birini kitab kimi bu saytdan oxumaq olar (fotolarla birlikdə):\nhttps:\/\/www.palinstravels.co.uk\/static-7" | |
}, | |
{ | |
"id": 212, | |
"title": " \n faydalı məsləhətlər ", | |
"content": "1)tv-yə baxanda mümkün qədər işığı söndürməyin.\n2)kompyüter qarşısında çox oturursunuzsa və evdə kaktus yoxdursa, yanınıza su qoyub tez-tez için. bu şüanı udur.\n3)hər gün ən azı 20 dəqiqə piyada gəzməklə ürək-damar xəstəlikləri riskini azaltmış olarsız.\n4)yatarkən sağ tərəf üstə yatın. ürəyə güc düşməməkçün.\n5)soğan doğruyarkən gözünüz acılanmamağçün saqqız çeynəyin.\n6)əgər zehni işlə məşğul olacağsızsa, (işiniz zehi işdirsə və ya övladınızın dərs oxuması üçün) otağı göy rəngə boyayın. çünki, bu rəng yaddaşı stimullaşdırır.\n7)əgər hipertaniyadan (yüksək qan təzyiqi) əziyyət çəkirsinizsə, isti suda duş qəbul edin. amma, əksinə hipotaniyadan (aşağı qan təzyiqi) şikayətiniz varsa, soyuq və ya sərin suda yaxalanın.\n8)qoz-fındığı çox yeyin. çünki, o stresin, gərginliyin dərmanıdır.\n9)sumaq isə əsəbləri qıcığlandırır. çalışın mümkün qədər az istifadə edəsiz.\n10)çalışın axşam vaxtı və hərarətiniz olanda yumurta yeməyəsiz. çünki çox ağır qida olduğuyçün mənfi reaksiya verə bilər." | |
}, | |
{ | |
"id": 213, | |
"title": " \n hildegard von bingen ", | |
"content": "orta əsrlər tarixinin ən önəmli qadın şəxsiyyətlərindən olan rahibə, filosof, bəstəkar, həm də feminist. \n\norta əsrlərdə nəinki qadınların, heç kişilərin də təhsilə əlçatımı yox idi. əhalinin səksən beş faizini kənd təsərrüfatı ilə məşğul olan kəndlilər təşkil edirdi. ən dəhşətlisi isə əhalinin yetmiş beş faizi əkin sahəsində işləməyə təhkim edilmiş kəndli fəhlələr (qullar, ingiliscə serfs) idi. yəni bu adamların ağalarının icazəsi olmadan addım atmağa belə icazələri yox idi, nəinki təhsil almaq.\n\nbuna görə də ali təbəqədən deyilsənsə, təhsil almaq üçün ancaq bir yol var idi, o da rahib(ə)lik -- cinsi həyatdan imtina edib özünü dinə həsr etmək. \n\nhildegrad da aşağı təbəqə bir ailənin sonbeşiyi kimi valideynləri tərəfindən altı-on yaşlarında rahibəliyə yönləndirilib. yüksək qabiliyyətlərinə, ağıl və kamalına görə \"müqəddəs\" dərəcəsinə yüksəlmiş, german naturafəlsəfəsinin təməlini qoyanlardan olmuşdur. \n\nən maraqlı düşüncələrindən biri adəm və həvvanın cənnətdən qovulması inancına münasibətində idi. bildiyimiz kimi ən geniş yayılmış miflərdən biri odur ki, adəmin qabırğasından yaradılmış həvva nəfsinə yenik düşüb qadağan edilmiş meyvəni yeməyi bəs deyilmiş kimi, hələ adəmi də öz əməlinə ortaq etmişdi. bununla da, allah ikisini cənnətdən şutlamışdı ki, gedin, burnunuz sürtsün, \"qılınc müsəlmanları\". \n\nyunan-roma filosoflarından başlayaraq əksər filosoflar isə iddia edirdilər ki, allahın siması olan adəmin timsalında kişilər bütün yüksək keyfiyyətlərə sahibdirlər -- dindar, zəhmətkaş, itaətkar, vəsvəsələrə tab gətirə bilən, əxlaqlı və s. lakin qadınlar, dad bu qadınların əlindən, eynən həvva kimi əqidəsiz, özünü idarə edə bilməyən, mütləq missiyası yalnız kişilərə kömək etmək olan varlıqlardılar.\n\nhildegrad bacımız əsrlər boyu davam edən bu səfsətələri oxuyub deyib ki, əl saxlayın, igidlər! ola bilər ki, həvva, həqiqətən, adəmin qabırğasından yaradılıb. lakin bu o demək deyil ki, qadınlar (həvva) kişilərdən (adəmdən) aşağıdır. əksinə, bu elə bomba söhbətdir. adəm (və onun davamçıları kimi kişilər) gildən yaradılıb, buna görə də möhkəm və güclüdürlər. amma həvva adəmdən yaradılıb, daha naif və yumşaqdır. deməli, allahın niyyəti başqa olub. güclü və möhkəm varlığı öz ağlı və iti zəkası ilə tamamlayacaq digər varlığı yaratmaq. qadınların kimliyi bədənlərinin edə bildiklərindən daha çox, ağlının ağır ət yükü olmadan nələrə nail ola biləcəyi ilə müəyyən edilməlidi. buna görə də, qadınlar kişilərlə müqayisədə həssas bir tərəfdaş kimi düşünülməməlidir. onlar tanrı tərəfindən alt insan növü kimi deyil, yenilik və fərqlilik olaraq yaradılıb.\n\non bir-on ikinci əsrlərdə bu fikirləri səsləndirmək, hələ bir müqəddəs mərtəbəsinə də yüksəlmək hər insanın işi deyildi..." | |
}, | |
{ | |
"id": 214, | |
"title": " \n little miss sunshine ", | |
"content": "2006 hollivud çəkimli drama, komediya janrlarında film.\nfilm heroinman baba, proustşünas- intihar meyilli dayı, nihilist-pilot olmaq istəyən qardaş, evə iş gətirən yaşam koçu ata, ortanı tapmağa çalışan güclü anaya sahib, balaca bir az kök gözlüklü bir qızın uşaqlar arasında keçirilən \"little miss sunshine\" adlı gözəllik yarışmasına qatılmaq istəməsi ilə başlayır. müəyyən səbəblərlə bütün ailə yola biryerdə volsvagen \"raf\"-ı ilə yola çıxırlar. əsas məsələ bununla başlayır. bu fəqrli xarakterlərlə yolda maşında gedən müzakirələr, başlarına gələn hadisələrlə film ilərləyir.\nöyrədici və əyləndirici filmdir. sonda da bir təbəssüm verir insana. sifarişi verən: timidus" | |
}, | |
{ | |
"id": 215, | |
"title": " \n françoise hardy ", | |
"content": "1944-cü il doğumlu fransız pop musiqiçi, möhtəşəm səsli qadın. \n60-cı illərdə fransanın ən önəmli sənətçilərdən biri sayılırdı. hətta le feu follet filmində alain onun haqqında \"gənclərin idealı\" ifadəsini işlədir. \n\nbacısıyla birgə qeyri-qanuni nigahdan olduqları üçün anaları tərəfindən çətinliklə böyüdülüblər. həmişə də çirkin olduğunu düşünüb. məktəbi bitirdikdən sonra gitara ilə məşğul olub, oxuyub və beləcə məşhurlaşıb. \nbundan əlavə model və aktrisalıq fəaliyyəti olub. çox sevdiyim masculin feminin filmində də çox qısa səhnədə rol almışdı. həmçinin astrologiyaya aid kitabı da var. \ndinləməyə dəyər və sevdiyim bir neçə mahnısı: \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )" | |
}, | |
{ | |
"id": 216, | |
"title": " \n yurtta sülh, cihanda sülh ", | |
"content": "ilk dəfə 1931 ci ildə mustafa kemal atatürk tərəfindən səsləndirilən fikir. bu fikir türkiyənin sonradan neytral ölkə olacağının əsasını qoydu ( 1936 montrö konvensiyası ) ( 1937 Səadabad Paktı). 1961 Anayasası və 1982 Anayasasında əksini tapmış fikir. bu fikir həm də türkiyənin xarici siyasətinin əsasını təşkil edir. bu arada türk dil devrimi başlamasından sonra (1932-1982) indiki türkçədə \"Yurtda barış dünyada barış\" şəklində səsləndirilir sifarişi verən: Derek" | |
}, | |
{ | |
"id": 217, | |
"title": " \n phineas and ferb ", | |
"content": "2007-2015 arasında disney channel kanalında yayımlanan türkcə dublajı belə əjdaha, underrated cizgi film. \nPhineas və ferb adında 2 balaca dahi qardaş yay boyu hər gün möcüzəvi əşyalar (dəniz sahili, zaman maşını, şəhər boyu çəkilmiş sürət qatarı və s. Kimi) tikirlər. Bacıları candice də analarına sukalamaq üçün dəridən qabıqdan çıxsa da anası görməmişdən 5-10 saniyə qabaq əşyalar necəsə yoxa çıxır. Çox vaxt da səbəbi dr. doofenshmirtz olur.\nDeməli cizgi filmin elə ən əjdaha teması doofenshmirtz və \"ornitorenk perry\"di. Bu perry phineas və ferbün amfibik ev heyvanlarıdı. Amma gizli agentdi və bunu heç kəs bilmir. doofenshmirtz də \"pis alim\"di. Hər dəfə gülməli adlara sahib icadlar düzəldir və sonda perry onu həmişə fail edir. Sondaki \"lanet olsun sana ornitorenk perry\" replikası əfsanədi. :d\n\nMahnıları da möhtəşəm dublajla çox əyləncəlidi. \n\nFavorilərim:\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )" | |
}, | |
{ | |
"id": 218, | |
"title": " \n remedy lane ", | |
"content": "bəli yenə konseptual albomdur mövzumuz həm də ən sevdiyim.\n\nRemedy lane isveçli (bax: pain of salvation) qrupunun 2002-ci ildə buraxdığı metal dünyasında ən dərin və emosional sayılan 13 mahnıdan ibarət konseptual albomlarından biridir.albom qrupun vokalisti və bəstəkarı olan Daniel Gildenlöwun öz şəxsi həyatından ilhamlanaraq yazdığı hekayəni əhatə edir.əsas konsept burada bir insanın həyatında qarşılaşdığı ən çətin anları, sevgi və ehtiras, eyni zamanda keçmiş travmaların həyatımıza təsiridir.Albom boyunca baş qəhrəman həm emosional, həm də fiziki mənada bir səyahətə çıxır. O, gənclik təcrübələrini, cinsəllik və mənəvi azadlıq arasındakı fərqləri araşdırır.\n\n\n\n \n \n\n\nAlbomun açılış mahnısı olan Of Two Beginnings,baş qəhrəmanın uşaqlığında yaşadığı erkən və travmatik bir təcrübəni təsvir edir.Bu mahnı bir tərəfdən kəşf və məsumiyyətin itirilməsindən bəhs edir.qəhrəmanın erkən yaşda cinsəlliklə qarşılaşması onun həyatında travma yaradır və sonrakı münasibətlərinə ciddi təsir göstərir.\n\nending theme albomun ikinci mahnısıdır burada qəhrəmanın keçmişdə yaşadığı münasibətdəki uğursuzluğu və bu münasibətin bitişinin ona dərin təsiri qələmə alınır.mahnıda keçən \"To be honest, I don’t know what I’m looking for” sözləri isə qəhrəmanımızın nə istədiyini bilməyərək özünün axtarışında olduğu məlumdur.mahnının ilərləyən qismində isə personajın köhnə münasibətini unutmaq üçün başqa bir qadınla birlikdə olması belə öz istəklərini müəyyən etməyə kömək etmir.\n\nfandango ehtiras, çılğınlıq və emosional manipulyasiya ilə dolu bir münasibəti təsvir edir. Burada qəhrəman həm cinsəl, həm də emosional baxımdan bir tərəddüd yaşayır.Həmçinin personajlar arasındakı fərqidə görürük.qadın obrazı-fiziki təmas sevən,sevginin həqiqətinə inanan və bunu istəyən biridir.kişi obrazı-ağıllı,həyatdan məna axtaran,hələ də uşaqlıq saflığını itirmək istəməyən biridir.onların birlikdəliyi tamamilə fərqlidir,birgə azad və cəmiyyətin qoyduğu qaydalara çoxda əhəmiyyət vermirlər.\n\n A Trace of Blood albomun ən sarsıdıcı və duyğusal mahnılarından biridir.qadın obrazımızın hamiləlik itkisi yaşamasından və bu itkinin baş qəhrəmanımıza olan təsirindən bəhs edir.\"I was prepared to be your father \/ How can I ever prepare for that again?\"-Bu sətirlər, hiss edilən boşluğu və faciəni güclü bir şəkildə ifadə edir. Atalıq arzusu ilə yaşayan bir insanın birdən-birə hər şeyi itirməsi, onun ruhunu darmadağın edir.Bu itki təkcə bir övladın itkisi deyil, həm də gələcək planların, ümidlərin və xəyalların yox olmasıdır. Həmçinin, cütlüyün münasibətində böyük bir sarsıntıya səbəb olur. Onların sevgisi artıq təkcə duyğular üzərində deyil, paylaşılan bir travmanın ağırlığı altında formalaşır.\n\nalbomun beşinci mahnısı olan This Heart of Mine bir ümid işığı olur sanki hekayəmizdə.Baş qəhrəman, sevgilisinin ağrısını paylaşaraq, onu tərk etmək əvəzinə yanında qalmağa qərar verir.Əvvəlki mahnılarda sevgi və bağlılıq anlayışını tam başa düşməyən bir insan kimi təsvir olunsa da, burada tamamilə sadiq və qoruyucu bir obraz formalaşdırır.Ancaq bir sual var: Bu sözlər həqiqətən içdən gəlir, yoxsa sadəcə günahkarlıq hissindən irəli gəlir?\n\ngəldik mənim ən yaralı mahnıma bəlkə də həyatımın son dəqiqələri olsa açıb dinləyəcəyim həmin şah əsərə-undertow.qəhrəman, yaşadığı travmaların və qarışıq duyğuların içində boğulur,qərarsızlıq içində nə edəcəyini bilmir,sevgini sığınacaq kimi qəbul etməli, yoxsa özünü tapmaq üçün bu münasibətdən uzaqlaşmalıdırmı?Bu mahnı, bireysel və ortaq ağrıların münasibətlərdə yaratdığı qarışıqlığı təsvir edir. Bir insan həm aşiq olub, həm də qaçmaq istəyə bilərmi?Undertow, məhz bu sualı ortaya qoyur.bu mahnını sevmə səbəbimdə elə məhz burdan məlum olur nəysə davam.\n\nrope ends albomun yeddinci mahnısıdır.Bu mahnıda artıq təkcə kişi qəhrəmanın deyil, qadın obrazının da tamamilə məhv olduğunu görürük. Sevgilisi, itkinin ağırlığına dözə bilməyərək intihara cəhd edir.dəfələrlə intihara cəhd etsə belə uğursuzluqla nəticələnir.Bu mahnı depressiyanın və ümidsizliyin insanı necə tamamilə içdən-içə yeyib bitirdiyini təsvir edir. Qadın obrazı ümidini tamamilə itirmiş kimi görünür.\n\nchain sling Münasibətdə qalan son ümidi, lakin eyni zamanda tərəflərin bir-birinə uzaqlaşmasını təsvir edir.adam yenidən sevgisini qazanmaq üçün əlindən gələni edir lakin artıq qadın bunu istəməyərək uzaqlaşır.There is nothing you can do to help me now,I am lost within myself as so many times before\n\nDryad of the Woods mən bu mahnıya sehirli nəğmə deyirəm.albomda yer alan instrumental parçadır.mənim üçün iki insanın sevgidə necə bütünləşdiyini və mahnının adında keçən driada kimi bir-birlərinə bağlı yaşadığlarının simvol edir.baş qəhrəman İndi həqiqətən sevdiyini başa düşür və onların münasibətinin təkcə fiziki yaxınlıqdan ibarət olmadığını anlayır.\n\nalbom ilə eyni adı daşıyan remedy lane isə albomda yer alan ikinci instrumental mahnıdır. Amma bu mahnı, daha öncə eşitdiyimiz melodiyaların sintezlə təkrar səsləndirilməsidir.\n\nwaking every god mahnısında isə baş qəhrəman münasibətinin ilk başladığı şəhərə – Budapeştə dönür.və yenidən keçmiş sevgisini unutmağa çalışır,yeni biri ilə münasibət qurur. Lakin bu, ona həqiqi xoşbəxtlik gətirmir.\n\nalbomun onikinci mahnısı second love.baş qəhrəmanımızın peşmanlıqlarını görürük burda.O, anlayır ki, keçmiş sevgilisi ilə birlikdə çəkdiyi ağrı və əziyyət, onların münasibətini xüsusi edən şey idi. İndi heç kimlə həqiqətən xoşbəxt ola bilməyəcəyini başa düşür. Hətta o qadın ona kədər gətirsə belə, yenə də onun yanında olmaq istəyir.\n\ngəldik ən sona beyond the pale.Hekayə açıq bir sonluqla bitir. Münasibət alınmır. Qadın artıq başqa bir kişi ilədir. Baş qəhrəman isə yenidən sevgini ehtirasla dəyişdirir, amma daha da boş və mənasız hiss edir.\"Love is not like they say\".Mahnı, sevgi və seks arasındakı fərqi çox açıq şəkildə göstərir. Baş qəhrəman həqiqi sevgini başa düşmək əvəzinə, seksə üz tutur. O düşünür ki, əgər kifayət qədər qadınla birlikdə olarsa, içindəki boşluğu doldura bilər.Lakin, bu boşluğu heç nə doldura bilmir. Əksinə, o, hər yeni münasibətlə daha da çox məhv olur.\n\nən sona bu cümləni saxlayıram “We will always be much more human than we wish to be” .həqiqətən də bu belədir." | |
}, | |
{ | |
"id": 219, | |
"title": " \n mnemonika ", | |
"content": "hər mənada xatırlama sənəti\n(bax: mnemonic) \n\nqədim yunanca mnēmē (yaddaş) sözündən gəlir \n\nsəsli mnemonika\npringles qapağını açanda eşitdiyiniz o məmnun edici pop səsi təsadüfi deyil. elə bir şey ki, şirkət bu səsi də satırıq deməkdən çəkinmirlər:\n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\nlas vegas 90-larda xırda pullarla idarə olunan slot maşınları kağız pullarla əvəz olunmağa başlamışdı.Kazinolar fikirləşirdilər ki, bəlkə insanlar belə daha çox pul xərcləyəcəklər. Amma o ikonik səs də bu təcrübənin bir parçası idi. Və buna görə də qazanclar böyük ölçüdə aşağı düşməyə başladı. Kazinolar yenidən qazanclarını artırmaq üçün Las Vegas-ın o atmosferini və arxa fon səsini yenidən gətirdilər.\n\n\n \n \n\n\nSəsli mnemonikaya çoxlu misal vermək olar: McDonald's kağız fincanına çöp daxil edilərkən yaranan incə ton; Coca-Cola açılışında istər şüşəni, istər də dəmir qutunu açanda eşidilən, qazın əvəzolunmaz tını; həmçinin, nostalji baxımından unudulmaz Windows başlatması və Super Mario oyununda coin yığanda səsləndirilən melodiya.\n\n\n \n \n\n\nvizual mnemonika\nafrikalı və hindistan fillərinin nəhəng qulaqları öz qitələrinin xəritələrinə bənzəməsi. *\nOrtamda Satmalık Bilgiler\n\n \n\n \n \n\nikihürgüclü dəvələr orta asiyaya*\nçin, monqolustan\n məxsus bir növ olarkən, sadəcə bir hürgücü olan dəvələrin vətəni yaxın şərq\/şimali afrikadır.*\nərəb ölkələri\n\n\n\n \n \n\n\nmusiqili mnemonika\nharalı olsan da yaddan çıxmaz “abc” alfabet mahnısı. ən istəksiz uşağı da musiqinin ritmi ilə bir şeylər öyrədə bilirsən. \n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\ncoğrafi mnemonika \ncoğrafiya imtahanına hazırlaşan uşaqlar üçün xəritəni yadda saxlamaq bir iş(gəncə) kimi səslənə bilər, amma onu mnemonik tapmacaya çevirdikdə iş əyləncəli bir hal alır. \nazərbaycanın siyasi xəritəsində naxçıvan rayonlarını araz çayının axını ilə sədərəkdən ordubada çox rahat əzbərləmək olur. hətta balakəndən bakı'ya doğru olan istiqamətdə mənim kimi yaddaşı zəif biri belə rayonları çox asanlıqla xatırlıya bilir.\n\n\n \n \n\n\nfiziki\/kinestetik mnemonika\nayın günlərini yadda saxlamaq üçün əlinizdəki hər oynaq 31 günlük ayı, aradakı çöküntülər isə qısa ayları xatırlamağınıza kömək edir. \n\n\n \n \n\n\nbonus mnemonika:\nmühasibatlıqda istifadə olunan “ dealer” mnemonikası \nmühasibatlıq aləmində debits və credits-i daha yaxşı başa düşmək, maliyyə terminlərini yadda saxlamaq və accounting equation-u öyrənməyə kömək edir:\n\n\n \n \n\n\nMnemonika həyatımıza interaktiv, əyləncəli və yadda qalan təcrübələr qatır. Öz sahənizdə və ya gündəlik həyatda tətbiq edildikdə, işinizi asanlaşdırır və ona fərqli bir baxış bucağı qazandırır." | |
}, | |
{ | |
"id": 220, | |
"title": " \n erməni ", | |
"content": "qonşu və getdikcə bir-birimizə nə qədər çox bənzədiyimizin şahidi olduğum xalqdır. icazənizlə yazımı uzun tutub içimi və zəhlənizi tökəcəyəm. amma istəyən son abzası oxuya bilər, hətta istədiyi abzasdan başlaya bilər...çün, yazıboyu orada yazacağım heçnəyi təkzib etməyəcəyəm.\n\nilk dəfə 2009-cu ildə istanbula gəldiyimdə sonradan heçvaxt yaşamaq nəsib olmasa da öz məhəlləm kimi sevdiyim kadıköydə yeriyərkən qabağıma kilsə çıxdı. surp takavor erməni kilsəsi. həmin an keçirdiyim hissləri özüm belə yamsılaya bilmərəm. ağlım kəsən vaxtdan sorğulamış olsam belə liseydə milliyyətçilik yüklənmiş, yeniyetməliyinin kuliminasiyasında olan bir insan üçün qarışıq vəziyyətdə idim. önündəki meydanvari sahədə daşa oturub girib-çıxanları izlədim. \"bıy içini zad eləyim..duduşbaşlar bizə qardaş deyir, sərhəd bağlamışıq deyir..amma mərkəzi bir yerdə kilsələri var\". bir tərəfdən də \"humanist\" olmağa çalışıb milliyyətçilikdən də əl çəkə bilməyən duduşbaş olduğum üçün \"bunlar əvvəldən burada yaşayanlardır. özlərini türk kimi hiss edirlərsə kilsələri niyə də olmasın?!\" deyə düşünürdüm. türk kimi hiss etmək...hisss.kdir..\n\n2 il sonra elə o tərəflərdə universitetə başladım. müəllim 80 nəfərin doluşduğu sinifdə, hamıdan kim hansı dilləri bilir deyə soruşurdu. tam olaraq kimdən çıxdığını bilmədiyim səs ispanca və ermənicə bildiyini dedi. bir qadın səsi . azərbaycanlı olduğumu bilən erməni olduğunu bilmədiyim bu tələbədən ilk imtahanlarda karandaş filan istəmişdim. gülər üzlə alış-verişimiz də baş tutdu. ara qarışdırmaq istəyən bir qisim dölbeyin türk gəlib soruşurdu, \"erməniləri niyə s.kmirsiz?!\", \"siz ordan yardırın, biz buradan.\" filan. bizdən bəziləri tırkaya gedib ana-arvad girişirdi ermənilərə. mən isə getdikcə daha çox dəyişirdim. məncə müsbətə doğru. \n\nxocalı mitinqi vaxtı məsullardan oldum. ülkücülərlə çay içmək filan. mitinqdə yaxamda görevli kartıyla gələnləri izləyirdim. bəziləri hepiniz ermenisiniz, hepiniz piçsiniz pankartı qaldırırdı. qaçıb aşağı saldırırdım. içimdəki mən özünə yer tapmırdı: bunlar nə danışır? bunlar həqiqətən də insanlar öldürülüb deyəmi buradadılar? həqiqətən də səmimi olaraq 20-ci əsrin ən dəhşətli soyqırımı olduğuna inanırlarmı? ən dəhşətlilərdən biri deyil, ən dəhşətlisi! səmimi olmaq, obyektiv baxmaq...əşşi..f.ck armenia!\n\nqəribə idi. universitetdə bəzi bizimkilər mənə irad tuturdu erməni tələbə ilə gülər üzlə salam-sağolum olmağını. bir gün erməniylə kadıköydə rastlaşdım. əlimdə adolf hitlerin kitabı...mein kampf...salamlaşıb eyni avtobusa mindik. ikimiz də ehtiyat edirdik. qaçamaq baxışlar. və aha da kitabı gördü. ürəyi kadıköyün portağal suyu satıcısının aparatına ilişdi eləbil. gözündən \"hass..yine mi aynı muhabbet?! laan, yoksa?!\" suallarla təcahül-i arif etdiyini hiss eləyirdim. qısa cavablar filan. 4 il ərzində (hətta 5 il) milliyyətçi söhbətlərdən uzaq, bir-birimizə də məsafəli şəkildə bitirdik universiteti. sözüm onda yox...\n\nsəhv etmirəmsə 2-ci kursda avtobusla bir dostumla tiflisə yollandıq, 1 gün qalıb vətənə yola düşməkçün. avtobus avtovağzala yaxınlaşdıqca azalırdıq. 4 nəfər qalmışdıq. erməni olan bir sərnişin işçiyə verdiyimiz sualı cavablandırmağıyla söhbətimiz başladı. rusca verilmişdi sual. öz aramızda azərbaycanca danışdığımızı eşitdiyinə əminəm. türkcə danışmağa başladıq bununla. haralı olduğumuzu soruşdu. içimizdəki axmaq hiss türkiyəli dedirtdi. bizə kömək etdi, dostumuza zəng etməyimizçün telefonunu vermək filan. avtobusdan enəndə qabağımıza milliyyətçi gürcüstan azərbaycanlısı çıxdı. normal olaraq öz dilimizdə salamlaşıb qucaqlaşdıq. elə qucaqlaşarkən dostumun çiyninin üzərindən erməniylə göz-gözə gəldik. unuda bilməyəcəyim bir baxış idi. gülümsəmə, məyusluq, acizlik, hərşey var idi o baxışda.\n\natam milliyyətçi mühafizəkar olaraq tanıdığım, əslində isə ssridəki xalqlar dostluğu zehniyyətindən 90'lardakı siyasi dəyişikliklər nəticəsində fərqində belə olmadan vətənpərvər, müharibəyə səsləyən çıxışlar edən insanların arasına keçmiş insandır. çətin dövrlərin axına verilmiş insanlarından olmuşdur. səhv və ya düz olduğunu demək məsuliyyətinə girəcək gücüm yoxdur. bir gün fikirlərimi açıqladım. insanlara fərdi yanaşmamağın məntiqsizliyini, milliyyətə görə mühakimənin heç bir tutulacaq yanı olmamağını, qarabağ müharibəsinin aktiv və ya passiv davamediciliyinin hökumətlərin necə işlərinə yaradığını və s. kişi başadüşən kişidir. biraz sakit dayanıb mənə o vaxt kəndlərindəki, qonşu kəndlərdəki ermənilərlə hadisələri danışmağa başladı. \n\"70-ci illər idi. kənd soveti biz 2-3 nəfərə qonaqlıq verəsidi. bir baxdıq araq yoxdu. arağı hardan ala bilərik, axşam düşür. qonşu kənddəki erməni filankəs dayıdan. müavini ilə mən yollandıq erməni dayıgilə. pulu verib arağı götürüb gələsiyik. əlbət telefon yox, bir şey yox. onlar naz-nemət hazırlayırlar ki, birazdan gələcəklər mıxlayıb kayfımızı tutacayıq. bu başınadöndüyüm erməni dayı soruşasan ki, \"arağımdan içmisiniz heç? bəlkə heç pisdi? pul verirsiz hələ.\" dilimə arı soxa...dedim \"yox\". \"ara, gəl bir dadına bax\" deyib soxdu bizə içəri. vurduqca vururuq. pəh...özü də nə araq. bir baxdıq ki, hava qaralır. dilə tutub araqları götürdük. pulu veririk, götürmür ki, götürmür. stepan deyir, şaumyan demir. güc-bəla, müavin gizlin süfrənin altına pulu qoyub araqları qoltuğumuza vurub gəldik yenə yeyib-içməyə.\"\n\nbir gün otelimizə booking.com rezervasiyalı erməni ailə gəldi. yanvarın 5-i filandı. ilk dəfə erməni pasportuna toxunuram. önmühakimələrimdən qurtulmuş bir şəkildə qeydiyyatlarını aparıram. xanım çantadan sırf bizə verməkçün ta yerevanda paketlədikləri konfetləri çıxarıb verdi. \n\"eto dlya vas. s novom qodom!\"\nazərbaycanlı olduğumu sonadək demədim. gizlətmədim də..anladılarsa anladılar. orta statistik azərbaycanlı ailələrə necə də oxşayırdılar diqqətlə incələdikcə. yanlarındakı 8 yaşlı qız uşağına baxdıqca içimi hüzn əsir alırdı. bəlkə də axıra kimi nifrətlə böyüdüləcək. bəlkə də sevgilisi əsgərliyə gedəcək. cəbhədə və ya faktiki işğal olunmuş ərazilərdə xidmət edəcək. bizə lənətlər oxuyacaq, bəlkə də əri elə oradaca öləcək. bəlkə də uşaqlarını da elə böyüdəcək..bəlkə də...\n\nbir neçə gün əvvəl oteldəki texniki bir nasazlıqla bağlı elektrik işçisi axtarmağa çıxdım. hamısı g.t atırdı gəlməməkçün, gəlməyə razı olan da çox yüksək qiymət deyirdi xırda bir işçün. nəhayət kiçik bir elektrikçi otağı tapdım. dayday aşağı bir qiymət dedi. razılaşdıq. \n\"otur, çay söyleyeyim. alet de o ara şarj alsın. yemek ister misin?\" \nçayın kafi olduğunu deyib oturdum. söhbət çay müşaiyəti ilə təkan götürdü. haralısan sualının cavabı eləbil başını hərlədi. \"o..ooo...azeri ha..sumgayıt..bilir misin? orada yaşadım. bikaç sene. ilham...o aliyev n'apıyor? nasıl? memnun musunuz?\" dayday bildiyin özünü itirdi. həmyerlisini görmüş qədər sevinsə də əsir düşmüş qədər qorxmuş, hərşeyini danışmaq istəsə də ss'lərlə qarşılaşmış partizan qədər məxfi... \nmən: \"devlet heryerde devlet, hukumetler de aynı b.kun lacivertlerinin farklı tonları...\"\no: \"köy binası var orda..şey...adı neydi..orada arsam var...şuan 100 bin dolar değeri..azeri ha...hehe..severim..hehe..\"\nm: \"hala senin adına mı?\"\no: \"evet..çıkalım..\"\nyolboyu da söhbətimiz eyni şəkildə davam etdi..amma istəmədən çox boşluqlar buraxırdı, təzadlar çıxırdı özüylə bağlı hissələrdə..haralısan dedim...\n+\"e...e..elazığ\"\n-\"abi, 90'ların başında mı çıktın oradan?\"\n+\"evet. bir kadınla birlikte yaşıyorduk. buraya geldik. oturumunu da halletmiştim. kız kardeşi aklını çeldi. geri gittiler. bir de çocuğum var. orada okula gidiyor. göremiyorum\" şübhəli baxdığımı hiss edib..\"gidiyorum ara sıra, canım..heh..toprağa el koydu devlet gerçi...\"\ndaydayla gəldik, işini canla-başla gördü. gedəndə də \"bi' ara çaya beklerim\" dedi getdi. bəlkə də vaxt tapıb gedərəm yanına. buraya da olmasa başqa uyğun bir başlığa entry girərəm. \n\nson olaraq səhv etmirəmsə 2-3 il əvvəl idi. gürcüstandakı azrəbaycanlılar və ermənilər sərhəddə yığışıb mitinq eləmişdi. müharibə istəmirik deyə. hər iki tərəfin məlum televiziya kanalları qatılan həmyerlərini xain olaraq təqdim etmişdi.\nnə isə... keçək sözümün canına...\n\nyuxarıda yazdıqlarım daha çox milliyyətçilik başlığına uyğun gəlmiş olsa da, ermənilərlə qarşılaşmalarımdan, xatirələrimdən bəhs etdim. ermənilər də insandır yox. insan insandır. bu qədər sadə. daima düşmənliyin yaranmasında ermənilərin xain olması səbəb deyil. səbəb nə vaxt ki, siyasət bir millətə düşmən tələb edibsə hər dəfəsində ən yaxın keçmişdəki düşmənlik yaşamış xalqlardan istifadə edilməsidir. bu düşüncədə olanların hər iki tərəfdə də azlıqda qaldığını anlamayacaq qədər axmaq deyiləm, gələcəyin yaxşı olacağına inanacaq qədər xəyalpərəst də deyiləm. amma siz danışın, qardaşlıqdan, sülhdən, insanlıqdan...bəlkə kiməsə təsir edər...ən azı safınız bəlli olar, bir-birimizi tanıyarıq. umbaylayanlara inad!" | |
}, | |
{ | |
"id": 221, | |
"title": " \n not tutmaq proqramları ", | |
"content": "qeydlər aparmaq üçün istifadə olunan proqramlar nəzərdə tutulur. \nBunlara aşağıdakılar daxildir:\nEvernote – Bulud əsaslı, etiketləmə və axtarış imkanları ilə güclü not proqramı.\nOneNote – Microsoft-un not tutma proqramı, əl yazısı və multimedia dəstəyi var.\nGoogle Keep – Sadə və sürətli qeydlər üçün ideal, Google ekosistemi ilə sinxronizasiya olunur.\nNotion – Qeydlər, tapşırıqlar və verilənlər bazalarını bir yerdə idarə etməyə imkan verir.\nObsidian – Markdown dəstəyi olan və əlaqəli qeydlər yaradan güclü proqram.\nSimplenote – Minimalist və sürətli not tutma tətbiqi.\n\nNot tutmaq bir çox səbəbə görə önəmlidir:\nMəlumatın yadda saxlanmasını artırır – İnsan beyni məhdud yaddaşa malikdir. Qeydlər aparmaq öyrəndiyiniz və vacib hesab etdiyiniz məlumatları unutmamağa kömək edir.\n\nFikirləri və tapşırıqları təşkil edir – Planlarınızı, ideyalarınızı və gündəlik tapşırıqlarınızı notlara yazmaq, daha səmərəli işləməyə və vaxtınızı düzgün idarə etməyə kömək edir.\n\nYaradıcı düşüncəni gücləndirir – Qeydlər aparmaq yeni ideyaları inkişaf etdirməyə və onları daha sonra nəzərdən keçirməyə imkan yaradır.\n\nDiqqəti artırır – Bir mövzunu yazmaq, onu daha yaxşı başa düşməyə və diqqəti yayındırmadan təhlil etməyə kömək edir.\n\nTəkrar öyrənməyə imkan yaradır – Xüsusilə dərs oxuyarkən və ya yeni bacarıqlar öyrənərkən qeydləri nəzərdən keçirmək informasiyanı möhkəmləndirir.\n\nSəmərəliliyi artırır – İş və şəxsi həyatınızda qeydlər apararaq nələri etməli olduğunuzu unutmaz və planlı şəkildə hərəkət edərsiniz.\n\nYəni, not tutmaq həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət üçün çox vacib bir vərdişdir.\n\nUzun illərdir ki, həm şəxsi, həm də iş həyatımda not tuturam. Artıq hesab edirəm ki, not tutmaq nə qədər vacibdirsə, onları səliqəli və sistemli şəkildə saxlamaq da bir o qədər önəmlidir. Notlar zamanla artdıqca, lazım olan qeydi tez tapmaq üçün əvvəlcədən başlıq və etiketləmə qaydası müəyyən edilməlidir.\n\nMən, məsələn, etiketləməni elə başlığın özündə edirəm. Bu, sonradan axtarış prosesini daha asanlaşdırır. Məsələn:\n\nBaşlıq formatı:\n(Ana açar söz): (Əgər varsa, alt açar söz): Notun adı\n\nNümunə:\nKitab: Fəlsəfə: Arthur Schopenhauer: Eristik Dialektika\n\nBu üsul, qeydləri sistemli şəkildə saxlayaraq, istənilən məlumatı tez bir zamanda tapmağa imkan yaradır. \n\n\nhazırda əsas olaraq keep işlədirəm. bu videoda Obsidian ilə tanış oldum, notları vizual olaraq əlaqələndirməsi çox maraqlı gəldi.\n(youtube: )" | |
}, | |
{ | |
"id": 222, | |
"title": " \n rekordsmen ", | |
"content": "Azərbaycan dilinin izahlı lüğətində ingilis dilindən götürülmüş kimi görünən, amma əslində ingilis dilində olmayan bir sözdür. Bir çox başqa sözlər kimi, \"rekordsmen\" sözü də Azərbaycan dilinə rus dilindən keçib və orada \"рекордсмен\" (rekordsmen) kimi istifadə olunur. Yəni, ruslar bu sözü ingilis dilindən alıblar? Əlbəttə yox. Onlar da bu sözü fransızca “recordman”dan götürüblər. Lakin rus mənbələrində bu sözün ingilis dilindəki “recordsman” sözündən alındığı iddia edilir. Amma bu sözü Oksford lüğətində axtarsanız, heç bir nəticə tapa bilməzsiniz, çünki ingilis dilində bu söz “record holder” kimi yazılır. Bəs niyə bu söz ingilis dili kimi qəbul edilir?\n\nDilçilikdə belə sözlərə “pseudo-loan” (saxta alınma) deyilir; yəni başqa dildən alınmış, amma o dildə olmayan sözlərdir. Bu tip sözlərin həmin dildən götürüldüyü illüziyasını yaradan səbəb, onların o dildən olan elementlərdən təşkil olunmasıdır. Məsələn, “record” sözü latın mənşəli olsa da, sözün sonuna əlavə olunan “-man” şəkilçisi latın dil ailəsinə deyil, german dil ailəsinə aiddir. Bəs niyə fransızlar, dilləri latın mənşəli olsa da, latın sözünə ingilis şəkilçisi əlavə ediblər? Çünki “record” sözü latın mənşəli olsa da, idmanda ən yüksək dərəcəni ifadə edən məna ingilis dilindən semantik olaraq götürülüb. Yəni, ingilislər fransızlardan aldıqları sözə yeni məna verib, onu fransızlara qaytarırlar. Fransızlar isə bu yeni mənalı sözü ingilis dili kimi qəbul edib, ingilis dilinin qaydalarına əsaslanaraq rekord qıran şəxsi “recordman” adlandırmağı düşünərək lüğətlərinə əlavə edirlər. Bu şəkildə, söz səhvən ingilis dilindən alınmış kimi digər dillərə keçmiş olur." | |
}, | |
{ | |
"id": 223, | |
"title": " \n ghost of tsushima ", | |
"content": "------\ngiriş:\n------\nsekiro shadows die twice ı bitirdikdən dərhal sonra, yaponiya atmosferindən çıxmamaq üçün ghost of tsushima ya başladım.subyektiv olaraq oyunu çox bəyəndim.lakin obeyktiv olaraq baxıldıqda oyuna şişirdilmiş xallar verildiyini düşünürəm.\n\n---------\nhekayə:\n---------\n1274-cü ildə khotun khan liderliyindəki monqol donanması yaponiyanın tsushima adasını işğal etmək üçün hərəkətə keçirlər.adanın müdafiyəsinə isə başlarında lord shimura nın olduğu, eyni zamanda lord shimura nın bacısı oğlu, sakai klanının lideri jin sakai (bizim personajımız) və 80 samuray qalxır.əlbətdə ki, lord shimura da daxil olmaqla bütün samuraylar öləcəklərini bilirlər.çünki qarşılarında bir ordu var.lakin son nəfəslərini ən azından adalarını qorumağa cəhd göstərərək, monqolların işğalını azda olsa yavaşlatmaq ümidi ilə və şərəflə vermək istəyirlər.əslində samurayların bağlı olduqları şərəf kodeksləri (bushido), onları monqol və digər döyüşçülərdən ayıran ən böyük fərqdir.bu kodekslərə qadınlara, uşaqlara və aman diləyənlərə rəhm etmək, düşmən ilə üzbəüz, gözə-göz döyüşmək və s daxildir.yəni bir samuray, döyüşdə heç vaxt düşmənini arxadan bıçaqlayaraq, zəhərləyərək, gizlincə yaxınlaşıb boğazını kəsərək və s bu tipli üsullar ilə öldürməməlidir.amma monqollar bu cür kodekslərə bağlı deyillər.bundan əlavə monqol lideri khotun khan, samurayların belə dəyərlərə sahib olduqlarını bilir və bundan özlərinə qarşı istifadə etmək niyyətindədir. \ndöyüşün nəticəsində lord shimura əsir düşür.bizim jin sakai isə yaralanır, lakin ölmür.çünki, yuna adlı bir xanım, onu döyüş meydançasından çıxarıb yaralarını sağaldır.jin sağalar-sağalmaz dayısının əsir düşməyini öyrənir və monqolların lideri khotun khan ilə təkbətək döyüşmək üçün yola çıxır.lakin yorğun və yaralı olduğu üçün khotun khan onu asanlıqla məğlub edir və körpüdən aşağı tullayır.ammajin bu dəfə də ölmür.çünki körpünün altından axan sular buna imkan vermir.\nbütün olanlardan sonra jin başa düşür ki, heç bir şərəf kodeksinə malik olmayan monqollar ilə döyüş, samuray qanunlarına bağlı qalaraq demək olar ki, mümkünsüzdür.\nbu yerdə onun yolu, yenidən yuna ilə kəsişir və jin, yuna nın əslində bir oğru olduğunu öyrənir.normal şərtlərdə bir samuray üçün oğrular şərəfdən yoxsun və aşağı səviyyəli insanlar olaraq qəbul edilir.lakin həyatını xilas etməsi, jin i yuna ya borclu hiss etdirir.yuna oğru olduğu üçün, gizli hərəkət etməkdə ustadır və jin ə , əgər monqolları məğlub etmək və dayısını onların əlindən qurtarmaq istəyirsə üzbə-üz yox, gizli şəkildə onlar mübarizə aparmasının qaçınılmaz olduğunu bildirir.bundan sonra bir samurayın, gizli bir döyüşçüyə (ghost a) dönüşməsini əks etdirən hekayəmiz başlayır.\n\n-----------\noynanış:\n-----------\nbu tip oyunlardan zövq almaq üçün, oynanış və döyüş mexaniklara həyatı önəm kəsb edir.şəxsən mən, 2 məqam xaricində oynanışı çox bəyəndim.baxmayaraq ki, klaviatura ilə oynayırdım, (deyilənə görə klaviatura ilə oynamaq,joysticklə oynamaqdan çətindir) hər-hansı bir döyüşdən sıxıldığım yadıma gəlmir.bunun səbəbi bu oyundan əvvəl sekiro oynamağımlada əlaqəli ola bilər.amma yuxarıda sadaladığım 2 məqamı qeyd etmək lazımdır.\n1-ci məqam : düşmənlərin bədən üzvlərini kəsməyin mümkünsüzlüyü.ülgüc kimi katanam ilə düşmənlərini, qollarını, ayaqlarını, başlarını bədənlərindən ayıra bilsəydim, döyüşdən aldığım zövq dahada artardı.\n2-ci məqam : boss və minibosslar ilə döyüşlərinin 99.9% faizinin eyni olması.yəni həm giriş səhnəsi, həmdə bossların hərəkətləri copy pastedir.tək fərq məkan və vizual görünüşlər ilə bağlıdır.üstəlik giriş və ara səhnələri keçmək kimi sadə bir funksiyanıda əlavə etməyiblər.yəni bir səhnəni min dəfə izləmək məcburiyyətində qalmaq, az-da olsa məni bezdirmişdi.\n\n-----------\nqrafika:\n-----------\nmaksimum qrafikada oynamadığım üçün bu barədə heçnə deyə bilmərəm.lakin 1080p və orta qrafikada olmağına baxmayaraq, vizual görünüş ürəyimcə oldu.\n\n-----------\nxülasə:\n-----------\nqədim yaponiya atmosferinə getmək istəyən gamer lər, oyuna şans versələr peşman olmazlar.oyun təkrara düşsə də, necəsə özünü oynada bilir deyə düşünürəm.mən demək olar ki, bütün ikinci dərəcəli missiyaları bitirdim.təkcə \"hauiku\" deyilən şeir yazmaq və bayraq toplamaq kimi missiyalar məni cəlb etmədi." | |
}, | |
{ | |
"id": 224, | |
"title": " \n gülüşün faydaları ", | |
"content": "Uşaqlar gündə 400, böyüklər isə 17 dəfə gülürmüş.\n - Hormonları nizamlayır. Bu da ümumən daha güclü immun sistemi, daha az xəstəlik deməkdir.\n- Endorfinin ifraz olunmasına səbəb olur. Bu hormon həm də idman edərkən ifraz olunan bir hormondur.\n -Ağrıkəsici xüsusiyyəti var. Stress səviyyəsini aşağı salır.\n- Ruhi rahatlıq gətirir. Bəzən özümüzü səbəbsiz yerə gülmək və ya ağlamaq istəyərkən görə bilirik. Bu zaman ürəkdən gülmək bu hissləri aradan qaldıran ruhi rahatlamağa səbəb olur.\n - Sosiallaşmaq cəhətdən müsbət təsirləri var. Çünki gülümsəmək yoluxucudur. Həyatımıza daha çox gülüş qatdıqa daha sosial olacağımız, daha çox insanı özümüzə çəkəcəyimiz və ətrafımızdakıları da gülümsədəcəyimiz dəqiqdir. Həmçinin karyeranızda da müsbət təsirləri olacaq.\n - Pozitiv edir. Pozitiv insanların neqativ insanlara nəzərən daha güclü immunitetə sahib olduğu elmi olaraq sübut olunmuş bir gerçəkdir.\n\nGülüşünüzün bol olması diləyi ilə..." | |
}, | |
{ | |
"id": 225, | |
"title": " \n inkrustasiya ", | |
"content": "dekorativ-tətbiqi sənət sahəsi . mərmər , keramika, metal (qızıl, gümüş ) ,fil sümüyü , sədəf parçlarını bəzədilən əşyanın hamar səthinə yerləşdirməklə naxış və təsvirlər yaradılır. qədim şərq və antik incəsənətdə heykəl və büstlərin gözləri inkrustasiya ilə işlənirdi. inkrustasiya azərbaycanda qədimdən xatəmkarlıq və rizəkarlıq adları ilə yayılmışdı. nümunə kimi kültəpədə (naxçıvanda qədim yaşayış yeri) tapılmış tunc dövrünə aid qara cilalı və ağ maddə ilə inkrustasiya edilmiş qab :" | |
}, | |
{ | |
"id": 226, | |
"title": " \n kandinsky-clerambault sindromu ", | |
"content": "Deluziya, psevdohallüsinasiyalar, telepatiya, düşüncə pozuntuları və s. ilə səciyyələnən sindrom. paranoid şizofreniyanın əlamətlərindən biridir. Sindrom adını rus psixiatrı Victor Kandinsky and fransız psixiatr Gaëtan Gatian de Clérambaultdan alıb. Psixiatriya sahəsində klinik göstərici olaraq\nəsasən, rusiya, Fransa və almaniyada istifadə olunur.\n\nMənbə: \n1 \n2" | |
}, | |
{ | |
"id": 227, | |
"title": " \n musiqinin kefiyyətsizləşməsi ", | |
"content": "Bir az bu iddia üzərində baş yoraq.ümümiyətlə niyə məhşur jurnalların top 100 listlərində 90 % mahnılar 2000-ci ilin əvvələrindəndi ya da niyə Klassik musiqi hər kəs tərəfindən qəbul görərərkən rap çox tənqid edilir. Bunlara ümümi bir baxış keçirək. əgər bir keyfiyyət qavramından bəhs ediriksə onda musiqidən niyə həzz alırıq sualına cavab tapıb ilərləməliyik. Musiqidən zövq almamızın əsas səbəbi bizim beynimizin nota axışını və akoru təxmin eləməyə çalışmasıdır. Məsələn: paganini və franz liszt kimi çox geniş notaya sahib sürətli bir axışda gedən Bəstəkarlar çox insanın alışa bilmədiyi, amma alışdıqda vaz keçilməz olan musiqilər yaradıb, Halbuki sadəcə bir neçə səsdən ibarət rap loopları təxmin edilməsi asand olduğu üçün beyin tərifindən tez mənimsənir,lakin tez solaraq sonra narahat verici bir səsə çevrilir. Buna görədə sadəcə 2-4 akor aralıqlı pop və rap mahnıları çox tükətilib tez köhnəlir. Bəzən heç təkrara qaçmayan axış yaradan və nota aralağı geniş olan jazz və Klassik musiqilər isə az dinlənsədə demək olarki köhnəlmir yada gec köhnəlir.\n\n \n \/>\n \n \/>\nBəs musiqin keyfiyyətsizləşməsi hansı yöndə ilərləyir? Əslində bir çox baxış açışı sunmaq olar, amma mən əsas 2 yöndən bəhs edəcəm\n 1. Janr təkamülü (Klassik musiqidən mumble rapa uzanan yol)\n 2.Orjinallığın itməsi (rock, rap və blues kimi musiqilərin getgedə öz içində keyfiyyətsizləşməsi)\nİkisini birləşdirib bir qısa tarixə baxış keçirək lap başdan başlamaq yerinə hər şeyə musiqin zirvəsindən yəni Klassik musiqidən başlayaq.İntibah dövrünün gəlişi ilə küllərindən doğan avropa klisənin basqılarından qurtulması onu möhtəşəm bir arayışa soxdu. cermen və yunan kültürlərindən miras qalan xalq çalğı alətləri və xristianlığın ilahilərinin gətirdiyi möhtəşəm ahəng mikslənərək poliritmik və polifonik (çox ritmli və çox melodyalı) stillərə bürünməsi bir əfsanəyi doğurdu.burjuanın ən ağıllı insanları uşaqlıqdan bu musiqilərə yönləndirilirdi. Və bir-birindən yaxşı bəstəkarlar ortaya çıxdı.onların bir senfoniyanı yazması aylar çox vaxt isə illər çəkirdi.burjua isə bu musiqinin qədrini bilir və musiqiyə sadəcə qulaq asmırdı həm də ona əmək verirdi hətda bəzən sadəcə bir bəstəyə aid kitab yazılırdı.(Necə ki son şam yeməyi və afina məktəbi sadəcə baxmaqla anlamaq olmaz incələmək lazımdı eyni şəkildə schubert serenade və vivaldi four season da sadəcə qulaq asmaq kifayət etməz).\n \n Klassik musiqinin 18-ci əsrlə pianoya qovuşması ona ayrı boyut qazandırdı.\n19-cu əsrdə Musiqi məktəblərinin kralıqlardan sıyırılıb bütün bacarıqlı insanlara açıq hala gəlməsi çox yaxşı əks təsirlə nəticələndi.klasik musiqi həm yayılaraq həm də bütün dahiləri içinə çəkməyə başlayaraq öz zirvəsinə çatdı.\n\n \n \/>\n\nHeyif ki bu sehirli dünya həmişə dəvam edə bilməzdi kapitalizmin gəlişi və texnologiyanın inkişafı musiqini xalqa endirdi, amma sənayeləşmə dövrünün insanı bu musiqinin anlayacaq hiss edəcək səviyyədə deyildi.klasik musiqi yavaş-yavaş gücünü itirdi.dünya müharibləri ilə Milliyyətçi kimliklərə bürünən xalqlar milli marşları bəstələməyə başladı bu mahnılar olduqca yaxşı idi, çünki sözləri aydınlar tərəfindən yazılır bəstələrin arxasında isə orkestralar dururdu.\n\n \n \/>\nDaha sonralar heyvan yerinə qoyulan qaraların öz aləmlərinə çəkilib yeni bir xalq musiqisi yaratması musiqi tarixini dəyişdi\nBluesın yaranması jazz, funk və soula qədər bir çox qaralara xas musiqilərə ön ayaq oldu bu janrlar hamısı keyfiyyətli idi Elbetde heç bir musiqi Klassik musiqinin və ya operanın əvvəz edə bilməzdi, amma musiqinin çeşitlənməsi daha yaxşı idi.Rock isə isyankar tələbələrin özlərini gitarları ilə ifa ediş şəkli olaraq ortaya çıxmış və Klassik musiqidən sonra insanlığı yenidən musiqi zirvəsinə yaxınlaşdırmışdı.Bura qədər hər şey gözəldirsə musiqiyə nə olduda keyfiyyət öldü? Həmən açıqlayaq: Popun və rapin yaranması artiq musiqinin tamamilə ticari məqsədlər üçün istifadə edilməsinə yol açdı.bu iki musiqi növünün mainstream hala gəlməsi record şirkətlərinin bazarı tamamilə ələ keçirməsinə yol açdı artıq bacarıqlı insanlar tək başına yüksəlməsi qeyri mümkün idi.Daha da pis olan artıq musiqiçinin istəydiyi musiqi yox ən çox pul gətirən musiqilər istehsal edilirdi.şirkətlər pulun 70-80%ni götürdüyü üçün aranjman arxa plana atıldı. vokal və şirkət çox qazanarkən musiqini bəstəliyənlər yox sayılırdı. Bu aranjımanın keyfiyyətini aşağı saldı. Artıq bazar eleştirmenlerin oyları ilə yox ən çox tələbat olan musiqilərlə formalaşdı. Nəticə isə pis oldu özünü təkrarlayan looplar özgünlüyünü itirmiş sampleler və çox tükətilsin deyə şişirdilmiş nəqarətlər.rap ilə birlikdə musiqi hər nə qədər lirik cəhətdəm ziryə çatsada aranjman olaraq itirmişdi.janrların öz içində dəyişimiysə yenə record şirkətləri üzündən oldu.rocklar uzun və 4 nəfərlik olduğu üçün global mainstreamdən uzaqlaşdı. jazz və blues kimi janrlarda az qulaq asıldığı üçün globaldan çox uzaq qaldı rap və pop isə intenetində işin içinə girməsi ilə dəli kimi çox istehsal edilməyə başladı.bu da orjinallığın itməsinə səbəb oldu\n \n \/>\n \n \/>\nBu da orjinallığın necə itdiyinə bir örnək. (Nas gangster rap tarixinə inanılmaz bir əsər buraxmışkən, 6ix9ine kimi axmaqlar rapin məhv olmasına səbəb oldu) Artıq musiqi keyfiyyətə yox qazanca baxır kapitalizm hər şeyə məhv etdiyi kimi musiqi də məhv olur hələ də yüzlərcə gözəl mahnı var, amma gələcəkdə daha da azalacaq.illərlə əmək verilən musiqilərdən 2 saata hazırlanan mumble raplara , pink floyddan ancaq cover edən rock qruplarına, tupacdan lil pumpa hal hazırda vəziyyət pisdir və nəsə edilməlidir." | |
}, | |
{ | |
"id": 228, | |
"title": " \n işə yarayan internet saytları ", | |
"content": "http:\/\/stumbleupon.com - nədənsə azərbaycanda çox underrated olan gözəl bir sayt. hər hansı mövzuda \"stumble\" edəndən sonra seçdiyiniz mövzuda qabağınıza bu sayt vasitəsiylə ən çox bəyənilən (stumble olunan) bir sayt çıxır. bununla da çox maraqlı təsadüfi saytlar qabağınıza çıxa bilər. mütləq bu sayta girişin" | |
}, | |
{ | |
"id": 229, | |
"title": " \n taliban ", | |
"content": "Hal-hazırda paytaxt Kabul başda olmaqla Əfqanıstanı öz idarəsinə almağı bacaran terror təşkilatı. Taliban 70 min əsgər heyətinə malik olmasına baxmayaraq qısa zamanda 350 min nəfərlik əsgər və polis heyətinə malik olan, Abş-ın dəstəyi ilə milyardlar xərclənərək formalaşdırılan Əfqanıstan ordusuna qalib gəlməyi bacardı. Bəyaz Saraya görə, bunun əsas səbəbi, 20 il boyunca təlim görmüş və milyardlar xərclənmiş ordunun lazım olan anda ölkələri üçün vuruşmaq əvəzinə kütləvi şəkildə bu qarşıdurmada iştirak etməməkləri idi.\n\nƏslində belə demək düz olmazdı. Əfqanıstan müqavimət göstərdi, lakin daxildə satqınlıqlar çox olduğuna görə ordu ruhdan düşdü və təslim oldu. \n\nAbş ordusu Əfqanıstandan çıxdıqdan sonra Taliban hərbi strategiyasında köklü dəyişikliklər etdi. 20 il boyunca şimaldan hücum edən taliban bu dəfə cənuba üz tutdu və işğala oradan başladı. Taliban Əfqanıstanın cənubunda olan Şibirqan şəhərini ələ keçirməklə burada strateji üstünlüyü ələ aldı. \n\n8 avqust tarixində Kunduz şəhərinin ələ keçirilməsi Talibanın Əfqanıstana vurduğu ilk güclü zərbə idi. Bununla Əfqanıstanda ruh düşkünlüyü yaranmışdı. Şəhərlərin bəziləri döyüşsüz şəkildə Talibana təslim olurdu.\n\nƏfqanıstan prezidenti Əşrəf Qani şəhərlərin talibanın nəzərəti altına keçməsi ilə lokal komandirlərə müraciət edərək onlardan kömək istədi. \n\nEdilən müraciət nəticəsində lokal komandirlərdən biri olan İsmayıl Xan Əşrəf Qani ilə görüşür. Bu görüşdən sonra Herata gedərək Talibana qarşı döyüşən orduya yardım edir.\n\nDeyilənə görə, bir zamanlar İsmayıl Xan Əşrəf Qanininin qəbuluna düşməkdə çətinlik çəkirdi. Əşrəf Qani onu qəbul edəndə isə \"məşğulam, beş dəqiqə vaxtım var, buyur\" deyərək İsmayıl xanı alçaltmışdır. Lakin döyüş vaxtı o, İsmayıl Xanın köməyinə möhtac olmuşdur. \n\nİsmayıl Xanın köməyi ilə əfqan qoşunları Heratda Taliban üzərində uğurlar qazandı. Taliban geri çəkilməyə məcbur oldu. \n\nDaha sonra İsmayıl Xan xəyanət nəticəsində Taliban militanlarına əsir düşür. Belə ki, Əşrəf Qaninin adamlarından biri Talibanla özünün əf edilməsi şərti ilə İsmayıl Xanın onlara təslim edilməsi barədə razılaşır. Həmin adam İsmayıl Xanı görüşə çağırır. 8 nəfər ilə görüşə gələn İsmayıl Xan həmin yeri mühasirəyə alan Taliban militanları tərəfindən əsir götürülür. İsmayıl Xanın əsir düşməsi xəbəri Əfqanıstan əsgərlərinə mənəvi zərbə vurur. \n\n12 avqust tarixində Taliban Kabil ilə Kandahar arasında olan anayolu ələ keçirir. Bu tarixə qədər Taliban artıq ölkə üzrə 11 şəhəri ələ keçirmişdi. \n\nTaliban bundan sonra Məzarı-Şərif şəhərinə hücumlar edir. Məzarı-Şərifin müdafiəsinə Abdürrəşit Dostum və Məhəmməd Nur rəhbərlik edirdi. Bu iki şəxs dəfələrlə taliban üzərində qələbə qazanmışdı. Çoxlarına görə Taliban Məzarı-Şərifdən o yana gedə bilməyəcəkdi. Çünki talibanın bu iki komandiri məğlub etməsini heç kəs gözləmirdi. Lakin 14 avqust 2021-ci il tarixdə Abdürrəşit Dostum ilə Məhəmməd Nur Məzarı-Şərifdən qaçırlar. Ertəsi gün Taliban şəhərə nəzarəti ələ keçirir. \n\nBu tarixdən sonra Məhəmməd Nur twittter hesabında \"Dostum\"la birlikdə çox böyük bir oyunun qurbanı olduq. Güclü dirənişimizə baxmayaraq hökumət və ordu qorxaqcasına özünü talibana təslim etdi. Dostum ilə məni oyuna gətirmək istədilər lakin bacarmadılar. Biz indi təhlükəsiz yerə gedə bilmişik. Danışılmamış bir neçə hekayəm var. Vaxtı gələndə hamısını danışacam.\" deyə açıqlama yayıb.\n\nMəzarı-Şərifin tutulması ilə şimal tamamilə Talibanın idarəsi altına keçmiş, xalq prezident Əşrəf Qaninin istefasını tələb etməyə başlamışdı. \n\nTaliban Kabil ətrafındakı 4 şəhəri müqavimətsiz aldı. Bununla onlar Kabili mühasirəyə almağı bacarmışdılar. \n\nKabil mühasirədə olarkən Gani ölkədən ayrılaraq Tacikistana qaçdı. Daha sonra Kabil talibana təslim edildi. Taliban militanları prezident sarayına daxil oldular. \n\nMənbələrə görə, Əfqanıstanın əsas məğlubiyyətinin səbəbi ordu deyil, ordunu idarə edənlər idi. Ordu lazımınca mübarizə aparırdı, lakin başda oturanlar ya xəyanət edirdilər, ya da ki ölkədən qaçırdılar. Eyni zamanda Əşrəf Qaninin lokal komandirləri talibana satması və idarəyə gənç, təcrübəsiz adamları gətirməsi məğlubiyyətin əsas səbəblərindən bir neçəsi idi. \n\nBir sözlə, Əfqanıstan idarəçilər tərəfindən edilən xəyanət və səriştəsizliklər nəticəsində Talibana təslim edildi. Talibanın Əfqanıstan üzərindəki hakimiyyəti, çox güman ki, müvəqqəti xarakter daşıyır. Lakin hakimiyyəti talibandan almaq yenə ölkədə dağıntılara gətirib çıxaracaq. Olan yenə mülki əhaliyə olacaq." | |
}, | |
{ | |
"id": 230, | |
"title": " \n propaqanda ", | |
"content": "(baxma: nasist propogandası)\n\nbiraz araşdıranda bütün propogandalar bir-birinə bənzəyir. məsələn nasist propogandasına baxaq;\n\n1936 cı ildə olimpiya oyunları almaniyada keçirilir. nasist almaniyası irqçi siyasətini olimpiya müddətində \"ustalıqla\" gizlədir, anti-semitist və anti-amerika çıxışlarını yavaşladır, ölkəyə gələn bir çox jurnalistə ölkəni \"dostluq\", \"tolerantlıq\" ölkəsi kimi tanıtmaq üçün bütün ikiüzlülükləri edir. avropa ölkələri və amerikada insanlar olimpiadanı boykot etmə çağrısında bulunur ancaq dövlətlər bundan imtina edir. bir çox pasifist, anti-nasist jurnalist almaniyaya buraxılmır, buraxılanlara təzyiqlər olunur. olimpiya oyunlarının berlində keçiriləcəyi qərarı alınmışdı, birinci dünya müharibəsindən sonra almanlar ilə sülhün \"simgesi\" olaraq keçiriləcək olimpiada bilərəkdən almaniyaya salınmışdı. ancaq qısa müddət sonra hitler hakimiyyətə keçdi, yəhudilərə və bir neçə başqa etnik azlıqlara, digər avropa ölkələrinə təhdid olacaq diktatora çevrildi. zatən o illərdə hər sahədə olduğu kimi aryan olmayanlar idmanda da sıxışdırılır, aryanların hər tərəfli -fiziki, zehni və s. gücü az qala müqəddəsləşdirilir, aryan olmayanlar isə bir kənara atılır. 32-33 cu illərdə hər sahədə aryan üstünlüyü siyasəti ilə idman klublarından minlərlə -yəhudi və \"aryan\" olmayanlar uzaqlaşdırılır. hətta iş o yerə çatır ki, məşhur çempion idmançı sırf yəhudi olduğu üçün klubdan qovulur. \n\n(baxma: erich seelig)\n\neyni zamanda 33 cü illərdə yenə sonralar dünya səviyyəsində məşhur olan bir çox idmançı yəhudi olduğu üçün idmandan uzaqlaşdırıldı, 35 ci ildə heç bir yəhudi olimpia komandasına buraxılmadı. nasistlər bütün bunlardan sonra gələn boykot çağırışları səbəbilə 36 cı ildə bir neçə yəhudini komandaya buraxdı və ictimaiyyətə guya müsbət obraz yaratmağa, göstərdikləri şiddəti pərdələməyə başladılar. buna qarşı amerika komandalarına əlavə yəhudi idmançılar çağırdı və bunlardan yeddisi qızıl medal aldı. \n\n36 cı ildə berlində bütün anti-semitist işarələr küçələrdən yığışdırılır, qəzetlər olimiya həftəsi boyunca oyunlardan başqa heçnə haqqında yazmır, olimpiadadan əvvəlki insan hüquqları pozulmaları dövlət tərəfindən titizliklə gizlədilməyə çalışılır. almaniya oyunlara xeyli vəsait xərclədi, hitler özü şəxsən tək-tək qonaqlarla maraqlandı və s. bütün bunlar düşmən ölkələrin xalqlarına \"tolerant\" almaniya imajı yaratmaq üçün idi. nasistlərin hakimiyyətdə olduğu illər ərzində ən çox bu oyunlara titizliklə hazırlaşdığı, böyük xərclər ayrıldığı bilinir. hitlerin əmri ilə ölkədə böyük idman kompleksləri tikilir, qonaqlar üçüü festivallar təşkil olunur, bütün berlin binaları olimpiya və nasist almaniyasının rəmzləri ilə bəzədilir. şəhərdə 800 ə yaxın dilənçi və roman berlindən uzaqda tikilmiş gettoya aparılır və burda polis nəzarətində şəhərə buraxılmırlar. yenə hitlerin xüsusi əmri ilə leni riefensthal olimpiya oyunlarına dair bir film çəkmək üçün xüsusi tapşırıq alır. almaniya bu olimpiadadan birinci olaraq ayrılır yəni ən çox medal qazanan ölkə olur. almaniya o qədər titizliklə olimpiadanı keçirirki hətta amerika qəzetləri bu olimpiadanın almaniyanın daha sülhsevər olması üçün bir işarə, bir addım olduğunu yazırdı. almanlar dünyanın gözünü dəbdəbəli komplekslər, bər bəzəkli berlin küçələri və qonaqpərvərlik ilə pərdələyə bilmişdi ancaq gettolara qovulan insanları və almaniyanın potensial təhlükə olduğunu, bu olimpiadanın haqqı tapdalanan insanları gizlətmək üçün bir vasitə olduğunu anlayan bir neçə amerikalı jurnalist var idi. olimpiadalar bitən kimi hətta cəmi dörd gün sonra yəhudilərə qarşı basqı, ölkə daxili şiddət pik səviyyəyə çatdı. olimpiada düşərgəsində işləyən bir yəhudi sırf etnik kimliyi səbəbilə işdən qovulduğu üçün intihar edir. ardınca həmin qonaqpərvər almaniya öz ərazilərini genişlətmək naminə qonşu ölkələri işğal etməyə, bütün dünyaya- insan azadlığına hücuma, yəhudi və digər etnik azlıqların soyqırımına başladı. olimpiada oyunları almaniyada olsun deuə dəridən qabıqdan çıxan hitler daha bir neçə həftə əvvəl olimpiadanın açılış mərasimində \"dostluq naminə berlindəki olimpiada oyunlarını açıq elan edirəm demişdi..\"\n\nbütün bunları niyə yazdım? bir neçə həftə əvvəl azərbaycanda olimpiada oyunlarından sonra meydan tv də biri 36 cı ildə nasist gebbelsin olimpiada zamanı işlətdiyi ifadələri yazmışdı: \"Bu gün, Almaniyanin düşmənləri bizim dövlətimizə və millətimizə qarşi böyük cirkin kampaniya təşkil ediblər,cünki onlar Almaniyanin qudrətini gəbul edə bilmirlər və məhz buna görə də ilk növbədə bütün alman milləti öz fürerin ətrafinda birləşib bunlarin layigli cavabini verməlidir Əfsuslar olsun,bizim cəmiyətimizdə hələ ki satqin az deyil və biz belələrini ifşa edib, çazalandirmaliyiğ.Fürer və onun vuran əli olan NSDAP partiyasi alman millətinə vətənpərvərlik anlayişini gaytara bildi\"...\n\nməndə gebbelsin bu fikrinə əlavə etmək istədim. indi siz azərbaycan hökumətinin olimpiya oyunları zamanı yürütdüyü propogandası, duruşu ilə nasist almaniyasından nə ilə fərqlənirdi onu mənə deyin -*\n\nbütün propogandalar eyni şey üzərində qurulub, bir tərəf islamı düşmən olaraq göstərərkən digər tərəf yəhudiliyə, sabah başqa bir tərəf xristianlığı, dindarlar özləri sekulyar dünyanı, bir başqası amerikanı ya da hər hansı bir dövləti, idealogiyanı və s. hədəf olaraq gpstərib, onlara qarşı propoganda apara bilər. diqqətli olun. həqiqətən neçə yüzildir dünyada çox pis oyunlar dönür və bunlar o yeniyetmələrin masonluğu, illuminatisi qədər bəsit şeylər deyil.\n\n\nedit: mələk hitler \n\nhitler əmi eynən ilham əmi kimi mələk kimidir -*" | |
}, | |
{ | |
"id": 231, | |
"title": " \n meditasiya ", | |
"content": "meditasiya stressin öhtəsindən gəlmək, bədən sağlamlığını gücləndirmək, xroniki ağrıları aradan qaldırmaq, daha yaxşı yatmaq, xoşbəxt hiss etmək, balanslı olmaq və anda olmağa kömək edən vasitədir.\n\nmeditasiyaya başlamaq üçün bir neçə sadə ipucu vardır:\nbaşınızın və onurğa beyninizin dik durduğundan əmin olun. əgər çöksəz zehninizdə də bunu hiss edəcəksiniz. bədəniniz tarazlıqdadırsa, zehniniz də tarazlıqda olacaq. dik durmaq üçün başınızın səmaya toxunduğunu təsəvvür edin.\ngözlərinizi açıq saxlamağa çalışın. açıq gözlər anda qalmağınıza kömək edəcək. gözlər bağlandığı an düşüncələr və xəyallarla əhatələnirik. sizə hansının daha yaxşı hiss etdirdiyini müəyyən edin, ona uyğun olaraq istədiyiniz kimi edə bilərsiniz. \nnəfəsə diqqətli yanaşmaq anda hiss etmək və bunu şüurlu şəkildə dərk etmək üçün ən yaxşı vasitədir. \nmeditasiya etməkdə çətinlik çəkirsinizsə, nəfəsinizi saymağa çalışa bilərsiniz. hər nəfəsdə içinizdə sayın. düşüncələriniz sizi əhatə etdiyini anladıqda başlanğıca dönün. hər dəfə \"bir\" dedikdə indiki ana dönəcəksiniz.\ndüşüncələriniz sizi əhatə etdiyini anladıqda diqqətinizi nəfəsinizə yönəldin və düşüncələrin yavaş-yavaş getməsinə icazə verin. düşüncələrinizi dayandırmağa çalışmayın, belə etmək sinir sisteminizi qıcıqlandıra bilər. bu düşüncələrin varlığını qəbul edin və getmələri üçün icazə verin. \nsakitlik, sükut şəfadır. meditasiya melodiyaları olmasına baxmayaraq heç biri sükutu əvəz edə bilmir. sakitcə oturduqda zehninizin nə etdiyini görəcəksiniz. zamanla daxili və xarici səssizlik bir araya gəlir və bu anda rahatlığı hiss edirsiniz.\nmeditasiya etmək üçün xüsusi yer hazırlamaq da olar. meditasiya üçün oturduğunuz yerə balıqqulağı, çiçək, şam, heykəl və sizin üçün mənalı olan əşyaları qoya bilərsiniz. \nhamısından önəmlisi isə meditasiyadan zövq almaqdır. \n\nmeditasiya, gözlərimizi həyatımıza açmağın ən yaxşı yoludur. əks təqdirdə bir çox təcrübələrimizi görməməzlikdən gəlirik, çünki düşüncəmizdə daim başqa yerdə oluruq.\n\nanda qalmaq və bunu hiss etmək üçün meditasiya edin." | |
}, | |
{ | |
"id": 232, | |
"title": " \n ergenekon ", | |
"content": "ergenekon türk dərin dövləti və ya dəqiq adı ilə desək türk millət-dövlətidir. 1997 sonrasına geniş toxunmamışdan əvvəl bir az tarixindən danışaq. türk millət-dövləti 1924 xilafətin ləğvi ilə elan olunur. mustafa kamal anadoluda yaşayan xalqların hamısını ümumiləşdirərək onları türk adlandırır. dövlət özünün istədiyi insanı formalaşdırmağa başlayır türk dünyəvi insan. daha sonra bu formalaşdırdığı insana \"beyaz türk\" deyilməyə başlanılır. bu ağ türklər mustafa kamal öləndən sonra inönü zamanında da dövlətin arxalandığı kütlə olurlar. ağ türklər bürokratiyanı və dövləti idarə edən, əsasən ege, marmaris, akdeniz bölgələrindən izmirdən olan insanlardır. türk ordusunun da yuxarı eşelonunun hamısını ağ türklər təşkil edirdi. ağ türklər və chp 1950 seçkilərində adnan menderesin başçılıq etdiyi demokrat partiyasına məğlub olurlar. 1960-ıncı ildə isə türkiyə europe steal and coal community ilə gömrük anlaşması imzalamağa hazırlaşarkən ergenkon-dərin dövlət işə keçir və ismət inönü başçılığı altında hərbi çevriliş edir. soyuq müharibə vaxtı ergenekonun nato-ya bağlı bir qurum kim əsas düşməni kommunizm olur və bununla bağlı kemalist ordunun solçuları asmasına xüsusi bir analitika gətirməyə ehtiyac görmürəm. 1991-ci ildə sovet sosialist respublikalar ittifaqının dağılması sadəcə dünyada deyil türkiyədə də kartların yenidən paylanmasına səbəb olur. əvvəlki entrylərimdə də qeyd etdiyim kimi soyuq müharibənin bitməsindən sonra abş və rusiyada elitalar, güc strukturarı arasında böyük bölünmə olur, təbii ki bunun türkiyəyə də böyük təsiri olur. silah və neft sənayesi-abş respublikaçıları-sərtliyi sevənlər-abş nation stati-ağ anglo-saksonlar vs kompyuterçilər(texnologiya) və finansçılar-demokratlar-yumşaq gücdən yana olanlar-qlobalistlər-yəhudilər. rusiyada da eynisi baş verdi-silah və neft-putindən yana olanlar, komyuter və finans-yeltsindən daha sonra da medvedevdən yana olanlar. türkiyədəki ergenekon qruplaşması da bu abş və rusiyadakı silahçılar yəni sərtliyi sevənlərə aid idi. 1997-ci ildə abş və rusiya silah tacirlərinin dəstəyi ilə türkiyədə hərbi çevriliş baş verdi. hərbi çevrilişdən əvvəl tsk generalı çevik bir pentagonla və israil müdafiə naziri ilə görüşərək oralarda hərbi kontraktlar imzaladı. ergenekonun xarici siyasətində iranın və çinin bölünməsini dəstəkləməsi onsuzda onun pentagona bağlı olmasına bir növ sübutdur.kemalizm-ergenoknun kürdlərə qarşı milliyətçi olmasının da səbəbi budur. pentagona iraq müharibəsi sonrası həm kürdlrəə silah satıb həm tsk-ya onları savaşdırmaq daha maraqlı idi. ergenekon qruplaşmasının başı bu dediyimiz ağ türk milli sərmayesi və uzantısı türk silahlı qüvvələri idi. ağ anglo-saksonlar, ruslar və ağ türklər paslaşaraq türkiyədə hərbi çevriliş edib türkiyəni 1997 ili üçün qlobalist-yəhudi bazarına bağladılar. ağ türk sərmayesinə xarici sərmayenin gəlməsi sərf etmirdi. avropa ittifaqı ilə gömrük ittifaqı sərf etmirdi. yerli sərmayelər çox hallarda rəqabəti xoşlamır. yəni məsələn rahmi koça ing bankın türkiyəyə gəlib onun yapı kredisinə rəqib olması sərf etmir. ergenekon 1997-ci il 28 fevral hərbi çevrilişi sonrası ölkədə ciddi militarist-kemalist rejim qurur, və soyuq müharibə sonrası müttəfiqi abş və rusiya silahçılarının özlərinə təyin etdiyi düşmən olan islamı onlar kimi özünə düşmən təyin edir. başörtülü tələbələr uni-lərə buraxılmır, orduda namaz qılanları ordudan xaric edirlər bundan başqa hərbi çevriliş sonrası dövlət inanılmaz dərəcədə cəmiyyətə hakim olur militarizm dövlət əliylə yayılmağa başlayır. 2000-ci ildə ergenekonçuların müttəfiqi respublikaçılar seçkilərdə qalib gəlir 11 sentyabrla islama müharibə açırlar həm də müharibə edəcək ölkələr yaradırlar. diqqət etsəniz türk ordusunun həm çeçen islamçılarına həm də talibana düşmən olduğunu görərsiniz. silah tacirlərinə hər zaman müharibə lazımdı, rus silahçıları da yeltsini devirib 2000-ci ildə putinlə başa keçirlər. bu dövr ərzində buş-putin ikilisi qarşılıqlı silahlanmanı artırır, məsələn biri kubaya silah satarkən digəri gürcüstana silah satıb masada regionlar üzrə anlaşırlar. bu iki ölkənin əsas qorxusu qlobalist-liberal avropa ittifaqı idi. çünki avropa ittifaqı silahsızlanmadan yana liberal bir qurumdu.abş və rusiyanın tam ortaq maraqları olmasa belə qlobalizmə qarşı hər zaman bir olurlar. türkiyədə bunun bariz bir nümunəsi oldu. silahçılar 2000-2008-ci illər arası türkiyədəki hərbi rejimə tam dəstək verdilər. silah sənayeləri və nato xaric tsk-nın arxasında hələ israil və onun abşdaki siyonist böyük qardaşları neo-conlar dururdu. neo-conlar da yəhudi bankirlərdən fərqli olaraq buş və putinlə birgə çıxış edən cinahdır. ergenekon məhkəməsinin adı da elə neoconlarla bağlıdı ergeneocon. nəysə 2008-c il dünyada yenə bir dönüşə səbəb olan il oldu. komyuter-finans sənayesi silah-neft sənayelərini seçkilərdə götürdü. obama və medvedev buş və putini əvəzlədi. elə o il türkiyədə tsk-ya qarşı balyoz və sairə məhkəmələr başladı. kompyuterçilərə türkiyədə əlində facebook tvitter olan liberal gənclik lazım idi əlində silah olan yox. onun üçün də tsk ilə hesablaşma başladı kemalizə bağlı olan hərkəsin qəbri qazıldı başbuğ və generallar tutuldu, baykal kasetlə getdi.1997-2008-ci illər arası zirvəyə çıxmış türk-kürd müharibəsi sonlandı, silahlar dayandı. kompyuter-finans yumşaq gücdən yana olan yəhudi qlobalistlərinə bağlı olan gülən icması ölkəyə nəzarət etməyə başladı. obama və medvedev nüvə silahlarını ləğvi ilə bağlı müqavilə imzaladılar. türkiyəni həll edib qlobalistlər ərəb baharı ilə digər militarist rejimləri devirməyə başladılar.əllərində tvitter, facebook olan sosial şəbəkələrə daxil olan gənclər general hüsnü mübarəki devirdilər. qısacası ergenekon məsələsinə qlobal yanaşmaq lazımdı. kemalizmin və ordunun avropa ittifaqına qarşı olması avropanın liberal bir qurum olub ordulara və bu tip rejimlərə qəti qarşı olması ilə bağlıdı. odur ki,dünya qloballaşdıqca hərbi strukturlar da qüvvələrini itirməyə başlayır. türkiyədə isə bu artıq baş verdi." | |
}, | |
{ | |
"id": 233, | |
"title": " \n irəm ", | |
"content": "ərəbcə əfsanəvi bağ, cənnət mənasına gəlir. yəməndə yerləşməsi rəvayət olunur. Şərq əsatirində gözəl bağ kimi təsvir edilir. guya babil hökmdarı şəddad cənnət kimi bağ saldırmış lakin orada gəzərkən yoxa çıxmışdır. Bakıxanovun gülüstani irəm əsərində də irəm bu mənadadır. Şərq o cümlədən klassik azərbaycan ədəbiyyatında füsunkarlıq və təbiət gözəlliyinin rəmzidir" | |
}, | |
{ | |
"id": 234, | |
"title": " \n lukas kranax ", | |
"content": "alman boyakarı və qrafiki. böyük kranax olaraq da adlanan rəssam yaradıcılığında renessans incəsənətinin prinsipləri ilə qotika ənənələrini birləşdirmişdir. dini və mifoloji tablolar üzərində işləmişdir. martin lüterin dostu olan rəssam (uşaqlarının xaç atası olub həm də) əsərlərində reformasiya ideyalarını təbliğ etmişdir. bir çox portretlərin də müəllifidir. \nveneraya şikayət edən eşq tanrısı\n\n\n \n \n\ngənclik fontanı\n\n\n \n \n\ndostu m.lüter və yoldaşı Catherine Bore\n\n\n \n \n\nmisirə səfər zamanı istirahət. *\n(eyni adlı başqa rəssamların da əsərləri var\n)\n\n\n \n \n\nVəftizçi Yəhyanın başını daşıyan salome *\n(eyni adlı başqa rəssamların da əsərləri var\n)\n\n\n \n \n\n avtoportreti :\n\n\n \n \n portretdə latınca \"Aetatis Suae LXXVII\" yazılıb. rəssam rum rəqəmləri ilə öz yaşını yəni 77-ə işarə edib" | |
} | |
] | |
--- CHUNK 2 END --- | |
--- CHUNK 3 START --- | |
[ | |
{ | |
"id": 235, | |
"title": " \n teodor jeriko ", | |
"content": "qərbi avropa incəsənətində romantizmin ilk nümayəndələrindən hesab olunan fransız boyakar. 1816-1817-cı illərdə italiyada olmuş klassik incəsənətin xüsusilə mikelancelonun təsiri ilə əsərlərində monumentallığa meyli artmışdır. \nromada atların yarışa çıxarılması. luvrda saxlanılır.\n\n\n \n \n\n romantizmin ən gözəl nümunələrindən hesab olunan meduza gəmisinin salı əsəri rəssamın şah əsəri hesab olunur. jeriko rəsmdə 13 gün ərzində salda sağ qalmağı bacarmış 15 nəfərin uzaqdan yaxınlaşan gəmiyə baxma anlarını təsvir edib.\n\n\n \n \n\n1821-1822 ci illər arası ingiltərədə yaşamış və ingilislərin həyatına dair rəsmlər çəkmişdir. həmin rəsmlərdən olan luvrda saxlanılan epsomda at yarışları:" | |
}, | |
{ | |
"id": 236, | |
"title": " \n dilimizə yunan dilindən keçən sözlər ", | |
"content": "Sən demə dilimizdə o qədər yunan dilindən alınmış söz var ki, heç ağlımıza belə gəlməz ki bu sözlər yunan dilindəndir. Elmi və texnoloji sözlər bir qırağa, onların yunan sözləri olduğu gün kimi aydındı (məsələn, biologiya, kardioloq və s.) Söhbət gündəlik dildə işlətdiyimiz, heç yunan sözləri kimi səslənməyəcək sözlərdən gedir. Bu sözlərin çoxu da bizə yunan dili ilə sıx kontaktda olan osmanlı türkcəsi və fars dilindən keçib. Məsələn:\n1. Gübrə - yunanca κοπριά (kopriá), peyin deməkdir.\n2. Gömrük - bizans yunancası κομμέρκιον (kommérkion), hansı ki, həm də \"kommersiya\" sözünün köküdür.\n3. Fırtına - yunanca φουρτούνα (furtúna), hansının ki əsli latın dilinə gedir çıxır, amma bizə türk dilindən, türklərə də yunanlardan keçib.\n4. Gilas - yunanca κεράσι (kerási), elə gilasa deyirlər.\n5. Sıra - yunanca σειρά (seirá), hansı ki, sətr, növbə, sıra mənalarında işlənir.\n6. liman - bizans yunancası λιμένιον (liménion), amma hal-hazırda osmanlı türk dilinin təsiri altında müasir yunan dilində λιμάνι (limáni) deyirlər.\n7. mağaza - yunanca μαγαζί (magazí), elə dükan mənasında işlənir. sözün özünün kökü ərəb dilindəki silah anbarı mənasına gələn \"məxzən\" sözündən gəlir, amma türk dilinə dükan mənasında yunan dilindən keçib.\n8. Fırça - bizans yunancası βούρτσα (voúrtsa), amma o da latın dilindən alınıb.\n9. Fındıq - bizim dilə ərəb dilindən keçib, amma ərəblərə fars dilindən, farslara isə qədim yunanlardan gəlib. Qədim yunanca fındığa ποντικόν κάρυον (pontikón káruon) - Qara dəniz qozu deyiblər. Həmin o pontik sözü gəlib dilimizə fındıq kimi çıxıb." | |
}, | |
{ | |
"id": 237, | |
"title": " \n ağamirək isfahani ", | |
"content": "16-cı əsr təbriz miniatür məktəbinə mənsub rəssam. birinci təhmasibin saray kitabxanasında işləmişdir. nizami xəmsəsinin 1539-1543-cü illərə aid əlyazmasına miniatürlər çəkmişdir. rəssam təkcə təbrizdə yaşayıb yaratmaqla kifayətlənməmişdir. o ikinci moğol imperatoru olan humayunun(əsl adı nəsir əli-din məhəmməd) məqbərisini inşa etmişdi. hansı ki bu məqbərə indi də hindistan mədəniyyətində xüsusi yeri var. rəssamın işlərindən nümunələr:\nməcnun vəhşi heyvanlar arasında\n\n\n \n \n\ni təhmasibin sifarişi ilə hazırlanan və britaniya milli kitabxanasında saxlanılan xosrovun taxta çıxması əsəri\n\n\n \n \n\nbinəqədi rayonunda rəssamın şərəfinə küçə var." | |
}, | |
{ | |
"id": 238, | |
"title": " \n yazarların parfüm tövsiyələri ", | |
"content": "Yaddaşıma həkk olunacaq dərəcədə gözəl qoxusu olan bir qadın ətri duymamışam deyə orasına bir söz deyə bilmərəm, tək birindən başqa. Onun da adını 10 ildi axtarıram. Ancaq təzəlikcə biri oldu ki, dəhşət çox ürəyimə yatdı. O da ətir yox, body mist idi. \"pros\" olaraq yazılan hər şey nöqtəsinə qədər düzdü, qızlar, evdə özünüz özünüzə*\nçünki yayılım və qalıcılıq çox azdı\n xoş qoxmaq istəyirsinizsə, bunu istifadə edin. Temboli də çox ucuzdu. \n\nKeçək kişi parfümlərinə. \n---4 fəsil imza parfümü olaraq işlətməlik: \n1) Nishane x ani - Sadə \"ani\" yox, üstündə \"x\" olan ani. Mən hələ bu yaşıma qədər bunun kimi bütün fəsillərə gedəcək ideal bir ətir qoxlamamışam. Fresh açılış, çiçəksilik, ardınca da odunsu vanil. Hər şeyin qızıl ortasıdır bu parfüm Sözlə izah edə bilmirəm. Kasıblığın üzü qara olsun, full şüşə ala bilməyəcəm bu ərəfələr. \nQeyd: yayın o ən cırhacır istisinə uyğun olmaya bilər. \n2) blue de chanel edp - yes, adı çox eşidilir, çox məşhurdur, ancaq niyəsə çox adamda yoxdur sanki. Yaxın dostum imza kimi işlədir, yoxsa sintetikliyinə bir çarə tapıb özüm də vurardım bəlkə. \n\nQalanlarını hazırki fəsilə və sezona uyğun olaraq payız\/qış və yazın soyuq havaları üçün olanlardan seçib yazacam. \n\n--- Date üçün:\n1) YSL La Nuit de L'Homme edt - dünyanın 1 nömrəli qoxusudur, məncə. Az qala hər qoxunun klonu, yağı olduğu dünyada sözün əsl mənasında bənzəri olmayan bir qoxudur. qalıcılıq və yayılım bərbaddır*\ndeyilənə görə ən son batch'lərdə düzəldiblər, məndəki 2023 sonu olandır və zəifdir\n. Odur ki, çöldə 20-30 dəfə təzələməli olacaqsız. Dekant gəzdirin üstünüzdə. amma yayılım az olduğundan fiziki olaraq çox yaxın olduğunuz yerlər, əsas da home-date üçün mükəmməldir. Onu da deyim ki, xarakter yetkinliyi, ciddilik istəyən ətirdi, nə 15-22 yaşlı qanı qaynayan qaqaşın özünü ciddi göstərmək üçün vuracağı, nə də o yaş qızların bəyənəcəyi tipdən deyil. Hər şey uyğun olsa belə, eləcə əylənib deyib-güldüyün qızla\/flörtlə görüşdə vurulacaq ətir deyil. Cardamom və lavantanın ən \"sofistik\" *\neleqant yox, məhz sofistik\n qarışımıdır. Rəsmi saytda dediyi kimi: \"Bright, masculine freshness combines with sophistication and nonchalance to create a fresh, yet deep and mysterious scent\". \n2) JPG Le Male Le Parfum (qara olan) - Yayılımı la nuit'dən daha yaxşıdır, amma çox da güclü deyil; ancaq zatən date parfümü olaraq əsas odur qarşınızdakı(yanınızdakı) qıza çatsın(ki, çatır da). Görüşdüyünüz qız qoxusunu >95% ehtimalla bəyənəcək. Hələ eşitməmişəm ki, kimsə \"xoşum gəlmədi\" desin, bəyənməsin. Hər yaşa uyğundu. qaranlıq(dark) temalı, eyni zamanda şirin qoxudur, iris və vanil notları bariz şəkildə bilinir. Dayım oğlu günlük istifadə edirdi, amma məncə, date'lik parfümdü. Ona görə bura yazdım. \n3) initio rehab - deyəcəklərim çox radikal olacaq, lakin bu qoxunu bəyənməyəcək olan qızdan gələcək vəd edən ciddi münasibət olmaz, məndən demək. Görüşəndə gedin girin port baku-dakı emporium mağazasına. biləyinə vurun, Agalar, əgər o qız bu ətri bəyənməsə, bilin ki içinizə hüzur gətirəcək, sevgi dolu cıvıl-cıvıl qız o deyil. Radikal fikrimə görə femkalar linç edə bilər, amma o dərəcədə əminliklə deyirəm. Bu ətrin xoş təsir etməyəcəyi, ya da bundan qıcıqlanacaq insan qəlbinin necə qaranlıq olacağını təsəvvür edə bilmirəm mən. Ən azı bircə dəfə qoxusuna baxın, haqq verəcəksiz. Sözün əsl mənasında reabilitasiya, güvən, rahatlıq, dinclik yaradır. Elə bil dünyanın problemini, dərd-sərini götürüblər üstündən. \"safe zone\" hissi verir. Date kateqoriyasına aid elədim, çünki O ki sevdiyin insanı görəndə istər-istəməz üzün gülür, için əriyir, möhkəm-möhkəm qucaqlayıb heç buraxmaq istəməyəcək, dünyanın bir köşəsində əl üstündə tutaraq iki nəfərlik bir həyat qurmaq istəyəcək qədər sevirsən e, bax həmin təsiri yaradır. Baş-başa qaldığınız \"pure\" duyğulu, içindəki saf sevginin aşıb-daşdığı anlar üçün mükəmməldir. Hətta mental olaraq çətin dönəmdən keçərkən adicə qoxlamaq belə terapiya effekti verə bilər, insana həyat enerjisi verir. Mən bərbad ruh halındaykən ilk dəfə qoxlayanda mağazanın ortasında \"uy bləəə\" deyib sonrasında təəccübdən 2-3 saat özümə gələ bilməmişdim ki, belə bir ətir necə mümkün ola bilər. \n4) Dolce Gabana The One edp - eləcə qapağını qaldırıb ilk qoxlayanda (yəqin ki cardamom notundan dolayı) la nuit'i xatırlatmışdı, amma daha sirtus, qismən daha şirin ətirdir. Yayılım və qalıcılığı çoxdur. \n5) Dior Homme Intense - özüm qoxlamamışam, ancaq sıralamalarda la nuit'in altına qoyurlar həmişə. Qarşınıza çıxsa, yoxlayıb baxarsınız. \n\n--- Məclis, yığıncaq, date, özəl günlər, iş, günlük - ümumən soyuq zamanlarda hər yerdə vurmaq, imza parfümü etmək üçün: \n Parfums de Marly Althair - qoxladığım gündən bu yana aşiq olmuşam bu ətirə. Vanil, karamel*\nPraline notu karamel effekti verir bu ətirdə\n, darçının inanılmaz bir eleqantlıqla harmanlanmış halıdır. Ən az initio Rehab qədər çox sevirəm və içimə dinclik gətirir. Fragrantica 2024 səsverməsində boşu-boşuna ilin ən yaxşı kişi ətiri seçilməyib. -* o qədər sevirəm ki, qıyıb hər gün vurmuram birdən çox qoxlayaram, öyrəşərəm, adiləşər, dəyərdən düşər. Çox soyuq və külək vaxtı açıq havada zəif qala bilər, ancaq qapalı məkanlar üçün mükəmməldir. Paltarlarda qalıcılığı dəhşət çoxdur. \n\nGünlük:\n1) Dior Sauvage Elixir - Normal Sauvage'la qarışdırmayın, tam fərqlidir qoxuları. Açılışdakı qreyfrut notu adamı çox enerjik hiss etdirir. Mən \"spicy\" qoxuları çox bəyənməsəm də, bunu bəyənmişdim. \n2) JPG Le Male Elixir (qızılı olan) - vanil əsaslı şirin ətirdi. Açılışda çox fresh bir nanə qoxusu gəlir. Ardınca da lavanta və bal notları özün göstərir. boğucu deyil, ancaq qapalı ortamlarda bir az az vurun. \n3) Parfums de Marly Layton - qoxusu ilə love\/hate əlaqəm var. Bəzən çox \"spicy\" gəlir deyə zəhlə tökür, bəzən də sportiv, ya da işinin əhli hiss etdirir deyə vurmaq istəyirəm. Qarışıqdı. \n4) Carolina herrera nightfall patchouli - bahadı və rəsmi şəkildə sadəcə sabina-da satırlar. Tam anlamıyla insana \"Mysterious\" bir havası verir. Qiyməti o qədər olmasaydı, ya da daha kiçik ölçüdə satılsaydı, yəqin ki, qışlıq olaraq bunu imza parfümü edərdim. \n5) Tiziana Terenzi Delox - sözün əsl mənasında kofe (amerikano ilə cappucino qarışığı) parfümü. Kofeşop qoxusunun ən ideal halıdır, dəhşət xoş əhval, sakit mood gətirir. Elə bil axşam favorit məkanında oturub sakitcə kofe içirsən. Adın çəkdiklərim arasında yeganə unisex qoxu budur. Məncə, ən gözəl kofe ətiri də budur. Montale intense cafe'dən daha yaxşıdır məncə. Ancaq intense cafe'nin yayılım və qalıcılığı bir az daha üstündür. \nqeyd: \"günlük\" olaraq önərdiklərimin hamısının qalıcılıq və yayılımı ortalamanın üstündədir. Sauvage Elixir və Layton'u iş\/ofis üçün də istifadə etmək olar. Maskulin, diktəedici havaları var və açılış notları sayəsində səhər vurub evdən çıxanda enerji pompalayırlar sanki. \n\n---Axşamları dost-tanışla sosial mühitdə \"takılanda\", ya ümumən ortamlarda vurulmalıq:\n1) Afnan 9PM - JPG Ultra Male klonudur. amma ondan çox daha yaxşıdır və də çox ucuzdur. Gözü-qaşı oynaq qaqaşın parti\/ortam ətridi deyirlər, amma o dərəcədə də deyil. Adı üstündə, hər axşam hava qaralanda vura bilərsən. Çox cüzi çiçəksilik var, ancaq ümumən şirin qoxudur və orbit'in \"bubblegum\" saqqızı kimi qoxur. Lakin çox zordu. Yayılım və qalıcılıq çox yüksəkdi. Bir ara günlük istifadə edirdim, indilərdə qalıbdı qıraqda. Rəsmi, klassik, pol-klassik geyimlərlə qətiyyən vurmayın. \n2) Jpg le male elixir - yes. Günlükdən ziyadə, ortamlara da gedəcək qoxudur. \n\nÖzüm bəyənməsəm də n qədər qızın çox bəyəndiyi 2 ətir var, bəlkə kiminsə işinə yarayar: \n1) ysl myself - çox çiçəksidi və feminen havası var. Konkret olaraq qızların gülərüz, sevimli, zərərsiz oğlan dostu ətridi sanki. :d ya da ki mənim dostum elə adamdı deyə bu cür identifikasiya olunub beynimdə. Ancaq ətrafındakı bütün qızlar çox bəyənir. \n2) ysl y edp - qoxusu yadımda qalmayıb, amma bəyənməmişdim, sintetik idi. O qədər təriflənəcək ətir deyil. \n\nQeyd: əksəriyyəti baha olan designer və əsas olaraq da niche markalardan önərdiyimin fərqindəyəm. Amma \"dior Sauvage\", \"Versace Eros\", \"black afgano\", \"armani stronger with you\", \"creed aventus\" , \"molecule no bilməm neçə\" və s kimi fəhlə, bazar satıcısı, tində duran çumo gədə-güdələrdən tutmuş 7-dən 77-ə hamının original olmasa belə çakma yağını qramla alıb vurduğu, hamının bildiyi və burnunun tanıdığı, kiməsə qoxladanda \"çox tanış gəlir\" dediyi ətirləri vurmaqdansa, heç ətir vurmamaq yaxşıdı. Vurursansa, bu zibil gərək sənə aid olsun və az bilinən olsun. Çox bilinsə də, ilk səndən bilinmiş olsun. Bütöv şüşə almasaz belə yuxarıdakı çoxunun olmasa da bəzilərinin 80-90% bənzər, yaxşı ərəb klonlarını, ya da ən yaxşısı 10-20-30ml dekant formasını alın*\namma qəti şəkildə mia parfüm'dən almayın\n. yoxsa dostu, ya dostunun dostu, ya da hər dəfə avtobus\/qatardakı random qaqaş kimi və ya danışdığı qızın ex'i, köhnə flörtü kimi qoxmaq istəyən varsa, buyursun getsin az öncə adın çəkdiyim ətirlərdən alsın. Jpg-dən önərdiklərim də artıq yavaş-yavaş yayılmağa başlayır, fərqindəyəm. ona görə də siz çox yayılmadan vurun ki, gələcəkdə kimsə qoxlayanda siz yada düşəsiz.\n\nAralarındakı top 5 favoritlərimi desəm:\n1) YSL La Nuit de L'Homme *\namma son 2-3 həftədir könlüm \"le male le parfum\"ə tərəf dönür sanki\n \n2) Parfums de Marly Althair\n3) İnitio rehab\n4) Afnan 9PM\n5) Sauvage Elixir" | |
}, | |
{ | |
"id": 239, | |
"title": " \n parfüm ekstraktı ", | |
"content": "yazarların ən sevimli parfümləri başlığından əsinlənib açdığım başlıq. \nbu gün sizə xoş iy üçün üstümüzə vurduğumuz mayelərdən danışacam. ətir demədim, parfüm demədim, çünki fərqli şeylərdi və hamımız birindən istifadə etmirik.\nistifadə etdiyimiz bu mayeləri ayıran əsas meyar tərkibindəki parfüm ekstraktı - yağ faizidir. bu faizə görə deyirik ki, bu ətirdir, bu tualet suyudur, bu parfümdür, bu odekalondur və s.\nhəmin mayelərin tərkibini spirt, su və parfüm yağının faiz nisbətinə görə bölsək:\n~30-40% yağ olanlar niche ətirlərdir, uzun müddət qalıcılıqları və güclü tərkibləri var;\n~20-30% yağ olan məhsullar saf parfümlərdir və 8 saata qədər qalıcıdır;\n~15-20%-lilər eau de perfume, yəni parfüm suyu. mağazalarda üstünlük verdiklərimizin çoxu budur;\n~5-15%-li eau de toilette - tualet suyu. nisbətən daha ucuz, daha yüngül olurlar. tərkibində spirt daha çox olduğu üçün dəridə yaxşı qalmır, uçub gedir. ona görə dəriyə yox, paltara vurun ki, 48 saata qədər qalsın. kişilər üçün geniş yayılan məhsullar EDT-lərdir, amma saf parfüm suları da var;\n~2-6% - odekalon, eau de cologne. köln suyu burdam gəlir və türklər kolonya deyə istifadə edirlər. yüngül tərkiblidilər, buna baxmayaraq bəzi ortasəviyyəli markaların məhşur, çox istifadə olunan odekalonları var. gün ərzində dəfələrlə qarışdırmaq, yeniləmək mümkündür;\n~1-3%-li sular. eau fraiche - fresh - təravət. tərkibində gördüyümüz kimi parfüm yağı çox azdır, qiyməti ucuzdur, yüngül ətir sevənlərə uyğundur. \nson olaraq vurduğunuz hər hansı ətirin, parfüm suyunun, odekalonun və s. qalıcı olması olması üçün bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. istəyir ətir olsun, istəyir EDT, fərqi yoxdu, heç biri quru dəridə çox qalmır. istifadədən əvvəl, vuracağınız nahiyəyə nəmləndiricini, sonra parfümü(məsələn) vurmağınız məhsulun qalıcılığını artdıracaq. bədən nəmləndiricinizlə ətiriniz eynidisə, lap gözəl, lap pakizə. ideal variant da, eyni duş gelinin ardınca bədən nəmləndiricisi, axırda ətiri vurmaqdır. eyni dedikdə eyni markaya, eyni seriyaya aid məhsulları nəzərdə tuturam.\nbu arada, bir qadın cinsi nümayəndəsi olaraq, üstündən gəşəngcə ətir iyi gələn kişiləri daha çəkici hesab edirəm və əminəm ki, qadınların çoxu belədi. siz yenə də ehtiyatınızı götürün, cənablar.\nbu qədər, camaat, bundan sonra icazə vermiyün tualet suyunu sizə baxalı fransuzki ətir adıyla soxuşdursunlar. uğurlar." | |
}, | |
{ | |
"id": 240, | |
"title": " \n berserk ", | |
"content": "bu entrynin necə olacağı ilə bağlı demək olar ki, bir ildən çoxdur düşünürəm. Mənim üçün elə bir nöqtəyə gəldi ki, nə etsəm də, necə etsəm də məmnun olmuram. Paylaşdığım entryləri də bir müddət sonra yenidən oxuyanda, öz-özümə \"Kaş bunu da yazsaydım\" deyə düşünürəm. Ona görə daim qayıdıb yenidən bir də oxuyuram. əslində bu yaxşı bir şeydir, əgər bir il əvvəl paylaşdığım entry ilə hələ də eyni yerdəyəmsə, bu, mənim yerimdə saydığımı göstərir. Ona görə də anlıq bir qazla indi yazıram. *\ntəbii ki, mənim indimlə sizinki bir deyil\n. \n\n\n \n \n\nBaşlamazdan qabaq bunu interaktiv bir təcrübəyə çevirək. Odur ki, dəvam etmədən öncə videonu başladın, 1997-ci il seriyasından \"4 Gatsu\" sountrack’ini birlikdə dinləyək. \n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \nhər şeyini, yazarını belə itirmiş, hekayəsi yarım qalan bir obraz. guts(qats).\n \n\n \n \n \n“Lap əvvəldə Guts'ı tez əsəbiləşə bilən bir qəhrəman olaraq təsəvvür etdim. Mad Max'dəki Max, ya da Fist of the North Star'daki Kenshiro kimi. Mən onu necə qəzəbləndirəcəyimə, necə qisas alacağına, xarici görünüşünü və bacarıqlarını necə effektiv nümayiş etdirəcəyimə fokuslandım və bu mübarizədən ortaya çıxan şey orijinal Black Swordsman oldu.” - Kentaro Miura, manganın əsas personajı olan, Guts'ın motivasiyasını və zehniyyətini necə ortaya çıxardığı barədə suala belə cavab vermişdi. qeyd etdiyim kimi, miura Guts'ın əsəbi olmasından əmin olmaq istədi, nəticədə onu əsəbləşdirməyin həll yolu kimi ona bərabər bir dost yaratmağa qərar verdi; griffith. \n\n\n \n \n\n\"Berserk\" tam olaraq \" Devil Man\" və \" Fist of the North Star\" kimi mangaların uğurlu adaptasiyası kimi görmək olar. Yəni Kenshiro və Shin, Akira və Raoh tamamilə Griffith və Guts ətrafında formalaşmış obrazlardır. sözsüz, Miura bu paralelləri götürüb tamamilə fərqli bir şeyə çevirmişdir. \"Devil Man\"ın ezoterizmi ilə \"Fist of the North Star\"ın vəhşi dünyasını alıb \"Berserk\" kimi dark fantasy janrını bir daha bənzəri olmayan şəkildə dünyanın ən populyar mangalarından birinə çevirdi. \n\n\n \n \n\n\n\n \n \n\nBizim burda 3-cü əsas obrazımız da var ki, mangada bütün personajlar tərəfindən güclü və gözəlliyi ilə tanınan qadın döyüşçü casca özündə bir qadın olaraq ancaq qüsurlar görməsi, nə etmək istədiyini bilməməsi, bir insan olaraq arzusunun olmamısı kompası olmayan bir gəmi kimi özünü dalğanın və küləyin istiqamətinə verir.\n\n\n \n \n\n\nKentaro Miura xüsusi bir sənətçidir, amma Berserkin rəsmlərinin keyfiyyəti, hekayəsinin bənzərsizliyi bir yana, hekayənin keçdiyi dünyaya baxdığımızda bu dünyanın xalqları, sosio-politik quruluşu, şəhərləri və insanları üzərində dövr edən bir cəmiyyət tənqidi var ki, bu məncə özü kifayət qədər müşahidə və bacarıq tələb edən bir şeydir. \n\n\n \n \n\n\n\n \n \n\n\nManganın iki əsas obrazı Guts və Griffith arasındakı münasibət, bir-birlərini fərqli mənalarda istəyən, amma heç vaxt bir-birinə sahib ola bilməyən iki kişinin duyğularının dağıdıcı bir qəzəbə çevrilməsi, manganı tamamilə başqa bir yerə çəkir. Bu münasibəti Griffith tərəfində homoerotik sevgi münasibəti olaraq, Guts tərəfində isə yalnız özündən daha yaxşı gördüyü bir insan tərəfindən qəbul edilmək və insanlığının təsdiqlənməsi olaraq qəbul etmək olar. Casca tərəfindən baxıldığında isə, xilasçısına aşiq olan bir qadının onun həyatının bir parçası ola bilmək üçün qadınlığından imtina etməsi, lakin günün sonunda ona yaxın olmaq üçün imtina etdiyi halının ona istədiyi şəkildə yaxınlaşmasına mane olduğunu da görə bilərsiniz, bu baxımdan obrazlara qarşı fikrimiz həmişə bir tərəfli olmur. Bütün obrazların verdiyi qərarların psixoanalizini etmək, adamı alır, aparır. \n\n\n \n \n\nəksər populyar anime, fanservice adı altında qadın obrazları çox axmaq göstərir, amma berserk mangasında ucuz fanservice'ə yer verilməyib. mangada çılpaq və absürd panellər olduğu doğrudur, amma buna səbəb hekayənin qaranlığını yansıda bilməkdir, kiminsə eraksiya olmasına kömək etmək deyil\n\n\n \n \n\n\nGolden Age ilə uşaqlığından etibarən tanımağa başladığımız Guts obrazı bir şeylərə sahib olması, sonra onları yenidən itirməsi, insanlığını yenidən tapması və buna rəğmən yaşamağa davam etməsi hekayəyə yeni bir nəfəs verir. Black Swordsman, Golden Age, Conviction, Lost Children və Guts'ın fərqli hekayələrində yaşadıqlarından dolayı keçirdiyi dəyişikliklər o qədər orjinal işlənir ki, bir müddət sonra keçmişdə necə bir obraz olduğunu belə unutmağa başlayırsınız. Bu, demək olar ki, bütün əsas obrazlarda görürsünüz, yəni möhtəşəm rəsmlərin yanında çox möhkəm bir yazıçılığı da var müəllimin və bütün bunları o qədər ahənglə bir araya gətirir ki, niyə \"Berserk\"in bu qədər sevildiyini daha yaxşı anlayırsınız.\n\n\n \n \n\nGünün sonunda Guts'ın bədənindəki bütün yaraların, ağaran saçlarının və yorulan baxışlarının hər birinin səbəbini çox yaxşı başa düşürük, eyni öz daşıdığımız yaralar, ağaran və ya ağaracaq saçlarımız və yorulan baxışlarımızın arxasındakı səbəbləri bildiyimiz kimi. Əslində hər kəsin arxasında Guts'ın daşıdığı kimi bir qılınc var və bu, çox vaxt bir qılınc deyil. Şübhəsiz ki, \"Berserk\" bu şəkildə yanaşmaq insanın təbiətində var. Bütün mübarizələrə rəğmən həyatda qalmaq, mümkünsüzlük qarşısında dayanmaq və bəzən sadəcə yaşamaq; \n\n\n \n \n\nBerserk light reading`lə oxuya biləcəyimiz bir şey deyil, təsvirlər kobud və pozğun və həm bəşəriyyətin dəhşətlərini, həm də Miuranın öz səhifələrində yaratdığı qaranlıq dünyanı göstərməkdən çəkinmir. \n\n\n \n \n\nVə o rəsmlər... o sənət əsəri panellər. Xüsusilə \"Millennium Falcon\" hekayəsindən sonra Miura elə vizuallar yaradır ki, hər baxışda yeni detallar kəşf edirsiniz. O, əsərlərində Escher, Bosch, Gustave Doré və Albrecht Dürer kimi sənətkarların təsirini açıq şəkildə hiss etdirir. Miura üçün manqa yalnız hekayə deyil, həm də sənət əsəri yaratmaqdır. \n\n\n \n \n \n\n\n \n \n \n\n\n \n \n\n \n\n \n \n \nTəbii ki, məsələ yalnız rəsmlər deyil. \"müharibə yorğunluğu\" adlandırdığım şeyi də çox yaxşı əks etdirir. Daim düzgün şəkildə yata bilməyən, özündən dəfələrlə güclü paranormal varlıqlara qarşı mübarizə aparan Guts-un yorğunluğunu hiss edirsiniz. Bədənindəki yaralar, qılıncını daşıyarkən və vurarkən əzələlərinin gərilməsi, üz ifadəsindəki tükənmişlik və obrazlarla qarşılıqlı təsirlərindəki bezginlik yalnız Miura səviyyəsindəki bir ustanın rəsmlərindəki kiçik detallarla verə biləcəyi şeylərdir. Maraqlı bir şəkildə, bütün bu yoğun qaranlığa rəğmən, bu hekayənin içində bir ümid var. Zatən \"Berserk\" in hekayəsini bu qədər axıcı və oxumağa dəyər edən də budur.\n\n\n \n \n\n\n\n \n \n \n\n\n \n \n \n\n\n \n \n\nGuts-un hekayəsi iniş-çıxışlarla doludur. Yaşadığı bütün travmatik təcrübələrə rəğmən, \"Black Swordsman\" personasından sonra yenidən özünü bir ümid olduğuna inandıran insanlarla tanış olur. Bu da onu ilk tanıdığımız qaranlıq, inadcıl, heç nəyi umursamayan personasından yavaş-yavaş çıxarır. Lakin bu hekayə sadəcə dostluq və sevginin qalib gəldiyi bir hekayə deyil. Bütün ümidlərinə rəğmən, təkrar-təkrar mübarizəçimiz pis şeylər yaşamağa davam edir. Buna rəğmən mübarizə aparır, artıq mübarizə edə bilməz dediyiniz yerdə yenidən ayağa qalxdığını görürsünüz, sonra yenidən ayağa qalxır, sonra yenidən ayağa qalxır. \n\n\n \n \n\nBütün bu mübarizənin kənarında ümuda çatma cəhdi, \"Berserk\" in ürəyini təşkil edərkən müəllim bunu çox zövqlü və dərin bir meta-narrativlə birləşdirir. Bu, yalnız cool döyüş səhnələrindən başqa uğurlu personajlaşdırmalar üçün də ayrı bir cazibə nöqtəsidir. Amma əsasda yatan mesaj aydındır: Ümidin varsa, hər şeyin var.. Amma ümid yalnız heç nə etmədən gözləyənlərə çarə olmaz. Ayağa qalxıb bir şeylər etmək lazımdır. Bütün mənfiliklərə rəğmən o qılıncı alıb çalmalısan. Qarşındakı qaranlıq nə qədər müstəsna olursa olsun, mübarizə aparmalısan. Təbii ki, bunun yanında şəxsi qaranlığına və ümidsizliyə doğan qəzəbə təslim olmamağı da öyrənməlisən. Kiminə güvənəcəyini yaxşı seçməlisən. İnsanlara bütün paranoyalarına rəğmən şans verməlisən. Xalqına zülm edənləri məhv etməli, troll ordularını doğramalı, satanistləri məğlub etməli, uşaqları istismar edən iblisləri məhv etməlisən.\n\n\n \n \n\nMövzu uşaqlardan açılmışkən, \"Guts\"ın az yaşlı uşaqlara qarşı reallığı göstərməsi və onları bu reallıqla üzləşdirməsi, lakin konkret bir həll yolu təqdim etməməsi, oxucuların ona qarşı fikrini tərəfsiz saxlayır. Lakin burada yalnız biz, oxucular, dilemma ilə üzləşmirik. Xilas olan uşaqlar da nəticənin istəmədikləri bir son olduğunu dərk edir və həm Guts-a, həm də özlərinə nifrət bəsləməyə başlayırlar. Çünki onlar, uşaq yaşlarından valideynləri tərəfindən istənməyən, problem olaraq böyüdülmüş və tökülən qanların səbəbkarı kimi özlərini görürlər. Bu psixoloji yük onları Guts-a minnətdarlıq və nifrət arasında buraxaraq daxili münaqişə yaşamağa məcbur edir. \n\n\n \n \n\nHələ də bu hekayənin içində bir hekayəni yaxşı edə biləcək hər şey və daha artığı var, tək bir şey xaricində: yaxşı bir final. Bəli, \"Berserk\"-in hələ bir finalı yoxdur. Yəni əslində var, amma yoxdur. Kentaro Miura 54 yaşında qəfil və vaxtsız bir şəkildə vəfat etdi. Elə qəflətən baş verən ölümlər olur ki, tam lotoreyadan çıxan kimi, bax, elə bir vəziyyət. Aorta anevrizması. Hər kəsin başına gələ biləcək bir şey. \n\n\n \n \n\n\nMiura, vaxtında Koji Mori-yə hekayənin finalının necə olacağını danışmış və tələbələrinə müxtəlif qeydlər buraxmışdı. Mori bu mövzu ilə bağlı bir xatirəsini belə bölüşür: \"On beş il əvvəl bir gün, Kentaro-nu ziyarət etdim. O zaman \"Eclipse\" hekayəsini çəkirdi. Başında \"Berserk\" hekayəsini \"Eclipse\" i çəkərkən tamamlamışdı və həyəcanla mənə anlatmağa başladı. İllər ərzində mənə danışdığı şeylərin manqada bir-bir baş verməsinə şahid oldum. Finalını bilən tək şəxs olaraq, Miura-nın vizyonuna sadiq qalaraq hekayəni bitirməyə qərar verdim. Sadəcə Miura-nın mənə danışdığı şeyləri yazacağam və heç bir əlavə etməyəcəyəm. Düzgün xatırlamadığım şeyləri yazmayacağam.\"\nBu, təbii ki, oxuyucuları iki yerə böldü. Kimiləri \"Berserk\" in Miura-nın çəkdiyi son bölüm ilə bitdiyini və davam etməməli olduğunu deyir, kimiləri isə Studio Gaga və Mori'nin Miura-nın mirasını davam etdirə biləcəyini düşünür.\nŞəxsən mən, ikinci qrupdanam. rəsmlər Miura qədər olmasa da, illərlə onun altında çalışdıqları üçün Miura-nın dəsti xəttini bilirlər. Hekayə baxımından da hələ uzun dialoqlar və böyük ekspozisiya olmadı. Miura-nın vəfatından sonra yayımlanan bölümlər az dialoqa malikdir, amma hekayəni qrafik olaraq anlatmaqda problem yaşamamaları, məncə, güvən vericidir. \n\nYenə də sevimli mübarizəçimiz qılıncını vurmağa davam edir. Bu da mənim kimi bəzi insanlar üçün kifayətdir. Hətta bir nöqtədə Miura-nın mirasının bu şəkildə davam etməsi xoşuma belə gəlir.\n\n\n\"Berserk\"ə necə başlanmalı sualına gəldikdə, mənim tövsiyəm 1997-ci ildə çıxan anime seriyası kenpuu denki berserk ilə başlamaqdır. Bir çox insan filmləri ilk izləməyi məsləhət görsə də, məncə anime seriyası \"Golden Age\" dövrünü kifayət qədər yaxşı əhatə edir və studiya burada gözəl bir iş ortaya qoyub. Kikuchi Susumu Hirasawa'nın yaratdığı musiqilər isə bu animeyə xüsusi bir atmosfer verir və manqanı oxuyarkən belə dinləməyə davam edəcəksiniz.\n\n\n \n \n\n2016-cı ildə çıxan animeyə isə heç yaxınlaşmayın. Bu seriya aşağı büdcəli prodüksiya, pis CGI və ümumi keyfiyyətsizliklə çox uğursuz bir işdir. Manqanın daha əvvəl görülməmiş hissələrini uyğunlaşdırsa da, izləmək olduqca çətindir, adamın səbri çatmır.\n\n\n \n \n\nFilmlərə gəlincə, onlar \"Berserk\" təcrübəsinə fərqli bir perspektiv qatır. 2012 və 2013-cü illərdə çıxan üç film var: \" Egg of the King\", \" Battle for Doldrey\" və \" Advent\". Bu filmlər manqanın \"Golden Age\" hekayəsini əhatə edir. İlk iki film bəzi yerlərdə CGI istifadəsi baxımından ideal olmasa da, üçüncü film, \"Advent\", vizual olaraq çox uğurludur. Bu filmləri izlədikdə, \"Golden Age\" dövrünün ən vacib hadisələrini axıcı bir şəkildə öyrənib, \"Advent\" filminin sonunda hekayənin ən mühüm qırılma nöqtəsini möhtəşəm bir vizuallıqla təcrübə edə bilərsiniz.\n\n\n \n \n\nFilmləri izləmək \"Berserk\" təcrübənizi zənginləşdirəcək. Xüsusilə \"Golden Age\" sonunda musiqi ilə müşayiət olunan təsir edici bir səhnə var ki, bu səhnəni ilk dəfə filmdə izləmək daha təsirli ola bilər. Həyatınızda bir dəfə yaşanacaq bir təcrübədir. Daha sonra manqanı oxuyanda, Miura'nın bu səhnələri necə ustalıqla çəkdiyini görüb yenidən təsirlənəcəksiniz.\n\nBerserk-i oxumamış olsanız belə, video oyunlara bələdsinizsə, təsirini görmüşsünüzdür. Dark Souls , Final Fantasy, Bloodborne, Sekiro: Shadows Die Twice, demon's souls, Elden Ring və daha neçəsi mangadan təsirlənib.\n\n\n \n \n\n\"Berserk\" azad iradə, tale, mübarizə, ümidsizlik, cinsəllik, ədalət, intiqam kimi mövzuları genişləndirən bir külliyyatdır. Xarakterlərin yazılmış taleyə qarşı gələrkən insan təbiəti, əxlaq, dualite kimi bir çox nöqtədən çətin problemlərlə üzləşdiyi, dostluğun və sevginin bir-birinə qarışdığı, onların strukturlarının incələndiyi, həzm etməsi zaman alan, yola verilməmiş, möhtəşəm rəsmlərə sahib bir manqadır. \n\nEntrinin başında da dediyim kimi, bu qədər geniş bir əsəri hər nöqtədən incələmək hər kəsin işi deyil, mənim isə heç deyil. O səbəblə, bu mətnin yazılması uzun zaman aldı. ümid edirəm, bir neçə ildən sonra yenidən oxuyanda \"yaxşı yazmışam\" deyə biləcəm. \n\nÖzünüzə diqqət edin və mübarizənizdən əl çəkməyin. Unutmayın, qılınc başınızda deyil, ürəyinizdədir və yalnız onu istifadə etməyi öyrənməyinizi gözləyir. O səbəblə, qalxın, zirehinizi geyinin, onu belinizə bağlayın və həyat adlı iblislərlə dolu bu qaranlıq diyarı gəzməyə başlayın. Əmin olun, sizə ümid verəcək insanlarla tanış olacaq, bütün çətinliklərə baxmayaraq yaşamağı öyrənəcək, dərslər çıxaracaqsınız və ən önəmlisi, qaranlıqla savaşdığınızda başqalarının da sizinlə birlikdə savaşdığını görəcəksiniz." | |
}, | |
{ | |
"id": 241, | |
"title": " \n the long dark ", | |
"content": "Hinterland oyun şirkəti tərəfindən publikaya buraxılmış oyun. Oyunun ssenarisi növbəli güncəlləmələrlə gəlmiş 3 epizoddan ibarətdi hal-hazırda. Ümumilikdə 5 epizod olmağı nəzərdə tutulur və bütün oyunçular maraqla 4. Epizodu gözləyirik. Oyunun maraqlı hekayəsi var. Researcher olan Dr. astrid greenwood turist gəzdirmə işi ilə məşğul olan köhnə həyat yoldaşı will mackenzienin uzun müddət sonra yanına gedərək onu Kanadanın ən ucqar nöqtələrindən olan Great Beara aparmağını xahiş edir. Will hava şəraiti, təyyarənin köhnəliyi səbəbilə ilk başda etiraz etsə də, sonra qəbul edir. Great Bearə az qalmış göy üzündə qütb işıqları peyda olur və təyyarənin bütün elektronik sisremi sıradan çıxır. Beləcə qəza baş verir və yerə çırpılırlar. Oyun survival ağırlıqlı olsa da ssenaridə müəyyən mssiyalardan keçməli oluruq. İnsan oynadıqca həmin soyuğu, qar-boranı, fırtınanı iliklərinə qədər hiss edir. Oyunda maraqlı, yaxşı və pis personajlarla üzləşirik. 3. Epizodun sonunda gəldiyimiz nəticəni demək istəmirəm, oynamayanlarçün bu qədəri belə spoilerdi onsuz. Ancaq oyun boyu üstüörtülü keçən dialoqlarda konkret sətiraltı və gizli mesajlar olduğunu düşünürəm. Məlum məsələdi, sirr deyil ki müəyyən kino, animasiya, serial və oyunlarda real həyatda baş verən hadisələrlə bağlı istər əvvəlcə, istərsə də cari zaman dilimində müəyyən mesajlar, mistik məlumatlar ötürülür. Bu oyunda da qəribə şeylər sezirəm. Görək 4 və 5. Epizodlar necə olacaq, sonunu necə bağlayacaqlar. Oynamayıb da fərqli atmosfer görmək istəyənlərə şiddətlə məsləhət görürəm." | |
}, | |
{ | |
"id": 242, | |
"title": " \n analog horror ", | |
"content": "Qorxu janrının son 3-4 ildə populyarlaşan sub-janrı. Əsas xüsusiyyətləri vhs kaset, crt tv görüntü və found footage formatında olmasıdır. Hekayə qurğusu isə 1960-ların ortalarından 2000-lərin sonuna qədər olan illərdə keçir. 1 dəqiqə ilə maksimum 1 saat arasında olan bu görüntülər creepypastalardan, vhs kasetlərin glitchlərindən və 70-80-cı illərin çox da bilinməyən reklam və verilişlərinin montajından ibarətdir. Əsas məsələ çox da jumpscare olmadan insanı qorxutmasıdır. Nostalgiya faktorundan çox istifadə edilir. Sanki uşaqlığa geri dönüb, bir anda reallığa dəhşət içində qayıdırsan. Çox nümunəsi və hər birinin ayrı-ayrı dərinlikdə hekayələri var. Janra adını verən serial isə Local 58 tv olub. \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \nBunun ilk nümunəsi 2009-da 4 seriyalı no through road web serialıdır. Daha sonra eyni ildə çıxan 133 bölümlük Marble Hornets serialı 2014-ə qədər davam etsə də bu növ qısa qorxu filmləri tam mainstream ola bilmədi. Janr 2021-də Alex Kisterin the mandela catalogue adlı youtube serialı sayəsində pop-kultura tərəfindən mənimsənildi. The mandela catalogue-un məşhurlaşması səbəbi ilə ondan 6-7 il əvvəl çıxan lakin o qədər də baxış sayı olmayan youtube serialları da bilinməyə başladı. Hətta 2022-də bu janrda Skinamarink adlı film də çıxdı və cult film oldu. Ən yaxşı hekayəyə malik olanlar mənim fikrimcə Gemini Home Entertainment, Local 58 tv, The Monument Mythos, the Walten files, Mandelanın özü və Kane Pixels kanalının (sahibi 17 yaşlı Kane Parsonsdu) məşhur Backrooms serialıdır. Marağı olanlar youtube-da bunlara bir göz atsın. Dərin mövzusu olanı da var, mən nəyə baxdım ala? sualını verdirib beyin yandıranı da var. Və təbii ki, video oyunlar da bu janrdan nəsibini alıb. Ən yaxşılarını paylaşıram:\nhttps:\/\/thornebaker.itch.io\/maplecounty\nhttps:\/\/broken-arrow-games.itch.io\/mandela-invasion\nhttps:\/\/rainslices.itch.io\/the-prototype\nhttps:\/\/darkos23.itch.io\/home-invasion\nhttps:\/\/wenderlygames.itch.io\/assessment-examination\nhttps:\/\/jflyer45.itch.io\/the-lancaster-leak-obrien-state-park\nhttps:\/\/alexander-wiseman.itch.io\/fear-assessment\nhttps:\/\/oxblud.itch.io\/silkbulb-test\nhttps:\/\/mikeklubnika.itch.io\/unsorted-vhs" | |
}, | |
{ | |
"id": 243, | |
"title": " \n ismaililər ", | |
"content": "8ci əsrdə ərəb xilafətində sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində meydana gəlmiş şiə müsəlman təriqətidir.adı şiə imamı cəfərin oğlu ismayılın adından götürülmüşdür.dini-fəlsəfi təlimdir.ismailizm ortodoksal müsəlman dini-fəlsəfi təlimindən kəskin şəkildə fərqlənir.onlar belə güman edirlər ki allah insanlar üçün anlaşılmazdır,dərkedilməzdir.buna görə də dua ilə allaha deyil,allah tərəfindən yaradılmış dünya zəkasına müraciət etmək lazımdır.onlar ruhun bir bədəndən başqasına köçürülməsinə inanırlar.dünya ruhunun bir hissəsi olan insan ruhu ilahi həqiqəti qavramağa qadirdir lakin bu ruh əvvəlcə müxtəlif vaxtlarda yaşamış bir çox adamların bədənlərində növbə ilə olmalıdır.ilahi həqiqətə nail olan onun vasitəsiylə müdrikləşən ruh cənnətə düşür.ismaililərin təsəvvürlərinə görə məhəmmədin və onun sevimli kürəkəni əlinin ruhu imamlara köçürülür bu imamlar da onların yanına göndərilib ki onların mənəvi həyatına rəhbərlik etsinlər.imamlar və peyğəmbərlər haqqında ruhun təcəssümləşməsi haqqında təlimin bilavasitə vəzifəsi tüfeyli həyat keçirən təriqət rəhbərlərinin real dünyəvi nüfuzunu möhkəmlətmək sıravi dindarları isə tamamilə itaətkar vəziyyətə gətirmək vergi verməyə hədiyyə və nəzir gətirməyə məcbur etmək idi.bu təriqətin canlı allah kimi sitayiş etdikləri imam tərəfindən rəhbərlik edilən güclü şaxəli təşkilat yaratmışdılar.ismaililərin islamın yayıldığı ölkələrdə (xüsusən tacikistan,pamirdə)icmaları mövcuddur" | |
}, | |
{ | |
"id": 244, | |
"title": " \n tony iommi ", | |
"content": "bu gün 65 yaşını qeyd edən, qocalmayan, hələ də o cavanlıqdaki soloları ata bilən, black sabbath qrupunun qurucusu əfsanə adam, gitaris iommi amca. 17 yaşında iş qəzasında sağ əlinin zərər görməsi onu solaxay bir gitarist olmağa məcbur etdi. hələ bir çoxumuzun ataları, əmiləri dünyada olmazkən ya da karşokda sıçarkən, bu adam black sabbath qrupunu, yəni ilk heavy metal şeysini yaratdı. və günü bu gün hələ də öz işini görür. bir çox musiqi adamının da dediyi imi, black sabbath gerçək bir metal qrupudur, geridə qalanlar isə özlərini onlara oxşatmaq istəyən. əgər mənə metal musiqi tarixinin ən yaxşı 5 albomunu soruşsan, black sabbathın çıxardığı ilk 5 albom deyərəm, demişdir daha başqa dahi bir insan. bu gün bir çox qrupdaki şeytani riffləri ruhumuzda hiss edə biliriksə, şübhəsiz ki bunu iommu amcaya borcluyuq. black sabbath, paranoid, black sabbath vol. 4 və yaxud sabbath bloody sabbath albomları adamların təkcə ilk 10 illiklərində gördüyü işləri əhatə edir. ozzy osbourne və ronnie james dio isə kiçik qardaş kimi hər zaman iommy amcaya öz köməklərini etdilər.\nçox yaşa, iommy amca." | |
}, | |
{ | |
"id": 245, | |
"title": " \n missing man formation ", | |
"content": "pilotu, tanınmış bir hərbçini, ya da məşhur siyasi fiquru xatırlamaq üçün edilən hava göstərişi. Təyyarələr bir formasiya ilə uçur, lakin bir təyyarənin olmalı olduğu yerdə boşluq olur – bu da həmin şəxsin yoxluğunu simvolizə edir. Bu tip təyyarəli formasiyada ilk uçuşun 1931-ci ildə Charles W. \"Speed\" Holman-ın dəfn mərasimində keçirilib\n\n\n\"İtkin pilot forması\" adətən \"finger-four\" (dörd barmaq) formasiya tipinə əsaslanır. Burada lider təyyarə ön plandadır, onun qanad yoldaşı sol tərəfdədir. İkinci cütlük isə sağ tərəfdədir – ancaq ikinci liderin yeri ya boşdur, ya da lider uçuş zamanı formasiyanı tərk edərək yuxarı qalxır.\n\n\nümumiyyətlə, bir neçə fərqli formasiya variantı mövcuddur. ABŞ-də ən çox istifadə olunan formasiya, \"finger-four\" adlanan hava döyüş forması üzərində qurulub. Bu formasiya iki cüt təyyarədən ibarətdir. Təyyarələr \"V\" şəkilli düzülüşdə uçur, lider təyyarə ön nöqtədədir, onun qanad yoldaşı isə sol tərəfdədir. İkinci cütlüyün lideri və onun qanad yoldaşı isə sağ tərəfdə yerləşir.\n\n\n \n \n\n\nFormasiya mərasim üzərindən kifayət qədər aşağıdan uçur ki, insanlar təyyarələri aydın şəkildə görə bilsin. Təyyarələrdən biri – ikinci cütlüyün lideri qəflətən formasiyanı tərk edir və yuxarıya doğru qalxır, digərləri isə düz xətt üzrə uçmağa davam edir. Təyyarələr üfüqdə görünməz olana qədər hərəkət edirlər. Bu jest ayrılan şəxsin yoxluğunu və formasiya ilə onun xatirəsinin şərəfləndirilməsini simvolizə edir.\n\nBaşqa bir versiyada isə həmin lider mövqeyi ümumiyyətlə boş saxlanır. Bir başqa variant isə təyyarələrin günəş batımına tərəf yönəlməsidir – yəni, bir təyyarə qəfil ayrılıb qərbə doğru, gün batımına uçur. Əsas fikir isə dəyişmir: hər zaman bu forma dünyasını dəyişən şəxsi və onun yoxluğunu əks etdirir.\n\nSadə forma və sadə mesaj olsa da, təsiri adamı hər dəfə görəndə dərinlərə aparır. \"biri aramızdan ayrıldı\" hissini birbaşa yaşadır. Pilots never die! \n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\n(baxma: Süvarisiz at)" | |
}, | |
{ | |
"id": 246, | |
"title": " \n aplaziya ", | |
"content": "anadangəlmə bədənin hər hansı üzvünün olmaması. Bətndaxili inkişafın hər hansı bir dövründə orqan rüşeyminin məhv olması nəticəsində baş verir. Həyat üçün əhəmiyyətli orqanın və ya onun bir hissəsinin aplaziyası orqanizmin fəaliyyətini dayandırır. cüt orqanlardan birinin olmaması orqanizmin normal inkişafına mane olmasa da tək orqanların aplaziyası isə rüşeymin həyat qabiliyyətinin itməsinə səbəb olur" | |
}, | |
{ | |
"id": 247, | |
"title": " \n kirpi dilemması ", | |
"content": "Alman filosofu (bax: Arthur Schopenhauer) \n tərəfindən ortaya atılmış bir mövzudur. Kirpi dilemmasına görə soyuqdan üşüdüyü üçün bir-birinə yaxınlaşan kirpilər bir-birinin tikanlarına məruz qalırlar, buna görə də yavaş-yavaş uzaqlaşırlar. nəticədə oxlarının onları incitmədiyi və soyuqdan qorunduqları bir məsafədə qalarlar. \n\nbu dilemma kirpilər üzərindən insan münasibətlərini ələ alır. İnsanlar hər zaman öz içlərində olan boşluğu doldurmaq üçün yeni münasibətlər yaratmaq, dostluqlar qurmaq istəyirlər, buna görə də bir-birlərinə yaxınlaşırlar, yeni bir bağ qurmağa çalışırlar. Oxlar isə insanların bir-birinə dediyi acı sözləri, bir-birlərinə tərs gələn davranışları təmsil edir. Bir insan ilə münasibətimizin dərinləşməsi həmin insana zərər verə bilmək riskimizi və onun bizə zərər verə bilmək riskini artırır. Çox uzaqlaşmaq isə fərdin yalnızlaşmasına və cəmiyyətdən izoliasiya olmasına səbəb olur. Buna görə də insanlar da cəmiyyətin bir parçası ola bilmək üçün etik normalara, cəmiyyətin qoyduğu qaydalara uyğun yaşayaraq kirpilər kimi uyğun məsafəni saxlamalıdırlar. \u2028\n\nneon genesis evangelion animəsinin elə ilk bölümündə ikari shinji üzərindən bu dilemmadan bəhs olunur. shinji yaşadığı ağır uşaqlıq dövrü üzündən insanlar ilə münasibət qurmaqda olduqca bacarıqsız idi, incidilməkdən, və ya kimisə incitməkdən qorxduğu üçün uzaq qalmağı seçirdi həmişə. bu da onun yalnızlıqla çəkməsinə səbəb olurdu. animenin irəliləyən bölümlərində shinjinin bu xarakterinin onun münasibətlərindəki təsiri aydın görünür. xüsusilə son bölümlərə doğru Kaworu ilə münasibəti dilemmanı təsdiq eədn münasibətlərdən biri olur. \n\nevangelion izləyib çox bəyəndiyim, psixoloji mövzuları da analiz etmiş bir anime oldu. indiyə kimi izlədiyim ən yaxşı animelərdən biri idi deyə bilərəm." | |
}, | |
{ | |
"id": 248, | |
"title": " \n metropolis pt.2: scenes from a memory ", | |
"content": "dream theaterin 1999-cu ildə buraxılmış yeddinci studiya albomu.tək bir hekayədən ibarət 1 saat 17dq-lik musiqi tarixindəki ən görkəmli konseptual albomlardan biridir. Bu albom, həm musiqi baxımından, həm də hekayə baxımından dərin və mürəkkəbdir.hekayə keçmiş həyat, (bax: reinkarnasiya), sevgi, xəyanət və qətl kimi mövzuları əhatə edir. albom 12 sinqıldan ibarətdir,overture 1928 və The Dance of Eternity isə instrumentaldır.\n\n\n \n \n\n\nhekayənin baş qəhrəmanı nicholas adlı bir şəxsdir.o,həyatının müəyyən bir hissəsində qəribə yuxular görməyə başlayır və bir növ psixaloji yüklənmə hiss edir.bu narahatlığı anlamaq üçün nicholas bir terapevtə müraciət edir və (bax: hipnoterapiya) vasitəsilə keçmiş həyatları ilə əlaqə qurmağa başlayır.bu proses zamanı nicholas, öz ruhunun keçmiş həyatında 1928-ci ildə ölən victoria adlı bir qadın olduğunu kəşf edir. hekayə boyunca nicholas victoria'nın faciəvi ölümünün sirrini açmağa çalışır və nəticədə öz ruhunun dərinliklərinə enir.\n\nalbomun ilk mahnısı olan regressionda nicholas'ın hipnoterapiya vasitəsi ilə keçmişə qayıtdığını və keçmiş həyatı ilə əlaqə qurmağa çalışdığını anlayırıq.\nstrange deja vuda isə Nicholas, Victoria'nın həyatına aid bəzi görüntülər görür. Onun şəhərdə gəzdiyini, özünü azad hiss etdiyini və sonda qətlin baş verdiyi yerə gəldiyini hiss edir. Nicholas, bu görüntülərin əvvəlcədən tanış olduğunu və dəfələrlə onun zehnində canlandığını dərk edir.\ngəldik albomun ən vacib parçası olan Through My Words mahnısına.hadisələr daha da mürəkkəbləşir və Nicholas, Victoria'nın öz keçmişi ilə sıx bağlı olduğunu və onun hisslərini özündə hiss etdiyini başa düşür.hər ikisi arasında gözə görülməz bir əlaqə vardır.Nicholas'ın yuxularında gördüyü bir ev vardır və hipnoz zamanı bu evi yenidən görməyə başlayır.o fikirləşir ki bu ev artıq onun suallarını cavablandıracağ ən yaxşı yoldur.beləcə o bu evə getmə qərarı alır,evdə isə onu yaşlı adam qarşılayır və ölmüş bir qadın haqqında danışmağa başlayır.\n\nfatal tragedy mahnsında isə Victoria'nın qəfil və faciəvi ölümü haqqında daha çox öyrənməyə çalışan Nicholas, onun keçmiş sevgilisi Julian və Julian'ın qardaşı Edward arasında baş verənləri araşdırır.mahnının sonunda isə terapevtin sözlərini eşidirik-''Now it is time to see how you died,Remember that death is not the end But only a transition'' beləliklə yenidən nicholas hipnoz təsirinə düşər.\n\nBeyond This Life parçasında Nicholas, Victoria'nın ölümünün qəzetdə yayımlanan xəbərini oxuyur və bu ölümə şahid olan insanları dinləyir.Hadisə şahidi deyir ki, Victorianın sevgilisi onu öldürüb. Buna səbəb isə Victorianın onu aldatmasıdır. Lakin hadisə bununla bitmir, şahidin dediyinə görə, sevgilisi Victorianı öldürdükdən sonra peşman olduğu üçün silahı özünə tərəf çevirib və özünə atəş açır.\nalbomun digər parçası olan through her eyesda bütün bunların yalan ola biləcəyini öyrənirik.nicholas victoriya'nın günahsız olduğuna inanmağa başlayır.\n\nhome parçasında isə Julian və Edward arasındakı münasibətlər açıq şəkildə təsvir edilir.Victoria sevgilisi olan Julianı alkoqolik və qumarbaz olduğu üçün tərk etmişdir və edward ilə bir münasibətə başlamışdır.artıq hadisələr burda daha da qarmaşıqlaşır.fikirləşə bilərik ki julian qısqanclıq səbəbi ilə victorianı və özünü öldürmüşdür lakin belə deyil.gerçək qatil edwarddır.\n\none last time-Nicholas, Victoria'nın ölümündən sonra qalan izləri və onun son anlarını araşdırır və Victoria ilə əlaqəsinin səbəbini indi başa düşür. Artıq ölməkdən qorxmur, ruhun ölümdən sonra da yaşamağa davam etdiyinə inanır.Reinkarnasiya konsepti burada ön plana çıxır:ruhlar ölmür, sadəcə başqa bədənlərdə davam edir.victoria Nicholayın köhnə həyatındakı şəxsiyyətidir. victoria öldükdən sonra onun ruhu yoxa çıxmadı, Nicholayın bədənində yaşamağa davam etmişdir.\n\nfinally free artıq burada hekayə dramatik bir zirvəyə çatır.Nicholas, Victoria'nın həqiqətən Edward tərəfindən öldürüldüyünü və Juliana şər atıldığını öyrənir.Albomun son səhnələrində Nicholas terapiyadan çıxaraq evinə qayıdır. evə qayıdarkən isə Nicholas terapevt tərəfindən öldürülür.çünki terapevt köhnə həyatında edward idi və o,victorianın ruhunun intiqamını birdaha onu öldürməklə alır.artıq məlumdur ki victorianın ruhu azadlığa qovuşa bilməmişdir və yenidən öldürülmüşdür." | |
}, | |
{ | |
"id": 249, | |
"title": " \n 20 dekabr 2024 maqdeburq almaniyada törədilən hücum ", | |
"content": "almaniyada baş verən və hazırda bütün avropada geniş səs küyə səbəb olmuş hadisə. səudiyyə ərəbistandan olan, həkim-psixiatr Taleb al-Abdulmohsen adlı şəxs maqdeburdakı milad bazarında maşınını yüksək sürətlə insanların üstünə sürüb, nəticədə 5 nəfər ölüb, 40 nəfərdən artıq ciddi yaralanan var. həmin şəxs 2006-dan bəri almaniyada yaşayır və 2016-dan bəri qaçqın statusu var. bu hadisə onsuz da rifah dövrünü yaşayan və yüksəlişdə olan ifrat sağçıların əlinə çox yaxşı kozr kimi düşüb, əsas dərdləri olan immiqrasiya və islamı əsas götürüb küçələrdə aksiyalar keçirirlər, partiya liderləri sərt açıqlamalar edir və s. işin ironik tərəfi adamın ateist və islamafob olmağıdır. və tvitter hesabında yazdıqlarından başa düşə bilərik ki bunu almaniyaya avropanı islamlaşdırdığı üçün cəza olaraq edib və avropada məşhur sağçı partiya liderlərinə simpatiya bəslədiyini də yazıb *\nhansı ki hazırda həmin aksiyaları keçirirlər\n. bir tərəfdən də zionist olduğu deyilir, orda da yəhudilər ortaya atılıb ki belə zionist olmaz, köhnə tvitlərinə baxın və s və ilaxır. yəni həmişəki kimi hamı bir birinin üstünə atır. amma əsas təəssüfləndirən fakt, səudiyyə ərəbistanın almaniyaya vaxtilə bu adam barədə xəbərdarlıq etməsi və almaniyanın vecinə almamasıdır. bundan əlavə başqa bir qız da alman polisinə dəfələrlə mesaj, email (qız ölkə xaricində olduğu üçün) yazsa da polis məhəl qoymayıb. \n\nps: kölndəki milad bazarını çox bəyəndikdən sonra başqa alman şəhərlərindəkiləri də ziyarət etməyi düşünürdüm, amma simiclikdən *\nor kasıbçılıqdan ? \n və 3-4 saatlıq yol getməyin dərdindən evdə otururdum deyə özümü günahkar hiss edirdim, daha etmirəm." | |
}, | |
{ | |
"id": 250, | |
"title": " \n devouring mother syndrome ", | |
"content": "Türkiyədə \"yutan anne sendromu\" olaraq adlandırılan, məşhur psixoanalist karl yung tərəfindən psixologiyaya gətirilmiş termin. \nYunqa görə ananın kölgə arxetipini təşkil edir. Bu analar övladlarına həddən artıq qayğı göstərib kontrol altında saxlamaqları ilə seçilir. Kənardan çox fədakar, xoşniyyətli görünmələrinə baxmayaraq bu analar övladlarını ayrı bir şəxsiyyət kimi qəbul etmir, öz uzantıları kimi görürlər. Buna görə də bu analar övladlarını ömür boyu özlərindən asılı halda saxlamağa çalışırlar. Uşaqlarının bütün istəklərini yerinə yetirirlər, həyatın pis tərəflərini görmələrinə mane olurlar, uşaqların bir gün onlara ehtiyacı olmayacağı ehtimalı \"devouring\" analar üçün dəhşətli bir şey olur. \nBelə analar uşaqlarının həyatlarıyla bağlı qərarları özləri verirlər. İpli kuklaları idarə edən kimi idarə etməyə çalışırlar uşaqlarını. Buna görə də bu anaların uşaqları böyüyüb şəxsiyyət kimi formalaşa bilmir. Bu da anaya sərf edir. Çünki şəxsiyyət kimi fornalaşmamış bu içi boş \"kuklalara\" ip bağlayıb istədiyi kimi idarə edir. Bəlkə də belə anaları ətrafımızda tez-tez görürük. Daha da pisi öz anamız bu sindromla bizi böyüdüb bəlkə də. Dovouring mother yaxşı kimi görünən amma uşağın həyatını məhv edən bir fiqurdur. Ananın bilərək etdiyi bir şeydən çox şüursuz edilir. Yəni ana özünün yaxşı ana olduğuna inanır və bunu əsaslandırmaq üçün əlindən gələni edir. Bu analar uşağı o qədər qayğıya boğurlar ki uşaq illər keçsə belə ananın niyyətinin nə olduğunu anlamır və bunu normal qəbul edir. \nBu sindromun səbəbləri arasında ananın öz anası (və ya baxım verən şəxs) ilə güvənsiz bağlanması, ödənilməmiş sevgi ehtiyacı, borderline və ya narsistik özəlliklər daşıması kimi faktorlar göstərilir. Bağlanma problemi yaşayan anaların böyütdüyü uşaqlarda dərin özgüvən problemləri, natamamlıq kompleksi, asılı şəxsiyyət tipi kimi həyata maneə törədən əlamətlər üzə çıxa bilir. Formalaşıb möhkəmlənmiş bir şəxsiyyət olmadıqları üçün bu uşaqlar cəmiyyətdə yer tuta bilmirlər. Öz partnyorları ilə münasibətləri də normal olmur." | |
}, | |
{ | |
"id": 251, | |
"title": " \n alexandre dumas ", | |
"content": "1858-1859-cu illərdə qafqaza olan səyahəti zamanı başına gələn sərgüzəştlər barədə yazdığı \"Le Caucase: Impressions de voyage\" *\nqafqaz: səyahət təəssüratları\n kitabında azərbaycanlıları, erməniləri, gürcüləri və tatları aşağıdakı kimi səciyyələndirən fransız yazıçı.\n\n\"Bakı əhalisi, əsasən, farslardan *\ntatlar\n, ermənilərdən və tatarlardan *\nazərbaycanlılar\n ibarətdir. Gərək elə buradaca bizə icazə verəsiniz ki, bu üç tipi bir neçə kəlmə ilə xarakterizə edək; təsəvvür edin ki, bunların hərəsi bir xalqdır, yəni bunların hər biri ayrıca bir xalqı təmsil edir, qısası, bir şəxs xalqın bütün fərdlərini ifadə edir.\" \n\n\ntatlar\n\"Gəlin əvvəlcə elə farslardan başlayaq. Ancaq oxucular bizi düz başa düşsünlər, söhbət İranda yaşayan farslardan getmir. Biz onlardan hamının görə biləcəyi yalnız bir gözəl nümunəsini tanıyırıq, yəni mən Tiflisdəki İran səfirini demək istəyirəm. Biz rusların zəbt etdikləri əyalətlərdə yaşayan farslardan danışacağıq. Fars qarabuğdayı, ucaboy, qıvrımsaçlı, hündür papağının altında daha da uzun görünən sivri sifətli, çənəsində zil qara rənglənmiş saqqalı olan – təbiət özü heç vaxt belə rəng yaratmaz – yerişi canlı olmaqdan daha çox sərbəstdir; o, bəzən cəld yerişlə gedir, vacib, zəruri olduqda bəzən qaçır; mən bu xüsusiyyəti türklərdə heç vaxt görməmişəm.Bir əsrdən çoxdur ki, Qafqazda yaşayan iranlı öz ölkəsini növbə ilə türkmənlərin, tatarların və rusların işğalı altında görməyə artıq adət etmiş, nəticədə taleyini Məhəmməd dininin “alın yazısı” ideyasına bağlamış və özünə quldarlığa sadiq qurban və təhqir olunmuş insan kimi baxmışdır. Tarixi əsərlərin olmaması onun yaddaşından qədim xatirələrin əbədilik silinib yox olmasına səbəb olmuşdur. Yeni xatirələr isə utandırıcıdır; müqavimət göstərmək indi mənasız və qeyri-mümkün görünür və onun hər bir müqaviməti öz cəzasını almışdır. O, şəhərlərinin talan olunmasını, var-dövlətinin dağılmasını, həmvətənlərinin qanına qəltan olmasını öz gözlərilə görmüşdür; indi yalnız həyatını qorumalı, var-dövlətini müdafiə etməli, bütün vasitələrə əl atmalı, bu-nun üçün heç nədən çəkinməməlidir. Buradan belə nəticə hasil olur ki, Həştərxandan Bakıya gələn yolda rastlaşdığınız İran şəhərlərinin ən birincisi və əsası olan Dərbənd şəhərində deyildiyi kimi, yəni bu şəhərə şimal qapısından girib cənub qapısından çıxarkən sizə deyilən ilk söz bu olur: “Farsa inanmayın, onun sözünə, içdiyi anda da inanmayın; verdiyi sözü həmişə öz mənafeyi xatirinə dəyişə bilər, içdiyi anda baxmayaraq, həmişə xəyanət etməyə hazırdır; əgər niyyətində tutduğu yol onun siyasi, yaxud ticari vəziyyətinin yaxşılaşmasına aparıb çıxararsa, onda onun andı dəmir kimi möhkəmdir, yox, əgər qarşısına bir xəndək çıxıbsa, onun üstündən hoppanıb keçmək lazımdırsa, onun andı saman çöpü kimi kövrək olacaqdır; güclü qarşısında o, müti qul, zəif qarşısında isə qəddar və amansızdır. Bütün işlərdə farsla ehtiyatlı olun, ehtiyatı əldən qoymayın. Onun sənədə atdığı imza sizə zəmanət yox, hər hansı bir işin icra ehtimalından xəbər verə bilər.”\n\n\nermənilər\n\"Erməni boyda elə təxminən fars kimidir; ancaq o, tez piylənir, fars isə heç vaxt kökəlmir, onun da fars kimi ilk baxışda insanı valeh edən düzgün cizgiləri vardır: gözləri gözəl, ancaq özünəməxsus baxışı eyni zamanda ildırım kimi hara gəldi saçılan, həm də ciddi, kədərli və mütidir; bəlkə də onun gözlərinin biri o birinə tabedir. O öz patriarxlarının – ilk qəbilə başçılarının adət-ənənələrini qoruyub saxlamışdır. Onun üçün İbrahim peyğəmbər dünən ölmüşdür, Yaqub isə hələ də sağdır, həmişə yaşayır, ata evin mütləq sahibidir, ondan sonra isə evin ağası – ailədə birinci doğulandır; qardaşları onun xidmətçiləri, bacıları isə qulluqçularıdır; ailədə ilk doğulan övlad, qardaşlar və bacılar hamısı atanın sərt və müzakirəsiz qərarlarına daim itaətdədirlər; nadir hallarda onlar bir süfrə arxasında yemək yeyir, ata ilə üz-üzə otururlar; bunun üçün onlara təkcə atanın dəvəti kifayət etməz, üstəlik amiranə səslə çağırması gərəkdir.Əgər evə bir qonaq dəvət olunubsa, yaxud ləyaqətli müsafir gəlmişsə, bunun erməni üçün fərqi yoxdur, evdə bayramdır; onlar daha iri, kök dananı kəsməzlər – dana Ermənistanda nadir heyvandır – qoyun kəsirlər, qazanda su qızdırırlar və bütün dostları yeməyə dəvət edirlər, yalnız bir balaca xəyal gücünü işə salsanız, adama elə gələr ki, elə bu saat Yaqubla Rahilə də gəlib süfrədə oturacaq və öz nişan günlərini təntənəli surətdə qeyd edəcəklər. Ermənilərin məişətinin görünən, zahiri tərəfi bax, belədir – ciddi qənaətcillik, əmrə, qaydaya meyllilik ruhu, ticarət işlərində böyük ağıl onların əsas xüsusiyyətidir. İndisə kölgədə qalan başqa bir sifətə baxaq: bu ikinci sifət onlarla yalnız uzun zaman ünsiyyətdə olarkən üzə çıxıb görünür. Dərindən öyrəndikdə görürsən ki, bu cəhət erməni millətini yəhudi millətinə yaxınlaşdırır. Ermənilər yəhudilər kimi bütün dünyaya yox, yalnız bütün Asiyaya yayılmışlar. Onlar bu yerlərdə hər cür hökmranlığı, zalımlığı, müxtəlif dinləri, təriqətləri, vəhşilikləri görmüş və yaşamışlar; buralarda hökm sürən qaydalar da onlar üçün qanun olmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər var-dövlətlərinin əllərindən alındığını gördükdə, hər şeylərini gizlətmişlər; biləndə ki, doğru söz başa bəladır və ehtiyatsız deyilmiş söz onların axırına çıxa bilər, onlar lal-dinməz və yalançı olmuşlar. Vaxtilə onlara arxa olan birisi bu gün bədbəxtliyə düçar olsa, ermənilər ona kömək əli uzatmazlar, onlar naşükür və nankordurlar, nəhayət, ticarətdən savayı heç nə ilə məşğul ola bilmədiklərindən, zahiri hörmətə, şöhrətə çatmağa layiq olmadıqlarından, bütün biclikləri, hiyləgərlikləri ilə mövcud vəziyyətin bütün xırdalıqları ilə hesablaşaraq, özlərini ticarətə həsr etmişlər. Lakin ticarətdə erməninin sözü, demək olar ki, doğrudur; ticarət işlərində onun atdığı imza müqəddəsdir, dəyişilməzdir.\"\n\n\nazərbaycanlılar\n\"tatarlara gəldikdə isə, biz bu tip haqda artıq danışmışıq; digər Qafqaz xalqlarıyla qaynayıb-qarışmaq onun ilkin, primitiv formasını, qabalığını gözəlləşdirmişdir. O, həmişə qalib olmuşdur, indi də cəngavər olaraq qalır; köçəri həyat tərzi sürmüşdür, indi də səyahət etmək, irəli hərəkət etmək, yer dəyişmək həvəsini yaşadır. O, ilxılarda ilxıçı olmağı, çobanlıq etməyi, heyvan bəsləməyi böyük məmnuniyyətlə qəbul edir; dağları, böyük, ucsuz-bucaqsız yolu, səhraları, qısası, azadlığı sevir. Elə ki bahar başladı, tatar kənd-kəsəyi tərk edər, oraya bir də yalnız payızda qayıdar; qadınlar kişilərin otardığı qoyunların yununu əyirib xalça toxuyarlar. Onların toxuduqları Quba, Şamaxı, Nuxa xalçaları sadə naxışlarına, əlvan rənglərinə, möhkəmliyinə və davamlılığına görə Pers *\nİran\n xalçalarından heç də geri qalmır və onlardan fərqli olaraq yarı qiymətə satılır. Bundan əlavə, onlar incə tiyəli xəncərlər istehsal edir, qınını gözəl naxışlarla bəzəyirlər, dağlı əyanlar onların düzəltdiyi və qundağını fil sümüyü ilə işlədikləri tüfənglərin hərəsinə dörd at və iki arvad verir. tatar ilə alver edəndə hansısa bir kağıza imza atmağa ehtiyac yoxdur, onun bir sözü kifayətdir. Biz əvvəllər Dərbənddə bu xalqların üçü ilə də ünsiyyətdə olmuşuq. Bunların hər birini yaxşıca öyrənmək, tanımaq üçün imkanımız olubdur.\"\n\nhəmçinin, o dövrdə fransızların azərbaycanlılar haqqında təsəvvürləri barədə bunları yazmışdır:\n\n\"Parislilərlə tatarlar haqqında danışmaq onlara bir, yaxud iki qoyun dərisinə bürünmüş, bu qoyun dərilərindən biri onun papağını, o birisi isə yapıncısını əvəz edən, danışığı sərt, anlaşılmaz səsləri boğazında quruldadaraq çıxaran, hara getsə qılınclarını, xəncərlərini və tapançalarını özü ilə aparan, bizim siyasətimiz, ədəbiyyatımız, mədəniyyətimiz barədə heç bir məlumatı olmayan bir vəhşidən bəhs etmək deməkdir.\"\n\n\ngürcülər\n\"Mən gürcü xalqından heç bəhs etmədim. Onlara Gürcüstandan kənarda rast gəlməzsən, bununla belə, gürcülər haqqında da bir-iki kəlmə demək lazımdır – onlar çox gözəl, ləyaqətli, sadiq, igid, döyüşkən və bədxərcdirlər.\"\n\n\n\nbu xalqlar haqqında isə öz şəxsi fikirlərini qısa bir şəkildə aşağıdakı kimi ifadə etmişdir: *\nifadələr irqçi ola bilər\n\n\"Ümumiyyətlə, Qafqazda və ona bitişik əyalətlərin hamısında çaxır emalı bütövlükdə ermənilərin əlində cəmlənmişdir. Hər xalqın öz sənəti vardır, fars öz ipəyini, ləzgi mahud parçaları, tatar silahını satır; erməninin isə peşəsi yoxdur, o, satılan, pula gedən və hətta pula getməyən hər şeyin alverini edir. Ümumiyyətlə, burada ermənilər o qədər də yaxşı ad-san qazanmayıblar. Yeri gəlmişkən, bu barədə mən də öz fikrimi deyim:\n\nƏgər tatar sizə başı ilə razılıq işarəsi verirsə, ona etibar edin.\nƏgər fars sizə əl verirsə, ona bel bağlayın.\nƏgər hər hansı bir dağlı sizə söz verirsə, buna şübhə etməyin.\nAncaq əgər bir ermənilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər də şahid tutun ki, sonra o öz imzasını danmasın.\"\n\n\nqeyd.\nsonda qeyd etdiyim - dümanın bu xalqlar barədə öz şəxsi fikirlərini ifadə etdiyi hissə kitabın azərbaycanca və türkcə tərcüməsində verilsə də, mənim oxuduğum rusca tərcüməsində ixtisar edilib və həmin hissədə belə bir qeyd var:\n\n\"Тут Дюма, конечно, ошибался. Впрочем, не следует придавать подобным характеристикам слишком большого значения: Дюма не изучал народы Российской империи, знал о большинстве из них понаслышке. Поэтому понятно, что характеристики, которые он получал от случайных собеседников, могли быть самыми противоречивыми и необыкновенными.\"" | |
}, | |
{ | |
"id": 252, | |
"title": " \n dahi azərbaycan bəstəkarları ", | |
"content": "(bax: emin sabitoğlu) \n\nÇox underrated olmasına baxmayaraq bu dahinin bəstələri olmadan azərbaycan musiqisi nə halda olardı təsəvvür belə etmək olmur. \"Neyləyim\", \"şirin dil\", \"incə bellim\", \"təkcə ümid qalsın\" kimi yüzlərlə əsər yaradıb. Bunlarla yanaşı filmlər üçün bəstələdiyi musiqilərin şöhrəti filmləri belə kölgədə qoymuşdur (məs. \"Bizim cəbiş müəllim\").\n(bax: tofiq quliyev) \n\n\"Qızlar mahnısı\", \"qəmgin mahnı\", \"arzular\" kimi əsərlərin bəstəkarıdır. Şövkət ələkbərovanın repertuarında çox önəmli yeri olmuşdur. Həmçinin \"qaynana\", \"ögey ana\", \"görüş \" filmləri başda olmaqla bir çox film üçün musiqi bəstələmişdir. \n(bax: şəfiqə axundova) \n\nAzərbaycan musiqisində ən dərin iz qoymuş qadın bəstəkarlardan biri. \"Həsrətindən\", \"Bu ayrılıq nədən oldu\", \"yenə sənsiz bu axşam\" kimi möhtəşəm əsərlərin bəstəkarıdır.\n(bax: fikrət əmirov) \n\n\"Reyhan\", \"kor ərəbin mahnısı\", \"mən səni araram\" kimi klassikləşmiş əsərlərin müəllifidir. \n(bax: elza ibrahimova) \n\nŞəfiqə axundova ilə birlikdə azərbaycan musiqisinin ən önəmli qadın bəstəkarlarından biri. Akif İslamzadənin ifasında eşitdiyimiz \"qurban verərdim\", hüseynağa hadıyevin məşhur \"gecələr bulaq başı\", elmira rəhimovanın \"sən yadıma düşəndə\" mahnıları başda olmaqla bir çox klassikin müəllifidir. \n(bax: cahangir cahangirov) \n\nBir dinləyici olaraq cahangirovu heç tanımadan təkcə \"füzuli kantatasını\" dinləsəydim belə bu bəstəkarı dahilər sırasına daxil edərdim." | |
}, | |
{ | |
"id": 253, | |
"title": " \n banan ekvivalent dozası ", | |
"content": "bir banan yeyərkən orqanizmə daxil olan k-40 izotopunun radiasiyasını ölçmək üçün istifadə olunan bir anlayış.\nbundan banandakı radiasiyanın insanlara təhlükəsiz və təbii olduğu barədə sadə və aydın izah vermək üçün istifadə olunur. insanlar qorxurdular ki, radioaktiv zəhərlənə bilərlər. onsuz ki, yaşamımız boyunca ətraf mühitin radiasiyasına məruz qalırıq, sudan, torpaqdan, havadan. bədənimizdə belə bu radiasiya baş verir. hətta bir insanın yanında yatanda belə yarım banan yeməklə eyni radioaktiv dozanı alırıq. bu qədərini görməzdən gəlib bircə \"banan radioaktivdir\" sözü ilə qorxublar. ayda, ildə tək-tük gələn qonaqlar üçün alırdılarsa, artıq əllərində yaxşı bəhanələri olmuşdu. radiasiyadan zəhərlənə bilərik!\nyaxşı, bəs elə isə bir ehtimal var ki, həqiqətəndə insanların qorxduqları başına gəlsin və radiasiyadan zəhərlənək? \nortalama 150 q bananda təxminən 0,42 q kalium var ki, bunun yalnız 0,042 mq-ı radioaktivdir. o da deməkdir ki, təxminən 0,1 mikrosv*\nsievert, radiasiya dozası\n radiasiya var. hmm, indi yaxşıdır ya pis?\n0 ilə 0,05 Sv arasında olan radiasiya zərərsizdir.\n0,5-dən 1 Sv-ə qədərdə xəstəliyinin ilk əlamətləri görünür. \n1-dən 2 Sv-ə qədər radiasiya onun ağır formasına səbəb olur.\nburası aydındır, indi qayıdaq bu banan ekvivalenti ilə hesablamağa. 1 sv-lik təhlükəli doza almaq üçün 10 milyon banan yemək lazımdır. 10 milyon!\nbu da mümkün deyil, ona görə də kef edin və banan yeməyi unutmayın!" | |
}, | |
{ | |
"id": 254, | |
"title": " \n erwin rommel ", | |
"content": "almaniyanın ulma yaxınlığındakı hendenheym şəhərində müəllim ailəsində anadan olmuş, 1910-cu ildə 124-cü piyada diviziyasına kadet kimi daxil olmuşdur. hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsində qulluğa başlamışdır. 24-25 yaşında ikən birinci dünya müharibəsində göstərdiyi hünərə görə bu kiçik zabit i dərəcəli dəmir xaç ordeni ilə təltif olunmuş, iki yüz nəfərlik bir dəstə ilə italyan şəhərlərindən birinə hücum edib, doqquz min düşmən əsgərini əsir almışdı. müharibədən sonra bir sıra hərbi vəzifələr daşıyıb, 1937ci ildə hitlerin şəxsi qoruyucularının komandiri olmuşdur. bu dövrdə artıq briqada generalı olan rommel hitler hərbi ştabının üzvü kimi alman dövlətinin \"blitskriq\" hərbi doktrinası ilə tanış olandan sonra ona valeh oldu. 1940-cı ilin may-iyun aylarında fransaya hücumlar başlandı. rommel fransa ordusunun müdafiəsini yarıb arxaya keçdi. cəmi 2500 əsgər və 42 tank itirməklə yüz minə qədər əsir alıb 450 fransız tankını məhv etdi. bundan sonra hitler ona cəngavər xaçı ordenini verib 1941-ci ilin martında afrikaya göndərdi. rommelin motorlu və zirehli tank diviziyası iki general əsir almaqla ingilisləri el-aqeyldən çıxartdı. iyunda rommel sallun xalfay keçidində ingilislərin güclü hücumunu dəf etdi. bundan sonra ervin rommel afrika korpusuna daxil olan 15 və 21-ci alman tank diviziyalarını misiri işğal etmək üçün ess-saldun və onun ətrafındakı rayonları bazaya çevirdi. bu zaman gözlənilmədən ingilis general-leytenantı alan qordon kanningen yüngül amerikan \"stüart\" tanklarıyla rommelin ordularıyla toqquşdu. noyabrın 19-22-də bir sıra nizamsız toqquşmalardan sonra rommel ingilislərin hücumlarının qarşısını aldı. bundan sonra o, ingilis-amerikan birləşmiş çoxsaylı korpuslarının hücumunu dəf edib qərbə və cənuba (tabruka) doğru çəkildi. nəhayət, 1942-ci ilin yanvarında general klod okinlenqin səkkizinci ordusu rommelin ordusu ilə liviyanın el-aqeyl\nşəhərində üz-üzə gəldi. rommel ingilisləri əzdi. yanvarın 21-də o, hücumu davam etdirib britaniyalıların ön hissələrini yenidən əzib geri oturtdu. almanlar xeyli qənimət ələ keçirdilər. səhrada britaniyalılar marşal mari pyerin başçılığıyla piyada diviziyası ilə birləşdilər. onların sol cinahını britaniya tankları qoruyurdu. burada rommelin 113 minlik ordusu, 570 tankı və 500 təyyarəsi, britaniyalıların isə 125 minlik diviziyaları, 740 tankı və 700 təyyarəsi vardı. üstünlük açıq-aşkar şimallıların tərəfində idi. bir neçə həftəlik ağır döyüşlərdən sonra nəhayət, rommel britaniyalıların üstün qüvvələrini əzib, geri oturtdu. çörçill afrikadakı uğursuzluqlara görə okinlenq və ritçini kənarlaşdırıb yerlərinə general-leytenant ser cerald aleksander və general-leytenant ser bernard montqomerini təyin etdi. sonrakı döyüşlərdə hər iki tərəf gücdən düşüb gözləmə mövqeyində dayandı. alman ordularının hərbi sursatı çatışmırdı. üstəlik, amerika hərbi qüvvələrinin desantı nəticəsində rommelə kömək gəlmək imkanı yox idi. bundan sonra rommel afrikadan çıxıb malta adasını ələ keçirmək istədi. lakin burada təyyarə gəmisi olan britaniyanın hərbi gəmiləri sayca çox idilər. bundan sonra 1944-cü ilin oktyabrında bir dəstə yaxın adamları hitlerə sui-qəsd təşkil etdilər. ervin rommel adolf hitlerə qarşı törədilmiş sui-qəsddə təqsirli bilinərək xüsusi mühafizə orqanları tərəfindən həbs edilmişdir. həbsdə olarkən ona özünə qəsd etməsi təklif olunmuşdur, əks halda isə onun güllələnəcəyi bildirilmişdir. feld-marşal ervin rommel 14 oktyabr 1944-cü ildə hospitalda qəbul etdiyi zəhərin təsirindən dünyasını dəyişmişdir.\nhitlerin əmri ilə rommel üçüncü reyxin milli qəhrəmanı kimi təmtəraqla dəfn olunmuş, onun vəfat etdiyi gün (14 oktyabr) milli matəm günü elan edilmişdir. bununla belə feld-marşal ervin rommel reyxin və fürerin daimi düşmənlərindən biri olmuşdur və onun fürerə qarşı hazırlanmış sui-qəsddə əli olması ehtimalına hələ də inanılmaqdadır." | |
}, | |
{ | |
"id": 255, | |
"title": " \n xroniki depressiya ", | |
"content": "2 il və daha uzun müddət ərzində davam edən, major (kliniki) depressiya qədər ağır olmasa da gündəlik həyata maneə yaradan emosional pozuntu. DSM-4 kitabında \"distimiya\" olaraq adlandırılırdı. Hal-hazırda xroniki\/davamlı depressiv pozuntu (persistent depressive disorder) olaraq qeyd edilib. Diaqnozun qoyulması üçün:\nEnerji azlığı\nYuxu pozuntusu (çox yatma və ya az yatma)\nÖzgüvənin aşağı olması\nDiqqət, yaddaş problemləri\nÜmidsizlik, bədbinlik\nİştahsızlıq və ya çox yemə kimi əsas simptomlar günün böyük bir hissəsində, ən az 2 il davam etməlidir. Bu müddət ərzində depressiv epizodlar arasında 2 aydan çox müddət olmamalıdır. Təkcə böyüklərdə deyil uşaqlarda da görülməsi mümkündür. Uşaq və yeniyetmələrdə bu əlamətlər 1 ildir ki, davam edirsə artıq həmin uşaqlar xroniki depressiv sayıla bilər. \nXroniki depressiya bir emosional pozuntu kimi major depressiyaya oxşar simptomlar göstərir. Major depressiyada ortaya çıxan simptomlar ani və şiddətli olur. 2 həftə ərzində major depressiya artıq insan üçün dözülməz olacaq qədər əzab verir. Xroniki depressiya isə daha \"hiyləgərdir\". Adətən xəstələr depressiyada olduğunun belə fərqinə varmırlar. Daha da pisi depressiya o qədər uzun müddət ərzində davam edir ki artıq şəxsiyyətin bir hissəsi kimi davranmağa başlayır. Bu insanlar xəstə olduğunu yox, xarakterlərinin belə olduğunu deyirlər. Ətrafındakılar da bir çox hallarda onların bu vəziyyətini normallaşdıra bilirlər. Bu şəxslər depressiyada olsalar belə gündəlik həyatlarına davam edə bilirlər. işlərində, akademik həyatlarında o qədər düşüş görülmür. Sağlam insanların dümdüz getdiyi yolu xroniki depressiyalı şəxslər yoxuş yuxarı çıxırmış kimi gedirlər. yorğunluqları və tükənmişlikləri sağlam insandan daha çox olur. Bu insanlarda xroniki ağrılar, psixosomatik problemlər ortaya çıxa bilir.\n Xroniki depressiya xəstələrində depressiv simptomlar ağırlaşa bilir. Ona görə də bu insanların major depressiyaya düşməsi heç nadir hal deyil. \nXroniki depressiyanın neyrobiologiyası hələ də bilinmir. Xəstəliyin genetik bazası olduğu deyilir. Yəni birinci dərəcəli qohumlar arasında emosional pozuntudan əziyyət çəkənlər varsa yaranma ehtimalı arta bilər. Həmçinin düşüncə xətaları, travmalar kimi amillər də təsir edə bilir. \nMajor depressiyadakı qədər olmasa da xroniki depressivlərdə də suisidal düşüncələr olur. Yəni xroniki depressiyalı bir şəxs də intihar riski daşıya bilər. Depressiv əlamətlər çox uzun müddətli olduğu üçün intihar düşüncələri də uzunmüddətli olur adətən. \n Xroniki depressiyalı xstələr adətən başqa şikayətlərlə mütəxəssisə müraciət edirlər. Dərman müalicəsinə nəzərən psixoterapiya effektiv nəticə verir. Koqnitiv-davranış terapiyası, bəzən şema terapiya tətbiq oluna bilər. Xroniki depressiya terapiyaya major depressiyadan daha çox müqavimət göstərir. Bunun səbəblərindən biri xroniki depressiyanın digər pozuntularla birlikdə (komorbid) görülməsidir. Xroniki depressiya ilə birlikdə təşviş pozuntuları, psixosomatik problemlər, hətta şəxsiyyət pozuntuları belə görülə bilir. Bu da xəstəliyin müqavimətini artırır. Farmakoterapiyada Antidepressantlar daha çox istifadə olunur. Fluoksetin (Prozac), sertralin (Zoloft), citalopram (Celexa), escitalopram (Lexapro), Venlafaksin (Effexor) ve duloksetin (Cymbalta) kimi vasitələr daha çox istifadə olunur. Bəzən amitriptilin kimi daha köhnə üsullu dərmanlardan həmçinin atipik antidepressantlardan istifadə edilə bilər.\nqeyd: diaqnozun qoyulması üçün 2 il gözlənilməsi mütəxəssislərin bu müddəti heç bir şey etməyərək keçirməsi demək deyil. Əlamətlər görüldüyü andan etibarən müdaxilə edilərsə müalicə daha asan olar." | |
}, | |
{ | |
"id": 256, | |
"title": " \n dəmirağac ", | |
"content": "elbrus yox elburs və talış dağlarında bitən ağacdır. Həmçinin təkcə zaqafqaziyada, azərbaycanın cənubunda və iranın şimalında elburs silsiləsində bitir. Qırmızı kitabda adı var.\n\nSudan ağır olduğunu bilinən gerçəkdir, həmçinin bərkidikdən sonra balta ilə doğramaq qeyri-mümkündür. Mütləq aparaturaya salmalısan.\n\nNazik budaqlarını isə əllə əyəndə əvvəlki formasına qayıtmır, aliminium kimi əyilir.\n\n hirkan qoruğunda mühafizə edilir. İqlim dəyişikliyinə çox həssasdır." | |
}, | |
{ | |
"id": 257, | |
"title": " \n eççi ", | |
"content": "Yaponiyada 18+ işləri bildirmək üçün istifadə olunan termindir, amma hentaydan fərqli olaraq pornoqrafik əsərləri bildirmir. \"Hentay\" sözünün ilk hərfi olan \"h\" yapon dilində \"eççi\" kimi oxunur, bu termin də bundan yaranıb. Əvvəllər \"eççi\" yerinə \"lemon\" deyirdilər, amma indi \"eççi\" daha populyar sözdür" | |
}, | |
{ | |
"id": 258, | |
"title": " \n gluten intolerance ", | |
"content": "Gluten intolerance nadir görülən (təxminən əhalinin 1 faizində) və təyin olunmasının xüsusi yolu olmayan xəstəlikdir. Son aylarda simptomlarını şiddətli hiss etdiyim üçün həkimə getdikdən sonra tanış olmuşam. 2 forması var:\n1)Çölyak xəstəliyi (Celiac Disease)\n2)Çölyak xəstəliyi olmayan qlüten həssaslığı ( Non-Celiac Gluten Sensitivity)\nHər ikisinin oxşar simptomlar olsa da, çölyak xəstəliyi daha şiddətli formadır. Çölyak xəstələrində simptomlar nəticəsində bağırsağın selikli qişasında zədələnmə, iltihab yaranır ki, bu da uzun müddət davam edərsə, bağırsaq xərçənginə belə səbəb ola bilər. Yaranma səbəblərinə genetik olması, düzgün qidalanmamaq, immun sisteminin zəifliyi və s. daxildir. Simptomları hər kəsdə müxtəlif ola bilir, ən çox bilinənləri:\n1)Həzm problemləri- qarında şişkinlik, davamlı ağrı, sancılar, ürəkbulanma\n2) Dəri problemləri, dəridə qaşıntı, dərinin qabıqlanması\n3) Ruh halı dəyişikliyi, yorğunluq, əzələ ağrıları, diqqət pozulması (dehb)\n4) Ağızda yaralar yaranması, ani çəki artımı (və ya azalması) və s.\nSon 3-4 ildə gün ərzində yediklərimin təxmini kalori hesabını etməyimə, çörəyi tamamən həyatımdan çıxarmağıma və çəki, bədən ölçümün normada olmağına baxmayaraq, davamlı olaraq şişkinlik, ürəkbulanma, qarında şiddətli ağrılar var idi. Hər yaşda diaqnoz qoyula bilər. Diaqnoz. Əlamətləri digər xəstəliklər (digər bağırsaq problemləri, laktoz intoleransı) ilə oxşar olduğu üçün diaqnozu mürəkkəb sayılır. Öncə qan testi götürülür. Daha sonra bağırsağın biopsiyası və endoskopiya aparılır. Lazım olarsa, başqa testlər də götürülə bilər. Amma biopsiyadan sonra nəticə məlum olur. Müalicəsi. Təəssüf ki, ömür boyu davam edən xəstəlikdir və müalicəsi üçün xüsusi üsul və ya dərmanlar yoxdur. B12, dəmir, vitamin d kimi vitaminlər, qida əlavələri qəbul edilməlidir (qan testinə əsasən). Qlütensiz qidalanma rejiminə keçmək tək çarəsidir. Qlütensiz qida olaraq bütün ət və balıq məhsulları, meyvə-tərəvəz, yulaf, qarabaşaq, düyü və tərkibində qlüten olmayan digət məhsulları istifadə edə bilərsiniz. Çox yağlı, qızardılmış, tərkibində buğda, çovdar olan qidalar, makaron həsaslığı artırır. Çörək artıq baş düşməninizdir (tərkibində buğda unu varsa). Alışveriş edəndə mağazalardakı qlütensiz-dietik qidalar bölümündəki, üzərində “gluten free” yazısı olan məhsullardan ala bilərsiniz. Təəssüf ki, qlütensiz qidaların qiyməti münasib deyil və davamlı bu şəkildə qidalanmaq bəzən insanın psixologiyasını poza bilir. Əgər simptomlar çox şiddətli deyilsə, tərkibində az miqdarda (20 mq-a qədər) qlüten olan qidaları ala bilərsiniz. Təbii ki, hər kəsdə simptomlar və dərəcəsi fərqli olduğu üçün həkimin sizə tövsiyə etdiyi pəhriz fərqli olacaq, şad xəbərim odur ki, əgər simptomlar azalar və bağırsağın selikli qişası bərpa olunmağa başlayarsa, miqdarı çox olmamaqla əvvəlki kimi qlütenli qida qəbul edə bilərsiniz. İnsanların bu xəstəliyə yanaşması əsasən qeyri-ciddi olur (“bir dəfə yeməklə heç nə olmaz”, “götür bir az dadına bax”, “arıqlamaq üçün mü edirsən?” və s), siz yenə də bildiyinizi edin -*" | |
}, | |
{ | |
"id": 259, | |
"title": " \n faina kunqurova ", | |
"content": "doğum adı fəridə tağıyeva olan azərbaycanın ilk qadın siyasi məhbusu. \n1974-cü ildə azərbaycanlı-erməni ailəsində anadan olmuş, daha sonra yəhudi bir qadın tərəfindən böyüdülmüşdür. fərdi siyasi aktivliyi ilə yanaşı, həmçinin, azərbaycan demokratik partiyasının da üzvü olub. \ndəfələrə müxtəlif maddələrlə həbs olunandan sonra, 2007-ci il noyabrın 18-də şüvəlan istintaq təcridxanasında aclıq aksiyası zamanı geridə ravene cobren adlı bir qız övladını qoyaraq vəfat etmişdir." | |
} | |
] | |
--- CHUNK 3 END --- | |
--- CHUNK 4 START --- | |
[ | |
{ | |
"id": 260, | |
"title": " \n zma ", | |
"content": "sink, maqnezium mineralları və b6 vitaminin birləşimi. əslində haqqında yazacaqdım ama dedim birdə özüm test edim. İlk gün içdiyimdə heçbir fərq olmadı deyə hazırlaşırdım gəlim yazım işə yaramadı. Ta ki 3.cü və 4.cü içişlərimə qədər. Bunun kapsullarını atıb yattığım gecələr yuxuda nə qədər əcaib senari varsa görməyə başladım. Birdəfə köhnə sinif yoldaşımla qohumlarımın yanına macəraya gedirəm. Birdə qonşumun qızını qaçırıram evlilikdən sonra evləndiyi oğlan qardaşı çıxır. Qısaca həyatımda nə qədər görəbilcəyim absürd yuxu senarisi varsa görməyə başlamışam. Əvvəlkinə nisbətdə azda olsa daha gümrah oyanıram sanki. \nİdmanda əvvəl bəzi ayaq hərəkətlərində (əsas leg curlda) diz hissəmdə titrəmələr olurdusa indi 0 -a enib heçbir problem olmur. Bu yuxulara səbəb olan əsas şeyin içindəki sink olduğu düşünülür ama çox güman 3ü birləşib buna zəmin yaradır. Bundan sonra dəqiq olaraq deyəbilərəmki aktiv istifadə edəcəyim supplementə çevrildi. \nYuxunuzda və yatmağınızda hər hansı problem varsa mütləq tövsiyyə edirəm. Ciddi olaraq yaxşı yöndə təsir edir. Yuxu dərinləşir səhər nisbətən daha gümrah olursuz. Tərkibində sink bu rahatlamanı peak səviyəyə çatdırır. Maqnezium sümüklərə və idman vaxtı tərlə itirilən minerala və kramplar titrəmələr əleyhinədi. B6 isə idmanla məşğul olanlar (zülal ağırlıqlı) qidalandığı üçün protein sİntezinə yardımçı olur. \n\nGələk haradan alabilərsizə? Azərbaycanda zma o qədərdə yayğın deyil. Mən türkiyədən aldım 10 manat civarı (yol pulu xaric). Türkiyə saytlarında qiymətləri 10 manatdan 20 manata qədər uzanıb gedir. Əslində bakıda aptekdən sink maqnezium və b6 vitamin əlavələrini alıb birləşdirib də içəbilərsiniz. heçbir fərqi olmayacaq. \n(bax: sink) \n\n(bax: maqnezium) \n\n(baxma: b6 vitamini)\n(bax: vitaminlər) \n\n(bax: supplement)" | |
}, | |
{ | |
"id": 261, | |
"title": " \n Üz baxımı və dəriyə qulluq ", | |
"content": "Karma və karmadan yağlıya dönük, xüsusilə də, üzün \"t bölgəsi\" dəhşət yağlı və parıldayan dəriyə sahib biri olaraq istifadə edib xeyrini çox gördüyüm vasitələri və rutini yazım, kimsə eyni tip dəriyə sahibdirsə, yararlansın. \n\nön qeyd: eyni vasitələr istfadə olunmasa belə, dəriyə qulluq zamanı bu sıralamanı pozmamaq lazımdır. sıralama isə belədir:\n1) üzü yumaq \n2) maska istifadəsi \n3) tonikləmə \n4) serum \n5) nəmləndirmə \n6) göz çevrəsi baxımı \n7) günəş kremi \n\n1) Gündə 2 dəfə - səhər və axşam 1 dəqiqə ərzində üzü yumaq lazımdır. Səhər olmasa belə, ən azından axşam yuyulması məsləhətdir. Əgər rejim bəlli deyilsə, mütləq şəkildə yatmadan öncə yumaq gərəklidir. hazırda La Roche Posay Effaclar üz yuma geli işlədirəm və çox məmnunam.\nŞəxsi istifadəmdən yola çıxaraq 400ml olan böyük boyu alınsa, ən azı 6-7 ay gedəcəyini deyə bilərəm. Üstəlik, mən çoxlu köpüklənməsini istəyirəm deyə bol istifadə edirəm. Oğlanlar üçün bunu da ayrıca deyim ki, üz dərisi, saç və saqqal üçün ayrı-ayrı şeylər istifadə edin. Yəni başı yuyanda saç şampunu ilə üzü, üz yuma jeli ilə saqqalı yumayın. duş alanda da bu qaydanı pozmayın. Həmçinin (bax: saqqal və ona qulluq qaydaları) \n \nYuduqdan sonra da üzü dəsmal ilə sürtərək qurulamayın. Sadəcə toxundurub çəkin. Mən əlavə olaraq, tam quruluq hiss etmək üçün ilıq temperaturda fen istifadə edirəm. əgər kimyəvi tərkibdə olmasını istəmirsinizsə, yves rocher üz təmizləmə geli almaq olar. üstəlik, daha ucuzdur. \n\n2) maska istifadəsi. kömür və ya qara nöqtələr üçün olan yapışqan maskalar heç də məsləhətli deyil. tərkibləri çox \"güclü\" maddələr olduğundan dəriyə zərər verə bilir. gil maskası ən yaxşıdır. yapışqan deyil. sadəcə yayırsan və sonra durulayırsan. maska istifadəsində ən önəmli nüans odur ki, məhsulun üstündə göstərilən zamandan artıq saxlamayın. yəni 5 dəqiqə yazıbsa, 5 dəqiqə saxlayın. \"bir az da qalsın, tam olsun\" məntiqi ilə yanaşmaq lazım deyil. həmçinin bu və s. maskaları çox istifadə etmək olmaz. gil maskasını həftədə 1, ən yaxşı halda 2 dəfə istifadə etmək məsləhətdir.\n\n3) tonik istifadəsi. üz yaxşıca yuyulsa belə müəyyən dərəcədə kir və yağlılıq qala bilir. əslində, tonik özü elə bunun üçün lazımdır. hər yumadan sonra ilk olaraq tonik vurulmalıdır. dərinin yağdan dolayı parlaq görünməsi problemdirsə, matlaşdırıcı tonik yaxşıdır. bu, dərd deyilsə, adi tonik də olar. amma mütləq şəkildə tərkibində alkoqol olmamasına diqqət edin. məndəki yves rocher pudralı tonik dir. bunun pudrasız olanı da var. vegandır, 98% bitki tərkiblidir və məsləhətdir. sebum ifrazını və yağlılığı balanslaşdırır. əgər tonikə pul vermək istəmirsinizsə, antiseptik də istifadə etmək olar. dermatoloq mənə gün boyu qarışıq tərkibli şeylər istifadə etmək əvəzinə bunu istifadə etməyimi tövsiyə eləmişdi. yəni yağlı dəridə gün ərzində yağlılıq, yersiz parlaqlıq olanda toniki yox, antiseptiki istənilən qədər istifadə etmək olar. qiyməti də çox ucuzdu üstəlik.\n\n4) serumlar daha tez hopur deyə kremlərdən öncə istifadə olunmalıdır. məndə bir ara dəri rəngində disbalans və bir az da solğunluq vardı deyə istifadə etməyə başlamışdım. düzü, purest solutions o qədər də məsləhətli marka deyil, ancaq aydınlatıcı serum ları yaxşıdır. dəri cansız və solğun durmasın, yağdan dolayı deyil də, özündən yaranan bir parlaqlıqda olmalısını istədiyim üçün almışdım. açığı, pis deyə bilmərəm, ancaq daha yaxşıları da var. əsas odur serumları tonikdən sonra, nəmləndirici kremdən öncə vurun. sırf bu serumun istifadəsində ən önəmli nüans odur ki, istifadədən dərhal sonra yox, 20 dəqiqə keçəndən sonra nəmləndirici vurmaq lazımdır. \n\n5) nəmləndirmə. nəmləndirici olaraq 2 ayrı şey istifadə edirəm, ikisi də la roche posay'dandı. biri duo+m , digəri də k+ kremidir. \"duo+m\"-i qara nöqtələr və sivilcə yerlərinin ləkələrini aparsın deyə almışdım. sivilcə ləkələrinə qarşı güclü təsirə malik olduğunu deyə bilmərəm. çünki partladandan sonra əvvəl hansı tezliklə itirdisə ləkələr, indi də həmin tezliklə itirlər. ancaq qara nöqtələri əməlli-başlı aparıb. sadəcə çox-çox yaxından baxanda görə bilirəm, o da, məncə, normaldır o qədər olması. \"k+\" kremini də matlaşdırma və sebum, yağ ifrazını azaltması üçün almışdım. ortalamanın üstündə bir iş görür. duo+m bitəndə dəyişəcəm yəqin ki, amma k+ qalacaq. ikisi də krem vurmamısanmış kimi hiss verir, tez hopur və dərini rahat hiss etdirir. müştəri xidmətlərinin dediyinə görə kremlərin ikisini də istifadə etmək olar, amma üst-üstə vurmaq məsləhət deyil. gecə duo+m, gündüz isə k+ istifadə etmək ən yaxşı metoddur ki, əsas olaraq gündüz yağlılıq olmasın. \n\n6) göz çevrəsi qulluğu. ümumiyyətlə göz çevrəsi qəti şəkildə bütün bu yuxarıda yazdıqlarımdan ayrı tutulmalıdır. yəni nə üz yuma geli, nə tonik, nə də üz üçün olan serum, nəmləndiricilər vurulmamalıdır. \"bəs nə ilə yumaq olar?\" sualını mən də axtarırdım. la roche'un üz yuma gelinin tərkibini araşdıranda göz çevrəsinin təmizlənməsinə neqativ təsir etməyəcəyini gördüm. ona görə də onu işlətmək olar. ancaq digərlərini yox. əgər hazırki istifadə olunan vasitə uyğun deyilsə, sadəcə olaraq su ilə təmizləməkdən lazımdır. göz çevrəsi üçün ümumən krem istifadə etmək məsləhət görülmür. çalışın serum olsun. yuxusuzluqdan dolayı göz çevrəmdə tündləşməyə görə dermatone dan almışdım. tərkibində kafein, retinol, kollagenlər və hyularik asid var. sözün düzü, heç vaxt olmamış kimi bütünlüklə o tündləşməni aparıb göz çevrəsini də üz dərimlə eyni tona salmasa da*\nki, mənim məqsədim budur\n, çox önəmli ölçüdə azaldır. düzü, göz çevrəsi ilə üzz dərisinin eyni olduğu insan da azdır, o ayrı məsələ. tək pixyanı odur ki, istifadədə 1-2 gün ara verəndə o tündləşmə artır. yəni davamlı istifadə etmək lazımdır. \n\n7) son olaraq da günəş kremi. yay-qış hər zaman günəş kremini istifadə etmək məsləhət görülür: yayda 50 , qışda da 30 spf. düzü, mən ancaq yazda havalar isinəndən payızda yağışlar başlayana qədər istifadə edirəm. amma əgər üz dərisinə retinol serumlar vurulursa, havadan asılı olmayaraq mütləq şəkildə günəş kremi istifadə etmək lazımdır. yağlı dəri yay günəşi ilə daha da çox parıldayır və dəhşət yağlanır. ona görə də seçəndə mütləq matlaşdırıcı təsir edənin almaq lazımdır. günəş kremi baxımından marka fərqi o qədər də önəmli deyil, əsas qorumasının yüksək olmasıdır. bioderma və la roche posay'ın bu tip günəş kremləri yaxşıdır, büdcə dostu olaraq da purest solutions'un matlaşdırıcı günəş kremini tərifləmişdilər. \n\nbelə. ümumən rutin budur. düzü, mənim dərim yağlı, duz-istiotlu, qızartma-bozartma yeməklərdən, cipsi, kola, şirniyyat kimi cır-cıplardan, ümumiyyətlə qeyri-sağlam qidalanmadan təsirlənib sivilcə, sızanaq çıxaran, rəng alıb, rəng verən, qırışlı və ləkəli dəri deyil. tək dərdim yağlanma və o yağlanmanın yaratdığı parlamadır. təbii qarışımlar, bitki, meyvə toxumu, yağı, qabığı və s bu kimi zadlarla əlləşəsi nə vaxtım, nə də enerjim yoxdur. 1-2 dəfə prob edib buraxmışam. mənə görə ən pratik və salamat yolu bu dediklərimdir və işimi də ortalamanın üstündə görürlər. əvvəlkinə baxanda çoox daha yaxşı hala gətiribdilər və mütəmadi kontaktda olduğum insanlar dərimin səliqəli olduğunu deyirlər. üz dərisinə çox da pul tökmək istəməyənlər üçün yves rocher, la roche posay və bioderma dermatolojik olaraq yoxlanılmış, təmiz tərkibli, məsləhətli markalardır. bundan aşağısına düşmək o qədər də məsləhət deyil. büdcə yetəri qədər varsa da, institut esthederm, vichy, mourad, khiels alın. \n\nson qeyd: sözlükdə olub bunu oxuyacaq olanlardan dəriyə qulluq rutini və marka seçimində kömək elədiyinə görə mariaya və əcaib-əcaib qarışım və vasitələr önərmələrinə görə də linda cadellə təşəkkürlər." | |
}, | |
{ | |
"id": 262, | |
"title": " \n beat generation ", | |
"content": "beat generation haqqında qısa ve öz bilgi vermek adına bir neçe setir qaralamaq fikirindeyem.60cı illerin edebiyyat allahları günümüze gelib çatmış illegal sinifin nümayendeleridirler.başlangıc olaraq underground life-literature qavramı köklü ismini bu sinifden almışdır.dövrünün amerikasında püxteleşmiş ve şablon kitab yayın evlerinden,dahi kitab basımı editorlarından zeyif qiymet almış ve sinifden keçebilmemişdiler.problemin ana sferası ondan ibaret idi ki;bu neslin ritual xette ehtiyacları yox idi.\n\nyolda böyüyen bu uşaqların edebiyyata,şeire verdikleri tövhe özleri ile serhedlenirdi.keşf olunmamış amerika,cennetden qovul kitablar idiler onlar.siqaret dumanı,heroin-cocaine dueti,içki,prezervativ ve qadın.kült cemiyyeti özlüyünde qoruyub saxlayan amma,etraf mühite liberal heyat terzi kimi baxış açısı yaratmış amerika xamelyası ise bunu qebul edebilmirdi.normal idi.ele 2012ci ilin bu gününde de qebul etmir ve yaxın 50 ilde de qebul edecek cesaretde olmayacaq.\n\nbeat generation ana anlamı ile ne idi? pulsuz,loser,sessiz,başıboş,bitkin,vecsiz,duyarsız vs..vs..vs..\n\nbu sifetler normal bir ferdin egosuna qalib gelebilmeyeceyi derecede yüksek rütbeler idi.beat ilk defe jack keroauc terefinden istifadeye verilmiş kelime idi.kelime.yanlız.bitkin ruhlar,buna etiraz etmemişdi.o an hipodrom pistlerinde 6cı ata oynalınan son 20usd daha maraqlı idi.heyatın anlamlaşdığı bir cereyen.kiçik şeyler.\n\nonlar kiçik avtobuslarla,ölkeni dolaşaraq şeir yazır,jazz musiqi dinliyerek,başqalarının heyatlarına müdaxile etmeden narkotik maddelerini qanlarına qovuşdururdular.ideallar kiçik beyinlerin qurduğu böyük xeyallar qeder anlamsız ve uzaq idi.organlarına yapışdırdıqları ucuz anarxiya yazılarına yansımışdı.ezilen tebeqenin aristokratizme ata bileceyi daş kimi.daş hemişe hedeflenmeyen hedefden yan keçe keçe..\n\nyaxşı iş imkanları yox idi.ne de ki isti bir ev.yorğun bir günün ardından ayaqlarını suya yatıracaq heyat yoldaşı.heç biri yox idi.boş günler ve boş saatlar.\n\namerikada heyat durmuşdu.yoxsa donmuşdu? ferq etmirdi.kiçik addımlarla uzun bir yol getdiler onlar.donmuş 60cı il amerikasını güneşli 70e sürütlüyerek.\n\nneslin liderleri bu listden ibaret idi.lider anlayışı tebii ki yanlış ifadedir.biraz nefesine sesi calıyıb bağırabilenler.. :jack kerouac, allen ginsberg, gary snyder, william s. burroughs, neal cassady, lawrence ferlinghetti, gregory corso, philip whalen, lew welch, diane di prima, joanne kyger ve peter orlovsky.\n\nneslin baş yapıtları tiro halındadır.bu trionu oxuyan onları manifesto ile evezleyede biler.\n\njack keroauc:on the road\n\nallen ginsberg:howl\n\nwilliam s burroughs:çılpaq şölen\n\njack on the road baş yapıtını üç hefteye yazaraq orgazma çatmışdı.eserin başı çox ağrıdı.döyüldü.söyüldü.bitiminden iller sonra basılma haqqı qazanmış eser,bugün beyinlerin içinde özü-özbaşına bir inqılabdır.\n\nginsbergin howlu ise poeziya dövrünün mene göre- yazılmış ve yazılmamış en böyük uğurudur.illerin susqunluqundan sonra içinden tökülen çirkablar yığınıdır.nirvana deye adlandırdığımız zirveye sürtünmekdir.beli.howl bir manifestodur.underground poetix tarixinin şedevri.qısqanılası bir şairlik mektebi.telebesi olmayan..\n\n\nbeat subyektivime sığınaraq altını qalın xetle qaralayabileceyim en böyük nesildir menim üçün.tekce edebiyyat sahesi yox,bütün erazileri qapsayan.beat underground çökekliyinden sıyrılabildi.ha,bu pozitiv bir şey midir? bilmirem.ama yuxarda adını sadaladığım 3 baş yapıtı en azından dünyanın yarısına çatdırılması meni sevindirerdi.çünkü gerçekler heç vaxt bu qeder yaxın olmamışdı " | |
}, | |
{ | |
"id": 263, | |
"title": " \n balina partlaması ", | |
"content": "nadir hallarda baş verən, həm fillərə, həm də bizə mənsub olan hadisə.\nfilin və balinanın qalın dərisi və nəhəng bədəni daxildə metan qazının və digər qazların toplanmasına səbəb ola bilər. bu qazlar bədən daxilində mikrobların və bəzi bakteriyaların parçalanması nəticəsində yaranır. ölü bədənin daxili təzyiqi artdıqca, bu qazlar xaricə çıxış yolu axtarır.\nbəzən qazlar dəriyə çatıb buradan çıxsa da, bəzi hallarda bu mümkün olmur və nəticədə bədən həddindən artıq şişərək partlayır. ona görə, ölmüş bir filin və ya balinanın yanına çox yaxınlaşmaq təhlükəlidir.\nkeçək insana. bizim dərimiz əlbəttə ki, fil ya da balinanınkı kimi qalın deyil, *\nbəzilərimiz istisna zad deyirmişəm\n amma bəzən çox nadir hallarda daxili təzyiq hesabına partlaya bilər. \"partlama\" dedikləri dəri və toxumaların açılması ilə qazların çıxışıdır.\n\nürəyi zəif olan, qorxan nə bilim, bu dəqiqə yemək yeyənlər baxmasın.\n(youtube: )" | |
}, | |
{ | |
"id": 264, | |
"title": " \n andıra qalmış ", | |
"content": "\"Lənətə gəlmiş\" ifadəsi ilə eyni mənaya gələn ifadə. \"Andır\" xan və ya \"andar\" xan əslində türk mifologiyasında od tanrısının adıdır. Bu adın \"yan\" sözünün şəklini dəyişməsilə ortaya çıxdığı güman olunur. Belə ki, andır xan yeraltının və odun qoruyucusu olan tanrıdır. Əlində yanan bir məşəli, alov saçan gözləri və oddan saçları vardır. Qədim türklər baş vermiş yanğınların bu varlığın əsəbiləşməsi ilə baş verdiyini düşünürlərmiş. \"Andıra qalmış\" ifadəsi də türklərin sevmədiyi və ya şikayət etdikləri şeyləri bu tanrıya həvalə etməsi anlamına gəlir." | |
}, | |
{ | |
"id": 265, | |
"title": " \n tonik-klonik epilepsiya ", | |
"content": "Epilepsiyanın ən çox rast gəlinən formalarından biri. Adətən \"epilepsiya\" deyəndə insanların ağlında canlanan qıcolma, bədənin sanki sudan çıxmış balıq kimi titrəməsi, dil qatlanması və s. Kimi simptomlar məhz tonik-klonik epilepsiya üçün xarakterikdir. Nevrologiyada Grand mal tutmaları olaraq adlanan bu tutmaların adından da göründüyü kimi 2 fazası vardır: tonik və klonik faza. Tonik-klonik tutma başlanğıcında xəstədə əzələlərin boşalması (atoniya) baş verir və xəstə ayaq üstədirsə yerə yıxılır. \ntonik faza. Təqribən 10-20 saniyə ərzində bu faza öz əlamətlərini göstərir. Şüur qapanır, əzələlərdə çox güclü tonus yaranır. Ağız açıq qalır, göz almaları adətən yuxarıya doğru baxır, göz bəbəyi genəlir və işığa reaksiya vermir. Bu xəstələrdə müşahidə olunan yerə qıcolmuş şəkildə uzanma bu fazada baş verir. Xəstə öz əzələlərini qətiyyən idarə edə bilmir və kənar müdaxilə ilə də əzələlərin vəziyyətini dəyişmək olmur. Bu fazada həmçinin tənəffüs əzələlərində də güclü gərginlik yaranır deyə xəstə intensiv şəkildə nəfəs verir və bu da güclü səs çıxarmasına yəni \"epileptik qışqırmaya\" səbəb olur. Xəstə nəfəs ala bilmir, ürək döyüntüləri artır, boyundakı damarlar şişir, arterial təzyiq artır. \nklonik faza: tonik fazanı izləyir, təqribən 40 saniyədən 1 dəqiqəyə qədər davam edir. Bu fazada xəstə nəfəs alır, amma gərginləşmiş əzələlərdə titrəmələr baş verir və titrəmələr getdikcə güclənir. Xəstə bu fazada dilini, yanağını dişləyə bilər. Bu səbəblə də ağızdan qanlı köpük axması mümkündür. Ağız suyunun ifrazının artması və tənəffüs prosessində baş vermiş dəyişkənliklə əlaqədar xəstə xırıltılı səs çıxara bilər. \nEpilepsiya tutması yekunlaşdıqda xəstədə refkekslər zəifləyir, şüur yerində olmur. Xəstə təbii olaraq yorğunluq, baş ağrısı, yuxululuq, əzələ ağrıları hiss edir. Adətən epileptik tutma sonrası xəstələr yatırlar. \nXəstəliyin diaqnozu mütləq şəkildə nevroloq tərəfindən qoyulmalıdır. Nevroloq diaqnostika üçün elektroensefaloqram (eeq), maqnit-rezonans tomoqrafiya (mrt) nəticələrinə baxır. Qan analizi, fiziki müayinə kimi əlavə metodlardan da istifadə edə bilər. Amma tutmalardan qabaq nə olduğu, tutmalar anında nə olduğu və tutmadan sonra nə olduğunu bildirmək də düzgün diaqnostika üçün vacib sayılır. \nÜmumiyyətlə epilepsiya xəstələlərində tutmalardan əvvəl \"aura\" deyilən hal müşahidə oluna bilər (hər zaman olmasa da). Xəstədə qeyri-adi hərəkətlər, nadirən hallüsinasiyalar, emosianal və psixi dəyişkənliklər (depersonalizasiya-derealizasiya kimi) baş verə bilir. Bəzən auranln xarakterinə əsasən epileptik ocağın harada olduğu barədə fikir yürütmək olur. Xəstə əgər epileptik aurada hiss edirsə, onu daha təhlükəsiz bir yerə aparmaq, yumşaq yerə uzandırmaq olar. Tutma artıq başlayıbsa, əynində bədəni sıxan geyimləri boşaltmaq, ağız suyu və ya qusmuşsa qusuntu kütləsinin nəfəs borusuna getməməsi üçün böyrü üstə uzatmaq lazımdır. Xəstənin bədənini sıxmaq, əllərini, ayaqlarını hərəkət etdirməyə çalışmaq, ağzını açmaq olmaz. Tutma tam yekunlaşmamış dərman, su və s. vermək olmaz. Epilepsiya xəstəliyi ölümcül xəstəlik deyil. Yəni xəstəlik təkbaşına xəstəni öldürməz. Müalicə ilə tutmalar minimuma endirilə və ya tamamilə aradan qaldırıla bilər." | |
}, | |
{ | |
"id": 266, | |
"title": " \n psixoloji triller ", | |
"content": "Trillerlərin bir neçə alt qrupundan biri. Psixoloji trillerlər obrazın psixikasında baş verən gərginliyi, münaqişələri, şəxsiyyətin qaranlıq tərəflərini önə çıxaran film\/seriallardır. Bu, psixoloji qorxu janrına çox bənzəsə də psixoloji qorxu janrında məqsəd qorxu ünsürləri ilə tamaşaçını cəlb etməkdir. Psixoloji trillerlərdən fərqli olaraq bunlar gerçəklikdən uzaq olur. Trillerlər arasında demək olar ki, ən gerçək olanlarıdır psixoloji trillerlər. Məsələn, (baxma: Dahmer – Monster: The Jeffrey Dahmer Story) psixoloji triller sayıla bilər. Evan Petersin canlandırdığı obrazın şizotipal xüsusiyyətləri, əsəb partlamaları, bölümlər irəlilədikcə mental vəziyyətinin darmadağın olub dəhşətli bir məxluqa çevirilməsi əvvəldən axıra izləyicinin sinir sistemini gərgin saxlayır. Amma bunu fantastikaya keçmədən, ütopikləşdirmədən ediblər. \nBir başqa nümunə üçün: (baxma: holy spider)\n2022 çıxışlı iran filmidir. Bu da gerçək bir hadisə haqqında çəkilmiş filmdir. 2000-ci illərdə Məşhəd şəhərində seriyalı qatil peyda olur və fahişələri öldürməyə başlayır. Filmdə jurnalist bir qadın bu qatillə təkbaşına mübarizə aparmalı olur. Çünki qatil sadəcə fahişə öldürdüyü üçün iranın aidiyyatı qurumları cinayətlərə vecsiz yanaşır. Film ilk dəqiqələrdən etibarən insanın sinirlərini tarıma çəkir. Qaranlıq atmosferi, həddən artıq real aktyorluq\/aktrisalıqlar, yerli yerində istifadə olunmuş musiqilərlə iki saatın necə bitdiyini anlamaq olmur. Film iran kinosunda ən fərqli işlərdən biridir. İran filmləri adətən nə qədər ağır mövzuda olur olsun bu qədər sərt və açıq-saçıq başqa bir iran filmi görməmişəm. Film iranda qadağan olunsa da beynəlxalq səviyyəli mükafatlara layiq görülüb.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \nsifarişi verən: PeanutButter" | |
}, | |
{ | |
"id": 267, | |
"title": " \n kofein asılılığı ", | |
"content": "Alkoqol, narkotik, nikotin kimi maddələrin yaratdığı asılılıqlardan fərqli olaraq hələ ki kliniki diaqnoz sayılmayan asılılıqlardan biri. \"Hələ ki\" deyirəm çünki DSM-5-də kofein intoksikasiyası, kofein yoxsunluğu, xüsusilə coffein use disorder (cud) kimi anlayışlara yer verilib. Yəni gələcək illərdə bəlkə də rəsmən qəbul olunacaq beynəlxalq təsnifatda. \nKofein asılılığında da digər asılıqlardakına bənzər simptomlar görülür:\n1. 12-24 saat ərzində (daha da qısa ola bilər) kofein qəbul edilmədikdə yoxsunluq simptomları görülürsə (baş ağrıları, bulantı, qusma, halsızlıq, əsəbilik, depressiv əhval, diqqət zəifliyi) ;\n2. Kofein qəbulunun dozası hər dəfə artaraq davam edirsə:\n3. Qəbulu dayandırmağa çalışılmışsa və yenidən başlanılmışsa;\n4. Yoxsunluq simptomları və fiziki-psixoloji zərərlər şiddətlidirsə bir insanın kofein asılılığı olduğunu demək olar. \n Kofein həm bəzi bitkilərdə rast gəlinən, həm də süni yolla alına bilən alkoloiddir. Bitkilərdəki kofein zərərverici böcəkləri uzaqlaşdırmaq üçün zəhər funksiyası yerinə yetirir. Bəzi bitkilərdə isə tozlanmanı həyata keçirən böcəkləri cəzb etmə funksiyası daşıyır. Qəhvə, şokolad, çay, ən əsası da enerji içkilərində kofein var. Həmçinin bir çox dərman vasitələrinin də tərkibində kofein olur. Bu maddə mərkəzi sinir sisteminə stimullaşdırıcı (oyadıcı) təsir göstərən psixoaktiv maddədir. Belə ki, bu maddə sinir hüceyrələrinin aktivliyini azaldan adenozin adlı maddəyə çox oxşar quruluşlu olduğu üçün adenozin reseptorlarına \"oturur\" və adenozinin öz işini görməsinə imkan vermir. Adenozin hüceyrələrin enerji mənbəyi olan atf-in emalı sonrasında yaranan qalıqdır. Baxmayaraq ki atf (adenozin trifosfat) enerjidir, onun qalığı olan adenozin isə əksinə təsir göstərir və sinir hüceyrələrinin aktivliyini azaldır. Yəni adenozin yuxu gətirir, süstləşdirir, sakitləşdirir. Kofein isə bu maddəyə imkan vermir və simpatik sinir sistemini oyaq saxlayır. Simpatik sinir sistemi də öz növbəsində ürək döyüntülərini artırır, damarları genişləndirir. Kofeinin təsirilə dopamin ifrazı da artır və bu da bizi xoşbəxt hiss etdirir. Bununla yanaşı kofein hipofiz vəzi oyatmaqla böyrəküstü vəzə də təsir edir və adrenalin hormonunu ifraz etdirir. Hansı ki bu hormon stresin yaranmasında iştirak edən hormondur və savaş-qaç reaksiyasının yaranmasında rol oynayır. Adrenalin böyrəküstü vəzin mərkəzi hissəsindən ifraz olunur. Amma qabıq qatındakı kortizol hormonu da boş durmur. O da qana ifraz olunur (əsas stress hormonudur). Bədən, xüsusilə beyin yorğun olduqda istrahətə ehtiyac duyur. Lakin kofein beyni aldadır və oyanıqlığı artırır. Kofeinin təsiri ilə böyrəklər də intensiv çalışır. Sidik ifrazı artır. \nKofeinə \"zərərlidir\" desək yalan olar. Çünki bu maddə diqqətimizi gücləndirir, yadasalmanı asanlaşdırır, iş qabiliyyətimizi artırır, əhvalımıza yaxşı təsir edir, kardiovaskulyar xəstəliklərin görülmə riskini azaldır, hətta alzheymer riskini belə azaldır. Təbii ki, qədərində qəbul edildikdə. \n Bir şeyi nəzərə almaq lazımdır ki kofein yuxarıda adını çəkdiyim adenozin reseptorlarının sayını artırır. Bu da bizim kofein almadıqda daha yorğun hiss etməyimizə səbəb olur və hər dəfə daha çox kofeinə ehtiyac duyuruq. Asılılıq da məhz burdan başlayır. Əgər bu döngünü bir yerdə qıra bilməsək kofein artıq bizə zəhər olar. Kofein asılılığı nəyə səbəb ola bilər:\n1. Yuxu pozuntuları. Stimulant olduğunu bilirik. Həm yuxuya getməyə mane olur, həm də yetərincə yatmağa. Ümumilikdə yuxu saatları qısalır və yuxusuzluğun da nə qədər fəsadlara gətirib çıxardığını yəqin ki bilirik.\n2. Yaddaş zəifliyi. Normal miqdarda kofein yaddaşı gücləndirir. Amma artıqlığında hipokampusu zədələyərək yaddaşı zəiflədir. Xüsusilə də informasiyanın uzunmüddətli yaddaşa keçməsinə mane olur. \n3. B1 vitamini çatışmazlığı. Kofein bədəndə b1 (tiamin) vitamininin sərfiyyatını artırdığı üçün bu maddənin çatışmazlığına səbəb olur. Nəticədə iştahsızlıq, əzələ yorğunluğu, baş gicəllənmələri, baş ağrıları kimi əlamətlər görülə bilər. \n4. Təşviş pozuntuları. Kofein qəbulu ümumiyyətlə təşviş pozuntularından əziyyət çəkən insanlar üçün məsləhətli deyil. Çünki bu insanların sinir sistemi onsuz da həmişə oyaqdır. Amma kofein asılılığının bir əlaməti kimi də təşviş pozuntuları görülə bilər. \n5. Ürək ritminin pozulması. Kofein asılılığı taxikardiyaya, aritmiyaya səbəb ola bilir. Bunlara bir çox hallarda yüksək arterial təzyiq də əlavə olunur. \n6. Dəmir azlığı. Kofein dəmirin qidalardan hüceyrələrə keçməsinin qarşısını alır, dəmir azlığına səbəb ola bilir. \n Kofein digər psixoaktiv maddələrdən fərqli olaraq asanlıqla asılılıq yarada bilmir. Əgər bir ehtimal, bu əlamətləri özünüzdə görürsünüzsə tibbi müdaxiləyə ehtiyac olmadan da qurtula bilərsiniz. Əgər tez-tez qəhvə içirsinizsə bunu tədricən azalda bilərsiniz. Və yaxud qəhvəni daha az kofeinli içkilərlə, məsələn çayla əvəz edə bilərsiniz. Əgər daha da azaltmaq istəsəniz dəmlənmiş quru çaydan istifadə etmək yerinə paket çaylar da köməyinizə çata bilər. Kofeinin beyində sayını artırdığı reseptorlar kofein qəbulu azaldıqda əvvəlki halına qayıtmağa başlayar." | |
}, | |
{ | |
"id": 268, | |
"title": " \n seventh son of a seventh son ", | |
"content": "iron maiden qrupunun 1988-ci ildə buraxılmış yeddinci studiya albomu.həmçinin bu albom qrupun başdan sona qədər hekayə əhatə edən ilk konseptual albomudur.\n\n\n \n \n\n7 rəqəminə mifalogiyada rastamaq mümkündür,xristianlığa görə 7 ölümcül günah və ya tanrının dünyanı 6 günə yaradıb 7ci gün istirahət etməsi kimi əfsanələr.seventh son of a seventh son bu hekayələrin birində rastlanılır.əfsanəyə görə,yeddinci oğlunun yeddinci oğluna xüsusi güclər verilmişdir; o, gələcəyin görənidir, şəfa verəndir və seçilmişdir.\n\n\n \n \n\n\nalbomun ilk mahnısı olan moonchild ilk sözlərdən albomun mövzusunu xatırladır:seven deadly sins,seven ways to win,seven holy paths to hell and your trip begins,seven downward slopes,seven bloodied hopes,seven are your burning fires,seven, your desires,əgər fikir versək albomun girişi belə 7 sətirdir.bu parçada şeytan lüsifer yeddinci oğlun ailəsinə müraciət edir.oğlunu xilas edə bilməyəcəklərini, ona qulluq etməyin qaçılmaz olduğunu deyir.yeddinci oğlu da lənətləyir,deyir ki, öləndən sonra onun evi cəhənnəm olacaq.bu,əslində Yeddinci Oğulun taleyinin xəbərçisidir, çünki o, şeytana xidmət etdiyi üçün yaşadığı yerə fəlakət gətirəcək.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nalbomun 2-ci mahnısı isə infinite dreamsdır.burada biz yeddinci oğulun atasının gözündən baxırıq hadisələr.qorxunc yuxular görür və yuxuda ölümdən sonra nələrin baş verəcəyini gördüyünü düşünür.əsərin sonunda o, ölümdən sonra həyatın olduğuna inandığını və hər şeyin birdən-birə bitməyəcəyini bildirir.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nnövbəti parça can ı play with madness? də yeddinci oğlun atasının oğlunun taleyini öyrənmək üçün peyğambərin yanına getməsindən bəhs edir və o burada həqiqətləri öyrənir:''your soul's gonna burn in the lake of fire''\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nthe evil that men do albomun 4-cü mahnısı.yeddinci oğulu lənətləyən şeytanın, öz oğullarından ümidi üzmədiyini görən yeddinci oğlun atasını öz qızını istifadə edərək başdan çıxarmasından bəhs edir (biraz qəribə səsləndi).şeytanın qızına aşiq olduqdan sonra özünü qınayan ata gördüyü qorxunc yuxulara görə özünü öldüməyi düşünür.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nvə nəhayət albomun adı ilə eyni olan 5-ci seventh son of a seventh son mahnısı.bu əsərdə baş qəhrəmanımız olan yeddinci oğulun doğulmasından bəhs edilir. Əslində bu mahnının birbaşa albomun konseptini ümumiləşdirdiyini söyləmək olar.onun bütün ailəsi yeddinci oğlun seçəcəyi yolu gözləyir və həm yaxşı, həm də pis tərəflər onu öz tərəflərinə çəkməyə çalışırlar.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nthe prophecydə isə yeddinci oğul şəhər əhalisinin başına gələcək fəlakət barədə xəbərdarlıq edir.''my prediction will surely be true, the impending disaster, it looms''.yeddinci oğulu heçkəs dinləmir və fəlakət baş verir.fəlakətin nə olduğunu bilmirik lakin,sonda şeytanın gülümsəməsindən böyük bir fəlakət olduğunu anlayırıq.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nalbomun 7-ci mahnısı olan the clairvoyant yeddinci oğulun gələcəyi görməsi ilə bağlıdır. steve harrisin sözlərinə görə, mahnı ekstrasens Doris Stoksun ölümündən və onun gələcəyi görə bilsəydi, öz ölümünü qabaqcadan görməzdimi ilə bağlı sualından ilhamlanıb.albomda yeddinci oğulun əlindəki gücün həddən artıq çox olduğunu və ölmü bu gücdən xilas olmağın yeganə yolu olaraq görməsindən bəhs edir.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nvə sonuncu mahnı olan only the good die young yeddinci oğulun psixalogiyası ilə əlaqədardır.ona inanmayan şəhər əhalisini sorğu-sual edir, möcüzələrə inandıqlarını, lakin onun dediklərinə inanmadıqlarını deyir.yaxşılıqdan fayda görməyən əsas obrazımız beləcə pisliyi seçir və sonsuza qədər yaxşı tərəfini öldürmüş olur.''only good die young,all the evil seem to live forever''\n(youtube: )" | |
}, | |
{ | |
"id": 269, | |
"title": " \n pika sindromu ", | |
"content": "Adını latın dilindən tərcümədə \"sağsağan\" mənasına gələn \"pika\" sözündən almış, psixiatriya və klinik psixologiyada \"yemə pozuntuları\" adlanan xüsusi qrupda təsnifləndirilən pozuntu. Bu sindroma sahib şəxslər qida dəyəri olmayan maddələri yeyirlər. Xəzər xəbərdə çox göstərilən daş, şüşə, torpaq yeyən adamlar əslində böyük ehtimalla bu pozuntuya sahibdirlər. Sindroma \"pika (sağsağan)\" deyilməsinin səbəbi də sağsağanların hər şeyi çəkinmədən mədəyə ötürməsindən irəli gəlir. Uşaqlarda daha çox rast gəlinməsinə baxmayaraq, hamilə qadınlar başda olmaqla yetkinlik yaşına çatmış insanlarda da görülə bilər. Amerikanın psixi diaqnostik kitabı olan DSM-5 (Diagnostic and Statistical Manual of Mental Disorders) bu pozuntu üçün 4 kriteriya qeyd etmişdir:\n1. Ən az bir ay ərzində, mütəmadi olaraq qida dəyəri olmayan maddələri yemə;\n2. Şəxsin qida dəyəri olmayan maddələri yeməsi, onun inkişaf səviyyəsinə uyğun olmamalıdır (Məsələn, körpə uşağın əlinə keçəni ağzına tıxması bu sindromun əlaməti sayıla bilməz);\n3. Şəxsin davranışı mənsub olduğu qrupun mədəni əsaslarına, adət-ənənəsinə uyğun olmamalıdır; \n4. Sindrom başqa psixiatrik və tibbi səbəblərlə bağlı ortaya çıxmışsa və tibbi müdaxiləyə ehtiyac duyulacaq qədər ağırdırsa;\nPika sindromundan əziyyət çəkənlər torpaq, buz, təbaşir, saç, boya, kağız, kibrit ucları hətta nəcis belə yeyə bilərlər. \nSindromun yaranma səbəbləri hələ də mübahisəlidir. Çox yayğın olan bir fikirə görə sindrom dəmir, sink azlığı, anemiya (qanazlığı) səbəbilə formalaşır. Amma bu fikir bütün pika sindromluları əhatə etmədiyi üçün hələ mübahisəlidir. Məsələn, hamilə qadınlarda sırf hamiləlik dövründə ortaya çıxan sindrom adətən qanazlığı və dəmir azlığı ilə əlaqəli olmur. Çünki hamiləlikdə mensturasiya dayandığı üçün əksinə, qan itirilmədiyi halda belə sindrom ortaya çıxa bilir. \nPika sindromu digər psixi pozuntularla komorbidlik təşkil edə bilir. Məsələn, nevroloji inkişaf pozuntuları (autizm, pnil), OKP, şizofreniya və s. \nFəsadlarını fiziki, psixoloji və sosial olaraq bölə bilərik. \nFiziki fəsadları:\nMədə-bağırsaq zədələnmələri\nQida çatışmazlıqları\nDişlərin və ağız boşluğunun zədələnməsi\nİnfeksiya və zəhərlənmələr\nDigər mədə-bağırsaq problemləri\nPsixoloji fəsadları:\nStress və təşviş. Adətən, bu sindroma sahib insanlar öz davranışlarının normal olmadığının fərqindədirlər və bir çox hallarda bunu gizlətməyə çalışırlar. Bu da daim stress və təşviş yaradır.\nSosial fəsadları:\nPika sindromlu şəxslər bullinqə, sosial diskriminasiyaya məruz qala bilirlər. Bu da onların sosial mühitlərdən uzaqlaşmasına səbəb olur. \nSindromun müalicəsi isə psixoterapiya (cbt, dbt, ailə, qrup), çatışmayan mineralların təmin olunması ilə aparılır. Bunların da təsirləri təbii olaraq fərddən fərdə dəyişə bilər." | |
}, | |
{ | |
"id": 270, | |
"title": " \n beyin ölümü ", | |
"content": "Beynin qanla təchiz olunmasının dayanması, elektrik aktivliyinin dayanması ilə baş verən, geri dönüşü mümkün olmayan tibbi vəziyyət. Əgər bir insanda beyin ölümü gerçəkləşibsə onun həyata qayıtma ehtimalı sıfıra bərabərdir. Yəni bu halın \"beyin ölümü\" adlandırılması xəstənin hələ ölməməsi demək deyil. Beyin ölümü gerçəkləşmiş bir xəstə həm rəsmi olaraq, həm də tibbi olaraq ölmüşdür.\n Əvvəlcə beyin ölümü ilə tez-tez qarışdırılan hallara nəzər salaq. Təbii ki, tibb sahəsi ilə əlaqəsi olmayanlar normal olaraq çaşqınlıq yaşayır. Amma müasir tibb elmi beyin ölümünü çox dəqiqliklə bənzər hallardan ayırd edə bilir. \nBeyin ölümü ilə qarışdırılan hallardan biri koma halıdır. Beynimizi 2 hissəyə bölsək, üst hissə - böyük beyin yarımkürələri, xüsusilə yarımkürələrin korteksi (qabığı) zədə almışsa (zədə dedikdə kəllə-beyin travmaları, qan dövranı pozuntuları və s. nəzərdə tutulur) xəstə koma halına düşə bilər. Komadakı xəstənin şüuru qapalıdır. Hərəkət etməz, danışmaz, koqnitiv funksiyaların demək olar ki, hamısı itmişdir. Amma beynimizin alt hissəsində beyin kötüyü (brain stem) deyilən, daxili orqanlarımızın işini tənzimləyən, bədəndə qeyri-iradi baş verən dəyişiklilərə nəzarət edən bir hissə də var. Komadakı xəstədə birinci hissə olan böyük beyin yarımkürələri öz işini görməz. Amma beyin kötüyü öz funksiyasını tam və ya qismən yerinə yetirməyə davam edər. Xəstə koma halında nə qədər qalsa da həm beyin kötüyünün iştirakı ilə, həm də tibbi vasitələrin dəstəyi ilə xəstə nəfəs alıb-verər, ürəyi döyünər. Beyində hələ də müəyyən qədər elektrik aktivliyi və qan təchizatı vardır. Komanın vəziyyətindən asılı olaraq xəstə komadan həyata qayıda , vegetativ vəziyyətə keçə və ya beyin ölümü yaşaya bilər. Amma beyin ölümündə adını çəkdiyim beynin 2 hissəsinin də fəaliyyəti dayanmışdır. Beynə artıq qan getməz. Bu o deməkdir ki, kəllə qutusunda yerləşən beynin nə qədər hissəsi varsa hamısı ölmüşdür. Bircə onurğa beynində qismən aktivlik görülə bilər, amma onurğa beyin də baş beyin olmadan heç bir işə yaramaz. Xəstənin beyin ölümü gerçəkləşdikdən sonra müəyyən saat və ya tibbi dəstəklə bir neçə gün orqanları yaşayar. Amma aparatlardan ayırdıqdan çox qısa müddətdə orqanlar da ölər. Çünki orqanların işini idarə edəcək \"müdir\" artıq yoxdur. Beyin ölümü gerçəkləşmiş xəstənin orqanları başqa xəstələrə köçürülə bilər. Təbii ki, xəstə yaxınlarının razılığı və orqanların sağlam olub-olmamasından asılı olaraq qərarlar dəyişə bilər. Əlavə olaraq, həkimlər beyin ölümü diaqnozu qoymaq üçün müəyyən müddət gözləyir, bu müddətdə testlər aparılır, MRT, elektroensefaloqram (eeq) kimi vasitələrdən istifadə edirlər. \n Beyin ölümü ilə, həmçinin koma ilə qarışdırılan bir tibbi vəziyyət də vegetativ vəziyyətdir. Türkiyədə \"bitkisel hayat\" olaraq adlandırılan bu hal beyin ölümündən çox komaya bənzərdir. Komada olduğu kimi şüur qapalıdır. Amma vegetativ vəziyyətdə olan insanlar bəzən gözlərini aça, qismən hərəkət edə bilərlər. Şüur qapalıdır deyə bu hərəkətlər şüursuz, qeyri-iradi olaraq baş verir. Bu xəstələrin həyata dönməsi çətindir, amma mümkünsüz deyil. Ona görə də həkimlər komada və vegetativ vəziyyətdə olanların yaşaması üçün əllərindən gələni edirlər (etməlidirlər). Ümumiləşdirsək, beyin ölümü keçirmiş şəxs artıq ölüdür, amma komadakı və ya vegetativ vəziyyətdəki şəxs isə xəstədir, hələ də yaşamaq ehtimalları vardır. \nsifarişi verən: Kafkanın playboy jurnalları" | |
}, | |
{ | |
"id": 271, | |
"title": " \n incəsənət ", | |
"content": "İspan realisti Xulio Romero de Torresi \"qara-qəhvəyi qızların tərənnümçüsü\" adlandırırdılar. Əndəlus gözəlçələrinin kədər dolu simaları bu rəssamın əsas mövzusudur. Qeyri-adi bir şey yoxdur: Xulio Kordobada doğulub, Kordobada yaşayıb, Kordobada vəfat etmişdi.\n\nBu rəsm \"Portağallar və limonlar\" (1927-ci il) adlanır. İspan poeziyasında portağal xoşbəxt eşqin, limon cavabsız eşqin simvoludur." | |
}, | |
{ | |
"id": 272, | |
"title": " \n metro ", | |
"content": "1996-cı ildə Burak Terek və Değer Deniz tərəfindən qurulmuş solisti isə semra altınel olan türk rok qrupu.2001-ci ildə isə ilk və son albomları olan (baxma: avucumda gökyüzü)nü tədqim ediblər.\n\n \n \n\nalbom 11 musiqidən ibarətdir və Bek vokal teoman tərəfindən edilmişdir.albomun çıxışından sonra birneçə il qrupdan xəbər alınmasa belə sonda 2009-cu il qrup söz yazarının Burak Terekin evinin balkonundan düşüb vəfat etməsi ilə (bax: metro qrupu yenidən gündəmə gəlir.hadisələr bununla da bitmir 2015-ci ildə qrupun digər üzvü olan 39 yaşlı Değer Deniz oğurluq məqsədi ilə evinə girmiş 17 yaşlı qatil tərəfindən təcavüz edilərək öldürülür.cəsəd isə 2 gün sonra tapılaraq məhkəmə qərarı ilə qatilə 45 il müddətində cəza verilir.\n\n\n \n \n\n\ntürkiyədə son yaşanan qadın cinayətlərindən sonra bu hadisəni və qrupu birdaha xatırladım.xüsusi ilə albomda sevdiyim mevsim sonbahar, siyah kadın və son gidişim musiqiləri isə hər zaman mənim üçün böyük bir məna ifadə edəcək.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )" | |
}, | |
{ | |
"id": 273, | |
"title": " \n desizionizm ", | |
"content": "yuxarıdakı entry-də yazılandan fərqli olaraq, \"nəyinsə ümumi normalar əsasından deyil, azad qərar və həll əsasında müəyyənləşdirilməsi\" olmayan siyasi-hüquqi-fəlsəfi cərəyan, doktrina.\n\ndesizionistlər bu sualdan hərəkətlə yola çıxırlar: əxlaqi və ya siyasi\/hüquqi qərarın qanuniliyini, etibarlığını təsdiqləyən şey nədir?\n\ndesizionistlərə görə qərarın etibarlığını təsdiqləyən şey onun məzmunu, təbii olub olmaması, insan hüquqlarına zidd olub olmaması və sairə deyil. qərarın etibarlığı onun suveren avtoritar (güc sahibi) tərəfindən verilmiş olmasıdır. yəni bir növ hüquqi alanda realizm demək olar. üstün, təbii hüququ başlanğıc nöqtəsi olaraq almır.\n\n\"auctoritas non veritas facit legem\" - \"qanunu həqiqət deyil, hakimiyyət yaradır.\"- thomas hobbes, Leviathan II\/26\n\ndesizionist cərəyanın ən görkəmli nümayəndələrindən biri də carl schmittdir. siyasi ilahiyyat kitabında belə deyir: \"suveren, istisna olana qərar verəndir.\" (qərar vermə-decision)\n\ngözümüzün önündə canlanması üçün belə bir nümunə gətirim. mehriban əliyeva aleksandr proxanov ilə görüşündə belə demişdi: \"mən heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.\"\n\namma bənzər sözləri müharibədən sonra dilləndirən bəhruz səmədov bu səbəbdən \"dövlətə xəyanət\" maddəsi ilə təqsirləndirilməklə həbs edilib.\n\nyəni azərbaycan suveren orqanına görə, erməni xalqı ilə qardaşlıq düşüncəsini dəstəkləməyin nə zaman cinayət ünsürü olduğunu, nə vaxt isə sülhsevərlik olduğunu \"iki xalq arası qardaşlığın mücərrəd dəyəri\" yox, suverenin buna qərar verməsi təyin edir." | |
}, | |
{ | |
"id": 274, | |
"title": " \n i-131 ", | |
"content": "ən çox tanınan radioaktiv yod izotopu; zob xəstəliyi və digər tiroid xəstəliklərinin müalicəsində geniş istifadə olunan \"atom\".\n i-131 qalxanvari vəzin hüceyrələri tərəfindən təbii olaraq qəbul edilən bir izotopdur, çünki qalxanvari vəzində yodun təbii rol oynadığını bilirik. ona görə də radiasiya qalxanvari vəzinə birbaşa təsir göstərir. beləliklə, o, qalxanvari vəzinin aktiv və zədələnmiş hüceyrələrinə daxil olur və burada radiasiya yayır. bu radiasiya hüceyrələri zədələyir, bəzilərini öldürür. nəticədə vəzinin fəaliyyəti azalır.\nbu müalicənin pointi qeyri-cərrahi olduğu halda çox effektiv olmasıdır. tabletka formasında atılır, o da qana keçib birbaşa vəzə təsir edir.\n\nindi isə gələk \"atom\" deyilməsinin səbəbinə.\nbu izotop yalnız tibb sahəsində istifadə edilən bir maddə deyil, eyni zamanda nüvə testləri və radiasiya hadisələri nəticəsində də əhəmiyyətli sağlamlıq problemlərinə səbəb olmuşdur. belə ki, 1990-cı ildə ABŞ-da aparılan bir araşdırma nəticəsində 100.000-ə yaxın insanın tiroid xərçəngi olmasının səbəbi olaraq bu izotop göstərilmişdi.\nhəm də burada, 1966-cı ildə çinin açıq havada apardığı 300 kilotonluq nüvə testinin təsiri xüsusi vurğulanıb. 4 günə ABŞ-a çatan və ölkəni başdan-ayağa ələ keçirən zəhərli buludlar radiasiya riskini artırmış, lakin hökumət bu məlumatı uzun müddət ictimaiyyətdən gizləmişdi.\nsonradan açıqlanan məlumatlara görə, america əhalisi təxminən 15 milyon kuri radioaktiv yoda məruz qalmışdı, bu da yuxarı- aşağı çernobıldakı radiasiya miqdarına bənzər bir səviyyə idi. sonrasını siz düşünün -*\nbelə də ki, onsuz bunu təkcə çinin boynuna atmaq olmaz ki. elə ABŞ özü də nüvə testlərində i-131-i atmosfərə buraxmaqda \"of\" deməmiş, 450-dən çox nüvə testində böyük miqdarda radioaktiv maddəni ətrafa yaymışdı. radiasiyanın miqdarı və zərərləri hələ də tam olaraq bilinmir, ancaq bitki, su və qida zəncirinə keçməsi nəticəsində ciddi ekoloji və sağlamlıq problemlərinə səbəb olduğu məlum məsələ, ortadadır." | |
}, | |
{ | |
"id": 275, | |
"title": " \n psixotik depressiya ", | |
"content": "Major depressiyanın ən ağırlaşmış forması. Major depressiya özlüyündə ağır bir psixoloji problemdir. Kobud şəkildə major depressiyanı iki fazaya bölə bilərik: nevrotik depressiya və psixotik depressiya. Nevrotik depressiyalı insanlar adətən tipik depressiya əlamətləri göstərirlər: əhval-ruhiyyənin aşağı olması, həyatdan zövq almama (anhedoniya), yuxunun pozulması, iştahın pozulması, halsızlıq, intihar düşüncələri və s. Bu əlamətlər əgər kifayət qədər şiddətlidirsə və minimum 2 həftə ərzində özünü göstərmişsə xəstəyə major (kliniki) depressiya diaqnozu qoyulur. Yuxarıda qeyd etdiyim əlamətlərin hamısı nevrotik simptomlardır. Nevrotik xəstələrin əsas xüsusiyyəti gerçəkliklə bağlarının qopmamasıdır. Yəni bu xəstələr depressiyada olduğunun fərqindədir və bundan qurtulmaq üçün yollar axtarırlar. Ona görə də həm psixiatrlar, həm də psixoterapevtlər üçün nevrotiklərlə işləmək daha asan olur. Çünki bu xəstələrdə fərqindəlik yüksək olduğu üçün siz bir addım atsanız geri qalan 10 addımı onlar atacaqlar. Psixoterapiya və farmakoterapiya (dərman müalicəsi) ilə bu xəstələrdə böyük irəliləyiş qət etmək mümkün olur. İndi isə gələk entrinin əsas mövzusu olan psixotik depressiyaya. Major Depressiya üçün saydığım ümumi nevrotik simptomlara adətən psixotik depressiyada da rast gəlirik. Amma bu xəstələri nevrotiklərdən ayıran əsas əlamət reallıqla bağlantılarının zəifləməsi hətta bəzən itməsidir. Bu xəstələrdə əlavə olaraq sayıqlamalar (delusions), çox nadir hallarda isə hallüsinasiyalar görülməyə başlayır. Məsələn, psixotik depressiyalı xəstə lənətləndiyinə, bədəninin əridiyinə, bütün insanların ona nifrət etdiyinə inana bilər. Nevrotiklərdən fərqli olaraq psixotiklər ağıllarına gələn bu tip \"özünüalçaltma\" düşüncələrini sorğulamadan inanırlar. Ona görə də nevrotiklərə nəzərən psixotik depressiyalı şəxslərin intihar riski daha yüksəkdir (Qeyd: bu, nevrotik depressiyalı xəstələrin intihar riskinin aşağı olduğu anlamına gəlmir). Psixotik depressiyalı xəstə psixoterapiyaya çox çətinliklə cavab verir. Çünki bu xəstələr nə öz düşüncələrini sorğulayır, nə də ki mütəxəssisin bu düşüncə xətalarına müdaxiləsinə imkan verir. \nNevrotik depressiyanın müalicəsində adətən antidepressantlardan istifadə olunur və 2 həftə (bəzən 3) sonra depressiyanın simptomları yüngülləşir. Əgər intihar riski yüksək deyilsə, şəxsə nəzarət edəcək kimsə varsa xəstəxanaya yatırılmağa ehtiyac görülmür (İntihara cəhd edibsə yatırıla bilər). Koqnitiv davranış terapiyası (cbt) effektiv nəticə verir.\nPsixotik depressiyanın müalicəsində antidepressantlarla yanaşı şizofreniya və bipolyar pozuntu kimi daha ağır psixiatrik xəstələrin müalicəsində istifadə olunan antipsixotiklərdən istifadə olunur. Bəzən litium da istifadə oluna bilər. Psixotik depressiyada ruh halının ani dəyişimləri, əsəb tutmaları, impulsiv suisidal davranışlar daha çox görüldüyü üçün adətən bu xəstələrin klinikaya yatırılması vacib hesab olunur. Dərman terapiyası öz təsirini göstərdikdən sonra əgər xəstənin real aləmlə olan bağları bərpa olundusa onda psixoterapiyaya başlanır. \nPsixotik depressiya bəzən digər diaqnozlarla qarışdırıla bilər:\nŞizofreniya. Psixotik depressiya sayıqlamalar, hallüsinasiyalar kimi psixotik simptomlar göstərdiyi üçün şizofreniya ilə qarışdırıla bilər. Lakin bu simptomlar iki xəstəlikdə də fərqlidir. Məsələn, paranoid şizofren bir xəstə insanların onu öldürmək istədiyini düşünər. Amma bu paranoyanın kökündə \"mən seçilmiş insanam\" tipli özünüböyütmə inancı durar. Psixotik depressiyalı xəstə də eyni şəkildə \"insanlar mənim ölməyimi istəyir\" deyə düşünər. Amma bunun kökündə isə \"mən lənətlənmişəm\" tipli özünüalçaltma düşüncəsi durar. Fərq ortadadır. Şizofrendən fərqli olaraq psixotik depressiv xəstə özünü böyütməz. Bu da beyindəki dopamin səviyyəsinə bağlıdır. Şizofrenlərdə həddən artıq olan dopamin depressiyada minimuma çatır. \nŞizoaffektiv pozuntu. Bu iki xəstəliyi bir-birindən ayırmaq daha çətindir. Adətən xəstədə son iki həftədə emosianal dəyişim olmadan psixotik simptom görülürsə şizoaffektiv, depressiya əlaməti və psixoz görülürsə psixotik depressiya hesab olunur. \nNevrotik və psixotik depressiya arasında keçid. Depressiya əlamətləri ağırlaşarsa nevrotik depressiyalı bir xəstə psixotik depressiyalı xəstəyə çevrilə bilər. Psixotik depressiv bir epizod da özlüyündə həyatın sonrakı mərhələsində yeni bir psixotik depressiya epizodu riskini artıra bilər. Ona görə də bu tip xəstələrin uzunmüddətli müşahidə altında saxlanması və vaxtaşırı diaqnostika olunması mütləqdir." | |
}, | |
{ | |
"id": 276, | |
"title": " \n honeyland ", | |
"content": "makedoniyada ucqar bir ərazidə yaşayaraq arıçılıqla dolanan bir türk qadının həyatını əks etdirən, çox bəyəndiyim sənədli filmdir. \nfilm 2019-cu ildə tamara kotevskova və ljubomir stefanovun rejissorlu ilə çəkilib, ilinin ən çox mükafat alan filmlərdən biri olub. ümumilikdə 30-a yaxın mükafata namizəd olub. cəmi 89 dəqiqə olsa da, film çəkilişləri üçün komanda 3 il həmin ərazidə yaşayaraq ümumilikdə 400 saata yaxın material çəkiblər. \nrejissor tamara kotevskova belə bir qeyd edib: \n\"film güzgü kimidir - bəzi insanlar özünü haticede, bəziləri isə digər ailədə tapa bilər.\" \nhəmçinin honeyland eyni zamanda həm sənədli, həm də beynəlxalq film kateqoriyalarına təqdim olunan ilk filmdir.\n\nfilmin əksər hissəsi tükcədir, lakin şivə olduğundan bəzən altyazıya ehtiyac olur. hatice arıçılıqla məşğul olur, həm də xəstə anasının qayğısını çəkir. film çox təbii, səmimi duyğu doludur. həyat şəraitlərini gördükcə yaşayışımızın, imkanlarımızın qədrini bilməyi xatırladır bizə. qonşularımız bir müddət arıçılıqla məşğul olduğu üçün bilirəm mən o çətinliyi, hələ üstəgəl maskasız, xüsusi geyimsiz bu qədər arı ilə yaşamaq xeyli çətin olsa gərək. \ndaha sonra hatice gilin qonşuluğuna bir ailə köçür. işləri mal-qaraçılıq olsa da, acgözlüklə bal işinə də girişir evin kişisi. insanların acgözlüyü, paxıllığı, saxtakarlıq və yalanları bu ailədə əks olunub. \n\ndiqqətimdən qaçmayan bir şey, qonşu ailədə ən 6-7 uşağın olması idi. dialoqlardan birində kişi \"hər ilə 1 uşaq, onlar mənim sərvətimdi\" deyir. a kişi, madam ki, yaşayışınız normal deyil, o uşaqları niyə bədbəxt edirsiz?! uşaqları arı sancır, mal-qara tapdayır, bir-birləriylə ölümünə dalaşırlar. nəyə lazım axı o qədər uşaq. təəssüf ki, belə ailələr olduqca çoxdur. \n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nbir də belə maraqlı videolar var filmə aid: \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )" | |
}, | |
{ | |
"id": 277, | |
"title": " \n mia aioniotita kai mia mera ", | |
"content": "2010-cu ilə təsadüf edən, anqelopulosla tanışlığımı sağlıyan film... məşhur rejissor və kino tənqidçisi lindsay anderson rejissorları 2 kategoriyaya ayırır: 1- təqribən hər mövzunu işləyə bilən professional rejissor. 2- öz hekayəsini özünəməxsus bir dillə anladaraq uğur qazanan şair...bu aspektdən baxıldığında anqelopulos, sadəcə öz kinomatoqrafının deyil, dünya kinomatoqrafının da mübahisəsiz böyük şairidir...\nSonsuzluq və bir gün olaraq tərcümə olunan Mia aioniotita kai mia mera filmiylə cannes film festivalında palme d’or alan anqelopulos, filmin adından da görüləcəyi kimi zaman məfhumunu problematikləşdirərək, filmin mərkəzinə yerləşdirir...bu film anqelopulos kinomatoqrafının təyinedici prinsiplərini özündə cəmləşdirən filmdir...təsadüfi deyildir ki, alman kino tənqidçisi georg sisslen, angelopulosun bu filmlə, “bir çox rejissorun ancaq xəyalını qurduğu, lakin əsla çəkə bilmədiyi bir filmi çəkmişdir” demişdir...həqiqətən də bu tamamlanmışlıq, qüsursuzluq filmin bütün ruhunda əks olunmuşdur...\n\n--spoiler--\n\nFilmin açılış sekansında, ilk voice over dialoqunda, danışan uşaqların ağzından zaman tematikası ortaya atılır...anqelopulos, uşaqlarının babasının “zaman, sahildə üçdaş oynayan bir uşaqdır”, cümləsini heraklitin məşhur “zaman, bir dama taxtası üzərindəki daşları hərəkət etdirən gəncdir” aforizmi ilə əlaqələndirir...babalarının sözlərini təkrarlayan uşaqlar dənizdə batmış bir ölkənin (atlantida), bir sözlə “itirilmiş xoşbəxtlik” motivinin axtarışına çıxırlar...filmin ortalarında alexanderin ailəsinin ada gəzintisi və sonda mühacir uşağı gəmiyə mindirdikdən sonra dənizin sahilində duran aleksanderin sonsuzluğa doğru yola çıxma hazırlığı, üç təyinat məntəqəsi olaraq qarşımıza çıxır...ada motivi zamanın həm daxilində, həm də xaricində, utopik bir hədəf olaraq funksionallaşır...\nAngelopulos filmlərində yol, yolda olmaq, yaşayacaq bir yer axtarma, ümumiyyətlə səyəhət, odisseya tematikasının izlərini açıq-aydın görmək olar...bu filmdə də odisseya motivi bir daha qarşımıza çıxır...sonsuzluq və bir gündə alexander sürgündəykən arvadı ölmüş, qıznın əri isə alexanderin uşaqlığının keçdiyi, ailəyə məxsus villanı satmışdır...alexander öz evinə, yurduna dönə bilmir...homerin odisseyasında evə qayıdan odiysseyi ilk tanıyan köpəyi vurğularcasına, alexander tək sadiq dostu olan köpəyini, son səyahətinin eşiyində (1 günlük ömrü qalmışdır) qoyub gedəcəyi bir yer tapa bilmir...filmdə evrdikanı axtaran orfey mifinin də əks-sədalarını da görmək olar...arvadının (anna) xəyalıyla sahildə rəqs edən alexander, eyniylə orfey kimi “sözlərimlə səni geri çağırdım” deyir...amma o bütün tənbehlərə baxmayaraq geri dönüb baxdığında evridika təkrar aidin səltənətinə geri dönür...eyniylə anna və alexanderin rəqsi də anidən bitir...\nFilmdə hadisələrin “indiki zamanı” (1998-ci il qış fəslinin sonları) alexanderin xəstəxanaya yatmaq üçün son dəfə evindən çıxması, köpəyini qızının yanında saxlamaq cəhdləri, köpəyi evin köhnə qulluqçusunun yanına tərk etməsi, alban mühacir uşağla tanış olması, onu uşaq tacirlərinin əlindən qurtarması, qocalar evindəki, hafizəsini itirmiş anasıyla danışması və.s səviyyədə qarşımıza çıxarkən, angelopulos filmlərindən alışıq olduğumuz zaman-məkan dəyişiklikləri, 1966-cı il qızının ad günündə ailənin adaya gəzintisi, 1939-cu il, şair alexanderin gənclik dövrü, 1830- Dionysios Solomosun hekayəsi və mif (atlantida, odisseya, orfey səviyyələri) səviyyələrinə bölünə bilər...\nFilmin kompozisiyası tək bir günlə məhdudlaşdırılmışdır(coysun ulissi kimi)...bu son gündə, bütün bir həyatın əsas dayanacaqlarına edilən zamanda səyahət, kəsik-küsük xatirələrlə, duyğu və düşüncə dəyişmələriylə izləyiciləri də filmin atmosferinə qoşulmasına köməklik edir...seçilən zaman pillələri, əksərən keçmişdə qalmış xoşbəxt anların sığınacaqlarıdır...bildiyimiz və alışıq olduğumuz flash-backler yoxdur bu filmdə...zamanda bir geriyə, bir irəliyə sıçrayış yoxdur...keçmiş, xatirələr olaraq alexanderin fikirlərində əks olunur...\nAnqelopulos filmlərinə məxsus bir texnikadır bu...plansekans adlanan bu texnikada, məkan bir yanıyla xarici, gözlə görülə bilən, bir də daxili, görünməyən olaraq çıxır qarşımıza...hərəkətin axışını da müəyyən edən bu iki səviyyəli məkandır...sakit, ağır, yavaş, geniş kamera dönüşləri bu məkanı, 360 dərəcə dairəvi hərəkətlərlə çevrələyir...xarici məkanı bütünlüklə izləyicinin gözlərinə təslim olmuşkən, iç dünyada atlamalar, sıçramalar (bir növ şüur axışının filmə tətbiq olunması deyə bilərik) bir-birini izləyir...Alexander xatirələrin içinə, keçmişin içində sanki canlı fiqurlarla dolu bir muzeyin içərisində dolaşan yaşlı bir adam olaraq ağır qış paltosu, paltosunun yuxarıya qalxmış yaxalarıyla girib çıxır....alexander itirdiyi arvadının xatirələrindəki varlığıyla məşğulkən, tanış olduğu alban uşaq onun, aktual, indiki zamandan stimuledicisi olan reallıqdır...alexanderin dünyadan ayrılmağa məcbur olduğu o son gün, uşağın qeyri-müəyyən olmasına baxmayaraq gələcək həyatına doğru selanikidən qalxan gəmidə səyahət etdiyi axşamdır...\n\n--spoiler--\n\nVə filmi unutulmaz edən faktorlardan biri daha...eleni karaindrunun möhtəşəm soundtreki...audio-vizual görüntülərlə filmə yayılan bu musiqi, lirik, asxetik səs quruluşuna sahibdir, təbiətin melodik ritmini, yaralanmışlıq, zədələnmişlik duyğusunu hiss etdirən, melanxoliyanın musiqi alətləriylə təcəssüm etdiyi bir musiqidir...\n(youtube: )" | |
}, | |
{ | |
"id": 278, | |
"title": " \n mayıs sıkıntısı ", | |
"content": "1999 işi, nuri bilge ceylan şedevri. anton çexovun xatirəsinə həsr olunan filmin uzun bir mükafat siyahısı var: 32-ci film yazarları dərnəyində \"ən yaxşı rejissor\" və \"ən yaxşı film\"; 36-cı antalya altın portakal film festivalında \"ən yaxşı rejissor\", \"dr. avni tolunay xüsusi mükafatı\", \"ən yaxşı ikinci film\"; 19-cu istanbul beynəlxalq film festivalında \"altın lale\", \"ən yaxşı türk filmi\" və sairə və ilaxır.\nrejissorun sayca üçüncü filmidir \"mayıs sıkıntısı\". 1997-ci ildə \"kasaba\" filmi çəkilir və 1999-da çəkilən \"mayıs sıkıntısı\" filmində rejissor obrazlı muzaffer adlı şəxsin, çanakkalenin yenice qəsəbəsinə gələrək, \"kasaba\"filmini çəkdiyi göstərilir.\nhəmçinin, 2002-ci il işi \"uzak\" filmi \"mayıs sıkıntısı\"nın davamı olaraq çəkilib.\niki paralel süjetin müəyyən məqamlarda ideal şəkildə kəsişdiyi \"mayıs sıkıntısı\"nda, nuri bilge ceylan yenə sözü dialoqlardan çox görüntülərə verir. beləliklə, izləyəcəyiniz ən yaxşı filmlərdən biri sizi gözləyir." | |
}, | |
{ | |
"id": 279, | |
"title": " \n auschwitz ", | |
"content": "1940cı ilə qədər polşanın krakow şəhərində kiçik bir qəsəbə idi.\n1940ci ildə nazi almaniyası burda düşərgə tikməyə başlayır. bunda sonra kiçik bir qəsəbə deyil insanın qanını donduran bir məkan olur. 4,5 milyon adamın, çoxu yəhudi olmaq üzərə az miqdarda polyak və nazilərin alt irq olaraq adlandırdıqlarının məzarı olan düşərgədir. \niş və yaxşı həyat vədləri ilə aldadılıb düşərgəyə gətirilən insanların çoxu (90%) gəldikləri ilk gün işləmək üçün yetərli olub olmadıqları təsbit edilən kimi iş qabiliyyəti olmayanlar (yaşlı, xəstə, uşaq, zəif) krematoriyalarda yandırılırdı. yandırılmamışdan əvvəl bir otağa salınıb xüsusi qaz ilə zəhərləndirilib sonra yandırılmışlar. yandıran, yandırmadan əvvəl saçlarını kəsən, yandıqdan sonra sümüklərini daşıyan da məhz öz aralarından işə yararlı olaraq seçilənlər imiş. bəlkə də qardaşı, arvadı, uşağı imiş. qazla zəhərləndirilmənin baha başa gəldiyini görən almaniya daha sonralar diri diri yandırtmağa başlayır insanları.\nbəlkə elə ilk gələn gün yandırılmaq daha yaxşı imiş. seçilənlər çəkəcəkləri işkəncədən xəbərsiz idilər. deməli gündə ən ağır şərtlərlə 10 saat işlədilib çox az qida qida qəbul edirmişlər. gəldikləri 2ci ayda çəkilərinin 60%ni itirirmişlər. və ortalama 6 ay içində onlar da xəstəlikdən, aclıqdan, işkəncədən ölüb yandırılırmışlar. \ndüşərgədəki işkəncələrə, hadisələrə sovet rusiyası son qoyub.\nsiyasi faktorları ortaya qatmadan az da olsa bilgi vermək istədiyim bu düşərgə, insanlıq tarixinin ən utanc verici dövründən bu günə qorunub muzey kimi saxlanılıb. bir gün yolunuz o tərəflərə düşsə mütləq gedin. insanın insana nələr edə biləcəyi ehtimalı beyninizi donduracaq.\n\nnot: italyan əsilli yahudi yazar primo levi o düşərgədə keçirdiyi günlərdən sonra yazdığı kitabında \"əgər auschwitz varsa tanrı var ola bilməz\" deyib." | |
}, | |
{ | |
"id": 280, | |
"title": " \n qulyabani ", | |
"content": "Mənşəyi tam olaraq bilinməyən mifoloji varlıq. Bir çox xalqın mifologiyasında (yunan, fars, türk, ərəb və s.) fərqli adlarla təsvir edilir. Türk mifologiyasında qulyabanı, quleybanı, alarvadı, alqarısı kimi adlandırılan bu varlıq böyük ölçülü, insanabənzər, pis iy verən, ayaqları tərs bir canlı kimi təsvir edilir. Deyilənlərə görə qulyabani gündüz qəbirlərdə gizlənir, gecələri xortlayıb çıxırmış. Gecə vaxtı səhra və meşələrdə gəzər, insanları qorxudarmış. Qulyabani yeni basdırılmış cəsədləri qəbirdən çıxarıb yeyərmiş. Bəzi mənbələrdə qulyabaninin rastlaşdığı insanlarla güləşdiyi, uduzarsa qaçaraq uzaqlaşdığı, qalib gələrsə güləşdiyi insana ölümcül xəstəlik yoluxdurduğu deyilir. Həmçinin bu varlıq gecələr çöllərdə səfərdə olan insanları izləyər, onlar yorulub yatdıqda yaxınlaşaraq qanlarını içərmiş. Azərbaycanda da qulyabanilərin çox yaxşı at sürdüyünə inanılırmış. Əgər qulyabani tutularsa və yaxasına sancaq vurularsa insanın quluna çevrilirmiş." | |
}, | |
{ | |
"id": 281, | |
"title": " \n mimo ", | |
"content": "Multiple Input Multiple Output\n\n\n \n \n\nötürücü və qəbuledici hissələrdə bir neçə antenna istifadə olunur. buna görə də eyni anda siqnalları qəbul etmək və ötürmək mümkündür. \nmimo sistemləri ötürücü və qəbuledici arasındakı siqnalların yollarını ölçür, bu da kanal (channel estimation) adlanır. LOS yayılmasında channel estimationda siqnalın yayılmasındakı maneələr nəzərə alınmır. (bax:rimp )də isə antenna dizaynı və mühit nəzərə alınır\nideal hallarda kanallar ortoqonal olmalıdır, antennalar yaxın yerləşdirilsə siqnallar sıza bilər(mutual coupling)" | |
}, | |
{ | |
"id": 282, | |
"title": " \n rimp ", | |
"content": "(baxma: Radio Interference Mitigation Plan)\nsiqnalların yayıldığı və maneələrin nəzərə alındığı mühitdir\n\nantennanın effektivliyi onun aldığı gücü necə yaxşı istifadə etməsi ilə xarakterizə olunur. effektivliyi iki şey azalda bilər\n1. ohmik itkilər - elektrik cərəyanı bir materialdan keçərkən istiilik şəklində itirilən enerjidir\n2. Mismatch - yük impendansı xarakteristik impendansa uyğun gəlməyəndə baş verir, mismatch itkisi 1- q^2 dir\nrimp mühitdə antennanın gücünü artırmaq üçün tipik yanaşmalar tətbiq olunmur. baza stansiyaların gücünü artırmaqla, siqnalları daha uzağa və daha çox cihaza göndərmək mümkündür. amma telefonda antenna gain-i artırmaq işə yaramır, çünki o statik olaraq bir yerdə qalmır.\nbu problemləri aradan qaldırmaq üçün rimp (meg) mean effective gain istifadə edir.\n\n\n \n \n\ne - total radiation efficiency\n\n\n \n \n\nz0 - yük impendansıdır, bunu hesablamaq üçün numerik simulyasiyalar istifadə olunur ya da antenada ölçmələr aparılır\nzl- xarakteristik impendansdır, mikrodalğalı tezliklərdə 50 omdur\ntelefonda isə iki cür antenna var:\nInverted-F \nPlanar Inverted-F Antennas \nitki bu hallarda da baş verə bilər:\n1. telefonun feed impendansı və antennanın yük impendansı uyğun gəlmir, siqnal geri qayıdır\n2. radioelektrik tezliklər pifadakı materialdan keçəndə enerjinin bir hissəsi istiliyə çevrilir" | |
}, | |
{ | |
"id": 283, | |
"title": " \n 4g vs 5g ", | |
"content": "4g-nin əsas komponentləri ran və epc hissələridir.\nran (radio access network) - ue (məsələn, telefon) və network arasında əlaqə üçündür. baza stansiyalar da bura aiddir.\nepc - epc şəbəkələrin idarə edilməsi və istiqamətləndirilməsi üçün mərkəzləşmiş sistemdir və özünün də daxilində bir neçə başqa komponentlər var. \nepc uzaqda yerləşdiyinə görə siqnalların mərkəzə ötürülməsi vaxt alır və gecikmə yarana bilir.\n5g - daha geniş spektrdə işləyir, daha yaxşı ötürmə qabiliyyəti var. 5g mərkəzləşmiş yox, modulyar formada qurulub, epc bölünərək ayrı komponentlərə ayrılıb, modullar da uyğun olaraq optimallaşdırıla bilər\n5g-də şəbəkə dilimlənə bilər, məsələn bir hissə yüksək bandwith tələb edən tətbiqlər üçün optimalllaşdırıla bilər ( streaming, gaming), digər hissə aşağı bandwith tələb edən tətbiqlər üçün ( iot). beləliklə şəbəkə resurlarından daha səmərəli formada istifadə olunur." | |
}, | |
{ | |
"id": 284, | |
"title": " \n friis ötürmə tənliyi ", | |
"content": "bu tənlik iki antenna arasındakı ötürülən güclə qəbul olunan gücü əlaqələndirir. (lamba\/4pr)^2 siqnalın yol boyunca nə qədər zəiflədiyini göstərir\ngr və gt izotropik sistemə əsaslanır.\nbu tənliyin dəqiq olması üçün ideal şərtlər ödənilməlidir\n1. antenalar maneəsiz şərtlərdə quraşdılımalıdır\n2. antenalar düzgün qütbləşdirilməlidir\n3. antenalar və ötürmə xətti arasında itki olmamalıdır\ntənlik narrow bandwith üçün nəzərdə tutulub.\nyerüstü rabitədə adətən bu şərtlər ödənmir, amma peyk rabitəsində bu mümkündür" | |
} | |
] | |
--- CHUNK 4 END --- | |
--- CHUNK 5 START --- | |
[ | |
{ | |
"id": 285, | |
"title": " \n pol tomas anderson və lars von trier ", | |
"content": "onların hər ikisi müəllif rejissorlarıdır. biri avropalı, digəri amerikalı. amma onların oxşarlıqları da az deyil. \"black book\" dərgisi bu iki böyük rejissoru bir araya gətirməyi bacarıb və anderson özünün ustası saydığı trierlə müsahibə alıb.\n\nlars von trier: – ən çox danışmadığım istədiyim şey varsa, o da aktyorlar haqqındadır. sizə bundan əvvəl də dediyim kimi, \"maqnoliya\" filmini çox bəyəndim. sizin aktyorlardan nələrə nail olduğunu görmək çox xoş idi. özümə aid nəsə bir bağlılıq gördüm bunda. siz demisiz ki, bu ona görədir ki, aktyorlarınızı çox sevirsiz.\npol anderson: – aha...\nlars von trier: – bu şokedicidir. siz onları sevirsizsə, necə birgə işləyə bilisiz?\npol anderson: – ...onlar öz sözlərini əzbərləyib, mənə deyirlər və...\nlars von trier: – və siz də \"hazırsız?\" sualı verirsiz.\npol anderson: – başladıq.\nlars von trier: – başladıq? və onlar öz sözlərini deməyə başlayırlar?\npol anderson: – gəlin, anladım. mən \"maqnoliya\"nı yazanda, düşüncəmdə aktyorları da nəzərdə tutmuşdum. bu bir üstünlük idi. aktyorlar məni qorxutmur. bilirsiz kim qorxudur? pis aktyorlar. yaxşı aktyorlarla işləmək, dahi bir musiqiçini dinləmək kimi bir şeydi. amma pis aktyorlarla işləmək dəhşətdir. onlar özlərini necə aparmasını, nə deyəcəklərini axtarırlar. və rejissor çəkiliş zamanı nəyəsə konsentrasiya olanda həmin pis aktyorlar əl-ayağa dolaşır, bütün fikirləri dağıdırlar. belə anlarda onları boğmaq istəyirsən. mənim bəxtim onda gətirdi ki, ilk işlədiyim aktyor filip beyker xoll kimi istedad idi. məncə siz də aktyorlarınızı sevirsiz...\nlars von trier: – (gülür)\nblack book: – siz demək istəyirsiz ki, aktyorları sevmək sizlik deyil, lars? yəni siz məsafə saxlayırsız daim?\nlars von trier: – mən bunu etməməyə çalışıram. amma yaxşı filmlə rejissor arasında duran şəxslər də məhz aktyorlardı. başqa cür etmək olmur. amma burda söhbət idarədən gedir. idarəsiz çəkmək istəyən heyvanlar aləmini çəkə bilər. idarə olunmadan çəkilən onlardı.\npol anderson: – amma hamıya aid deyil...\nlars von trier: – hə, hamıya aid deyil. kimisə idarə etmədən də nəticə almaq mümkündür. burda isə söhbət etibardan gedir. ona görə mənim işlərim rejissorluqdan çox oyunu xatırladır. var sadəcə aktyorlar və böyük hərfli aktyorlar. stellan (stellan skansqardı nəzərdə tutur) sadəcə aktyor ola bilməz.\npol anderson: eyni sözləri mən filip (seymur xoffman) və con si rayli haqqında deyə bilərəm. onlar da sadəcə aktyor deyillər. onlar mənim ailə üzvləridir.\nlars von trier: – hə və məhz onlar sənin ailə üzlərinə çevrildiyinə görə, sən artıq onların nələrə qadir olduğunu gözəl bilirsən. əmin kimi... sən bilirsən o nə edə bilər, nə yox. hərdən sənə elə yaxın ola bilər ki, sən ona şans verməzsən. bu da ədalətsizdir.\npol anderson: – bəs, rejissor asistenti, opeator və ya montajçıya aktyorlardan daha çox güvənə bilərsiz?\nlars von trier: – indi mən \"sinemaskop\" formatında çəkirəm və hər zaman böyük bir kamera ilə əlləşirəm. ətrafımda yüzə yaxın adam var və onlar: \"uğurlar!\" qışqırıb, yoxa çıxırlar. və biz 4 saata yaxın baş-başa qalırıq. aktyorlar və mən. ona görə mənim bütün fobiyalarım texnikalarla bağlıdı. ona görə məndə klaustrofobiya var. mən heç nə deməsəm, heç nə baş vermir. inanmazsınız – amma son dörd ay ərzində mən olduqca ağır krizis keçirirəm. mənim psixi dururum olduqca gərgindi.\npol anderson: – niyə? bu çəkiliş zamanı baş verir ya sonra? daha aydın izah edə bilərsiz bu halı?\nlars von trier: – əlbətdə ki, qanunauyğunluq mövcuddur. sən film çəkərkən bütün gücünü ona tükədirsən və ölümünü təsvir etməyə belə gücün qalmır. baden-puella sindromu yaranır. nə olur, olsun irəli-irəli getmək istəyirsən. qarşıdakı günləri, həftələri yada salıb, vaxtın qalması ilə təsəlli tapırsan. mazoxizm yaranır. sənə çətindi... amma davam edirsən, davam edirsən... ağrılardan həzz almağa başlayırsan. amma bitməsə işinə görə ölə də bilərsən.\npol anderson: – yazanda bunları təsvir edə bilirsiz? indi nəsə yazırsız?\nlars von trier: – yox, yox. indi mən nikolu (nikol kidman) gözləməkdən pərişan haldayam. əsasən mən ssenari yazanda bunu tez bir zamanda edirəm. amma indi artıq yarım ildir ki, mən onu gözləyirəm... və hər şey çox dəhşətlidir. və bu filmə görə deyil. ölümdən qorxmağa başlayanda tüfürürsən filmə, onu qəbul edib-etməyəcəkləri, orda kimin çəkiləcəyi düşüncələrinə. sadəcə kino üzərində işləmək – bu əhvalı yüksəltmək, öz sistemindən çox şeyi atmaqdı.\nblack book: nikolu gözləmək deyəndə nəyi nəzərdə tutursuz?\nlars von trier: – biz nikolla çoxdan bir qərar vermişik ki, birgə işləyəcəyik. amma artıq yarım ildən çox vaxt keçib, amma mən hələdə onun qrafikasında boş vaxtın olacağını gözləyirəm. başqa film çəkə bilmərəm bu halda. çünki, trilogiyamı tamamlamalıyam. və hər üç filmində eyni aktrisa oynamalıdır.\npol anderson: – \"doqvil\" ideyası hardan yarandı? nə vaxt yazdız? bilirdiz nələr olacaq...\nlars von trier: – yox. mən onu tamamladım və alındı. və mən çox sevindim ki, alındı. nikolu çox bəyəndim. ya da onun qəhrəmanı qreysi. çünki, işlədiyim bütün qəhrəmanlardan bir az daha aqressiv, bir az daha insan idi.\npol anderson: – bir dəqiqə anlamadım. siz qəhrəmanı nəzərdə tutursuz ya aktrisanı?\nlars von trier: – (uzun fasilə) o bir az daha çox insaniyəti olan qəhrəman, bir qədər az insaniyəti olan aktrisadır. amma mənim qreysin nikol qarışığı ürəyimcə oldu. və mən anladım ki, məhz qreyslər davam etməliyəm, çünki, açarı tapmışdım. mən bu filmlə nəsə demək istəmişdimsə, davam etməli idim. çünki, mənə görə iki cür rejissor var: hansılar ki, hər dəfə yeni nəsə təqdim edirlər. məsələn kubrik kimi. və hansılar ki, eyni standartan, mövzudan kənara çıxmadan çəkməkdən bezmirlər. məncə əsl rejissor eyni standartdan əl çəkməyəndi.\npol anderson: – bir neçə il sonra siz tamam başqa şey deyəcəksiz...\nlars von trier: – icazənizlə mən yenə bayaqkı mövzuya qayıdım... mənə nikolun qeyri insani naturası çox xoşdur. bilmirəm \"qeyri insani\" sözü nə qədər uyğundur. bilirəm, bu söz bir qədər kobud səslənir, amma mən tamam ayrı məna nəzərdə tuturam. o həddindən çox intizamlı, ustalıq səviyyəsi zirvədə olan biridir. və belə bir meqa ulduzu bir qədər əymək ideyası əla idi. nəticə baxımından biz onun professionallığından, ustalığından sui istifadə etdik. o bunu bilərək razı oldu. hədər olmadı işimiz.\nblack book: o böyümək istəyir...\nlars von trier: – hə, çox istəyir – o çox, çox, çox casrətlidir bu baxımdan. çox... həddindən çox istəkli və cəsarətli. əsl böyük aktyorlar kimi. mən ona görə üçlük etmək istədim. amerikanı anladan üçlük.\npol anderson: – lars, mən nə edim ki, sizi amerikaya gətirə bilim?\nlars von trier: – bütün avropanı nüvəli qışa çevirin. (gülür)\npol anderson: – yaxşı edərəm. mən nə desəz edərəm.\nlars von trier: – qulaq asın, mən axı amerikalıyam.\npol anderson: – nə mənada?\nlars von trier: – mən artıq ordayam. mən amerika həyatında iştirak edirəm.\npol anderson: – doğurdan? (gülür)\nlars von trier: – mən dəqiq bilirəm orda vəziyyət necədir. burdakı kimi. siz bilirsiz axı, amerikanlar nə vaxtsa avropalı olublar. ən yaxşı halda mənim rahat ünsiyyətdə olduğum amerikalılar. və onlar yəqin ki... yox, bu haqda danışmasan yaxşıdır.\npol anderson: – danışın, danışın. xahiş edirəm.\nlars von trier: – amerikaya köçənlərin çoxusu ağıllı olmayıblar. (gülür) yox, qulaq asın. pozun bunu xahiş edirəm. bir çox hekayələr var ki, insanlar amerikaya aclığa görə köçüblər. amma liberal cəmiyyətdə aclıq olmayan yerə köçmək normal prinsiplər çərçivəsindədir. və əsas ideya da elə bundadır. amma artıq insanların buna icazəsi yoxdur. indi yemək olan yerlərə köçmək yaxşı ideya sayılmır. amerika da sərhədlərini bağlayıb, düzdür? amma nə vaxtsa amerikanın üstünlüyü elə hamını buraxması idi. danimarkaya inteqrasiya – çox ciddi bir şeydir. gələn kimi səndən soruşurlar: \"danimarkalı olacaqsan?\" \"hə, əlbətdə, hə\"... elə o anda sizi arxadan güllələyirlər. inteqrasiya üçün dili, milli adətləri, ov etməyi – heyvanlara incitmədən öldürmək və s. bilməlisən. deyirlər ki, bizi gəlib ziyarə edənlər mütləq dil bilməlidir. qurban olum, bəsdirin. bu ki, skandinaviya modelidir... insanları cəmiyyətə inteqrasiya edirlər ki...\nblack book: – ayağa qalxmağa kömək olsunlar.\nlars von trier: tamami ilə doğrudur. amma burada özünə güvən hissi böyükdür! mən nyu-yorkda heç vaxt olmamışam, amma mənə çaynataun ideyası çox xoş gəlir. məncə bu əla ideyadır.\npol anderson: – bilirsiz lars, mən \"doqvil\"ə baxanda onu amerikaya bənzətmədim. mən onda daha çox balaca şəhərin mentalitet sıxıntısını gördüm. və sona qədər ağlımın ucundan da amerikaya oxşarlıq keçmədi.\nlars von trier: – mən sizinlə tamami ilə razıyam. amerika mövzusunda yeganə oxşarlığı mən pozitiv atmosfer yaratmağa çalışmaqla etdim. mark tven və steynbeklə oxşarlığım məhz buna görədir.\npol anderson: – bir dəqiqə. ola bilməz! mən də artıq bir ildir ki, steynbekin təsirindəyəm. çox oxuyursuz onu?\nlars von trier: – cavanlıqda, hə.\npol anderson: – onun \"amerika və amerikalılar\" hekayə toplusu kitabı var və çox gözəl kitabdır. mən onu sizə oxumağa vermək istəyərdim. orda bəzi məqamlar sanki \"doqvil\"dən götürülüb. son illərdə bu mənim üçün çox vacib idi. o vyetnamda döyüşüb və gördüklərini qələmə alıb. romantist olması ilə yanaşı həm də amerika tarixinin ən güclü jurnalist və yazıçılarından biridir.\nlars von trier: – mən onu elə də çox oxumamışam. mənə elə gəlirdi ki, kadr arxası tekst çox amerikasayaq idi. amma sonradan bir çoxları bunun belə olmadığını dedilər.\npol anderson: – məncə tekst britaniyasayağıdır.\nlars von trier: – o britaniyasayağı deyil. mən bu haqda con hertlə də danışdım. o da eyni sözləri dedi. sadəcə britaniya və danimarka qarışığı bir şeydir ki, amerikasayağı olması üçün çalışılıb.\npol anderson: – filmin sonunu \"young americans\" musiqisi ilə bitirmək ideyasına necə gəldiz?\nlars von trier: – pol bettani və mən devid bouinin əsl fanatı idik. və çəkiliş günlərinin birində meydançadakı sönüklüyü görüb, bu musiqini qoşduq. hamı rəqs etməyə başladı. mənə həmişə bu melodiya xoş gəlib, sözlərini isə anlamıram... bu günə qədər də anlamıram. (gülür)\npol anderson: – amma mən \"young americans\"ı anlayıram!\nlars von trier: – mən düşünürdüm ki, onun sözlərində \"bütün gecəni o gənc amerikalı idi\" oxunur, amma əslində \"bütün gecəni o gənc amerikalı arzulayırdı\". bu isə əməlli-başlı fərqli şeylərdi. (gülür)\nsöhbətin bu yerində pol andersona zəng gəlir və onun təcili nyu yorka gəlməsi xəbəri verilir.\nlars von trier: – narahat olmayın.\npol anderson: – mən narahat deyiləm. sizə elə gəlir ki, mən narahatam? lars, mən indi sizinlə əyləşmişəm və siz mənim qəhrəmanımsız. necə narahat ola bilər bu vəziyyətdə insan?\nlars von trier: – buşla (corc buş-dan söhbət gedir) əyləşsəz də narahat olmayacaqsız?\npol anderson: – corc buş sizi ağ evə dəvət etsə dəvəti qəbul edib, gedərsiz?\nlars von trier: – təyyarədə bu düşüncə ilə uçmaq çox narahat olar.\npol anderson: – biz sizə kömək edərik.\nlars von trier: – əgər corc məni ağ evə gətirtmək istəsə, o bunu bacaracaq.\npol anderson: – baxın məsələn bir gün corc sizə zəng edib, desə ki, \"lars, istəyirəm siz ağ evə gələsiz və biz sizin etdikləriniz haqda danışaq\"... getməzdiz?\nlars von trier: – ee... yox (gülür) bəs siz?\npol anderson: – əlbətdə. mən eşitmişəm ki, \"buqi stili gecələr\" filmi klintonun xoşuna gəlib. sonradan \"maqnoliya\" filminin də kopyasını istəyiblər. və mən buna çox sevindim.\nlars von trier: – biz deyəsən \"dalğaları yararkən\" filmini göndərmişdik.\npol anderson: – ağ evə?\nlars von trier: – klintona ya onun qızına və daha bir neçə qohumuna. axı onlar video mağazalarına gedə bilmirlər. ağ evdən çox uzaqdı oralar.\npol anderson: – bilmirəm, amma mən eşitdiyimə görə klinton gecələr \"mak donalds\"a gedirdi, məsələn. məncə o sadəcə evdən çıxmaq üçün bəhanə axtarırdı.\nlars von trier: – amma buşla müqayisədə klinton daha yaxşı oğlan idi, hə? məsələn o saksafonda ifa edə bilirdi.\npol anderson: – o saksafonda ifa edir, ətək arxasınca qaçırdı. amma məhz belə bir insanı prezident kimi görmək xoş idi.\nblack book: – belə bir sual vermək istəyirəm. pol, bir amerikalı kimi sizin üçün amerika nə deməkdir?\nlars von trier: – əla! bəsdirin, əşi! sizin üçün danimarka nə deməkdir? sizin böyük silahları olmayan, necə də gözəl ölkəniz var.\npol anderson: – mən onu sevirəm. mən onu sevsəmdə, dünyada sevdiyim yerlər də həddindən çoxdur. mən ona olan sevgimdə azadam. mən kaliforniyada doğulmuşam və oranı sevirəm. o yaxın illərə qədər olduğu kimi qalmışdı... arnold şvarszeneqer dövrünə qədər. nyu yorku da sevirəm. ona görə ki, təyyardən enən kimi, kök insanlar görürsən. və bir də hamı burdadı.\nlars von trier: – bu indi nə deməkdir?\npol anderson: – o deməkdir ki, bu hisslər insana rahatlıq verir. amerika ilə fəxr etmirəm. amma görürsən ki, hamı burda, gözünün qabağında bütün dünya insanları kimi eyni məqsəd uğrunda mübariə aparır – bir damcı xoşbəxtlik tapmaq üçün.\nlars von trier: – hə, bununla razı olmamaq olmaz.\npol anderson: – bu yaxınlarda mən xorvatiyada oldum. orda çox gözəl bir deyim var: \"burda hər küçənin öz idarə edəni var və bizdə 87 siyasi partiya var.\" eyni şeyi mən amerika haqqında da deyə bilərəm. mən həmişə hökümətin və bütün güclü dövlətlərin əleyhinə olacağam. həmişə!\nlars von trier: – amma deyirlər ki, mən amerikalı olmasam da amerikanı yaxşı istiqamətdə dəyişməyin yollarını amerikalılardan daha yaxşı bilirəm. bundan böyük axmaqlıq eşitməmişəm. bu təkcə sərhədlər və millətçiliklə əlaqəli deyil, eləcə də siyasi, baza prisiplərini dərindən bilmək deməkdir ki, insanların rifahı üçün nə etmək mümkündür.\npol anderson: – niyə filminizi \"doqvil\" adlandırdız?\nlars von trier: – biz vinterberqlə konslagerlər haqqında müzakirə edirdik. və hər şey o dəqiqə amerika üzərində toplandı (gülür). yox, biz konslagerlərdəki, ciddi intizam haqqında danışırdıq. bildiyimə görə orda insanları heyvana çevirərək, intizam teoriyası yaratmaq mövcud imiş. onları heyvana çevirərək idarə etmək daha asandı. insanları heyvana çevirmək əslində çox asandı: ona istədiyini etməyə şərait yaratmaq kifayətdir. bu konslagerlərin əsas strateqiyası idi. sonra biz itlərdən danışdıq və mən dedim ki, filmi nəsə \"vil\"lə əlaqələndirməliyik.\npol anderson: – demək bir neçə səbəb var.\nlars von trier: – (gülür) az deyil. mənim vəziyyətimdə ən təəcüblüsü odur ki, amerika haqqında olduqca çox bilirəm. 80% kiv-dən aldığım amerika haqda informasiya, 80% qəzetlərdən oxuduğum amerika, 80% televiziyaların göstərdiyi amerika. təsvir edirsiz?\npol anderson: – məgər digər ölkələrdə fərqlidir?\nlars von trier: – eyni şeydir. amma bu mənim bir hissəmin amerikaya çevrilməsindən xilas etmir. mən istəsəm də, istəməsəm də. yaxud, istəsəz də, istəməsəz də amerika mənim bir hissəmə çevrilir. və bu da danışdıqlarıma haqq qazandırır. lənət şeytana! mən amerika haqqında danimarkadan daha çox eşidirəm.\npol anderson: – əla!\nlars von trier: – mən \"maqnoliya\" filminə baxdım. düzün desəm özümə aktyor seçmək üçün, amma filmi çox sevdim. o çox avropasayaqdır. hərçənd ki, son zamanlar mən avropa filmlərini sevməməyə başlamışam. onlar amerika havasına giriblər. amma təbii ki, bu zövq işidir. hər kəs öz istədiyi kimi çəkib, həzz almağı bacarmalıdır. \"maqnoliya\" filmində də bu cür olduğuna əminəm. özünü sevindirmək gözəl bacarıqdır.\npol anderson: – güvəndiyim insanlar barmaq sayı qədərdir. əgər mən film çəkirəmsə, bunu heç şübhəsiz ilk növbədə özüm üçün edirəm. amma elə insanlar var ki, istəyirəm filmlərimi onlara da izlədim və onlar da bəyənsinlər. bəyənməsələr də pis deyil. çünki, filmdən çözmədikləri \"niyə\", \"nə üçün\" sualları onları nigaran qoyacaq və rahat buraxmayacaq. bu isə əladır.\nlars von trier: – ilk filmimi andrey tarkovskinin izləməsi mənim üçün oduqca vacib idi. və onun heç xoşuna gəlmədi (gülür). o dedi ki, bu başdan sona cəfəngiyatdır. həmin film \"cinayət elementi\" idi. necə axı o bu filmi bəyənmədi!\nblack book: – siz nə hiss etdiz?\nlars von trier: – o an sanki böyüdüm. amma daha bir şey desə idi, ona olan indiki sonsuz hörmətim olmazdı. kinonun problemi ondadır ki, yaxşı rejissorlar var, hansılar ki, ya zamanla öz istedadını itirir, ya da ölürlər. ya da hər ikisi birdən.\npol anderson: – siz izlədiyiniz filmlərin adlarını xatırlamaqda çətinlik çəkirsiz? mən hə. yalnız bəyəndiyim filmlərin adları yadımda qalır. \"dalğaları yararkən\" filmini xatırlayıram. o filmi izlədiyim gün \"buqi stili gecələr\" filmini montaj edirdik. axşam tək oturub, bu filmə baxdım. və sanki, gecənin qaranlığına günəş doğdu.\nlars von trier: – bu ona görədir ki, biz filmləri bütövlüklə bəyənmirik. hamı kimi izləmirik. ona görə heç nə anlamırıq. elə sevdiyim filmlər var ki, ilk izlədiyim zaman qəti bəyənməmişdim.\npol anderson: – məsələn hansı?\nlars von trier: – məsələn \"barri lindon\" (stenli kubrikin filmi). bu çox qəribə filmdir.\npol anderson: – o filmi ilk dəfə izləməyə başlayanda düşündüm ki, çox ciddi filmə baxacağam. amma sonradan \"lənət şeytana, bu çox gülməlidir\" dedim. eyni sözləri mən \"doqvil\" haqqında da dedim. filmi əvvəldən anlamayanda ona olan münasibət tamami ilə fərqli olur.\nlars von trier: – mən bu haqda nikolla da danışdım. o da kubriklə bu haqda danışdığını dedi. stenli özü bu filmini sevməyib. və onun çox uzun olduğunu da bildirib.\nblack book: – o elə hesab edib ki, film çox uzundur?\nlars von trier: – qulaq asın, o son səhnə var, hansı ki, o öz imzasını qoyur. yarım saata qədər çəkir həmin epizod, düzdür? o sadəcə öz adını yazır, amma bu yarım saat vaxt aparır. o əgər bu filmi uzun sayırdısa mən bu filmdən kəsməli çox kadr tapa bilərəm.\npol anderson: – di, di-di-di-di, di-di-di, di-di-di (filmdən musiqini xatırladır). siz onunla nə vaxtsa qarşılaşmısız? ona görə soruşuram ki, məsələn mən nikolla tanış olanda onu da görmüşdüm. filmimin ssenarisini özüm yazdığımı öyrənməyənə qədər məndən zəhləsi gedirdi. amma öyrənəndən sonra mənə olan münasibəti dəyişdi. yəni rejissorsansa \"rədd ol, get burdan\", yazarsansa \"həə, bu başqa məsələ\".\nlars von trier: – mənə doğma olan daha bir film var – \"maral ovçusu\"\npol anderson: – ilk çıxan zaman baxmısız ona?\nlars von trier: – mən ona 10 dəfədən çox baxmışam.\npol anderson: – doğurdan? bəs sonra hansı filmləri deyə bilərsiz?\nlars von trier: – rejissorları pazolini, antonioni olan bir çox köhnə italiya filmlərini sadalaya bilərəm. əsas odur ki, sən əsl kinonun mahiyyətini dərk etməyə başlayırsan. mən bunu hersoq və vim venders filmləri ilə dərk etdim. amma fransa yeni dalğası ilə maraqlanmaq üçün gec idi. kinoda qəribə bir sual var – nə qədər açıqsan kinoya? amma çox davam etmir. 5 il, bəlkə də bir az artıq bir müddət.\nblack book: – bəs sizin, pol, öz \"maral ovçunuz\" var?\npol anderson: – hə. ilk ağlıma gələn \"çənələr\"di.\nlars von trier: – \"çənələr\"? mən bu filmi izləməmişəm.\npol anderson: – \"çənələr\" filmi mənim üçün olduqca vacib bir film oldu. mənim atam los-anceles televiziyasında diktor peşəsində işləyirdi. bir gün o evə videomaqnitafon, \"oz ölkəsinin sehrbazı\", \"monti payton\" və \"çənələr\" filmlərinin kopyasını gətirdi. mən bu filmləri dəfələrlə izləyə bilərdim. sonra illər keçdi... bayaq dediyim kimi, müxtəlif filmlərə baxdım. həmçinin \"dalğaları yararkən\" filminə. amma qəribədir... məhz bu filmi mən kopya edə bilmədim. olduqca saf qəbul etdim bu filmi.\nlars von trier: – hesab edirsiz ki, \"dalğaları yararkən\" belə təmiz filmdir?\npol anderson: – deməyin mənə bu haqda. deməyin! eşitmək istəmirəm.\nlars von trier: – yox, o yaxşı niyyətlə çəkilmişdi. amma təmiz adlandıra bilmərəm mən o filmi. mənim üçün bu çətin mövzudur. çünki, bizim evdə baden-pauell mövzuları qadağan idi.\npol anderson: – sizin evdə qadağan olan nə idi?\nlars von trier: – baden-pauell. məhz o əsgərləri tərbiyələndirmək olarsa, uşaqları da mümkündür. ona görə din, tərbiyə, möcüzə və s.. bu mövzular mənə təsir etmirdi. filmi mən amerikasayağı sayıram (gülür).\nblack book: – ssnarini yazmağa nə qədər müddət lazımdır?\nlars von trier: – 3 həftə.\npol anderson: – 3 il.\nlars von trier: – bu ona görədir ki, mən arxaya boylanmağı sevmirəm. ona görə hər şeyi çəkiliş meydançasında etməyi sevirəm. siz isə aktyorlarınızı sevirsiz.\npol anderson: – məncə siz də gizlin də olsa aktyorlarınızı sevirsiz." | |
}, | |
{ | |
"id": 286, | |
"title": " \n bitkilərin yaddaşı ", | |
"content": "bəli, bitkilərində yaddaşı var! \nyaddaş deyəndə nəzərdə tutulan, ətrafa verdikləri reaksiyalar və onunla uyğunlaşmalarıdır. zaman-zaman özlərini qorumaq üçün müəyyən taktikalar yaradır və bunları gücləndirirlər. bir az dərinə getsək, bu yaddaş iki faktorla müəyyən olunur: kimyəvi və genetik.\nbitkilər hər hansı bir \"təhlükə\" ilə qarşılaşanda kimyəvi siqnallar buraxır. yəni kimyəvi maddələr istehsal edir, məsələn, alkaloidlər, saponinlər, jasmonat və salisilik asidlər. bu kimyəvi maddələr gələcəkdə oxşar hücumlara qarşı daha tez və effektiv cavab verilməsini təmin edir. nəticədə, bitki bu kimyəvi siqnallarla öz mühafizə sistemini inkişaf etdirir.\nkimyəvi yaddaşın ətraf mühitlə əlaqəli olduğunu gördük. amma uyğunlaşma, yəni adaptasiya qismi də var ki, buna da genetik faktorlar cavabdehdir. bitkilər soyuq hava şəraitinə uyğunlaşmaq üçün genetik strukturunu dəyişir. bu dəyişikliklər bitkilərin dnt-sində baş verən dəyişikliklərdir hansı ki, nəsillərə ötürülə bilər. gələcək bitki nəsli bu mühit şəraitinə daha yaxşı uyğunlaşa bilər. və hop, siz epigenetik dəyişikliklərin nə olduğunu öyrəndiniz.\nindi isə sizə bitki yaddaşına aid sadə bir misal: \"küsən çiçək\" (mimosa pudica). toxunduqda bükülür və \"küsür\". bu, onun ətraf mühitə reaksiyasıdır və eyni zananda bu mühit dəyişikliklərinə uyğunlaşma qabiliyyəti onun yaddaşının bir göstəricisidir.\ndaha bir nümunə pomidor və sarımsaq bitkiləridir; zərərverici hücumu zamanı bu bitkilər kimyəvi siqnallar, əsasən, \"alilsulfid\" qazını yayaraq qonşu bitkiləri xəbərdar edir. məktəbdə müəllim gəlir deyən uşaq kimi -*\nyekunda bu yaddaş ilə uzun müddət özlərini qoruya bilir, ətraf mühitlə daim əlaqədə olurlar." | |
}, | |
{ | |
"id": 287, | |
"title": " \n oneitis ", | |
"content": "Özünü bir qadına obsessiv dərəcədə bağlayan kişilərin düşdüyü sindromdur. Sindromun yaranmasının dərinliyinə getsək, bunun səbəbkarının valideynlər və media olduğunu görmək olar. Uşaqlıqdan oğlanlara bütün qadınların mələk olduğu, səbr edib bütün uğurları əldə etdikdən sonra isə həmin mələyin \"özünün ona gələcəyi\" fikri beyinlərinə yeridilib. Halbuki bu ən böyük mifdir. Bu mifologiyanın bir hissəsi də türklər demiş \"ruh eşi\" yalanıdır. Kimsə bilərəkdən və ya bilməyərəkdən bu söhbəti açsa sizə mifi satır. Tək, bir, ruh eşi ya da adına hər nə deyirsinizsə deyin, boş söhbətdir. Çöldə sizin və mənim üçün bir çox xüsusi insan var. Əmin olun ki, tək deyil. Sadəcə ruh eşi ölən və ya ondan ayrılıb həyatına davam edən, yenidən evlənən insandan soruşsanız bəs edər. xülasə odur ki, kef edin, bir adama ilişib qalmayın, həyatınızı çürütməyin. entryni sevdiyim bir aforizmlə bitirirəm: \"There are some good ones and there are some bad ones, but there is no one\"." | |
}, | |
{ | |
"id": 288, | |
"title": " \n charlotte gainsbourg ", | |
"content": "(baxma: Şarlotta Gensbur)\n\nbu aktrisa haqqında təzə bura gələndə də başlıq açmışdım amma 6 oktyabr faciəsinin qurbanı oldu. olsun yenə yazarıq yox da yenidən yazdıran aktrisadan çox qadındır. charlotte ilə ilk tanışlığım trierin Nymphomaniac filmi ilə başlayıb. o filmdən sonra o qədər sevmişdim ki, bu qadını işdə oturub film siyahısını tutub 23 filmin 23nə də baxmışdım. əvvəl filmlərə rejissor-rejissor (yəni bir rejissor seçib onun bütün filmlərinə baxırdım) baxırdımsa, charlottedan sonra filmlərdəki aktrisalara və ya aktyorlara görə baxmağa başladım. \n\ncharlotte rejissor, aktyor, müğənni Serge Gainsbourgin və aktrisa Jane Birkin qızıdır, ki bunu da hamımız bilirik. aktyorluq fəaliyyətinə 1984-cü ildə çəkilən \" Sözlər və musiqi\" filmi ilə başlayıb.\naktrisalıqla yanaşı həm də müğənni olan charlotte \" just like woman\", \" hey joe\", \" voyage\" və s mahnıların ifaçısıdır. çox güman səsinin olması atasından, gözəlliyi anasından keçmədir. atasıyla rəqs edə-edə ifa etdiyi Charlotte for Ever mahnısı ən sevdiklərimdəndir. ayrıca \" Charlotte for Ever\" adlı filmin rejissoru elə serge gainsbourgdur. \n\nFilmoqrafiya\n\n Sözlər və musiqi (1984) \/ Paroles et Musique\nƏdəbsiz qız (1985) \/ L’Effrontée\nƏbədi Şarlotta (1986) \/ Charlotte For Ever\nTəşəkkür, həyat (1991) \/ Merci la vie\nSement bağ (1992) \/ The Cement Garden\nAşiq (1992) \/ Amoureuse\nCeyn Eyr (film, 1996) \/ Jane Eyre\nSevgi və s. (1996) \/ Love etc.\nMilad piroqu (1999) \/ La Bûche\nSəfillər (2000) \/ Les misérables\nFeliks və Lola (2001) \/ Felix et lola\nMənim arvadım aktrisadır (2001) \/ Ma femme est une actrice\n21 qram (2003) \/ 21 Grams\nLemminq (2005) \/ Lemming\nBiri gedir, o biri qalır (2005) \/ L’un reste, l’autre part\nYuxu elmi (2006) \/ La Science des Rêves\nSubay qalaraq necə evlənməli? (2006) \/ Prête-moi ta main\nMən orada yoxam (2007) \/ I’m Not There\nAntixrist (film, 2009) \/ Antichrist\nAğac (2010) \/ The Tree\nMelanxoliya (2011) \/ Melancholia\nNarahat etməyin (2012) \/ Do Not Disturb\nNimfoman (2013) \/ Nymphomaniac)\n\nson olaraq bir dostumun charlotte haqqında dediyi fikri paylaşım. \"Sənət əsəridir bu qadın; zəyif aktrisa, zəyif ifaçıdır, lakin tanrı üzünün, gözlərinin və əllərinin gözəlliyi, dərinliyinə görə onu bağışlamaq gücündədir\". əl-qərəz aktrisalıqdan çox qadının dibidir." | |
}, | |
{ | |
"id": 289, | |
"title": " \n thomas malthus ", | |
"content": "charles darwinin təsirləndiyi şəxsiyyətlərdən biri. bildiyimiz kimi malthus əhalinin həndəsi silsilə, resursların isə ədədi silsilə ilə artdığını yazmışdır. darwin isə buna istinadən bildirirdi ki, insanlar daim təbii resurlardan çox artacaq lakin təkamülə daha tez uyğunlaşacaq növlər həyatda qalacaq. düzdür müasir dünyada həyat şəraitimiz dəyişib və biz cəngəllikdə, meşədə yaşamırıq və digər vəhşilərlə mübarizədə olmaq məcburiyyətində deyilik, lakin hələ də təbii seçmə öz işini görür. təbii seçmənin ən yaxşı izahını darvin tovuzquşlarında verirdi. bildiyimiz kimi təkamül insanın ətraf-mühitə uyğunlaşmasını təmin edir ya da insan ətraf-mühitə uyğunlaşaraq təkamül edir. *\ntəbiət mükəmməl deyil və istisnalar var \n lakin erkək tovuzquşlarında daha parlaq və daha böyük qanadları olan növləri hələ də mövcuddur. bu qanadlar onların hərəkətinə,qaçmasına maneə törədir və daha tez ovlanmasına səbəb olur, lakin bu qanadlar nisbətən qısalmamış. bu növ seçmə həyatda qalmaya görə yox məhz təbii seçməyə görə baş vermişdi çünki dişilər daha parlaq və böyük qanadlı erkəkləri seçmişlər." | |
}, | |
{ | |
"id": 290, | |
"title": " \n maltus nəzəriyyəsi ", | |
"content": "Məşhur ingilis iqtisadçı, əhali artımı və onun doğuracağı nəticələr üzrə çalışan sosial sahə alimi Tomas Robert Maltusun adı ilə bağlı olan konsepsiya. Tomas Maltus Kembric universitetini bitirərək ruhani adını almış və keşiş kimi fəaliyyət göstərmişdir. Bu illərdən başlayaraq maltus özünün pessimist nəzriyyələrini formalaşdırmağa başlamışdır. Onun sosial nəzəriyyələri sənaye inqilabı zamanı öz populyarlığını itirsə də, hal-hazırda öz aktuallığına yenidən qovuşmuşdur. Belə ki, “Time” jurnalı Maltusa haqq qazandırmaqla yanaşı onu peyğəmbər adlandırmaqdan belə çəkinməmişdir. Adıçəkilən sosial nəzəriyyələr maltusun ən məşhur kitabı olan “an essay on the principles of population” əsərində boy göstərib. Maltusun fikrincə, dünya əhalisi üzərində nəzarət zəruridir. Nəzarətin olmaması isə bəşər övladının sonunu gətirəcək. Maltus bu hipotezinə dayaq olaraq dünya əhalisi və yaşayış resurslarınının artımını göstərir. Belə ki, onun nəticəsinə əsasən, dünya əhalisinin artımı həndəsi silsilə üzrə baş verir (2,4,8,16,32,64). Onlara lazım olan yaşayış resurlarının artımı isə ədədi silsilə üzrə baş verir (2,4,6,8,10,12). Buna görə də, müəyyən müddət intervalında əhalinin sayını azaltmaq, yaxud dövlətin əhalinin artımına nəzarəti vacibdir. Maltus gec evlənmək və az uşaq sahibi olmaq kimi ideyaların qanun kimi qüvvəyə minməsinin tərəfdarı idi. Həmçinin o, epidemiya və müharibələri zəruri hesab edir, döyüşə gedən generallara qibtə edir, xəstəliklərin çarəsini tapan alimləri isə qınayırdı. İnsanların qurtuluşunu məhvində görən maltus təklif edirdi ki:\n\n“Yoxsul çevrələrə təmizliyi tövsiyə etməyin əvəzinə, onları buna zidd olan vərdişlər yönündə cəsarətləndirməliyik. Şəhərlərimizdəki yolları daha dar etməli, evləri daha izdihamlı yerlərə çevirməli və vəbanın yayılması üçün səy göstərməliyik. Çöllüklərdə kəndlərimizi durğun su kənarlarında tikməli, məskunlaşmanın bataqlıq sahələrdə və zərərli şərtlərlə də olsa, edilməsini təşviq etməliyik. Ancaq hər şeydən kənar, zərərli xəstəliklər üçün alınan xüsusi tədbirləri və bəzi xəstəlikləri kökündən yox etmək üçün layihələr təşkil edib insanlığa xidmət etdiklərini düşünən xeyriyyəçiləri (ki, bu insanlar səhvə yol vermişlər) qınamalıyıq.” \n\t\nMaltusun fikirləri XIX əsrdə populyar nəzəriyyələrdən biri olmuşdur. Maltusun davamçıları (maltusçular) onun proqnozlarını doğru hesab edirdilər. Lakin XIX əsrdə olan sənaye inqilabı ərzaq bolluğuna səbəb olmuş, qiymətlər ucuzlaşmış və avropada aclıq aradan qalxmışdı. Buna görə də, onun tezisi bir çoxları tərəfindən (bunların içində karl marks və fridrix engel kimi adlar da var idi.) əsassız iddia adlandırılmışdı. Tənqidçilər bunun səbəbini maltusun sənaye inqilabı və onun gətirəcəyi məhsuldarlıq artımını proqnozlaşdıra bilməməsində görürdü. XX əsrin əvvəllərində maltusun fikirləri artıq öz əhəmiyyətini itirmişdi. Texnologiyanın inkişafı ilə ərzaq ehtiyatı daha da artmışdı. Buna baxmayaraq, bu dövrdə də maltusun davamçılarına (neo-maltusçular) rast gəlmək mümkün idi. Neo-maltusçular isə ərzaq bolluğunun səbəbini texnologiyanın inkişafı ilə əlaqələndirir, və texnologiyanın insanlara olan köməyinin məhdud olduğunu bildirirdilər. Çox keçmir ki, XX əsrin 60-cı illərində baby boom baş verir və dünya populyasiyasında güclü artım müşahidə olunur. Ərzaq ehtiyyatı azalmağa doğru gedir. Neo-maltusçular isə “Təbiət öz qisasını alacaqdır. Belə iş olmaz. İnsanlar dovşan kimi artır və təbiəti bütün resurslardan məhrum edirlər.” bəyanatı ilə bütün dünyanı xəbərdar etməyə çalışırdılar. \n\nMüasir dövrdə olan xəstəlik və müharibələrdə neo-maltusçuların əli olduğu güman edilir. Çünki, onların fikrincə, insan artımı ya böyük faciəyə səbəb olacaq, ya da təbiət bunu requlasiya etmək üçün müəyyən vasitələrdən istifadə edəcək. Tomas Maltusun öz sözü ilə desək, “Əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcək.” Hal-hazırda bütün dünyanı əlinə alan koronavirus epidemiyasının neo-maltusçular tərəfindən törədildiyi, yaxud təbii proses olduğu sual altındadır. Lakin hər iki halda da maltusun dedikləri baş verir." | |
}, | |
{ | |
"id": 291, | |
"title": " \n from up on poppy hill ", | |
"content": "bu sifarişi verən: haumea\n *hayao miyazaki*nin oğlu *goro miyazaki*nin rejissoru olduğu anime. 2011-ci ildə *studio ghibli* tərəfindən ekranlara çıxarılıb. \n\n--spoiler--\nUmi'nin kapitan atası koreya mühararibəsində vəfat edib, anası isə professordur. Umi bir gün atasının evə qayıdacağı ümidi ilə hər səhər *flama*lar qaldırır. \nHəmçinin Məktəbdə köhnə klublarının uçurulmasına qarşı mübarizə aparırlar. Bu müddət ərzində umi və shun adlı oğlan arasında süvgi qığılcımları olur. Lakin ikisinin arasında yanlış anlaşılmış qohumluq bağı ortaya çıxır və işlər qarışır.\n--spoiler--\n \nilk olaraq, filmin vizuallığı can alır. çox gözəl görüntüləri var. musiqilər və *seiyuu* seçimləri də öz yerində. izləmək insana zövq verir. \n\nfun fact, animedəki üç bacının adı - riku, umi və sora \"torpaq\", \"dəniz\" və \"səma\" mənasındadır. \nUminin hər səhər qaldırdığı flamalar \"sizə xoş səyahətlər arzu edirəm\" anlamındadır. \n\nəksər studio ghibli animelərindən fərqli olaraq burada fantastikaya heç yer verilməyib, amma belə də gözəldir.\n\n\"-gələcəyi arzulayaraq keçmişini unudan insanın gələcəyi ola bilməz.\"\n\nanimenin traileri: \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nbir də belə dinləməyə dəyər musiqiləri var: \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )" | |
}, | |
{ | |
"id": 292, | |
"title": " \n war thunder ", | |
"content": "Axır ki, gecikdirdikcə gecikdirdiyim entrymi yazıb sözlüyü və internetin black hole'undan bura gəlib çıxmış gamerları, \"ə bu pox necə oynanılır axı?!\" axtaran, bu oyunu sevən-sevməyən, hətta zaman-zaman oyuna nifrət edən, ya da heç oyunu oynamayıb eləcə haqqında maraqlanan, zirzəmidə qarşılaşan, təsadüfən görən bütün dünya azərbaycanlılarına ərmağan edəcəyəm.\n\nİlk öncə oyun haqqında məlumat:\n1 noyabr 2012-ci ildə gaijin tərəfindən bazara pulsuz olaraq buraxılan, 12 ildir də çizgilərini pozmayıb pulsuz olaraq qalan realistik hərbi texnika bazalı oyun. Realistik sözünü yadınızda saxlayın, zira oyun nəinki özü, oyunçuları belə autistik etmişdir bu reallıq səviyyəsilə. Bəli oyun pulsuzdur. Oyun pay2win deyil, amma oyun şiddətli dərəcədə pay2progress məntiqi içərir. Necə?\nOyunda 10 nation var(və hər iki-üç ildə bir yenisi əlavə olunur). Bunlar; Almaniya, Rusiya, abş, fransa, ingiltərə, israil, yaponiya, İtaliya, Finlandiya və isveçdir. Bu ölkələrin hər biri 5 texnologiya ağacından ibarətdir. Hava(adətən təyyarələr- bombardman, fighter, önləmə, hunter və s.), quru(tank, samoxod, tank ovçuları, hava hücumundan müdafiə qurğuları), helikopter (hücum, önləyici, fighter), sahil və dəniz donanmaları(sahildə əsasən kiçikçaplı qayıqlar, dəniz donanmasında isə bildiyiniz friqeyt, destroyer, superdestroyer, təyyarə gəmiləri və s.). Tech tree gördüyünüz bu 5 ağacdan ibarətdir. 10 ölkə, hər birində 5 tech tree. Etdi 50. Bura kimi okaydir deyirsənsə, deməli mmo oyunları haqqında düz-əməlli heç nə bilmirsən dostum, oxumağa davam elə.\n\nTanklar əsasən 8, gəmilər 5, təyyarələr 6, helikopterlər 3 rankdən ibarətdir. Hər rankdə sadəcə bir texnikanın olması nə deməkdir? 250 texnika edir elə mi? Cavab çox böyük bir xeyr!\n\nTech treedəki bütün texnikalar savaş reytinqləri(battle rating, qısaca - b.r) ilə ayrılır. Oyunda hələ ki maximum b.r 13-dür. Gələcəkdə bu dəyişə bilər mi? Təbii ki! Hər ay update gəlir oyuna. Bəzən bir ayda 2-3 update gəlir. Məsələn son updatelərdində iranın f-14 tomcat təyyarələri gəldi. Is it worth it? The answer is Absolutely yes!\n\nİndi 10 ölkədə 5 növdə 1.0-dan 13.0-a kimi düzülmüş yüzlərlə texnika xəyal edin. Bir səviyyədə bəzən 5-dən çox texnika olabilir. Həmçinin oyunda normal tech treenin yanında premium texnikalar var. Bunları pulla alırsınız. Qiymətləri bəzən 500-1000 dollara qədər çıxa bilir. Oyunun həmçinin öz ekonomiyasının fırlandığı bazarı da var. Gaijin coin adlı pulla alım-satım edirsiniz. 1 gaijin coin 1 dollara bərabərdir.\n\nPremium texnikalar. Döyüşdə sizə heç bir üstünlük vermir. Oyunu ilk açan kimi \"gedim premium f-22 raptor alım tez, oyunda hamını deşim\" söhbəti yoxdur. Bəs premium texnika nə işə yarayır? Daha sürətli irəliləməyə. Yuxarıda yazmışdım, oyun pay2win deyil, amma sürətli bir irəliləmə istəyirsənsə, bunu gözə almalısan. Həmçinin oyunda premium hesab almaq olur. 60 gün hal-hazırda 999 rubl(təxmini 18 manat)dır. Oyunda premium almağın döyüşdə heç bir üstünlüyü yoxdur. Oynamağı bacarmırsınızsa, almayın.\n\nOyunda hal-hazırda, mən bu entryni yazdığım tarixdə 2500-dən çox texnika var. Hamısını almağa ömür yetməz anlayacağın. Oyun əsla bitmir. Bitmir. Bildiyin bitmir. Top tiera çatdığın anda ya valyuta dəyişir, ya da yeni bir updatelə təzə texnika gətirilir. Ki, bu məncə oyunu maraqlı edən detallardan biridir. Gaijin həqiqətən də developerlara haqqına maaş verir.\n\nGaijindən bəhsetməsək olmaz. Loqoları ilbis işarəsi olan bu yeniyetmə qız kimi özünü aparan şirkət, acgözlülükdə harun ər rəşidi keçmiş azsaylı xalqlardan biridir. Qiymət aralığı qoyduqda digər ölkələrin valyutalarını əsla nəzərə almırlar. İllah ki, dollarla ödəyəcəksən söhbəti. Qısaca hamımız ilbiz bəsləməklə məşğuluq.\n\nHə, harda qalmışdıq. Premium texnikalar. Döyüşdə avantajı yoxdur. Amma daha çox xp və daha çox silver lion(qısaca sl) verir. Bu premium texnikaları pul vermədən də ala bilərsiniz, amma çətin və məşəqqətlidir. Məsləhətim oyunu çözməmiş heç almayın da. Mənim özümün top tierlara qalxdıqdan sonra almaq fikrim var. Amma hələ ki heç bir nationda çatmamışam ora. Ona görə də qalır.\n\nNə demişdik, realistik oyun. Oyunun sırf bu cəhəti ucbatından bəzən data leakləri, hərbi sirrlərin açığa çıxması, hələ bitməmiş proyektlərin sızdırılması kimi hallar baş verib dəfələrlə. Buna görə çin oyunu öz ölkəsində qadağan edib. Gaijin developerları da çinə soxulmaq üçün ayrıca çin serveri yaradıblar. O biçim yəni.\n\nMəsələn, öndən deşilərkən motorda ilişən qəlpələrin şəklini çəkib, \"bu hissədə motor yox, sürücü oturur\", aphd mərmisi atan tankda \"bu tankda aphd yox, saphd mərmisi işlənir\" kimi-kimi. İnsanlar, əsasən də hərbçi, hərbi sənaye işçiləri sırf forumlarda hansısa mübabisəni qazanmaq üçün bu cür gizli dataları paylaşırdı. Ki, abşda bunu edən oyunçuya pul və həbs cəzası verilərkən, çində bunu edən qaqaşın aqibətindən hələ də xəbər yoxdur.\nRealistik deyirdik.\nOyunda 3 əsas, ümumilikdə 6 oyun növü var. Arcade, realistic, simulator(god mode), world war, special və war thunder tournament. Həmçinin bütün texnikaların test sürüşünü etmək olur.\n\nArcade mod: bu mod oyuna təzə başlayanlar üçün məsləhətlidir. Düşmən necə tapılır, necə spotlanır. Xəritə necə istifadə olunur, keybindları necə qurmaq lazımdır. Xəritə bizə nə deyir, marking, ərazinin xüsiyyətləri, ölçüləri. Düşməni hardan vurmaq lazımdır. Hansı mərmidən istifadə etmək lazımdır və s. Bu kimi fundamental detalları daha yacşı qavramaq üçün idealdır. Yeni bir texnikaya keçəndə ilk döyüşü(əgər təzə başlayırsınızsa) arcade modda etmək əlzəmdir və heç kim sizi bunun üçün linçləməz. Mən özüm də təzə texnikada yox, amma təzə texnologiya açdıqda, məsələn- radar sistemi necə idarə olunur, nəyə yarayır. Məsafəölçənlə işləmək məntiqi, roket necə düzgün atılır və s kimi işlərdə istifadə edirəm, amma çox sıx oynadığım bir mod deyil.\n\nRealistik mod: yavaşdan dərinlərə enirik və bu mod arcade modun daha realistik versiyasıdır. Məsələn; arcade modda qarşıdakı oyunçunu hardan vurmaq lazım olduğu, mərminin trayektoriyasına əsasən gedib hara düşəcəyi bəlli ikən, bu modda o yoxdur. Hesabı özünüz aparmalısınız. Düşmənlər xəritədə görünmür. Mütləq ki spotlamalısınız. Tez-tez minimapdə olmalıdır gözünüz. Xəritəni yaxşı bilməlisiniz. Arcade moddan üstünlüyü isə 2x xp və sl verməsidir. Və arcade oynayanları linçləməlisiniz.\n\nSimulator: a.k.a god mode. Oyunun ən realistik modu. Təsəvvür edin bu modda tank komandiri, gəmi kapitanı nə bilim təyyarə pilotu kamerasından çıxa bilmirsiniz. Tps deyilən şey yoxdur. Ekipajla birlikdə gəzirsiniz. Bu modu oyuna yeni başlayan texnikalarla adətən oynamaq olmur. Bir az irəliləməlisiniz oyunda. Realistik modda xəritədə düşmənləri görə bilməzkən, burda dostları da görə bilmirsiniz. Heç üstünə də yazılmır kim-kimdir. Dost-düşmən anlayışı yoxdur. Bütün texnikaları tanımalısız. Və hazır olun- friendly fire açıqdır, hahahah. Dost və düşmən texnikalarını bilməlisiz. Motor dinləməyi bacarmalısız. Məsləhətim öz motorunuzun səsini ən az, düşmən motoru səs səviyyəsini isə ən yuxarı qaldırmanızdır. Motor söndürüb spotlanmadan sığortalana bilərsiz, amma bunun da eybi var, əgər tankınızın qülləsi elektrikli akumlyatorla hərəkət etdirilirsə, motor söndükdən bir müddət sonra qüllənizin dönmə sürəti azalacaq, bir müddət sonra isə heç dönməyəcək. Realistklik!\nDigər məsələ, əgər müttəfiq oyunçunu vursaz hamı sizi söyəcək. Şikayət edəcək. Bu hal davam etsə oyundan ban belə yeyə bilərsiz. Tankları tanımadan simulatora girməyin!\n\nDünya savaşı, turnament, özəl savaşlar modu isə spesifik modlardır, məsələn dünya savaşında ancaq ww2 texnikaları, turnamentlərdə war thunderin öz seçdiyi texnikalar olur. Özəl savaşlar isə başqaları ilə room yaradıb vs atırsan. Bu qədər.\n\nHəmçinin story modu var oyunda. Məsələn kursk müharibəsini səhnələşdiriblər kimi-kimi. Maraqlıdır, amma çox da sarmır.\n\nBura kimi anlatdıqlarımı oyunu full driverdə(təxmini 50 gb) açmasanız görə bilməyəcəksiz. Oyunun 12 gblıq sürümündə isə sadəcə arcade və realistik savaşlar var.\n\nOyundakı nationlara və taktikalara başqa bir entrydə girəcəyəm. Bu entry bir az iceberg tadında oldu, bu entrynin də ardı gələcək.\n\nƏgər işsizsinizsə, sevgiliniz yoxdursa, ya da düzənli həyatınız yoxdursa Bu oyunu yük-lə-mə-yin!. Əks halda işsiz də qalacaqsınız, sevgili də nanay və həyatınız sikdirəcək. Bu üç şərti yerinə yetirdikdən sonra hər gün vaxt ayırıb bu oyunu oynamağınızda problem görmürəm. Sonrakı entrydə görüşərik!\n\nEdit: bu arada oyunun sinematikləri çox zordur. Belə bir videonu buraxıram bura;\n\n(youtube: )" | |
}, | |
{ | |
"id": 293, | |
"title": " \n Sözaltı iceberg ", | |
"content": "#sözaltı iceberg" | |
}, | |
{ | |
"id": 294, | |
"title": " \n high tension ", | |
"content": "An etibarilə az qala sabahdan fransız dili dərsləri almağıma səbəb olacaq film.\n\nDigər adıyla switchblade romance, 2003-cü ildə çəkilmiş, fransız rejissor alexandre aja filmi. Film haqqında wikilik nəsə yazmayacam, zira internetə adını yazsaz gələcək. Məni əsas təsirləndirən filmin plotu, məlum məsələ oldu. Və üstündən 20 il keçsə də hələ də izləyənlərin yarısı filmi leş, yarısı masterpiece adlandırır. Məncə isə film çox gözlənilməz dərəcədə gözəl çəkilmiş, amma əskik qalmışdır. Əskik qalma səbəbi də hekayə haqqında dialoqlardan heç nə tutmaq olmur. Saat yarımlıq filmin 1 saatdan çoxu heç bir danışıq olmadan keçir. Bu da izləyəndə məğzi tutmağa əngəl olur çox adamda. Məni əsas təsirləndirən 2 şey, villain və protoqonistin eyni dərəcədə yüksək düşünülmüş xarakteristikaları oldu. Hər ikisi də detallara xüsusi diqqət yetirir. Bu əslində filmin sonunu bilməyə kömək edən ünsürdü, amma film boyu adam bunu özü hiss eləmir. \n\nVə hazır olun, ciddi spoiler gəlir; məni digər təsirləndirən şey muse-un new born mahnısının səhnəyə cuk oturması idi. Özü də iki dəfə çalınır, ikisi də. Mahnını bilməyənlər üçün link. \n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nBu məqaləni də filmə baxıb qurtarandan sonra oxumağınız üçün qoyuram. Qaçırdığınız hər detala \"vay amınakoyim\" deməyiniz üçün\n\neditorial" | |
}, | |
{ | |
"id": 295, | |
"title": " \n luminol ", | |
"content": "Qazelin arxa hissəsi açıqdır və taxta üzərində bir az da qan görürsünüz. Kimsə yük daşıyarkın əlini kəsib deyə düşünürsünüz. Amma bir neçə fısla saçdığınız bu maddə qanın sadəcə bir yerdə olmadığını, divarlara saçılan ləkələr bu qazelin içində əməlli başlı cinayət olduğunu deyir. \n\nBu luminoldur. Luminal deyib çaşdırmayın. O marilyn monroe'nun ölümünə səbəb olan sakitləşdiricidir. (baxma: ketofen və ketotifeni səhv salıb imtahanda yatmaq) \nYeap, luminol.\nTibbi ekspertiza və cinayət yerini araşdıran şəxslər tərəfindən Silinmiş qan izlərini mavi rəngə boyayaraq açığa çıxaran kimyəvi maddə (c8h7n3o2)\n\n\n \n \n\nBu necə baş verir? (Fərqli maddələrlə əvəzlənə bilər, əsas gedişatı deyecəm.)\nTərkibində olan hidrogen peroksid(h202) h2o və atomar oksigenə ayrılır. Kimya kursundan bilməliyik ki atomar oksigen çox aktivdir. Və qanın tərkibindəki dəmir oksidləşdiricidir, katalizatordur ( reaksiyanı sürətləndirir). İşıqlanmaya kömək edən enerji əldə olunar. Bu oksidləşmədən sonra luminoldakı azot atomlarının elektronları \" qaqa fırrane fırran\" deyib yüksək enerji səviyyəsinə keçirlər və o da atomar oksigenlə reaksiyaya girər və onlar da işıq yayarlar (mavi rəngdə) \nN2+O2-->NO (ildırım çaxarkənki reaksiya) Bu işıq qaranlıq yerdə ya da mor ışıkta görülə bilər.\nReaksiyaya lazım olan qanın tərkibindəki dəmir katalizatoru lazım olan luminolun miqdarından qatbaqat azdır. Ona görə bir yerdə çox az miqdar qan (az miqdar dəmir deməkdir bu) olsa belə orada qan olduğu təyin edilə bilər.\n\n\n \n \n \nQanın üzərinə qida boyası tökülsə də luminol qanı göstərir. Qida boyası artdıqca daha az göstərir.\n\nDeyə bilərsiniz ki, qan quruyar siləndə orada döşəmənin məsamələri arasında qala bilər. Qan maye halda olsa onu tez təmizləmək olar.\nHər iki halda məsamələrə qan və onun tərkibindəki dəmir dolacaq. Və yenə ortaya çıxacaq. Hətta həmin o qanlı paltarı ximçistkaya versəniz ya da sirkə ilə özünüz yox etsəniz luminol \"gələ\" deyib onu daha da parlaq göstərəcək.\n\n\n \n \n\n\n\n \n \n\n Və daha az parıldayan yerə bir qulaq çöpünü ( hər nədirsə) ora sürtüb maye tökərək onu araşdırırlar. Dna qismən korlanmış olsa belə database lərində olan n lərlə insanın birinə uyğunlaşacaq və ölən şəxs tapılacaq. \nBir digər sual, cinayətkarlar alıb atar evlərinə deyirsinizsə əvvəla bu 25 mg-ı 1300 manata satılan bir maddədir, zəmzəm deyil bir yerdən tökülsün sjdjh hazırlanışı da əziyyətlidir. Guya varınızmışca deyəcəm əgər səth çox kələ kötür deyilsə yuxarıdan pısqırdın. Əks halda maddə ilə birgə axar. \n1942 də tapılan bu maddə ilə qan izləri aşkarlanır və o izlərin saçılmasına əsasən cinayətkarın cinayəti hansı vəziyyətdə (yaxından, uzaqdan, arxadan, öndən), necə edərək (silahla (hansı silahla), çəkiclə, damarı kəsilərək və s), meyitin daşınıb daşınmadığını ya da günahkarın o qanla olan təmasından sonra hara getdiyini \n\n\n \n \n\nmüəyyənləşdirməyə kömək edir. Təşəkkürlər, luminol)\n\nHazırlanışını bilmək istəyən həvəskarlara:\n\n\n \n \n\nPotassium ferrisianid dediyi azərbaycanca qırmızı qan duzudur. Onun içində dəmir var deyə qan əvəzi təcrübə olaraq o götürülüb.\nŞəklin Aşağısında Luminolunuz var və indi təcrübə olaraq necə istifadə edəcəyinizi yazıb. Ərinməyib təcrübəni paylaşıram. (Facebook hamıya əlçatan deyil deyə)\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\nVə sonda o mavi rəng.." | |
}, | |
{ | |
"id": 296, | |
"title": " \n piramidaları tikən qədimi misirdəki kölələrin azərbaycanlılardan daha çox maaş alması ", | |
"content": "biraz öncə dəqiqləşdirdiyim maraqlı fakt. Belə ki eradan əvvəl 2550-2560 cı illərdə piramidaları tikən kölələrə günlük olaraq 10 baton çörək və minimum 3 də 1i (bəzi hallada 3də 2si) dolu olan dopuda pivə verilirdi (təxmini 4-5litr). Günümüzdə azərbaycanda aylıq minimum əmək haqqı isə 2023ün əvvəlində 345 manat olaraq təyin olunub. 1 aydaki həftə sonuları və ildəki bayramları nəzərə aldıqda təxmini aylıq 20 iş günü edir və 345 bölünsün 20 dən günlük maaş 17.25 azn edir. Hazırda azərbaycanda 1çörəyin 65 qəpik olduğunu nəzərə aldıqda 10 çörək 6.50azn edir. 5litr pivə isə 0.500 ml pivənin ortalama qiyməti 2.50 azn olaraq alsaq 25azn edirki buda ümumi olaraq 31.50 azn edir. \n Yəni eradan əvvəl misirdə piramidaları tikən kölələrin günlük maaşı 31manat 50 qəpik edərkən buna müqayisə də azərbaycanda məq. ilə işləyən bir azərbaycanlının maaşı 17 manat 25 qəpik edir, buda misirli kölələrin azərbaycanlılardan 80 faiz daha çox qazandığını göstərir.\n\n\n \n \n\n\nmənbələr: \n\nhttp:\/\/www.touregypt.net\/featurestories\/prices.htm#:~:text=During%20this%20period%2C%20we%20know,seems%20to%20have%20varied%20considerably.\nhttps:\/\/www.bbc.com\/azeri\/azerbaijan-64175554" | |
}, | |
{ | |
"id": 297, | |
"title": " \n kazuo ishiguro ", | |
"content": "8 noyabr 1954-cü ildə yaponiyanın nagasaki şəhərində doğulmuş, 1960-cı ildə ingiltərəyə köçmüş və 1982-ci ildə ingiltərə vətəndaşlığını qəbul etmiş yazardır. yazdığı əsərlərilə bir neçə mükafat qazanan yazarın ən məşhur kitabları arasında the remains of the day*\n1989\n, never let me go*\n2005\n kimi əsərləri gözə çarpır. hansı ki, hər 2 əsərin də filmi çəkilmişdir.\n(baxma: a pale view of hills)\n(baxma: an artist of the floating world)\n(baxma: the unconsoled)\n(baxma: when we were orphans)" | |
}, | |
{ | |
"id": 298, | |
"title": " \n lazarus sindromu ", | |
"content": "Hassas içerik|\n\nYas yerindəsiniz və qarşınızda meyit var. Hər kəs ağlaşma içindəykən meyitin əlinin tərpəndiyini görürsünüz. Ani bir təlaşla ayağa qalxır və onun yaşadığını demək istəyirsiniz. O doğrudan da mı yaşayırdı?\nEşitməmiş olmazsınız: \" Morqda dirildi.\/ Tabutun içində ayılıb şokdan ürəyi partladı və öldü.\/ Murdəşir yuduğu yerdə meyitin oynaqlarını tərpədə bildiyinin şahidi oldu.\"\n\"İs it zombi movie?\" Or \"frankenstein?\" Ampulaları yanaraq\n\"Şofer, şofer bu qədər sözə əsasən demək olar ki, dirilmə var? \" desəniz bəli, var. Amma bu həmişə doğru olmur.\nLazarusa qayıdaq. Lazarus \"dirilik\" deməkdir. İncilə görə, isa \"lazarus\" adlı müridini 4 gün sonra dirildə bilib. \n\n\n \n \n\nGördüyünüz kimi, Ölüdən diriliş sadəcə mifologiyalarda və pagan inanclarında yoxdur. Həmçinin dinlərdə də öz yerini tapıb. ( sözüm menzilden dışarı: dinlərin hər şeyə uyduruq bir cavabı var. Öhm öhm yəni belə dinlərin)\nİndi müridin ölümündən danışaq. Ölüm nə vaxt reallaşır? Ürək dayanarsa \n\n\n \n \n\nbədənə oksigen getməz və beyin qidalanmaz. 3 dəqiqədir beyinə çatmayan oksigen \"beyin ölümü\"nə səbəb olar ki, buna kliniki ölüm deyilir. \n\"Məsələ başdır mı? Başı bədənindən qopan heyvan hərəkət edə bilir. Bu yaşamaq deyil mi? \" deyə bilərsiniz. Bəli, yaşayır. \nHətta başı kəsilmiş və 18 ay yaşayan toyuq mike (başında tənəffüsə və ürəyin işinə xidmət edən varol körpüsü kəsilməyib deyə o qədər çox yaşayıb) ya da başı kəsildiyi halda üzən balıqdan\n (youtube: )\n\t\t \n\t\t \n\t\t \n da danışa bilərik. Bədənin hərəkət etməsinə səbəb bədənə qan getməsə belə bir neçə dəqiqə sonra beyin (ən həssas neyronlara sahib orqan[ əl ayaq qopsa belə 6 saat ilıq suda saxlanılıb bədənə bərpa edilə bilər, beyində elə asan deyil) , 1 saat sonra böyrək və mədəaltı vəzi sıradan çıxmış olsa belə sinir sistemi bədənə hələ də əmrlər verməyə davam edir. Giyotinlə başı kəsilən biri gözlərini hərəkət etdirə bilirdi. (Baş beyin) Deməli, əlaqə yenə də var. \n\nSinir sistemi baş beyin və onurğa beyindən ibarətdir. Çox mühüm məsələlərdə bədən baş beyindən icazə alır. Sadə refleksleri( dizinizə vuran həkimi xatırlayın, diz refleksi) onurğa beyin özü həll edir. Başı qopmuş balığın suda hərəkəti buna bağlıdır. Bəs insanın hərəkəti?\nO da buna bağlıdır. Qurbağanın başını kəsin, refleks olaraq hərəkət edəcək. Ölən insanlarda da refleks olaraq əl sinəyə gedir. (Ana bətni cenin pozisyonu) (qədimdə mumya pozisiyası və bədənləri də mumyalayırdılar ki, isa gəlib onları yeni həyata dirildəcək)\n\n\n \n \n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \nÜrək düzəlmədi. Amma sinir işləyir.\nBiz onu dirildi sanırıq. Murdəşiri qorxudan bu idi. Gəlib geri baxanda başa düşdü ki, o hələ də ölüdür. Bu refleks isə lazarusdur.\n\n\n \n \n\nBu sualın cavabını bildiniz. \n\nDoğrudan da dirilənlər var. Çünki ürəyə edilən masaj ürəyi sıxır. Bir az genişlənəndən sonra ora qan dolur və dövran bərpa olunur. Sinir sistemi ayıqdır (çünki bədəndə ehtiyat halda da atf enerji vardır, qurbağanın üzərinə tökülən duz atf enerjisini oyadır, ona görə reflekslə hərəkət etdirilir, unutma! Sən bir canlının(osminoq\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n, bədəninin üstdən yarısı kəsilmiş balıq) onurğa sütununa nəsə eləmirsənsə o refleks edəcək. Mənim başımı qopar bədənim hərəkət edəcək. Amma maşın qəzasında onurğama nəsə olsun, zədələnən yerdən aşağısı işləməyəcək, iflic bəzən də bitkisel hayat ) deyə sinir ucluqları Natrium və fosfor mübadiləsi ilə ürəyə elekrik enerjisi verir. Nəbz atır. bu hal ürəyində batareya qoşulanlarda çox olur. İnsan bir müddət yaşayır və ölür. Çünki beyin işləmir. Elə isə bu dirilmə idi mi? Xeyr, kliniki ölümlə(beyin ölümü) bioloji ölüm(100% ölüm) arasında keçid. \nNatrium və fosfat demişkən ölü diriltməyi ağlına qoymuş Robert Cornish den de danışmasam olmaz. O deyib ki boğularaq ölən və infarkt keçirənlər yenidən dirilə bilər. \n\n\n \n \n\nRobert 5 it götürüb onlara maye azot yeridib ( əlavə: qanda azot olması ölümə səbəbdir, dalğıclar endikcə təzyiq artdığından qanda azot artır və bu da ölümə səbəb olur.) Elə burada da öldü. 5 dəqiqə gözlədi. Çünki bir canlıya ölü demək üçün ürək 4 dəqiqə atmamalıdır.(beyin ölsün) sonra bədənə maye oksigen və adrenalin yeridir. Amma 5 itdən 5si dirilsə də 3ü diriləndən bir neçə saat sonra öldü. Digər Diriləndən 1 i kor olur. O birisi isə sağlam olur. Amerika onun bu işini şeytan əməli, barbarlıq olaraq gördü. O təqdir gözləyərkən Amerikanın qəzəbinə uğramışdı. Amma işləri tibb sahəsinə xeyli töhfə verdi.\nBir ara insanların donduralaraq, 100 il sonra canlandırılması məqsədi ilə saxlanılan tüplərdən danışılırdı. İs it real? No,babe\nSən balığı çox tez dondurarsan və isti su ilə çox tez onu həyata qaytara bilərsən. Buna səbəb balığın soyuqqanlı olmasıdır. O ətraf mühitin temperaturuna uyğunlaşır. Ona fərq etmir. Ona görə donma ilə dirilməni unut getsin.\nDaha maraqlısı var!\n Cleen adlı biri qəza keçirmiş ölmüş və dirilmişdir. Ancaq 25,35 yasinda olsa belə qocalmamışdır. \n\n\n \n \n\nAlimlər belə hesab edir ki ürəyin 4 dəqiqə dincəlməsi 10 ildən çox ömür artımına səbəb olub. Amma elə deyildi. Lamin A geni mutasiyaya uğramış və həm daxildən həm də xaricdən qocalmağın qarşısını almışdır. Bu cür mutasiyaları xəstəlikli genlərə, yaşlandıranların yerinə dəyişmək gen mühəndislərinin gələcək üçün gördüyü əsas vəzifələrdəndir. Lazarusun tibbə müsbət rolu olsa da əksərən tibb işçilərini çaşdırır. Siz birinə ürək masajı edirsiniz və onun 2 saniyəlik nəfəs aldığının şahidi olub əlinizi çəkirsiniz. Amma əslində o ölüdür. Aldığı nəfəs bu refleksə bağlıdır. Aldanmayıb dayanmadan ürək masajına davam etməlisiniz.\n\n Dəli Mehmet kimi savaşda bədəni qopsa da başını yanına alıb savaşdığı əfsanə sadəcə əfsanədir. Çünki başı qopan ilan başı ilə dişləyə bilsə də bədəni öz quyruğunu düşmən bilib ona hücum çəkəcək qədər idarəsiz olur. \nBaşınızı beyninizi və idarə edə biləcəyiniz, seçim haqqınız olan minbir şeyi sevin. Baş olmadan bədən yaşamır. Hər iki mənada.-*" | |
}, | |
{ | |
"id": 299, | |
"title": " \n qərbin zehniyyət fərqi ", | |
"content": "Bugün Avropada elmin bu qədər inkişaf etməsidə şərqin payı az deyil.Avropa elm və texnikada inqilabları şərqdəki çin,hindistan,müsəlman ədəbiyyatlarını araşdırıb,üstünə yenilərini əlavə edərək bu səviyəyə gəlib çatıb.Ancaq necə oldu ki, şərq bu qədər geri düşdü? Niyə 15-ci əsrdən sonra bu sıçrayışdan Rusya özünə pay götürdüyü halda Osmanlı çöküşünü sürətləndirdi? Niyə Almaniya,Portuqaliya,İspaniya,İngiltərə yeni eraya başladığı halda hindistan,çin,osmanlı,ümumiyyətlə şərq dövlətləri azı 100-200 il geriyə düşdü?\n Əvvəl qeyd etdiyim kimi,dünyada inqilab etmiş Marx,Smit kimi insanlar da şərq iqtisadçılarının eləcə də özlərindən əvvəlki qərb iqtisadçıların fikirlərini oxuyub özlərinə məxsus fikirlər yaradıblar.Heçkim deyə bilməz ki, şərqdə Darwin ,Newton qədər elmə maraqlı insanlar şərqdə olmayıb.Olub əlbəttə amma niyə Darwin biyalogiyası,Newton fizikasına yaxınlaşacaq uğur şərqdə yox qərbdə olub? Bu avropalıların üstün irq,düşüncə cəhətdən daha qabaqcıl olmağı ilə bağlı deyil.Ən azı mən belə hesab etmirəm.Və yaxud bugün qərb elmdə irəlidədirsə sona qədər elə olacaq mənasını da vermir hər halda reallıq budur ki, onlar bizdən qat-qat irəlidədirlər.İslam necə ki, ərəblər tərəfində başlayıb, İranlılar və Türklər tərəfində yayılmağa başlayıbsa bugün elmdə sıçrayış qərbdə başlayıb və çox geniş əraziyə yayılıb.\nNecə oldu ki, qərb bu sıçrayışı edə bildi?\n19-20ci əsrlərdə,modern zamanın başlanğıcında qərb zehniyyəti o dövrün tələblərinə tam uyğun formalaşmışdı.Bitki axtaran bioloqla,sərvət axtaran dənizçinin ortaq fikirləri bugünki avropanın təməl daşlarının əsasını qoyub.Bu insanlar ilk öncə cahilliklərini kəşf etmişdilər.Onlar uzaqda nə olduqlarını bilmirdilər.Və bu iki fərqli düşüncə yeni kəşflərə ehtiyac olduğunu dərk etmişdilər.Avropa imperializmi əvvəl şərqdə olan imperiyalar dünyanı zatən bildiklərinim, fəthləri ancaq öz dünya görüşlərini yaymaq üçün həyata keçirirdilər.Məsələn ərəblər Misiri,İspaniyanı, Hindistanı nəsə bilmək üçün işğal etməmişdilər.Romalılar,Monqollar digər torpaqları güc və zənginlik üçün işğal etmişdilər.Amma 15-ci əsrdən sonra qərb imperiyaları yeni torpaqları mənimsəməkdən əlavə yeni bilgiləri də mənimsəməyi qarşılarında məqsəd qoymuşdular.Zaman keçdikcə torpaqların fəthi ilə elmin fəthi bir biri ilə əlaqəsini daha gücləndirdi.18-19cu əsrdə Avropadan yola çıxan hər önəmli səfərdə elm insanları da mövcud idi.Məsələn 1798-ci ildə Misri işğal edən Napaleon yanında 165 elm insanını aparmışdı.\n Başqa bir misal.1831-ci ildə İngiltərə krallığı Qlapaqos, Falkland adalarının sahil xəritəsini çıxarmaq üçün bir donamanı yola salmaq niyyətində idi.Gəminin kapitanı yolda qarşılarına çıxacaq geoloji quruluşu araşdırmaq üçün gəmiyə bir geoloq çağırdı.Və bu dəvətə Cambridge məzunu,22 yaşında Darwin cavab verdi.Gerisini yazmağa ehtiyac yoxdu Darwinin kim olduğunu məndəın yaxşı bilirsiniz.Qısaca qeyd edim gəminin kapitanı ərazinin sərhədini çəkərkən Darwin buranın bitki örtüyünü maraqlanaraq bugünki Təkamül nəzəriyyəsinin əsasını qoymuşdur.\n 1785-ci ildə William Jones Hindistanın Benqali vilayətində Sanskrit dilində yazılmış hərfləri görüb bunun araşdırmasına başlayıb.Sdaha sonra bunu kitab halına salan Jones əslində sanskritcə ilə yunan,latin,köhnə fars dilində geniş bənzərlik olduğunu yazıb.Məsələn ana sözü sanskritçə “matar” , latınca “mater” , “mother” olduğunu qeyd idib.Daha sonra məhşur olacaq hind-avropa dil ailəsi teoreminin əsasını qoyan Jones əslində bu fərqli dillərin indi unudulmuş vahid dildən törədiyi fikrini orytaya çıxarıb.Burada vurğulamaq istədiyim məsələ dil deyil.Sadəcə ingilislər gəlməmişdən əvvəl,yüz illər boyu sanskirtçə yazıların orda olduğu halda niyə bu kəşfi məhz infgilislər etmişdi? Məncə bunun tək cavabı var “düçüncə və zehniyyət fərqi.Əslində heçnə bilmədiyimizi etiraf edəcək qədər güclü olmaq” fikri. \n Qərb mikroskopu kəşf etdikdən sonra əslində dünyada mövcud olan. Gözlə görünməyən nə qədər şeyi bilmədiklərini dərk etdilər.Cahilliyin kəşfi elmin kəşfinə təkan verdi.Qərb at arabsında dəyişikliyi ancaq onun sahibi edər zehniyyətindən imtina edərək bu uğurları əldə edib hansı ki, bugün zibil qutularının belə təkmilləşdirilməsi elmlə bağlıdır.Ancaq üz yüz il əvvəl at arabasında arabadakı təkərin quruluşunu ancaq arabanın sahibi edirdi.Elmin bunla işi olmazdı.Aradan 3 əsr keçməyinə baxmayaraq bir neçə əsr əvvəl araba ilə küçədə gəzən insanlar bugün insanın damarına nanorobotlar yerləşdirərək bədəndə mövcud olan virusları zərərsizləşdirirlər.Bu təvəkkür bugün qərbdə genetika mühəndislərinə insan bədəninin qocalmasının qarşısını almaq üçün milyon dollarlarla vəsait ayırırlar.”Öyrənmək üçün doğurlmuşuq” fikri bugü avropanı suni intellekt,nanorobort,tükənməz sərvətlərdən əlverişli istifadə yolları mərhələsinə gətirib çıxarıb.\n Əvvəl yeni məlumat əldə etmək üçün yola çıxan qərbdə, hazırda bunun əksi olacaq prosses gedir.Bugün məlumatı dəyərləndirmək və planlarını həyata keçirməyə çalışan elm adamları özü qərbə axın edir.Məhz bu beyn axını qərbin özünün qazandığı uğurdur.Qərb sübut edib ki, şərqə nisbətən elmə daha çox qiymət verir.Onun üçün minlərlə alim bugün öz fikir və ideyalarını sübut üçün avropa ölkələri və amerikaya gedir.\n\nBundan əvvəlki qısa enteryləri birləşdirb bu formaya saldım.Yazını (youtube: )\n\t\t \n\t\t \n\t\t dinləyərək yazmışam.Siz də dinləyin -*" | |
}, | |
{ | |
"id": 300, | |
"title": " \n sumgzeit ", | |
"content": "mənim üçün böyük məna kəsb edən qruplardan biri.əsasən depressive black metal və post rock janrındadır.qrup özü 2013-cu ildə sumqayıtda yaranmışdır.2014-cü ilin fevral ayında qrupun (baxma: eternal) adlı ilk debüt albomu buraxılır,albom 1 intro və 3 trekdən ibarət olur.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\n2014-cü ilin müxtəlif zamanlarında isə qrupun la nuit və farewell sinqılları çıxır.2015-ci ilin oktyabrında beyond depressed sinqılı çıxdıqdan sonra qrup artıq bir xeyli ara verir.aradan 4il keçdikdən sonra qrupun (baxma: the death of you) adlı sayca ikinci albomu youtube platformasında yayımlanmışdır. \n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nsumgzeitin sayca üçüncü albomunun üzərində işlənilirdi və albomun 2020-ci ilin sonlarına qədər təqdim edilməsi planlaşdırılmışdır.lakin,vətən müharibəsinin başlanması planları yarımçıq qoyur və qrupun bəstəkarı cavid şərif və zərb alətləri ifaçısı orxan əhmədov (baxma: kira naqasaki) müharibəyə yollanırlar.Müharibə bitdikdən sonra qrup qaldığı yerdən fəaliyyətini davam etdirir.2021-ci ilin iyul ayında orxan əhmədovun intiharı ilə artıq işlər yarımçıq qalır.1 ay sonra isə qrup adının orxan tərəfindən verildiyi Post Modern Happiness adlı albomun gələcəyini bildirilir.3il keçib və hələ də albomdan heçbir səs yoxdur." | |
}, | |
{ | |
"id": 301, | |
"title": " \n semazen ", | |
"content": "sirləri haqdan alıb, xalqa verən bu dərviş rəqsi ilə döndük yenə bu gecə.rumi demişkən:\nbu gece yine sema, sema, sema\nakla veda, veda, veda\n\nsəma bir dərviş rəqsi idi.ən azından onunla belə tanış olmuşduq.dərviş qızın adı da səma idi, rəqsi də.gözəlliyi onsuz da baş döndürən bu cavan qız, başını 23 dərəcəlik bucaq altında yana əyər, sanki dünya oxunda görülən eyni dərəcəli bucaq altındakı əyilməyə inad edərdi. o döndükcə mən izlər sanki mən də dönürmüş kimi hisslərim qarışardı.\n\nsəma deyirdi ki, yolunu itirmiş günəşlərə gülümsəyəndir səmazən.dünya smayliklərinin altında olsa gərək.onsuzda gözəlliyi ilə başımı döndürən bu gözəl mənə səmada dzen olmağı öyrətdi.rumi demişkən:\nhamdım, yandım,pişdim\n\nəsas məsələ qulaqlarda idi.musiqini içinə çəkən bu qulaqlar 20-25 dərəcə əyilincə, içindəki kanallar bərabər dərəcə də təsir görürdü.bərabər dərəcə də təsir görən bu kanalllar, neytrallaşır və baş dönməsi əngəllənirdi.\nsema böyle zen olmayı nerden öyrendi?!\n\nsəma rəqsi bir trans halı idi.və molekulalar kimi döndükcə dönən səma biz primatları az da olsa müqəddəsləşdirirdi.səma'nın tenində səmaya durmaq, və ali khayyam'dan azıcıq alıntı edib entry son verməyin vaxtıdır:\nsufi dərviş isəm və səmazənsə kipriklərin\nhəm mevlananı, həm də şəmsi gizlədirsə ürəyin?!" | |
}, | |
{ | |
"id": 302, | |
"title": " \n l'appel du vide ", | |
"content": "ingilis dilinə \"the call of the void\", azərbacan dilinə isə \"boşluğun çağırışı\" deyə tərcümə oluna biləcək fransız termi. \nhani hündür bir yerdə dayananda adamaın ordan atlayası gəlir ya həmin o instinkə verilmiş addı. elmi dildə *high place phenomenon* adlanan bu instink heç də həmişə intihara meyilliliklə bağlı deyil, əksinə beynimizin bizi qorumaq üçün yaratdığı bir fenomen də ola bilərmiş. yəni beynimiz vəziyyəti indi bu özünü atar deyə algılayıb, qoruma mexanizmi ilə geri çəkilək deyə də bunu inkşaf etdirmiş ola bilər. çünki anxietysi yüksək olan insanlarda daha çox rast gəlinsə də, heç də həmişə intihara meyilli insanlarda baş vermir. heç vaxt intihar haqqında düşünməmiş bir qrup insanlarla tədqiqat zamanı, onların yarısı bu fenomeni əvvəl hiss etdiklərini söyləmişdir məsələn.\n o deyil də ya birgün geri addım atmasaq onda necə? \nEdit (28.08.2021): axırıncı cümləni geri alıram lol" | |
}, | |
{ | |
"id": 303, | |
"title": " \n zemfira ", | |
"content": "rus rok müğənnisi, musiqiçi, bəstəkar, prodüsser və yazıçı. qeyri-rəsmi tanım olaraq isə, məni məndən alan və bəzən, elə hal-hazırda ruhumu ifadə edən musiqiçi. niyə belə olduğunu gələcəkdəki özümə not olaraq qeyd edəcəm aşağıda.\n\no valehedici, ekstravaqant və ruhu oxşayan musiqilərin, mahnıların eyni cinsdən olan partnyoruna yazdığını, rus müasir rokunun incisi olduğunu, skandal qadın olaraq adlandırılmasından, konsertdən qayıdanda zveri qrupu ilə (hansı ki onların münasibəti gərgin idi) xüsusi təyyarəylə qayıtmaq yerinə, ekonom-klass ilə uçmasından danışmaq şablon olardı. renata litvinova ilə münasibətləri gah isti, gah soyuq olur, yəni mənim kimi fikri qarışıq olur, bəzən :). bundan başqa vaxt danışmaq olar, əsas sənətinə gələk.\n\nmusiqiləri həqiqətən, həqiqətən inanılmazdır. ruh halını ifadə etməsi, sənin həqiqətən qəlbinə toxunması musiqiçi ilə səni yaxınlaşdırır. rusların özü belə bu qızı inoaqent (xarici agent) kimi tanımasına baxmayaraq, əminəm ki, bu qərarı çıxaran ədliyyəçilər belə playlistlərində ona yer verir. keçək musiqilərinə\n\nbir çoxlarına, elə mənə görə də zemfiranın ən yaxşı, toxunan albomu prosti menya moya lyubov albomudur, lakin bu vendetta albomunun, bəlkə də ən keyfiyyətli albomu olduğunu dəyişmir. prosti menya moya lyubov dinləməyən adamla münasibətə girməməyi söz verərdim özümə mən, çünki renataya yazdığını başa düşəsən ki, bu işlərin necə getdiyini anlayasan. bu albomun əsas qaymağı elə iskala, prosti menya moya lyubov və xoceshdir\n\nsozrela - zemfiranın özünün qeyd etdiyi kimi, mahnının sözləri yetkinlik, pornoqrafiya və onun internetdə axtarışından bəhs edir: “yaxşı, bu, maraqlı mövzudur. insanların 90 faizi yalnız porno üçün internetə girir və hamı buna susur, bunun nəyi pisdir? porno. heç bir sirr yoxdur. hər kəs bunu bilir\"\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\ndokazano - mahnını zemfira metroda nabokov oxuyan bir qızı görəndən sonra yazıb: “belə olan halda “tellər bağlandı” ifadəsi hadisələr zəncirinin bərpa olunduğunu bildirir. həqiqətən də nabokovu oxuyan bir qız var idi.”\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nrassvety - idelları axtarmaq, onları tapmaq və bunun necə bir şey olduğu barədə danışılır.\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\ngələk əsas hissəyə\n\n1) iskalanı mən çox sevirəm, hətta bu musiqini kiməsə ithaf etmək, bilirsiniz necə qəşəngdir? mən bilmirəm şəxsən, amma bunun necə bir şey olduğunu dərk etmək özü gözəldir. burada axtardığı sevgini necə axtardığını, gecələr, dostlarının arasında axtardığını, onu əldə edəndən sonra necə gözəl göründüyünü hər cür, amma ki hər cür ifadə etməyə çalışır və bacarır da. sevməyin hamının haqqı olduğunu bildirir, haqqıdır amma bəzən özünü limitləməli olursan, bu da poliqamlığı gündəmə gətirir, bilmirəm lol\n \n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\n2) xocesh, əvvəlcədən deyim ki, xochu, ochen xochu. amma bəzən mümkün olmur. niyələri çoxdur, ola bilər nə vaxtsa mümkün olsun, bəlkə də heç olmasın. həmin anlarda səni yaşadan şey var, hansı ki, bu ümiddir. ümid insanı öldürmür, yaşadır.\n\nПожалуйста, не умиpай\nИли мне придётся тоже\nТы, конечно, сразу в рай\nА я не думаю, что тоже\n\nbir insan üçün nələri edə biləcəyini gözünə alırsan və bunu sorğulayırsan, o həqiqətən buna layiqdirmi, altruizmin bir həddi varmı deyə özün özünü sorğulayırsan və fikir səni içdən içə yeyir. birinin haqqını verəndə digərininkinə girirsənsə, bu qoyur sənə, amma olsun. zemfira bizə altruizmi öyrətmək istəyir axı.\n\nХочешь сладких апельсинов?\nХочешь вслух рассказов длинных?\nХочешь, я взорву все звёзды\nЧто мешают спать?\n\nПожалуйста, только живи\nТы же видишь: я живу тобою\nМоей огромной любви\nХватит нам двоим с головою\n\nbizi yatmağa qoymayan ulduzları söndürməyə hazır olduğunu, yatmağa mane olan qonşuları öldürəcəyini deyir zemfira. renataya yazıb bunları ya yox, bu haqda məlumatım yoxdur. amma maskulin tərəfini qabartmış ola bilər, renata da qadındır nə də olsa, özünü onu qorumağa məcbur olmuş kimi hiss edirsə, çox da sorğulmamaq lazımdır.\n\nХочешь солнце вместо лампы?\nХочешь за окошком Альпы?\nХочешь, я отдам все пeсни?\nПро тебя отдам все пeсни\nХочешь солнце вместо лампы?\nХочешь за окошком Альпы?\nХочешь, я отдам все пeсни?\nПро тебя отдам все пeсни я\n\nyuxarıdakı sözlər isə, məncə altruizmin pikidir. zemfira çox mükəmməliyyətçidir, əsasən də karyerasında. musiqilərinə görə studiyalarda səsyazma zamanı etdiyi mübahisələr, rejissorlarla qanlı-bıçaq olması, hətta misal gətirim, zemfira yevropa radiosunda işlədiyi zaman həmkarlarına \"privet, romaşki\" deyə səslənirdi, lakin sonradan özünün standartları artdı deyə, sözləri bəyənmədiyi üçün bu mahnını çox da oxumamağı seçib, belə mükəməlliyi sevən insan mahnılarını, sənin haqqında olan mahnılarını sənə qurban verəcəyini deyir. öz idellarından belə keçməlisən, məncə zemfira bunu nəzərdə tutub.\n\n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\n3) prosti menya moya lyubov, şedevr. bağışlayar, deyə bilmirəm. bağışlanası, bağışlayacaq qədər insan olmayandan sonra bunu dinləyəndə yenə də mənasını tam dərk etmirsən.\n\nПоздно, о чём-то думать слишком поздно\nТебе, я чую, нужен воздух\nЛежим в такой огромной луже\nПрости меня, моя любовь\n\nnəyinsə gec olduğunu deyir, bayaq dediyimiz ümidin üstündən xətt çəkirik ki, burada xocesh və bu mahnını qatmaq pivə və arağı qatmaq kimi bir şeydir.\nhavaya ehtiyacımız var və gölməçədə boğuluruq. bunun özü də trajikomediyadır. bəzən, gölməçədə boğulmaq hava almaqdan yaxşıdır, çünki bir gün həmin havadan boğulacağını təxmin edirsən. amma nə vaxtsa o gölməçədən çıxmaq kimi lyüksun var, əlindədir, hava isə səni gözləmir, özü də çirklənmə ehtimalı da varkən.\n\nДжинсы воды набрали и прилипли\nМне кажется, мы крепко влипли\nМне кажется, потухло солнце\nПрости меня, моя любовь\n\ndərin bir ümidsizlik və təəssüf hissi, özünü ağır vəziyyətdə hiss edirsən və bədənə yapışan yaş cins şalvar kimi özünü çətin vəziyyətdə hiss edirsən. bunlar ümid və xoşbəxtliyin itirilməsini simvolizə edən günəşin sönməsi ilə ciddi problem içində olduğunu hiss etdirir sənə, axı gün həmişə çıxmır və sən qaranlığa məhkum qütbdə belə ola bilərsən.\n\nТихо, не слышно ни часов, ни чаек\nПослушно сердце выключаем\nИ ты в песке как будто в бронзе\nПрости меня, моя любовь\n\ndərin bir sükunət hissi və emosional uzaqlaşma, burada səsin olmaması zamanda donmuş bir anı yaradır, zemfira ağrılı reallığın öhdəsindən gəlmək üçün emosiyaların qəsdən uyuşdurulmasını təklif edərək, ürəklərini itaətkarlıqla söndürməyi təsvir edir. qumda bərkimiş obraz, sanki bürüncdən əmələ gəlmiş kimi, xatirələr və ya duyğular tərəfindən tələyə düşmək və ya onların təsiri ilə hərəkətsiz qalmaq hissini məncə simvollaşdırır.\n\nsonda isə, demək istərdim ki\n\nПрости меня, моя любовь\nПрости меня, моя любовь\n\n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\nПрости меня, моя любовь\nПрости меня, моя любовь" | |
}, | |
{ | |
"id": 304, | |
"title": " \n mobil notariat ", | |
"content": "bu tətbiq vasitəsilə artıq notariusa getməyə ehtiyac qalmır. etibarnamə, *\nдоверенность\n ərizə və müqavilələri onlayn şəkildə əldə etmək mümkündür. qeydiyyatdan videoyazı, notariusdan alınan istifadə kodu və ya asan imza vasitəsilə keçmək olar. \ntətbiqdə nəqliyyat vasitələrinin idarə edilməsi, vəkillər üçün, sosial xidmətlərdə, banklarda və müxtəlif qurumlarda təmsilçilik, daşınmaz əmlak üçün etibarnamə əldə edə bilərsiniz. \nbundan əlavə, 18 yaşı olmayanların ölkədən çıxması, ümumvətəndaşılıq pasportu almaq, təhsil tələbə krediti, əvvəlki ərizədən imtina, yaşayış sahəsində qeydiyyata alınma kimi ərizələr, mənzillərin müvəqqəti istifadəyə verilməsi haqqında müqavilələr də buradan əldə edilə bilər. sənədlərin həqiqiliyi qr kod və ya fin kodu vasitəsilə yoxlanılır. xidmətlər üçün rüsum haqqı isə fərqli olur." | |
}, | |
{ | |
"id": 305, | |
"title": " \n yaxşı polis pis polis ", | |
"content": "danışıqlarda və ya kimisə yola gətirmək üçün, istifadə olunan psixoloji taktika. link \n müstəntiq sorğularında istifadə olunduğu üçün, belə adlanır. ilk öncə nəzərə alınmalıdır ki, bunu istifadə etmək üçün, iki nəfər bir -ə qarşı olmalıdır. iki nəfər - biri olur yaxşı polis, digəri pis polis. taktikanı gündəlik məişətimizdən tut, daha professional məqsədlər üçün də istifadə etmək mümkündür. Məsələn evdə bir şey istəyirsiniz, atanız yox deyir. ananız da razı deyil, amma istəsə atanızı yola gətirə bilər. ananızın verdiyi reaksiya, mən kiməm ki, mən də istəyərəm sən dediyin olsun, amma atan razı deyil də. bu ən sadəsi idi. başqa bir variantı: işçi qaydaları pozur, həmişə kobud davranır, sülh yolu ilə danışıqlara razı olmur, xəbərdarlıqlara da məhəl qoymur. qərar verilir, işdən çıxarılsın. amma sənədlərə qol çəkmək istəmir.\nPis polis rolunda olan onu ən pis maddə ilə işdən çıxaracağını, başqa yerdə iş tapa bilməyəcəyi ilə hədələyir və sənədlərə imza atmağını istəyir. yaxşı polis, isə işçini anladığını, pis polisin dediklərini nümünə gətirir, onu başa düşüyünü, özünü işçinin yerinə qoyduğunu, sakit səs tonu ilə onun üçün ən yaxşısının öz istəyi ilə olan ərizəyə qol çəkməsi olduğu deyir. vəssalam, hazırdır. günümüzdə müşahidə etsək, bir çox variasiyalarda istifadə oluna bilər. sadəcə müşahidə etmək lazımdır. bunlar qısa nümunələr idi. zəncirvari gedən hallar da olur." | |
}, | |
{ | |
"id": 306, | |
"title": " \n immelmann turn ", | |
"content": "Alman 1-ci dünya müharibəsi eindecker qırıcı təyyarəçisi leytenant max immelmann tərəfindən ilk dəfə həyata keçirilmiş manevr.\n\n\n\n \n \n\n\nAna məntiq budur ki, əvvəlcə düşmən qırıcısı üstünə hawk diving edib(tr. Şahin şığıması) sonra daha da artmış təcillə yuxarı qalxıb təyyarəni 180 dərəcə çevirməkdir.\n\nHəmçinin (baxma: split s)\nSplit s-in yarımçıq variantı sayılır.\n\nMax immelmannın da maraqlı hekayəsi var. Bu hadisədən sonra ona ləqəbi der adler von lille*\nthe eagle of lille\n *\nlille qartalı\n verilir. 1916-cı ildə şimali fransada, lens şəhərində döyüşlərdə britaniyalı pilot g. R. Mccubin tərəfindən öldürülür. Almanlara görə isə, makinalı tüfəng və təyyarənin pərvanəsi arasındakı asinxronluq nəticəsində həlak olur.\n\nOnu düşürən pilota distinguished service order, distinguished service medal britaniyada verilir.\n\nMəzarı drezden şəhərində yerləşir. \n\nŞərəfinə luftwaffe tərəfindən ag-51 squadronu bərpa edilmişdir. \n\n2021-ci ildə immelmannın məzarı qarət edilir." | |
}, | |
{ | |
"id": 307, | |
"title": " \n atatürkə hədiyyə edilən əfsanəvi xalça ", | |
"content": "Haqqında bir çox əfsanənin olduğu xalçadır.1929-cu ildə hindistanlı bir maharaca tərəfindən toxunub və atatürkə hədiyyə edilib.Xalça , bugün Pera Palas muzeyində 101 nömrəli otaqda sərgilənir.Xalçanın əfsanəsi , atatürkün ölümündən 9 il əvvəl toxunub hədiyyə edilməsi və üzərində atatürkün ölümüylə bağlı bəzi gizli məlumatların olması ilə bağlıdır.Xalçanın üstündəki saat motifində atatürkün rəsmi olaraq öldüyü saat ( 09:07 ) təsvir edilib.Həm də üzərində türkcə “ kasımpatı çiçeği “ olaraq bilinən Chrysanthemum çiçəyi var.Bildiyimiz kimi atatürk “ kasım “ , yəni noyabr ayında ölmüşdür.Daha yuxarıda isə 10 ədəd şamdan təsvir olunub.Bunun da atatürkün tam ölüm tarixi olan 10 noyabr tarixinə işarət etdiyi deyilir.Xalçanın üst hissəsində burnu aşağıya doğru baxan fil motifi toxunub və bu da hinduizmdə uğursuzluğu təmsil edir : \n https:\/\/i.imgur.com\/WLvwfD7.jpeg\n https:\/\/i.imgur.com\/599oAAF.jpeg\n https:\/\/i.imgur.com\/rKg3Lu0.jpeg\n\nAçıqcası xalça bugün muzeydə sərgilənsə və bu şəkildə təqdim edilsə belə , həqiqətən 1929-cu ildə və hindistandan hədiyyə olaraq gəldiyi ilə bağlı dövlət arxivi tərəfindən və ya bir tarixçi tərəfindən göstərilmiş rəsmi bir mənbə yoxdur.Bir ehtimal varsa belə , şəxsən araşdırdım amma tapmadım.Yenə də mənim kimi mistisizm sevənlər üçün maraqlı bir əfsanədir.Amma mistisizmdən çox conspiracy theory sevənlərə də şad xəbərim var -*.Tema budur ki , bildiyimiz kimi atatürkə həyatı boyu bir çox sui-qəsd cəhdləri edilib və gizlincə yanına agent soxulmağa çalışılıb.o illərdə hindistanın müstəqil olmayıb ingiltərəyə bağlı olduğunu da bilirik.Və atatürkün ingiltərə ilə olan münasibətini də.Bir ehtimal bu xalçanın atatürkün yanına sızmış olan agentlərə bu simvollar ilə xəbər edilərək sui-qəsdin işarətinin verildiyi və atatürkün zəhərləndirilərək öldüyü iddia edilir.Ümumiyyətlə , Atatürkün öldükdən sonra ölüm səbəbi və ölüm kağızı ilə bağlı rəsmi bir sənəd olmaması , atatürkün ölümü ilə bağlı bir çox komplo və əfsanələrə səbəb olmuşdur." | |
}, | |
{ | |
"id": 308, | |
"title": " \n kovboy ", | |
"content": "amerika qitəsində at sürərək mal-qara otaran çobanlara verilən ad.\nkovboy sözü ingilis dilindəki cow (inək) və boy (oğlan) sözlərinnəndir. ispan dilindəki adı olan vaquero sözünün də tərcüməsi eynidir.\nkovboyların vətəni şimali meksika və bir vaxtlar meksikanın ərazilərinə aid olan texas sayılır. 1836-cı ildə texas azad olduğdan sonra (azad olmaq yəni abş-ın istilası. hansı ki 7 il sonra 1843-cü ildə ittifaqa da birləşəcək) kovboylar hinduları tanıyıblar. amma bu tanışlıq heç də hər iki tərəfi məmnun etmiyib. və xüsusən 1861-1865-ci illər amerika vətəndaş müharibəsində özünü daha qabarıq göstərib. \nkovboyların əksəriyyəti ingilis, bir qismi ispanca danışan ağdərililər idi. onlar abş-da şimalın cənuba qələbəsi sonrası daha da artmışdılar. amma bu o demək deyil ki, onlar kovboy olmağa canla-başla qərar vermişdilər. sadəcə vətəndaş müharibəsi sonrası ordudan azad edilmiş əhali işsiz qalmamaq üçün kütləvi sürətdə kovboyluğu seçirdi.\n\nkovboylar əsasən xırda atlarda bellərində revolver bu gün də maldarlığla məşğuldurlar. bəziləri muzd qarşılığında başqasının, bəziləri öz mal qaralarının qeydinə qalırlar. bu cür maldarlar cənubi amerikada-əsas da argentina və uruqvayda qauço adıyla çoxluq təşkil edirlər." | |
}, | |
{ | |
"id": 309, | |
"title": " \n casemiro ", | |
"content": "hələ də başlığının açılmamasına təəcübləndiyim futbolçu. əsl adı \"Carlos Henrique Casimiro\" olan 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi manchester united-də oynayır. seçdiyi mövqenin hekayəsi də bir qədər maraqlıdır. deməli casemiro uşaq vaxtı gedir \"sao paulo\" klubunun məşqlərinə qoşulur. seçmələrin(istedadlı futbolçuları ayırd etmək üçün sınaq kimi bir şey) vaxtı gəldikdə məşqçiləri bütün uşaqlardan oynayacağı mövqeyə görə düzülmələrini istəyir. məsələn hücumçular solda, müdafiəçilər sağda və.s. öz mövqeyi də hücumçu olan casemiro görür ki, hücumçu mövqeyi üçün 30-dan çox uşaq dayanıb. baxır ki, ən az dayaq yarımmüdafiəsi üçün adam dayanıb, 1-2 nəfər, elə o da palit eləmir, qoşulur onlara və seçmələrdə məşqçinin xoşuna gəlir. beləcə akademiyaya seçilir. o vaxtdan bəri 6 nömrə oynayır casemiro. hətta 1 dənə də hekayə, əsl adı casimiro imiş. sadacə sao paulodaki işçi bunun adın səhv yazır. elə casemiroda orada yaxşı çıxış etdikdən sonra elə düşünürlərki bu \"səhv\" ad buna uğur gətirirmiş. özü barədə şirin adamdı, müasir futbolun ən güclü cdmlarından biridir. özü kobud oyunu ilə seçilir, sadəcə realda ört basdır edirdilər deyə, həm də özü şirin adamdır deyə hiss olunmurdu. özü artıq çəkili idi bir ara:\n\n\n \n \n \nindi formaya düşüb:\n\n\n \n \n \n\n2022-də son anda ten hag mctominayla zadla bacara bilməyəcəyin görüb de jong+casemironu istədi. keçmiş qoyun rəhbərlik də 30 yaşlı casemiroya 70 milyon pul verib transfer elədi. 22\/23 sezonunda yaxşı oynadı, amma 23\/24 sezonunda çox düşdü, həm zədələr, həm artıq çəki, oyunçunun evin yıxdı. bu il yəqin ki, klubda qalacaq. qalmasın mən də istəyərəm çünki, komandadakı keyfiyyət əksikliyin bağlaya bilir. bu il son ili imiş kimi normal oynasın, gələn il 40-50 milyona ərəblərə satmaq qımışır. uğurlar şirin adam." | |
} | |
] | |
--- CHUNK 5 END --- | |
--- CHUNK 6 START --- | |
[ | |
{ | |
"id": 310, | |
"title": " \n exodus ", | |
"content": "Tövratın ikinci kitabı (azərb: çıxış). Musa peyğəmbər tərəfindən kölə olaraq işlədilən və \"tanrının xalqı\" olaraq bilinən israiloğullarıın (baxma: israelites) Misirdən çıxarılıb \"vəd edilmiş torpağa\" aparılmasını hekayət edir.\n\nHekayə Tövratda az-çox eşitdiyimiz kimi nəql edilir; İsrailoğullarının Misir torpaqlarında artmasından ehtiyat edən firon İsrailoğullarının oğlan uşaqlarının Nil çayına atılmasını əmr edir. Musanın anası isə səbəti gil ilə yamayaraq Musanı içərisinə qoyur və Nil çayına buraxır. Nil çayına yuyunmağa çıxan Fironun qızı səbətdə Musanı tapır və onun ivrit olduğunu anlayır, onu özü üçün böyütməsi üçün başqa bir ivrit qadına tapşırır. Böyüdükdən sonra ivrit qadın onu fironun qızına geri gətirir və fironun qızı ona Musa adını verir. \n\nBöyüdükdən sonra Musa onun soyundan olan israiloğullarının çəkdiyi əziyyəti görür. Misirlilərdən biri ivrit bir kişinin vurduğunu görən anda Misirlini dayandırmaq üçün ona hücum çəkir və ölümünə səbəb olur. Firon hadisəni eşidir və Musa Firon onu cəzalandırmazdan öncə Misiri tərk edir.\n\nMisirdən uzaqdaki soydaşları ilə birgə yaşayaraq çobanlıq etdiyi günlərdə çıxdığı dağda ona danışan alovlu bir kol görür. Yanan kol vasitəsilə Allah Musaya gedib onun xalqı olan İsrailoğullarını xilas etməyi əmr edir. Firon İsrailoğullarını azad etməyi rədd edir, lakin allahın Misirin başına gətirdiyi on bəladan və fironun vəliəhdinin ölümündən sonra, o Musaya və onun xalqına getməyə icazə verir. \n\nƏlbəttə, hekayənin tövratda nəql edildiyi kimi baş verməsi tarixi cəhətdən debat mövzusudur və birbaşa nəql edildiyi kimi baş verdiyinə dair ciddi tarixi tapıntılar yoxdur. Xüsusilə, Misirin on bəlası, Qırmızı dənizin yarılması, qızıl buzov kimi hadisələr çox mübahisəli olanlardandır.\n\nÇoxumuza tanış ola biləcək Dreamworks-ün Misir Şahzadəsi (Prince of Egypt) animasiya filmində işlənilmiş mövzudur." | |
}, | |
{ | |
"id": 311, | |
"title": " \n snowflake ", | |
"content": "hәrfi tәrcümәsi bizim qar dәnәsidi. qar dәnәlәrinin hәr biri özünәmәxsus olub, tamamilә fәrqli naxışlı, gözәl tәbiәt möcüzәsidir. ancaq siz elә deyilsiniz -* son 10 ildә törәmiş olan bu slang özünü qar dәnәsi kimi qeyri-adi, mükәmmәl varlıq sayan vә hәr sözdən inciyәn adamlara deyilir. çox maraqlıdı ki, sözün tarixi 23 il әvvәlә, hamınızın yaxşı tanıdığınız fight cluba gedib çıxır: \"you are not special, you are not a beautiful and unique snowflake\". bir müddәt gündәlik hәyatda bizim dә işlәtdiyimiz dәymә-düşәr mәnasında işlәnsә dә, 2010lar bu slangi siyasilәşdirdi. indilәrdә daha çox konservativlәrin liberallar üzәrindәki qıcıq alәti kimi istifadə olunur, siyasi tәhqir yükü daşıyır. \n(baxma: whiner)\n(bax: pussy)" | |
}, | |
{ | |
"id": 312, | |
"title": " \n tim berners-li ", | |
"content": "2004-cü ildə “ilin adamı” adına layiq görülən, ilk saytın yaradıcısıdır.\n\n1980-cı ildə berners məlumatların saxlanılması üçün enquire qipertekst proqram təminatını yaradır. daha sonra o cenevədə avropa mərkəzi nüvə araşdırmasında (cern) işləyirkən öz kolleqalarına qipertekst sənədlərindən istifadəni və internetdə nümayişi təklif edir. və 1991-ci ildə cern https:\/\/www. standartını təsdiq edir.\n\nbünövrəsi çoxdan qoyulmuşdur. hələ 1940-cı ildə vannevar buş insan şüurunun texnologiya vasitəsi ilə genişlənməsi mövzusuna toxunur və dünyaya yeni söz olan “qipertekst” terminini gətirir. bu düşüncəni isə berners vannevar buşun düşüncəsi ilə reallaşdırır, onun nəzəriyyəsini yeni texnologiya ilə birləşdirir. timin bu cür beyinə sahib olmasını onun riyaziyyatçı ailəsində böyüməsi ilə əlaqələndirirlər. \n\n1976-cı ildə o, oxford universitetinin fizika sahəsini fərqlənmə ilə bitirir. universitetdə dərs vaxtı kompüter otağına daxil olaraq kompüter oyunu oynayardı. və ya dərs vaxtı dostları ilə xakerlik edərdi. elə bu səbəbdən universitetde ona kompüter otağına daxil olmağı qadağa qoyurlar. bu qadağa onu öz şəxsi kompüterini yaratmağa sövq edir.\n\ninfo.cern.ch saytı hazırda da fəaliyyət göstərir. saytda quraşdırmanın əsasları, serverin və brauzerin işləməsi haqda tanışlıqlar verilib. hazırda tim berners – li world wide web konsorsiumunun rəhbəridir. bütün saytların əvvəlində olan www hərfləri world wide web, yəni dünya geniş hörümçək toru mənasını bildirir. tim berners – li 2004-cü ildə “ilin adamı” adına layiq görülmüşdür." | |
}, | |
{ | |
"id": 313, | |
"title": " \n əjdaha ", | |
"content": "qədim əsatirlərdə və nağıllarda adını çəkən xalqların kimliyindən asılı olaraq forması müxtəlif cür təsvir edilən varlıq. \nbizə ən yaxın olan təsvir isə, yəqin ki, budur:\nbaşı dəvə başına, qanadları qartal və yaxud yarasa qanadlarına oxşayan, qulağı inək, buynuzu maral, gözləri iblis gözünü xatırladan, balıq kimi pulcuqları da olan bir varlıq. sərt və tikanlı quyruğu da var. \nyenə haqqında danışan xalqdan asılı olaraq başının sayı 1; 7; 9; 40\nayaqlarının sayı əksərən 2 və ya, 4 olaraq göstərilir. \nəjdahanın avropaya məxsus təsvirlərində qanad mövcud olsa da, şərq xalqları onu qanadsız təsvir edirlər. onları qanadlı təsvir edənlərə görə o fövqəltəbii bir quş, qanadsız təsvir edənlərə görə isə, o nəhəng bir ilan və ya, kərtənkələdir. söz sürünənlərə gəlmişkən: reallıqda \"əjdaha skeleti\" axtaranlar onların dinozavrlar kimi bir vaxtlar mövcud olması ehtimalından ağız dolusu danışırlar. \nəjdahaları məşhurlaşdıran mifik bacarıq isə, ağızlarından od püskürə bilmələridir. nağıllarda əjdahalar odu hücum və müdafiələri üçün püskürürlər.\nqərbdə əjdaha uğursuzluq, xaos, qəsbkarlıq simvoludur. \nəjdahaları şər qüvvə kimi göstərən nağıllarda onların ən çox suyun yolunu bağlayıb yaxınlarına heç kəsi buraxmamasından və nağılın qəhramanının əjdahanı güc ilə zəkası sayəsində çətinliklə məğlub etməsindən söhbət açılır. \nəjdaha haqqında müxtəlif millətlərin fərqli ideyaları var:\nməsələn yunanlar qədim zamanlarda böyük olan istənilən ilan növünə drakon deyiblər. \naz qala hər bir xalqın ədəbiyyatında mövcud olan əjdaha anlayışı heç bir yerdə uzaq şərqdə olduğu kimi ön plana çıxmır. \nəgər avropa insanı üçün əjdaha xəzinələri qəsb edən pis bir varlıqdırsa, asiyalı üçün o, xəzinənin hamisi və sadiq xidmətçilərinə tarlalarını suvarmaları üçün su verən ədalətli padişahdır. \nhəyat üçün əhəmiyyətli ünsürləri daima yanında saxladığı üçün də əjdaha şərqli üçün zülmkar yox, bərəkət və rifahı özündə ehtiva edən deməkdir.\n\nçin dilində əjdahaya \"luu\" deyirlər. məşhur mortal kombat personajı olan çinli liu kangın da ağzından alov çıxardığını görürük. \n(bax: əjdaha lazımdı)" | |
}, | |
{ | |
"id": 314, | |
"title": " \n masaka kids africana ", | |
"content": "Afrikaya həmişə marağım olub özümü tanıyandan oranın təbiəti,insanları həmişə ziyarət etmək istədiyim yerlərin içində önlerinde olub hətta könüllü kimi belə çalışmağı düşünürəm gələcəkdə bir dönəmlik. Hardasa il 2019 olardı yenə afrika haqqında arayış edəndə masakan kids African kanalı qabağıma çıxdı çox qəşəng idi Uqandada uşaqlar mahnılara oz ritmlərinə uyğun əylənərək necə rəqs edirdilər ilahi ele bil ki heç bunlar ac deyil,sanki dünyanın ən kasıb yerlərindən birində yaşayan bu uşaqlar deyil,sanki hər şeyləri var və bu qədər xoşbəxtdirler,sanki təmiz suya bu uşaqların ehtiyacı yoxmuş kimi yaşayaraq rəqs edirdilər, çox təsirlənmişdim.\nMasaka Kids Africana, Uqandada yerləşən və ehtiyac içində olan uşaqlara dəstək vermək məqsədilə yaradılmış rəqs və musiqi qrupudur,hansı ki,o bölgedeki hər uşaq rəqslere qoşula bilərlər.\n Bu qrup, yerli yetim və sosial-iqtisadi çətinliklər yaşayan uşaqların təhsil almasına və istedadlarını inkişaf etdirməsinə kömək edir. Qrupun əsas məqsədi, bu uşaqlara yaşayış, təhsil və istedadlarını inkişaf etdirmək üçün imkanlar təmin etməkdir. Onlar uşaqların həyatına müsbət təsir göstərməklə yanaşı, Afrikanın zəngin mədəni irsini dünyaya tanıtmağı hədəfləyir.\nMasaka Kids Africana, ənənəvi Afrikanın rəqsləri və musiqilərini nümayiş etdirir. Onların performansları çox enerjili və rəngarəngdir, bu da dünyada geniş marağa səbəb olur.sosial media platformalarin çoxunda kanalları var və hər həftə mütləq azı bir video paylaşılır.Qrupun rəqsləri, Uqanda və Afrikanın müxtəlif bölgələrindən gələn ritmləri və ənənələri əhatə edir. Musiqi və rəqs vasitəsilə uşaqlar, öz mədəniyyətlərini ifadə etməklə yanaşı, öz hekayələrini də çatdırırlar.\nYouTube və Instagramda yayımladıqları videolar milyonlarla baxış toplayır.hetta karina Palmira(freelance dancer) ilə olan videolarına təkcə YouTube-da 150mln baxış sayı gəlmişdi.Onların səmimi və enerjili performansları insanları cəzb edir içi mən qarışıq ən azından mənim baxışım ilə də olsa onlara çox az da olsa bir xeyrim deyeceyini düşünmək daha yaxşı hiss etdirir.Uşaqların təbəssümləri və həvəsləri dünya üzrə insanlara müsbət təsir göstərir.\nQrupun üzvləri çətin həyat şəraitlərindən gəlirlər. Bir çoxu yetimdir və ya sosial-iqtisadi çətinliklər içindədir. Masaka Kids Africana, bu uşaqlara yeni imkanlar və ümid verir. Onların həyat hekayələri və uğurları bir çox insan üçün ilham mənbəyidir. Bu uşaqların həyatını dəyişdirmək üçün göstərilən səylər, dünya üzrə insanların diqqətini cəlb edir yetəri qədər.\n\nBu kanal yaradılandan sonra isə hətta Masaka Kids Africana, müxtəlif ianələr və sponsorluqlar vasitəsilə maliyyələşmeye başlayıb. Dünyanın hər yerindən olan insanlar və təşkilatlar, onlara maddi dəstək göstərərək uşaqların həyatını yaxşılaşdırmağa kömək edirlər. Bu dəstəklər sayəsində, uşaqlara daha yaxşı təhsil imkanları, yaşayış şəraiti və inkişaf üçün lazım olan resurslar təmin edilir.\nMasaka Kids Africana, yalnız əyləncəli performansları ilə deyil, həm də uşaqların həyatlarını dəyişdirən və onlara yeni ümidlər bəxş edən bir təşkilat olaraq tanınır. Bu qrup, uşaqların gələcəyini daha parlaq etmək və onlara yeni imkanlar yaratmaq üçün fəaliyyətlərini davam etdirir.yeni ümidlərə doğru yelkən açan bir şeylərin olduğunu və onlara təşkilatçılıq edən insanları görəndə ürəyim açılır, çox xoşbəxt oluram. Bunu da burada paylaşıram ki,sizin də marağınızı çəkə bilər girib uşaqların ümid dolu rəqslərini (və bunu qətiyyən pul üçün etmədiklərini )sevərək və necə də xoşbəxt şəkildə,bundan həzz alaraq etdiklərini görə bilərsiniz,bu kadrlar insana qəribə hiss etdirir ən azından məne.umid edirem canlı görə bilmək şansım olar o, uşaqları ne zamansa,kim bilər bəlkə bizim də ne zamansa onlara kiçik də olsa bir xeyrimiz dəyər,gələcəkləri, həyatları üçün bəlkə bir ümid qapısı olarıq.\nÜmidli sabahlara hər birimiz üçün.\nBurda isə qazanılan vəsaitlərlə məktəbə göndərilən uşaqların şəkilidir\n https:\/\/i.imgur.com\/8PUiYVR.jpeg" | |
}, | |
{ | |
"id": 315, | |
"title": " \n musiqi ", | |
"content": "musiqiyə hər kəsin qəbul edəcəyi bir tərif vermək mümkün deyil. hamı üçün fərqli bir şey ifadə etməklə birlikdə musiqinin mənası insan üçün də zamanla dəyişə bilir. hər səsi musiqi kimi qəbul etmək olar? yoxsa müəyyən qanunlara riayət edən səslərə musiqi deyilir? əgər belədirsə bu qanunlar nələrdir və bu qanunlara kim qərar verib? musiqi qulağa mütləq xoş gəlməlidir? bu suallara verilən cavablar hər kəs üçün fərqli olacaq. \n\nmənim yazmaq istədiyim mözvu isə musiqinin və notaların bugünkü halına necə gəldiyi haqqındadır.\n\nmusiqinin tarixinə əgər baxsaq pifaqorun burada önəmli bir yer tutduğunu görmək olar. o musiqi nəzəriyyəsinə böyük töhfələr verib. çox bilinən bir əfsanəyə görə pifaqor dəmirçinin yanından keçərkən çəkicin metala dəyərək çıxardığı səsə diqqət edir və çəkicin ölçüsünün fərqliliyinə görə çıxan səsis dəyişdiyini eşidir. və bəzi çəkiclər eyni anda vurulanda yaranan səsin qulağa xoş gəldiyinə(konsonant olduqlarına) bəzilərinin isə o əksinə - uyğun səslər çıxarmadığına(dissonant olduqlarına) diqqət edir. bunun niyə belə olduğunu araşdırdıqda isə çəkiclərin kütlələri nisbətlərinin buna səbəb olduğu nəticəsinə gəlir. \n\nçəkiclərin kütlələri arasındakı nisbət nə qədər sadə olursa çıxan səs də bir o qədər konsonant olur. məsələn biri 4 kg biri 2 kg olan çəkiclər 2:1 nisbətində olduqlarına görə konsonans yaradırlar.\n\nmusiqinin səslərdən(və səssizlikdən) ibarət olduğunu bilirik. səslər isə dalğa şəklində yayılırlar və müəyyən tezlikləri olur. məsələn la notasının tezliyi bu gün 440 hertz kimi qəbul olunur. bayaq çəkiclər haqqında dediyim nisbət məsələsi eyniylə səs dalğalarına da aiddir. tezlik nisbətləri sadə olan notalar qulağa daha ahəngli gəlir. hətta 2:1 nisbətində olan səslər tezlikləri fərqli olsa belə eyni adlandırılır. yəni 220hz, 440hz, 880hz, 1760hz və s. tezlikli dalğaların hər biri la notasıdır və bir-birlərinin oktavlarıdır. \n\nnotalar arasındakı məsafələr intervallarla da ölçülür. oktav da bu intervallardan biridir və 2:1 nisbətini ifadə edir. ən sadə interval unisondur və eyni tezlikli notalar üçün istifadə olunur yəni nisbəti 1:1dir. konsonant səslər sadə nisbətlərdə olduğuna görə 2:1 və 1:1dən sonra ən sadə nisbət 3:2 və 4:3 ola bilər. hansı ki bugünkü musiqidə sırasıyla tam beşli və tam dördlü intervallar kimi bilinir. \n\npifaqorun zamanında musiq alətləri tam beşli intervallar və tetrachordlar əsasında qurulurdu, çünki oktav və unisondan sonra ən sadə nisbətlər bunlar idi. tetrachordlar birinci və sonuncu nota arasında əsasən tam dördlü interval olan və 4 notadan ibarət olan sistemlərdir. tam dördlü interval arasındakı notalar məqsəddən asılı olaraq dəyişilərək istifadə olunurdu. zamanla tetrachordlar birləşdirilərək 7(1-ci tetrachordun son notasını 2-ci tetrachordun ilk notası kimi də istifadə edirdilər), 8(burada 2-ci tetrachord fərqli notadan başlayır), 15 və ya 16 notalı sistemlər də qurulurdu. \n\namma notaları sadəcə tam beşli(3:2) və ya tam dördlü(4:3) intervallarla böldükdə \"sadə nisbətlər\" fikrindən uzaqlaşmalı oluruq, çünki bu prosesi bir neçə dəfə təkrar etdikdə 256:243, 243:128, 81:64 kimi nisbətlər əldə edirik. bunun yerinə bu nisbətləri kiçik fədalar edərək sadələşdirsək işləri daha asanlaşdıracaq. məsələn 243:128 yerinə 15:8 və ya 81:64 yerinə 5:4 kimi nisbətlərdən istifadə edə bilərik. bu sistem isə just intonation adlandırılır. \n\nindiyə kimi notaların özündən çox onlar arasındakı intervallardan və bir-birləriylə əlaqəsindən danışdım. bunun səbəbi həmin dövrdə hər kəs tərəfindən qəbul olunmuş notalar sistemindən istifadə olunmamasıdır. bəziləri 440hz-i la kimi qəbul edə bilər bəziləri isə 432hz-i(ədədlər nümunə olsun deyə verilib). bunun səbəblərindən biri istifadə olunan sistemin də buna imkan verməməsi idi. bu gün biri la notasından başlayıb müəyyən intervallarla ilərləsə və başqa biri isə la-dan yox do-dan başlayıb yenə bu intervallarla ilərləsə, tamamilə fərqli notalar çalsalar belə bizim qulaqlarımız bu 2 ardıcıllığın eyni olduğunu başa düşür. amma o dövrdə istifadə olunan sistem notalar arasındakı məsafə bərabər bölmədiyi üçün nota adlarından istifadə edərək ilərləmək intervallarla ilərləməklə eyni olmayacaqdı. \n\nyuxarıda yazdıqlarımı izah etməyə çalışacam. düşünək ki 7 notalı bir sistem istifadə edirik və bunlar a-b-c-d-e-f-g olsun(bunları ingilis dilindəki notalarla qarışdırmayın sadəcə x y z kimi dəyişənlər olaraq fikirləşin). a-nın oktavına yenə a deyək, onda a-b-c-d-e-f-g-a başı və sonu 1 oktavlıq olan bir ardıcıllıqdır. əgər cent adlı bir vahid qəbul etsək və bu notaların hər biri arasında 50 centlik məsafə qəbul etsək(hal hazırda öz sistemimizi qururuq):\na-0 cent\nb-50 cent\nc-100 cent\nd-150 cent\ne-200 cent\nf-250 cent\ng-300 cent \na-350 cent (oktava gəldik)\nb-400 cent\nc-450 cent\n...\n\nindi \"ixtira etdiyimiz\" cent vahidini tezliklə ifadə etməyə çalışaq. bilirik ki oktavlar 2:1 nisbətində olur. amma burda oktavlar arasında həndəsi(və ya vurmayla ifadə edilən) yox xətti(və ya toplamayla ifadə edilən) bir əlaqə var. müşahidə edə bilirik ki, oktavlar arasında 350 centlik məsafə var. hal hazırda etidiyimiz şey həndəsi bir əlaqəni xətti bir əlaqəyə çevirməkdir. sadə deməyə çalışsaq bir şeyin üstünə 7 dəfə 50 cent gəlmək tezliyini 2-yə vurmaq deməkdir. 7 dəfə 50 cent gəlməyi vurma kimi göstərə bildiksə 1 dəfə 50 cent gəlməyi də göstərə bilərik. burda sual yaranır ki bir ədədi 7 dəfə hansı ədədə vursaq 2-yə vurmuş olarıq? cavab isə 2 üstü 1\/7-dir. yəni qərarlaşdırdıq ki, 50 cent ilərləmək tezliyi 2 üstü 1\/7-yə vurmaqdır. \n\nbunu centlərlə ifadə etməkdə məqsədim əslində daha asan izah vermək idi, çünki 440-880 arasındakı məsafənin 880-1760 ilə eyni olması və bunun üstündə işləmək yerinə hər oktavın eyni ədədlə ifadə olunması daha rahat olar deyə düşündüm amma ola bilsin ki məsələni daha çətin hala gətirdim. əgər yuxarda yazılanları başa düşmədinizsə narahat olmayın, çünki mən müəllim deyiləm və böyük ehtimalla izah üçün çətin bir yol seçmişəm.\n\nəgər notalar arasındakı məsafəni 50 centə bölməyimlə və bunun tezliklərlə bir qarşılığı olduğunu deməyimlə razılaşırsınızsa əsas məsələyə gələk. yuxarıdakı sistemdə 3 nota getmək 150 cent getmək deməkdir. hansı notadan başlayırısınızsa başlayın fərqi yoxdur, əgər 3 nota irəliləyirsinizsə 150 cent gedirsiniz deməkdir və bu da bizi yuxarda yazdığım nəticəyə gətirir: hər kəs bu ardıcıllığın eyni olduğunu bilir. buna görə də bu notalara ad vermək bizim üçün problem yaratmır. bir dairə və üstündə eyni uzaqlıqda olan 7 nöqtə düşünün. hal hazırda notalarımız bu nöqtələrdədir.\n\no vaxtki notaların isə 1:2 üstü 1\/7 nisbətləri ilə bölünmədiyini bilirik. hər biri fərqli nisbətlərdədir bəzisi 9:8 bəzisi 4:3 və s. bunu da centlərlə ifadə etdikdə hər biri arasındakı məsafə 50 cent ola bilmir. hal hazırda dairəmizin üstündə notaların yerini işarələsək aralarındakı məsafə eyni olmur. məsələn deyək ki:\na-0 \nb-47\nc-96 \nd-152\ne-206\nf-248\ng-296\na-350 (oktav)\nb-497\nc-446\n(aradakı cent dəyərləri random verilib amma məqsəd bərabər bölünməsindən fərqli olduğunu göstərməkdir)\n\noktav hələ də 2:1 nisbətidir buna görə də 350 cent olaraq qalmağa davam edir. amma a-dan başlayıb 3 nota gedək a-b-c 96 cent gəlmiş olduq. indi isə e-dən başlayıb 3 nota gedək e-f-g 100 cent gəldik. just intonationda yaranan problem tam olaraq da bu idi(notaların sayı və dəyərləri fərqli idi burda sadəcə oxşar bir simulation qurub onun üstündə göstərdik).\n\nbu gün 12 notalı sistemdən istifadə edirik: \ndo\ndo#\/re bemol\nmi\nfa\nfa#\/sol bemol\nla\nla#\/ si bemol\nsi\ndo (oktav)\n\nnota adlarını qısa şəkildə izah etsək hamımızın bildiyi do-re-mi-fa-sol-la-si və bəzi notalar arasında 2 adı olan notalar var. bunlara alterasiyalar deyilir(yalnız #(diyez) işarəli versiyadan istifadə edəcəm daha rahat oxumaq üçün). yuxarıdakı hər bir nota arasındakı məsafəyə yarım ton deyilir. mi-fa, si-do və ya fa#-la arası yarım tonluq intervallardır. 2 nota arasındakı məsafə isə tam tondur. fa-la, la#-do, fa#-la# arası tam tondur. # notanı yarım ton artırmaq, bemol isə yarım ton azaltmaq üçün istifadə olunur. yəni la-nı yarım ton artırmaq üçün # işarəsindən istifadə olunur.\n\nyuxarda just intonation haqqında izah etdiyim problem artıq yoxdur, çünki bu notalar arasındakı məsafə bərabər şəkildə bölünüb. yəni hər bir ardıcıl notanın nisbəti 1:2 üstü 1\/12-dir(çünki 12 nota var). və hər bi nota arası 100 cent kimi qəbul olunub. bu da oktavlar arasının 1200 cent olması deməkdir. yəni 100 cent getmək = tezliyi 2 üstü 1\/12-yə vurmaq. beləliklə haradan başlamanızdan asılı olmayaraq neçə nota irəliləyirsinizsə o qədər də cent gedirsiniz.\n\nindi suallar yaranır ki, niyə 12? bəs bizim sadə nisbətlər ən konsonant olur fikrimizə nə oldu? bizi 12-də dayandıran nədir? bu sualların müxtəlif cavabları var. \n\nyazının başında dediyim kimi 3:2(tam beşli) çox önəmli bir intervaldır. gəlin 440hz-lik səsi alaq və 12 dəfə tam beşli gedək yəni 1.5-ə vuraq. 440*(1.5 üstü 12) = 57088. indi isə yenə 440hz-dən 7 dəfə oktav gedək. 440*(2 üstü 7) = 56320. bu ədədlər çox böyükdür və insan qulağının eşitmə aralığında deyil, amma müşahidə budur ki aralarındakı nisbət çox kiçikdir. 57088\/56320=1.01(hesablamalar təxminidir). onda tam beşlini 3:2 yox çox az hətta qulağımızın hiss eləyə bilməyəcəyi ölçüdə dəyişsək 12 dəfə tam beşli gedib tam olaraq 7-ci oktava çata bilərik.\nbu 7-ci oktava yəni başlanğıc notamıza çatana kimi tam beşli intervalla 12 fərqli notayla qarşılaşırıq. əgər 1 oktavı 12 bərabər parçaya bölsək bu notaları həmin aralığa qoya bilirik. eləməli olduğumuz şey onları 440 və 880 arasına gətirənə kimi oktav azaldaraq gətirməkdir. beləliklə bu gün istifadə elədiyimiz 12 tone equal temperament sisteminə gəlirik.\n\n12 nota istifadə etməyin digər bir səbəbi də musiqi alətlərini optimal hala gətirməkdir. bir oktavı 53 bərabər yerə də bölmək mükündür və belə sistemlər də var. amma pianoda sadəcə bir oktav üçün 53 key istifadə etmək heç sərfəli və ya məntiqli deyil.\n\nbəzi mənbələr və əlavələr: əgər musiqi nəzəriyyəsinə marağınız varsa \"müzik teorisi 101\" kitabını oxuya bilərsiniz. kitabda burada yazdıqlarım haqqında yox sadəcə musiqi ilə məşğul olmaq istəyənlər üçün lazım olan məlumatlar verilib. əgər burada yazılanlar sizə maraqlı gəlirsə:\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \nhistory-of-music theory-playlisti \nmusic-theory-subredditinin-wikisi \n\nedit: oktavların tezlikləri həndəsi yox loqarifmik olaraq artır. çünki hər hansı notanın oktavlarını(deyək ki la notası) 440 * (2 üstü x) şəklində tapa bilirik. x-in yerinə qoyulan bütün tam ədədlər bizə la notasını verir." | |
}, | |
{ | |
"id": 316, | |
"title": " \n faithful unto death ", | |
"content": "Viktoriya İngiltərəsinin mühüm rəssamlarından biri Edward John Poynter'in Faithful Unto Death (ölümünə sadiq) adlı yağlı boya əsəri. Rəsmdə Qədim Romanın faciəvi hadisələrindən biri olan Pompey faciəsindən bəhs edilir. Əsas fiqur, Roma zirehi geyinmiş, qapının qarşısında keşik çəkən əsgərdir. Arxa planda partlayışın yaratdığı xaos və dağıntılar görünür. Əsgərin üzündəki qorxu və narahatlıq ifadəsi fəlakətin ciddiliyini, ölümün qaçılmazlığını əks etdirir.Əsərdə işıq və kölgənin istifadəsi, yaratdığı gərginlik, insanın qaranlıq və təhlükəli vəziyyətlə üzləşməsinə baxmayaraq, bütün bu qorxu və qeyri-müəyyənlik qarşısında belə öz vəzifəsinə sadiq qalmağının simvoludur." | |
}, | |
{ | |
"id": 317, | |
"title": " \n zəncirli körpü ", | |
"content": "Zəncirli körpü ( Széchenyi lánchíd) Macarıstanın paytaxtı olan Budapeşt şəhərində yerləşir. Belə ki, körpünün inşası 1849-cu ildə başa çatmışdır. Zəncirli körpü Buda və Peşt hissələrini bir-birinə birləşdirir. Bu yazımda isə körpü haqqındakı maraqlı bir fakt haqda məlumat vermək istəyirəm. Körpünün mühəndisi olan William Clerk öz şahəsəri ilə öyünürdü, hətta körpünün açılış günü o iddia etmişdi ki, əgər, körpünün inşası ilə bağlı hər hansısa bir səhv tapılarsa, mühəndis özünü Tuna çayına atacaq.\n\n\n\n \n \n\n\n Bu zaman kütlənin arasından balaca bir qız :\n-Tapdım! Tapdım! - deyə qışqırdı. \nHəqiqətən də, o, səhvi tapmışdı. Belə ki, körpünün üzərində olan aslan heykəllərinin dili yox idi. \n\n\n\n \n \n\n\nClerk isə biçarə özünü çaya atdı, lakin çay dayaz olduğundan üzərək quruya çıxdı.\nBu gün siz bu körpünü ziyarət edərək, mühəndisin etdiyi səhvə şahid ola bilərsiniz." | |
}, | |
{ | |
"id": 318, | |
"title": " \n klinefelter sendromu ", | |
"content": "47, XXY olaraq da bilinən Klaynfelter sindromu (KS), kişinin X xromosomunun əlavə bir nüsxəsinə sahib olduğu sindromdur. Əsas simptomlar sonsuzluq və kiçik, zəif işləyən testislərdir. Semptomlar çox vaxt incə olur və subyektlər təsirləndiklərinin fərqində deyillər. Bəzən simptomlar daha açıq görünür və zəif əzələlər, daha böyük boy, hərəkətlərin zəif koordinasiyası, daha az bədən tükü, döş böyüməsi və cinsi əlaqəyə az maraq daxil ola bilər. Tez-tez bu simptomlar yalnız yetkinlik dövründə müşahidə olunur . Zəka ümumiyyətlə normaldır; bununla birlikdə oxu çətinliyi və nitq problemləri daha çox olur.\n\nKlaynfelter sindromu təsadüfən meydana gəlir. Əlavə X xromosomu demək olar ki, ata və anadan gəlir . Yaşlı bir ananın Klaynfelter sindromu olan bir körpə doğma riski bir az artmış ola bilər. Sindrom, Y xromosomuna əlavə olaraq ən azı bir əlavə X xromosomunun olması ilə təyin olunur və nəticədə adi 46 əvəzinə 47 və ya daha çox xromosom yaranır . Klaynfelter sindromu, karyotip olaraq bilinən bir genetik test istifadə edilərək diaqnoz qoyulur.\n\nMüalicəsi bilinməsə də, bir sıra müalicələr kömək edə bilər. Fizioterapiya, peşə terapiyası, danışıq və dil terapiyası, məsləhətləşmə və tədris metodlarının tənzimlənməsi faydalı ola bilər. Testosteron əvəzetməsi əhəmiyyətli dərəcədə aşağı səviyyədə olanlarda istifadə edilə bilər. Genişlənmiş döşlər cərrahi yolla götürülə bilər. Təsirə məruz qalan kişilərin təxminən yarısının köməkçi reproduktiv texnologiya ilə ata olma şansı var, lakin bu bahalı və təhlükəlidir. XXY kişilərdə döş xərçəngi riski həmişəkindən daha yüksəkdir, lakin qadınlara nisbətən daha azdır. Bu vəziyyətdə olan insanların demək olar ki, normal bir ömrü var.\n\nKlaynfelter sindromu, 1000 kişidən diri doğuşdan bir-ikisində rast gəlinən ən ümumi xromosom xəstəliklərindən biridir. 1940-cı illərdə bu xəstəliyi təsbit edən Amerikalı endokrinoloq Harry adını Klaynfelter daşıyır. 1956-cı ildə əlavə X xromosomu səbəb kimi göstərildi. Siçanlar XXY sindromuna da sahib ola bilər, bu da onları faydalı bir tədqiqat modeli edir ." | |
}, | |
{ | |
"id": 319, | |
"title": " \n ying yang ", | |
"content": "ying yang çin fəlsəfəsindən və taoizmdən gələn bir qavramdır. qısaca, ying yang təbiətdə və kainatda olan ziddiyyətlərin bir birini tamamladığını və birlikdə bir ahəng içində olduğunu iddia edir. məsələn, xeyir ilə şərin, gecə ilə gündüzün, qadın ilə kişinin, isti ilə soyuğun, sözlük ilə edward wittenin.*\nbu zarafatı etməməliydim, keçin günahımdan\n \n\nying - qaranlıq, soyuq, gecə kimi özəlliklərlə əlaqələndirilir. feminəndir. ay simvoluyla təmsil edilir.\n\nyang - aydınlıq, isti, gündüz kimi özəlliklərlə əlaqələndirilir. maskulendir. günəş simvoluyla təmsil edilir.\n\nbelə ki, ying yang kainatdakı hər şeyin bu ziddiyyətlərin kombinasiyası yaxud balansı olduğunu və bir birini tamamladığını deyir. demək olar ki, ying yang taoizmin mərkəzində yer alır. elə taoizmin simvolu da ying yangdır. \nsifarişi verən: Bertrand Zobrist" | |
}, | |
{ | |
"id": 320, | |
"title": " \n pul ", | |
"content": "bəşəriyyətin ən şeytani icadı. deyir simyaçılar qiymətsiz metalları qızıla çevirməyə çalışarkən bir başqaları ondan çox daha yaxşı variant tapmışdı. bank işçiləri, sələmçilər adi kağız parçasını qızıla çevirməyi öyrənmişdilər. ilk vaxtlar qızıllarınızı müdafiə edəcəm adı ilə qurulurmuş. yəni sən bunlara 101 qızıl pul verirsən bunlar da sənə bir imzalı kağız verir ki, sənin məndə 100 qızıl pulun var. bir başqa yandan da faiz qarşılığında bunlardan pul da götürmək olurdu. borc vermək tərəfi daha gəlirli olduğundan getdikcə daha çox borc verməyə başladılar ta ki, bankda qızıl qalmayana qədər. və mükəmməl bir ideya formalaşdı. bu kağızları dəyərli eləmək. yəni insanlar bu kağızlarnan alış-veriş eləsinlər. hə indi ortalıqda heç bir qızıl olmamasına baxmayaraq bu insanlar daim gəlir əldə eliyirdi. adi kağız parçası qızıldan da dəyərli olmuşdu. insan oğlunun ən şeytani kəşfi artıq edilmişdi. sonra isə verdikləri bu kağızların dəyərini süni yolla aşağı salmağa başladılar. kağızlar daha az dəyərli olanda daha çox kağız almaq lazım olurdu. kağızların dəyərinin azalması ilə ödənilən qızılın sayının artması sürətini düzgün idarə eləməklə daha çox qazanırdılar. biraz şişəndən sonra oyunu böyük oynuyurlar. dövlətlərə borc verməyə başlıyırlar. əvəzində isə sadəcə dövlətlərin bank sisteminə nəzarəti istiyirlər. ard-arda müharibələr eliyən böyük dövlətlərin pula olan ehtiyacı onları bu insanların quluna çevirdi. ona görə də bu insanlara müharibələr çox sərf eliyirdi. hitlerin yəhudi sponsorları olması məsəlçün. amerikadakı adları kifayət qədər məşhur olan yəhudi ailələri hitlerə sponsorluq eliyirdi. yahudi derken milliyətcə yəhudi. hədəfləri nədi bilmirəm. bu qədər güc, pul nəyə lazımdı bilmirəm. amma bircə onu bilirəm ki, bizi istehlak canavarına çevirməklə, \"kağızların\" tez-tez dəyərdən düşməsi ilə və bizi daha çox borclu, asılı vəziyyətə salmaqla yekun olaraq bizləri qula çevirəcəklər. sonra nə pox yeyəcəklər bilmirəm.\naşağıdakı videoya istinadən yazmışam bunları. sizə də baxmaq məsləhətdi.\n(youtube: )" | |
}, | |
{ | |
"id": 321, | |
"title": " \n wallet ", | |
"content": "Mənim kimi hər dəfə büdcəsində artıq və ya əskik gələn, pulun bəzən hardan gəlib hara getdiyini tuta bilməyən insanlar üçün həyat qurtarıcı, telefonumda olan ən faydalı, ən əjdəha aplikasiya.\n\nTaa tələbə vaxtından uzun illərdir istifadə edirdim. Sonra hardasa 1 illik ara vermişdim. Bu ilin əvvəli bank hesabına baxanda \"amk hesabla x qədər olmalı idi axı, hara getdi ala o qədər pul?!\" deyəndə məcbur olub təzədən istifadə etməyə başladım. Mənim istifadə etməyimin ən əsas səbəbi bütün xərc və gəlirləri qəpiyinə kimi dəqiqliklə qeyd etməkdir. İndi düşünə bilərsiniz ki, \"bank proqramında da görünür də\", amma elə deyil. Bankın öz proqramında hardan aldığın görünür, amma pulu kim köçürüb, nə almısan, nəyə gedib, kimə vermisən - bax bunlar görünmür. Sadəcə məbləğlərdir. Halbuki bu proqramda çox detallı şəkildə kateqoriyalar var. Ümumiyyətlə, qısaca proqramı ekran şəkilləri ilə birgə izah edim, məsələ aydın olacaq. \nBurada bir şeyi qeyd edim ki, bu aplikasiya online ödəniş və ya köçürmə etmək üçün deyil. Yəni pulumuz üzərində heç bir ixtiyarı yoxdur və məbləğlərə hər-hansı medaxilə edə bilmir. Pulu proqrama yatırmırıq, sadəcə excel'də, ya da notlar bölümündəki kimi qeyd edirik. \n\nProqramın əsas qayəsi mühasibatlığa dayanır. Yəni bütün gəlir və xərcləri qeyd edirsən ki, özün üçün biləsən hər şeyi. Standart üzvlərə 3 dənə hesab açmaq pulsuzdur. Mən 2 bank kartı, bir \"cash\" hesabı olaraq işlədirəm, siz istədiyiniz cürə edə bilərsiniz. Məsələn, bir dostum kart\/cash\/metro kartı olaraq istifadə edir. Adlarını özünüz istədiyiniz kimi yaza, rənglərini istədiyiniz rəng qoya bilərsiniz. Həmçinin məbləğlərin üzərini blurlaya bilmək kimi də özəlliyi var proqramın. \nEdit: Buraya bir qeydi deyim. Proqramı bank hesabı ilə əlaqələndirmək olur, ancaq bir sıra forumlarda neqativ rəylər olduğundan bunu heç məsləhət görmürəm*\nbu özəlliyin Azərbaycan kartları ilə işlədiyini də bilmirəm heç\n. Hər şeyi \"manual\" olaraq qeyd etmək daha güvənlidir. \n\n\n \n \n\nSağ aşağıdakı \"+\" işarəsindən də anlayacağınız kimi nə zaman nəyəsə pul xərcləsəniz və ya pul gəlsə, o dəqiqə girib proqramda bunu qeyd edirsiniz. İşarəyə basan kimi 3 şey çıxır. (mən proqramı ingilis dilində işlədirəm deyə ingiliscə yazacam, ancaq telefonunuz hansı dildədirsə, o dildə olur proqram) \n \n\n \n \n\n1) tamplate. Mən izah edim deyə \"internet\" yazmışam, yeni istifadəçidə \"create new template\" yazılacaq orada. Adından da göründüyü kimi şablondur. Yəni mütəmadi nəyə pulunuz çıxırsa, onu qeyd edə bilərsiniz: kontur, gediş haqqı, kola və s ürəyiniz nə istəyirsə. İstəmirsinizsə, şablon yaratmayın. \n2) transfer. Yəni kartlarınız arasında pul köçürməsi olanda, ya da kartdan pul çıxaranda, nağd pulu karta yükləyəndə, yəni ümumən transfer əməliyyatı olanda bunu basıb qeyd edirsiniz. hesabın adının üzərinə basanda haradan-haraya köçürmə olacağını dəyişmək olur. \n \n\n \n \n\n3) new record. Adı üzərindədir. Ən çox istifadə edəcəyimiz bölüm də elə budur. Bütüün nə haqq-hesab olursa, buradan qeyd edəcəyik. Butona basan kimi əsas ekran çıxır. Məbləği qeyd və hansı hesabdan çıxacağını seçirik. \n\n\n \n \n \nVə proqramın əən sevdiyim yanı da elə burada görünür. Ekran şəklində məndə \"Groceries\"(ən son onu qeyd etmişəm deyə o çıxır) yazılan hissə kateqoriyalar bölümüdür. Üzərinə basanda 11 kateqoriya və hər kateqoriyanın da içində ayrıca çoxlu-çoxlu subkateqoriyalar var. \n\n\n \n \n\nƏslində mənim şablon yaratmamağımın əsas səbəbi də elə bu bölümdür, çünki bura girdikdə ən çox istifadə elədiyimiz 8 subkateqoriya ən üstdə qarşımıza çıxır, yəni mütəmadi istifadə elədiklərimizi hər dəfə axtarıb tapmağa ehtiyac yoxdur. Üstəlik, işin gözəl yanı da odur ki, proqram həm kateqoriyaları, həm subkateqoriyaları redaktə etməyə: adlarını, rənglərini, ikonalarını dəyişməyə icazə verir. Misalçün, mən tez-tez borc verirəm və belə bir subkateqoriya olmadığı üçün \"financial expenses\" kateqoriyasında özümçün bir subkateqoriya yaratmışam. Siz də ürəyiniz istədiyi kimi edə bilərsiniz.\n\n\n \n \n \nEyni zamanda kateqoriya və subkateqoriyanı seçdikdən sonra rəy bölümü var, hansı ki konkret olaraq nə aldığınızı ora ad olaraq qeyd eləmək olur. Proqramda mənim ən sevdiyim özəllik və üstünlük də elə budur: konkret qeyd edəndə bilirsən ki, filan pula filan şeyi almışam, day 1 ay əvvəl kartından çıxan x qədər pulun mal kimi üzünə baxıb \"ala mən buna nə(lər) almışdım görəsən?\" deyə düşünmürsən. \n\nProqramın bütün özəlliklərini qeyd etməyə dastan lazımdır. Əsas istifadə metodunu yazdım mən. Qısaca nə kimi digər işəyarayan funksiyalar olduğunu da qeyd edib bitirim.\n- ana səhifəni sola doğru sürüşdürəndə \"budget&goals\" bölümü var. Burada almaq üçün pul yığdığınız hər-hansı bir şeyi qeyd edib, hər dəfə qırağa pul atdıqca bura qeyd edib baxa bilirik. Day hər dəfə gedib \"görən pulun nə qədəri düzəlib?\" deyib yastığın altına baxmağa ehtiyac yoxdu ajdhajahhs\n \n\n \n \n\n- ana səhifədə sol üstdəki menyuya girəndə bizi bir sıra fərqli bölümlər qarşılayır. Mənim ən bəyəndiyim və ən çox istifadə etdiyim 3 bölüm var:\n \n\n \n \n \n1) planned payments. Adı üzərindədir. Hər ay, hər həftə olan elədiyimiz ödənişləri burada konkret planlamaq olur. Yəni mütəmadi olaraq girib qeyd etməyə ehtiyac yoxdur. Məbləği, kateqoriyanı, tarixi və saatı seçirik və həmin vaxt gələndə proqram özü avtomatik bu tranzaksiyanı qeyd edir.\n\n\n \n \n\nÜstəlik, təkcə xərclər yox, gəlirləri də qeyd etmək olur. Hamımız hər ayın neçəsi, nə qədər maaş(spendiya) aldığımızı bilirik də, onu da yuxarıda mavi rəngdə olan hissədə \"expense\" yox, \"income\" hissəyə çevirib qeyd etmək olur.\n\n2) \"debts\". Mənimçün həyat qurtaran bölümdür*\n:d\n. Kimə nə vaxt nə qədər borc vermisən, kimə nə qədər borcun var, haçan alacaqsan, nə qədər alacaqsan - hamısını qeyd etmək olur. Hətta birbaşa telefondakı kontaktlarla da əlaqələndirmək olur. \n \n\n \n \n\n3) üçüncü də şoppinq siyahısıdı. Bu bölümdə də alınacaq şeyləri qiymətlərimə qədər qeyd edib siyahı yaradırıq. Day sonra bir-bir hesablamağa ehtiyac yoxdur. Siyahıda hansıları almışıqsa, \"quş qoyub\" seçəndə \"create record\" butonu çıxır, onu basanda, ümumi məbləğ hesablanmış formada qarşımızda olur. Təsdiqləyib bitiririk.\n \n\n \n \n\n\nBelə. Başda dediyim kimi, həyat qurtaran proqramdır həqiqətən. Bundan əvvəl çoxlarını işlətmişəm, amma rahatlıq və funksioyanallıq baxımından ən bəyəndiyimi bu proqramdır. Üstəlik, həftəlik, 15 günlük, aylıq, 6 aylıq, 1 illik bütün \"record\"lara həm ümumi hesabatlar(expense, cash flow), həm kateqoriya və subkateqoriya diaqramları, həm də tək-tək baxmaq olur. Hara nə qədər xərclədiyini, nə qədər verdiyini yaddan çıxaran və hər dəfə hesablarda artıq və ya əskiklik yaşayıb da axtarmaqdan bezənlər üçün əla aplikasiyadır. Ümumiyyətlə, məncə, bütün hamının telefonunda olmalı bir şeydir. Pulu idarə etməyi öyrədir adama və gözə soxur ki, filan şeyə filan qədər xərcləmisən. Bəzən çox bədxərclik edəndə adam özün yığıb-yığışdırır.\n\nPaylaşdığım şəkillər proqramın android versiyasındandır. İos üçün də aşağı-yuxarı eynidir. Yükləmək istəyənlər üçün linki qoyuram, telefonunuz hansı əməliyyat sistemidirsə, saytdan ona uyğun olanın yükləyə bilərsiniz. Google, facebook və icloud ilə qeydiyyatdan keçmək olur, Həmçinin proqramın web versiyası da var. \nhttps:\/\/web.budgetbakers.com\/" | |
}, | |
{ | |
"id": 322, | |
"title": " \n reaction forming ", | |
"content": "(baxma: reaksiya formalaşdırma)\nİnsanın hiss etdiyi emosiyanın əksini ifadə etməsi. Məs: qəzəbli ikən sakit görünməyə çalışmaq, qəmgin ikən şən davranmaq, qısqanarkən əslində dəstəkli görünmək və s. Yenə qeyri-olğun müdafiə mexanizmidir (yenə deyəndə nəyi nəzərdə tuturam acaba-*). Daxildə güclü dissonans\/çaxnaşma hissi yarada bilir, çünki hiss etmədiyi kimu davranır insan, o hissi sağlam ifadə edə bilmir ki, məncə, bu əksər insanlar üçün çətin təcrübədir. \n\nTam olaraq bilmirəm bunu nə ilə əvəz etmək olar, o qədərini araşdırmadım. Yəqin ki, self-reflection və daxildəki əsl duyğunu şüurlu şəkildə yaşamaq və ifadə etmək kömək edə bilər. Məncə, reaction forming bilərəkdən qeyri-səmimi fikir ifadə etməkdən fərqlənir. Çünki reaction forming edən insan həqiqətən də özünü o duyğuya salmağa çalışır. İkincini edən isə yalandan etdiyini bilir zatən, ona görə də çaxnaşma duyğusu çox yaşamır filan." | |
}, | |
{ | |
"id": 323, | |
"title": " \n dar alanda kısa paslaşmalar ", | |
"content": "unudulmaz serdar akar filmlərindən. filmin baş qəhramanlarından olan erkan can ayrı bir drama, gözəllik qatmışdır sənət əsərinə. filmdəki hadisələrə futbolun yoldaşlıq etməsi çox xoşuma gəldi. mən də hər zaman bənzətmişəmdir. fikirləşəndə hansı idman növü ən çox həyata bənzəyir? (baxma: futbolun kədərlə yoğrulması) \n\n--spoiler--\n\nhayat futbola fena halde benzer. futbol şahsi beceri gerektirir, değişmez. O da ayrı konu… aynı zamanda topla oynanan yani insanların takım halinde oynadığı bir oyundur. hayat da böyle değil mi? İstediğin kadar yetenekli ol, iyi bir takım yoksa hava gazı…\nfilm bu cümlələrlə başlayır və bu cümlələrlə də bitir. ümidin nəsildən nəsilə necə ötürülməsinin, ölümü bilərək yaşamağımızın nümunəsidir. filmin baş qəhramanı hacı abinin yolunu suat və dostları gedirlər. film həmin dövrdə futbola və bu kimi idman sahələrinə yönəlmiş insanlara qarşı qıərəzdən yaxşı söhbət açır. görünür suatın atası vəziyyətdən narazıdı və min əziyyətlə gəldiyi mövqedə öz oğlunu görmədiyi zaman əsəbləşir. hacı abinin dediyi kimi böyüklər hər zaman haqlı olduqlarını düşünərlər, amma, elə deyildir. sevginin vurduğu iki adam suat və hacı abi. suat nurtenin evlənmə xəbərin eşidəndən sonra gedir qapılarına daşı evlərinə atmaq istəyir, amma, çönür futbol qapısına atır. həyatta uğursuz olanlar, oynadıqları oyunlarda da uğursuz olmağa məhkumdurlar. bir qaqaş hacı abiyə qayıdıb deyir ki; \"iyi bir santrafor gol demek, hani sen demiştin ya\". hacı abi də baxıb başını bulayır, yanıldığını başa düşür. \n\nkapalı dükkana kira ödedik işte… fikirləşəndə yaxşı ki, məktub nurtenə gedib çatmadı. suata abi çəkirdi onsuz. ortalıq qarışacaqdı. suatın məsələni sonradan öyrənməsi bir ümid yaradır. hacı abi nə yaşayıbsa, suat da eynisini yaşayacaq bəlkə də. qadınlar da şəhzadə olmağı sevirlər. yox deyə bilmədikləri yerdə də yox deyirlər. \n\nhacı abi bir fikir olaraq hər zaman məhəllədəkilər tərəfindən xatırlanacaqdır. son danışığı da vurucudur. ən azından o fikrin davamçıları vardır. son nəfəsə qədər dinləyib, bir şey başa düşənlər. onlar da kimlər üçünsə var olacaqlar, günlərini digərinə belə satıb həyattan müəyyən nəticələr çıxaracaqlar və sonda hər zaman yanılıb kədərə məhkum vidalaşacaqlar.\n\n--spoiler--" | |
}, | |
{ | |
"id": 324, | |
"title": " \n x-men '97 ", | |
"content": "Marvelin bu il çıxan animasiyası. Disney plus'da yayımlanıb və əsasən müsbət rəylər alıb. 90 larda çıxan x-men: the animated series seriyasının ardı kimi çıxıb, adında olan 97 də elə burdan qalıb. İntrolar və s. eynidir, heç baxmayanlar üçün seriyalar sizi 90 larda oynadığınız sega və s. kimi oyunların ab havasına götürə bilər. Bundan əlavə animasiya keyfiyyəti normaldır, bir spiderverse deyil ancaq narahat da eləmir. Düşünürəm ki, animasiyanın çox qəliz keyfiyyətdə olmamağı növbəti sezonların tez gəlməyinə təkan verə bilər. Çox vaxt belə animasiyaları bir neçə il gözlüyürük bir sezona görə. \nHekayə isə charles xavierın şübhəli ölümündən sonrakı x-men lərin bir növ macəraları kimi davam edir. Arada çox yaxşı bölümlər var 1 bölüm baxıb \"mənlik deyil\" deməyin. \nBir də az çox köhnə x men animasiyasının bir növ davamı olduğuna görə insanlar ona baxmadan buna baxsam olar deyə fikirləşir. X men lər haqda az çox bilirsizsə məncə baxmasanız da olar. Yox x-men ə baxmamışam deyirsinizsə heç olmasa x-men: first class filmindən başlıyın, sonra həmin timeline ın ardı olan days of future past ə falan baxın. 2000 də başlıyan ilk filmlərinə də baxa bilərsiniz ancaq hekayənin xronolojik sırası first class filmi ilə başlıyır, magneto və charles necə tanış olur x men lər necə yaranır və s. Maraqlı blockbuster di məncə, dəyər. 90 lardakı seriyaya baxmağınız mütləq deyil qısaca, animasiyanın köhnə olmağı və s. Azca narahat edə bilər bəzi insanları.\nSerialda da bir çox marvel xarakterini gördük(hamısı 90 lardakı animasiyada olan dizaynlarında idi,(baxma: iron man), (baxma: daradevil) gələn sezonlarda crossoverlar görsək super olar.\n\n\n\n---spoiler--\nSonda magneto wolverine in bedeninden adamamtium adlı maddəni sökür, bu comiclərdə wolverini daha güclü edirdi ,çünki hökümət tərəfindən yerləşdirilən bu maddə logan ın healingini azaldırdı, və daimi olaraq loganın bədəni hər saniyə bununla məşgul idi. Bundan əlavə xususi dramatik olan gambit ölümü, nəsə fırladıla bilər, teoriyalar apocalypse gəlib onu dirildib nəsə edəcək onla. Axırda kı kart səhnəsi buna referans edir. \nBir dənə Jean in səhnələrin də başım biraz qarışdı, hansı ara götürüb klonladılar hansı klondu zad, azca detallı açıqlasa idilər onu əla olardı. Cyclops u da qınamıram, sevdiyin qadının klonu ilə üçlü etməz şansı cazibədar gəlir. Axırdakı xarakterlərin fərqli zamanlara uçmağı da gələn sezonda yeni maraqlı xarakterlər tanıda bilər.\n\n\n\n\n\n\n--spoiler--- \n\nThey are protecting the world which hates and fears from them\nsifarişi verən: ares" | |
}, | |
{ | |
"id": 325, | |
"title": " \n splitting ", | |
"content": "ağ-qara düşünmə tərzinin məhsullarından biri, obyektə yönəlik qavrayışın haçalanması, qütbləşməsi; obyektin ya sadəcə yaxşı, ya da sadəcə pis olaraq qavranılması. Obyektin fərddə yaratdığı təəsürata qarşı yaranan qeyri-olğun reaksiyadır, fərdin obyekti tam şəkildə həm pozitiv, həm də neqativ cəhətlərlə qavrama bacarığının inkişaf etmədiyinin göstəricisidir.\n\nMisal üçün dostum mənə yaxşılıq etdikdə onu yaxşı, mükəmməl biri kimi görüb, səhv etdikdə isə pis, xəyanətkar və s. Kimi görürəmsə, onun hər iki cəhətlərini birləşdirib onu ağlımda tamam bir varlıq kimi qurğulaya bilmirəmsə, splitting edirəm deməkdir və bu cür tamamlayıcı qurğulamanı etmə bacarığımın inkişaf etmədiyini, bunun mənə öyrədilmədiyini və ya bir şəkildə öyrənə bilmədiyimi də göstərirəmdir. Bəli, splitting qeyri-olğun bir reaksiyadır və ideal halda vaxtında daha sağlam bir mexanizmlə əvəz edilmiş olmalıdır (psixoanalitiklərə görə).\n\n Object relations nəzəriyyəsinə görə, splitting hələ çağa ikən baş verir. Körpə südverən döşə (və ya biberon) qarşı splitting sərgiləyir. Döş süd verdikdə, o yaxşıdır, körpənin ehtiyaclarını qarşılayır. Nə vaxt ki, südvermə dayanır, körpə döşü pis obyekt olaraq qavrayır, onu məhv etmə phantaziyası (fantaziyadan fərqlənir) qurur, çünki onu doyuzdurmağı dayandırır. Çağa hələ ağlında böldüyü iki əks döşü tam obyekt kimi alğılamağa qadir olmur, daha sonra sağlam inkişafla bərabər bu bacarığı qazanır.\n\nSplitting borderline və narcissistic şəxsiyyət pozuntularının simptomları arasındadır. Digər insanlarla münasibətə mənfi təsir edən, daha sağlam bir bacarıqla əvəz olunmalı bir reaksiyadır." | |
}, | |
{ | |
"id": 326, | |
"title": " \n euro 2024 ", | |
"content": "14 iyun - 14 iyul tarixlərində Almaniyada keçiriləcək futbol bayramı. Bir çoxları Fransa və İngiltərəni favorit hesab edir. Məncə həmişəki kimi İngilislər bacara bilməyəcək. Bəlkə də beynimə loser kimi kodlanıblar bilmirəm. Şəxsən mən turnirin qalibi kimi fransanı görürəm. Çox əjdaha şəkildə gəlirlər. Keçim qrup təxminlərimə:\n\n\n \n \n\nBurda Macarıstan qrupun sürprizi olacaq. Almaniya maks 2 olacaq. İsveçrə və Şotlandiya isə ən yaxşı 3-cü yer uğrunda mübarizə aparacaq. Qrupun həlledici oyunu elə 1-ci turdakı Macarıstan - İsveçrə matçı olacaq.\n\n\n \n \n\nAzarkeşi olduğum və son çempion İtaliyanın taleyindən qorxuram. Spaletti bambılısı dünən hücumçu qıtlığında Bolognada əla mövsüm keçirən Orsolinini komandadan çıxartdı. İtaliyada hamı spalettini topa tutur. Zaccagni, çolaq el shaarawy və demək olar ki, bu sezon oynamayan faggiolini saxlayıb, Orsolini və lazionun qapıçısı provedeli kənarda tutub. İspaniya və Xorvatiya, hətta Albaniya da başağrısı olacaq İtaliyaya. Türkiyə ilə 0-0 bitən matçda da ümid vermədilər. Amma bu İtaliyadı. Qrupda 3 heç-heçədən sonra dünya çempionu olmuş komandadı. Bilmək olmaz. Bu qrupa təxmin vermək çox çətindi. Realist olsam hal-hazırki vəziyyətə uyğun olaraq: 1 İspaniya 2 Xorvatiya 3 İtaliya 4 Albaniya. \n\n\n \n \n\nİngiltərə burdan təmiz çıxar. 2ci yer üçün Danimarka və Serbiya əlləşər və Danimarka yeri qapar. \n\n\n \n \n \nƏn asan qrupdu bu məncə. Fransa 1, Hollandiya 2, Avstriya 3, bərbad oyun oynayan Polşa 4.\n\n\n \n \n\nƏn maraqlı qrup. Hamı Belçikanın asanlıqla 1-ci olacağını desə də mənim fikrimcə onların generasiyasının limiti çoxdan bitib. Rumıniya sürpriz edəcək. Ukraniya da ondan geri qalmayacaq. Slovakiya 4-cülüyə məhkumdu. \n\n\n \n \n\nGəldik dananın Türkiyə üçün quyruğunun qopduğu yerə. Türkiyə burdan necə çıxırsa çıxsın 8\/1-dən o yana getməyəcək. Çünki ya Fransa ya İngiltərə ya da b qrupunda hansısa əjdaha ilə qarşılaşacaq. Ümumiyyətlə Türkiyə elə komandadı ki, oyununu heç cür tuta bilmirsən. Heç vaxt stabil oynamırlar. 0 da çəkə bilərlər. 90+ -da vurulan qollar ilə 1-ci də çıxa bilərlər. Portuqaliya 1-ci olacaq sözsüz. Gürcüstan Mdb-nin hal-hazırda ən yaxşı oynayanıdı. (Russia excluded). Çexiya burda tale həll edən komanda olacaq. \nKönlümdən keçən 2008 və 2012-dəki İspaniya kimi İtaliyanın da ardıcıl qalib gəlməsidir. Amma çətin. Real vəziyyət Fransanın çempionluğunu göstərir. Ümid edirəm ki, 2004 və 2016 kimi sıxıcı yox, 2000 və 2008 kimi yaddaqalan turnir olar." | |
}, | |
{ | |
"id": 327, | |
"title": " \n sosioloji marksizm ", | |
"content": "analitik marksizm ekolu ilə tanınan, sosial siniflər klassifikasiyasında yeni nəzəri paradiqmaları ilə həm sosiologiya sahəsində həm də bütöv olaraq marksizm sahəsində yeni cığırlar açan erik olin wrightın Viskonsin-Medison Universitetində verdiyi dərslərdən biri.\n\ndərsin syllabusu 87 səhifədir -*. bu yay syllabusda paylaşdığı əsas oxumaları bitirməyi planlayıram. \n\nsyllabusdakı chapterlər bu şəkildədir:\n1) giriş\n2) sinfi struktur\n3) sinfi təşəkkül\n4) dövlət və siyasət nəzəriyyəsi\n5) ideologiya və şüur\n6) tarix nəzəriyyəsi\n7) sosializm və xilas\/azadlıq\n\nvə üstəlik əsas oxumaların yanında- əgər vaxtınız varsa- əlavə oxuma materialları da var. möhtəşəm syllabusdur.\n\nsyllabusun linkini paylaşıram. məncə göz atın və bu sahə haqqında nələrsə oxumaq istəyirsinizsə yararlanın.\n\nlink: https:\/\/drive.google.com\/file\/d\/1Q64aPnfb1IlezJXjzcwuXMh62U8Silft\/view?usp=sharinghttps:\/\/drive.google.com\/file\/d\/1Q64aPnfb1IlezJXjzcwuXMh62U8Silft\/view?usp=sharing" | |
}, | |
{ | |
"id": 328, | |
"title": " \n obyekt yönümlü proqramlaşdırma ", | |
"content": "(OYP) - verilənlərin obyektlər üzərindən formasını dəyişməsi üzərinə qurulmuş proqramlaşdırma methodu. yazılmış funksiyaların təkrər istifadəsinə və daha kompleks məntiqə kömək edir. \n\n\/\/ birinci class-da yaradılan obyekt və methodun digərində çağırılıb istifadə edilməsi:\nclass a {\nstring name;\npublic void method_a();\n}\n\/\/ ikinci class-da implementasiyası\nclass b extends class a {\nname = \"jhon.doe'':\nmethod(\"do something\");\n}\n\nbəzi methodolojiyaları:\n enkapsulyasiya (encapsulation),\n varislik (inheritance),\npolimorfizm (polymorphism),\n abstraksiyası (abstraction),\nobyektlər arasında informasiya axınının təşkili (sending messages \/ message sending),\ntəkrar istifadə oluna bilərlik ( reusability).\n\njava - c - c++ - Python - php\nbu linkdə azərbaycanca ətraflı və bəsit izahı da var" | |
}, | |
{ | |
"id": 329, | |
"title": " \n 28 may 1997 b.dortmund - yuventus matçı ", | |
"content": "1996-97 Uefa çempionlar liqasının finalı. Hazır dortmund da finala çıxmışkən yad ediləsi oyunlardan biridi. Bura qədər 1995 və 1996 bundesliqa çempionu olan Dortmund o sezon b qrupunda 6 oyuna 4 qələbə, Polşanın widzew lodz klubu ilə 2-2 heç-heçə və evdə atleticoya 1-2 hesabla məğlub olaraq 13 xal və averajla Atletico Madridin gerisində 2-ci olmuşdu. Juventus isə c qrupunda 5 qələbə və səfərdə Rapid wienlə 1-1 qalaraq 1-ci olmuşdu. Yeri gəlmişkən, fənərbağçanın Manchester unitedi elvir boliçin qoluyla 1-0 məğlub etdiyi həmin o məşhur oyun da bu qrupda baş vermişdi. Bununla da Unitedin Avrokubok oyunlarında Old Trafforddakı 40 illik məğlubiyyətsizlik seriyası başa çatmışdı.\n4\/1-də dortmund 1996-cı ilin Fransa çempionu və öz qrupunu 1-ci bitirən Auxerre-i rahatlıqla 3-1 və 0-1 hesabı ilə keçir. Yuventus da nisbətən rahat rəqib olan norveçin rosenborg klubunu 1-1 və 2-0 la keçir. ( deyirəm dönəmin çempionatlarına baxe. İndi nəinki Rosenborgu və Auxerre-i hətta o dövrün güclü Hollandiya klublarını da 8\/1-də görmək çətin məsələdi. Türklər demiş makas çox açılıb.) yarımfinalda borussiya Manchester unitedi hər iki oyunda da 1-0 məğlub edir. Maraqlıdı ki, bu matçlar 2024 sezonunun psg ilə olan oyunlarının kopyasıdı. Juventus 1996-cı ilin finalında qalib gəldiyi Ajaxı 1-2 və 4-1 hesabı ilə darmadağın edir. Bu arada Ajax da 1994-95 çempionlar liqası çempionu idi. İzlədiyim ən yaxşı Ajax komandalarından biri idi. Milanı həm öz qruplarında 2 dəfə, həm də finalda keçmişdilər. Z kuşağı nə var bunda? Milan onsuzda zəifdi desə də, söhbət əfsanə milandan gedir.\nVə 28 may 1997. Bavariyanın keçmiş evi Münhen olimpiya stadionu. Möllerin, kohlerin, riedlenin, chapuisatın və baş məşqçi ottmar hitzfeldin dortmundu deşamın, zidanın, vierinin, Del pieronun və əfsanəvi baş məşqçi, bundan 9 il sonra İtaliya milli komandasına dünya çempionluğu qazandıran marçello lippinin yuventusuna qarşı. Əlbəttə ki, keçən ilin çempionu Yuventus favorit idi. Amma 29-cu və 34-cü dəqiqədə euro 1996-da ingiltərənin xəyallarını puç edən Karl heinz riedle səhnəyə çıxdı. Yuventus şok olmuşdu. 1-ci dövrə belə bitdi. 2-ci dövrədə isə nələr oldu nələr. Zidanın dirəkdən dönən topu, vierinin əl ucbatından sayılmayan qolu və del pieronun əla daban qolu. Hesab 2-1 olmuşdu. Amma 70-ci dəqiqədə Chapuisatın əvəzinə meydana daxil olan və bütün karyerasını yalnız Borussiya dortmunda fəda edən Lars Ricken abimiz oyuna girdi. Və girəndən 16 saniyə sonra çempionlar liqası finallarının bəlkə də ən yaxşı qolunu vurdu. Yuventusun qapıçısı peruzzi çox öndə dayanırdı oyunlarda. Bunu görən möller pası Rickenə verir və Ricken xarüqə yaradır. 20 dəqiqə sonra isə oyun bitir. Və dortmund tarixinin ilk çl finalında qalib olur. Haşiyəyə çıxım: 2013-də bavariyaya uduzan dortmund da pis komanda deyildi. Sadəcə bəxtləri gətirmədi. Bu il isə Real madridlə işləri çox çətin olacaq. Çempionluq xəyaldır. 27 il öncə də xəyal idi amma bacardılar. Görək bu il necə olacaq.\n\nƏfsanəvi fosforlu sarı forması ilə Dortmund komandası\n\n\n \n \n \n\nHəmin o məşhur vuruş\n\n\n\n \n \n\n\nSeremoniya\n\n\n\n \n \n\n\n\n\n \n \n\n\nBu da türkçə icmal\n\nhttps:\/\/www.dailymotion.com\/video\/x60fuiv" | |
}, | |
{ | |
"id": 330, | |
"title": " \n tissot prx ", | |
"content": "Son illərin ən \"xod\" gedən qol saatı. Ölkəmiz standartları üçün baha olsa da 1000 dollardan ucuz olduğu üçün birinci dünya ölkələrində \"affordable\" seqmentinə daxil olur.\n\n\n \n \n\n\nTissot, saatın dizaynının 70-ci illərdə satdığı tissot seastar modelindən götürüldüyünü deyir. \n\n\n \n \n\nAmma həmin seastar modelinin dizaynının da Audemars Piguet royal oak-dan ilhamlandığını hər kəs yaxşı bilir.\n\n\n \n \n\nSaatın bilərziyi royal oak-da olduğu kimi inteqrasiya olunmuş bilərzikdi. Yəni bilərziyin saatın gövdəsinə birləşən birinci parçası gövdəyə inteqrasiya olununub və tam qatlanmır.\n\n\n \n \n\nElə bu səbəbdən də saatın ayaqdan-ayağa (lug to lug) uzunluğu xeyli böyükdü. Belə olan halda qol ölçünüz incədisə saatın bilərziyi qolunuzdan kənara \"daşır\".\n\n\n \n \n\nNormalda 42-43 mmlik saatları rahatlıqla taxan mənim belə biləyimdə 40 mmlik versiyası böyük görünürdü. Ona görə alarkən taxıb yoxlamaq lazımdı.\nKvars versiyada sferblat sadə dizayndadı. Xəfif sunburst effekti var.\n\n\n \n \n\nMexaniki versiyada isə vafli dizaynına sahibdi\n\nSaatla bağlı ən böyük müzakirə mövsuzu içindəki mexanizmdir. Powermatic 80 mexanizmi 80 saat enerji rezervi versə də mexanizmin bəzi detallarının plastik olması fikir ayrılığına səbəb olub. Bəziləri plastik detalların metal detallar kimi bir-birinə sürtünərkən yeyilmədiyini və buna görə uzunömürlü olduğunu deyir. Bəziləri də plastik detalların aztapılan olduğu üçün saatın təmirinin çox çətin olduğunu deyir. \nSaatın populyar olmasına görə tonla fərqli rəngi və versiyası mövcuddu. \n35 və 40 mm-lik kvars versiya \n\n\n \n \n\n35 və 40 mm-lik mexaniki versiya\n\n\n \n \n\n42 mm-lik mexaniki xronoqraf versiya\n\n\n \n \n\n\nVə ən bərbad versiya olan digital versiya\n\n\n \n \n\n\nAlternativi üçün (baxma: citizen tsuyosa)" | |
}, | |
{ | |
"id": 331, | |
"title": " \n ray ban ", | |
"content": "1936-cı ildə qurulmuş olub 1999-cu ildən etibarən luxottica'nın tərkibinə alınan, Verdiyin pulun son qəpiyinə kimi layiq olan, \n aviator \n\n \n \n wayfarer \n\n \n \n və clubmaster \n\n \n \n seriaları ilə məşhurlaşmış amerika mərkəzli eynək şirkəti. bütün təbəqələrdən olan insanlarçün əlçatan olan azsaylı brendlərdən biridir. Bir milyarderin də gözündə görmək mümkündür, orta gəlirli insanın da. \n\nMaterialının premiumluğunu əlinə aldığın andaca hiss edilir. möhkəm, dözümlü olmasına baxmayaraq yüngül və keyfiyyətli materialdan olması sayəsində burunun üstündə gözəçarpan izlər qoymur və eynək taxdığını belə unutdurur adama. Lensləri modeldən asılı olaraq polikarbonat və ya mineral şüşədir. Onsuz da yetəri qədər pul verilir deyə, məncə, bir azca artıq ödəyib mineral şüşə olanı almaq daha məntiqlidir.\n\nAlmaq istəyənlər üçün texniki 1-2 detala deyinim. Yəqin ki, eynək taxan hər kəs \"50\/22\/150\" tipli yazıların çərçivə ölçüsü, burun hissənin genişliyi və sap uzunluğunu bildirdiyindən agahdır. Deyildisə də, artıq öyrənmiş oldu. ray-ban Modellərinə göz atarkən əlavə olaraq, əksər hallarda \"g15\" yazısını görmək mümkündür. G15 ray-ban'in 1937-dən bu yana istehsal etdiyi ən əsas şüşəsidir. G15-lə bərabər \"b15\" yazısını da görmək mümkündür. Bu kodlar şüşənin kodlarıdır. \"g\" hərfi \"green\", \"b\" hərfi \"brown\" sözündən gəlir, şüşənin rəngini bildirir. \"15\" rəqəmi isə lenslərin filter göstəricisidir. işığın 85%-ni bloklayıb 15%-ni buraxdığını göstərir. Təbii ki, bunlar standart (yəni sadəcə uv qorumalı) lenslərə aiddir, polarizə lenslərdə durum dəyişir. \n\nPolarizənin də nə olduğunu bilməyənlər üçün qısaca izah edim. Polarizə qat gözün yorulmaması və daha aydın görüş üçün istifadə olunur. Ən əsas özəlliyi rəngləri daha kontrastlı, daha canlı verməsi və ən əsası da, yansımaları önləməsidir. \n\n\n \n \n \nYansıma deyərkən işığın qışda qarın, buzun, yayda asfaltın, maşınların, suyun üzərində yaratdığı bütün növ üfüqi olan parıltıları nəzərdə tutulur. Düzü, yuxarıdakı şəkildə bir az şişirdilib, ancaq məntiqi başa düşmək üçün yetərlidir. Bu arada, diqqət etdinizsə, bir əvvəlki cümlədə \"üfüqi\" sözünə xüsusi vurğu etdim. Çünki şaquli olan(məsələn, yandan və ya binaların şüşələrindən gələn) parıltıları önləmir. Əslində, polarizənin niyə belə işlədiyinin məntiqini mən də tam dəqiq bilmirəm*\nbiri çıxıb bu barədə entri yazsa, əla olardı\n. Ancaq müqayisə olaraq fotoqrafiyadan anlayışlı şəxslərə polarizə lens filterləri üzərindən başa sala bilərəm. İstifadə edənlər bilir ki, bu filterlər lensin önünə taxılanda təkər kimi 360 dərəcə döndürmək olur. Duruma uyğun olaraq onu fırladıb fotosu çəkiləcək yeri polarizə edirik. Lakin gün eynəklərində şüşənin üzərinə əlavə vasitə taxılmayıb birbaşa olaraq şüşənin özünə çəkildiyindən sadəcə müəyyən limitli bir bucaq altında olan parıltıları önləyir. işığı yansıdan və gözü yoracaq olan parıltılar əksər hallarda qar, buz, qızmar günəş altındakı asfalt, maşınların və suların səthləridir, hansılar ki, yerə üfüqi şəkildə paraleldir, ona görə də eynəklərdə şaquli yox, üfüqi işığın qarşısını alacaq formada polarizə qat çəkilir. *\nnəsə elə bil çox qəliz oldu\n\n\nBir ray-ban Eynəyi seçərkən onun polarizə olub-olmamasını anlamaq isə çox bəsitdir. Bütün Ray-ban eynəklərinin sağ (öndən baxanda sol) şüşəsinin küncündə marka adı kimi \"ray-ban\" yazısı olur. Əgər eynək polarizədirsə, marka adının yanına bir də \"p\" hərfi qeyd olunur \n\n\n \n \n\nvə şüşənin üstündə standart olaraq \"g-15\" stikeri deyil də, \"polarized\" yazılı sticker olur. \n\n\n \n \n\nEyni zamanda kodlama olaraq da eynəyin sol sapının içərisində ən sonda rəqəm və \"p\" hərfi ilə işarələnir. Misalçün öz eynəyimdəki kod:\n\n\n \n \n\nEynəyin qutusunun içərisində çıxan təlimatda sapdakı son 2 rəqəm və hərfin eynəyin günəş radiasiyasına qarşı nə dərəcədə qorunma təmin etdiyini bildirdiyi qeyd oıunub:\n0 - çox zəif\n1 - zəif\n2 - orta\n3 - yüksək\n4 - çox yüksək \n\"n\" hərfi \"normal\", \"p\" hərfi də dediyimiz kimi \"polarized\" anlamına gəlir.\n\nReddit'dən tutmuş quora'ya, ordan da üzü türk forumlarına qədər saysız-hesabsız başlıq açılaraq soruşulan, hətta bakıdakı rəsmi satış yerlərində belə cavabı tam əminliklə verilə bilməyən bir suala tam rəsmi bir cavab vermiş olum. Məsələ belədir ki, insanlar eynək alarkən \"uv400 yoxsa polarized?\" seçiminə düşürlər. Hər zaman da sual yaranır ki, \"görəsən, polarizə eynəklər həm də uv400-dür?\". Özüm keçən ay araşdırma edəndə dəqiq cavab tapmadığım üçün şirkətin amerikadakı müştəri xidmətlərinə mail yazdım. Sağ olsunlar, gün ərzində də cavabladılar və buradan elan edirəm mən də -*\n\"bütün ray-ban eynəklər uv400 qorumalı şüşəyə sahibdir. mavi işığın böyük çoxluğunu, uv-a və uv-b kimi zərərli şüaların isə 100%-nin qarşısını alırlar. yəni polarizə olan ray-ban'lar həm də uv400-dür. Lakin özlərinin qeyd etdiyi bir əmmanı da deyim. Polarizə olan ray-ban eynəklər g-15 (və ya b-15) kodlu şüşəyə sahib olduqları deyilsə də, \"texniki olaraq\" 15 sayılmırlar. Çünki mail'də qeyd olunmuşdu ki polarizə olduğundan bu şüşə normal işığın 89%-ni bloklayır və 11%-ni keçirir. Bu da \"texniki olaraq\" şüşənin g-15 deyil də g-11 olmasına gətirib çıxarır. \n\nSon olaraq, ümumən gün eynəyi almaq istəyənlərə eynəksiz gəzəndə gözləri sulanan biri kimi mənim tövsiyəm o olardı ki, mütləq şəkildə polarizə olan eynək alsınlar*\npolarizə ray-ban üçün əlavə 50$ ödəməlisiniz\n. Xüsusilə də maşın sürənlər, uzun yola çıxanlar üçün həyat qurtaran şeydir polarizə eynək. Çünki mən özüm sadəcə uv400 olan eynək taxanda davamlı şəkildə \"eynəyin də var, niyə gözlərini qıyırsan?\" deyirdilər. Bunu istifadə edəndən sonra anladım ki, problem polarizə olmamasında imiş: o yansımalar gözümü qamaşdırırmış. Həmçinin, 200, 300, 500 - hər nə qədərdirsə, pula qıyın, mütləq şəkildə eynək işinin içində olan markaları alın. Ray-ban olmasın, olsun persol, oakley, tom ford, prada və s. Əsas odur güvənilir brend olsun. Həm də ki, yazıda qeyd etdiyim 85-89% işığı bloklamaq məsələsi də gözünüzü qorxuzmasın. İllər Əvvəl 50-60 manatlıq poddelka eynək taxırdım, hansı ki bildiyin adi qara plastik idi, \"gün eynəyi\" adı altında qaraldırdı hər yeri. Kiminsə axşam vaxtı gün eynəyi taxdığını görəndə də qəribsəyirdim ki, kor kimi heç yeri görmədiyi halda bu niyə gözündən çıxarmayıb? Dünən başıma gələn bir hadisədən sonra indi anlayıram o insanları. Dünən axşam şəhərdə dostumla qarşılaşanda \"hava qaralıb, gün eynəyi niyə taxmısan?\" deyəndə ayıldım ki, eynəyimi dəyişməmişəm, gözümdə qalıb. İnsan kağız üstündə \"89% işığı bloklayır\" cümləsini görəndə elə bilir ki, hər yeri zil qaranlıq edəcək. Di gəl ki, digər şəffaf eynəyimdən tək fərqi ətrafı cüzi bir yaşıl filterlə göstərməsidir, hansı ki buna rəğmən əşyaların rənglərində və tonlarında bir qram dəyişiklik yoxdur, necədirlərsə elə də görünürlər. Amma bununla belə günəş və ümumiyyətlə, digər işıqlar insanın gözünü bir qram da yormur*\ntürklər demiş, ohh, dünya varmış.\n İndi oturub illərdir niyə ağıl edib düz-əməlli bir gün eynəyi almayıb gözlərimə əziyyət vermişəm deyə heyifsilənirəm.\n\nYekun olaraq, Ortalıqda həddindən çox geydirmə ray-ban var. Əvvəllər original ilə fake arasındakı fərqi lazer ilə şüşəyə qazınmış \"rb\" loqosundan, kodlardan və s şeylərdən anlamaq asan idi, amma indi elə fake ray-ban'lar var ki, heç illərin optikaçısı belə ayırd edə bilmir hansı originaldı, hansı fake. Yuxarıda bir yazar hər gələnin gözündə ray-ban olduğunu deyib, ancaq demək olar 90%-i fake ray-ban'dır. Odur ki, rəsmi satış nöqtələrindən almaq lazımdır. Bakıda occi və 28 mall'dakı sunglasshut mağazalarını məsləhət görürəm. Əsas da sunglasshut. Çünki ray-ban şirkəti luxottica'nın tərkibindədir və sunglasshut da luxottica qrupun məhsullarını satan ən əsas mağazadır. Türkiyədən alınacaqsa, atasun optik və elə ordakı sunglasshut məsləhətdir. Amma məncə, ən yaxşısı ya amazon'da rəsmi ray-ban mağazından və ya elə sırf ray-ban'ın öz saytından almaq ən yaxşıdır. 10-15 gün gözlə, amma ən azından için rahat olsun ki, tamamilə original, keyfiyyətli və ömürlük bir eynək almış olacaqsan. Həm də ki, öz saytında digər yerlərdə olmayan hər cürə \"option\"ları görmək mümkündür. İstədiyin kimi çərçivə, şüşə rəngini, polarizə olub-olmamasını, hətta üzərinə lazerlə söz yazılmasını belə seçmək olur. Şəxsi zövqümcə elə ən yaxşısı, wayfarer modelini almaqdır. 70 illik klassikləşmiş dizayn elədir ki, hər tip üz quruluşuna, hətta eynək yaraşmayan insanlara belə yaraşır. Əslində, wayfarer özü öz içərisində \"classic\/ ease\/ new\/ folding\/ mega\" olaraq 5 tipə bölünür. Entri yetəri qədər uzun olduğundan model fərqlərinə girib daha da uzatmaq istəmədim. 2 ay elə didik-didik araşdırma elədim ki, bildiyin satış mütəxəssisinə çevrilmişəm :d. Odur ki, almaq fikrinə düşən olsa, heç çəkinmədən mesaj qutumu yaşıllandıra bilər, əlimdən gələn hər köməyi edə bilərəm." | |
}, | |
{ | |
"id": 332, | |
"title": " \n 1984-85 serie a sezonu ", | |
"content": "Serie a tarixinin ən gözlənilməz sonla başa çatan sezonu. Ümumiyyətlə bu sezon bir çoxlarına görə \"serie a-nın serie a olduğu illər\" ifadəsinin ilk ilidir. Amma real yanaşsaq 1982-83 sezonundan, yəni Michel Platininin Yuventusa transferindən sonra hər şey möhtəşəm olmağa başlayır. Zatən Yuventusda Gaetano Scirea, Antonio cabrini, Marco Tardelli, ən yaxşı çempion ola bilməyən komanda olan 1982 Braziliyasını ağlar qoyan Paolo Rossi və gəlmiş keçmiş ən yaxşı qapıçılar siyahısında mənə görə ilk 3-lükdə olan Dino Zoff da var idi. Platini gələndən sonra olur konfet.\nAmma gələk bu sezona. Əsas Komandaların vəziyyətini ayrı-ayrı yazmağa çalışacam.\nYuventus keçən sezonu çempion olaraq bitirmiş və ümumilikdə 21 çempionluğa çatmışdı. Yayda lazionun super ulduzu Bruno giordano ilə razılığa gəlsələr də, bruno sonradan astronomik maaş tələb edir və iş pozulur. Zatən bu sezon lazio da serie b-yə düşür. Bruno da növbəti sezon Napoliyə keçir. Amma bu sezon yuventusun işləri yaxşı getmir və ilk 5-likdən kənarda qalırlar. Buna baxmayaraq komandanın ulduzu olan və 1984-də Fransa ilə Avropa çempionu olmuş Platini 18 qolla sezonun bombardiri olur. Serie a-dan əli üzülən Yuventus fikrini çempionlar liqasının keçmiş adı olan Çempion klublar kuboku turnirinə verir. Heysel faciəsinin baş verdiyi finalda məhz Platininin penaltisi nəticəsində Liverpool üzərində qələbə ilə Avropanın böyüyü olurlar. \nSezonun Daha bir önəmli hadisəsi isə tarixin ən yaxşı oyunçusunun Barcelonadan Napoliyə transfer olunması idi. Bəziləri Maradonanın Barcelonada istəniləni vermədiyini düşünərək onun kaprizli olduğunu bildirir. Amma Barcelona - Maradona məsələsi tamam başqa söhbət mövzusudur. Çoxları Napolinin çempion olmağını gözləsələr də bu 3 il sonra baş verir. Komandanın ən yaxşısı Maradona olsa da təkbaşına Napolini çempion etməsi imkansız idi. Ətrafında yaxşı oyunçular yığılandan sonra o, tarix boyu şimallılar tərəfindən lağ edilən və ələ salınan Neapolu 2 dəfə İtaliyanın böyüyü etməyi bacarır. \nFiorentina isə 82 Braziliyasının əfsanə kapitanı və karyerasında sadəcə 1 sezon Avropada oynayan Socratesi transfer edir. Amma matçlarda istəniləni verə bilmir, məşq üsullarını bəyənmir, həddindən artıq siqaret çəkir və içki içir, məşqçilərlə dalaşır və sezon sonunda Braziliyaya qayıdır.\nRoma 1982-83 sezonunu çempion bitirəndən sonra 1984 Çkk turnirində liverpoola penaltilər seriyası nəticəsində məğlub olur. Romanın əsas ulduzlarından biri yenə 82 Braziliyasının oyunçusu olan Falcao idi. Onun çkk finalında penaltini vurmaqdan imtina etməsi, sol dizindən zədələnməsi, komandanın onun üçün həddən artıq pul xərcləməsi Falcaonun da sezon sonunda Braziliyaya qayıtması ilə nəticələnir.\nDemək olar ki, sezonun ən yaxşı heyətlərindən birinə sahib olan İnter isə o qədər yaxşı nəticələr əldə etmir və sonda 3-cü olur. Milan da eynilə qənaətbəxş çıxış etmir və sezonu 5-ci bitirir. \nGələk Çempion Hellas Veronaya. Bu hadisəni yalnız 2016-cı ildəki Leicester city çempionluğu ilə müqayisə eləmək olar. Belə nağıllar məncə bir də olmayacaq. Zatən Veronanın ilk və tək çempionluğudu. Bu \"balaca\" klubun çempionluğunda əsas rollar yayda transfer edilən alman Hans Peter briegel və danimarkalı preben elkjaer ilə birlikdə oyunun sistemini onların üzərinə quran baş məşqçi osvaldo Bagnoli olur. Qapıda da garella əfsanələr yaradır, amma sezon sonunda çempion olmaq üçün sağa sola pul xərcləyən (təbii ki, bunda siciliya mafiyasının da rolu böyükdür) Napoliyə keçir. Komandanın əsas qol maşını guiseppe Galderisi olur və ümumilikdə 11 qol vurur. Hellas verona ilk turda maradonalı Napolini 3-1 məğlub edir. Yuventusu ilk dövrədə 2-0, Romanı isə 1-0 la keçirlər. 2ci dövrədə isə hər ikisi ilə heç-heçə edirlər. İnter və milanla isə hər iki dövrədə matçlar heç-heçə bitir. Verona sezon boyunca sadəcə 2 dəfə məğlub olur. 15-ci turda avellinoya 2-1, 25-ci turda Torinoya 1-2. Ki Torino da bu sezonu əla keçirib sonda 2-ci olur. Ümumilikdə verona 30 oyuna (15 qələbə, 13 heç-heçə və 2 məğlubiyyət) 43 xal toplayır. 29 tur lider olurlar. Sadəcə 16-cı turda İnter 1 həftəlik lider olur. O dərəcədə əzmkar oynayırlar. Coppa Italiada isə 4\/1-də İnterə uduzurlar. İnter yarımfinalda Milana, milan isə finalda Sampdoriaya məğlub olur. \nBir haşiyəyə də çıxmasam olmaz. Serie a tarixində məhz bu sezon bir ilk gerçəkləşir və bu sezondan sonra bir daha bunu etmirlər. Bura kimi hansı hakimin hansı oyunu idarə edəcəyi 3-5 gün qabaqcadan müəyyən olunurdu. Amma bu mövsüm məhz oyun günü püşk ilə hakimlər təyin edilir. Və Hellas verona çempion olur. Və bir daha bu üsul təkrarlanmır. Və verona kimi \"balaca\" komandalar bir daha çempion ola bilmir. İf you know, you know. \nSon olaraq fantastik mövsümün ilk 5-liyi və bəzi səhnələr:" | |
}, | |
{ | |
"id": 333, | |
"title": " \n red hot chili peppers ", | |
"content": "Alternative rock və funk rock janrlarında olan los angeles originli qrup. Qurucu üzvləri anthony kiedis, flea , hilell slovak. Flea kiedis və sonraları hilell ilə ilk dəfə qarşılaşmalarını, uşaqlıq və yeniyetməliyi dövrlərini əhatə edən memuarında ilk görüşdə eşq və ömürlərinin axırına kimi fırlanacağı bir dostluq kimi qeyd edib. Flea özü də eşitməyənlər üçün dünyanın ən yaxşı bass gitaraçılarında biridi. Fear qrupunda olarkən aşırı sürətlə çalma stilinə funk elementi ilə birləşdirib, indilərdə ikonik hala gəlmiş stilini yaradıb. Hardcore punk ilə funk kimi janrın birləşməyindən yarandığını deyib özü bir neçə interviyuda. \nMəşhur john frusciante isə qrupa 88 də hilell overdosdan öləndən sonra qoşular, hansı ki idealarından olan flea ilə çalmaq fürsətini tapır 17,18 yaşlarında. Elə bu aralarda qrupun indiki drummer i chad smith də qoşulur. Bu vaxtdan sonra qrupun səsində overall improvement hiss olunur. Mother's milk albomundan sonra bu dörtlünün ikinci cəhdi olan blood sugar sex magik qrupun ən yaxşı albomu idi, elə cə də funk janrında olan ən yaxşı bir neçə sayıla biləcək keyfiyyət də idi. Albomun documentary sə də var funky monks adlı, yutubda var. Documentary frusciantenin boş yapması ilə başlıyır, sonra kiedis albomu record elədikləri evin tarixi barədə danışır, jimi burda kimisə sikibmiş(deyəsən zarafat edir), bitlz ilk dəfə lsd albmış zad. Deyəsən arada mənim albomdan favorit trackim olan suck my kiss mahnısını çalırlar. Kiedisin bu vaxtlarını həqiqətən bəyənirəm, çox enerjik bir yerdən ifa edir, rap tərzi vokalı çox gözəl oturur rhcp sounduna, indilərdə və mənim kimi hamının tanımağa başladığı alternativ rock tərzində olan vokalı isə o qədər cəzb eləmir məni, hər nəqədr melodiya olaraq həmin illər olaraq vokalını inkişaf elətdirsə də. \nBu keçid deyəsən frusciantenin qrupdan ilk dəfə çıxmağı ilə əlaqəlidi(blood sugar sex magikdən sonra), sonra gələn albomlar ən məşhur olan californication hər nə qədər bəzi funk elementləri olsa da əsasən alternativ rock idi və böyük ekonomik uğur idi, bilmirəm bu keçidə görə fruscianteyə həmiş biraz qıcıq olmuşam, həm biraz öz solo işlərində art rock, alternativ rock tərzi musiqi ifa eləməyi ilə həm də sound olaraq ən ön planda gitara olduğunu görə ola bilər. Ancaq qrup olaraq ümumi verdikləri qərardır bunu qəbul eləməliyik. Məncə hər şey rick rubinin günahıdır, kiedis xiyarına under the bridgei in indiyə kimi yazdığı ən yaxşı mahnı olduğunu deməsəydi stadium arcadium albomunda 2 saat eyni düstur ilə qulağımızı sikməzdilər. Əslində həmin albom da və bu stildəki başqa albomları da gözəldir ancaq mən daha çox experimentation eləməylərini istəyərdim. Talant olaraq baxsaq super qrup saymaq olar hamısı öz instrumentində əfsanə sayıla bilər. Kiedisin funk vaxtlarında olan vokalını da bəyənirəm hətta. Qrupda onsuz flea və john pəltəydi normal oxuya bilən bir kiedis di. Zarafat oyana johnun back vocalı sağlamdı hətta kurt in lounge act mahnısını ifa eləmişdi haradasa belə səsi də yaxşıdır, pəltəkliyi itir oxuyanda. Sola işlərində də həmçinin yaxşıdır\nhttps:\/\/youtu.be\/CgR0eOOs1OY?si=I5JnCbmX9cEiwS_4\n\nQrupun bundan başqa ən bəyəndiyim tərəfi jimi hendrix fanları olmağıdır. Fleanın qolunda jimi tatosu var, johnun da bir iki canlı solo performansında açıq təsirləndiyini hiss eləmişdim bundan başqa inyerviyularında nə qədər böyük fanı olduğunu demişdi. Hətta bir neçə jimi hendrix mahnısı da ida ediblər, crosstown traffix, castle made of sand, little mis lover, fire men bilenlerdi." | |
}, | |
{ | |
"id": 334, | |
"title": " \n kodak ", | |
"content": "1927-1989 ci illər arası fixed calendar adlı təqvimdən istifadə edən şirkət. təqvimin özəlliyi hər ayın 28 gün çəkməsi, hər ayda 4 həftə olması və 1 ildə 13 ay olması idi. artan günlər isə ilin sonuna əlavə edilirdi. təqvimdə hər ayın birinci günü bazar ikinci günü bazar ertəsi kimi davam edirdi. təqvimin ortaya çıxması isə 1894 cü ilə aid edilir. təqvim dəmir yollarında işləyən moses cotsworth adlı şəxsin adı ilə bağlıdır. 1920 ci illərə qədər dəmir yollarında iş planı hazırlanarkən aktiv şəkildə istifadə edilmişdi. kodak bu təqvimə yenidən ''diriltiyindən'' təqvimin adı kodakla birgə çəkilir." | |
} | |
] | |
--- CHUNK 6 END --- | |
--- CHUNK 7 START --- | |
[ | |
{ | |
"id": 335, | |
"title": " \n 1986 klivlend şar festivalı ", | |
"content": "balloonfest'86 kimi də bilinən festival 1,5 milyon şar ilə guinnessin dünya rekordunu təzələsə də, ardınca baş verənlərdən sonra bir faciə olaraq adlandırıldı. united way of cleveland adlı şirkət dünya rekordunu təzələmək üçün abş-ın klivlend şəhərində böyük bir torun altına helium qazı ilə doldurulmuş şarlar buraxdı. günlərlə insanlar tərəfindən doldurulan şarların sayı milyon yarımı keçmişdi. şarların havaya buraxılacağı gün üçün yağış proqnozu verilmişdi. buna görə də şirkət şarların planlaşdırılan vaxtdan qabaq buraxılmasına qərar verdi və yağış başlamadan dünya rekordu qırıldı.\n\nhelium qazı ilə doldurulmuş şar sönənə qədər havada qalır. fəqət şarlar hələ havada olarkən proqnozlaşdırılan külək və yağış eri gölündən şəhərə doğru gəldi və soyuq hava cəbhəsində onlarla toqquşan şarlar bir anda yerə düşməyə başladı. növbəti günlərdə də şarların bir qisminin eri gölünün kanada sahillərində yerə düşdüyü bildirildi. \n\nşarların yerə düşməsi nəticəsində quru və su yolları tutuldu, burke lakefront havalimanı yarım saat öz fəaliyyətini dayandırdı. həmin gün dənizə çıxan və bir müddət sonra ailələri tərəfindən itkin düşdüyü bildirilən iki balıqçının axtarışı da şarların yerə enməsi nəticəsində ləngidi və nəticədə axtarışlar dayandırıldı. bir neçə gün sonra balıqçıların nəşi sahilə çıxdı. balıqçılardan birinin xanımı bu festivalı təşkil edən şirkətə 3,2 milyon dollarlıq iş açsa da, daha sonra aralarında razılaşdılar.\n\nbununla yanaşı ohayo ştatının medina əyalətində louise nowakowski adlı qadının otlaq sahəsinə düşən şarlar qadının ərəb atlarının qorxmasına və yaralanmasına səbəb oldu. louise də şirkətə 100 min dollarlıq dava açsa da, onlar da iş böyümədən öz aralarında razılaşdılar. \n\nuzun müddət unudulmayan bu festival guinnessin rekordlar kitabının 1988-ci ildə çap olunmuş nüsxəsində \"indiyə qədərki ən böyük kütləvi şar buraxılma hadisəsi\" adını qazandı və rəsmi statistikaya görə şarların sayı 1,429,643 idi.\n\n\n\n \n \n\n\n\n \n \n\n\n\n \n \n\n(youtube: )" | |
}, | |
{ | |
"id": 336, | |
"title": " \n i̇qbal bano ", | |
"content": "1928-ci ildə (bəzi mənbələrə görə 1935-ci ildə) Dehlidə anadan olmuş müğənni. o daha çox qəzəl oxumaqda ixtisaslaşmış və Malika-e-Ghazal, yəni \"Qəzəl kraliçası\" adı ilə Hindistanda və Pakistanda məşhurlaşmışdır. \n1952-ci ildə Pakistana köçür və burada evlənir. Evlənərkən yoldaşından heç vaxt ondan oxumağı kəsmək tələbi etməməsini, əksinə onu dəstəkləməsi üçün söz verməsini istəyir, yoldaşı ölənə qədər verdiyi sözü tutur. Artıq 1950-ci illərdə bir \"star\" olur. O, urdu dili ilə yanaşı fars dilində də qəzəllər oxuyub. Həmçinin, qəzəllərdən savayı acların halına acıyan şeirlər də ifa etmişdir. \nPakistanda Məhəmməd Ziya-ül-Həqqin hakimiyyətə gəlməsi ilə cəmiyyətin islamlaşdırılmasına başlanılır. Əlbəttə, şəxslərin, xüsusən qadınların geyimləri ilə bağlı məhdudiyyətlər qoyulur. Bunlardan biri də islama zidd olması səbəbi ilə saridir. Sari bilindiyi kimi Hindistan, Pakistan və yarımqitədəki digər ölkələrin milli geyimi sayılır. \nBu qərardan çox keçmədən İqbal Bano 13 fevral 1986 (və ya 1985) tarixində Lahorda, Al-Hamra Hall-da protest rəmzi olan qara rəngli sari geyinib auditoriya qarşısına çıxdı. Həmin tədbir əslində tanınmış şair Faiz Əhməd Faizin ildönümünün qeyd edildiyi tədbir idi və Faiz də rejimdən kamını almışdı. O, anti-faşist və mütərəqqi şeirlərinə və Zülfüqar Əli Bhutto ilə olan əlaqəsinə görə Ziya rejimi tərəfindən təqiblərə məruz qalmışdı. *\n1984-cü ildə vəfat edib\n. Tədbirdə Bano şairin Hum Dekhenge (biz görəcəyik) qəzəlini rejimə qarşı səsləndirir. Bu, Banonun səhnədən və konsertlərdən uzaqlaşdırılmasına səbəb olur. Rəsmi etirazlara baxmayaraq, o, gizli polisin girişi olmayan bağ evlərində tamaşaçılar üçün çıxış etməyə davam etmişdi.\n21 aprel 2009-cu ildə vəfat etmişdir \n\n\n \n \n\n2019-cu ildə İqbal Banonun 81 yaşına həsr olunmuş Quql dudl" | |
}, | |
{ | |
"id": 337, | |
"title": " \n davide moscardelli ", | |
"content": "(bax: maraqlı faktlar)\nverdiyi sözlərdən ötürü 7 il boyunca saqqalını qırxa bilməyən keçmiş italyan hücumçu.\n \n\n \n \n\n2 fevral 2013 tarixində \"bologna avropa turnirlərində iştirak edənə qədər saqqalımı uzadacağam\" dedi və bologna avropada oynaya bilmədi. sonra lecce-ə transfer olduqdan sonra əgər lecce serie b-ə çıxarsa qırxacağını dedi. lecce həmin il serie b-ə çıxa bilmədi. sonra transfer olduğu arezzo serie b-ə yüksələrsə üzünü qırxacağını dedi. amma o da olmadı. və 2020-ci ildə 40 yaşında karyerasını bitirdi. o karyerasını bitirəndən sonra bu il bologna 32 turdan sonra 59 xalla 4-cü yerdədir və yəqin ki avropaya gedəcəklər(avropaya getmək üçün ən az 7-ci olmaq lazımdır). lecce isə 2018-də serie b-ə hətta 2019-da serie a-a yüksəldi. elə yəqin komandaları onun saqqalının ağırlığı geri salırmış. indilərdə isə məşqçilər korpusunda işləyən davide saqqal saxlamaqdan xoşu gəldiyini və mırta saxlayacağını dedi. saqqal uzatmamışdan əvvəl isə belə görünürdü:" | |
}, | |
{ | |
"id": 338, | |
"title": " \n edip ", | |
"content": "Yunan mifologiyasında atasını bilmədən öldürərək *\nöldürdüyü adamın öz atası olduğunu bilməyib\n və anası ilə evlənmiş Thebes kralı. \n\nRəvayətə görə, edipin atası louis gələcəkdə oğlu tərəfindən öldürüləcəyi haqqında xəbərdarlıq alır. Buna görə oğlu edip doğulan zaman onu cithaeronda ölümə tərk edirlər. Lakin çobanlardan birinin uşağa yazığı gəlir və öz övladları kimi böyüdürlər. \nEdip Thebesə gedən zaman yolda atası louis ilə qarşılaşır və onu öldürür. Thebes yolundakı sfinks insanlara suallar verir, cavab verə bilməyənləri öldürürmüş. Edip bütün suallara cavab verdiyindən, sfinks özünü öldürür. Edip thebesə gələrək özünü kral elan edir və dul qalmış anası ilə evlənir*\nAnası olduğunu bilmədən\n. Homerin dediyinə görə, edip həyat yoldaşının əslində anası olduğunu öyrəndikdən sonra özünü asmışdır. \nEdip anasına qarşı olan istəyi və onunla evlənməsi ilə Freudun edip kompleksi anlayışına da ilham olmuşdur." | |
}, | |
{ | |
"id": 339, | |
"title": " \n yamayka valyuta sistemi ", | |
"content": "bretton vuds valyuta sistemi çökdükdən sonra 1976cı ildən bu sistem fəaliyyət göstərirdi. yamayka valyuta sistemində qızıl rəsmən pula çevrilmə funksiyasını itirdi. yəni qızıl demonetizasiya olundu. amma dövlətin ehtiyatı kimi saxlamaq olar. məsələn bizim ölkə də keçən ildən çoxlu qızıl ehtiyatı yaratdı.\nzaman-zaman bu sistemə də dəyişikliklər edilməyə başlandı.\nvalyuta problemləri üzrə qarşılıqlı təsir və məsləhətlər yolu ilə beynəlxalq valyuta əməkdaşlığına yardımçı olmaq\n\ndünya ticarətinin balanslaşdırılması və gücləndirilməsi üçün yaxşı mühitin yaradılması\nrəqabətə çağıran valyutanın devalvasiya olunmasından qaçmaq\nvalyuta üzrə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə tərəfdar olmaq, valyuta kursunun sabitliyinə köməklik etmək\ndünya ticarətinin inkişafını nəzərdə tutan, valyuta mübadiləsində məhdudiyyəti aradan qaldırmaq və çoxtərəfli ödəmə sisteminin yaradılmasına köməklik göstərmək\nmilli və beynəlxalq səviyyədə inkişaf üçün dağılma tədbirləri tətbiq etmədən üzv olan ölkələrə onların ödəmə balanslarında düzəlişlər edilməsi üçün müvəqqəti əsasda maliyyə vəsaiti vermək\nüzv olan ölkələrdə beynəlxalq ödəmə balansları üzrə qıtlığın miqyası və davam etməsi ixtisar edilsin,beynəlxalq valyuta münasibətlərində ölkələrin əxlaqını və beynəlxalq valyuta sisteminin vəziyyətini müşahidə etmək,qısa və orta müddətə kreditlər vermək və sə bunlara daxil idi." | |
}, | |
{ | |
"id": 340, | |
"title": " \n kitsch ", | |
"content": "milan kunderanın lüğətində yerini alan, sadəcə görünənlə, görünənən arxasında görmədiyimiz bəsit reallığın açmasıdır.\n\nikinci dünya müharibəsinin qızğın vaxtlarında, stalinin oğlu almanlara əsir düşür. paralel olaraq isə almanların hər hansısa generalı stalinin əlindədir. alman tərəfi sovetlərə qarşı açıq oynayır: gəlin stalinin oğluyla generalımızı dəyişdirək. \nlakin stalin sentimental davranacaq qədər axmaq deyil və sıravi əsgər olan oğlunu, əlində tuttuğu generala, rütbələrə dəyişdirmir. uzun sözün qısası olaraq isə stalinin oğlu (artıq ona misal olaraq yuri deyəcəm) almanların əsrləri arasında qalır.\nəsirlər hər gün müxtəlif işlər görürlər. o işlərdən biri də özlərinin və almanların sıçtığı poxları tuvaletdən təmizləməkdir. lakin yuri bunu qəbul etmir, hər nə də olsa stalinin oğlu olduğu reallığını əlində saxlayaraq, pox təmizləməkdən qaçınır.\nyurinin üstünə gəlinməyə başlanır. o isə bütün basqılarla bacarmayaraq, bir dəli kimi, qışqıra qışqıra elektrik stansiyasına tərəf qaçır və tellərin arasına ilişərək, yüksək voltun köməkliyiylə ölür.\nkundera isə yurinin ölümünə belə münasibət bildirir: stalinin oğlu pox yolunda öldü! \nən bəsit mənasıyla kitsch budur. \nkitsch, insan varlığını bütündən ayıran hər şeydir: sıçdığımız pox qəbul edilən bir şeydir (ona görə də sıçtığımız vaxt qapını bağlamayaq ya da varlığımız natamamdır.) kitsch biraz da budur, hamının poxsuz və sıçmadığı bir dünyada yaşadıqlarına, hər kəsi inandırması. \nkitsch unudulanla varolanın arasında bir yerlərdədir. hamımızı bir gün ona çevirəcəklər." | |
}, | |
{ | |
"id": 341, | |
"title": " \n millətçi vs milliyətçi ", | |
"content": "Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından millət halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara milliyyətçi – nasionalist deyil, millətçi – patriot, hərəkatlarına da milliyyətçilik – nasionalizm deyil, millətçilik – patriotizm demək lazımdır! \nMəmməd Əmin Rəsulzadə -\"Milli Birlik\" səh.32 \n\npatriot sözünü \"vətənpərvər\" şəklində tərcümə etmək yanlışdır. söz qədim yunanca olub, kökü \"nəsil, soy, tayfa\" mənasındakı πᾰτρῐᾱ́ (patriā́) sözüdür. \nsifarişi verən: Derek" | |
}, | |
{ | |
"id": 342, | |
"title": " \n dozimetr ", | |
"content": "radioaktiv şüalanmaya məruz qalan işçilərin istifadə etdikləri və irradiyasiya nisbətini hesablayan alət. əsgər,həkim,alim kimi rentgen vəya radioaktiv maddə şüaları qəbul edənlərin yüksək nisbət çıxarsa iş yerindən ən az 2 aylığına ezam edilməsi nəzərdə tutulur. alfa beta qama və x kimi çox radiyasiya mənbələri var. dozimetr əsas x və qama üçün nəzərdə tutulub (bax: floroskopiya)" | |
}, | |
{ | |
"id": 343, | |
"title": " \n futhark ", | |
"content": "Vikinglərin istifadə etdiyi yazı sistemi run yazı kimi tanınır və adətən Futhark adlanan bir əlifbə ilə əlaqələndirilir. Run yazı, Şimali Avropa, Britaniya, İskandinaviya və İslandiyada təxminən 3-cü əsrdən 16. və ya 17. əsrə qədər istifadə edilmişdir. Futhark, Yaşlı Futhark və gənc Futhark olmaqla iki əsas forma malikdir. Yaşlı Futhark, 24 hərfdən ibarət və 2-ci əsrdə istifadə edilən ən qədim formasıdır. Gənc Futhark isə Viking çağının başlanğıcında inkişaf etdirilmiş və yalnızca 16 hərfi ehtiva edən daha yeni bir formadır. Futhark yazı sistemi, Vikinglərin tarixinin şifahi ötürüldüyü və run yazının yalnız böyük əhəmiyyətli anları qeyd etmək üçün istifadə edildiyi bir dövrdə meydana çıxmışdır. Futhark, müxtəlif materiallara oymaqla istifadə edilmişdir; bu materiallar daşlar, taxta və metal kimi müxtəlif cisimləri əhatə edirdi. Futharkın simvollarının mənşəyi barədə dəqiq bir məlumat olmasa da, bu simvolların qədim İtalik yazılardan törədiyi və zamanla Cermen xalqları tərəfindən adaptasiya edildiyi düşünülür. Runik yazının İtaliyadan İskandinaviyaya necə gəldiyi barədə isə müxtəlif fərziyyələr mövcuddur.\nFuthark adını ilk altı hərfindən alır: F, U, Th\/Þ, A, R və K. Bu əlifbə, run daşlar və digər run əsərlər üzərindəki yazılarda istifadə edilmişdir.\n\nᚠ (Fehu): \/F\/ “inək, mal mülk” mənasına gəlir və zənginliklə əlaqələndirilir.\nᚢ (Uruz): \/u\/ “yaban öküzü” mənasına gəlir və güc və ya enerjiyi simvolizə edir.\nᚦ (Thurisaz):\/θ\/, \/ð\/ (İngiliscə \"th\" sesi kimi) “div, canavar” mənasına gəlir və təhlükə və ya çətinliklə əlaqələndirilir.\nᚨ (Ansuz): \/a\/ “tanrı” mənasına gəlir və ilahi əlaqə və ya ilhamla əlaqələndirilir.\nᚱ (Raido): \/r\/ “səyahət” mənasına gəlir və hərəkəti simvolizə edir.\nᚲ (Kaunan): \/k\/ “məşalə” mənasına gəlir və aydınlanmanı və ya xəstəliyi simvolizə edir.\nᚷ (Gebo): \/g\/ “hədiyyə” mənasına gəlir və verilmə və alınma əməlləri ilə əlaqələndirilir.\nᚹ (Wunjo): \/w,v\/ “sevinç, hüzur” mənasına gəlir və xoşbəxtliklə əlaqələndirilir.\nᚺ (Hagalaz): \/h\/ “dolu, yıxım” mənasına gəlir və ani dəyişiklik və ya yıxımla əlaqələndirilir.\nᚾ (Naudiz): \/n\/ “ehtiyyac, zərurət” mənasına gəlir və çətinliklər və ya tələbatlarla əlaqələndirilir.\nᛁ (Isa): \/i\/ “buz” mənasına gəlir və dayanma və ya maneələri simvolizə edir.\nᛃ (Jera): \/j,y\/ “il, məhsul” mənasına gəlir və uğur və ya dövri hərəkəti simvolizə edir.\nᛇ (Eihwaz): \/ei\/ “taxus” mənasına gəlir və davamlılıq və ya keçidlə əlaqələndirilir.\nᛈ (Perthro): \/p\/ “qismət, oyun” mənasına gəlir və sirr və ya qismətlə əlaqələndirilir.\nᛉ (Algiz): \/z,r\/ “müdafiə” mənasına gəlir və qorumayı simvolizə edir.\nᛊ (Sowilo): \/s\/ “günəş” mənasına gəlir və enerji və ya qələbəni simvolizə edir.\nᛏ (Tiwaz): \/t\/ “qələbə, ədalət” mənasına gəlir və cəsarət və ya hüquqla əlaqələndirilir.\nᛒ (Berkano): \/b\/ “qadın, doğum” mənasına gəlir və yenilənmə və ya başlanğıcları simvolizə edir.\nᛖ (Ehwaz): \/e\/ “at” mənasına gəlir və etibar və ya ortaqlıqla əlaqələndirilir.\nᛗ (Mannaz): \/m\/ “insan” mənasına gəlir və insanlıq və ya cəmiyyətlə əlaqələndirilir.\nᛚ (Laguz): \/l\/ “su, göl” mənasına gəlir və sezgi və ya axınla əlaqələndirilir.\nᛜ (Ingwaz): \/ŋ\/ “tanrı Ing” mənasına gəlir və böyümə və ya potensialla əlaqələndirilir.\nᛟ (Othala): \/o\/ “miras, ata yurdu” mənasına gəlir və miras və ya mənsubiyyətlə əlaqələndirilir.\nᛞ (Dagaz): \/d\/ “gün, aydınlıq” mənasına gəlir və fərqindəlik və ya aydınlanma ilə əlaqələndirilir.\nBu run simvollar, Vikinglər tərəfindən müxtəlif məqsədlərlə istifadə edilmişdir və hər biri xüsusi bir simvol daşıyır." | |
}, | |
{ | |
"id": 344, | |
"title": " \n hero's journey ", | |
"content": "(bax: qəhrəmanın səyahəti)\nkeçmişdən bugünə roman, film, video oyunlarda istifadə edilən hekayə strukturu. dədə qorqud dastanından odyssey-yə qədər. \n\n12 etapdan ibarət olub qəhrəmanın başladığı nöqtədən hekayənin bitişinə qədər keçəcəyi mərhələləri göstərir.\nadətən yetişkməkdə olan qəhrəman çətin məsələ ilə üzləşir, inkar edir, məsələni həll etmək üçün yola düşür, ona kömək edəcək və əngəl olacaq kimsələrlə üzləşir. savaşa hazırlaşır -- savaşır; qalib ya məğlub - sona yaxınlaşaraq evinə qayıdır. qərb ədəbiyyatının ən bilinən nümunəsi yəqin ki homer-in Odyssey-idir. \ntroya savaşına getmiş odyssey-in illərcə evinə və ailəsinə qayıda bilməməsi, və bəzən qayıtdıqdan sonra artıq hər şeyin çox gec olması.\n\n\n \n \n\n\nfərdin kamil olması üçün gec ya tez - bütün qəhrəmanlar öz savaşlarını verməlidir. söhbət sırf harasa gedib savaşmaqdan əlavə - insanın içindəki metaforik savaşdan da gedə bilər.\n\nfərd doğulur - uşaq gözüylə əylənərək dünyanı müşahidə edib yetişkinliyə çatır - vecsiz illər keçirir - onu gözləyən xəbərsiz olduğu müəmmalarla üzləşir; və məsələnin həllinə çalışır. sonda isə həyatla vidalaşır.\n\nqəhrəmanın bu döngüləri böyük miqyasdan əlavə kiçik formlarda daim baş verir - hər il, hər ay, hər gün. bu əbədi döngülərin fərqində olmaq həyatın çox da əyləncəli yer olmadığını göstərsə də olası savaşlara qarşı fərdi hazır saxlayır. \n\nbu tip düşüncə tərzi adətən ailə, məktəb və cəmiyyət tərəfindən fərdə aşılansa da bəzən ya yersiz, yarımçıq ya da heç vaxt öyrədilmir. bunun fərqində olmaq, özünüzü öz qəhrəmanınız kimi görüb çətin anlarda səyahətinizin hansı mərhələsində olduğunuzu bilmək həyatda üzləşdiyiniz məsələlərdə psixoloji kömək ola bilər. çətin günlərdən keçirsinizsə siz də öz savaşınızı verirsiniz. və hekayənizin geri qalanını yazmaq qismən də olsa sizin əlinizdədir. yolunuz nə qədər çətindirsə xarakteriniz o qədər güclüdür.\n\n\n\n\t\t(youtube: )" | |
}, | |
{ | |
"id": 345, | |
"title": " \n söz ", | |
"content": "məhəmməd füzulinin söz haqqında yazdığı gözəl bir qəzəl.\n\nXəlqə ağızın sirrini hərdəm qılır izhari söz,\nBu nə sirdir kim, olur hər ləhzə yoxdan vari söz.\n\nizah:\nağzımızda olan, sirri (fikri) söz vasitəsilə insanlara izah edirik,\nbəs bu nə sirdir ki, hər an yoxdan söz yaranır.\n\nArtıran söz qədrini sidq ilə qədrin artırar,\nKim nə miqdar olsa, əhlin eylər ol miqdari söz.\n\nizah:\nSözünü dəyərini artıran, qiymətli sözlər danışan öz dəyərini artırmış olar,\nAncaq şəxsin öz \"dəyər\"i nədirsə, danışdığı söz də onu o qiymətdə edər.\n\nVer sözə ehya ki, tutduqca səni xabi-əcəl,\nEdə hər saət səni ol uyqudan bidari söz.\n\nizah:\nSözü dirilt ki, (bir növ özündən sonra nəsə yaz qoy ki) səni ölüm yuxusu tutduqca,\nHər saat səni yuxudan oyatsın söz. (yazıb qoyduqların oxunduqca) \n\nBir nigari-ənbərinxətdir könüllər almağa,\nGöstərər hərdəm niqabi-qeybdən rüxsari söz.\n\nizah:\nSöz könüllər alan gözəl kimidir. \nO da hər an örtüyünü, niqabını açıb üzünü göstərib könülləri şad edər. \n\nXazini-gəncineyi-əsrardır, hərdəm çəkər\nRişteyi-izharə min-min gövhəri-əsrari söz.\n\nizah:\nSöz sirlər xəzinəsinin xəzinədarı, onun gözətçisidir. \nHər an sirli gövhərlərini sapa düzüb aşkar edər. \n\nOlmayan qəvvasi-bəhri-mərifət arif degil\nKim, sədəf tərkibi-təndir, löleyi-şəhvari söz.\n\nizah:\nsöz tərkibində dəyirmi sədəflər, şaha layiq ləl-cəvahirat olan bir mərifət dənizidir,\nbu dənizdə kim ki üzə bilmir o ağıllı (arif) adam deyil.\n\n\nGər çox istərsən, Füzuli, izzətin, az et sözü\nKim, çox olmaqdan qılıbdır çox əzizi xari söz. \n\nizah:\nEy Füzuli, əgər özünü və ya sözünü hörmətdən salmaq istəmirsənsə sözü az et (az danış),\nÇox söz danışmaq çox adamı xar edib. (hörmətdən salıb)\n\nrasim balayevin ifasında:\n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\nsözlərin mənası.\nqəvvas - üzgüçü\nşəhvar - şaha, hökmdara layiq\ntəndir - dəyirmi\nrişte - əlaqə, rabitə\nizhar - aşkar etmə\nəsrar - sirr\nhərdəm - hər an\nləhzə - vaxt, an\nsidq - sədaqət, səmimiyyət\nqılmaq - etmək, eyləmək\nehya - canlandırmaq, vücuda gətirmək\nxabi-əcəl - əcəl yuxusu\nbidar etmək - oyatmaq\nniqab - üz örtüyü\nrüxsar - üz, çöhrə, sifət\nənbərinxət - ənbər qoxulu sap\nbəhr - dəniz\nizzət - hörmət\nxar olmaq - zəlil, rüsvay olmaq\nxazin - xəzinədar\ngənc - xəzinə \n\n\nmənbə.\nFüzuli-500 (film, 1997)\nvikimənbə \nlink \nhttps:\/\/www.azleks.az\/\nklassik azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti" | |
}, | |
{ | |
"id": 346, | |
"title": " \n stadtap ", | |
"content": "açılışı \"stadion tap\" olan stadionlarla bağlı bir app. əsasən futbol stadionlarının rezervasiyası olan bu proqramda az da olsa voleyboll, çimərlik futbolu kimi oyunların da meydançaların rezerv etmək olur. getdikcə inkişaf edən bir appdır. azfardan başqa bir çox stadion mövcuddur. azfardan ucuz və qəşəng stadionlar. xüsusilə də hər həftə futbol təşkil edənlər daha yaxşı bilər, uşaqların bəzilərində saat alınmır, yarısında bir problem çıxır. bu app isə komanda tapmağa kömək edir. \nana səhifəsi belədir: \n\n\n \n \n\noyunlar yaratmaq ya da yaradılmış oyunlara qoşulmaq olur. stadionları rezerv edib getməyən userləri isə silirlər. yoxsa 10 sutka umbay zad temaları yoxdur -*. ucuz qiymətə bilinməyən stadionların tapılması üçün gözəldir. bu gün elə bu appdan tapdığımız stadiona gedib oynadıq. tez bir şəkildə azərbaycanda populyarlaşması diləyi ilə. yəqin ki, halısaha təşkilatçılığı problemini böyük ölçüdə həll edər." | |
}, | |
{ | |
"id": 347, | |
"title": " \n kabuto ", | |
"content": "(兜, 冑) qədim yapon döyüşçüləri tərəfindən istifadə olunmuş dəbilqə, daha sonralarında isə kabuto yapon döyüş formasının ənənəvi parçasına çevrilir. Feodalizm Yaponiyasında samuraylar və senqoku döyüşçüləri tərəfindən mənimsənilir. Kabuto yapon dilində \"dəbilqə\" mənasına gəldiyi üçün onlar hər hansı bir dəbilqəyə kabuto adını verirlər ancaq biz kabuto dedikdə yapon dəbilqələrini nəzərdə tutmalıyıq." | |
}, | |
{ | |
"id": 348, | |
"title": " \n wayback machine ", | |
"content": "Ümumdünya internet şəbəkəsinin rəqəmsal arxiv xidməti, 23 ildir xidmət göstərən bu saytda 866 milyard saytın müxtəlif arxiv materialları yer alır. Xidmət vasitəsilə indi istifadə etdiyiniz bir çox saytın əvvəlki görkəmini görmək, onun indiki görkəmini arxivə yükləmək mümkündür. Saytların əvvəlki görkəmini kəşf etmək həmdə insanı zamanda səyahət edirmiş kimi təsirə məruz qoyur.\nSaytda ümumi həcmi 99 petabaytdan çox olan arxiv nüsxələri mövcuddur.\nAzərbaycanda internet istifadəsinin son illərdə yüksəlişə keçməsi ilə ölkəmizdə də çoxsaylı domenlərin arxivi burda mövcuddur. Onlardan bəziləri isə daha qədimidi, hansı ki əsasən dövlət müəssisələrinə aiddir:\n1.https:\/\/web.archive.org\/web\/20091115121751\/https:\/\/science.gov.az\/az 2009-cu il amea\n2.https:\/\/web.archive.org\/web\/19980522232601\/https:\/\/president.az\/ 1998-ci il\n3.https:\/\/web.archive.org\/web\/20240322164917\/http:\/\/www.azer.com\/ 1996-cı il\n\nYuxarıda qeyd ediliyi kimi ölkəmizdə və dünyada wayback machine istifadəsi 2007-ci ildən sonra yüksəlişə keçmişdir. Bizim domenlərin bir çoxu məhz 2009-cu ildən sonra saytda arxivlənib \nsifarişi verən: onafilankəsdeyirlər" | |
}, | |
{ | |
"id": 349, | |
"title": " \n bacha posh ", | |
"content": "bacha bazinin əksi, geridəqalmışlığın başqa variantı. fars dilindən oğlan kimi geyinən mənasını verən ifadə Əfqanıstan və Pakistanda oğlan uşağı olmayan ailələrin öz \"utanc hisslərini\" örtmək üçün qızlarından birini erkən yaşlarından seçib oğlan kimi böyütməsini ehtiva edir. Qız oğlan kimi geyindirilir, saçı qısa kəsilir, bioloji kişi cinsində doğulanların edə bildiyi hər fəaliyyəti (icazə almadan çölə çıxmaq, istədiyi vaxtda evə qayıtmaq, üzünü, saçını örtmədən gəzmək, dostları ilə oynamaq, bacılarının evdən tək çıxmamasına nəzarət etmək kimi) yerinə yetirə bilir. Yetkinlik yaşına çatdıqda isə yenidən qız kimi davranılmağa məcbur edilir, ki bu da uşaqda travmanın yaranmasına səbəb olur. Əgər qız roluna ağlı kəsəndən sonra daxil olubsa, hətta bunu bir şans kimi dəyərləndirir. rt*\nkeçmiş russian today\n-nin 4 il əvvəl çəkdiyi sənədli filmdə daha ətraflı məlumat ala bilərsiniz: \n(youtube: )" | |
}, | |
{ | |
"id": 350, | |
"title": " \n pigouvian tax ", | |
"content": "Piqoviyan vergisi məhsul istehsalı zamanı ətraf-mühitə və insanlara zərər verən şirkət ya da şəxslərə tətbiq edilən, ingilis iqtisadçı Arthur cecil pigou tərəfindən yaradılmış cəzalandırmadır. İqtisadçılara görə, bir əmtəənin ərsəyə gəlməsi üçün çəkilən xərcin az olması məqsədilə kompaniyalar bir çox qaydaların üstündən xətt çəkir, bunun nəticəsində də ətraf-mühitin çirklənməsi baş verir ki, bu insanlara zərər vurur. Başqa deyimlə, istehsal xərclərinin azaldılması insanlara baha başa gəlir, buna görə də istehsalçıların üzərinə verdiyi zərər qədər vergi qoyaraq məsələnin həlli mümkün olur. Piqoviyan tipli vergilərə fosil yanacaqlara tətbiq edilən vergilər, plastik torba və məhsulların istehsalı, satışı, istifadəsi üçün qoyulan cəza və vergilər misal ola bilər. Ötən ilin sonunda Azərbaycanda qəbul edilən qanun dəyişikliyində bu ilin yanvarın 1-dən etibarən çəkisi 15 mikrona qədər olan plastik torbaların, 1 iyuldan etibarən isə plastik məhsulların istifadəsi, istehsalı, idxalı qadağan edilib." | |
}, | |
{ | |
"id": 351, | |
"title": " \n donald trump ", | |
"content": "amerikanın 45-ci prezidenti. \ngələk necə prezədent olması məsələsinə. bu magnat kifayət qədər imkanlı insandır və ətrafında (görünməyən hissədə) çox ağıllı insanlar var. trump hillarydən fərqli olaraq böyük markalar ulduzlar və.s deyil məhz işin peşəkarları ilə birlikdə xalqa oynayaraq qalib gəldi. trumpun komandasında dünyaca məşhur spin doctor lar, sosial araşdırma professorları və çox güclü sosial media komandası var idi. belə olan halda trumpun qalib gəlməməsi üçün yeganə əngəl bernie sanders idi onu da sağ olsun demokratlar hillarynin yolunda qurban verdilər. \ntrump belə ağılsız iddialarla necə qalib gəldi? \n1) iddiaların hamısı ağılsız deyildi sadəcə media hillarynin xeyrinə işləyirdi deyə çox bəyənatlar şişirdilirdi. məsələn yuxarıdakı yazıda da qeyd olunduğu kimi adam müsəlmanlara qarşı deyil \"radikal islamçı\"lara qarşıdır - hansımız deyilik ki güya? eləcə də miqrant məsəlsəi media trumpun miqrantlara qarşı olduğunu bağırıdı lakin düzgün olanı \"illegal miqrantlar\"a qarşı idi - hansımız deyilik ki? \n\n2) bəs anketlərdə öndə idi axı hillary xala?\nbrexit zamanı da ilkin sorğulara əsasən ingiltərə ab də qalmalı idi lakin nəticə elə olmadı. burası maraqlıdır - bu seçki öncəsi anketlər iqtidar tərəfindən çoxməqsədli şəkildə manipulyasiya edilir və bundan öncə də dünyanın müxtəlif yerlərində belə təcrübələr var. ingiltərədə bir çox iqtidar daxilindəki daydaylar da eyni oyunu etdilər - anketlərdə ciddi ara ilə ab də qalaq səsi var idi və hər kəs arxeyin idi çox insan seçkilərlə \"onsuz da qalacıq\" məntiqi ilə getmədi. və nəticə boommm. \n\nsoruşa bilərsiniz bəs niyə hillarinin komandası belə yola əl atdı axı anketləri şişirtməklə özünü riskə atırdı. \ncavab: hillary qanuna əsasən ianələrlə təşviqat kampaniyası aparırdı və xərclədiyi pulların gəlir qaynağını göstərmək məcburiyyətində idi.bu səsəblə kampanya üçün əsas gəlir ianələr idi və ianələri toplamaq üçün anketdə çox irəlidə olduğunu göstərərək (strong positioning) kifayət qədər ianə toplaya bilmişdi. \n\nbəs trump niyə buna qarşı əks-hücum etmədi? \n- trump düşündüyünüzdən daha çox zəngindir və ianəyə ehtiyacı yoxdur eləcə də xərcləyəcəyi pulların gəlir qaynağını rəsmi olaraq göstərə bilər. bu səbəblə əlinə düşən bu yağlı anket manipulyasiyası tikəsini yaxşı dəyərləndirdi. hillary tərəfdarları arxeyinləşdi və trump tərəfdarları isə bu anket manipulyasyasından sonra daha aktiv oldu. rəsmi rəqəmlərə görə 8 milyondan çox insan seçki məntəqəsinə getməyib və səsvermədə iştirak etməyib. buda mı gol değill?? \n\n3) bizim sektor dili ilə desəm marka dəyəri və imic \nburada yenə spin doktorlar və manipulyatorlar sosial analizçilərlə işləyərək insan beyninin ən sadə funksiyasına xitab edən bir strategiyaya əl atırlar. belə ki insan üçün sirli olan\/bilinməyən\/yeni olan daha cəlbedici olur bu faktı reklam və pr anlayışı olan orta məktəb uşağı da bilir. trumpun çıxışlarında hər zaman eyni nöqtə vurğulanırdı – “hillarynin illərdir nələr etdiyi göz qabağındadır”, daxili və xarici siyasət xüsusi ilə. və onu da qeyd edim ki amerika daxilində də hillarynin xarici siyasəti bəyənilən deyil\/olmayıb. bundan əlavə trump bir daşla iki quş vururdu. özü siyasət sahəsində bilgisiz olmasınan dolayı debatlarda xarici siyasətdən bir kəlimə belə etmirdi ancaq iqtisadi məsələrlər. sual verdikdə isə çıxış yolunu \"sirr olaraq qalsın, lakin çox böyük planım var\" deyə izah edirdi. həm özünü vəziyətdən çıxarırdı həm də yenə bilinməzliklə insanların daha çox diqqətini cəlb edirdi. \n\n\n4) - bəs bu qədər fərqlə seçilməsi necə? \nizləyənlər bilir ki, hillary xalamızın e-mail yazışmaları və fbi ilə olan skandlları son 1 ildi səngimir lakin xüsusi səylər nəticəsində əsas media orqanlarından ört-basdır edilirdi. seçimə 2 gün qala bütün media orqanları hillarynin e-mail skandalını daha geniş və detallı paylaşdı (əslində daha əvvəl kiçik saytlarda paylaşılmış xəbərlər idi) doğru zamanlama və bir gol daha.\n\ndünyada azsayılı üniversitetlərdə political marketing and pr adında ixtisaslar var. yəni qısaca bu işlərın arxa planında əjdaha araşdırmalar gedir. son olaraq onu qeyd edim ki, heyif sanders əmidən!" | |
}, | |
{ | |
"id": 352, | |
"title": " \n avtobioqrafiya ", | |
"content": "avtobioqrafiya- şəxsin özü, öz həyatı haqqında hər hansı istinad nöqtəsi nəzərindən təsvirləridir. bu həmçinin ədəbi janr kimi özünü göstərir. Qədim ədəbi janr olaraq özünü göstərsə də, ilk nümunələri belə adlandırılmamışdır. əsasən xıx əsrdən etibarən bu ad atlında əsərlər yazılmışdır. Azərbaycan ədəbiyyatında bəzi nümunələri : Cəlil Məmmədquluzadənin \"Xatiratım\", Abdulla Şaiqin \"Xatirələrim\", Yusif Vəzir Çəmənzəminlinin \"Həyatımın iyirmi ili\" əsərləri xatirə, avtobioqrafik xarakter daşıyır.\nAvtobioqrafiya yazmağın gündəlik yazmaqdan fərqli cəhətləri vardır, gündəlik yazarkən həmin günün qısa icmalını, istinad nöqtəsi həmin günki duyğu və düşüncələr təşkil edərək yazırıq və əsasını öz düşüncə, duyğu və fikirlərimiz yaşadıqlarımız təşkil edir. Ancaq avtobioqrafiya yazarkən artıq keçmiş gündən bəhs etdiyimiz üçün hadisələr daha oturaqlıdır və digərlərinin xatirələrinə, sənəd və rəsmlərə istinad etmək mümkündür. \navtobioqrafiya haqqında: bu insanların tarixi necə dəyişdirmək istədikləri ilə bağlı qeydləridir.\navtobioqrafiya istinad nöqtəsindən öz həyatına baxan insanın duyğularını və digər insanları daha ətraflı əks etdirdiyi bir bioqrafik yazıdır." | |
}, | |
{ | |
"id": 353, | |
"title": " \n azərbaycanda psixoloq olmaq ", | |
"content": "psixologiya günümüzdə gülseren budayıcıoğlu'nun kitablarından ilhamlanaraq dəyərə minən sənətdir. Bununla bərabər, pandemiya dövründə artan depresssiya, təşviş-həyəcan pozuntuları psixoloqun insan həyatındakı rolunu daha yaxşı anlamağa kömək etmişdi. \nAzərbaycan üçün psixoloq olmaq həm çətin həm də çox asandır. Asan tərəflərini aşağıda qeyd edirəm. Çətin tərəfini isə entryni oxuduqdan sonra anlayacaqsınız.\n\n1. Sadəcə bakalvr təhsili alaraq bu ünvana sahib olmaq mümkündür. Bu bütün dünya ölkələrində bu şəkildədir, ancaq azərbaycanda daha rahatdır. Çünki heçbir işverən qurum və psixoloqa müraciət edən şəxs o psixoloqun bakalavr təhsil həyatında necə təhsil aldığını, oxuyub oxumadığı ilə bağlı maraqlanmır, psixoloqlarda çox məlumat vermir. Nəticədə bakalavr vaxtı psixologiyanın p'ni bilməyənlər məzun olan kimi özlərinə psixoloq deməyə haqq bilirlər. Eyni zamanda dövlətdə bu vəziyyətə əl atmır. Müəllimlərin, həkimlərin, hüquqşünasların necə ki məzun olduqdan sonra işə qəbulunda mütləq şəkildə bilik imtahanından keçirsə bu sahənin mütəxəssizləri də keçməlidir. (TSPX psixoloq deyil)\n\n2. Təhsildə sosial-psixoloji xidmət (TSPX) oxuyaraq da özünüzə psixoloq deyə bilərsiniz. Bəli, bu heç bir halda etik olmasa da, psixologiya sahəsinin suistimal edilməsi sayılsa da, acı həqiqət budur. Günümüzdə çox məhşur olan uzman psixoloq qadın və onun \"etik\" prinsiplərlə topladığı komandası var. Yaxşı deyiblər kimdə nə yoxdursa ondan çox danışar deyə. Bu \"etik\" komanda da təhsildə sosial-psixoloji xidmət ixtisası alanlar özlərini psixoloq adlandırır və fahiş qiymətlərlə seans edir. Bunu öyrənmək çətin deyil, girirsiniz onların blog və ya instagram səhifələrinə orada özləri haqqında informasiya mövcuddur. Bu informasiya içərisində qurum rəhbəri olan xanım, türkçəsi Psikoloji danışmanlık ve Rehberlik (PDR) ixtisasını psixoloji konsultasiya olaraq öz dilimizə çevirmişdir. Sadəcə sahədə olan və türkiyədə təhsil alan psixoloqlar psixoloji konsultasiya ünvanının nə demək olduğunu və belə bir ünvanın ümumiyyətlə olmadığını, türkiyə respublikasında rehber öğretmen ünvanıyla adlandırıldıqlarını çox yaxşı bilir. Etik kodeksin ən birinci bəndinin pozulması burada başlayır. \nHəmçinin özünü beynəlxalq dərəcədə akkreditasiyaya sahib superviziyalı təlimlər keçdiyini bildirən psixoloqlar da var. Ancaq hansı müəllim, hansı universitet o məlum deyil. Sual yarana bilər ki, bunun nə fərqi var?\nİlk olaraq, bir psixoloqun sizə psixoterapiya edə bilməsi üçün, onun psixoterapiya təlimlərindən keçməsi lazımdır. Ancaq sözdə yox vəya sertifikat satan qurumlardan yox əsl mütəxəssizlərdən almalıdır. Bu təlimlər aylarca çoxsaylı modullara bölünərək verilir. Ən bəsiti CBT təlimi hal-hazırda 4 modul 250 saatlıq superviziyadan ibarətdir. Hər modul bitdiyində imtahana girilir, uğurlu nəticə olduqda digər modula keçmək mümkündür. Qısaca, cbt hərkəsin ağzına saqqız olan ancaq əsl mütəxəssizi azərbaycanda şəxsən tapa bilmədiyim psixoterapiya növüdür. \nİkinci olaraq, etik kodeksi qoruyan qurum fahiş qiymətlərini tətbiq etdikləri psixoterapiyaya görə qoyduqlarını bildirir. Ancaq psixoterapiya etik kodeksində fahiş qiymətlərin qoyulması, həmçinin mövcut sahə terapevtlərindən fərqli qiymətlərində qoyulması etik kodeksin pozulmasıdır. Ortada nə dəqiq bir informasiyaları var, nə aldıqları təlimi isbat edən sənəd var ancaq sadəcə ad var ki, psixoterapiyanın müxtəlif və çətin növləriylə məşğuldurlar. \n\n3. Əgər təhsil həyatınızda heçnə oxumadınız, rüşvətlə vəya limit qiymətlərlə məzun olmusuzsa narahat olmayın. Psixologiyanı monarxiyaya çevirən ər-arvad cütlüyünün yanında sizə mütləq iş tapılacaq. Onlar savadlı kadr deyil, məhz sizin kimi sadəcə diplomlu şəxslərə üstünlük verirlər. \n\n4. Sadəcə mərkəzdə də çalışmağa məcbur deyilsiz, Bakının mərkəzindən uzaq qalan istənilən xəstəxanalarına müraciət edirsiz, klinik psixologiya oxumadan sizə birbaşa klinik psixoloq ünvanı verib işə alırlar. \n\n5. Əgər fərqli ixtisası bitiribsiz ancaq çox yaxşı dərd dinləyə məsləhət verə bilirsinizsə, dövlət universitetlərimizə rüşvət verib bu ünvan üzərində 2 illik ixtisasartıma edərək psixologiya sahəsi tələbələrinə dərs deyə, onların sahələrinə məsləhət verməyi öyrədə bilərsiniz. Adamınız varsa bu iş daha yaxşı olur, birbaşa gedirsiz klinikada işləməyə.\n\n6. Bu sahənin məzunusuzsa və işinizi çox sevirsizsə, təhsil həyatınızda yetəri qədər uğurlu nəticələriniz varsa, psixologiyanın p'ni bilirsizsə, sizə pis xəbərim var. Həyatınız boyunca Azərbaycanda fırıldaqçı psixoloq olmadıqca sizin dəyəriniz bilinməyəcək. İstədiyiniz qədər etik dəyərləri gözləyin, istədiyiniz qədər həqiqi təlimlər alın, özünüzü inkişaf etdirin, bu ölkədə sizin işiniz çox çətindir. \nÇünki sahəni ən birinci tspx uzmanları, sonra saxtakar psixoloqlar sonra da dərd dinləyənlər ələ keçiribdir. \nÖzünüzə yüzlərcə söz verin, ən yaxşı klinikalarda sürünə sürünə praktikalar keçin, keçdiyiniz o praktika yerləri belə sizin əməyinizin arxasına keçməyə an axtaracaq. Çünki, etik dəyərlərə sahib psixoloqların azərbaycanda rahatlıqla suistimal olunması mümkündür. \nSiz seansınızı etik kodeksə uyğun qoyacaqsız, bir baxacaqsız uzman tspx cəbhəsi seanslarının qiymətini 120-240 arası qoyubdur. Düşünəcəksiz bu insanlara kim niyə getsin, ancaq acı həqiqətlə həmin saniyə üzləşəcəksiz. \nİnsanlar sürü psixologiyasına rahatlıqla düşürlər. sertifikatların əhəmiyyətini şişirtmək, adekvat olmayan seans qiymətləri, \"psixoterapiya seansının qiyməti keyfiyyətini əks etdirmir başlığını görüb \"bunlar həqiqi mütəxəssizdir\" deyə düşündürürlər. Əslində özləri də dəfələrlə fərdi seanslarında fahiş qiymətlərinin səbəbini seansların keyfiyyətinə və aldıqları sertifikatlara görə olduğunu vurğulayıb. Nəticədə insanlar \"bu psixoloq seans qiymətini aşağı qoyub, digərləri yüksək onda yüksək olan yaxşıdır\" deyəcək.\n\nSon olaraq, öncələr azərbaycanda heç olmasa etik olaraq psixiatrların mövcud olduğunu düşünürdüm. Ancaq şarlatan psixoloqlara qapı açan, onları ictimaiyyətdə məhşurlaşdıran, ilahiləşdirən, dahiləşdirən şəxslər təəssüflər olsun ki elə o uzmanlardır. \nÇünki Azərbaycanda psixoloq olmaq kurtlar sofrasında olanlara məruz qalmaqdır, müştəri olmaq isə o sofrada ikram edilən kuzu olmaqdır. \n\nPsixoloqa müraciət edərkən, onun diplomunu, hansı terapiyayı tətbiq etdiyini, bunu etməyə icazə verən səlahiyyətli orqanı və mütəxəssizi soruşmağı unutmayın. Özünü kurtlar sofrasından qoruyun, sağlam qalın." | |
}, | |
{ | |
"id": 354, | |
"title": " \n sipahilər üsyanı ", | |
"content": "hindistanda ingilis müstəmləkəsinə qarşı çevrilmiş, 1857-1859-cu illəri əhatə edən üsyan. ingilis zabitlərinin sipahiləri təhqir etməsi və sipahilərin buna etiraz etməsi nəticəsində 1857-ci ilin may ayında kimi sipahi vəzifədən uzaqlaşdırılıb sürgünə göndərildi, kimisinin rütbəsi kiçildildi, kimisi isə həbs olundu. həmin hadisələrə görə silahlı üsyan başladıldı və qısa müddətdə bir çox insan sipahilərə qoşuldu, lakin digər yüzlərlə üsyan kimi bu üsyan da 2 ilin sonunda məğlubiyyətlə nəticələndi. məğlubiyyətin bir çox səbəbləri var idi, təbii ki. ilk növbədə üsyan bütün ölkə səviyyəsinə yüksələ bilməmişdi. ikincisi, üsyanı idarə edən xüsusi bir mərkəz yox idi. kortəbii idi yəni. üçüncüsü isə bir çox feodal özlərini düşünürdülər, vahid cəbhənin yaradılmasına mane olurdular və s." | |
}, | |
{ | |
"id": 355, | |
"title": " \n fantasy role play ", | |
"content": "Qısaca frp adlanan bu janr bütün rpg kompüter oyunlarının atası sayılır. Mənası rol eləmək, rol oynamaq sayılan, stolüstü sayıla biləcək oyun növü. Ən məşhur oyunu isə dungeons and dragons sayılır.\nJanrın əsas məntiqi oyunçuların yaratdıqları personaj bürünüb, onun kimi davranmasıdır. Məsələn son oyunumuzda tabaxi deyilən bir pişik irqi idim. Personajıma uyğun olaraq sevinəndə mırrrr-layır, hər cümlə sonunda miyav deyirdim. Ən önəmlisi isə irqə xas olaraq 3cü tərəf kimi danışırdım: bu pişik bu hərəkətləri bəyənmədi miyau. \nFRP-lərdə əsas məsələ yaxşı rola girirək əylənməkdir." | |
}, | |
{ | |
"id": 356, | |
"title": " \n dungeons and dragons ", | |
"content": "frp janrının ən böyük və samballı oyunu olaraq bilinir. Minlərlə quest, çoxlu irq seçimləri, sinif seçimləri ilə bir personajı sıfırdan istədiyiniz kimi yaratma imkanı verən oyundur.\nBilinən ilk versiyası 1st e - first edition sayılır və silsilənin ilk versiyası olduğu üçün kifayət qədər səhvlər olsa da oyunçular tərəfindən rəğbət görür və bəyənilir.\nİkinci versiya - 2nd e second edition 1ciyə nəzərən çox çox zəif olur və bəyənilmir amma başqa rəqib oyunlar olmadığı üçün yenə də sevilərək oynanılılır.\nÜçüncü versiya - 3rd e third edition və ondan biraz sonra çıxan 3.5e rəqib şirkətlərin də ortaya çıxması ilə oyunun populyarlığını itirdiyi zamanlarda bütün combat sistemini dəyişərək bütün seriyaya yeni nəfəs gətirir.\n4e dördüncü versiya 3dən azacıq fərqlənsə də o illərdə uğur səbəbilə əla satır. \nVə ən sonuncu və hələki ən möhtəşəm sayılan və özümüm də oynadığım 5e yəni fifth edition. Bütün combat sistemi yenilikləri, rp- yə yeni ruh qatması ilə digər versiyaları üstələyir.\nOyunun sadəcə player handbook-u( oyunçunun əl kitabı) 312 səhifədir. Dungeon master ( oyunu aparacaq şəxs) bütün kitabı bilməlidir. Digər oyunçular üçün tək zərurət personajının sinif və irq bacarıqlarını bilməsidir.\n5-6 nəfərlə çox maraqlı ola biləcək oyun janrıdır. 20 üzlü zərə qədər olan zər seti ilə oynanılır." | |
}, | |
{ | |
"id": 357, | |
"title": " \n backster effekti ", | |
"content": "Bitkilərin də müəyyən dərəcədə paranormal həssaslığı olduğu iddiasını ortaya atan və eyni zamanda Yalan dedektoru icadının banisi Cleve Backster'a ithafən verilən ad.\n\nBackster əmi zamanında (1996) ev bitkisinin yarpaqlarına bağladığı elektrodlar sayəsində bitkilərin də ehtiyata (yaddaş) sahib olduğunu göstərmişdir. Belə ki, dedektorun diaqrammasının insanların həyəcan və təşviş hallarında cızdığı diaqramma ilə böyük ölçüdə bənzərlik göstərdiyi aşkarlanmışdır. \nYaşamı təhdid edən bir təhlükə qarşısında insan və bitkilər eyni diaqrammanı cızmaqdaydı.\nMəsələnin başqa bir maraqlı tərəfi, bitki əvvəlcədən onun yarpağını kəsmiş, ona zərər verən insan ona yaxınlaşdıqda da eyni tip diaqramma cızmaqda idi. \n\nAmma yenə də bunlar alimlər tərəfindən dəstəklənən təcürbələr deyil. Çünkü bir çoxu bu təcürəbələrdə tutarsızlıqlar olduğunu, yalan dedektorunun statik elektrik yükünə və rütubətə qarşı həssas olduğu səbəbini irəli sürür." | |
}, | |
{ | |
"id": 358, | |
"title": " \n la petite mort ", | |
"content": "Fransız dilindən \"kiçik ölüm\" mənasına gələn, daha çox orqazmı bildirən ifadə. \n\nQadınlarda orqazm zamanı orbitofrontal korteksdəki qan qısa bir müddətliyinə beyni tərk edir. Bu qısa müddətdə zaman qavramı itmiş, hətta başqa bir dünyaya yollanmış, daha bəlağətli desək, cənnəti görüb gəlmiş kimi hiss edirik. Fransızlar bunu ölmək- la petite mort və dirilmək, yenidən həyata başlamaq kimi səciyyələndirir. \n\nKişilərdə orqazm sonrası gələn yorğunluq və yuxu da həmin yuxuya- la petite mort-a yatmaq kimi səciyyələndirilir. \n\n\ncoeur de piratenin də bu adda bir musiqisini sizinlə paylaşmaq istərəm.\nMusiqi öz romatiklik və qaramsarlığı ilə qəlbimi fəth edib. Musiqidə Eyni anda həm qırmızı, həm də qara rəngi görmək olur.. \n\nLa pluie coule sur mes tempes\nLa foudre chante ta descente\nBlottie contre ma vie\nTon rire résonne et puis s’enfuit\nJe crois qu’il est trop tard\nPour te dire que ça fait mal\nMon cœur n’est plus comme avant\nCar il s’endort tout doucement. \n\nYağış yağar məzarıma\nHəyatıma qarşı ruhuma\nMahnı oxuyar şimşəklər\nVə əks-səda verər gülüşün\nYox olub gedər ardından\nAncaq, məncə, artıq çox gecdir\nMəni incitdiyini sənə demək üçün\nQəlbim artıq əvvəlkinə bənzəmir\nÇünki səssizcə dərin bir yuxuya getdi.. \n\n(youtube: )" | |
}, | |
{ | |
"id": 359, | |
"title": " \n audiofil ", | |
"content": "Gəlin sizə minimum büdcəylə audiofil səs sisteminə sahib olmağın yolunu göstərim.İnanıram ki yüksək büdcələr verə bilməyən mənim kimi audiofil insanlara köməyi toxunacaq.Uzun zaman mənim kimi araşdırmaqdan gözlərinizi xarab etməməyiniz üçün amme hizmeti -* öğhm başlayaq :\n1.İlk olaraq Superlux HD681 markalı qulaqlığı alırsız.Bu qulaqlıq qiymət olaraq özündən 10x bahalı qulaqlıqlara çox yaxın səviyyədə bir səs keyfiyyəti var.Ucuz olmasının səbəbi isə həm estetik olaraq qəşəng olmaması, həm də komfort olaraq da keyfiyyətli olmayıb ucuz materiallardan hazırlanmasıdır.Amma səs keyfiyyətinin qiymətinin yanında nə qədər yaxşı olduğunu və bahalı audofil qulaqlıqlarla müqayisəsini rtings.com səhifəsindən baxıb analiz edə bilərsiz.\n2.Qulaqlığı aldıq ama bu qulaqlığın bir xarakterik özəlliyi var o da tiz səslərin çox parlaq olmasıdır.Səs keyfiyyətini daha da yüksəltmək üçün filter mod deyilən bir üsulla qulaqlığı modlayırıq.Necə modlandığını bilmək üçün Superlux HD681 filter mode yazın ,çıxacaq\n3.Qulaqlığı modladıqdan sonra bass və tiz balansı və səs keyfiyyəti çox yüksələcək.Ancaq komfort üçün etməli olduğumuz bir sonrakı addım qulaqlığın komfortsuz və qulağı tərlədən pedlərini dəyişdirməkdir.Bu qulaqlığa uyğun gələn pedləri Akg-240 velour pad və ya bu sizə bahalı gələrsə aliexpress-dən hər hansı bir velour pad alaraq dəyişdirin.Həm bass səslərin keyfiyyəti artacaq həm də qulağınızı narahat etməyəcək.\n4.Və gəldik software hissəsinə.Keyfiyyəti daha da artırmaq üçün equalizer proqramı işlətməliyik.Windows işlədənlər Equalizer APO proqramını işlədə bilərlər.Mənim kimi linux işlədənlər üçün isə ən yaxşı alternativ pulseeffects və ya easyeffects proqramıdır.\n5.Artıq equalizer proqramımız da olduğuna görə sırada qulaqlığımız üçün ən uyğun equalizer parametrlərini düzəltmək qalır.Təbii ki özünün də equalizer ilə oynayaraq özünüz üçün ən uyğun parametrləri tapa bilərsiz,amma bununla məşğul olmaq istəmirsizsə və ya başınız çox çıxmırsa,qulaqlığınız üçün ən uyğun hazır bir preset ( yəni hazırlanmış parametrlər ) yükləyə bilərsiz.Bunun üçün də Autoeq səhifəsinə gedib Superlux HD681 markasını tapın.Orda hazır preset olacaq.Onu yükləyin və equalizer proqramına əlavə edin.\n5.Və artıq minimum büdcəylə əjdaha kimi audiofil bir qulaqlığınız var.Keyfiyyəti tam hiss etmək üçün sevdiyiniz mahnıların və albomların flac formatında olan versiyonlarını tapın və onlara qulaq asın.İnternetdə flac formatında mahnıları biraz araşdıraraq asanlıqla tapa bilərsiz.Özəlliklə archive.org səhifəsində bolca mənbə var.\n6.Bonus olaraq mən yenə doymadım və daha çoxunu istəyirəm deyirsizsə edə biləcəyiniz bir şey daha var.Bunun kimi audiofil qulaqlıqlardan maksimum performans almaq üçün amplifier (gücləndirici) işlətmək lazımdır.Elektro və ya bass gitara çalırsınızsa işlətdiyiniz amp-yə bağlaya bilərsiz.Amma əgər yoxdursa özəl olaraq qulaqlıqların performansını artıqmaq üçün satılan balaca amp-lər var.Amp for headphones yazsaz asanlıqla taparsız.Mütləq göz atın.Amma onu deyim ki ucuz olmurlar.Cib yandırar amma qulaqlığınızın performansını pik nöqtəyə çıxarar.\n\nNəysə, bu da belə.Məmnunam ki ən azından bu araşdırmam mənimlə birlikdə məzara getməyəcək -*" | |
} | |
] | |
--- CHUNK 7 END --- | |
--- CHUNK 8 START --- | |
[ | |
{ | |
"id": 360, | |
"title": " \n yiğidim aslanım ", | |
"content": "tarixçəsini bilməyənlərin atatürkə *\nmənə də çatmır, ətağa\n həsr olunduğunu düşündüyü, əslində isə bedri rahmi eyüboğlunun o vaxtlar Bursada həbsxanada yatan nazım hikmet rana ithafən yazdığı şeir. deyilənə görə, nazım da şeirdən təsirlənərək ben içeri düştüğümden beri şeirini yazır.\n\nzülfü livanelinin ifasında:\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nBursa'nın ufak tefek yolları\nAğrıdan sızıdan tutmaz elleri\nTepeden tırnağa şiir gülleri\nYiğidim aslanım aman burda yatıyor.\n\nBir şubat gecesi tutuldu dilin\nSilâha bıçağa varmadı elin\nNe ana ne baba ne kız ne gelin\nYiğidim aslanım aman burda yatıyor.\n\nNe bir haram yedin ne cana kıydın\nEkmek gibi temiz su gibi aydın\nHiç kimse duymadan hükümler giydin\nDöşek diken diken yastık batıyor\nYiğidim aslanım aman burda yatıyor.\n\nZindanı taştan oyarlar\nİçine bir yiğit koyarlar\nSağa döner böğrü taşa gelir\nSola döner çırılçıplak demir\nÇeliğin hası da yiğidim aman böyle bilenir\nDöşek melul mahzun, yastık batıyor\nYiğidim aslanım aman burda yatıyor.\n\nBugün efkârlıyım açmasın güller\nYiğidimden kötü haber verirler\nDemirden pencere taştan sedirler\nDöşek melul mahzun yastık batıyor\nYiğidim şahinim aman burda yatıyor\n\nMezar arasında harman olur mu?\nOn üç yıl hapiste derman kalır mı?\nAzrail aç susuz canın alır mı?\nDöşek melul mahzun yastık batıyor\nYiğidim şahinim aman yerde yatıyor...\n\nDilinde dilimi bulduğum\nGücüne kurban olduğum\nAnam babam gibi övdüğüm\nDayan hey Aslan Ustam\n Abenim\n Yiğidim dayan.\nDayan hey gözünü sevdiğim\nBugün efkârlıyım açmasın güller\nYiğidimden kötü haber verirler.\n\nSana kökü dışarda diyenlerin kökleri kurusun\nKurusun murdar ilikleri dilleri çürüsün\nŞiirin gökyüzü gibi herkesin.\nSen Kızılırmak kadar bizimsin\nEn büyük ustası dilimizin\nCanımız ciğerimizsin.\n\nBugün burdaysa şiirin, yarın Çin'dedir\nBütün hışmıyla dilimiz\nKökünden sökülmüş bir çınar gibi\nYüreğimiz içindedir.\n\nBugün burdaysa şiirin, yarın Çin'dedir\nAcısıyla sızısıyla alnının kara yazısıyla\nBir yanı nur içinde tertemiz.\nBir yanı sızım sızım sızlayan memleketimiz içindedir." | |
}, | |
{ | |
"id": 361, | |
"title": " \n hermetik yazılar ", | |
"content": "Əldəki mətnlərə görə Hermetik bilgilərin bir hissəsi:\n\nFiziki aləm suptil aləmin aynasıdır\n\nƏzəli və əbədi olan tanrı düşüncələr ilə başa düşülə bilməz.\n\nRuh ilahi bir işıqdır\n\nRuhlar dünyaya imtahanlarla inkişaf üçün gəlirlər və almalı olduqları dərsləri alana qədər də təkrar-təkrar doğulurlar\n\nİnsanı ölüm sonrasında vicdanı mühakimə edər, onun yerüzündə olarkən etdikləri unudulmaz.\n\n Bu ruhlar bir müddətdən sonra böyük işığa doğru çəkilərlər. Onlara yol göstərilər.\n\nQədim insanların kökəni Dünya-xaricidir.\n\nKainatda kosmik qanunlar işləyir.\n\nİnsanlar talehlərini etdikləri pis və ya yaxşı əməllərlə cizirlər.\n\nİnsanlar yaşadıqları dünyayı kirlətdikcə 4 elementin baş qaldırmasına məruz qalacaqdırlar.\n\nYunuslar və aslanlar digər heyvanlardan daha inkişaf etmiş varlıqlardır." | |
}, | |
{ | |
"id": 362, | |
"title": " \n uçuş 345 ", | |
"content": "Təyyarələr və təyyarə qəzaları həmişə mənim diqqətimi çəkən hadisələr olub. TK 345 İzmir> İstanbul səfəri\/qəzasının (30 Yanvar 1975-ci il ) məndə yeri isə tamamilə fərqlidir. Eniş zamanı hava limanında elektriklərin kəsilməsi və təyyarənin pas keçməsi, ikinci eniş sırasında PAN AM maneəsi və nəticədə təyyarənin Marmara dənizinə müəmmalı şəkildə düşməsi... \nBu günə qədər (45 il) qara qutu və təyyarə qalıqlarının çıxartılmaması, hadisə baş verdiyi ildə sərnişinlər arasında dönəmin Malatya Bələdiyyə başçısının oğlu, BP və Türk Henkel kimi güclü şirkətlərin rəhbərləri Seyyal Tanerin bacısı (Hostess) və Fatih Terimin qaynatasının olması... bunların belə günümüzə qədər bu hadisə ilə bağlı hər hansı bir açıqlama verməmələri, rəsmi mənbələrə görə 41, geyri rəsmi mənbələrə görə 42 sernişin olması, Bilderberg görüşləri ilə əlaqələri, hadisənin qəribəliyini və bir çox komple teorilerini üstünə çəkmişdir. Başqa bir səbəb qəzanın səbəbinin araşdırılmaması və qara qutunun əldə edilməsinin istənməməsidir. \nBəzi mənbələrdə, qəzanın Ədliyyədəki qəza sənədinin də itkin olduğu bildirilir. 45 il keçməsinə baxmayaraq dağıntıları çıxarmaq üçün heç bir cəhd edilməyib. Halbuki Marmara dənizinin müxtəlif sahillərinə çıxan bir neçə cəsətdən başqa, bütün cənazələr və təyyarənin dağıntıları hələ də Marmara dənizinin (sahildən 2 mil) dərinliklərində (70 m - 80 m) yatır." | |
}, | |
{ | |
"id": 363, | |
"title": " \n bakıda qadın qiyamı ", | |
"content": "14-17 fevral 1916-cı il tarixində aclıq və bahalaşan ərzaq qiymətlərinə etiraz məqsədilə baş tutmuş, sonu qətliamla bitmiş qiyam.\n\nBəzi mənbələrdə “kartof üsyanı” kimi keçməsinə səbəb bazarda kartofun qiymətinə əsəbləşən qadının satıcının məhsullarını dağıdıb tapdalaması daha sonra bazardakı digər qadın və uşaqların da ona qoşulması olub. 3 gün sonunda 200-ə yaxın mağaza və anbara hücum edib dağıtmış, yağmalaya bildiklərini yığıb aparırdılar həmin vaxt qiyam iştirakçıları.\nDaha sonra bakıya kənar yerlərdən cəlb edilmiş hərbi dəstələrin köməyi ilə qiyam yatırılır.\nQiyam yatırılsa da qadınlar ultimatomlarına bu bəyənatla davam etmişdilər: \n\n“Siz ey rəhmsiz qan içənlər, yaddan çıxarmayın ki, belə bir «qadın tufanı» bir də gələ bilər. O daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə yeksan olacaq. Qan içənləri öldürəcəyik. Hamınız məhv olacaqsız”.\n\nZaqafqaziyada baş verən bu hadisə daha sonra başqa bölgələrdə də vüsət almağa başlamışdı. \nÜstündən 1 il keçdikdən sonra isə 1917 fevral inqilabı baş tutmuş romanovlar sülaləsi ilə birgə rusiya imperiyası da süquta uğramışdı." | |
}, | |
{ | |
"id": 364, | |
"title": " \n raumdeuter ", | |
"content": "Qısa olaraq rmd kimi keçən futbol termini. Əsasən format üzərində 4-3-3 kimi taktikal düzülüşdə yer alsa da 4-2-3-1 və başqa düzülüşlərdə də məşqçinin həmləsinə görə istifadə edilə bilər.Kəlimənin mənasını dilimizə tam olaraq çevirmək mənasız və çətindir. Funksional olaraq bu oyunçu pozisiyası deyil. Bir roldur. Rəqib defansda boşluq axtaran,pusquda duran,bu imkanları tapan kimi pas və ya zərbə vuran futbolçudur. \"Boş sahə dedektivi\". Bu rolu oynayan oyunçular bütün meydanı görə bilməli, yüksək zəkaya,oyunu oxuya bilməsi,öncədən hiss etmə qabiliyyətinə malik olmalıdır.fərdi keyfiyyətləri,meydanda konkret bir zonası olmadığına görə dayanıqlı olmaq və yüksək tempdə qaça bilən olmasıdır. Geriyə qayıtmaq, müdafiəyə kömək etmək kimi öhdəliyi olmadığına görə bu taktikayla oyuna çıxan komandanın mərkəz yarım müdafiəsi və cinah müdafiəçisi güclü olmalıdır. Çünki rmd olan cinahlar müdafiəçilərin öhdəsində olur. İrəli geri yorulmadan oynamaq onlara qalır. Bir növ Marcelo,R. Carlos,P. Lahm ı xatırladım. Oyun zamanı RMD əgər sol cinahdadırsa bütün hücumları əks cinahdan qurmaq vacibdir. Bu vaxt meydanda özünü unutduran rmd oyunçu öz rolunu işə salmağa başlayır.\n\n\n \n \n\nDaha əvvəllər də meydanda bu vəzifəni görən oyunçular olsa da,rmd adını Bayern Münhen nin Thomas Müllerindən alır. Yəqin ki,futbol izləyən hərkəsə maraqlı idi ki,oyun boyu gözə dəyməyən, sürəti və topla oynamaq bacarığı ortalama olan bir futbolçu, hansı özəlliklərinə görə bu qədər qol vurub,asist etməyi bacarırdı." | |
}, | |
{ | |
"id": 365, | |
"title": " \n vigilant ədalət ", | |
"content": "Bu ədalət növü qanuni səlahiyyət olmadan qəbul edilən cinayətlərin qarşısının alınması, araşdırılması və cəzalandırılması aktıdır.Termin ispan dilindən götürülmüşdür vigilante -''gözətçi'' mənasını verir, latıncadan vigilāns sözündən götürülüb,vigilante Justice.\nVigilant adlanan şəxs isə- ictimai təhlükəsizliyi və cəzalandırma ədalətini komissiyasız həyata keçirən şəxsdir. Bu ədalət növü sadə dillə desək cinayət baş verən ailələrin içində yaxınlarının məhkəmə qərarına hörmət etmədən öz qisaslarını qanunsuz şəkildə almaqlarıdır. Necə deyərlər bu bir çox insana içi mən qarışıq ilk eşidəndə düzgün, ədalətli gəlməyə bilər, onda belə olsa aləm dəyər bir birinə, onda ədalət sistemi niyə var? kimi düşünə bilərik amma və lakin heç kim o vəziyyətə düşmədən,insanların nə yaşadığını hesaba qatmadan yarğılamaq haqsız olardı, empatiya qurmağı boş verin indi vigilant ədalətə çəkəcəyim nümunəni oxusanız bir çox insan ona hətta haqq verəcək (mən özüm də yaxşı edib dediyim hadisələrdəndir).\nKeçək vigilant ədalətin misallarına sonra isə əsas məni bu yazını yazmağa Vadar edən hadisəyə.\nBu ədalət sistemi əslində 15-ci əsrlərdən bəri mövcuddur,ən çox yayılmış nümunəsi meksikadadır hətta Miçoakan ştatında , \"Los Zetas\" və \"La Familia Michoacana\" kimi cinayətkar qruplarının( ən dəhşətli terror qrupları) təsirinə məruz qalan insanlar 2013-cü ildə özlərinin \"Grupos de autodefensa comunitaria\" adlı ilk vigilant qruplar yaratdılar. Bundan əvvəl isə bir çox ölkələrdə:Britaniya,Nigeriya,Rusiya,Finlandiya,abş, cənubi afrika kimi bir çox ölkələrdə vigilant qruplar və yaxud vigilantizmi həyata keçirən tək insanların nümunəsi olmuşdur.\n\n\nKeçək əsas nümunəyə.\nMarianne Bachmeier çox erkən yaşlarından hamilə qalıb uşaq dünyaya gətirib ama özü kiçik və uşaqları böyüdəcək gücü olmadığından uşaqları övlad götürülüb başqa ailə tərəfindən.\nO, 22 yaşında üçüncü dəfə hamilə qaldı, 1972-ci ildə mariannenin üçüncü övladı olan Anna dünyaya gəlir və bu qızı özü tək böyütməyə başlayır. Müxtəlif işlərdə çalışaraq annaya baxmağa çalışıb,hətta uşağı da özü ilə işə aparıb gətirirdi kiçik olduğundan.anna xoşbəxt bir uşaq deyildi hər gün anası ilə işə gedib barda yatıb qalırdı gecələri,anası gecələr barda işlədiyi üçün. 1980-ci ildə Anna yeddi yaşında olanda anası ilə mübahisə etdi və məktəbə getmək istəmədi həmin gün. Həmin gün o, pişikləri ilə oynamaq üçün evinə getdiyi 35 yaşlı qəssab Klaus Qrabovski tərəfindən qaçırıldı. O, Annanı bir neçə saat evində saxlayıb, ona cinsi təcavüz edib və sonda isə uşağı boğub öldürür, bəli \n 7 yaşlı bir uşağa təcavüz edən bir məxluqdan söhbət gedir. Cinayətə baxan prokurorun dediyinə görə, o, daha sonra qızı bağlayıb və bir qutuya qoyub və onu kanalın sahilində qoyub qaçmışdır. Qrabovskinin nişanlısı sayəsində polislər təcavüzkar cinayətkarı tuturlar, qrabovski əvvəllər iki qıza qarşı cinsi istismara görə məhkum olunmuşdur amma daha sonra hormonal müalicə almaq istədiyini bildirib və bununla azad buraxılmışdır, o müdafiəsində bildirmişdir ki, Anna onun özünü pul qarşılığında anasına onu istismar etdiyini deməklə təhdid edib və həbsxanaya qayıtmaq qorxusu onu qızı öldürməyə vadar edib, bəli 7 yaşlı bir uşaq ona təcavüz edən güclü bir insanı pul ilə təhdid etdiyini bildirib necə də dəhşətli bir müdafiədir,qorxudan necə bir bəhanə uyduracağını da bilməyən bir məxluqdur bu insan.\n1981-ci ildə, məhkəmənin üçüncü günü Marianne Bachmeier odlu silahını Lübek Məhkəməsinin 157-ci otağın məhkəmə zalına keçirməyi bacarmış və məhkəmə gedişi zamanı ayağa qalxaraq Qrabovskini güllələyərək öldürmüşdür, o silahı onun kürəyinə tuşlayıb və yeddi dəfə atəş edib: altı güllə Qrabovskiyə dəymiş və o demək olar ki, həmin andaca ölmüşdür.Baxmeyer daha sonra silahını yerə endirib və müqavimət göstərmədən tutulub. O, reportajında isə \"gülləni onun üzünə tuş gətirmək istədim amma üzü hakimə tərəf olduğundan sadəcə arxaya tuş gətirə bildim\".\n\nMarianne adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə məhkum edilən marianne altı il həbs cəzasına məhkum edilmiş, lakin üç il həbs cəzası çəkdikdən sonra azad edilmişdir.\nBu hadisə Almaniya tarixində ən tanınmış vigilant ədalət hallarından biridir.bir çox insanlar bunu dəstəkləyib və ən çox səs gətirən qisas hadisələrindən biridir, hətta Marianne həbsdə olarkən bir çoxları onun davranışını başa düşdüklərini göstərmək üçün dəstək mesajları, hədiyyələr və çiçəklər göndərirdilər. \nQərbi Almaniya məhkəmə sistemi iki qıza cinsi təcavüz edən kişiyə libidosunu bərpa etmək üçün hormonlardan istifadə etmə imkanı verdiyinə görə bir çox insan tərəfindən tənqid edilmişdir.Bu hadisənin filmi də mövcuddur baxmaq istəyənlər üçün \"No Time for Tears: The Bachmeier Case\" və \"Anna's Mother\".\nBəli,bu bir çarəsiz ananın həyatında tək önəmli olan və onun üçün işləyib,həyata bağlandığı 7 yaşlı qızı üçün aldığı qisasdır. bir insan olaraq hər zaman istisnasız ( xəstədir, dəlidir, psixoloji narahatlığı olsun fərqi yoxdur ) təcavüzü törədən hər bir insanın edam ilə mühakimə olunmasının tərəfdarıyam kim nə deyirsə desin.\n https:\/\/i.imgur.com\/im3U7mm.jpeg\n https:\/\/i.imgur.com\/ZXqOpXS.jpeg" | |
}, | |
{ | |
"id": 366, | |
"title": " \n the lunatic of etretat ", | |
"content": "Fransız rəssam Hugues Merle’in 1871 ci illərdə yaratdığı rəsm.\nƏsərdə izləyicinin ən çox diqqətini çəkən ünsür qadının dəlici baxışlarıdır. Bu baxışlar ‘(sanpaku gözlər)’ olaraq adlandırılır. Sanpaku əslində üç bəyaz anlamına gəlir. Gözlərində alt sclera ve üst sclerası görünən insanlar üçün istifadə edilən bir sözdür. Keçmişdə Çinlilər Sanpaku gözlərə sahib insanların dəngəsiz olduğunu düşünürlərmiş. Qadının baxışlarında sanpaku gözləri görmək izləyicini hüzursuz edir və üstəlik kompozisiyada olan rənglər və detallar da olduqca gərgin bir atmosfer yaradır.\nİlk baxışdan rəsmin bizə ötürdüyü hekayəyə görə, saçları dağınıq,geyimi bərbad, qucağında körpəsini tutan bir dəli qadın görürük. Bəlkə də körpəsi ölüb düşünürük. Bu səbəblə ağlını itirib . Ancaq diqqətlə baxdıqda qucağında tutduğu körpə uşaq yox, bir ağac kötüyü olduğu görünür. Ola bilər ki,ana olmağı çox istəsə də övladı olmayıb və ya ölmüş doğulan uşağı bu tərzdə özündə yaşadır. Ancaq bütün bu şərhlərdən başqa daha məntiqli,maraqlı alternativ analizlər də var bu rəsim haqqında.\nBunu anlamaq üçün rəsmin yarandığı tarixə yəni 1871 ci ilə baxmağımız lazımdır. 1871’də Fransa-Prussiya müharibəsində Fransa’nın ağır bir məğlubiyyət alması,görünür rəssama da unudulmayacaq təsirlər edib.Fransa bu məğlubiyyətdən sonra bir neçə bölgəsini təslim etmek məcburiyyətində qalmışdı. Bu mənada əsərin oxunması olduqca maraqlıdır.Sanpaku gözlər, Fransa’da yaşanan yıxımı təmsil edir. Fransa, yaşadığı savaşlar və itirdiyi topraqlar səbəbilə qəzəb doludur. Əllərində, ayaqlarında, bilənglərində olan gərginlik, vücudundakı deformasiya əslində məğlub bir ulusun qəzəbini simvolizə edir. Qadının vücudu o qədər gərilmiş bir vəziyyətdədir ki,sanki bir həmləylə dəngəsiz bir hərəkət sərgiləyəcək.Bu duruş da Fransa’nın Almaniya’ya qarşı duyduğu intiqam hücumu arzusunu təmsil edir. Kötük'dən körpə isə Fransa’nın itirdiyi torpaqları, dağınıq saçları isə Fransa’nın dalğalanan bayrağı kimi yozulur." | |
}, | |
{ | |
"id": 367, | |
"title": " \n god complex ", | |
"content": "azərbaycanca tanrı kompleksi, bir insanın özünü tanrı qədər güclü və qüdrətli hiss etməsinə deyilir.\n\n məsələn, insanların bir çoxu tanrının, biz insanlardan daha ilahi və daha çox enerjiyə sahib olduğuna inanır. bu elə bir enerjidir ki, heç bir şeydən yeni bir şey düzəltmək tanrı üçün heç bir şey kimidir. tanrı kompleksi olan insanlarda özlərini tanrı qədər güclü və ilahi hesab edirlər.\n manipulyasiya etmək bu insanların ortaq xüsuiyyətlırindən biridir.\n\nbu kompleksə ən çox sahib olan insanlar isə daha çox cərrahlardır." | |
}, | |
{ | |
"id": 368, | |
"title": " \n şanırak ", | |
"content": "Şanırak və ya şanraq. Qazaxça Şanırak, Qırğızca Tunduk, mongolca Tono. Orta asiyada türkdilli xalqlar və mongollar arasında alaçıqların başqa bir deyişlə yurtların üst qismində olan, mənəvi dəyər etibarilə \"göy qübbə\"ni təmsil etmək kimi məna verən bir birləşim çembərinə verilən addır. \n\n\n\n \n \n\n\nŞanırak, yurtdan dumanın çıxması məqsədilə tamamilə örtülməz. Qazaxlar və qırğızlar arasında şanraq ailənin yadigarıdır, ailənin davamının işarəsidir. Heç bir halda onu çevirmək və ya atmaq olmaz. Qazaxlar arasında miras olaraq şandırağı alan oğula “şanırak iyesi” (“şanırak qoruyucusu”) adını deyirlər.\n \n\n \n \n\nBir çox ayinlər, inanclar, deyimlər və s. Şanraqla bağlıdır. “Şandırağa bax danış” (“Шаніракка карпа сухле”) – yurdda özünü nalayiq aparanlara, çox ucadan danışanlara belə deyilir. Şanırağın üstündə qan tapılarsa, o şanırak parçalanıb odda yandırılır. Əks halda, pis ruhun evi tərk etməyəcəyinə inanılır. Şanraq eyni zamanda Qırğızıstan bayrağında və Qazaxıstan gerbində də istifadə olunan simvoldur. Şanraq hər zaman bir yurtun qübbəsində olmaq məcburiyyətində deyil. Kimi insanlar şanırakı bir inanç simvolu olaraq müəyyən yerlərdə ucaldırlar. Kimi insanlar isə evində şanıraktan dekorasiya kimi istifadə edir.\n\nQazax tipli Şanırak\n\n\n \n \n \nMonqol tipli Tono\n \n\n \n \n\nQırğız tipli tunduk\n \n\n \n \n\nDekorativ Şanraq örnəyi" | |
}, | |
{ | |
"id": 369, | |
"title": " \n balet ", | |
"content": "çoxdan idi yazmaq istəyirdim bu başlığa vaxt olanda həvəs olmurdu,həvəs olanda vaxt. balet sözü latın dilində \"rəqs etmək\" mənasını verən \"balleto\" sözünden yaranıb.bu söz italiyanca \"balleto\",fransızca \"le ballet\" , yunanca ise \"ballizo\" kimi qalıb və eyni mənada işlənib.elə ilk dəfə də xvı əsrdə italiyan xareograf tərəfindən fransada yaradılıb.lakin bu balet saray rəqsi idi.indiki baletdən kəskin fərqlənirdi.hündür dabanlı ayaqqabılar və uzun,böyük saray geyimləri ilə ifa olunurdu.xvııı əsrdə fransız rəqqasə camargo ətəyi qısaltdı və ayaqqabısız oynadı.point -da (barmaqlar üstündə rəqs) elə həmin dövrdə yarandı. həmin əsrdə jean-george noverre baletin inkişafında (pantomimiya) böyuk işlər görür.19-cu əsr isə romantik baletin əsri adlandırılır.bu dövrdə rus baleti inkișaf edir və tchaikovski nin \"qu gölü\" əsəri səhnələşdirilir.baletin rusiyaya ayaq açması o dovrdə rusların fransızlara olan heyranlığından irəli gəlirdi.(19cu əsrin rus yazarlarını oxuyun)\n 20ci əsrdə artıq balet rusların əlində idi.ən yaxşi balerinləronlarda idi ,ən yaxşi əsərləri onlar ifa edirdilər. əsrlərlə fransız və rus baleti daim bir münaqişədə olub. fransızlar üçün öz,ruslar üçün isə rus baleti ən yaxşidi. məsələnin bu yerində mən öz fikrimi yazmaq istəyirəm. düşünürəm ki, xareoqrafiyada fransız baletinə dünyada hec bir ölkə çata bilməz.insan bu baletləri izlərkən düşünür ki, görəsən kim bu cür şəhvət dolu, hisslərə toxunan hərəkətləri düşünüb? fransız baletinə baxarkən bütün diqqət hərəkətlərdə qalır lakin rus baletində əsas diqqət rəqqasda olur.rus baletinin tək üstünlüyü rəqqaslarındadı.uzun ayaqlar,incə bel,bəyaz dəri əsl rəqqas üstünlüyüdü.\n fransız baletinin unudulmaz xareoqrafı roland petit dir.bu insanın qurduğu hərəkətlər tam azad insanı ifadə edir. o rus rəqqasları ilə fransız xareoqrafiyasını eyni səhnəyə gətirdi. uzun illər öncə onun bir baletinə baxmışdım.hansısa rus əsərinə həsr olunmuşdu.(adını tam xatırlamıram deyəsen \"le jeune homme et la morte\"du) burada gənc bir kişi 3qadını sevir lakin o qadınları heç cür çözə bilmir.o qadınları anlamaq üçün 100yaşlı qadına eşq elan edir.onların arasında qızğın ehtiras mübarizəsi gedir və sonda gənc istəyinə çatır lakin bu son qadının ölümü olur.bu baletin adi bir hərəkətini belə gözdən qaçırdıqda nəsə qırıqlıq yaranır fikirlərdə.onun \"les quatre saisons\", \"les chemins de la création\", \"notre-dame de paris\" baletlərini izləmənizi istərdim.150dən çox baletin xareoqrafı olmuş pöti olduqca incə hərəkətlərə bir azadlıq qoşan keçmiş balerin idi.\n bir az da azərbaycan baleti barədə yazacam.ilk baletimiz 1940cı ildə əfrasiab bədəlbəyli nin qız qalası əsəri olduğunu yazırlar.lakin 1920 ci ildən 1940ci ilədək artıq bir neçə balet yazılmışdi.(tərlan) ilk baletimizin ilk ifaçısı da azərbaycanlı balerina qəmər almaszadə olub.1954cu ildə pambıqçilardan behs edən \"gülşən\" soltan hacibəyovun baletində ölkənin ən yaxşi 2balerini leyla vəkilova gülşən obrazinda, maqsud məmmədov isə azad obrazinda ifa ediblər. baletimizdə qara qarayev in 7gözəl baleti əcnəbilərin ən çox bildiyi baletimizdi.uşaq baletinin ilk inkişaf etdiyi ölkələrdən biridi azərbaycan .(qaraca qiz,tülkü və alabaş,sehrli alma) \nxareoqrafiyada min bir gecə və leyli və məcnun baletləri mütləq adları çəkilməli baletlərdi.muharibə illərində və sonrakı illərdə (1999a qədər) azerbaycan baleti durğunluq yaşadı.2000ci ildən bu yana \"eşq və ölüm\" , \"oğuznamə\",\"ağlar və qaralar\", \"qafqaza səyahət\" kimi baletlər yarandı.ümumiyyətle, ssri dövründe əsli azerbaycanlı olan balerinlər daha çox olub.indi isə balerinlərin çoxu yarı ruslardı...\n keçən gün black swan a baxirdim.sonda ifaçilarin arasinda eldar əliyev adını gördüm.google da axtardim və rusca bir çox məqalələr gəldi haqqinda.lakin cəmi birində azərbaycanli olduğu yazılmışdı.bu adam bir möcüzədir! bakı xareoqrafiya məktəbinin məzunu olub.\"min bir gecə\" baletinin xareoqrafi eldar əliyev olub.bir muddət boston balet məktəbinin direktoru işləyib.indi də avropada xareoqraf işləyir.fransız xareoqraflar bu insan barədə elə gözəl sözlər deyiblər ki, insan düşünür o da bizim kimi bu ölkədəndi.yəni görünür ölkə bir bəhanədir...əgər bu insan qadın olsaydı bu qeder sevinməzdim.\n mənə görə ən yaxşi kişi balerin star kirov olub.bu insan rəqs edərkən tərəf muqabillərinin gözəlliyi arxa planda qalır.o kaleria fedicheva kimi balerini gözdən salmağı yaxşi bacarıb.fedichevanın vadim budarin ilə \"don kixot\" baletini mütləq izləyin bu arada-*\n vaxt tapanda teatra gedirəm baxmağa təsəvvür edin tamaşaçılar hamısı rus dilli özlərini aristokrat hesab edən yaşlı qadınlardı.çox istərdim bizim kimi insanları da orada görmək.saatlarla oturub baletə baxmaq lazımdı.kinoya necə baxırsızsa elə də baletə baxmaq mümkündür.balet insanın bəşəriyyətə bəxş etdiyi ən gözəl zövq ocağıdır." | |
}, | |
{ | |
"id": 370, | |
"title": " \n retro ilə vintage arasındakı fərqlər ", | |
"content": "vintage - köhnə olan, amma 100 ildən köhnə olmadığı üçün antik sayılmayan şeylərə verilən addır. misal üçün, babanızın 1930-cu ildən qalmış maşını vintage'dir. 1910-cu ildən qalmış olsaydı antik olardı. \n\nretro - yeni olan, amma qədimdə olanlara bənzədilən şeylərə verilən addır. misal üçün, yeni düzəldilən, amma 1930-cu illəri xatırladan maşın retro'dur." | |
}, | |
{ | |
"id": 371, | |
"title": " \n nosy parker ", | |
"content": "İngilis dilində başqasının həyatı ilə çox maraqlanan və bunu daim müzakirə edən insan tipini ifadə edən söz birləşməsi.\n\nİngilislər qeybəti çox sevir və araşdırmalara görə hər 3 insandan 2-si başqa insanların həyatını müzakirə edir. Lakin bu bizdəkilərdən fərqli olaraq mənfi müzakirələr deyildir, hətta ingilislərin söhbətinin çox az hissəsi mənfi mövzulardan ibarət olur. Onlar dost, tanış, hətta şou dünyası və məşhur insanlar haqqında da bu aktı yerinə yetirirlər. \n\nLakin daha çox kraliyyət ailəsi bu aktın vazkeçilməzidir. Hansı fərd nə geyindi, hara getdi, kimlə görüşdü, hamısı onlar üçün mühüm hadisələrdir." | |
}, | |
{ | |
"id": 372, | |
"title": " \n səriyyə xəlilova ", | |
"content": "Səriyyə Xəlilova 1897-ci il Bakıda doğulub. Onun üç qardaşı olub. Soltan Əhməd, Ağamehdi və Ələkbər. Onların atası oxumuş adam olduğundan el məclislərində mollalıq edir. O, hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq, ilahiyyatdan, mollalıqdan əl çəkmir. Oğlanları isə öz məhəllələrinin sayılan, hörmətli cayıllarından hesab olunurdular.\n\n\nGünlərin birində Səriyyə məktəbdə komsomol təbliğatına qoşularaq nümayişkaranə tərzdə çadrasını başından atır. Sonradan idman paltarı, şalvar, köynək geyinməyə başlayır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların başını məhəllə içərisində çox aşağı edir. Artıq camaat onları bir-birinə barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirlər.\nBu vəziyyətə dözə bilməyən qardaşı Ələkbər bədxah adamların fitnə-felinə uyaraq, əlini bacı qanına bulayır. O, 1933-cü ildə 36 yaşlı bacısını bıçaqlayıb öldürür. Bəzi mənbələrə görə Səriyyənin ölümündə atasının da əli olur.\nAta isə öz sevimli oğlunun həyatını xilas etmək üçün qətli öz boynuna götürməkdən başqa çarə tapmır. O, ahıl yaşında dəhşətli qatil kimi cəmiyyətə təqdim edilir, zindana salınır.\nSəriyyə Xəlilovanın qətlə yetirilməsi bütün Bakıda böyük əks-səda doğurur. Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirdilər.\n\nSəriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilir, minlərlə qadın dəfn mərasiminə qatılır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirərək öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içirlər.\n\nAzərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda deyir: \"Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də.\"\n\nBeləliklə, qısa bir məhkəmə təşkil edilir. Səriyyənin atası ölüm cəzasına məhkum edilir. Və onu heç bir tərəddüdə yol vermədən Bayıl qazamatının həyətində güllələyirlər.\nSəriyyənin öz qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi. Bu hadisə Bakıda böyük əks-səda doğurur. Atasına ölüm cəzası kəsilən məhkəmədə onunla yanaşı müttəhimlər kürsüsündə əyləşən Ələkbər on il həbs cəzasına məhkum edilir.\n\nSəriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra \"İsmət\" (digər adı - \"Adətin məhvi\") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səriyyənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilir.\n\nFilmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazır:\n\"1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Cənazə Əli Bayramov adına Qadın klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi...\"\n\n\n\"İsmət\" filmindən başqa, 1927-ci ildə istehsal olunmuş \"Oktyabrın on illiyi\" adlı sənədli filmdə Əli Bayramov adına ilk qadınlar klubunun işi və bu klubun əsasını qoyan Ceyran Bayramova ilə yanaşı Səriyyə Xəlilovanın da təşkilatçı kimi fəaliyyəti əks olunurdu.\n\n\nİndi \"Nizami\" metrosunun yaxınlığında şəninə gözəl heykəl ucaldılan \"Azad qadın\" heykəli çoxlarının güman etdiyi kimi təxəyyül məhsulu deyil. Onun həyati prototipi əslən şamaxılı olan Səriyyə Xəlilovadır." | |
}, | |
{ | |
"id": 373, | |
"title": " \n maladaptive daydreaming ", | |
"content": "psixiki \"xəstəlik\"dir. tibbdə mental disorder (psixiki pozuntu deyək) deyil, bilinən bir müalicəsi yoxdur, sadəcə bəzi mütəxəssislərin fikrincə pozuntu sayılır.\nmaladaptive daydreaming-gün ərzində çox tez-tez, intensiv şəkildə xəyal qurmaqdır və bu xəyal qurma prosesi normal həyat prosesinə mane olacaq səviyyədədir. hətta qarşıdakı şəxslə dialoq zamanı onun dediyi hansısa söz xəstənin fikrini yayındıra və onu yenidən xəyal dünyasına apara bilər. \"xəstə\" öz obrazlarını yaradır, ssenarilər yazır, onların vasitəsilə başqa bir \"həyat yaşayır\". bilinən qədərilə (və ya bildiyim qədərilə), xəyal quran şəxs reallıqla xəyalı ayırd edə bilir, lakin xəyal qurmaqdan əl çəkə bilmir, hər fürsətdə xəyal dünyasına qayıdır. xəyal qurma prosesi çox bölünərsə və ya xəyallar arasında uzun fasilə yaranarsa, şəxsdə anormal (əsəbi) hallar baş verə bilər. fikirləri daima xəyallarında olduğundan, müəyyən üz mimikalarının tez-tez təkrarlandığını müşahidə edə bilərsiniz. \nhəkim tərəfindən diaqnoz qoyulmasının bir yolu yoxdur, bilinən bir müalicəsi də yoxdur. amma deyilənə görə ocd (başqa adları ilə, okb və ya sarışan hallar) kimi xəstəliklərdə istifadə edilən dərmanların xeyri ola bilər (o dərmanların heç ocd-yə xeyri yoxdu, qaldı ki belə).\nmən də bir vaxtlar bu haldan əziyyət çəkmişəm, məncə. normal olmadığını dərk edirəm, amma \"getsin o günlər, gəlməsin\" deyə də bilmirəm. niyəsə özümü xoşbəxt hiss edirdim. daha doğrusu, hiss etdiklərimdə hər hansı bədbəxtlik görmürəm. sadəcə, hər fürsətdə xəyal qurma istəyi bir az əsəb pozan bir şey idi. axşamlar 2 saat tez yatırdım ki, xəyal qurmağa vaxtım olsun. və ya hamamda çox qalırdım, məktəbdəki tənəffüsdən də istifadə edirdim, hamıdan aralanıb xəyal qururdum. bəzən dərslərə qulaq asa bilmirdim. fikrimin dağılacağını bildiyim üçün əvvəlcədən çox diqqətlə özümü dərsə verməyə çalışırdım. işə yarayırdı, çünki dərsin özünə də xəyal kimi yanaşırdım, fokuslana bilirdim. yəqin ki ətrafımın həmişə qaynar olması səbəbindən mənə çox əziyyət verməyib və tədricən yox olub. obrazlarımın bəzilərinin adını unutmuşam, amma ssenarilərdəki ana xətt yadımdadır hələ də -*" | |
}, | |
{ | |
"id": 374, | |
"title": " \n havamal ", | |
"content": "Vikinq zamanından qalma, müdriklik və həyatla bağlı qədim skandinaviya şeirləri. 165 bənddən ibarətdir. 10'unu tərcümə etdim. İrəliləyən günlərdə bir çoxunu tərcümə edəcəm.\nEdit 1: Tərcüməsi çətindir çünki original mətn tam başqa şeylərdən danışır bəzən, ingiliscə tərcümə olunanların da hamısı eyni şeyi anlatmır. Bura ən asan ingiliscə tərcümənin linkini qoyacam girib özünüz baxarsız \n\n1. \nBilinməyən bir qapıda duran adam\nOnu keçmədən öncə ehtiyyatlı olmalıdır\nO tərəfə və buna bir nəzər salsın:\nKim bilə bilir bu zalın arxasında səni necə bir düşmənin gözlədiyini?\n\n2. \nSalamlar olsun o ev yiyəsinə\nQonaq gəldi\nHansı oturacaqda oturacaqdır O?\nSəfeh o kimsədir ki, bilinməyən qapılarda\nöz yavər şansına güvənir\n\n3. \nDizləri o dondurucu soyuqda donmuş olan\nBir yeni gələnin atəşə ehtiyacı vardır\nDağları dərələri aşmış birisinin isə\nətə və yeni bir paltara ehtiyacı vardır\n\n4.\nEhtiyacı olana yeməyindən öncə su verin\nXoş deyimli bir xoşgəlişlə ve əl dəsmalı ilə qarşılayın onu\nBaşından keçənləri anlatması üçün isə\nSəssizliklə və anlayışla qarşılayın onu\n\n5.\nSəyahətə gedən birisinə ağıl lazımdır\nAxmağın isə evdə qalmağı lazımdır\nCahil olan bir bilməmiş ilə \nKamil olan bir bilmiş bir arada olduğunda\nCahil olana çox gülərlər\n\n6.\ninsan çox bilmişliyi ilə qürur duymamalıdır\nÇox danışmaqdan qaçınmalıdır\nEvinə gələn sakit bir kamil adam nadirən səhv edər\nBilgəlik insanın ən yaxın dostudur\n\n7.\nBir qonaq getdiyi evdə nəzakətli\nOturduğu masada isə sakit olmalıdır\nQulaqları diqqətli olmalı\nGözlərini isə 4 açmalı\nBeləliklə özünü qoruya bilər\n\n8.\nUğurlu o kimsədir ki həyatında\nMüdriklik və hikmətli sözlərlə təriflənib\npis məsləhətlər isə ancaq pis qəlbli birisi tərəfindən deyilir\n\n9.\nLütfkar kəs o kəsdir ki həyatında\nMüdrik sözlərlə lütf edilib\nBədbəxt sözlər isə ancaq \nFani və bədbəxt insanlardan gəlir\n\n10.\nHisslərdən daha yaxşı olan bir əşyanı\nBir səyyah daşıyamaz\nÖz evindən uzaqda olan bir zənginliyi isə\nBir yoxsul daşıyamaz" | |
}, | |
{ | |
"id": 375, | |
"title": " \n serotonin ", | |
"content": "bütünlüklə vücuddakı ifrazının sadəcə 2%i beyində işləyən maddədir. toplam serotonin miqdarının 80% i isə bağırsağın fəaliyyətini nizamlamaq üçün bağırsağın selikli qişasındakı enterokromafin hüceyrələrində yerləşmişdir. \nbeyindəki ifrazının 2% olmağına baxmayaraq adamın bütün gəlmişini-keçmişini, varını-yoxunu məhv etmək gücünə malikdi. azca azalması qarışıq əhval-ruhiyyə, depressiya, həyəcan pozuntusu, yuxu pozuntusu və s. kimi mundar- mundar vəziyyətlərə salır adamı. müasit deyimnən: göt olursan. \nbunun*\nserotoninin\n həm də iştah pozğunluğu, qusma, miqren kimi hallara da əli var. \n\nbeyindən əlavə serotonin endokrin sistem, ürək və əzələ sisteminin funksiyalarına təsir edir.\nəvvəl onu deyim ki, bunu italyan alim vittorio erspamer 1935ci ildə araşdırıb, tapıb. \nserotonin elə birşeydi ki, azlığı da problemdi çoxluğu da. azalanda insan hər nə qədər aqressiv, neqativ, problematik olursa, çoxluğunda da bir o qədər qəribə, anlaşılmaz bir məxluqa çevrilir.\n(bax: euphoria) \n\n\naparılan araşdırmalara görə kişilərin beyni qadınlara nisbətən 50% artıq serotonin ifraz edir. qadınlarda da menstruasiya, menepauza, doğum kimi dövrlərdə serotonin başgicəllənməsi yaşayır. boşuna deməyiblər o ərəfədə qadından uzaq dur -*\n\nbaşqa maraqlı fakt odur ki, autizmli uşaqlarda serotonin heddinden artıq ifraz olunur amma onların beyni bu artıq maddəni həm sintezləyə bilmir həm də doğru yerdə işlənməsinə şərait yarada bilmir.\n\nserotonini artırmaq üçün min dənə yollar var amma dərmanlardan uzaq durmağı məsləhət görürəm. yeganə edə biləcəyiniz şey b6 vitamini qəbuludu. ət, süt, yumurta və s. yaxşıca, bol-bol qidalanın. hə, bir də bunu alıb boynunuzdan asın düzələjəh -*\n\nbelədəki, heçnəyi vecinizə almayın. veciniz haranızdadı day onu da özünüz müəyyənləşdirin. \n(baxma: herşeyi devletten beklememek lazım)" | |
}, | |
{ | |
"id": 376, | |
"title": " \n fransız xarici legionu ", | |
"content": "Fransanın muzdlu birliyi. Sadəcə fransa xarici ölkələrdən şəxslər seçilir.\n\n\n \n \n\n Fransa kralı Louis Philippe ölkədəki vətəndaşların azalmasına qarşın 1831-ci ildə yaratdığı bir legion. Fransızca \"Légion étrangère\". Legionda xidmət edən şəxslər legioner adlanır. 2021 statistikalarına görə 140 fərqli ölkədən insanlar müraciət edib. Əsasən avropa ölkələri, başda almaniya olmaqla Latin Amerika və asiya ölkələrindən də müraciətlər çoxdur. Fransız dilini bilməyinizə ehtiyyac yoxdur, sadəcə olaraq testlərdən keçməyiniz kifayətdir. Birlik içərisində fransızca öyrədilir. Ancaq bir xarici dil bilməyiniz şərtidir. Qəbul olmaq üçün psixoloji, fiziki və bir neçə sınaqdan keçirilirsiz. Qəbul aldıqdan sonra 5 illik müqavilə imzalayırsız və 3 ildən sonra (dəqiq deyil) fransız vətəndaşlığına haqq qazanırsınız. Başqa ölkələrdə ki məhbusları adlarını kimlikləri dəyişdirmək şərtilə qəbul edirlər. Evli olub olmamağınız fərq etmir çünki qəbul oldunuzsa sizi bir subay olaraq qeyd edirlər. Fransanın dünya üzərində əsasəndə afrikada bir neçə hərbi hissələri olduğundan xidmət etməyə bu tərz yerlərə göndərirlər, eyni zamanda nato ölkəsi olduğundan iraq və əfqanistan kimi yerlərə də legionerləri göndərirlər. 1831-ci ildə yaradıldığından bir çox böyük döyüşlərdə, demək olar fransanın iştirak etdiyi bütün döyüşlərdə öz varlıqlarını göstəriblər. indiyə kimi 36 mindən çox legioner ölüb. \nAz bir maaş verilməsinə baxmayaraq insanlar buraya müraciət edirlər.\nXarici legion, bu həyatdan ümidini üzmüş, bu həyatda ikinci bir şans axtaran, bu həyatda özünə bir ailə axtaran insanlar üçün cəzb edici görünür. \n\n\n Yaşıl beretlə legionerlər\n\n\n \n \n \n\n\n \n \n\n\n\n \n \n\n\nDöyüş formasında legioner\n\n\n \n \n\n\nParad formasında legionerlər\n\n\n \n \n\n\n2007-ci ildə Əfqanıstanda bir legioner\n\n\n \n \n\n\nLegionerlərlə bağlı hazırlanmış sənədli film\n(youtube: )" | |
}, | |
{ | |
"id": 377, | |
"title": " \n monoqam ", | |
"content": "(bax: monoqamiya)\ntək partnyorluluğu sevən insan. 7 milyrdlıq dünyada gözü sadəcə bir insanı görən insan. \nheyvanlar arasında monoqamiya çox nadirdir. insanlar isə insan körpəsinin baxıma möhtac olması səbəbilə monoqam istiqamətdə təkamül ediblər. təkamülümüzün gələcəyində bunun dəyişəcəyini düşünürəm. evlilik qavramının yox olacağını və ya nadir olacağını.\nmonoqam olub olmama genlərdən gəlir. hər insanda bir cürdür, kimisi tək partnyorlu olmağı sevə bilər kimisi isə birdən çox partnyoru istəyə bilər. səbəbi dediyim kimi jər insanın kimyasının fərqli olmasıdır. məsələn *dopamin*alleli uzun olan insanlar çox vaxt monoqam olurlar. evlilik, ailə, uşaq tərəfdarı. dopamin alleli qısa olanlar isə qeyri monoqam və ya polyqam olurlar. bu tiplər riskləri sevirlər, çox vaxt alkoqol və başqa narkotik maddələrin aludəçisi olurlar.\nburdan anlaşılacağı üzrə \"içmir çəkmir, əli üzü düzgün oğlan\" deyə tərif edilən oğlanlar həqiqətən də evliliyə, tək partnyorla yaşamağa münasibdirlər.\nhə bir də vasopressin hormonu var, az olduğu qadınlar daha çox xəyanət edirlər və ya qeyri monoqam olurlar.\n məsələn bir qızın(oğlanın) monoqam olub olmadığını, dopamin ellelonin uzunluğunu, vasopressininin miqdarını xarici görünüşdən, hərəkətlərdən də anlamaq olur. ama o sirrlərimi paylaşmayacam sizlə, nəyə paylaşıram blət. babnikliyin meslek sırrları." | |
}, | |
{ | |
"id": 378, | |
"title": " \n van allen ", | |
"content": "bu sifarişi verən: mariya kürüsü\nYer kürəsinin qütblərindən başlayaraq, ekvatora doğru təxminən 70 000 km yüksəkliyə (kosmosa çıxmış vəziyyətdə) uzanan bir növ qalxan. Hansı ki bizi günəşdən və kosmosdan gələn radiasiyalı şüalardan qoruyur.\n\nBirlikdə yer kürəsinin maqnitosfer adlı sahəsini əmələ gətirirlər. Ki, biz bunun sayəsində maqnitlərin iş prinsipinə əsaslanaraq ən sadə cihazlardan olan kompasdan istifadə edirik.\n\nBu qurşaqların fəzada əmələ gətirdiyi müstəvilərdə günəş küləkləri, alfa zərrəciklər, proton və neytronlar tutularaq saxlanılır.\n\nnasanın bəzi qaynaqlarına görə, bu maqnit qurşaqları bəzi hallarda yerin orbitinə göndərilmiş süni peykləri sıradan çıxarır, uzun müddət bu qurşaqlarda hərəkət edən kosmik gəmilərdəki kosmonavtların ölümünə belə səbəb ola bilir.\n\nHər bir raketin yerin orbitinə çıxması zamanı bu qurşaqlardan keçdikcə təxminən 0.007 saniyə qədər radiodalğalarda(nasa mərkəzləri və raket arasındakı əlaqə) bükülmə baş verir, yəni başqa dillə desək 0.007 san ərzində əlaqə qopur, və ya biz yaşlanarkən kosmonavtlar bizdən 0.007 san qabağa düşür.\n\n1958-ci ildə amerikada yerləşən iowa universitetinin professoru james van allen tərəfindən kəşf edilmişdir və adını da professorun adından almaqdadır.\n\nGəldik hər kəsi maraqlandıran o suala. qütb işıqlarının bu qurşaqlarla nə əlaqəsi var?\n\nQütb işıqları haqqında hamımız bilirik necə görünür hardan görünür haçan görünür və s.\nGünəşin səthində baş verən füzyon reaksiyaları nəticəsində günəşdən ayrılan böyük miqdarda radioaktiv günəş küləkləri yerin van allen qurşaqlarına yaxınlaşdıqda, van allen qurşaqlarının xarici halqaları ortadan qırılır. Əvəzində isə yerin digər tərəfində(arxa hissədə) birləşir və həmin günəş küləkləri yerin qütblərinə doğru nyutonun qanunları çərçivəsində (təsir əks təsirə bərabərdir) hərəkət edir. Və beləcə biz qütb işıqlarını görürük. Yəni bizim gördüyümüz əslində günəşdən gələn radioaktiv dalğalardır.\n\nÜmumi tərif vermək gərəkərsə:\nYerin ətrafında günəşdən və kosmosdan gələn radioaktiv və zərərli şüaların qarşısını alan maqnetik xassələrə malik bir müdafiə sistemi." | |
}, | |
{ | |
"id": 379, | |
"title": " \n jules et jim ", | |
"content": "1962-ci ildə françois truffaut rejissorluğu ilə çəkilmiş fransız yeni dalğası filmi. Baş rollarda jeanne moreau, *oskar werner* və *henri serre* oynayır. \n\nFilmin senarisi sevgi və dostluq üçbuçağı üzərində qurulub. I dünya müharibəsindən biraz əvvəl Avstryalı yazıçı jules və fransız jim dost olub birgə mütailə edirlər, xoş vaxt keçirirlər. Jules daha introvert və sakit təbiətlidir. Catherine adlı qadınla tanış olub hər ikisi qıza aşiq olurlar, amma catherine jules ilə evlənir. Daha sonra müharibə başlayır və hadisələrin axarı formalaşır. \n\n--spoiler--\nSenari nə qədər fərqli olsa da, boşluqlar çox idi. həm senari, həm də vizuallıq cəhətdən film çox gözləntilərimin altında qaldı. Filmlə bağ qura bilmədim sanki. Müharibəyə qədərki hissə normal, qalanı isə mıyusedici idi mənə görə. Düzdür, melanxoliya, çarəsizlik, sensual və digər məqamlar yaxşı işlənmişdi. Amma nəsə çatmadığı hiss olunurdu. \n\nJeanne simpatiya duyduğum aktrisa olsa ďa, catherine obrazı həqiqətən qıcıqlandırdı məni. Normalda bütün personajlarla empatoya qura bilirəm, amma bu dəfə tam bacarmadım. Narsistlik, bipolyar, ya sadəcə ərköyünlük? Bəlkə də, hamısı var idi o obrazda. \n\nJules isə tam əksinə, hər şeyi qavrayıb reallığı qəbullanmış obraz təəsüratı yaratdı məndə. Sonda idə ən çox o əzab çəkir. \"Bizi yaxşı izlə, jules\"... \n\nJimin qərarsızlığı, dost ya sevgi seçimi arasında qalmağı da çarəsizliyi gözəl təsvir edib. \n\nFilmdə mənə ən çox toxunan şey jules və jimin qarşı cəhbələrdə olarkən bir-birlərini öldürmək qorxuları idi. Düşünsənizə, atdığınız güllə qarşı cəbhədə savaşan ən yaxın dostunuzu öldürə bilər. \n--spoiler--\n\nBir də bu mahnı oxuma səhnəsini çox bəyənmişdim. \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nsifarişi verən: haillucifer" | |
}, | |
{ | |
"id": 380, | |
"title": " \n amiqdala ", | |
"content": "beyində temporal lobların içində yerləşən limbik sistemin bir hissəsidir. qorxu, hirs, fobiyalar kimi hisslərin saxlanıldığı yerdir. təhlükə zamanı həyəcan siqnalı verən və o təhlükədən qaçmağa təkan verən yerdir. uşaqlarda amiqdala boş olduğu üçün, heç bir qorxu təcrübəsi yaşanmadığı və bu qorxuların amiqdalada saxlanmadığı üçün təhlükəyə girmə ehtimalları var. elektriki əlləmə, balkonun kənarında oynamaq, istini barmaqlamaq kimi. lakin bir müddət sonra təcrübələr amiqdalaya \"save\" olunur və növbəti dəfə qorxu siqnalı verilir. eşqə düşən insanlarda amiqdala bölgəsinin təsiri\/funskianallığı azalır. bunun nəticəsi olaraq da, məşuqlar normal şərtlərdə bir başqası üçün etməyəcəkləri riskləri, eşqə düşdüqləri zaman amiqdalanın təsiri azaldığı üçün edirlər. həyatlarını təhlikəyə ata bilirlər. fərhad şirin üçün çətinliklərlə üzləşir və s.\n(baxma: eşq\/-127818)" | |
}, | |
{ | |
"id": 381, | |
"title": " \n summer with monika ", | |
"content": "\"Kungsgatan’da yazar Fogelström ilə qarşılaşdım. Svensk Filmindustri üçün ssenari yazırdı. yəni əvvəldən bir-birimizi yaxşı tanıyırdıq. həmin ərəfələr ondan nə yazdığını soruşdum. işlərini itirmiş iki insan haqqında yazdığını dedi. mən də “doğrudanmı? qulağa film kimi gəlir” dedim.\" \nIngmar Bergman \"summer with monika\"nın ortaya çıxış hekayəsini belə izah edir.\n\n--spoiler--\nfilm, paytaxda işçi sinifi bir ailənin 17 yaşındakı böyük qızı Monikanın hekayəsi ətrafında ilərliyir. valideynləriylə eyni dam altında yaşamağa və işlədiyi yerdə uğradığı təcavüzlərə dözməyən Monika, özü kimi eyni məhəllədə işləyən harry ilə tanış olur. bir-birilərinə aşiq olmaqları heç uzun çəkməyən cütlük harrynin gəmisinə minib, nifrət etdikləri həyatlarından, monikanın çox sevdiyi amerikan sevgi filmlərindəki yuxu aləminə doğru yola çıxırlar. \n\n--spoiler--\n\n\"summer with monika\"nın çəkimləri 1952-ci ilin avqust ayında Stockholm və ətrafındakı kiçik adalarda reallaşdırıldı. Bergman, ilk film rejissorluq təcrübəsinin üstündən 6 il keçməsinə baxmayaraq, cəmi 11 film çəkmişdi. 34 yaşında olan rejissor, iki dəfə boşanıb, üçüncü dəfə evlənib və 6 uşaq sahibi olan gənc adam idi. gəncliyində ata ocağından qaçdığı kimi, evliliklərindən də qaçarkən geriyə belə baxmayan rejissorun arxada ödəməsi lazım olan aliment borcları yığılıb qalmışdı. teatrdan, ssenarilərdən və rejissorluqdan qazandıqları bunu ödəməyə çatmayan Bergman, 1951-ci ildə \"Bris sabun markası\" üçün 12 seriyadan ibarət reklam çəkdi. bu ərəfədə 20 yaşında olan gənç aktrisa Harriet Andersson isə 15 yaşından bəri irili-xırdalı rollarda yer alırdı. \n\nbergman, ilk filmi \" Kris\"dən etibarən rəhbər olaraq müəyyən qəliblərə sahib idi. bu ilk dövr filmlərində, yazmağa başlamasına səbəb olan August Strindberg və rejissorluqda müəllimi olaraq qəbul etdiyi Victor Sjöström’ün təsirlərini hiss etdirdi. kameradan istifadə edilməyində isə əksərən amerikan filmlərində gördüyü kadrları istifadə edərdi. lakin \" summer with monika\" filmi ilə bergman özünə xas tərz yaratdı.\n\nəksər mənbələrdə Ingmar Bergman’ın ilk şahəsəri olaraq görülən \"summer with monika\" eyni zamanda filmoqrafiyasının ilk dövrünü də sona çatdıran film olur. bu nöqtədə filmin ruhunda saxladığı var olan nizamdan qopma, bergmanın əvvəlki filmlərində izindən ayrılmadığı qəliplərindən qopmasıyla örtünür. bu yeni dövr ilə keçmiş dövrün bir-birindən ayrımını filmin əksər səhnələrində görə bilərik. Məsələn; ilk səhnədə Monika ilə Harry’nin bütün həyəcanlarıyla ilk söhbətlərini etdikləri kafedə qarşı tərəfdə oturan bir qrup yaşlı adam görürük. \n\nfilmin bir nöqtəsindən sonra bütün bu yaşlılar, qaydalar, tabular, sərhədlər- yəni gənc monika və harrynin qarşı çıxdığı hər şey, yaşadıqları şəhər həyatı ilə uyğun gəlir. gəmiləriylə stockholm sahilindən uzaqlaşdıqca ailələrini, işlərini və məsuliyyətlərini geridə buraxırlar. yuxu kimi başlayan və yaz boyunca davam edən bu ada yaşantısında qarşılaşacaqları çətinliklər təcrübəsiz cütlüyümüzün xarakterlərinin dərinləşməsinə gətirib çıxarır. Monika’nın hamiləliyinin və yazın sona çatmasının çətinləşdirdiyi şərtlər, məcburi geri dönüşə səbəb olur. şəhərə geri dönən Monika və Harrynin yaz macəralarının onları necə dəyişdirdiyini onlarla ilk tanışlığımız olan məhəllədə şahid olduğumuz üçün çox dəqiq görə bilirik. \n\nfilmdən sonra edilən analizlərdə ən çox dilə gətirilən narahatlıq isə tam bu nöqtədə baş verir. film ilk baxışda monika ilə harrynin sevgi hekayəsini çəkmiş kimi görünsə də, Bergman bununla çox da maraqlanmadığını filmin adıyla açıq-aşkar göstərir. film, monika ilə keçən bir yazın hekayəsini göstərir. Bu vəziyyətdə filmi izləyən hər birimiz əslində Harry'nin olduğu mövqedəyik. Onun Monikanı izlədiyi kimi biz də monikayla bir yazı izləyirik. \n\nfilmin \" kinoda dördümcü divarı yıxan ilk film\" adına layiq görülməsinə səbəb olan məşhur səhnəni görməzdən gəlib, monikanı pis qadın kimi təqdim etmək yumşaq desək asana qaçmaq olur. sona yaxınlaşarkən qarşımıza çıxan sözü gedən səhnədə monikanı filmin əvvəlində harry ilə tanış olduğu kafedə görürük. evdən, körpəsiylə maraqlanmaq əvəzinə çöldə pul xərcləyib əylənməyi seçərək çıxan bir monika görürük. bu monika; o yazı yaşayan, yuxularının arxasından gedən, müvəffəqiyyətsiz olan və bir uşaq doğan qadındır. \n\nsummer with monika 1953-cü ilin fevralında isveçdə nümayiş edildi. 1955-ci ildə isə abş şirkəti tərəfindən, Anderssonun qısaldaraq çılpaqlıq ehtiva edən səhnələrinin ön plana çıxarıldığı 62 dəqiqəsi nümayiş edildi. filmin orjinal adına da sadiq qalmayaraq \" Monika, the Story of a Bad Girl\" olaraq dəyişdirildi. göstərildiyi ölkələrdə onsuzda haqqında çox danışılırdı, üstünə bir də erotik film damğası əlavə olundu. \n\nbu arada filmin çəkimlərində Andersson ilə Bergman arasında sevgi münasibəti başlamışdı. bergman filmin çəkimlərindən sonra üçüncü dəfə boşandı. amma \"summer with monika\"nın bütün dünyada gətirdiyi şöhrət sayəsində daha aliment üçün yeni reklam filmləri çəkmək məcburiyyətində qalmayacaqdı. çünki hər kəsin gözü isveçdəki gənc rejissor Bergmanın üzərində idi. belə ki iki il sonra çəkdiyi \"Smiles of a Summer Night\" filmi kann film festivalından mükafatla dönəcəkdi. ən əsası \"Cahiers du Cinéma \" komandası tərəfindən xüsusi maraq görən bergman filmləri, kino tarixinin ən böyük hadisələrindən- fransız \" yeni dalğasına da əl vermiş oldu. \n\naxımın qabaqcıllarından olan François Truffaut çəkdiyi ilk filmi \"400 blows\"da monikadan təsirləndiyi ərgən ruhunu filmin mövzusu olaraq təyin etdi. bununla kifayətlənməyib filmin içində monikanın çiyinləri açıq bir fotonun istifadə edilməsiylə bergmanın filminə açıq-açıq təşəkkür edirdi. beləliklə bergman monikanı sıradan gənçlik filmi xarakteri olmaqdan çıxarıb kinoda qiyamın simvolu halına gətirdi. çiyinləri açıq və dimdik." | |
}, | |
{ | |
"id": 382, | |
"title": " \n anal seksə hazırlıq ", | |
"content": "Tibbi nöqteyi nәzәrdәn, düzgün olmayan anal seks babasilin, dermatoloji və bir çox proktoloji problemlərin inkişafına sәbәb olur. Düz bağırsaqda çatlar meydana çıxır, narahat seks yaşayırsınız, genital (intim) bölgələrdə səpkilər, yaralar əmələ gəlir, cinsi yolla keçən xəstəlikləri tutma riskiniz artır, diarreya, saxlaya bilmәmә, nәcisin bәrkimәsi, düz bağırsağın düşmәsi və s. kimi müxtəlif problemlərə yol açır. Vulvalı şəxslər üçün seksin belә növü onlara daha zәrәrlidir, çünki, penisdən (və ya əvəzedici digər vasitə) anusadan bakteriyalar uşaqlıq yoluna keçirә bilәr. Ona görə də ehtiyatı əldən verməmək lazımdır, poxa düşərsən.\n\nAnal seksdən әvvәl yaxşıca çimib, klizma etmәk lazımdır. Bunun üçün bir ovuc tibbi çobanyastığını iki litr suda dəmləmək, sonra süzmək və imalə üçün nəzərdə tutulan balonla düz bağırsağa suyu doldurmaq lazımdır. (başqa variant: iki litr ilıq suya bir çimdik marqans əlavə etmək olar) Suyu 3-4 dəfə doldurub boşaltmaq lazımdır, bağırsağınızdan suyu boşaldarkən təmiz olmasına əmin olduqda prosesi dayandırın. Bu yuyunma prosesini duş şlankı və ya tualetdəki yuyunma şlankı ilə etmək lazım deyil. Ümumiyyətlə bunları götə soxmağı kim çıxarıb? Suyun çox soyuq və ya isti, ya da çirkli ola bilməsi bağırsağınıza problem yarada bilər. Yuyunmadan sonra anal seks üçün nəzərdə tutulan gellə anusunuzu asta-asta genişləndirərək seksə hazır vəziyyətə gətirməlisiniz. Bunu əllərinizi yaxşıca yuduqdan sonra barmağınızla, dairəvi masaj hərəkətləriylə edə bilərsiniz. Gelin bol olmasına, bağırsaqda rahat sürüşmənin olmasına diqqət edin. Özünün etməsi daha yaxşı olar. Əgər ölçüsü sizi narahat etməyən seks oyuncağınız varsa bu hazırlıq zamanı ondan da istifadə edə bilərsiniz.\n\nSeks zamanı qoruyucu rezinlərdən istifadə etməyi əlbəttə unutmamalısan.\n\nPartnyorunuz asta hərəkətlərlə penisini daxil etməlidir, genişlənmədən sürətli hərəkətlər çatlar əmələ gətirə bilər. Prezervativin üzərinə yumşaldıcı geldən (bağırsaqda selikli qişanı zədələmədən qoruyan xüsusi anal intim gelləri) bolca vurun.\n\nNüfuzetmә çox dәrin olmamalıdır. Penislə (və ya əvəzedici digər vasitəylə) sәliqәli hәrәkәt edilməlidir, kәskin hәrәkәtlәrsiz.\n\nİnfeksiyaların uşaqlıq yoluna düşmәsindәn qaçmaq üçün, anal seksdən sonra prezervativi çıxartmaq vә penisi yumaq mәcburidir. Yəni, bir prezervativlə eyni zamanda həm anal, həm vaginal seks etmək olmaz. Yaranan qaz problemini isə apteklərdə satılan kömür dərmanlarla həll etmək mümkündür. Əgər babasil,qəbzlik varsa, diarreya olduqda və s. anal seksdәn imtina et. Anal seksin zərərsiz və zövqverici olması üçün, onunla düzgün mәşğul olmaq lazımdır, özünә ziyan vurmadan vә ayda 20 dәfәdәn çox olmamalıdır. Seks işçiləri buna xüsusi diqqət etsin, yoxsa qazandıqlarını da, Allah qorusun, həkimlərə tökməli olarlar. Bunlara əməl etdinsə rahat ol, get ver.\nlink" | |
}, | |
{ | |
"id": 383, | |
"title": " \n naughty boy la la la ", | |
"content": "əvvəllər klipinin çox mənasız olduğunu düşünsəm də bu gün mənasını öyrəndim və bu qədər dayaz yanaşdığım üçün peşman oldum.\n\nmövzu boliviya əfsanəsindəndi.\n \nbalaca oğlan kardı, ilk səhnədə ögey atasının danladığını görürük. amma o eşitmir. ürəyində 2 il əvvəl ölmüş anasını yenidən görməyi arzulayır. birdən atasından bezib əliylə qulaqlarınl tutaraq \"la la la\" deyə melodiya uydurur. və birdən talantı üzə çıxır: yer-göy guruldayır, fırtına qopur. amma o bunları eşitmir, fərqinə varmır. ögey atası isə dəhşətə düşür, birdən içindəki pislik təmizlənir. oğlan belə edərək pisliyi yox edirmiş sən demə. amma evdən qaçır həmin anda. günlərlə küçədə qalır. bir itlə dostlaşır. küçədə müxtəlif insanlarla qarşılaşdığından, bacarığının fərqinə varır. \nsonra daşlaşmış və cəmiyyət tərəfindən qəbul olunmamış çirkli bir adam görür. bundan xoşu gəlmir və yenə mahnısını oxuyur. yenə aləm dəyir bir birinə və qışqıran insanlar görürük bu səhnədə. adam təşəkkür edib ona və balaca itə qoşulur.\n\nqabaqlarına eybəcər kostyumlu adam çıxır sonra. sən demə bu el tio adlı şeytan tərəfində lənətlənmiş peyğəmbərdi. iblisə ibadət etmədiyi üçün iblisin hökmranlığı olan xalq tərəfindən dışlanmışdı. iblisi bir dəfə eşidən sonra onun əmrinə keçirdi bixəbər halda. bu qədər qəzəb və nifrətin səbəbi bu imiş. iblis isə indi bir vaxtlar ona ibadət etmiş və sonra bir birini qırdırdığı xalqın yaşadığı qəsəbədə qızıl mədənində imiş. 4ü yola düşürlər beləcə.\n\ndərə təpə düz gedib axır çatırlar. mədənə girəndə iblisin qışqırtısı eşidilir və balaca it, qoca və peyğəmbər lənətlənirlər. uşağa isə heç nə olmur. qurban edilmiş heyvan cəsədlərinin arasından bir az qorxaraq nəhayət iblisə çatır. qarşısında dayanıb bu qısa ömründə gördükıərini düşünür. və nəhayət cəsarətinu toplayıb \"la la la..\"-öz melodiyasını oxuyur. yenə göy gurultuları, fırtına.. və beləcə el tionun qışqırtılarını sonsuza qədər kəsir və lənəti qaldırır." | |
}, | |
{ | |
"id": 384, | |
"title": " \n lalə dövrü ", | |
"content": "osmanlı imperatorluğunda 1718-1730'cu illəri əhatə edən, daha sonradan(1913) lalə dövrü adlandırılmağa başlanan dövr. dövrün əsas xüsusiyyəti dövrün sultanının incəsənət ayağına sultanlıq xəzinəsini kef məclisləri üçün xərcləməsi və əhali səfalət içindəykən saray əhlinin xəzinə pullarını havaya sovurmasıdır. hətta 1730-cu ildə xalqdan(esnaf) iran üzərinə səfərə çıxmaq adı ilə pul toplanmış(imdadiyye-i seferiyye) lakin yığılan pul boğazda düzənlənən əyləncə məclisləri üçün xərclənmişdir.\n\ndövrün sonunu gətirən patrona xəlil üsyanı olmuşdur. üsyanın çıxması üçün xalqın səbr kasasını daşıran son damla isə iran savaşında alınan qalaların pul qarşılığında geri qaytarılması şaiyələri olmuşdur. azərbaycan tarixindən yaxşı xatırlayacağımız kimi 1730'cu ildə nadir şah osmanlıların peçinə qoymaqda və şəhərləri tək tək geri almaqda idi. beləliklə 1730'cu ildə çıxan patrona xəlil üsyanı nəticəsində dönəmin sultanı 3. əhməd taxtdan endirilmiş və yerinə 1. mahmud gətirilmişdir.\n\nuzun sözün qısası, azərbaycanda bu yaşadığımız dövrü asanlıqla lalə dövrü adlandıra bilərik gələcəkdə." | |
} | |
] | |
--- CHUNK 8 END --- | |
--- CHUNK 9 START --- | |
[ | |
{ | |
"id": 385, | |
"title": " \n ode an die freude ", | |
"content": "azərbaycan dilinə \"şadlığa mədhiyyə\" kimi tərcümə oluna biləcək, görkəmli alman şairi friedrich schiller tərəfindən 1785-ci ildə yazılmış, ludwig van beethovenın simfoniyalar tarixində ilk dəfə mövcud olan ənənəni pozaraq insan səsindən istifadə etdiyi 9-cu simfoniyanın 4-cü hissəsində bəstələdiyi məşhur melodiyanın müşayiəti ilə xor tərəfindən ifa olunduqdan sonra məşhurlaşan, schubert, çaykovski kimi bir sıra bəstəkarın da öz əsərlərində istifadə etdikləri lirik şeir və ya oda.\n\nhal-hazırda dünyada həmrəylik və qardaşlıq himninə çevrilən, eyni zamanda avropa birliyinin himni olan, bir çox hallarda dövlətə qarşı etiraz əlaməti olaraq da nümayişçilər tərəfindən etiraz aksiyalarında oxunan, bəzilərinin bəşəriyyətin marselyozası hesab etdiyi bu əsər qarşısında deyilənə görə friedrich nietzsche heyrətini gizlədə bilməyərək bu sözləri deyib:\n\n\"Bu əsərə qulaq asdıqda insan ürəyində ölümsüzlük arzusuyla, səmada ulduzların arasında üzdüyünü hiss edir: ətrafdakı ulduzlar bərq vuraraq daim sayrışır və yer isə ondan daha da uzaqlaşır.\"\n\nƏyləncə - Ey Tanrılar atəşi, \nEliziumun qızı, *\nelizium qədim yunan mifologiyasında tanrılar tərəfindən seçilmişlərin öldükdən sonra xoşbəxt halda yaşadıqları yer - cənnət idi. Əyləncə isə onun məcazi mənada \"qızı\" hesab olunurdu.\n\nBiz sənin məbədinə daxil oluruq\nməst olmuş şəkildə!\nSənin sehrin ənənələrin ayırdığı insanları birləşdirir;\nbütün insanlar qardaşlaşır\nSənin qanadlarının altında. \n\nFreude, schöner Götterfunken,\nTochter aus Elysium,\nWir betreten feuertrunken,\nHimmlische, dein Heiligtum!\nDeine Zauber binden wieder Was die Mode streng geteilt;\nAlle Menschen werden Brüder \nWo dein sanfter Flügel weilt.\n\n\n\n\t\t(youtube: )\n\t\t \t\t \n\t\t \n\nmənbə.\node to joy \nlink" | |
}, | |
{ | |
"id": 386, | |
"title": " \n sergey bodrov ", | |
"content": "1971-ci ildə doğulmuş, 2002-ci ildə faciəvi şəkildə vəfat etmiş aktyor, rejissor, incəsənət tarixçisi. rol aldığı ən məşhur filmlər brat və brat 2 filmləridir. bu filmlərdə səhnələdiyi rolla insanların hafizələrində özünə əbədi və xoş bir yer etmiş, unudulmaz performans sərgiləmişdir. debütü atasının çəkdiyi qafqaz əsiri filmiylə olmuşdur. moskva universitetinin incəsənət tarixi məzunudur. \n--sitat--\nincəsənət tarixi məzunu olmaq sizə nə qazandırmışdır? sualına, \"siz bir şəhər getdiyiniz zaman o şəhərdə harda nə olduğunu, meydanları filan bilərsiniz, mən isə o şəhərdə olan muzeydə bütün gün boyu qarşısında duraraq vaxt keçirdə biləcəyim əsərin olduğunu bilirəm. həmin gün həyata dair bir gündür\" demişdir.\n--sitat--\n\nrejissor olaraq isə ilk filmi \"brat\" seriyasının adəta davamı olaraq çəkdiyi syostrı filmidir. filmdə istifadə etdiyi viktor tsoi musiqiləri dahi tsoiya olan hörmət və pərəstişindən xəbər verir.\n\nölümü ikinci filmini çəkdiyi zaman qar uçqunu altında qalaraq gerçəkləşmişdir. meyiti tapılmamışdır. yaraşıqlı və xarizmatik bodrov əbədi olaraq \"qafqaz əsiri\"dir və onu qurtaracaq heç kim və heç nə yoxdur. təəssüf." | |
}, | |
{ | |
"id": 387, | |
"title": " \n xaşxaşilər ", | |
"content": "Haşhaşilər 1090-cı ildə *hasan sabbah* tərəfindən qurulur. Bu qurum dünya üzərində ilk suiqəsdçilər olur. Onların məqsədi sivil insanları yox daha çox, yüksək rütbəli insanları və padşahları öldürmək idi.\nHasan sabbah heç vaxt yaraşıqlı və yada yadda qalan insanları yox, daha çox normal görünümlü insanları alardı.(haşhaşilərin semvoluna çevrilən silah xəncər olmuşdur. Haşhaşilərin gəldiyini anladığın an, son gördüyün şet o xəncərin parıltısı olacaqdır)\nHasan sabbah ismaili məzhəbindən olduğuma görə, sünniləri sevmirdi.\nİlk hədəfləri *səlçuk* lu dövlətinin baş vəziri *nizamimülk* idi. O, ismaili məzhəbini qəbul edənləri ağır cəzalandırırdı. Nizamimülk sarayına dönərkən, iki dindar görünümlü adamla salamalaşmaq üçün durur və qarnından dəfələrlə bıçaqlanır, çünki o, dindar görünümlü insanlar haşhaşilərdən idi. Artıq səlçuklu dövlətində heç kim bir-birinə güvənmirdi. Haşhaşilər hərkəs idi, bağban, qoruma, aşbaz və s.. \n Səlçuklu dövlətinin dağılmasına yol açan elə, Haşhaşilər olmuşdur.\nQeyd:Haşhaşilər adı əfsanəyə, Hasan sabbah öz fədailərinə *xaş xaş* otu olan narkotiklə uyuşdurması olmuşdur. Ama bu təbii ki də yanlış məlumatdır.\nSonra hədəf *Suriya* hökmdarı *Selahaddin eyyubi* yə yönəlir. O, Nizamimülk kimi, ismaili məzhəbini qəbul edənləri ağır cəzalandırırdı.\nSelahaddin alamut qalasına yürüyüş edir. O, yürüyüş etdiyi günün axşamı çadırında oyanır və yanındaki yastığa bir xəncər saplanmışdı,o xəncərin altında bir məktub var idi. Məktubda bunlar yazılmışdı: \"mən çox istəyərdim ki, bu xəncər yastığa deyil də, sənin sinənə saplansın\". Bunu görən Selahaddin eyyubi ordusunu geri çəkir. O, başına gələn bu hadisəni gizli saxlamağa çalışdı, amam bu uzun çəkmədi. Selahaddinin hüzuruna bir haşhaşi elçisi gəlir. Elçi sözlərini demək üçün Selahaddindən içəridəki hərkəsi çıxmasını tələb edir. İçəridə ki hərkəs çölə çıxır, ama ki Selahaddinin iki güvəndiyi adam durur. Elçi deyir: \"bunlarda çıxsın\". Selahaddin də belə deyir: \"onlar duracaq, mən onlara oğlum kimi güvənirəm\" və belə davam edir \"biz üçümüz, bir adam edirik\". Elçi isə deyir \"əgər onlara elə güvənirsənsə, onlara məni öldürmələrini əmr et\". Selahaddin elçini öldürmə əmrini onlara verir, ama onlar tərpənmir. Elçi belə davam edir: \"bəs mən onlara səni öldürməsini istəsəm nə deyərlər?\". O iki insan qılınclarını çıxardıb Selahaddinin boğazına dirəyirlər.\nArtıq haşhaşilərin adı hər yerə yayılmışdı. Artıq hər kəs onlardan qorxurdu.\n*qartal yuvası* deyilən, yəni alamut qalasını heç kim ələ keçirə bilmirdi. Hətta *monqol* imperatoru *hakan hülagu* xan da ələ keçirə bilmirdi, amma o başqa yola əl atdı. Qalanın altına yandırıcı maddə tökərək qalanı partlatdı. Və beləliklə haşhaşilərin sonu oldu." | |
}, | |
{ | |
"id": 388, | |
"title": " \n pk ", | |
"content": "Bir Aamir Khan şahəsəri.\nHind kinematoqrafiyasını izləməsək də, aşağı-yuxarı bələdik necə olduğuna. Yumruq vurmamışdan əvvəl gələn yumruq səsləri, uzun-uzun baxışmalar, uçan krişnalar və s. \nPeekay isə o bollywood qəlibindən çıxmış, hər kəsin izləyib rahatlıqla anlaya biləcəyi bir filmdir, əgər gözlərində pərdə yoxdursa.\n(baxma: sənin gözlərində pərdə var, bədbəxt)\n\nBu filmdə da haradan gəldiyini anlamadığımız musiqi sədaları altında bir qrup insanın yolun ortasında atılıb düşdüyünü görə bilərik, düzdü, amma vermək istədiyi mesaj çox aydındı. Tanrı(lar) qavrayışının necə sadəcə bizim kiçik beynimizdə qavrayışdan ötəyə gedə bilmədiyini göstərir.\nBaşlığa sadəcə 2 entry yazılıb. Bunun üçün mövzuya açıqlıq gətirmək istəyirəm.\n(Müəyyən qədər, çox cüzi Spoiler. Baxmamağı düşünürsünüzsə oxuyun ki, qərarınızı dəyişdirim. bir sıra sujetlər ifadə olunub)\nUNO Yer üzərinə bu planetin və üzərində yaşayan insanların təbiətini öyrənmək üçün sülhsevər şəkildə bir uzaylı göndərir. Bu göydəngələnin də kosmik gəmisi ilə əlaqə saxlaya bilməsi üçün bir xəbər cihazı olur. Boyunbağı şəklində boynundan asdığı bu xəbər cihazı yanıb sönən qiymətli bir daşa bənzədiyindın bir hindli bunu elə düşən andaca ondan oğurlayır. Nə dil bilir, nə yol bilir, heç nə. Dünyaya yenicə gəlmiş bir körpə kimi lüt, danışmağı bilməyən, heç nə anlamayan bu yadplanetli evinə qayıda bilmir, qalır yer üzərində kimsəsiz. Nə isə, allem edir, kallem edir, dili öyrənir.\n Aydın məsələdir ki, Hindistanda bir çox dinin, kulturanın cəmləşdiyi nəhəng bir ölkə olduğundan çox maraqlı, gülməli hadisələr baş verir.\n\nBizim bu namıdeğer PK də qabağına çıxan hər kəsdən \"xəbər cihazımı necə tapa bilərəm?\" tipdə suallar soruşur. Biri polisə göndərir, birir tanrının evinə. hara getsə də pk (bax: sərxoş) \n damğası vurulur.\n Dinlərin tələblərini səhvən bir-birinə qatır. Kilsəyə kokos aparır, qışqırırlar. məscidə şərab aparır, qovurlar. \n\nHindlilərdə dul qadınlar ağ sari geyinməlidir, bunu öyrəndikdən sonra gəlinlik geyinmiş bir qadına \"əriniz öldüyü üçün başınız sağ olsun\" -deyib başsağlığı diləyir, topa tuturlar. \"Əri ölən qara geyinər axmaq!\" -deyirlər. Bunu yadda saxlayan PK yolda gördüyü başdan aşağı qara niqab geyinmiş qadınlara yenə eyni şeyi deyir: \"əriniz öldüyü üçün sizə başsağlığı diləyirəm\" əri yapışır yaxasından. Yazıq bilmir nə etsin, kimə inansın. Hər xalqın adəti fərqli, hər tanrının istəyi tamamən ayrı.\n\nYollara \"İtkin düşüb: Tanrı. Tapsanız PK'ə xəbər edin.\" kimi elanlar yapışdırır. Bütün ki bu dinlərin qoyduğu qayda qanunları izləyir, hamısını yoxlayır, amma tanrıdan cavab ala bilmir. Bununla belə, həyatda qala bilmək üçün çox ağıllı üsullar da tapır. \n\nLap kiçik yaşlardan bizə dayadılan və çoxumuzun normal qəbul etdiyi (yazılmamış qanunlar) ı o, qəbul etməkdə çətinlik çəkir. Bu barədə məntiqsiz gördüyü heç bir şeyi soruşmağa çəkinmir. Balaca bir uşaq saflığıtək...\nVə bir gün xəbər cihazının kimdə olduğunu öyrənir. İşte o gün dananın kuyruğunun koptuğu gün. Cihazı ondan geri ala bilməsi üçün elanını görən jurnalist qız və onun müdiri əllərindən gələni edirlər.\n\nAtama mövzunu bir az danışanda əvvəlcə təəccübləndi, dırnaqarası baxdı, amma məcbur etdim. O da izlədi sağ olsun.\nBitirəndə kişi gəlib nə qədər təşəkkür etdi. Hindlilərdən belə bir şedevr iş çıxacağı yönündəki bütün önyargılarını qırmışdım adamın. Getdi bir sıra ziyalı dostlarına tövsiyə etdi, sağolsunlar heç biri təşəkkürlərini əksik etmədilər xd. Sırf o öncədən mühakimələrini qırdığım və hindlilərdən belə dahi film izləməyi tövsiyə etdiyim üçün. İzləməyən şişirdiyimi düşünə bilər. Bununçün izləməlisiniz. Peder hələ də soruşur ki, bəs hardan tapdın bunu, sağolasan və s. və i.a.\n\nCanını yediyim PK'in də dillərə dastan çox gözəl belə bir cümləsi var: \"Bəs biz hansı tanrıya inanmalıyıq? Siz deyirsiniz ki, 1 tanrı var. Mən isə xeyr deyirəm. 2 tanrı var. Biri bizi yaradan. Digəri isə sizlərin yaratdığı.\"" | |
}, | |
{ | |
"id": 389, | |
"title": " \n paroxin 1a ", | |
"content": "ssri tipi antidepressant. İntihar meylini artıra bilir, cinsi istəyi azaldır. Təsir müddəti 3-7 həftə arası olur. Uzun yarımparçalanma dövrü keçir. Pilləli olaraq tərgidilməlidir. Təyin olunan dozanı unutduqda başgicəllənmə, qulaqda cingilti, baş ağrısı verə bilir. Kəskin intihar meyli və nəzərdə tutulmayan əlavə təsirlər müşahidə olunduqda dərhal həkimlə danışılaraq doza dəyişikliyinə gedilməli, lazım olduqda kəsilməli və dərman dəyişilməlidi. Anskiyete, depressiya, okp, yüngül panik atakaların müalicəsində istifadə olunur.\n\nMarka adları olaraq;\n(baxma: paroksetin)\n(bax: paxil) \n\n\nAlternativ və nisbətən az əlavə təsirə malik ssri antidepressant olaraq (bax: fluoksetin) \n a.k.a. prozac, profulzak" | |
}, | |
{ | |
"id": 390, | |
"title": " \n supernova ", | |
"content": "Kosmosda baş verən ən gözəl və təhlükəli hadisələrdən biri. \nÇökən ulduzun kütləsi Günəşdən daha azdırsa, əvvəlcə qırmızı nəhəng, daha sonra ağ cırtdana çevrilir. Günəşdən 2, 10 və ya 50 dəfə çox olan ulduzlar isə sonda cırtdan olmur. Bu uzlduzlar təkamüllərini 'supernova' adlı partlayışla tamamlayır. \nUlduzun mərkəzindəki dəmir kütləsinin əriməyə başlayaraq silisiuma çevrilməsi supernova partlayışının əlamətidir. Ulduzun daxilindəki yüksək təzyiq nətisində sərbəst buraxılan elektronlar dəmir nüvəsinin protonları ilə birləşir. Bərabər sayda olan əks elektrik yükləri bir-birini məhv edir. Ulduzun içi tək və böyük bir atom nüvəsinə çevrilir və şiddətli bir partlayış baş verir. Bu supernova partlayışdır. Supernova zamanı yaranan parıltı, qalaktikadakı bütün ulduzların parıltısından daha parlaqdır. Supernova partlayışı zamanı yeni bir ulduzun yaranması üçün lazım olan bütün maddələr kosmosa püskürdülür. \nQırmızı nəhəng halındakı ulduzda neytron hissəcikləri əvvəlcə ulduzun mərkəzində toplaşır, daha sonra hamısı birdən işıq sürəti ilə ulduzdan ayrılır və enerjini özləri ilə götürürlər. Bu zaman mərkəzi nüvənin istiliyi azalır və ulduz artıq genişlənə bilmir. Beləcə ulduz dağılaraq çökür və xarici təbəqədəki bütün hidrogen əriyərək supernovanın meydana gəlməsinə səbəb olur. Bu proses 6 milyard°C temperaturda gedir, hansı ki, Günəşin nüvəsindəki istilikdən 400 dəfə çoxdur və bu, kainatda tapıla biləcək ən yüksək temperaturdur. \nSupernova partlayışından sonra ətrafda böyük bir nebula meydana gəlir. Crab nebulası 1054-cü ildə baş vermiş supernova partlayışının qalığıdır. \n\nNeytron yağışı supernova partlayışının əsasəlamətidir və bu neytronlar incələnərək partlayışın detalları öyrənilə bilər. Ancaq neytrnoları aşkar etmək çox çətindir. Bir neytrononun aşkarlanması üçün həmin neytron başqa bir hissəciklə qarşılıqlı təsirdə olmalıdır və bu çox nadir görünən hadisədir. \nTrilyonlarla neytrondan yalnız biri daxili reaksiya üçün kifayət edəcək şəkildə başqa bir hissəciklə düzgün toqquşur. Neytrnolar ilk dəfə 1931-ci ildə Wolfgang Pauli tərəfindən nəzəri olaraq izah edilsə də, yalnız 25 il sonra aşkarlanıb. Normal bir ulduz tərəfindən püskürdülən neytronların sayını bir neçə işıq ili məsafədən belə təyin etmək mümkün deyil. Hətta bizdən 4,3 işıq ili məsafədə olan Alpha Centauri ulduzunun tək neytonunu belə aşkar etmək mümkün deyil. Günəş də yer kürəsinə neytrnolar göndərir. Alpha Centauri tərəfindən göndərilən hər bir neytrona qarşı Günəşdən 625 milyon neytron gəlir. Supernova isə günəşə nisbətən 1 katrilyon *\n10²⁴, yəni 1000 dənə 1 trilyon\n daha çox neyton püskükür.\n23 fevral 1987-ci il tarixində kosmosda dəhşətli partlayış baş verdi. Bizdən 170.000 işıq ili uzaqlıqda olan Böyük Magellan qalaktikasındakı bir supernova günəşimizdən milyard qat daha çox işıq yayaraq partladı. Bu supernova əslində 170.000 il əvvəl partlamışdı, lakin onun şüaları yalnız 1987-ci ildə Yerə çata bildi. \n1885-ci ildə Andromeda qalaktikasında partlayan supernova isə 2,3 milyon işıq ili məsafədə idi. Süd Yolunda 1604-cü ildə partlayan supernova 35.000 işıq ili, 1054-cü ildə partlayan başqa bir supernova bizdən 6500 işıq ili, 30.000 il əvvəl böyük Gum nebulasında partlayan başqa bir supernova isə 1500 işıq ili məsafədə idi. 1604-cü ildən sonra qalaktikamızda supernova partlayışı olmamışdır.\nSupernovadan gələn kosmik şüaların dünyadakı təkamül müddətini sürətləndirdiyi iddia olunur." | |
}, | |
{ | |
"id": 391, | |
"title": " \n anizometropiya ", | |
"content": "Kliniki refraksiya qüsurudur. bu zaman hər iki göz almasının işıq şüalarını sındırma qüvvəsi fərqi 2 dptr-dan çox olur. Xəstəlik zamanı diplopiya, görmə zamanı təsvirin bulanıqlığı, görmə itiliyinin azalması, astenopiya (yaxın məsafədəki əşyalara baxdıqda gözün yorulması) meydana çıxır. Ən əsası ambliopiyaya (göz tənbəlliyinə) səbəb olur. *\nEl arasında gözün biri aya, biri çaya baxır deyirlər, bax o. Əlavə başlıq açmağa ərindim.\n\nSəbəbləri: anadangəlmə birtərəfli miopiya, birtərəfli hipermetropiya, yatrogen təsir, katarakta, astiqmatizm ola bilər. \n3 dərəcəsi ayırd edilir: yüngül - <3 dptr;\nOrta - 3-6 dptr;\nAğır - >6 dptr.\nBəs müalicəsi necə olur? Göz tənbəlliyi uşaqlarda 6 dptr fərqəcən xüsusi məşqlərlə korreksiya oluna bilər. Böyüklərdə isə xəstə əməliyyata uyğundursa, məsələn bir tərəfli hipermetropiyadırsa, bir göz əməliyyat oluna bilər. \nAmma xatırladım ki, bu lazerlə olunan əməliyyatlar seçim əməliyyatıdır." | |
}, | |
{ | |
"id": 392, | |
"title": " \n punk ", | |
"content": "Ölkənin ehtiyacı olan axın olduğuna qatılıram. Azərbaycanda punk dinləyicisi çox azdır, ortalama sözlük yazarı 50 dənə metal subjanrı saya bilər lakin 5 dənə punk qrupu deyə bilməz. Ölkənin ehtiyacı olduğunu dedim çünki siyasi vəziyyət xoşa gəlimli deyil, avtoritar rejim baş alıb gedir. bugün navalni də öldü).(mövzu ilə əlaqəsiz idi amma yazım dedim)\nHal belə olanda ölkədəki kasıb təbəqə üçün belə subkultur lazımdır, digər subkulturlar kimi punk da ölüb desək yeridi amma düşünürəm ki gənc xalq üçün bu tip bir axına ehtiyac var. \nPunkın özlərindən əvvəl gələn axınlardan əsas fərqi hərəkət meyilli olmağı idi. Hippilər əsasən orta təbəqədən olan, free love, sex tərzi takılan insanlar idilərsə, punklar gəncliyin gətirdiyi əsəbi nihilistik bir perspektiv ə soxub plus da anarxist olurdular. Əsasən də kasıb təbəqədə yayğın idi. Çəkdikləri poxlarda belə fərq var idi, hippilər lsd, mushroom tərzi psixoaktiv dərmanlardan istifadə edərkən punklar heroin tərzi daha ağır maddələr bağımlı idi.\nBundan əlavə anarxist olmaqları barədə danışdım, əslində vəziyyət tam olaraq belə deyil. Amerikada formalaşan punk qrupları (bax: ramones) \n siyasi cəhətdən passiv idilər. Digər tərəfdə britanyadakılar hər poxa söz atırdılar. \n(bax: sex pistols) \n (bax: the clash) \n\n \n \/>\n\nMusiqi janrı kimi analizinə gələsi olaq, punk normal rockdan(əsasən hard rock, garage rock) gəlib, daha sürətli, daha sərt, daha yüksək səsli olmağı ilə seçilirdi. Normaldan çox sürətli çalındığından bəzi qrupların trackəri 1,2 dəqiqə olurdu. Lirikal olaraq üsyankar nihilistik üslubları ilə seçilirdi.\nPunka ən çox təsir edən qruplar mənə görə, the who, velvet underground idi 60-cı illərdən.\n \n \/>\nThe who'nun my generation mahnısındakı fffade away i sanki f word ü işlərdirmiş kimi söyləməyi sonraları, television qrupunda dictionı , dick tion kimi deməyi falan birbaşa təsiri göstərir.\n \n \/>\n\n \n \/>\nVelveg undergroundda isə istər mövzular istər attitude punka yaxın idi. Qrupun instrumental hissəsini üstünə alan, john cale indilərdə proto-punk adlandırılan albomların, production'ını edəcəkdi. \nBundan əlavə honarable mention kimi patti smithin adını çəkməliyik hansı ki punk ortada olmadan punk kimi xarakterizə etmək olar musiqisini. \n \n \/>\nTimidusun ağ maykası ilə ağzında siqaret məşq elədiyi vaxtlar da dinlədiyi the stoogesi də unutmayaq. \n \n \/>\nLakin meymunun(ortaq primat əcdad) haçan insana təkamül elədiyini dəqiq deyə bilməyəcəyimiz kimi punkı da deyə bilmərik\nProto-punkı qoyub, burda real punk davam edək. Dəqiq haçan yarandığını deyə bilmərəm lakin, əsasən 76 da new yorkda yarandığı iddia olunur. İlk kimi ramones un adı hallanır.\n \n \/>\n\nMənim şəxsi favlarım isə sex pistols,the clash television, talking heads, wire, hüsker dü kimi qruplardı\n\n11 dəqiqə uzunluğunda şahəsər\n \n \/>\n2 dəqiqə uzunluğunda şahəsərimsi (bir marquee moon diil)\n \n \/>\n\nFav sex pistols trackim ola bilər\n \n \/>\n\nBu da ağ dərililər üçün kind of marş kimi idi. Amma punkın belə xususi olaraq irqi tərəfi yoxdu. (baxma: bad brains) \n \n \/>\n\n\nBundan əlavə post-punk a da qulaq asmağınlz məslətlidir. Daha gotik sayıla bilər, rawness volume down, rythym volume up\n \n \/>" | |
}, | |
{ | |
"id": 393, | |
"title": " \n god mode ", | |
"content": "windows-da belə bir maraqlı xüsusiyyət var:\n\ngod mode\n\nekranda bir qovluq yaradın və adını \"godmode.{ed7ba470-8e54-465e-825c-99712043e01c}\" (dırnaqsız) yazın. daha sonra qovluğa girəndə içində windowsun demək olar ki bütün dəyişdirilə bilən ayarlarını görəcəksiniz." | |
}, | |
{ | |
"id": 394, | |
"title": " \n oksidosin ", | |
"content": "yunanca sürətli doğum mənasına gələn \"eşq hormon\" olaraq bilinən hormon. beyində hipotalamusda sintez olunur və hipofizdən buraxılır. qadınlarda doğum anında rəhmin genişləməsi üçün bolca ifraz olunmasıyla bilinirdi ilk başlarda. sonradan isə oksidosinin daha çox funskiyaları ortaya çıxdı. qadınlarda doğum anından başqa orgazm anında da yüksək miqdarda sintez olunur. \"qucaqlama hormonu\" olaraq da bilinir. zira oksidosinin sintezi arttıqca bağlı olduğun insanı qucaqlama, yaxın hiss etmə vəziyyəti ortaya çıxır. qadın və kişilərdə hər ikisində orgazm anında sintez olunmasına baxmayaraq qadınlar orgazmdan sonra partneri qucaqlamaq istəsə də kişilərdə oksidosin başqa təsirlər göstərir, kişilər qucaqlamaq istəmir, yatmaq istəyir, elmi olaraq aparılan təcrübələrə görə. \n\neşqə düşülən zaman hər iki partnerdə yüksək miqdarda sentezlənir. və bir birinə bağlanırlar. və yenə eşqə düşülən zaman dopamin və vasopressin ilə birlikdə ən çox sintez olunan hormon olaraq bilinir. insanlara və partnerə\/məşuqə bağlılığı, sosyallığı arttırdığı bilinir. qadınlarda daha çox sintez olunması səbəbi ilə qadınar öz məşuqlərinə daha çox bağlanırlar və ona bağlandıqları üçün başqasını istəmirlər. kişilərdə isə nisbətən az sintezləndiyi və başqa təsirlər yaratdığı üçün kişilər partner dəyişikliyinə daha yatğındırlar. heyvanlar üzərində təcrübələr zamanı daha çox oksidosin verilmiş siçanın öz partnerinin yanında qalması, oksidosini azaldılmış siçanın isə fərqli partnerlərə getdiyi aşkarlanmışdır. burda qısa bir haşiya açmaq lazımdır; demək ki bir oğlana bağlanmış qızları kezban adlandırmamaq, fərqli qızlarda gözü olan oğlanı da qınamamaq lazımdır, zira təbiətləri gərəyi insanlar fərqlidir. həmçinin eyni cinslər arasında da müqayisə aparmaq çox da -düzgün deyil. misal \"diləfruzun əri əbülfəz axşamacan oturur arvadının dizinin dibində, mənim qəzənfərim isə qapı qapı arvad dalınca gəzir\" cümləsi yanlışdır, zira əbülfəz ilə qəzənfərin beynindəki oksidosin hormonu bərabər olmaya bilər (doğuşdan), həmçinin dopamini də qeyd etmək lazımdır. zira dopamin də partner dəyişikliyinə səbəb verir.\n\nqadınlarda doğum zamanı sintezləndiyi üçün və doğumdan sonrakı aylarda yüksək səviyyədə olduğu üçün oksidosin \"qucaqlama hormonu\" kimi öz vəzifəsini yerinə yetirir. bu bir növ təkamülün nəticəsi də ola bilər, ananın öz balasını qucaqlayıb qoruması üçün oksidosin bir növ ona təkan verir. buna matrenal love deyilir. romantic lovedən fərqlidir və beyində fərqli nöqtələri hərəkətə keçirir.\n\nbiri ilə qucaqlaşıb görüşərkən, hətta əl ilə salamlaşarkən belə \"təmas\" səbəbi ilə oksidosin sintezlənir və o insana bağlılıq artır. qadınlarda daha çox sintezləndiyi üçün qadınların yaşam tərzlərinə birbaşa təsir göstərir. misal, streslə başa çıxmaqda qadınlar və kişilər fərqli yolları seçirlər. səbəbi isə stres anında qadınlardakı oksidosin miqdarı onları \"tending and befriending\" deyilən yola yönləndirir, \"məşğul ol və dostluq qur\". qadınlar streslə başa çıxmaq üçün bir şeylə məşğul olur, yemək bişirir, corab hörür, ev təmizləyirlər vəya dostları ilə görüşüb dərdləşirlər. onlardaki oksidosin, streslərini daha sakin yaşamağa kömək edir. kişilərdə isə az oksidosin səbəbi ilə stres zamanı onlar \"fight or flight\" deyilən yola yönəlirlər, yəni \"savaş ya da qaç\". ya sərt reaksiyalar verirlər, ya da insanlardan uzaqlaşırlar. və ya içlərindəki enerjini ortaya qoyacaqları yerlərə gedirlər. idmanlar bunun üçün münasibdir məncə.\n(baxma: eşq\/*127818)" | |
}, | |
{ | |
"id": 395, | |
"title": " \n antaqonist ", | |
"content": "antoqonist-ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif tipləri. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir. Məsələn, fəhlə sinifi ilə burjuaziyanın münasibəti, ya da liberalizm ilə totalitarizmin münasibəti.Antaqonist ziddiyətlər – hər şeydən əvvəl mənafeləri bir-birinə barışmaz düşmən olan siniflər arasındakı ziddiyətlərdir. antoqonist siniflərin yaranması mütləq sinfi mübarizəyə və dövlətin yaranmasına aparıb çıxarır." | |
}, | |
{ | |
"id": 396, | |
"title": " \n persephone ", | |
"content": "Persefona qədim yunan əfsanələrində Zevs ilə Demetra'nın qızıdır. O qədər gözəl olmuşdur ki, yeraltı dünyanın allahı aid (bax: hades) \n persefonaya vurulur və Aid qardaşı Zevsin tövsiyəsi ilə onu ölülər dünyasına qaçırır. Oranın qaydalarından bixəbər Persefona Aidin verdiyi nardan yeyərək əbədi orada qalmağa məhkum edilir. Belə ki, ölülər dünyasında hər hansı bir şey yeyən kəs bir də yer üzərinə çıxa bilməz. Anası Demetra günlərcə qızını axtarır, axırda Yeri və Göyü izləyən Helios Demetraya yazığı gəlir, \"Qızını ərinin gizli icazəsiylə qaynın qaçırıb\" deyərək Demetranın ürəyinə \"su sərpir\". Hara su? Əsəb çıxır kəllə-çarxa. Məhsuldarlığın və bərəkətin tanrısı olan Demetra yer üzərindən əlini çəkir, güllər çiçəklər solur. Lakin ana qəlbi işte, əlləşir-vuruşur, axırda qızının ilin 6 ayı Yer üzərinə göndərilməsinə icazə alır. O gündən bu günə Persefona baharın başlanğıcı ilə əlaqələndirilir. Persefona yer üzərinə çıxdıqda güllər çiçəklər açır, ətraf yaşıllaşır, məhsuldarlıq artır. Nə vaxt ki o ölülər dünyasına Aidin yanına getməyə məcbur olur, bu zaman bitki örtüyü quruyur, təbiət cansız hal alır." | |
}, | |
{ | |
"id": 397, | |
"title": " \n ürəyin hisslərlə əlaqəsi ", | |
"content": "Ilk öncə başlayım, Ürək transplantasiyasından, bu artiq yarım əsrdir ki,davam edən bir prosesdir. ilk dəfə amerikalı tibb tədqiqatçısı Saymon Fleksner bu barədə bir məqalədə bəhs edib, hardasa bundan 60 il sonra bunu həyata keçirirlər, ancaq ilk öncə bu prosesi yoxlamaq üçün ölməkdə olan bir insana şimpanzenin ürəyini köçürürlər ve ürək atmağa başlayır amma bu sadəcə 60 dəqiqə çəkir və insan vəfat edir (ölsə belə artıq ürəyi yerləşdirdikdən sonra döyündüyünə əmin oldular).bundan tam 3 il sonra ilk dəfə 25 yaşlı ölüm ayağında olan bir gəncin ürəyini ürək çatışmazlığından əziyyət çəkən 55 yaşlı bir adama köçürürlər və bu uğurlu alınır ( az yaşasa belə). Hər il minlərlə ürək nəqli prosesi baş verir.\nIndi isə keçək əsas məsələyə hansı ki, ürəyimizin əslində hisslərimizə, emosiyalara təsir etdiyinin canlı şahidlərinin hekayəsinə.\nAnne Switzer adındakı bir şəxs anadan gəlmə ürək çatışmazlığı xəstəliyi ilə dünyaya gəlib, o həmişə ona uyğun ürək donoru tapılmağını arzulayıb və sonunda anne üçün donor tapılır və ürək nəqli baş verir. Lakin o, ürək nəqlindən qısa müddət sonra bir şeylərin dəyişdiyini fərq edir, dediyinə görə asanlıqla izah edə bilmədiyi bir şeylər baş verirdi. o bu barədə belə deyirdi ki: \n \"Çox gözəl Bilirəm ki, mən ailəmi çox sevirəm, amma bu duyğunu artıq hiss edə bilmirəm,bundan başqa sevgi hisslərim artıq əvvəlki kimi deyil. Bunu ilk dəfə nə vaxt anladığımı bilmirəm amma Mən indi daha məntiqli, faktiki və ya soyuq bir insan olmuşam. Amma əsas problem mənim heç vaxt məntiq insani olmadığımdır, əvvəllər yoldaşımı görəndə mədəmdəki uçan kəpənəkləri və ilk baxışdakı eşq hissimi xatırlamıram. Bu, şübhəsiz ki, mənim üçun bir itkidir... çünki mən ürək adamıyam; mən sevgi insanıyam; mən münasibət adamıyam. Sayını bilmirəm həyatım boyu, neçə nəfər mənə \"Sənin çox böyük ürəyin var anne \" deyib. Amma artıq mən əvvəlki emosional mən deyiləm və bunun üçün çox darıxıram \".\nBəzi tədqiqatçılar donor orqanlarının hüceyrə yaddaşı kimi tanınan bir proses vasitəsilə ilk sahibinin xüsusiyyətlərini və təcrübələrini yeni bir sahibə ötürməsinin mümkün ola biləcəyinə inanırlar.\nToronto Xəstəxanasının həkimi dr. Michael McDonald deyir ki, bu termin ( hüceyrə, orqan yaddaşı) adətən orqanizmin xəstəliklərə qarşı immuniteti necə inkişaf etdirdiyinə aiddir.\n\"Hamımızın hüceyrə yaddaşı bizi xəstəliklərdən, infeksiyalardan, xərçəngdən və yad hər hansı bir şeydən qoruyan adaptiv immun reaksiyalarımızın bir hissəsi kimi var\" deyir. Başqa sözlə, bədənimizə əvvəllər qarşılaşdığımız xəstəliklərlə necə mübarizə aparacağımızı hüceyrələrə xatırlamağa imkan verir. \nDr. Mitchell Liester isə “donorun həyatından xatirələr bağışlanan ürəyin hüceyrələrində saxlanılır və sonra transplantasiya \nəməliyyatından sonra resipiyent tərəfindən “yadda saxlanılır” fikrini deyir.bu proses araşdırılıb və ürək nəqli keçirən insanların Sadəcə yüzdə 15-i dəyişikliklər yaşadıqlarını söyləyir, lakin bunu həyati təhlükəsi olan bir prosedura məruz qalma travması ilə əlaqələndirir. Altı faiz isə şəxsiyyətlərinin dəyişdiyini söyləyib və bunu yeni ürəkləri ilə əlaqələndirirlər.\nRəqəmlər az olsa da, Liester ürək transplantasiyasından sonra şəxsiyyət dəyişikliklərinin təxminən 50 ildir mövcud olduğunu söylədi. Lakin o, əlavə edib ki, “bu fenomen yaxşı tədqiq edilməyib və yaxşı başa düşülməyib”. \nBunun səbəbi isə bu ola bilər mənə görə ki, biz həmişə duyğuların , emosiyaların, mimikalarımızın, jestlərimizin, iradəmizin, həmişə istisnasız beyinlə əlaqəli olduğuna inanmışıq ( ki, onsuzda bu elmdə də belədir), daha kobud bir ifadə ilə izzah etsə, bizə və elmə görə digər orqanların özünə məxsus vəzifəsi var və onlar sadəcə o vəzifə üçün mövcuddurlar, məsələn ürəyin durmadan orqanlara qan vurması kimi,yeni ürək sadəcə ürək pompalayan bir orqandırsa niye bəs insanların hissləri, emosiyaları, duyğuları dəyişir. Çox maraqlı və sehrli mövzudur, elm bunu sübut edə bilmir amma məcbur təsdiqləyir.. Hətta bir hadisədə isə silahla öldürülen bir uşağın ürəyi gənc bir qıza köçürülür və bu prosesdən sonra həmin qız davamlı yuxusunda silahla öldürüldüyünü görür və daim bir narahatçılıq içində hiss edirdi özünü. Çox maraqlıdır həqiqi mənada.\nMəsələn: indiyə qədər stresdə olanda, hirslənəndə, həyəcanlananda,aşiq olanda ürəyimizin ritminin artmasını beynimizdən ötürülən siqnalların olduğunu düşünmüşük amma bəlkə də bu elə birbaşa ürəyimizlə əlaqəlidir,kim bilə bilərki. Biz həmişə söz gəlişi deyirik qəlbinin səsini dinlə falan əslində desək də belə bir şeyin olmadığını bilirik bilinç altımızda amma artıq ürəyimizin həqiqi mənada bəzi hislerimizi öz yaddaşında saxladığına və hislerimizə təsir etdiyinə inanmağa başlayıram bu araşdırmadan sonra.\n\nBu arada Transplantasiya təcrübəsinin ən məşhur hekayələrindən biri mərhum Claire Sylvia-dan gəlir. Maraqlananlar üçün Onun bu haqda \"a Change of Heart\" adında kitabı da var. O, bu kitabda bədənini iki ruhla bölüşdüyünü və hislerini qeyd edib. Kitabın filminin adı isə \"Heart of a Stranger\" baxmağı tövsiyə edirəm." | |
}, | |
{ | |
"id": 398, | |
"title": " \n cien anos de soledad ", | |
"content": "Gabriel Garcia Marquez tərəfindən yazılan, ölkəmizdə \"yüz ilin tənhalığı\" adı ilə nəşr olunan, XX əsrin ən çox səs gətirən əsərlərindən biri. Müəllifinə nobel mükafatı gətirən adıçəkilən əsər hadisələrin qarmaqarışıqlığı, obrazların ad oxşarlığı və dialoqun az təhkiyənin çox olduğuna görə oxuyucunu yormağı bacarsa da, bir çoxları tərəfindən şahəsər adlandırılmağa müvəffəq olmuşdur. \n\nRomanda hadisələr Buendia nəslinin ətrafında cərəyan edir. Yazıçı əsər boyu Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvini təsvir etmişdir. Nəslin nümayəndələri müəyyən əlamətlərinə görə biri-birindən fərqlənsələr də, onları birləşdirən ümumi bir cəhət var: tənhalıq. Yüz il boyunca tənhalıq xisləti nəslin hər nümayəndəsini ovucuna alır. Əsərdə olan Pilar Terneranın dediyi kimi \"Tənhalıq Buendiaların qanına işləyib.\" \n\nBu yaxınlarda eşitdiyimə görə, Neftlix sözügedən əsəri ekranizasiya etmək istəyir. Fikrimcə, bu əsər film üçün ən mürəkkəb süjet xəttinə malik olan əsərlərdən biridir. 2 saat ərzində bu hadisələri izləyiciyə ötürmək qeyri-mümkündür. Çox güman ki, əsərdə təsvir edilən hadisələrin əksəriyyətini ixtisar edib daha sadə ssenari ilə izləyici qarşısına çıxacaqlar. Maraqla gözləyirəm." | |
}, | |
{ | |
"id": 399, | |
"title": " \n en passant ", | |
"content": "Şahmat terminidir. Fransız sözü olub, \"Keçərkən almaq\" anlamına gəlir. \nƏgər Piyada ilk açılışında, iki addım irəli hərəkət edərsə, yanbayan duran rəqib piyada, onu düz formada vurub, çarpaz keçə bilər. Burada əsas məsələ, normalda bir addım hərəkət etməli olan piyadanın iki addım irəli getməklə, qaçmasının qarşısını almaqdır. \nDaha dəqiq anlaşılması üçün (youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nİlk dəfə onlayn oynayan zamanlar, glitch olduğunu zənn etmişdim, amma yox, həqiqətən də belə bir qayda varmış." | |
}, | |
{ | |
"id": 400, | |
"title": " \n casio a168 ", | |
"content": "Bir saat düşünün! *\nzaman olaraq yox, əşya olaraq :d\n \nheç vaxt batareyasını dəyişməkçün ustaya aparmayacağınız, unisex, kiçiyindən böyüyünə, xanımından kişisinə qədər istənilən stildə olan hər kəsin toya, yasa, işə, hərhansı event'ə, gəzintiyə və ya ümumən günlük istifadəsi üçün rahatlıqla hər tip geyimlə uyğunlaşdıra biləcəyi bir saat! \n\nƏminliklə demək olar ki, bütün saat kolleksionerlərinin sahib olduğu, 30 dollar kimi çox ucuz bir qiymətə alına biləcək, casionun vintage dizaynda ən yaxşı donanıma sahib digital qol saatı modeli - casio a168! Eyni zamanda, əksər saatsevərin \"əgər 1 saatlıq kolleksiyan olsaydı, hansı olardı?\" sualına cavab kimi göstərdiyi, Həmçinin mənim özümün də aldığım vaxtdan(aprel 2023) bu yana xüsusi planım və ya görüşüm olmayan günlərdə 7\/24 qolumdan çıxarmadığım saatdır*\nhəqiqətən 7\/24, yatanda belə çıxarmıram\n. \n\n\n \n \n\nİlk olaraq tarixinə nəzər salsaq, ilk çıxış tarixi müəmmalıdır.internetdə bir çox tarix göstərilir: 1991 deyən var, 1997 deyən var, 2001 deyən var və s. Məsələn: \nCasio'nun rəsmi səhifələrindən birində 2001 tarixi göstərilir*\nşəkil reddit'dən götürülüb\n:\n\n\n \n \n \nLakin youtube-da 1997-ci ilin casio saat kataloqunda a168 saatına da yer verilib. *\nvideonun 1-ci dəqiqəsindən sonra aydın görünür\n \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \nƏslində, hər birini doğru saymaq olar. Səbəbi isə saatın içindəki modula görədir. Saatın hazırki versiyaları*\nelə mənim qolumdakı da\n 3298 nömrəli modula sahibdir, hansı ki ilk istehsalı 2012-ci ildə başlayıb. Lakin əvvəlki modellər 1572 nömrəli modula sahib idilər.\nAşağıda 10-larla fərqli dizayndan sadəcə 3-nü görürsünüz. \n\n\n \n \n \nBu da gold rəngi:\n\n\n \n \n \nSaatın dizaynına gəldikdə, tinləri yumşaldılmış səkkizguşəli bir korpusa(case) sahibdir. Düzbucaqlı digital ekranın ətrafı yazılarla çevrələnib və korpusa paralel olaraq ağ və mavi xətlər gedir. Mənə görə, istifadə etdikləri mavi, qırmızı və sarı-qəhvəyi tonlar çox möhtəşəmdir və saata əsl retroluq qatır. \n\n\n \n \n \nYuxarıdakı şəkildə də gördüyümüz kimi, saatın üzünün sol yuxarısında Vintage modellərin hər birində gördüyümüz \"casio\" brend adı, düymələrin adları və ələlxüsus da xüsusi vurğu edilmiş electro luminescence yazısı var. Son dediyim o yazının nə anlama gəldiyini və niyə belə vurğu edildiyinə yazının davamında bu saatın çox qarışdırıldığı \"qardaş\" modelləri ilə müqayisədə izah edəcəyəm.\n\nAmma öncəsində qısa texniki məlumatlara baxaq. Saatın korpusu 38.6mm uzunluğa, 36.3mm enə və 9.6mm qalınlığa sahibdir. Geri qalması və irəli qaçması yox deyiləcək qədər azdır: aylıq cəmisi +-15 saniyə! \n3 əsas funksiyası var:\n1) saatı göstərmək (saat, dəqiqə, saniyə, tarix və həftənin günü);\n2) alarm;\n3) geri sayım (stopwatch).\nZamanı həm 12, həm də 24 saatlıq formatla izləmək mümkündür. \"basic\" model olduğuna görə sadəcə 1 budilnik qurmaq olur. Eyni zamanda, geri sayım modunun \"split time\" özəlliyi də var. Digər bir əlavə özəlliyi hər saatın tamamında istəyə bağlı olaraq \"beep-beep\" səsi çıxarmasıdır -*\n\n\n \n \n \nSaatın arxa qapağı \"4 screws\" dediyimiz tipdir. Yəni 4 şurup ilə korpusa bağlanır. Bunun tək mənfi yanı arxa qapaq bir neçə dəfə açılıb-bağlandıqdan sonra şurup yerlərimin \"sarvat\" olması və sukeçirməz özəlliyinə mənfi təsir etməsidir. Amma narahat olmağa dəyməz. Çünki rəsmi olaraq 7 il batareya ömrü var və sözün açığı, mən hələ 7 ilə batareyası bitən casio nə görməmişəm, nə eşitməmişəm, nə hardasa oxumamışam. Ən azı 10 il davam edəcək batareyası və çox güman batareya bitməmiş ya saat özü it-bata düşəcək, ya da qırılacaq. -* \n\nÖn hissəsində olduğu kimi arxa qapağında da \"water resist(wr)\" yazısını görmək mümkündür. Diqqət eləsəniz, bütün saatlarda yanında rəqəm ilə gördüyümüz (misalçün, 50m, 100m, 200m və s) dərinlik göstəricisinə bu(və bu tip) saat(lar)da yer verilməyib. Səbəbi isə sırf casio şirkətinin özüylə bağlıdır. 30m su keçirməzliyə sahib saatların əksəriyyətində(xüsusilə də, digital modellərdə) casio 30m yazmaq əvəzinə sadəcə bu sözdən istifadə edir*\nalın size bilgi, ne yaparsanız yapın\n. Saatların sukeçirməzlik göstəriciləri və necə istifadə edilməsi ilə bağlı ayrıca entri yazacağam deyə burada çox bir şey demək istəmirəm. Sadəcə bunu deyə bilərəm ki, 30m demək, bu saatla dənizə, hovuza girilməsinə dəlalət etmir, \"splashproof\" demək daha doğru olar: əl yumaq və yağışa qarşı davamlıdır.\n\nƏn sevdiyim özəlliyinə keçmədən öncə blasleti barədə onu deyim ki, bu saatda tək bəyənmədiyim xüsusiyyətidir. Çox sadə qolbaqdır və sözün düzü, saatın görünüşünü bir az \"öldürür\". Alternativ qolbaqlar, təbii ki, doludur, tapıb almaq olar, ancaq 30 dollarlıq saata niyə əlavə 10-20 manat verib qolbaq alasan ki?\nTəbii ki edənlər də az deyil. \n\n\n \n \n \nDüzdü, durub bu qiymətdə saatdan rolex'in o \"jubilee\" tip qolbağını gözləmək də doğru deyil, lakin ən azından, \"qardaş\" və ya alternativ modellər olan a159 və ya timex t80 kimi standartdan bir az fərqli və üzərində azca \"əl gəzdirilmiş\" bir brasletə sahib olsaydı, daha yaxşı olardı. Bu dediyim də, əlbəttə ki, şəxsi zövqümdür, bunun özünü də bəyənəcək biriləri mütləq ki vardır.\nQolbaqların müqayisəsi üçün: casio a168 və timex t80*\nbu model standart deyil. \"pacman edition\" adlanır, xüsusi buraxılışdır. Gələcəkdə almağı düşündüyüm, kolleksiyamda olmasını arzuladığım saatlar arasındadır\n \n\n\n \n \n\nHəə, indi gəldik deyil mənim, bu saatı digər bütün alternativlərindən (f-91'dən üzü bu yana hamısından) ayıran və seçilmə özəlliyinə: entrinin əvvəlində dediyim electro luminescence! \nQısaca \"bu nədi, qaqulya? Niyə 'illuminator' sözündən əlavə nəsə yazmağa ehtiyac duyublar?\" sualının cavabını verəsi olsam, \"electro luminescence\" saatın digital ekranının altında əlavə bir qatdır(ing.: layer). Hansı ki işıqlandırma düyməsini sıxdıqda bütün paneli işıqlandırır.\nŞəkildə aydın şəkildə görmək mümkündür. \n\n\n \n \n\nBu özəlliyin bu qədər qiymətli olmağının səbəbi gecə saatı aydın şəkildə və əziyyətsiz görməkdə çox böyük köməyinin olmasıdır. Nümunə olaraq, deyil casio'nun, bütün dünyanın ən məhşur və ən çox satan saat modeli oıan f-91'in işıqlandırmasına baxaq:\n\n\n \n \n\nGöründüyü kimi, ekranın kənarından zəif parlaqlıqda kiçik bir led lampa yanır, hansı ki gecə vaxtı bu və eyni modula sahib entridə adı çəkilən modellərdə saatı görməkçün əməlli zülm çəkmək lazımdır. Electro luminescence'in digər gözəl yanı isə \"cyan\" dediyimiz rəng tonunda olmasıdır ki, saata əlavə bir retroluq və vintajlıq qalır. Qeyd: şəkillərdə göy rəngdə düşsə də, realda daha yaşımtıl-mavi rəngdədir. \n\nTəbii ki, bunun da yaratdığı bir neçə mənfi şey var. İlki odur ki, saatın rəqəmlərinin kontrastını azaldır. Bu da rəqəmlərin tünd qara deyil də, bir azca boza meyilli bir tonda görünməyinə səbəb olur. Sözün düzü, bu, başqa bir saatla yan-yana qoyulmadığı halda anlaşıla biləcək bir şey deyil.\nİkinci mənfi yanı isə əlavə bir qat olduğundan saatın digər alternativlərindən bir qədər(1.2mm) qalın olmasına gətirib çıxarmasıdır. Sırf bu şey saatın incə biləkli qızların qolunda bir azca kobud görünməyinə gətirib çıxarır. Hə, indi \"1.2mm nə qədər fərq yarada bilər ki aq?\" deyənlər də ola bilər. Onları 28-dəki casio rəsmi satış məntəqəsinə getməyi, bu saat alternativlərini taxaraq öz biləklərində baxmağı məsləhət görürəm. -* \n\nBelə. bu saat (əslində, tək bu yox, istənilən saat) haqqında çox daha detallı, müqayisəli danışmaq olar, amma entrini lap xırdalıqlara girərək uzatmağın da bir mənası yoxdur. Sonlandırası olsam, Gedib mənşəyi bilinməyən \"paddelka\" saatlar alıb taxmaqdansa, buna pul verin. Bakıdakı qiyməti Cəmi-cümlətanı 79-ca manatdır. Ən azından qolunuza işi saat istehsal etmək olan şirkətin istehsalı, original, keyfiyyətli və uzunömürlü bir saat taxmış olarsınız. Üstəlik, alıcısı da çox olduğu üçün girdiyiniz ortamlarda ara-sıra başqasının qolunda görəndə də söhbət başlatmaq üçün qəşəng vasitədir. -*\nQısacası, alın, aldırın.\n\nQeyd: bu entri casio sponsorluğu əsasında yazılmışdır. -*" | |
}, | |
{ | |
"id": 401, | |
"title": " \n love is ", | |
"content": "içindəki karikaturalarıyla özəl qılınan türkiyə istehsalı saqqız. \n\nyeni zellandiyalı karikaturist kim grove casali 1970-ci ildə çəkdiyi ilk comics şöhrət qazanandan sonra salfet üzərində ağ-qara şəkillər çəkməyə başlayır. bu şəkillərdə kiçik cinsi özəlliklərə sahib*\ni mean əyinlərində paltar yoxdu, amma açıq-saçıq da deyil\n eyni boyda 1 qız, 1 oğlan yer alırdı. deyilənə görə, qarasaçlı oğlan karikaturistin gələcək həyat yoldaşı italiyalı Roberto Casaliyə göndərmə idi. \n\n1975-ci ildə kim britaniyalı rəssam Bill Asprey ilə tanış olur və ona bu şəkilləri daha özəl, rəngli formada “Mail on Sunday” adlı britaniya qəzetinə comics kimi çəkməyi təklif edir. bill razılaşır, ancaq bir müddət sonra həmin şəkilləri türkiyə qida şirkəti olan kent alır. \n\nbeləliklə \"love is...\" saqqızı ilk dəfə türkiyədə istehsal olunub, daha sonra avropaya yayılır. ilk başlarda iki rəng və iki dadda alıcılara təklif edilən saqqız \"iki meyvənin sevgisi\"ni*\n“the love of two fruits”\n simbolizə edirdi. hal-hazırda neçə kombinasiyada istehsal olunduğu isə mənbəyə görə 6, 8, 10 olaraq dəyişir..\n\n1997-ci ildə kim casali öldükdən sonra bill, kimin böyük oğlu stefano ilə əlaqələrini saxlayaraq hər gün \"hekayə\"lər yazmağa davam edir.\nrəvayətə görə o, bu şəkillərin saqqıza büküldüyünü uzun zaman sonradan bilibmiş. \n\nüzümü güldürən şəkillərdən:\nhttps:\/\/i.imgur.com\/JHsallU.jpg\nhttps:\/\/i.imgur.com\/nbd8kCi.jpg\nhttps:\/\/i.imgur.com\/34o66n8.jpg\nhttps:\/\/i.imgur.com\/hubWcJ8.jpg\n\nmənbə:\nlink1 \nlink2" | |
}, | |
{ | |
"id": 402, | |
"title": " \n le monde 20-ci əsrin ən yaxşı 100 kitabı ", | |
"content": "həzrəti əlidən hikmətli kəlamlar ve lotu hikmətin bioqrafiyasının da yer aldığı anket neticesi aşağıdadır.\n\n1. *l'etranger* - *albert camus* (1942)\n2. *in search of lost time* - *marcel proust* (1913–1927)\n3. dava *franz kafka* (1925)\n4. *le petit prince* - *antione de saint-exupery* (1943)\n5 insanlık durumu *andre malraux* (1933)\n6 gecenin sonuna yolculuk *louis-ferdinand celine* (1932)\n7. gazap üzümleri *john steinbeck* (1939)\n8. çanlar kimin için çalıyor *ernest hemingway* (1940)\n9. adsız ülke alain-fournier 1913\n10 günlerin köpüğü *boris vian* (1947)\n11 ikinci cins *simone de beauvoir* (1949)\n12. *waiting for godot* - *samuel beckett* (1952)\n13 varlık ve hiçlik *jean paul sartre* (1943)\n14 gülün adı *umberto eco* (1980)\n15 gulag takımadaları aleksandr soljenitsin 1973\n16 paroles (fransızca) jacques prévert 1946\n17 alkoller guillaume apollinaire 1913\n18 mavi lotus hergé 1936\n19 het achterhuis (felemenkçe) *anne frank* (1947)\n20 hüzünlü dönenceler claude lévi-strauss 1955\n21. *brave new world* - *aldous huxley* (1932)\n22. *1984* - *george orwell* (1949)\n23 galyalı asteriks rené goscinny ile albert uderzo 1959\n24 kel kantocu eugène ionesco 1952\n25 cinsellik üzerine *sigmund freud* (1905)\n26 zenon marguerite yourcenar 1968\n27. *lolita* - *vladimir nabokov* (1955)\n28. *ulysses* - *james joyce* (1922)\n29 tatar çölü dino buzzati 1940\n30 kalpazanlar andré gide 1925\n31 der husar auf dem dach (almanca)\nle hussard sur le toit (fransızca) jean giono 1951\n32 die schöne des herrn (almanca)\nbelle du seigneur (fransızca) albert cohen 1968\n33 yüzyıllık yalnızlık gabriel garcía márquez 1967\n34 ses ve öfke william faulkner 1929\n35 thérèse desqueyroux françois mauriac 1927\n36 zazie metroda raymond queneau 1959\n37 duygu karmaşası stefan zweig 1927\n38 rüzgâr gibi geçti margaret mitchell 1936\n39 lady chatterley'in sevgilisi d. h. lawrence 1928\n40 büyülü dağ thomas mann 1924\n41 günaydın hüzün françoise sagan 1954\n42 le silence de la mer (fransızca) vercors 1942\n43 yaşam kulanma kılavuzu georges perec 1978\n44 baskervillerin köpeği arthur conan doyle 1901–1902\n45 die sonne satans (almanca) georges bernanos 1926\n46 muhteşem gatsby f. scott fitzgerald 1925\n47 şaka milan kundera 1967\n48 il disprezzo (italyanca) alberto moravia 1954\n49 roger ackroyd cinayeti agatha christie 1926\n50 nadja andré breton 1928\n51 günaydın hüzün louis aragon 1944\n52 le soulier de satin (fransızca) paul claudel 1929\n53 altı kişi yazarını arıyor luigi pirandello 1921\n54 arturo ui'nin önlenebilir tırmanışı bertolt brecht 1959\n55 cuma ya da pasifik arafı michel tournier 1967\n56 dünyaların savaşı h. g. wells 1898\n57 ist das ein mensch? (almanca)\nse questo è un uomo (italyanca) primo levi 1947\n58 yüzüklerin efendisi j.r.r. tolkien 1954–1955\n59 les vrilles de la vigne (fransızca) sidonie gabrielle colette 1908\n60 hauptstadt der schmerzen (almanca) paul éluard 1926\n61 martin eden jack london 1909\n62 bir tuz denizi şarkısı hugo pratt 1967\n63 yazının sıfır derecesi roland barthes 1953\n64 katharina blum'un çiğnenen onuru heinrich böll 1974\n65 sirte kıyısı julien gracq 1951\n66 kelimeler ve şeyler michel foucault 1966\n67 yolda jack kerouac 1957\n68 nils holgersson'un yabankazlarıyla maceraları selma lagerlöf 1906–1907\n69 kendine ait bir oda virginia woolf 1929\n70 the martian chronicles (ingilizce) ray bradbury 1950\n71 die verzückung der lol v. stein (almanca)\nle ravissement de lol v. stein (fransızca) marguerite duras 1964\n72 tutanak jean-marie gustave le clézio 1963\n73 tropismes (fransızca) nathalie sarraute 1939\n74 journal 1887-1910 (fransızca) jules renard 1925\n75 lord jim joseph conrad 1900\n76 yazılar jacques lacan 1966\n77 tiyatro ve ikiz antonin artaud 1938\n78 manhattan transfer john dos passos 1925\n79 ficciones hayaller ve hikayeler jorge luis borges 1944\n80 moravagine (fransızca) blaise cendrars 1926\n81 ölü ordunun generali ismail kadare 1963\n82 sophies entscheidung (almanca)\nsophie's choice (ingilizce) william styron 1979\n83 çingene romansları federico garcía lorca 1928\n84 pietr-le-letton (fransızca) georges simenon 1931\n85 çiçeklerin meryem anası jean genet 1944\n86 niteliksiz adam robert musil 1930–1932\n87 fureur et mystère (fransızca) rené char 1948\n88 gönülçelen\nçavdar tarlasında çocuklar j. d. salinger 1951\n89 no orchids for miss blandish (ingilizce) james hadley chase 1939\n90 blake ve mortimer edgar p. jacobs 1950\n91 malte laurids brigge'nin notları rainer maria rilke 1910\n92 değişme michel butor 1957\n93 totaliterizmin kökenleri hannah arendt 1951\n94 usta ile margarita mihail afanasyeviç bulgakov 1967\n95 triloji: seksus, pleksus, neksus henry miller 1949–1960\n96 büyük uyku raymond chandler 1939\n97 amers (fransızca) saint-john perse 1957\n98 şapşal gazi andré franquin 1957\n99 yanardağın altında malcolm lowry 1947\n100 geceyarısı çocukları salman rüşdi (salman rushdie) 1981" | |
}, | |
{ | |
"id": 403, | |
"title": " \n fahrenheit 451 ", | |
"content": "ray bradbury-nin 1953-cü ildə yazdığı məşhur əsəri. əsər gələcəkdəki amerikan cəmiyyətini təsvir. bu elə bir cəmiyyətdir ki, orda kitab oxumaq və ya saxlamaq illegaldır və \"yanğınsöndürənlər\" harda kitab tapsalar yandırırlar. qeyd edim ki, ingilis dilində fireman sözü işlənir, bizdə yanğınsöndürən-dir adı. əsərdə fireman söndürmək əvəzinə yandırmaqla məşğul olduqlarına görə azərbaycan dilindəki yanğınsöndürən sözü uyğun gəlmir. əsərin adı isə kağızın yanma temperaturudur. 451 farengeyt dərəcədə kağız öz-özünə alışır. autoignition temperature deyilir buna. \n\nəsərin əsas qəhrəmanı guy montag fireman-dir və işi kitabları yandırmaqdır. lakin baş vermiş bir hadisə nəticəsində bəzi şübhələrə qapılır, sonra əlinə bir kitab keçir, onu oxuyur və görür kitablar əslində insanlar üçün çox faydalı ola bilər. amma qanunlar onları oxumağa icazə vermir. və əsər montag-ın buna etirazı ilə davam edir. \n\nəsər 1953-cü ilə nəzərən gələcəkdən bəhs edir və öz dövrünün çox irəlisində bir əsərdir. kitabda bizim indiki dövrün vəziyyəti müəyyən mənada göstərilmişdir. təsadüfi deyildir ki, 1993-cü ildə bradbury 40 il əvvəl yazdığı əsərinə əlavə etdiyi ön sözdə bir vaxtlar kitabında gələcəkdə olacaqlardan qorxaraq yazdıqlarının artıq reallığa çevrildiyini görərək bu cümlələri işlətmişdir: \"əgər dünya kitab oxumayanlarla, öyrənməyənlərlə, biliksizlərlə dolmağa başlasa, kitabları yandırmaq məcburiyyətində qalmazsınız deyilmi?\"\nəsərdə kitab oxumağın qadağan olunmasının səbəbi insanları düşünməməyə məcbur etmək, özlərini ignorance is bliss düşüncəsi ilə rahat və xoşbəxt hiss etməyə məcbur etmək, beləliklə rahat şəkildə idarə etməyə nail olmaqdır. hətta əsərin bir yerində belə bir cümlə var: \"Qız? O, bir saatlı bomba kimidir. Məktəb qeydlərindən öyrəndiyim qədərilə ailəsi onun şüuraltını bəsləyirdi. O, bir şeyin necə əmələ gəldiyini deyil, niyə əmələ gəldiyini öyrənmək istəyirdi. Bu problem yarada bilər.\" ona görə də kitabları insanların əlindən zorla almağa çalışırlar. bradbury də 1993-cü ildə etdiyi əlavəsində deyir ki, heç zora ehtiyac yoxdu ki, camaat onsuz da oxumur da. kitabları yandırmağa ehtiyac yoxdu, onsuz da onlara heç kim fikir vermir. \n\n1953-cü ildə isə kitabında bradbury insanların beynini yumaq üçün baxın nələr yazır: \"onlar üçün yarışmalar təşkil et, orda ən populyar mahnıların sözlərini, dövlətlərin paytaxtlarını, ya da keçən il iowa-da nə qədər qarğıdalı yetişdirildiyini taparaq qalib gəlsinlər. onları əzbər biliklərlə doldur, elə zibil kimi faktlarla basdır ki, özlərini bildikləri ilə çox \"ağıllı\" hiss etsinlər. sonra onlar elə biləcəklər ki, onlar düşünə bilirlər, hərəkətsiz dayanıb hərəkət etdiklərini sanacaqlar və xoşbəxt olacaqlar, çünki belə faktlar dəyişməz.\" bu sözləri montag-a onun bossu kapitan beatty gördükləri işin vacibliyini və səbəbini izah edərkən deyir. bradbury 1953-cü ildə başverənləri müşahidə edərək gələcəkdə cəmiyyəti belə bir problemin gözlədiyini görmüş və bu əsəri yaratmışdır. 1993-cü ildə əsərə əlavə elədiyi ön sözdə isə özü özünə düşündüklərinin artıq reallıq olduğunu deyir." | |
}, | |
{ | |
"id": 404, | |
"title": " \n what's eating gilbert grape ", | |
"content": "1993-cü ildə çəkilmiş və baş rollarda johnny depp və leonardo dicaprio oynayan, imdb xalı 7.8 olan film. drama janrında olan bu filmdə 18 il əvvəl ataları intihar etdiyindən və anaları isə həddindən artıq kök olduğu üçün çox hərəkət edə bilmədiyindən autism xəstəsi qardaşına və bacılarına baxmaq vəzifəsi üzərində olan gilbert grape-in həyatındakı çətinliklərdən və becky adındakı qıza aşiq olduqdan sonra isə hər şeyin daha da çətinləşdiyindən söhbət gedir. peter hedgesin 1991-ci ildə yazdığı eyniadlı novella əsasında lasse hallström tərəfindən çəkilən film bir nominasiya*\nən yaxşı yardımçı aktyor nominasiyası üzrə leonardo dicaprio\n üzrə oscara namizəd göstərilsə də qalib gələ bilməmişdir. filmdə leonardo dicaprionun aktyorluğunu həqiqətən də vurğulamaq lazımdır." | |
}, | |
{ | |
"id": 405, | |
"title": " \n stimulant ", | |
"content": "psixoaktiv dərmanlarların bir sinifi.\nhəm mental həm fizioloji funksionallığı artıran maddələrə deyilir. bədənin və beyni ayıldıcı, qızışdıran, oyadan, fəaliyyəti artıran, əhvalını yuxarı qaldıran maddələr sinifidir. əhvalı aşağı salan psixoaktiv dərmanlara isə depressantlar deyilir.\nməhşur psixoaktiv stumulant maddələr:\n(bax: kafein)\n(bax: nikotin)\n(bax: amfetamin)\n(bax: kokain)\n\nstimulant maddələr mərkəzi sinir sisteminə təsir göstərərək ümumilikdə fərqli dərəcədə bənzər təsirləri göstərsələr də hərəsinin öz xüsusi təsir forması vardır. və hərəsi ayrı başlıq altında incələnməlidir." | |
}, | |
{ | |
"id": 406, | |
"title": " \n piqmalion effekti ", | |
"content": "Uğurlarınız çevrənizdəki insanların sizinlə bağlı necə düşündüyünə görə dəyişə bilər. \nƏfsanəyə görə, kipr şahzadəsi pygmalion ideal bir qadın heykəli düzəldir və bu heykəl o qədər gözəl olur ki, pygmalion ona aşiq olur, ona bir insan kimi davranmağa başlayır və tanrılara onu gerçəyə çevirməsi üçün yalvarır. Pygmalion, tanrıların vasitəsi ilə arzusuna qovuşur və heykəl insana çevrilir. \nBuna görədir ki, insanlar bir işin həqiqətən yolunda getməsini istədiyi üçün heç kimə o iş haqqında danışmır." | |
}, | |
{ | |
"id": 407, | |
"title": " \n polyester ", | |
"content": "Polyester plastiklə bağlı ilk araşdırma 1926-cı ildə başladı. DuPont kimya şirkəti sintetik liflər yaratmaq imkanına görə kütləvi molekulların tədqiqinə başladı. Bir neçə britaniyalı alim Karuzerin işi üzərində qurulmuş və İkinci Dünya Müharibəsinin qızğın çağında ilk polyester parça yaratdı. Bu inqilabi parça əvvəlcə Terylene adlandırıldı.\nDuPont 1946-cı ildə terylene hüquqlarını satın aldı. Həmin ilin sonunda DuPont Dacron adlı başqa bir polyester lif növü hazırladı. Dacron icad edilən son polyester lif olmadı. 1958-ci ildə Eastman Chemical Kodel adlı başqa bir polyester parça hazırladı.\n\nTerylene, Dacron və Kodel hamısı polyester parçalar kimi istinad edilirdi. Polyester paltarınız çox güman ki, bu üç materialdan bir və ya daha çoxundan hazırlanır.\nDu Pont daha sonra terilenin adını dəyişərək polyesterə çevirdi və onu ABŞ-a təqdim etdi. Polyester parça möhkəm,dağılmaz olduğu üçün tez bir zamanda məşhurlaşdı. Polyester parçaya qulluq etmək asan və qırışa davamlı idi. Polyester tez bir zamanda bir çox geyim istehsalçısı üçün seçilən parça halına gəldi.\nPolyester parça 1950-1960-cı illərdə dəbdə idi.Şirkətlər köynəklər, paltarlar və kostyumlar istehsal etmək üçün polyesterdən istifadə etməyə başladılar, həmçinin geyim tekstilindən başqa şirkətlər isə pərdələr, yataq dəstləri və polyester xalçalar istehsal etməyə başladılar.\n\nPolyester 1970-1980-ci illərdə trend deyildi, çünki keyfiyyətsiz və zövqsüz geyimlərlə əlaqələndirilirdi. Polyester qırışa davamlı xüsusiyyətlərinə görə 1990-cı illərdə yenidən məşhurlaşdı.\nÇoxları bilmir ki, müasir polyester 1940-cı illərdə ixtira olunduqdan sonra çox dəyişməyib.Dəyişikliyin olmaması bir çox insanı çaşdırır, çünki 60-70-ci illərin geyimləri müasir polyester qarışıqlarından fərqlidir.\nBu dəyişiklik polyester parçanın toxunma üsulu ilə bağlıdır. Köhnə paltarlar çox vaxt ikiqat trikotajdan tikilirdi və buna görə də material daha vacib idi.\nİstehlakçıların üstünlükləri və tələbləri inkişaf etdikcə şirkətlər daha kiçik liflərdən və unikal toxuculuq texnologiyasından istifadə etməyə başladılar. Bundan əlavə, şirkətlər müasir polyesteri rahat, dəbli və davamlı edən yeni texnologiyalar hazırladılar.\nPolyester bu gün dünyada istifadə olunan tekstil liflərinin 70%-ni təşkil edir. Aşağı qiymətini nəzərə alaraq, Fast Fashion markaları arasında çox populyardır .\nPolyesterin xüsusiyyətləri:\n1. Çox davamlıdır\nPolyester bir çox kimyəvi mayelərə, sürtünməyə, əzilməyə və s. müqavimət göstərən güclü bir parçadır.\n2. Qırışmır\nElastikliyi sayəsində polyester qırışmayan parçadır.\n3. tərlətmir və tez quruyur.\ndemək olar ki, heç bir nəm çəkməyən bir lifdir, buna görə də idman geyimləri üçün çox əladır, çünki təri saxlamır və çox tez quruyur. Buna görə də qaçış geyimlərinin 90%-i polyesterdən hazırlanır.\nPolyesterin təhlükələri: \nNeftdən hazırlanmış hər hansı sintetik lif ( akril poliamid və elastan ) kimi, polyester də planet və insanlar üçün təhlükə yaradır.\nHər il poliesterin istehsalı üçün 70 milyon barel neft istifadə edilməlidir.\nİstehsal zamanı polyester əhəmiyyətli dərəcədə su və enerji istehlakı tələb edir və həmçinin zəhərli buxarlar əmələ gətirir.\nBundan əlavə, bu lif gözəgörünməz çirklənmənin səbəbidir, çünki hər dəfə polyester paltar yuyulan zaman plastik mikrohissəciklər çirkab sulara buraxılır. Bu mikrohissəciklər çirkab su təmizləyici qurğular tərəfindən süzülmək üçün çox incədir və buna görə də sonradan sualtı faunanı məhv edir." | |
}, | |
{ | |
"id": 408, | |
"title": " \n faust ", | |
"content": "türkcədən çevirdiyim din üzərinə dialoq.\nmargarete:\nsöz ver mənə heinrich!\nfaust:\nəlimdən gəldiyi qədər!\nmargarete:\ncavab ver mənə, din ilə necədir aran?\nçox yaxşı insansan sən,\namma məncə aran yoxdur heç dinlə.\nfaust:\nqırağa qoy bunu gözəlim! bilirsən ki, səni sevirəm,\nsevdiyim insanlara canımı və qanımı qurban edərəm,\nqoparmaq istəmərəm heçkimi inancından, kilsəsindən.\nmargarete:\ndüzgün deyil amma bu, inanmaq lazımdır!\nfaust:\nnecə yəni lazımdır?\nmargarete:\neh, azca təsirim olsaydı üstündə!\nhörmət eləmirsən heç xeyir-duaya belə!\nfaust:\neşidirəm.\nmargarete:\namma istəmsizcə!\nçoxdandır getmirsən günah çıxarmağa və ayinə.\ninanırsan məgər tanrıya?\nfaust:\nəzizim, kim deyə bilər ki,\ninanır o tanrıya!\nsoruş istəyirsən keşiş və ərmişlərdən!\nonların etdikləri ancaq zarafatlaşmaq olar cavab axtaranlarla!\nmargarete:\ninanmırsan onda, elədir?\nfaust:\nməni səhv başa düşmə, gözəl üzlü mələyim!\nkim çəkə bilər adını\nvə kim qışqıra bilər:\ninanıram mən ona!\nhansı inanan insan cəsarət edər deməyə: inanmıram heç ona!\nbütün kainatı və varlığını əhatə edən,\nqoruya bilmirmi səni, məni, özünü?\nqübbələşmirmi göyün üzü yuxarıda?\ndayanmırmı sapsağlam yer altımızda?\nvə görsənmirmi sevgiylə baxan ucsuz-bucaqsız ulduzlar?\nbaxmırammı gözlərinin içinə,\nyerləşmirmi sonsuz varlıq beyninə və ürəyinə, sonsuz sirlər içində, yanında deyilmi görülə bilməyən və görülən?\ndoldur bunlarla ürəyini, bütün müqəddəsliyi və qüsursuz xoşbəxtliyi dad bu duyğularla, \nnə deyirsən de buna:\nxoşbəxtlik de! könül! eşq! tanrı!\nmən bir ad tapa bilmirəm! duyğudur hərşey:\nad isə boş bir səs-küy və tüstü,\ngöy qübbəsini dumanla əhatə edən.\nmargarete: \ndediklərinin hamısı yaxşıdır amma;\nbuna oxşar danışır keşiş də,\nancaq biraz fərqli sözlərlə.\nfaust:\nbelə danışılır hər yerdə,\nsəma işığının altında, bütün varlığıyla hamı öz dilində:\nniyə istifadə edə bilməyim axı mən öz dilimi?\nmargarete:\nbelə eşidəndə başa düşürəm elə bil,\nyenə də qəribəlik var bu işin içində;\nxristiyanlıqdan zərrə iz yoxdur səndə.\nfaust:\ngüzəl mələyim!" | |
}, | |
{ | |
"id": 409, | |
"title": " \n ad hominem ", | |
"content": "Müzakirə zamanı fikirləri qırağa qoyub, şəxsə hücum etmək, müzakirəni şəxsi etmək. Söz özü də latıncadan tərcümədə \"şəxsə qarşı\" deməkdir. Azərbaycanda tez-tez rastlaşacağınız bir haldı. Ediləsi ən düzgün qərar bunun artıq factual bir arqument yox personal olduğunu anlamaqdır. Bu halda isə nə sizə nə də qarşınızdaki insana bir xeyir verməyəcək. \nAd hominem istifadəsinə misal:\n-Siyasi islamcılıq konstitusiyaya hörmət edən hər bir şəxs tərəfindən rəğbətlə qarşılanmamalıdır. Çünki sekulyar ölkədə yaşıyırıq\n-sən 9dan məktəbdən siktirmisən, savadsızsan konstitusiya nədir hardan bilirsən\nDurub özüvü yoxe ayqa men konstitusiya bilmirem bilsem de bunun dediyimlə nə əlaqəsi var desən uje söhbəti budaqlandırıb sənin ali təhsilsiz olmağını müzakirə edəcəksiniz.\nAd hominem istifadəsinin əsas 4-növü var.\n\nTu quoue\nArqument vaxtı sən də həmçinin belə eliyirsən deyib öz davranışına xələl gətirmək cəfəngiyyatı\n\nCircumstantial\nQabağındakı insanın vəziyyətini bildirib düşüncəsini hədəf almaq. Halbuki onun varlı olmağı, qara olmağı düşüncəsini təsir etsə də, arqumenti şəxsiləşdirir və fikrə yox şəxsə hücum edir.\n\nGuilt by association\nBu ən gülməlisidir. Sənin fikrini kimsə müdafiə elədiyi üçün lağ eləmək. Misal müzakirə vaxtı, \"hitler də filan şeyə inanırdı\" demək. Yəni mən deyən ilə hitler razılaşır deyə mənim fikir qəbul olunmazmı olur?\nHitler həmçinin 2 2=4 dü deyir, eyfel qülləsi parisdədir deyir.\n\nAbusive\nBunun məqsədi isə tamami ilə qarşındakını qıcıqlandırmaqdır. İlk verdiyim misal bu növ ad hominemə uyğundur." | |
} | |
] | |
--- CHUNK 9 END --- | |
--- CHUNK 10 START --- | |
[ | |
{ | |
"id": 410, | |
"title": " \n brüssel effekti ", | |
"content": "Avropa parlamentinin verdiyi qərarların öz hüdudlarından kənara çıxması halı. Məsələn avropa parlamenti 2022-ci ildə elektronika cihazları üçün usb-c kabelinin universal şarj kabel olması haqqında qərar qəbul etmişdi. İstehsalçılar bu qərarı sadəcə avropa bazarına çıxacaq mallara tətbiq edib, dünyanın geri qalanında başqa kabellə işləyən cihazlar sata bilərdilər. Lakin iki fərqli kabellə işləyən cihaz istehsal edib, iki bazarın tələbini ödəmək çox baha başa gələcəyi üçün başda apple olmaqla şirkətlər usb-c kabelinə keçid elədilər. Yəni avropada verilən qərar bütün dünya bazarına təsir göstərdi." | |
}, | |
{ | |
"id": 411, | |
"title": " \n hbo ", | |
"content": "Keyfiyyətli serialların məkanı.\nİlk olaraq televizyada müntəzəm olaraq film verməklə özünə abunə yığan kanal, indilərdə serialları və televiziya verilişləri ilə tanınır. Adının açılışı olan home box office də elə burdan gəlir. \"Evdə sinema\" (ev rahatlığında sinema və ya) tərzi bir marketinq ilə entartainment dünyasına giriş etmişdir. Amerikada hələ də işlək olan ən köhnə kabelli kanaldır.\nTarixi və s. bir qırağa qoyduqda əsas çatdırmaq istədiyim tema serialların keyfiyyətidir. Hələ pis bir seriallarına tuş gəlməmişəm, istər sinematik cəhətdən istər senari cəhətdən çox zəngindir serialları. Normal da seriallar tutdu 1ci sezon, 2cini də doğun tərzi irəliləyir. Hbo'da belə olmadığı çox açıqdı. \nHbo'nun köhnə seriallarına əksəriyyətinə \n(bax: The sopranos) \n (bax: The wire) \n hələ də baxmaq fürsəti tapmasam da təzə işləri barədə recommendation edəcəm. \n\nFantastik medieval tərzi mövzulara marağı olanlar üçün Game of thrones \nSon sezonları bir az başdan sovdu olsa da. Təkcə final sezonu olan 8 i demirəm, ümumi olaraq 4 dən sonra düşüş var idi senarinin keyfiyyətində.( But still shines at some parts) Ümumi olaraq baxmağa dəyər. Productionın keyfiyyətinə söz ola bilməz. Senari və xarakterlər də serialı maraqlı edir.\n\nDetektiv sevənlər üçün true detective. Bu antologiyadır (hər sezon başqa hekayə). İlk sezon xususilə möhtəşəm idi. Rust xarakteri düşünürəm ki, ən yaxşı yazılmış serial xarakteridir. \nDigər sezonlar da yaxşı olsa da 1-ci sezona yaxın deyil. 4-cü sezonu da bu yaxınlarda çıxıb. \n\nPolitik drama, dark comedy kimi janrları sevənlərə succession ağır tövsiyyə olunur. Çox realistikdi, bu keyfiyyətdə senari tez-tez gəlmir. Emmylərdə də bütün mükafatları silip süpürür neçə ildi. Serial realistikdi olmağıma amma güldürəndə də pis güldürür, dick pic səhnəsində güldüyüm qədər çox az gülmüşlüyüm var seriala. baxanda bəlkə bir neçə the office səhnəsi o qədər. \n\nSitcom, komediya tərzi sevənlərə curb your enthusiasm məsləhətlidir. Seinfeldin yaradıcılarından olan Larry Davidin trajikomik, satirik həyatını mövzu edir. Arada yorulanda baxıram buna, çox az saylı baxmağa dəyər situational comedy'lərdəndir. (bax: sitcom) \n \n\nComing of age(yaşa gəlmə) janrını sevənlərə euphorianı məsləhət görərdim. Sevirəm bu janrı, yeniyetmə və gənclərin həyatdakı mövqelərini, baxış bucaqlarını formalaşdırdığı, yeni şeylər kəşf elədiyini görmək xoşdur mənim üçün. Euphoria tam olaraq mən deyən tip bir coming of age deyil.(yaşa gəlim, dildə başqa normal tərcüməsi yoxdur yəqin) lakin çəkilişi və senarisi pis deyil, hbo səviyyəsi.\n\n\n\nFərqli tipdə, kriminal mafyatik seriala baxmaq istəyənlərə, tokyo vice'ı məsləhət görərdim. Real hadisələrə əsaslanıb. Hekayə jurnalist olan jake adelsteinin yazdığı kitabdan əsaslanıb və baş rolda özüdür. Yakuza temaları, polis jurnalist yakuza temaları mənə çox maraqlı gəlmişdi. İkinci sezonu da fevralda çıxmalıdır.\n\n\n\nElmi fantastika xoşluyanlara years and years'ı məsləhət görərdim. Əslində elə fantastika yoxdu, kim niyə bu janrı belə tərcümə edib jsjsj, biraz black mirror tərzi dark future, apokaliptik tərzdədi. AI və transhumanizm kimi mövzular, gələcəkdəki politologiyaya və s. yer verilib\n\n\n\nSon olaraq, az çox bütün janrları içində birləşdirən Barry. Güldürür arada kədərləndirir arada aksiyondan hype alırsınız bəzən kriminal hadisələrin içində olursunuz. Baş rol və senarist Bill haderdir. Buna da nəzər yetirməyə dəyər" | |
}, | |
{ | |
"id": 412, | |
"title": " \n powerlifting ", | |
"content": "squat, bench press, deadlift hərəkətlərin maksimum ağırlıqları qaldırmağa fokuslanan idman növü. ekipajlı, ekipajsız. test olunan federasiyalarda və untested federasiyalarda yarışları keçirilir.\nəsas məqsəd idmançının üç hərəkətdə əldə etdiyi nəticəsinin totalının ən yüksək olmasıdır. izlənməsi dəhşətli maraqlıdır. əsas da son hərəkətin deadlift olmasına görə normal sıralamada bəzən 6-7 ci olan adamların gəlib birdən birinci olması ilə bitir. Bəzən isə squatda artıq kimsə o qədər yüksək qaldırırki rəqibləri nə etsə də onu keçə bilmir.\nsquat yəni oturub qalxma hərəkətində həm geniş həm dar duruşa icazə verilir. həmçinin idmançılar istəsə high-bar və ya low-bar da edə bilər. Əksərən low-bar olur.\nbench press yəni sinədən sıxaraq itələmə hərəkətində əvvəllər idmançılar kürək və spinal əzələyə çox böyük qövs verərək sonradan federasiyalar bununla edilən hərəkət aralığı qısaldığı üçün buna qadağa qoydu və bench hərəkətini icra edən zaman bütün hərəkət boyunca idmançının tası mütləq benchə toxunmalıdır.\ndeadlift yəni yerdən ağırlığı dartma hərəkətində iki duruşun ikisinə də icazə verilir ya idmançılar ayaqlarını çox geniş açaraq sumo deadlift ya da yaxın qoyaraq conventional deadlift edirlər. müəyyən kilo kateqoriyalarına sumo deadliftdə ağırlıqlar daha yüksək olsa ən yüksək open kateqoriyada idmançıların əksəri conventional deadlift dartır." | |
}, | |
{ | |
"id": 413, | |
"title": " \n kökəlmək istəyənlərə tövsiyələr ", | |
"content": "arıqlama yolları başlığında da gördüyüm ümumi səhvləri düzəltdikdən sonra təbii ki, kökəlmək və ya təmiz kütlə qazanmaq istəyənlər üçün də məsləhətləri də bölüşməliyəm.\nburda da arıqlamaqda olduğu kimi məsələ yenə bədənimizə girib çıxıb enerji balansı ilə əlaqədardır yəni kalori boşluğu yerinə kalori əlavəsi ( caloric surplas) edilməlidir.\nYenə öz bədənimdə apardığım təcrübələri bölüşəcəm amma bundan öncə yenə bir iki şeyi dəqiqləşdirməliyik təmiz əzələ kütləsi qazanaraq böyümək və yağlanaraq kökəlmək eyni şeylər deyil. ikinci variantda ağzınıza gələn miqdarda hər şeydən çoxlu basırsınız və vola kökəldiniz amma yağ kütləsi olaraq daha çox.\nməqsəd birinci olmalıdır maksimum təmiz kütlə qoyarkən minimum yağlanmaq. yağlanma qaçınılmazdır çünki siz kalori əlavəsinə girdikdə qısaca bulking etdikdə bir nə qədər əzələ qazansanız da , yağlar da depolanmalı olur.\nindi isə keçək neçə cür bulking edə bilərik: dirty bulking və clean bulking .\nDirty yəni kirli bulk etdikdə nə istəsəz yeyirsiniz sadəcə yüksək proteinli qidalara üstünlük verirsiniz amma baxmırsınız çox da nə yediyinizə mcdonalds da olar kfc də olar yağlı düyü də olar. onsuz belə qidalandıqda kalorilər uçacağı üçün avtomatik inkişaf edəcəksiniz amma pis tərəfi budur ki, əlavə yağlanacaqsınız, varsa insulin rezistentliyiniz pisləşəcək və s. sağlamlıq problemləri də ola bilər və arıqlama dönəmində bu yağları atmaq da çətin olacaq.\nindi isə keçək olması gərəkən clean bulking yəni təmiz metoda.\nburda yenə öz bədənimdən hesablayıb deyəcəm təxmini fikir sahibi olarsınız. arıqlama dönəmim bitəndə kalorilərim hardasa 2250 kaloriyə düşmüşdü. Bulkda özümə maksimum təmiz olması və əlavə yağlanmağa aparmasın deyə 450 kalori əlavə etdim və bu da günlük 2700 kalori elədi.\nRahatlıq cəhətdən mən yüksək yağ yeməyi seçdim çünki yüksək kqrbohidrat etməyə çalışanda partlayıb çox dolurdum və yeyə bilmirdim.\ngünlük 100 gram yağ ilə 900 kalori doldurdum. 200 gram zülal hansı ki, 800 kalori də bu edir qalır yerdə 1000 kalori bunu da dördə bölüb 250 gram karbohidrat əldə elədim.\nBu rejimə hər gün tam əməl etdiyimi deyəmmərəm bəzi günlər zülalı aşağı salıb karb artırdığım oldu bəzi günləri yağı salıb zülal amma ortalama olaraq kaloriləri eyni saxlamağa cəhd elədim. İki ay bu təmiz rejimlə getdim və çox təmiz kütlə əldə elədim ta ki bir gün prosta dirty bulk eləməyə keçdim və iki ay da belə takıldım yenə kütlə əldə elədim amma yağlanma çoxaldı amma indi yenə təmiz bulking edirəm və özüm də görürəm ki, təmiz etmək daha yaxşıdı.\nbir də bu dönəmdə çox güclənəcəksiniz ağırlıqlarınız artacaq, təkrarlar artacaq durmadan basacaqsınız. yazdıqlarım idmana həftədə minimum 3 dəfə gedən adam üçündür bu arada idmana getmədən bulk etmək sadəcə sizi yağlandıracaq." | |
}, | |
{ | |
"id": 414, | |
"title": " \n azərbaycan dilinə ermənicədən keçən sözlər ", | |
"content": "#220773\nçor - cinə oxşayan türk-monqol mifoloji varlığı, slavyan dillərindəki \"Чёрт\"a oxşayır.\n hənək - farsca \"xən-dən\" (gül-mək) > türk dili olan özbəkcə də \"hunuk\" (zarafat) şəklindədir\n kom - proto-türkcədə *kop-\/*kob (çox). b~m*\nben-men, burun~murun və s.\n səsdəyişimi türk dilləri üçün xarakterikdir.\n örnək - bu sözlə qazaxcada өрнек (örnek), özbəkcədə o'rnak, uyğurcada ئۆرنەك (örnek), Tatar və başqırdcada isə үрнәк (ürnäk) şəklində qarşılaşırıq. sözün kökü mübahisəlidir. lazar budaqov kökünün ermənicə eynimənalı \"orinak\" sözünün olduğunu deyir. ancaq türk dillərinin ən sanballı etimolojik lüğətini yazan ervand sevortyan və geoffrey lewis bununla razılaşmır. sözün proto-türkcə *ör*\nhörmək\n və ya metateza*\nsöz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişmə hadisəsi. köprü-körpü, kiprik-kirpik və s.\n yolu ilə *ög, *ögre*\nöyrənmək\n köklərindən yarandığı düşünülür. yəni, ermənicədəki orinak sözünün türkcə ilə əlaqəsi yoxdur. \n*\nilk entry-ni cavablamağımla qaydaları pozduğumu bilirəm" | |
}, | |
{ | |
"id": 415, | |
"title": " \n nicolas poussin ", | |
"content": "1594-1665-cı illər arası yaşamış fransız boyakarı , 17-ci əsr incəsənətində klassisizmin ən görkəmli nümayəndəsi. anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-cı ildən parisdə , 1623-cü ilin sonundan venesiyada , 1624-cu ilin yazından isə romada yaşamışdır. pussenin klassisizm prinsipləri 1630-cu illərin ikinci yarısında aid əsərlərində aydın ifadə olunmuşdur. həmin əsərlərdən olan sabina qadınlarının oğurlanması :\n\n\n \n \n\n1640-1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işlədikdən sonra romaya qayıtmışdır. bura qayıtdıqdan sonra çəkdiyi rəsmlərdə əxlaqi-fəlsəfə pafosu daha da güclənmişdir. həmin rəsmlərdən olan qayadan su çıxaran musa:\n\n\n \n \n\net in arcadia ego :\n\n\n \n \n\nmənzərə rəsmlərindən. polifem ilə mənzərə :\n\n\n \n \n\navto portreti" | |
}, | |
{ | |
"id": 416, | |
"title": " \n yəmən ", | |
"content": "hazırda üzərində böyük proxy müharibə gedən ölkə. bir müddət əvvəl iran dəstəkli şiələr iqtidara gəlmişdi. ondan sonra körfəz monarxiyaları və müttəfiqləri gözləmə mövqeyinə çəkildi.daha doğrusu kəşfiyyat gücləri ilə sünni prezident salihi qaytarmağa çalışdılar. amma alınmadı.\niordaniya kralı-ilin yarısını abş generalları ilə las-vegasda qumar oynamaqla keçirən abdullahın*\natmıram bir çox middle east reportunda gedir bu məlumat\n 10 il əvvəl açıqlaması var idi abş və onun yaxın şəqrdəki müttəfiqlərinə xəbərdarlıq mahiyyətli-şiə \"təhlükəsi\" deyə ingiliscədə shiite crescent gedir yanlış xatırlamıramsa. iranın bəhreyndən tutmuş suriyaya livana qədər bir çox yaxın şərq ölkəsinə potensial təsiri və ekspansiyasından bəhs edən. təbii iordaniya, bəə, bəhreyn, səudiyyə ərəbistanı, abş, israil bu dövlətlərin hamısını birləşdirir bu risk. məsələn səudiyyə ərəbistanı və israilin heç bir diplomatik əlaqəsi yoxdur ancaq irana qarşı səuidiyyə baza verməyə hazır idi israilə. sünni dövlətlərin irana düşmənçiliyinin əsas səbəbi neft və qaz siyasətləridir. çünki iran dövləti mövcud olduğu müddətdə avrasiya bazarına çinə, hindistana və s. neft eksport edir və ən saz müştəri consumer də elə bu iki ölkədi hazırda. ona görə körfəz monarxiyaları abş hərbi elitasına irana müharibə başlatmaları üçün eynilə israil kimi təzyiq edir. səudiyyə ərəbistanı hazırda hərbi əməliyyat aparır şiə qruplarına qarşı yəməndə və abş-dakı səfirləi də terrorçuların demokratik yolla seçilmiş salehi devirdiyini qeyd etdi öz müharibələrinə ictimaiyyət qarşısında bəraət qazandırmağa çalışdırdı-(youtube: )\n\t\t \n\t\t \n\t\t . ərdoğan iqtidarının iranla arası yoxdu suriya məsələsi ilə bağlı ki zatən türkiyə küveytlə, bəə ilə falan şimali kiprdən daha isti münasibətə malikdi ona görə də ərdoğan yemendə səudiyyə ərəbistanına başlatdığı hərbi əməliyyatda dəstək verə biləcəyini dedi." | |
}, | |
{ | |
"id": 417, | |
"title": " \n azəri ", | |
"content": "Məhəmməd Əmin Rəsulzadənin baş redaktoru olduğu 1928-1931-ci illərdə Türkiyədə nəşr olunan Azəri Türk jurnalının 22-ci nömrəsi.\nbir də rəsulzadənin belə bir sitatı da var:\nEşqi istiqlal ilə yanan və həsrəti hürriyyətlə saxlayan Azəri gəncliyinin ürəyi yarılsa, bu bayrağın (Azərbaycan bayrağının) orada həkk edildiyi görünər.\n\n\n \n \n \nÖlümündən sonra Mirzə Bala Məmmədzadənin 1948-ci ildə çıxardığı Rəsulzadənin məşhur sitatının*\nsən bizimsən...\n müəllifi Əmin Abid Gültəkinin \"Buzlu Cəhənnəm\" şeir kitabı\nGültəkinin \"buzlu cəhənnəm\" şeirindən:\nDediniz yaşamaz Azəri haqsız.\nSizi kəsmək üçün enən xəncərə\n“Hürriyyət istəriz” deyə yazdınız.\nSəlamat yoludur getdiyiniz yol.\n\n\n \n \n \nnasist wehrmacht-ın tərkibində qızıl orduya qarşı vuruşan azəri türkü legionerlərin çıxardığı \"azərbaycan\" qəzetinin başdan sovdu axtarışla tapdığım bu məqəsində dilimiz \"azəri türkcəsi\", milli mənsubiyyətimiz \"azəri türkü\" şəklində verilib.\ntürkiyədə \"azəri\" sözünü yayanların azəri mühacirləri olduğunu düşünürəm.\n\nsonradan qeyd: nasist qəzetindəki məqələdə bu cümlə diqqətimi çəkdi:\n\"indi iftixarla qeyd etmək olar ki, milliyyətin nədir deyə verilən suala azərbaycanlıyam deyil, azəri türküyəm deyə cavab verilir\".\n\n\n \n \n\nasddasdsasdasads" | |
}, | |
{ | |
"id": 418, | |
"title": " \n god of war: ascension ", | |
"content": "2013-cü il istehsalı oyun. playstation 3-ə eksklüzivdir. Silsilənin, yunan mifologiyasını ələ alan son oyunudur (ragnarök-un valhalla dlc-ni saymasaq). Həmçinin, silsilənin ən underrated oyunu da budur. multiplayer rejimi də mövcuddur.\n gameplay: klassik gow gameplay sisteminə sahib son oyundur. Müəyyən nöqtələrdə yerdən qısamüddətli istifadə edilə bilən silahları götürmək olur. Əsas silah yenə blades of chaos-dır. Xaos qılınclarına 4 fərqli güc əlavə edilib: aresin qəzəbi, poseydonun buzu, zevsin ildırımı və aidin ruhları. Oyun boyu ətrafdan yığılan orb-lar vasitəsilə qılınclar və güclər upgrade edilir. Bundan əlavə, ətrafdakı obyektləri dağıtmağa və ya bərpa etməyə kömək edən bir amulet də var. Bu amuleti upgrade etdikdə, dairə ətrafındakı düşmənləri qısa bir müddətə yavaşlatmaq olur.\n hekayə: oyun god of war 3-dən sonra çıxdığı üçün hekayədən gözləntilər də yüksək idi. Hər kəs bunun bir davam oyunu olacağını düşünürdü. Ancaq hekayə ilk oyunun öncəsini ələ alır və ilk oyunun arxa planını tamamlayır. İlk oyunda aresin kratosu nə üçün xilas etdiyi bu oyunda üzə çıxır.\n Açılış səhnəsində qəzəblilər adı verilən 3 varlıqdan bəhs edilir. Bunlar nə tanrı, nə titan, nə də insandırlar. Vəzifələri isə tanrılara olan andlarını pozmuş olanları tutub cəzalandırmaqdır. Qəzəblilərin ilk qurbanı hekatonkir akeon adlı bir titandır. Akeon, zevsə xəyanət etdiyi üçün qəzəblilər tərəfindən tutulur və cəza olaraq da bədəni canlı bir həbsxanaya çevrilir. Aresə olan andını pozub, ona düşmən olmuş kratos da gözlərini burada açır. Kratosun məqsədi buraya necə düşdüyünü xatırlamaq, buradan xilas olmaq və qəzəbliləri öldürməkdir.\nEdit: oyuna checkpoint sistemi də əlavə edilib.\nEdit 2: türkcə dublaj da var." | |
}, | |
{ | |
"id": 419, | |
"title": " \n superiority complex ", | |
"content": "bu sifarişi verən: Elimelikov06 \nalfred adler tərəfindən yaradılan termin.\nadler, üstünlük kompleksinin aşağılıq hissindən qaynaqlandığını deyirdi. hər uşaq aşağılıq hissini yaşayır, və onları öyrənməyə, öyrədiləbilən olmağa təşviq edən də bu hissdir. içində olduqları aşağılıq, acizlik vəziyyətindən çıxmaq üçün öyrənməyə çalışırlar, və böyüdükləri zaman, bəzi uşaqlar bu hissi geridə qoyur və özlərini digər insanlara bərabər görürlər. əslində, bu, uşaqların həmin aşağılıq hissinə yüklədiyi anlamdan asılıdır, bəzi uşaqlarda bu hiss normadadır, bəzilərində isə mübaliğəli dərəcədədir. güclü aşağılıq hissinə sahib olan uşaqlar bunu kompensasiya etməyə çalışırlar, və adler bunu digər insanlardan güclü olmağı, onlar üzərində dominant olmağı istəməklə izah edirdi. həmçinin, bu uşaqlar özləri haqqında çox yüksək düşüncədə olurlar, gördükləri işlərin digər insanlarınkından üstün olduğunu düşünürlər.\n\nüstünlük kompleksi və üstünlük üçün çalışmaq bəzən eyni anlayış kimi düşünülür, lakin bu düzgün deyil. üstünlük üçün çalışmaq (ing. striving for superiority) müsbət anlayışdır, cəmiyyətə və ya ətrafınıza faydalıdır. üstünlük kompleksi isə şəxsin öz aşağılıq hissini gizlətməsi üçün yaranır, və digər insanlara da ziyan vura bilir, çünki bu insanlar özləri ilə bağlı neqativ fikirlərini digər insanları geriyə salaraq örtməyə çalışa bilirlər.\n\nhaqqında başqa bir entri: #210383\n\nmənbələr:\nmənbə1: adlerin məqaləsi \n\nmənbə 2: 1-ci hissə, 3-cü bölüm, theories of consueling and psychotherapy: an interactive approach - elsie jones-smith" | |
}, | |
{ | |
"id": 420, | |
"title": " \n oktavian avqust ", | |
"content": "adının mənası latıncadan müqəddəs oktavian olan ilk roma imperatoru,prinseps. senat ona romada yalnız tanrılara aid edilən *augustus* (müqəddəs) adı verərək onu rəsmi olaraq tanrı elan etmişdi. oktaviandan sonrakı roma imperatorları da özlərini oktaviana oxşadaraq bu ləqəbi qəbul edirdiler.\n\nəfsanəyə görə eramızdan əvvəl 40-cı ildə 2 yeniyetmə kahin *teaqa*nın yanına gəlir. yeniyetmələrdən biri öz falına baxdırdır. kahin digər yeniyetmənin də falına baxmaq istəsə də o imtina edir, yalnız dostunun təkidi ilə razılaşır. teaqa ikinci yeni yetmənin falına baxan kimi onun qarşısında diz çökür. bu yeniyetmə avqust oktavian,digəri isə uşaqlıq dostu *mark aqrippa* idi\n\ne.ə 44-cü ildə *yuli sezar*ın öldürülməsindən sonra senatda onun vəsiyyəti açıqlanır. bu vəsiyyətə görə sezar öz varisi olaraq oğulluğu 18 yaşlı oktavianı seçmişdi. rəqibləri,o cümlədən \"silahdaşı\" *marcus antonius* onu qadına bənzədərək homoseksual adlandırırdı. qədim yunanıstandan fərqli olaraq homoseksualizmə əxlaqsızlıq kimi baxılan romada oktavianı sezarla yatmaqda,və sırf buna görə də varis olmaqda ittiham edirdilər. hətta onu başqa kişilərlə pul qarşılığında yatmaqda ittiham edirdilər. \n\nhomoseksual olması ilə bağlı olan ittihamlar öz təsdiqini tapmasa da,oktavian qəribə seksual fantaziyaları ilə tarixə düşüb. belə ki o,imperator olduqdan sonra bir qayda olaraq bütün öz əyanlarının qadınları ilə yatırdı. o yatdığı qadınlardan adətən ərlərinin sirrini öyrənirdi. buna görə də oktavianın yaxınındakılar ya ondan heç nə gizlətməməyə,ya da sirrlərini qadınlarına deməməyə çalışırdılar. oktavian adətən ziyafət zamanı ərlərinin gözü qarşısında arvadlarını öz otağına aparır,sonra isə birlikdə geri gəlirdi. bəzən isə qadınları döyürdü. o hətta keflənəndə əyanlarının qadınlarını hərraca çıxarır,ən çox pul verənə satırdı. \n\navqustun ən sirrli ziyafəti isə \"12 tanrının ziyafəti\" adlanırdı. bu ziyafətdə romanın ən sayılanları,*patrisi*lər öz xanımları ilə birlikdə tanrı və tanrıça qiyafəsində stollara uzanır və apollon(eşq tanrısı) qiyafəsində olan avqust onları zorlayırdı. bəzi hörmətli əyanlar bu dəvəti aldıqları zaman intihar edərdilər.\n\nheç kəs onun əmrinə qarşı çıxmağı belə ağlına gətirmirdi. çünki həmin şəxs səhəri gün intihar etmək əmrini alacaq və bütün xəzinəsi oktaviana keçmiş olacaqdı. oktavian ona qarşı həddini aşanlara qarşı sadəcə 3 söz deməklə kifayətlənirdi: \"sən artıq ölməlisən\"\n\noktavianın varis olduğu açıqlandıqdan sonra anası,qay yuli sezarın bacısı qızı atiya romadakı qarışıqlığa görə oktavianı romaya buraxmaq istəmir. o dövrdə romada sezarın sol əli *marcus antonius*,əyalətlərdə isə sezarın qatilləri - *marcus junius brutus*,*gaius cassius longinus*,*decimus junius brutus albinus* və *tillius cimber* hakimiyyəti ələ keçirmişdilər. buna baxmayaraq oktavian israrla romaya gedir.\n\noktavianın senat qarşısında ilk çıxışında o uzun saçları və arıq bədən quruluşu ilə daha çox qıza bənzədilirdi (antoni sonralar onu vətəndaş müharibəsi dövründə homoseksual adlandırıb lağa qoyur). lakin buna baxmayaraq oktavian senat qarşısında sezarın son arzusunu həyata keçirəcəyinə - qatillərindən intiqam alacağına and içir. bu çıxışdan sonra bir çox sezar legionerləri oktavianın tərəfinə keçir. bundan sonra oktavian antonidən sezarın ona miras qoyduğu pulları tələb edir. antoni pulları qaytarmaqdan imtina etdikdə o,bütün mülklərini sataraq sezarın vəsiyyətinə uyğun hər bir roma vətəndaşına 300 sestersi paylayır. bununla da oktavian antonidən fərqli olaraq sezarın vəsiyyətinə sadiq qaldığını sübut edir. bu hadisədən sonra senatda nüfuzu sarsılmış antoni *qalliya*nın idarəsini oktaviana verməyə məcbur olur. qalliyada möhkəmlənən oktavian antoninin legionerlərinə pul verərək öz tərəfinə çəkməyi bacarır. \n\n1 ildən sonra sezarın qatilləri ilə döyüşdə məğlub olan oktavianın köməyinə antoni gəlir. antoninin köməyi ilə müttəfiqlər qalib gəlir. məğlub olan qatillər intihar edir və oktavian onların başını kəsərək senata yollayır. bununla da o,sezarın vəsiyyətinə əməl etdiyini sübut edir. lakin antoni köməyə gəlməsə oktavianın aqibətinin necə olacağı naməlumdu. qaliblər romaya triumviator olaraq daxil olurlar. senat onların hər ikisini uzun müddətli diktator səlahiyyətlərilə konsol seçir və hakimiyyəti onların arasında bölür.\n\noktavianın getdikcə güclənməsinə baxmayaraq antoni onu hökmdar kimi yox,uşaq kimi görür(ki bu antoninin məğlubiyyətinin əsas səbəblərindəndir). antoni misirə gedərək *kleopatra* ilə evlənir və eyş-işrət məsələlərindən romanın idarəsi ilə məşğul olmur,o özünü burda əsl imperator (vəya misir fironu) kimi hiss edir. kleopatra roma antonini roma taxtına gedən yol olaraq gördüyü üçün onla evlənir. oktavianın bacısı ilə evli olan antoni kleopatra ilə evlənmək üçün ondan boşanır. belə olduqda oktavian onu vətən xaini elan edib vəsiyyətnaməsini oxuyur. vəsiyyətnamədə antoni kleopatradan doğulan oğlu *sezarion*u imperatorluq varisi kimi elan edir. belə olduqda antoni senatda vətən xaini olaraq elan olunur və oktavianla senatın birləşmiş orduları misirə - antoninin üzərinə gedir. kleopatranın sevgisi ilə məşğul olan antoninin legionları ondan üz döndərir və oktavianın qərargahına qaçır. bir zamanlar uşaq olaraq gördüyü oktaviana qarşı son mübarizəsin verə bilməmək antonini qəhərə boğur. o buna dayana bilməyib intihar edir. edamdan qurtulmaq üçün antoni və kleopatranın oğlanları sezarın abidəsinə sığınırlar. lakin oktavian onların hamısının boynunu vurdurdur. yuli sezarın kleopatradan olan oğlu həbəşistana qaçmaq istəsə də o yolda tutulur. sezarion oktavianın qarşısında diz çöküb ona yalvarsa da oktavian ona sonralar tez-tez işlətdiyi ifadəni işlədir: \"sən ölməlisən\". bundan sonra misir dövləti ləğv edilir və romanın bir əyalətinə çevrilir\n\nvətəndaş müharibəsindən sonra e.ə 27.ildə romaya qayıdan oktaviana senat *avqust* - \"müqəddəs\" titulun verərək onun sonsuz hakimiyyətini tanıyır. lakin oktavian bundan formal olaraq imtina edir və romada respublikanın bərpasını tələb edir. lakin o *prinseps* (birinci senator) titulu ilə faktiki olaraq bütün romanın hakiminə,imperatora çevrilir. oktaviandan sonra roma faktiki olaraq respublika olsa da sonsuz hakimiyyət prinsepslərin əlində cəmləşirdi və əslində,bu imperiya demək idi.\n\navqustun dövrü romada qızıl dövr kimi qəbul olunur. belə ki onun yaratdığı dövlət 300 il müddətində dövrünün ən güclü dövləti olur. oktavian həmçinin öz xeyirxah və mədəni tədbirləri ilə yadda qalır. \n\navqust oktavian əramızın 14-cü ilində avqust ayının 19-da neapol yaxınlığındakı noll şəhərciyində yay istirahəti zamanı birdən-birə xəstələnib ölür. onun ölümü bir neçə gün gizli saxlanılır,sonra isə senatda elan olunur və varisi tiberi yeni prinseps elan olunur. o romada özünü imperator elan etmək niyyətilə çevriliş hazırlayan *katalina*nın edam olunduğu gün doğulmuşdu və öldüyü zaman romada tam müstəqil hakimiyyət formalaşdırmışdı. ölümündən sonra senat avqust oktavianı bir daha tanrı elan etdi." | |
}, | |
{ | |
"id": 421, | |
"title": " \n spirtli içkilər ", | |
"content": "p.s.başlıqdan bəlli olduğu kimi ağır miqdarda spirt iyi verəcək bir entry'dir!\niki cür içən var:\n1) içə bilən\n2) içə bilməyən\niçə bilən insan içəcəyi və bədəninin aldığı alkoqol miqdarını biləndir.qaydanı məst olmaq xaricində pozmur.\niçə bilməyən insan qədərini bilməyən, nə gəldi içən və bir damaq zövqünə sahib olmayandır.\nyerli-yersiz içib ağlayan, hər şeyə bir dramatizm gətirənlərdə ayrı qəribədir.\niçmək sadəcə uyuşdurur acı çəkənlərə görə.\nməndən soruşsanız, içkili insan(kefli)-adından bəlli olduğu kimi kef üçün içilər və ya içilməlidir.təbii hər şey bu qədər bəsit deyildir.içdiyin insan, seçdiyin məkan və ya şərəfinə içəcəyin insana(ürəyi burda olub, özü burda olmayanlara) görə dəyişən bir fəlsəfədir-içmək!\n\niçkini hər qurtumda hiss edənlər üçündür içmək.əgər şərab daddığın zaman ağızda buraxdığı üzüm dadını (başqa meyvələrdə buna daxil) və ya köhnə şərabdan kif iyini hiss etmirsənsə, pivə içdiyin zaman arpa dadı ala bilmirsənsə ya sən içə bilmirsən ya da içdiyin içki-saxtadır!\nbir whisky(irlandiya və ingiltərədə-whiskey) dadarkən istehsal edildiyi o taxıl maltının dadını almırsansa, bir qurtum aldıqdan sonra:\nbu nə bərbad içkidir?! boğazımı yandırdı\ndeyirsənsə içməməlisən...\nya da daha yüngül içkilər və ya kokteylərlə o anlıq həvəsi öldürə bilərsən.\niçki başlıca fəlsəfədir.içərkən hər qurtumu hiss etmək(daha çox whiskydə bu baş verir), o dadın damağınla harmoniyası, boğazını yandırarkən verdiyi acılıq, mədənə endikdən sonra gətirdiyi hərarət və bonus olaraqda məst etməsi.yaxşı və ya pis bu fəlsəfədir(mənim üçün).\ngələk içkilər və bardaqlara.çünki hər içki öz bardağında dadlıdır:\n\n beer\/pivə-səhv etmirəmsə kökü buğdayla daha çox məzələnən şumerlərə dayanır.sonra almaniya və çexiya deyə bilərik.susuzluğa daha çox təsir edə bildiyi və alkoqol miqdarı az olduğu üçün daha çox istifadə olunan içkidir.ümumi şəkildə daha çox arpa malt'ından istifadə olunur, pivənin istehsalında.bu arada malt\/rusca солод-hər hansı bir məhsulda istifadə edilmək üçün cücərdilən taxıla deyilir.aşağı yuxarı bizim dildə səməni kimi tərcümə oluna bilər.\npivə qulplu geniş bardaqlarda ya da qulpsuz geniş bardaqlarda içilər.bundan əlavə ağ və ya qırmızı şərab ya da glencairn (viski bardağı) bardaqlarında içənlərdə vardır ki, zövq məsələsidir deyək\n\nrakı-türk mədəniyyətinə xas olan, üzümlə əncirin süzülməsindən alınan içkinin cirə(anason)bitkisi ilə təkrar süzülməsindən alınır.suyla qarışdırılmasının səbəbi içindəki alkoqol miqdarının azalmasıdır.və aldığı rəng cirənin təsirindəndir.ümumi olaraq rakıda alkoqol miqdarı 40-45 dərəcədir (градус-degree)\nrakı türklərdə limonata bardağı deyilən, düz silindir şəklindəki bardaqlarda içilər.əlavə olaraq rakıya aslan südü deyilməsinin səbəbi də, osmanlı dövründə rakının aslan işləməli qablarda içilməsi və su qatıldığında südə dönüşməsidir\n\n wine\/şərab-ümumi olaraq 12\/17 dərəcə alkoqol miqdarına sahib olan bu içkin çox fransız içkidir.çünki dünyada ən çox şərab istehsalı fransaya aitdir.ardınca italiya, ispaniya gəlir.ümumiyyətlə üzümdən hazırlanan(digər meyvələrdəndə hazırlanır-meyvə şərabı), üzümün mayalandırılması ilə əmələ gələn içkidir.\nköhnə, illərlə gözlədilmiş şərablar daha çox sevilir, istifadə edilir və olduqca dadlı qiymətlərə satılır.\nşərabı dadmaq isə ayrıca bir fəlsəədir.bu işin oenologue (yunanca şərab elmi) qismi də ayrıca bir elmdir. (öyrdəilməlidir mütlə məktəblərdə).o kif qoxusunu, o ilk burun dadını şübhəsiz hiss edilməlidir.\nunutmamışkən daha çox bilinən və içilən iki növü vardır:\nqırmızı və ağ\/çəhrayı da(rose) üzərində bonusdur.\nqırmızı şərab alt hissəsi geniş və daha böyük bardaqda içilər, ağ şərab isə daha dar və balaca bardaqlarda içilər.\nçünki qırmızı şərabda bardaqla təmas edilir, əlimizin hərarəti şəraba yansısın deyə.amma ağ şərab soyuq içildiyindən ancaq bardağın sapından tutular, isinməsin deyə.və təbii şərab qurtumla içildiyi üçün 3\/1 hissəi bardağa süzülər.hər qurtumdan sonra bardağın havalanması və iyinin havayla qarışması, hər qurtumdan, iyindən dad alınması üçün!\n\n champagne\/şampan-hər şeydən öncə şampan bir şərab növüdür və o da fransızdır.vətəni fransa olan bu içki ağ şərabın fərqli bir plastika əməliyyatla dadını dəyişmiş halıdır.alkoqol miqdarı 12\/15 dərəcədir.\nnazik və uzun sapı olan çox da geniş olmayan bardaqda içilə bilər.\n\n водка\/araq-gələk əsas məsələlərə:\nbizim dilə araq kimi tərcümə olunsa da rusca вoда-su kəliməsindən almış bu içki russian paradise hissini verir.ümumi olaraq taxıl bitkilərindən hazırlanan içkidir.vətəni rusiyadır.amma polşa(dadılmalı mütləq) və finlandiyada vodka istehsal edir.daha tez sərxoş edə biləndir.sek(heç bir su, buz və ya hər hansısa içəcək qatılmamış) içilməsini məsləhət görərəm.bloody mary kokteyli xaricində təbii.çünki qanlı meri kokteylində pomidor suyu ilə ağzıda buraxdıyı hiss şübhəsiz dadlıdır.\nsərtdir, tərzdir, içilməlidir!\nvodka soyuq içiləcəksə long-uzun bardaqlar, sek içiləcəksə shut bardaqlar istifadə edilə bilər\n\n whisky\/whiskey\/viski-atasının adı ferintosh'dur.adının mənası ab-ı həyat-həyat suyudur.3 qardaşdır:\nscotch whisky, irish whisky ve bourbon\nümumi olaraq taxıldan və malt taxıldan süzülən içkidir.\nşotlandiya, irlandiya və amerika istehsalıdır.\nwhisky yazılan şüşələr şotlandiyaya aitdir.whiskey yazanlar isə digər ölkələrə.\nviski istər dadı istər iyi istərsə sərtliyi ilə şübhəsiz dadılmalıdır.ölümsüzləşdirə bilmə ehtimalı qaçınılmazdır.çünki həyat suyudur.\nviskini buzla içmə şəklinəon the rocks deyilir.scotch və irish viskilər buzla içilərkən, malt viskilər dadının və iyinin məhv olmaması üçün biraz suyla içilər.eyni ilə şərabda olduğu kimi viskidə qurtumluq içkidir.\ndadın zövq alın sadəcə! verdiyi yüksək əhvallı məstlik hissi də bonusdur.\nviski glencairn (şotlandiya viski birliyi tərəfindən qəbul edilmiş bardaq) old fashioned və snifter bardaqlarda içilər.crystal old fashioned bardaq isə əzəli viski bardağıdır\n\n tequila\/tekila-meksika xalqına xas olan, ölkəmizdə səbr otu olaraq bilinən (əslində çox da bilinməyən), adını meksikanın eyni adlı qəsəbəsindən alan, meksikaya xas agave tequiliana bitkisindən süzülən içkidir.\nsərt və tərzdir, içilməlidir!\nlimon və duzla(həyat sənə tekila verirsə, limon və duz da istə) içilən içkidir.çünki duz boğazın yanmasının qarşısını alarkən, limon mədəyə qoruyucu qalxan olar.\ntekilanın bildiyimiz shut bardağında içilməsi savabdır.\n\nvə son olaraq içkinin hər qurtumunu hiss edənlərə biraz bukowski təsiri edək (hərçənd ki, entry'nin ardı olacaq):\nheç bir şey əsla uyğun deyildi.\ninsanlar tapdıqları hər şeyi kor-koranə mənimsəyirdilər;\nkommunizm, sağlam qidalanma, zənn, sörfinq, balet, ipnotima, qrup terapiya, toplu seks, velosiped, otlar, katoliklik, ştanq, səyahət, inziva, vegetaryanlıq, hindistan, rəsm, yazmaq, yonmaq, bəstələmək, orkestr idarə etmək, kürək çantasıyla yollara düşmək, düşüb qalxmaq, qumar oynamaq, içki içmək, bərkidilmək, qatıq,\nbethoven, bach, budda, isa, tm, heroin, kök suyu, intihar, sifarişlə paltarlar, təyyarə ilə səyahət, new york;\nsonra hər şey buxarlanıb uçurdu.ölməyi gözləyərkən edəcək şey axtarırdı insanlar. seçki sahibi olmaq da gözəldi.\n \n mən öz seçimimə müraciət etdim.vodka şüşəsini qaldırıb içdim,\nsek.\naxmaq deyildi bu ruslar!" | |
}, | |
{ | |
"id": 422, | |
"title": " \n dekalog ", | |
"content": "krzysztof kieślowski rejissorluğu ilə 1989-cu ildə 10 seriyadan ibarət olan və polşa milli televiziyası üçün çəkilmiş, bibliyada musa peyğəmbər ə göndərilmiş 10 əmr əsas alınaraq və bu 10 əmrin müasir dünyaya və əxlaqi dəyərlərə adaptasiya edilərək çəkilmiş serialdır. ssenarini krzysztof kieślowski ilə birlikdə krzysztof piesiewicz yazmışdır. hər seriyada eşidə biləcəyimiz musiqilər isə zbigniew preisner ə məxsusdur. bu serial (dəxlisiz şeylərə də, bu şahəsərə də serial demək nə qədər üzücüdür) kieslowskinin rəng trilogiyası ilə birlikdə kinematoqrafiya tarixinə öz damğasını vurduğu şahəsərdir. yalnızca mövzuları baxımdan deyil, görüntü, aktyor oyunu, musiqi, bəzi seriyalarda uyğulanan rəng filteri kimi xüsusiyyətlərinə görə də mühümdür. hətta polşada kino aktyorlarını iki yerə ayırırlar: dekalogda çəkilənlər və çəkilməyənlər. yuxarıda da qeyd etdiyim kimi, musa peyğəmbərə göndərilən 10 əmrin hər seriyada özünəxas incələnməsi və sorğulanması var. mövzu kifayət qədər ciddidir, samballıdır, amma hər adamın kieslowski qədər rahat altından çıxa biləcəyi kimi rahat da deyil. serialda sonuncu seriya xaric vacib anlarda görünən mələk obrazı vardır. hadisələr eyni blokda, müxtəlif evlərdə yaşayan insanların başından keçir, hər seriyada bir başqa seriyadakı bir personaj görünür. nəysə, keçək seriyaların tanıtımına.\n\n\n--spoiler--\n\n--spoiler--\n dekalog jeden \n\"sənin tanrın mənəm, məndən başqa tanrın yoxdur\" (i am the lord thy god... thou shalt not have other gods before me. thou shalt not make unto thee any graven image... thou shalt not bow down thyself to them, nor serve them.) əmrinin əsas alındığı seriyadır. əmrin əsas ideyası \"tanrı və ona ibadətin müqəddəsliyi\"dir ki, keşlovski bu mövzunu \"elmin bütləşdirməsi\" olaraq ekranlaşdırmışdır. \n1988-ci il 10 dekabr tarixində ilk dəfə göstərilmişdir.\nseriyanın baş qəhrəmanı krzystof və onun oğlu paveldir. pavel ağıllı, dərslərini yaxşı oxuyan, riyaziyyatı və şahmatı sevən, kompüter proqramlamasıyla məşğul olaraq evdə xırda məşğulluq tapan uşaqdır. pavelin atası isə universitetdə dərs deyən, elmi bütləşdirən bir insandır. keşlovski burda insan və din, insan və texnika, insan və inanc mövzularını incəliyir. bir də pavelin bibisi vardır ki, qardaşının tam əksinə inanclı biridir. pavel elmə inamla gerçək inam arasında qalmış, amma bütün bunlara rəğmən dahi biri uşaqdır. pavel atasından buz bağlamış gölün üzərində konki sürmək üçün izn istəyər, atası da kompüterlə son üç günün havasını daxil edib, buzun qırılıb qırılmayacağını hesablayar və cavab buzun qırılmayacağıdır. pavel dostlarıyla gölə gedər və buz qırılar. bəli, elm işə yarayır, amma hər şeydə xəta payı da vardır. film ağlayan məryəm görüntüsü ilə bitməkdədir.\n\n dekalog dwa \n\"tanrının adını adını əsla boş yerə istifadə etməyəcəksən\" (thou shalt not take the name of the lord thy god in vain.) əmri \"danışmağın müqəddəsləşdirilməsi\" idealını təmsil edir. keşlovski bu əmri \"bir sözün insan həyatındakı önəmi\" olaraq ekranlaşdırmışdır. ilk dəfə 1990-cı il 11 may tarixində göstərilmişdir.\ndorota gelle yenə eyni bloklarda yaşayan bir qadındır. əri xəstədir və həkim də eyni bloklardakı evlərdən birində yaşamaqdadır. həkimdən əri ilə əlaqədar görüş tələb edər və görüşərlər. bir neçə dəxlisiz cavabdan sonra həqiqətləri danışmaq məcburiyyətində qalar. qadın hamilədir və uşağı başqasındadır. iki seçimi vardır; əgər əri öləcəksə uşaq yaşamağa davam edəcəkdir, aborta getməyəcəkdir, yox əgər, əri yaşayacaqsa uşağı abort etdirmək məcburiyyətindədir. həkim istər-istəməz kiminsə həyatını həll edəcək bir qərar eşiyindədir. və and içərək yaşamaq ehtimalı 15% faiz olan ərin öləcəyini bildirər. bundan sonra biz yaxın planda çiyələk kompotu və onun içindən qurtulan milçək görürük ki, bu da ərin yaşamağa davam edəcəyini bildirən bir alleqorik görüntüdür. ər qurtulmuşdur və uşaq da yaşayacaqdır. çox qısa zaman ərzində xəyanət, bağlılıq, yaşamaq və ölüm, insanın həyat eşqi və həyatda danışdıqlarının nə qədər önəmli olduğunun tədqiq edildiyini görürük.\n\n dekalog trzy \n\"sabbath günü nü xatırla və onu müqəddəs qıl\" (remember the sabbath day, to keep it holy.) əmri \"vaxtın müqəddəsliyi\" idealını özündə daşıyır. keşlovski bunu \"xüsusi günlərin dəyərini saxlaması\" ideyasında ekranlaşdırıb. ilk dəfə 18 may 1990-cı ildə göstərilmişdir.\njanusz və ewa baş xarakterlərdir. biz milad bayramında januszu evinə santa claus geyimində döndüyünü görərik. biraz keçdikdən sonra ewa zəng edər və janusza yalan danışaraq ərinin yoxa çıxdığını bildirər. seriya boyunca biz bu ikilinin ewanın ərinin axtarışda olduğunu görərik. finala yaxın isə ewanın yalan danışdığını, əsas məqsədinin bu müqəddəs günü öz sevgilisi ilə keçirmə istəyidir. bu bir növ müasir insanın itirdiyi dəyərlərə, yadlaşmaya, bir-birinə əvvəlkindən daha çox möhtac olduğuna, amma bunu etiraf etməyi bacara bilmədiyi üçün daha da bədbəxtliyə yuvarlandığına göndərmədir.\n\ndekalog cztery \n\"ataya və anaya hörmət edəcəksən\" (honor thy father and thy mother.) əmrinin ideyası \"avtoritariyanın müqəddəsliyi\"dir ki, keşlovski bunu \"şəxsiyyətin tənzimləyiciləri kimi ailə və sosial münasibətlər\" ideyası altında incələmişdir. film ilk dəfə 25 may 1990-cı ildə göstərilmişdir.\nanka 20 yaşında universitet tələbəsidir və atasıyla birlikdə yaşamaqdadır. atası michal işinə görə tez-tez səyahət edir, bir səyahətdən öncə isə anka atasının kağızları arasında \"ölümümdən sonra oxunacaq, qızıma\" yazılı məktub görür və şübhəyə düşür. daha sonra biz ankanın əlində qələmlə məktubun üzərindəki yazını təqlid etdiyini görürük. dəqiqələr irəlilədikcə bunun səbəbini başa düşürük. atası geri döndüyü zaman onu qarşılayaraq \"mən sənin qızın deyiləmmiş, bunu niyə məndən gizlətdin?\" deyir. daha sonra ata və qız münasibətlərinin qırılma həddinə qədər çatdığını görürük. anka atasına söhbətləri zamanı deyir ki, mən ilk dəfə sevişdiyim zaman çox qorxmuşdum. çox zaman sən gözümün önünə gəlirdin. mənimlə evlənmək üçünmü bu vaxta qədər bu sirri gizlətmisən?\" bu sözləri deyərək soyunur və mən sənin artıq qızın deyiləm, nə istəsən edə bilərsən deyir. atası ona əynini geyinməsi üçün jaket verir. növbəti səhər biz atanın evi tərk etdiyini və ankanın arxasından çağıraraq onu saxlayır. məktubun saxta olduğunu, onu özü yazdığını deyir. seriya ata və qızın birlikdə məktubu yandırmağı ilə bitir ki, bizim bu məktubda gördüyümüz sözlər ankanın yazdığı məktubdakı ilk sözlərlə eynilik təşkil edir. rejissor bizim ailə dəyərlərimizi, əxlaqımızı, ata və anaya qarşı olan hörmətimizin hansı sərhədlərdən keçdiyini sorğulayır. \n\n dekalog piec \n\"öldürməyəcəksən\" (thou shalt not kill.) əmri \"insan həyatının müqəddəsliyi\" idealına əsaslanır ki, keşlovski bunu \"cinayət və cəza\" mövzusunda ekranlaşdırır. ilk dəfə 1 iyun 1990-cı ildə göstərilmişdir. daha sonra bu serialdan əlavə olaraq krotki film o zabijaniu filmi halında eyni aktyorlarla 20 dəqiqə daha uzun versiyası təqdim olunmuşdur.\nfilm pyotr adlı vəkilin imtahan suallarına cavab verməsi səhnəsiylə başlayır, eyni anda jacek adlı 20 yaşı olan və kənddən gələn bir gəncin varşava küçələrində avaralıq edərək gəzdiyini görürük. jacek heçnə etmir, etdiyi şeylər də başqalarına zərər vurmaqdır (bir yaşlı qadının quşları yemləmək istərsən onları qaçırdır, körpüdən daş ataraq avtomobilə ziyan vurur, tualetdə bir adamı yerə yıxır). waldemar taksi şoferidir və öz kefi istədiyi kimi davranır, başqalarının vacib işi olmasına rəğmən öz maşınına almır, gənc qızlara altdan altdan marıtdıyır və ağzının suyunu axıdır. bir sözlə heç özünə də xeyri olmayan adamdı, əsl ölməli adam. sonra biz jacekin bir fotostudiyada balaca qız şəklini böyütdüyünü görürük. restoranda yemək yeyərkən pəncərədən baxan balaca qızları güldürür, qaşıqla stəkanın dibindəki kofeni şüşəyə ataraq uşaqların kefini düzəldir. jacek restorandan çıxandan sonra waldemarin taksisinə yaxınlaşır, eyni anda başqa iki nəfər gəlsə də onlara yalan söyləyərək özü təkbaşına taksiyə oturur. taksi şəhərdən uzaqlaşdıqca əlindəki ipi sıxır və qətlin yaxınlaşdığını izləyici hiss edir. kino tarixinin ən maraqlı qətl səhnələrindən birini görürük. hadisə bitdikdən sonra məhkəmə zalında jacekə ölüm hökmü oxunur və o edam ediləcək. edam ediləcəyi gün waldemarı öldürərkən onunla eyni dəqiqələrdə vəkillik imtahanı verən pyotrla (pyotr onun vəkilidir) görüşmək istəyir. görüş zamanı həyatda sevdiyi tək insan olan bacısının ölümündən danışır, bizə burda niyə böyüklərə pis davrandığı, uşaqları sevdiyi aydın olur. jacek ölmək istəmir, hər nə qədər soyuqqanlı qatil olsa da, o eyni zamanda ölümdən qorxan fani insandır. final səhnəsində möhtəşəm musiqi ilə bərabər vəkil pyotrın edamda özünü günahkar gördüyünü, daha yaxşısını bacara bilmədiyi üçün özünü qınadığını görürük. rejissor bizə öldürülən hər nə qədər şəxsiyyətsiz biri olsa da öldürülməməsi gərəkdiyini, insan həyatının vacibliyini göstərir. amma eyni anda dövlətin cəzalandırma mexanizmi sorğulayır. öldürəni öldürmək özü qatillik deyilmi? eyni anda modern insanın aldığı travmalar və bundan yaranan başqalarına yadlaşma, uzaqlaşma, hissizləşmə, vəhşiləşmə kimi psixoloji vəziyyətləri də göstərir.\n\n dekalog szesc \n\"zina etməyəcəksən\" (thou shalt not commit adultery.) əmrinin əsas ideyası \"sevginin müqəddəsliyi\"dir. keşlovski bunu \"sevginin və ehtirasın təbiəti\" əsasında ekranlaşdırmışdır və sorğulamışdır. ilk dəfə 1990-cı il 8 iyun tarixində göstərilmişdir.\ntomek 19 yaşı olan bir gəncdir və dekalog seriyasının keçdiyi bloklardan birində yaşamaqdadır. yaşadığı ev dostunun evidir və dostu birləşmiş millətlər orudusunda xidmət etmək üçün getmişdir. gedərkən qarşı binada yaşayan bir qadını göstərmiş və çılpaq gəzdiyini bildirmişdir. tomek izlədikcə qadına aşiq olmuşdur, qadınsa 30-lu dövrünü yaşayan, fərqli kişilərlə \"münasibət\"lər yaşayan, sevgini yalnız ehtiras zənn edən maqdadır. tomek qadına yaxın düşmək üçün, onu daha çox görmək üçün müxtəlif bəhanələr yaradır, ona pul gəlmiş kimi mesajlar göndərir, daha sonra süd paylayıcısı işinə girir. qadın başqa kişilər ilə sevişərkən izləməməyə çalışır, hətta bir dəfə mane olmaq üçün qaz idarəsini zəng edib qadının evində qaz sızıntısı olduğu barədə yalan danışır. bir gün qadına onu izləyən, yalandan \"pul gəlib\" xəbərdarlıqları göndərən, qaz idarəsinin işçilərini evinə göndərdiyini etiraf edir. qadın əsəbləşir, ona gülür. elə həmin axşam öz sevgilisi ilə pəncərənin önündə savaşır, sonra sevgilisinə vəziyyəti deyir. tomek məcbur olub bayıra çıxmalı olur və yumruqla yerə sərilir. daha sonrakı hadisələrdə qadın onu evinə çağırır və sevginin yalnız ehtiras olduğunu bildirir. qadına toxunduğu üçün həm utanan, həm də özündən asılı olmadan boşalan tomek travma keçirir və intihara cəhd edir. qadın səhvini başa düşsə də oğlanı bir müddət görə bilmir. gördüyündə isə tomek maqdaya artıq onu izləmədiyini deyir və film bitir. keşlovskinin sorğuladığı mövzu modern insanın sevgini dəyərsizləşdirdiyini, fokuslandığımız nöqtənin ehtiras olduğu, gerçək sevgi ilə qarşılaşdığımızda buna inanmadığımız, bir çox şeylər kimi onu da görməzdən gəldiyimizi, gülüb keçdiyimizi və insanlıqdan necə də uzaqlaşdığımızdır. bu seriya bəlkə də 10 seriyanın tacıdır və daha sonra filmə çevrilmişdir. \n(bkz:krótki film o miłości )\n\n dekalog siedem \n\"oğurlamayacaqsan\" (thou shalt not steal.) əmrinin ideyası \"mülkiyyətin müqəddəsliyi\"dir ki, keşlovski bunu \"sahiblik və tamah insanın ehtiyacıdır\" mövzusunda ekranlaşdırmışdır və bu mövzunu incələyir. ilk dəfə 15 iyun 1990-cı ildə göstərilmişdir.\nfilm bir uşağın əsəbpozucu səsi ilə başlayır. daha sonra biz majkanı görürük. o, 22 yaşında olan gənc bir qadındır, əsəbpozucu səsini eşitdiyimiz uşaq isə onun 16 yaşında ikən anasının direktor olduğu məktəbdə müəllim işləyən bir kişiylə münasibətindən, ictimai qınaqdan qorxduğu üçün gizlincə doğduğu və majkanın anası tərəfindən böyüdülən, hətta ewa (majkanın anasının adı belədir) bütün ehtiyacları qarşılanan, süd verilən, ewanı öz anası zənn edən aniadır. ania öz uşağına sahiblənmək istəyir, fəqət anası buna icazə vermir. majka ewanı öz yanına alaraq kanadaya qaçmaq istəyir və uşağı oğurlayaraq ewanın atası olan wojtekin yanına gedir. wojtek onu görəndə təəccüblənir, aradan keçən əzablı illərdən sonra özünü güclə toplaya bilmiş, uşağından qoparılmış ata nə edəcəyini bilmir. wojtek majkaya gəlmə səbəbini soruşduqda, majka kanadaya getmək istədiyini deyir. wojtek etiraz edərək deyir ki, sən axı onu oğurlamısan. majka isə bəşəri sual qoyur ortaya; insan özünün olanı oğurlaya bilərmi? keşlovski bu sualla əslində bizə müraciət edir, bizim əxlaqi dəyərlərimizi yenidən mühakimə edir. wojtekin evində majkanın aniaya \"ana de\" sözlərini dediyi səhnə insanın başına buz baltası kimi dəyir və paramparça edir. filmin sonunda qaçmağa çalışarkən ewa wojtekin köməyi ilə majkanı tapır və uşağı onun əlindən alır. majka qaçaraq qatara minir və anasının arxasınca çığıran ania və qatardan çarəsizliklə baxan majka səhnəsi bu seriyanı ən kədərli sonluqla bitən hissə halına gətirir və daha bir buz baltası. ümumilikdə bu seriya, dekalogların içində mənə görə ən kədərlisi olandır.\n\n dekalog osiem \n\"yalan yerə qonşuna qarşı şahidlik etməyəcəksən\" (thou shalt not bear false witness against thy neighbor.) əmrinin ideyası \"həqiqətin müqəddəsliyi\"dir ki, keşlovski bunu \" çıxılmaz vəziyyətlərdə həqiqətlərin dəyişməsi\" kimi ekranlaşdırmışdır. bu hissə dekaloglar içində mühakimədən daha çox, sorğulamağın daha yüksək olduğu hissədir. ilk dəfə 22 iyun 1990-cı ildə göstərilmişdir.\nfilm zofia adlı qadının idman edərkənki səhnəsi ilə açılır. zofia universitetdə işləyən, disiplinli həyatı olan yaşlı xanımdır. amerikadan onun işləri maraqlanmaq bəhanəsi ilə gələn elzbietayla zofia arasında ilk başda heç bir əlaqə olmadığı görünür. elzbieta sadəcə onun işləri ilə, yazdıqları ilə əlaqədar biri kimi görünsə də, sonradan hadisələr ortaya çıxır. məlum olur ki, ikinci dünya müharibəsi zamanı yəhudi balaca uşaq olan elzbietanı qorumaları üçün zofianın yanına gətirmişlərdir, lakin onlar balaca qızı qəbul etmirlər. zofia daha sonra bunu belə izah edir: \"başqa çarəmiz yoxdu, səni gətirən adamdan ss xəfiyyəsi kimi şübhələnmişdik\". vəziyyət burda aydın olur, elzbieta daha sonra zofia haqqında öyrəndiklərini deyir ki, məndən sonra çox sayda uşağı qorumusan. qadın bunu öz vicdanını rahatlatmaq üçün, səni qəbul edə bilmədiyim üçün, yalan danışdığım və həyatım boyu bu yalanın ağırlığı altında əzildiyim üçün etmişəm. zofia nə dərəcədə günahkardır? daha sonra biz elzbietanın onu gizlədən adamla danışmasını görürük ki, adam belə bir hadisələr olmadığını söyləyir, öz keçmişindən qaçır. biz iki yaşlı insanı görürük; bunlardan biri öz keçmişini qəbul etmiş, səhvlərini görən və bundan qaçmayan biri, digəri isə keçmişlə üzləşməkdən qorxan kişidir. zofia hər nə qədər yalan demiş olsa da, onun etdiklərinə görə onu bağışlamaq olarmı? rejissor bu sualı qarşımıza qoyur və qırağa çəkilir.\n\n dekalog dziewiec \n\"qonşunun arvadına göz dikməyəcəksən\" (thou shalt not covet thy neighbor's wife.) əmrinin ideyası \"məmnun olmaq\/qalmağın (qonşudan) müqəddəsliyi\"dir ki, keşlovski bunu \"cinsiyyət, qısqanclıq və sədaqət\" olaraq ekranlaşdırmışdır və əxlaqi dəyərlərimizin var olub-olmadığını incələyir. ilk dəfə 1990-cı il 29 iyun tarixində göstərilmişdir.\nroman cərrahdır, bir gün etdiyi səyahətlər zamanı həkim dostuna özünü müayinə etdirər və impotent olduğu ortaya çıxar. dostu ona boşanmağı məsləhət görər. hanka romanın evli olduğu gözəl bir qadındır və romanla söhbətləri zamanı sekssiz eşq ola biləcəyini irəli sürər. roman maşınının bardaçokunda bir fizika dəftəri görər və həyat yoldaşından şübhələnməyə başlayar. onu izləyər və sonra hankanın anasının evində bir oğlanla görüşdüyünü bilər. gedib evin kilitinin kopyasını çıxartdırar. bir gün arvadının anasının evinin yerləşdiyi binanın pilləkənlərində oturub arvadıyla oğlanın sevişmələrinə qulaq asar. hanka getdikcə özünü günahkar hiss etməkdədir və son görüşdə oğlandan ayrılmaq istər və dəvət edər. telefonlara qulaq asan roman görüşədn xəbər tutar və girib evdəki şkafın içində gizlənər. izlədikcə, qadının ayrılmaq üçün buraya gəldiyini anlar, otağı tərk edənə yaxın hanka şkafın içindəki ərini görər. buna çox əsəbləşər və \"mənim onunla necə sevişdiyimə baxmaq üçünmü bura gizləndin\" deyər. şokda olan roman bir neçə gün görüşməmək təklif edər. zamanla araları yenidən düzələr, bu səfər hanka tətilə gedəcəkdir. təsadüfən hankanın sevişdiyi gəncin də əşyalarını yığıb harasa getdiyini görər, evlərinə zəng edib soruşar və hanka ilə eyni yerə getdiklərini bilər. bundan sonra evə gedib intihar məktubu yazar, velosiped sürərək özünü bir körpüdən atar. hanka eyni dəqiqələrdə oğlanı görər və o dəqiqə varşavaya geri dönmək istəyər, ancaq ərinə zəng çatmır, nə qədər etsə də xeyri olmur. qarşısına çıxan ilk avtobusa minib geri dönər, evdə ərinin məktubunu görüb məhv olar. bir qədər keçdikdən sonra zəng gələr və film hankanın \"şükür allaha ki yaşayırsan\" sözləri ilə bitər.\nayrıca, bu hissədə van den budenmayer və musiqiçi olmaq istəməyən, amma anası istəyən qız vardır ki, insana van den budenmayeri sevdirir. yaxşı olardı ki, bu seriyanın öz entrysində ətraflı yazılsın.\n\n dekalog dziesiec \n\"qonşunun malına göz dikməyəcəksən\" (thou shalt not covet thy neighbor's goods.) əmrinin ideyası \"məmnun olmaq\/qalmağın (qonşuyla) müqəddəsliyi\"dir ki, keşlovski bunu \"acgözlülük və münasibətlər\" mövzusu ətrafında ekranlaşdırmışdır. bu seriyada dekalog mələyi yoxdur, rejissorun öz dediyinə görə səbəb böyrək alveriymiş. seriyanın daha bir spesifik xüsusiyyəti, digər seriyalarda görülməyən qara yumor un olmasıdır.\nartur və jerzy iki qardaşdılar. onlar ataları öldükdən sonra atalarının evlərinə gedirlər və burada çox böyük marka kolleksiyası ilə qarşılaşırlar. marka kolleksiyasını dəyərini bilmək istəyəndəysə, eşitdikləri rəqəmə inana bilmirlər, dəyəri milyonlardır. iki qardaşın atası bütün həyatını bu markaların toplanmasına xərcləmişdir və ailə üzvləri arasında olan münasibət qopmuşdur. atanın qeydlərini oxuyarkən \"avstriya çəhrayı merkurisi\" haqda yazılanları görürlər və bu itkin markanın tapılması üçün qoca qurd olan başqa bir kolleksionerlə danışırlar. kolleksioner onlardan qan analizi istəyir və analizdən sonra jerzynin qanının uyğun gəldiyini, əgər böyrəyini verərsə həmin markanı ona verəcəyini deyir. jerzy məcbur razılaşır və əməliyyata girir. əməliyyatda ikən qardaşı artur onun yanında qalır və bu vaxtı evə oğru girərək bütün kolleksiyanı oğurlayırlar. çox istədikləri halda, azdan da olurlar. işin maraqlı tərəfi odur ki, onların hər ikisi oğurluqda bir-birini şübhəli görürlər və dedektivə bu haqda müraciət edirlər. rejissor bununla hətta müasir dünyada iki qardaş arasında inam deyilən şeyin qalmadığını, iplərin qopduğunu və normal bir şeymiş kimi görünən hadisələrin, əslində, çox böyük əxlaq problemi olduğunu göstərir. ayrıca, onların uğursuzluğa düçar olmağını 4. əmrə bağlı olduğunu da deyə bilərik, çünki onlar valideyninə qarşı hörmətsizlik etmişdir və tanrı ədaləti bərqərar edir. \n\n--spoiler--\n\n--spoiler--\n bu haqda əlimdən gəldiyi qədər yazdım, ümid edirəm faydalı olar. kino tarixində çox vacib hadisədir dekalog. izləyin, izlətdirin.\n\np.s məlumatlar vikipediadan götürülərək, yazarın öz şərhləri ilə mix edilib istifadəyə verilmişdir." | |
}, | |
{ | |
"id": 423, | |
"title": " \n vəhdəti vücud ", | |
"content": "mənəvi və maddi aləmdə mövcud olan hər şeyin və hadisələrin vahid səbəbiyyətdən-allahdan yarandığını və təkcə allahda cəmləşib vəhdət təşkil etdiyini bildiriən sufi təlimi.təlim sufilik,ismaillik,hürufilik cərəyanların fəlsəfi əsası olmuş və müsəlman şərqində geniş yayılmışdır.vəhdəti vücud təlimi orta əsrlərdə islam dininin göy ilə yeri,allah ilə təbiəti ayırması cəhdinə qarşı yönəlmişdir.təlimə görə insan iki başlanğıcın-ilahi substansiyanın və materiyanın məcmusudur.insan həyatının mənası fani bədənin buxovlarından,dünyəvi qayğılarından və ehtiraslardan azad olmaq və müqəddəs məhəbbət vasitəsilə allahla qovuşaraq onu dərk etmək kimi başa düşülürdü.panteizmin ''hər şey allahındır'' prinspinə əsaslanan bu təlim şərq fəlsəfəsində həm monoteist həm də panteist baxımdan şərh edilmişdir.vəhdəti vücud təliminin monoteistcəsinə şərhi mövcud şeylərin vəhdətdə olduğunu və bunun yeganə ilahi substansiyadan asılılığını göstərməklə yanaşı,materiyanı,maddi aləmi yalnız ilahi başlanğıcın daşıyıcısı hesab edirdi.bu əslində materiyanın ilahi substansional əsasa malik olmadığına işarədir.həmin şərhə görə vəhdəti vücud ilahi məhəbbətə dalmaqdan , allahı intuitiv dərk etməkdən ibarət psixoloji prossesdir.vahdəti vücudun panteist şərhinə görə idarkın etik-qnoseoloji funksiyası bütün şeylərdə allahın mahiyyətini dərk etməkdən,rasional və intuitiv idrakın formalarını əlaqələndirməkdən ibarətdir.kreatsionizmdən fərqli olaraq vəhdəti vücud aləmi allahın yaradıcı iradəsinin məhsulu deyil ilahi təcəllinin(yəni təzahürünün) nəticəsi ,allahın cilvəgahı(görünmə yeri) hesab edirdi. bu, allah və təbiət(ruh və materiya) problemini səbəb-nəticə əlaqələri baxımından araşdırmaq,dünyanın allah tərəfindən yaradıldığını fikrini sükutla qəbul etmək,allahın şüurlu yaradıcı funksiyasında şübhə oyatmaq cəhdi idi.vəhdəti vücud bu mənada həmçinin dinə qarşı çıxış forması olmuşdur.məhz şərq panteizmi də bu təlimə əsasən inkişaf etmişdir.bu təlimdən çıxış edən şərq panteistləri həllac,rumi,nəvai və başqaları təbiətin,insanın allah ilə eyniyyət təşkil etməsi (tam eyniliyi qəbul etməmək şərtilə) fikrinə gəlib çıxırdılar.allahla təbiətin eyniyyəti prinsipi allahla təbiətin eyni xassəyə malik olması ideyasını aşılayırdı.vəhdəti vücudun bu cəhəti allahın mahiyyətini şeylərdə axtarmağa sövq edir,intuitiv idrakın rolunu xeyli azaldırdı.təlim allahda hərəkət və ziddiyyətləri inkar etsə də aləmdə daimi hərəkət,mövcud olan hər şeyin qarışılıqlı asılılığı,əksliklərin eyniyyəti və vəhdətini təsdiq edən dialektik müddəalar irəli sürmüşdür.ictimai və mənəvi həyat hadisələrinin eyniyyəti,mütabiqliyi(bir-birinə uyan) fikri dini ayinlərin ,müəyyən mənada isə,dinin özünün inkarı olmuşdur.azərbaycanda bu təlimin panteist istiqamətini baba kuhi bakuvi,şəbüstəri,nəimi,nəsimi,əvhədi,şəms məqribi və başqaları inkişaf etdirmişlər" | |
}, | |
{ | |
"id": 424, | |
"title": " \n qara mühasibatlıq ", | |
"content": "Sahibkarların, şirkətlərin, bir sözlə vergi ödəyicilərinin aktivləri, passivləri, mənfəətləri, xərcləri ilə bağlı qeyri-rəsmi mühasibat sənədlərinin toplusu. Yəni qara mühasibatlıq əslində həmin vergi ödəyicisinin real mənfəətini və xərclərini göstərir, həmin ödəyicinin dövlətə verdiyi rəsmi vergi bəyannaməsində isə vergidən yayınmaq üçün ya xərclər çox göstərilir, ya da ki gəlir və yaxud mənfəət az göstərilir.\n\nƏslində qarşısı alınmalı bir prosesdir. Lakin Azərbaycanda vergi orqanları səyyar vergi yoxlaması zamanı qara mühasibatlıq adı ilə vergi ödəyicisinə aid olduğunu hesab etdikləri dəftər, kitabça, və komputerdən və ya flash diskdən götürülən elektron fayla, bir sözlə mühasibat otağında üstündə rəqəm olan hər hansı kağıza və fayla istinad edərək həmin vergi ödəyicisinə əlavə vergi məbləği hesablayırlar. \n\nHansı ki, heç də düzgün yanaşma deyil. Qara mühasibatlıqla məşğul olan vergi ödəyicisinə etdiyi əmələ görə sanksiya verilə bilər. Bu sənədlər əsasında isə vergi hesablanması yalnız həmin sənədlərdə əks olunan halların tamamilə sübut olunması ilə qanuni sayıla bilər. Onu da qeyd edim ki, vergi orqanları qara mühasibatlıq sənədlərinə əsasən vergi hesablayarkən çox uçuq rəqəmlərlə vergi hesablayır. Bir dəfə vergi orqanı bir vergi ödəyicisinə səyyar vergi yoxlaması zamanı ələ keçirilən və qara mühasibatlıq sənədi kimi adlandırılan 40 vərəqliq dəftərə görə 1 milyona yaxın vergi hesablamışdı. Hansı ki həmin dəftərin doğrudan da bu vergi ödəyicisinə məxsus olması, məxsus olduğu təqdirdə hansı vergi dövrünə aid olması məlum deyil idi.\n\nQara mühasibatlıq sənədinə əsasən vergi hesablamağın hər hansı qanuni əsası yoxdur. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddə həm də onu ehtiva edir ki, vergilərin hesablanması zamanı istifadə edilən məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. \n\nGülməlisi isə budur ki, vergi orqanı ancaq gəliri təsdiqləyən qara mühasibatlıq sənədlərini səyyar vergi yoxlaması zamanı vergi hesablamaq üçün qəbul edir. Xərcləri ehtiva edən qara mühasibatlıq sənədini isə qeyri-rəsmi hesabat blankı olduğuna görə rədd edir. Yəni vergi orqanı gəlirə münasibətdə qeyri-rəsmi qara mühasibatlıq sənədlərini vergitutma bazası kimi qiymətləndirir. Lakin xərcə münasibətdə isə bunu etmir. Bunun səbəbi isə xərclərin ödəniləcək verginin azaltmağı, gəlirin isə artırmasıdır. Əslində bu hərəkəti ilə vergi orqanı özünü dolayı yolla təkzib edir. \n\nTəbii ki, vergi orqanlarının belə qanunsuz hərəkətləri artarkən qəbul edilən inzibati aktlar məhkəmədə mübahisələndirilirdi. Son olaraq Ali Məhkəmə bu məsələ ilə bağlı qərar (16.06.2021-ci il tarixli 2-1(102)-970\/2021-ci saylı) verdi. Deməli həmin qərarda qeyd olunur ki;\n\n\"Cavabdeh (burada cavabdeh deyəndə vergi orqanı nəzərdə tutulur) iddiaçının (iddiaçı da vergi ödəyicisidir) “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.\n\nCavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məsələn: alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür.\n\nCavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məsələn: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi.\n\nLakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.”\n\nAli Məhkəmənin bu qərarından sonra vergi orqanlarının qara mühasibatlıqla bağlı etdiyi qanunsuz hərəkətlər nisbətən səngidi. Lakin hələ də bəzi vergi orqanları bu yolla əlavə vergi məbləği hesablamağa davam edirlər." | |
}, | |
{ | |
"id": 425, | |
"title": " \n collatz hipotezi ", | |
"content": "riyaziyyatın isbat olunmamış sadə problemlərindən biri. formulizasiyası sadə olduğu üçün məşhurdur. Alman riyaziyyatçısı Lothar Collatz tərəfindən formulizasiya olunmuşdur\n\nHər hansı bir natural ədəd - n alın. Cüt olsa, onu 2-yə bölürük, tək olarsa, 3-ə vurub üzərinə 1-i əlavə edirik (3n + 1 olur). Eyni hərəkətləri alınan cavab üçün yenidən həyata keçiririk. Collatzın fərziyyəsi budur ki, istənilən n ədədi üçün bu əməliyyatı edəndə, gec-tez cavab olaraq vahid - 1 əldə edəcəyik.\n\nMəsələn, 3 rəqəmi üçün alırıq: \n3 - tək, 3 × 3 + 1 = 10\n10 - cüt, 10: 2 = 5\n5 - tək, 5 × 3 + 1 = 16\n16 - cüt, 16: 2 = 8\n8 - cüt, 8: 2 = 4 \n4 - cüt, 4: 2 = 2 \n2 - cüt, 2: 2 = 1.\n\n2021-ci ilin aprel ayında olan situasiyaya görə 9 789 690 303 392 599 179 036-dan az olan bütün natural ədədlər sınaqdan keçirilib və hər biri sonlu addımlarla collatz hipotezinin şərtlərinə cavab verir." | |
}, | |
{ | |
"id": 426, | |
"title": " \n nostalghia ", | |
"content": "Nostalghia Tarkovski'nin Rusiya sərhədləri xaricində çəkdiyi ilk filmdir (bir digəri üçün (baxma: offret.)..adından da görüldüyü kimi film öz “nostos”u olan rusiyaya qayıtmaq istəyən tarkovski'nin çəkdiyi qürbət acısının poetik inikasıdır....\n\n--spoiler--\n\nFilmdə eynilə zerkaloda olduğu kimi indiki zaman və keçmiş zaman, reallıq və xəyal, istər yuxu, istərsə də epifanik təzahürlər yoluyla iç-içə keçmişdir...bunun ifadəsi üçün həm formal elementlərdən, həm də konseptual mexanizmlərdən uğurla ifadə edir tarkovski...reallıq və yuxunu ayıran sepia və rəngli sekanslar...və yuxunu, hər iki dünyanı (dünya və axirət arasındakı-bərzəx aləmi) və və dolayısıyla da şüuraltını təmsil edən və anidən ortaya çıxan stalkerin köpəyini xatırladan köpək kimi stilistik figurlardan, filmlərinin olmazsa olmazı olan yağışdan məharətlə istifadə edir...\n\nFilmin açılış sekansı bizi uzaqda, gölün kənarında pastoral arkadiyanı andıran bir təbiət görüntüsü ilə salamlayır...ümumiyyətlə filmin pratogonisti andrey(tarkovskinin prototipi-18 əsr bəstəkarı pavel sosnovskinin həyatını araşdırmağa gələn andrey- film çəkmək üçün italiyaya gələn tarkovski) tez-tez bu məkanı xatırlayır... Bu məkanın realda mövcud olan, onun yaşadığı evi, yoxsa onun idealındakı cənnət təsəvvürü olduğunu isə filmin sonunda qavraya bilirik...\n\nFilmdə digər tarkovski filmlərində olduğu kimi 3 əsas obraz quruluşu ( trinity-təslis inancı -stalker’də-yazıçı-professor-stalker, zerkalo’da-ana və iki uşağı və.s) bu filmdə də davam edir..andrey-eugenia-domenico üçlüsünün münasibətləri fonunda bizlər xristian teolojik simvolizmi, modernizm (sistem) təndiqi, ailə münasibətləri və nəhayət vizual anlamda həzzin doruklarına ulaşdıran 2 saatlıq sənət nümunəsini izləyirik...\n\nFilmlə bağlı bir neçə məqamı qeyd etmək istəyirəm...əvvəla filmin başında andreyin girməkdən imtina etdiyi monastrın divarındakı madonna del parto- doğum madonnası freskası məryəmin isaya hamilə olduğu dönəmi əks etdirir...o bölgədə yaşayan qısır qadınlar içi quşlarla dolu madonna heykəlini monastra gətirib dua edirlər...duanın sonunda isə madonnanın qarındakı həyatın rəmzi olan quşları azadlığa buraxmaqla ritual sona erir...yenə epifaniya hallarından birini (ilkini) yaşayan andrey əyilərək yerə düşən lələyi götürür və uzaqda evə doğru yaxınlaşan mələk figurunu (məşhur annunciation - müjdələmə tablolarındakı mələyin eynisi ) görürük...bu səhnəni dua edən qadının duasının qəbul olması kimi oxudum...\n\nFilmdə madonna (andreyin anası, hamilə arvadı-madonna del parto) figuruna paralel olaraq işlənən lilith figuru da var...bu alov kimi qızıl saçlı, üsyankar gözəl eugenia'dan başqası deyil...eugenia'nın otel otağında saçlarını daradığı və kinini, nifrətini andrey'in simasında kişilərə qusduğu səhnə mənə gabriel rossetti'nin lilith tablosunu xatırlatdı...\n\n\/>\n\n \n\nümumiyyətlə nostalghia iç-içə keçmiş poetik bir mətndir... musiqidən, rəssamlığa, dindən, tarixə tutun böyük bir intertekstual mətn olaraq görürəm bu filmi...zerkaloda olduğu kimi bu filmdə də tarkovski atasının (arseni tarkovski\" target=\"_blank\" style=\"color: #1994DA\" rel=\"nofollow\">link şeirlərinə müraciət edir...özü də şair olan andreyin və tərcüməçi olan eugenia’nın dilindən tərcüməylə bağlı fikirlərini öyrənirik...roman jakobson'un məşhur \"şeir tərcümə oluna bilməz\" fikrini burda bir dəfə də eşidirik...bir qədər sonra məşhur italyan deyimi olan “traduttore-tradittore-tərcüməçi xaindir” deyimini təsdiqlər şəkildə eugenia öz vəzifəsinə, öhdəliyinə xəyanət edir və andreyi tək başına buraxır...təbii ki, bunun arxasında əsaslı motivi olsa da, tarkovski sanki bununla bütün tərcüməçilərdən qisas alır...\n\nbir qədər də filmdəki təslis simvolizminin üçüncü tərəfi olan domenico haqqında...domenico'nu bela tarr'ın turin atı filmindəki anidən ortaya çıxan və 5 dəqiqəyə yaxın tiradı ilə modernizm (və daha ümumilikdə sistem) tənqidi edən axsaq qonşuya bənzədirəm...ikisinin də monoloqundakı bənzərliklər, dünyanın insanlar tərəfindən kirlənməsi, dünyanı dəyişdirmək istəmələri, istər domenico'nun son monoloqunu mark avreli'nin heykəli üzərində söylədikdən sonra özünü yandıraraq intihar etməsi, istərsə də turin atında qonşunun deyəcəklərini dedikdən sonra fırtınanın içərisinə, mübhəmliyə (heçliyə) doğru yürüməsi və.s (əslində hər iki obrazın kral lir'in təlxəyinə, mirzə cəlil'in kefli isgəndərinə bənzərlikləri (eyni dixatomiya burda da mövcuddur- dəli domenico-ağıllı cəmiyyət, kefli isgəndər və əslində ölü olan camaat) də mövcuddur ama çox da mövzudan yayınmaq istəmirəm..)...və filmdə domenico andrey'in ikinci kimliyi olaraq da qarşımıza çıxır...filmin bir yerində andrey'in güzgüdə öz sifəti yerinə domenico'nun üzünü görməsi, domenico'nun andrey'ə \"bir damla yağ üstünə bir damla yağın 2 damla yox, böyük bir damla yağ\" etdiyini deməsi buna işarətdir..evdə yedikləri çörək,içdikləri şərab və yağın özü (məsih sözü- yağla məsh olunan deməkdir-anointed) də dini simvolizmin uğurla ifadəsidir...\n\nfilmin sonunda beethovenin 9-cu simfoniyası və şillerin xoşbəxtlik odası (ode to joy-avropa birliyinin rəsmi himni) sədaları altında domenico özünü yandırır..nə qədər ironikdir deyil mi?...filmin bu səhnəsində \"vay anasını\" dedim öz-özümə..sanki tarkovski burda gələcəyi görmüş və ətrafda olan insanların duyğusuz, təsirsiz simaları (indiki avropa birliyi ölkələri) və saflığın, məsumiyyətin təcəssümü olan “Dəli” domeniconun məhvi ilə onun kimilərin bu cəmiyyətdə yeri olmadığını gözlər önünə sərmişdir...\n\n--spoiler--\n\nÇoxları tarkovski'nin bela tarr'la, nə bilim zvyagintsev'lə və nuri bilge'ylə olan bənzərliyindən danışır...ama mənə görə tarkovski transendental olduğu qədər, dünyəvidir...soyuq və qarlı rusiyadan olmasına baxmayaraq daha insancıldır, daha istidir, daha dokunaklıdır..." | |
}, | |
{ | |
"id": 427, | |
"title": " \n porno aludəçiliyi ", | |
"content": "Günümüzdə Porno çox əlçatan olduğu üçün insanların erotik materiallara aludə olması asan olur.\nTəəssüf ki, pornoqrafiya istehlakı beyində dəyişikliklərə səbəb olur.Pornonun asılılıq xarakterini araşdıran bir araşdırmada, böyük miqdarda erotik material istehlak edən subyektlərin pornoqrafik işarələrlə təqdim olunduqda beyin reaksiyalarının artdığı aşkar edilmişdir.Digər asılılıqlar kimi pornoya baxmaq da beynin mükafat yollarına təsir edərək həzz və ehtirasda rol oynayan dopaminə təsir edir.Bu reaksiya narkotik və ya qumar asılılığından əziyyət çəkən insanlara asılılığı təşviq edən mesajlar təqdim edildikdə də müşahidə edilmişdir.Beyin fəaliyyətindəki dəyişikliklərdən əlavə, həddindən artıq pornoqrafiya istehlakı da aşağıdakı təsirlərə malikdir: \n1) önbeyinin mrt-də görünəcək dərəcədə zədələnməsi.\n2) önbeyinin zədələnməsinə bağlı olaraq əsəblərin kontroldan çıxması və ani qəzəb partlaması yaşamaq.\n3) özünə güvən hissinin azalması və olmaması. Özünə inamın itməsi.\n4) kişilərdə ereksiya ola bilməmə və erkən boşalma. Qadınlarda real cinsi akta maraqsızlıq və cinsəl bölgədə quruluq. \n5) günahkarlıq və peşmanlıq hissləri. Bu hisslərin nəticəsində özgüvən əskikliyi.\n6) depressiya, özünü bədbəxt hiss etmək və real həyatda heç nəyə fokslana bilməyib,hər şeyə istəksiz yanaşmaq.\n7) unutqanlıq və diqqət problemi. \n8) beyinin striatum bölgəsinin büzülməsi nəticəsində uğur qazandıqda sevinc hissinin azalması və ya olmaması.\n9) asosiallıq, emosional bağ qura bilməmək və emosional bağlılığın yox olması. Tənhalığa qapılmaq.\n10) partnyor tapa bilməmək, axtarmamaq və hətta əks cinsə maraq duymamaq.\nMüalicəsi: \nPorno asılılığını idarə etmək üçün müalicə tədbiri kimi naltrekson tövsiyə oluna bilər. Bu dərman adətən alkoqol asılılığı və opioid asılılığını idarə etmək üçün istifadə olunur.Naltrekson həm porno həvəsini, həm də porno istehlakından yaranan məmnunluğu dayandıra bilər. Lakin əsas müalicə psuxoloji terapiyalar hesab olunur." | |
}, | |
{ | |
"id": 428, | |
"title": " \n qırmızı və qara ", | |
"content": "Stendalın “Qırmızı və Qara” əsəri ilk dəfə 1830-cu ildə nəşr olundu və dərhal tənqidi və ticari uğur qazandı. Lakin bəzi tənqidçilər romanın məzmunundan, xüsusən də onun baş qəhrəmanı Julien Sorelin şöhrətpərəstliyi və əxlaqsızlığının təsvirindən şoka düşdülər. Buna baxmayaraq, “Qırmızı və Qara” 19-cu əsr fransız ədəbiyyatının əsas əsəri kimi geniş şəkildə qəbul olunub. Rəyçilər əsərdəki personajların mürəkkəbliyi, psixoloji dərinlik və sosial satiralarına heyran qalıb.\nİctimaiyyət də romandan məftun olur və qısa müddətdə Fransada və xaricdə bestseller oldu. Kitab bir neçə dilə tərcümə olunub və dünyanın bir çox yazıçı və rəssamlarına təsir edib.\nBu gün “Qırmızı və Qara” fransız ədəbiyyatının şah əsəri və insan psixologiyası və cəmiyyəti haqqında klassik tədqiqat əsəri hesab olunur.\nMənə görə ədəbiyyat oxumağı sevənlərin mütləq oxumalı olduğu 3 əsərdən biridir." | |
}, | |
{ | |
"id": 429, | |
"title": " \n alman çoban iti ", | |
"content": "(bax: einstein sinifi itlər) sıralamasında top smartest-də border colliedən sonra ikinci sırada yer alan it cinsi. öz sadiqliyinə görə isə pireney mastif, border collie və Rottweilerdən sonra 4-cü sırada yer alır. dünyada ən çox yayılmış, ən məşhur it cinsidir. ağlınıza gəlib-gələ biləcək hər sahədə bu itlərdən istifadə olunur. ilk dəfə 1899-cu ildə alman gen mühəndisi Max von Stephanitz tərəfindən alman ferma itlərindən istifadə edilərək ortaya çıxarılıb adlandırılmışdır.\n\ninsanları çox yaxşı tanıyan, instinktləri çox həssas, verilən komandanı gecikməsiz yerinə yetirə bilən çox-çox ağıllı it cinsidir. insanın üz mimikalarına baxaraq uzaqdan onun pis yoxsa yaxşı məqsəd üçün yaxınlaşdığını anlayacaq qədər ağıllıdır.\n\nel araçında alman ovçarkası olaraq daha çox tanınır.\n\nçoxları bunu alman qurdu olaraq bilir, lakin alman qurdları ilə uzaqda-yaxından əlaqəsi yoxdur. qanı 100% itlər fəsiləsinə aiddir. qurdlarla qarışığı yoxdur. onsuz da qarışığı olsa bu qədər ağıllı olmazdı btw. wolf-dog, husky və s. kimi qurdlarda az belə olsa əlaqəsi olan itləri öyrətmək çox-çox çətin və zəhmət aparan prosesdir.\n\n k-9 adlı təlimi öyrətmək üçün çox uyğun itdir. polislər, hərbçilər və bir çox dövlət strukturları bu itlərdən çox geniş istifadə edir. az xərclə çox iş, necə deyərlər.\n\nilk olaraq adından da məlum olduğu kimi, çobanlar üçün sürüyə gözətçilik etmək üçün yaradılmışdılar. lakin, ovçarkaların bu kimi xüsusiyyətlərini görən dövlət orqanları iti daha yaxından izləyir, daha sonra ilk dəfə 1914-cü ildə birinci dünya müharibəsi illərində alman ordusunda mesajlaşma, gözətləmə və sursat daşınmasında istifadə edilmişdir.\n\nbir çox \"sub cinsləri\" var. bunlardan da ən məşhuru elə alman çoban itlərindən törəmiş belgian shepherd dog, belgian malinois cinsidir. bu itlər də ən az alman ovçarkaları qədər ağıllıdır, lakin bu itlərin ən böyük mənfi cəhəti alman çoban itlərinə nəzərən həddən artıq enerjili olmalarıdır. ona görə hərbçi, polis, fövqəladə hallar kimi yerlərdə işçi deyilsizsə bu it heç məsləhət görülmür. amma mənim alman ovçarkalarından sonra ən xoşuma gələn ikinci it cinsidir.\n\nalman ovçarkaları internetdə əsasən gsd olaraq keçir.\n\nbir digər ən məşhur xüsusiyyəti də arxa tərəfinin alçaq olmasıdır. \"pasatkası nə qədər çoxdusa o qədər safqandı qaqa\" deyimi çox da məntiqə sığışmasa da, haqlılıq payı da az deyil. sırf bu \"pasatka\" ucbatından alman çoban itlərinin bir çoxu genetik xəstəlik olan \"omba sümüyü çıxığı\"ndan əziyyət çəkir. müalicəsi çox asandır(əgər küçük vaxtı 1 aylığından müalicə olunarsa). 1 yaşına çatdıqda isə geri dönülməz vəziyyətlərlə qarşılaşmaq olur. ona görə gsd küçüyü almısınızsa baytarda omba sümüyünü mütləq yoxlatdırmaq lazımdır. qabaq ayaqları isə çox güclü olur. bir çox it cinsi ovunun üstünə dişləri ilə hücum çəkdiyi halda, alman çoban itləri ön ayaqları ilə bəbir kimi ovu tutub, ağzı ilə parçalamağa çalışır. bu da yenə oğruları, cinayətkarları tutmaq üçün bu iti ən ideal cins olmağa yaxınlaşdırır.\n\nrəngləri;\n\n\n \n \n\nqara alman ovçarkaları bütün rənglər içində ən sağlamı hesab edilir. 15-16 ilə qədər yaşaya bilirlər. sarı-qara-lar common rənglər sayılır. ağ ovçarkalar isə, çox vaxt bir çox genetik xəstəliklərlə dünyaya gəlir, ömürləri 5-6 ildən çox olmur. ovçarkalar qocaldıqca dodaqları da ağarmağa başlayır. əgər küçədə ağzının qıraqları ağarmış alman çoban iti görmüsünüzsə, yanına gedib komandalar verin, necə ağıllı olduqlarını görəcəksiniz.\n\nvə ən əsas məsələ. ovçarkalar iki əsas yarımqrupa ayrılır.\n(baxma: show line german shepherd dog);\n(baxma: working line german shepherd dog).\n\nshow line ovçarkalar adından göründüyü kimi, sadəcə görüntü olaraq gözəl olan, itlərin gözəllik yarışmaları üçün istifadə olunan, 1950-lərdə ortaya çıxmış alt cinsdir. daha angular sifət quruluşu, uzun tüklər, daha hündür və yekəpər bədən, 65-70 sm-ə çata bilən boy və ən əsası daha az \"ağıl\".\n\n\n \n \n\n\nbu alt cinsi öyrətmək bir qədər çətindir. təbii ki, məsələn yetkin bir show line gsd ilə yetkin golden retriever arasındakı qədər deyil, daha çox working line, ya da border collie kimi digər einstein sinfi itlərə nisbətdədir bu statistikalar. daha çox tüləyirlər, daha çox yeyirlər və ağır olurlar. amma enerjilərindən heç bir açıq vermirlər şərəfsizlər. ovçarka nerden baksan ovçarka\n\nvə gələk mənim ən sevdiyim it cinsi-alt qrupu olan, evimə gətirib bəslədiyim working line gsdlərə. boyları 55-60 sm-ə qədər uzanır, tükləri show line-dan daha qısa olduğu üçün tülədikdə ətraf daha az tükə məruz qalır. hətta və hətta 2 aylığında komanda öyrətmək mümkündür. hür deməsən hürməz, get deməsən getməz, gəl deməsən gəlməz. hətta bir müddət sonra (əgər düzgün öyrətsən) səndən əmr almadan nə oturmaz, nə də durmaz.\n\nworking line gsd;\n\n\n\n \n \n\n\nkeçən həftə başıma çox absurd iki hadisə gəldi. küçədə məlum iti gəzdirərkən, yanımdan əlində ən az 1 yaş yarımlıq pudel cinsində it gəzdirən qız gəldi keçdi. mən də çox vaxt iti açıb buraxıram otluğa ki, indidən öyrəşsin yanımdan getməməyə. nə isə bunun iti başladı mənim itimə baxıb qulaqlarını şəkləməyə. qız iti nə qədər dartdı, çağırdısa gəlmədi. qaqanız durur mu, uzaqdan itin adını bir dəfə çağırıb \"yanıma\" deyə komanda verdim. it qaça-qaça gəldi yanıma. qız da hırıldadı orda. itin aşennikini bağlayıb uzaqlaşdım o ucubelərin yanından.\ndigərində isə həyətdə chow-chow və chihuahua gəzdirən iki qaqaşın itləri mənim itimin üstünə hürə-hürə qaçışdılar. bizim kerata da durur mu, o da bunlara qulaqlarını şəkləyib ciy-ciy səsilə \"əü-əü\"(guya hürmək istəyir canım benim) eləyirdi. iti bir dəfə yanıma çağıran kimi, quyruğunu, qulağını salıb gəldi yanıma, otur verdim, oturdu. ikimiz də qaqaşları izləyirdik. belə bir uğur hekayəsi. əlavətən \"atıl kurt!\" komandası öyrədirəm bu aralar, nəticəni sizinlə paylaşacam*\nswh\n\n\nnə isə, deməyim odur ki, bu gözəl, ağıllı, sadiq, vəfalı it cinsini sevin. onlardan küçədə gördükdə qorxmayın. ovçarkalar aqressiv it cinsi deyil, ta ki, sizi bir təhlükə mənbəyi olaraq görmədikləri təqdirdə. məhləmizdə də biri var, hər kəs qorxarkən mən gedib yemləyib yanımda gəzdirirəm bu aralar. bəlkə onu əmsal götürüb öz itimi də ona uyğun öyrədərəm kim bilir. iti itin yanına bağlasan xasiyəti bir olar zad. bu mənasız atalar sözünü də kim demişsə, halt etmiş.\n\nbu itlər haqqında deyiləsi dastan qədər söz var, lakin bircə kəlmə, bir insanın ən mükəmməl dostu ola bilər.\n\nhal-hazırda da, ayağımın dibində mən bu entrini yazarkən yatıb, arada bir başını qaldırıb mənə baxır kerata. yerim." | |
}, | |
{ | |
"id": 430, | |
"title": " \n kathe kollwitz ", | |
"content": "1867-ci ildə indiki kalininqrad o vaxtkı adi ilə Königsbergdə doğulmuş alman rəssam ,qrafik və heykəltaraşı. 1919-cu illərdə prusa rəssamlıq akademiyasının ilk qadın üzvü və ilk qadın professoru olmuşdur. ancaq 1933-cu ildə oradan faşistlər tərəfindən qovulmuşdur. hər iki dünya müharibəsi həyatına bir başa təsirini göstərmiş övladını (nəvəsini də) müharibədə itirmişdir. bu acıları çəkdiyi rəsmlərdə dilə gətirmişdir. rəsmlərində toxunduğu mövzuların başında ölüm , yoxsulluq və müharibələrin işçi sinifi üzərindəki ağır təsiri görülməkdədir.\nMutter mit totem Sohn - ana və ölmüş oğlu heykəli. 1-ci dünya müharibəsində ölmüş oğlu peterə həsr olunub :\n\n\n \n \n\nheykəl berlindəki neue wache-də (müharibədə həyatını itirənləri anma yeri) 1993-cü ildən bəridir ki əsas diqqət mərkəzində olan abidəyə çevrilib. \nbelçikada müharibədə həlka olmuş almanların dəfn olunduğu qəbirstanlıqda k.kollwitz oğlu peterin xatirəsinə hazırladığı abidəsi\nThe Grieving Parents \n\n\n \n \n\nabidənin açılışında kollvitz və əri\n\n\n \n \n\naclıq , səfalət , ümidsizlik dolu rəsmləri \nalman uşaqlar acından ölür\n\n\n \n \n\nişsizlik\n\n\n \n \n\ndul qadın\n\n\n \n \n\nbaş qaldıran alman xalqına aid :\nberlin toxucularının yürüyüşü\n\n\n \n \n\nüsyan\n\n\n \n \n və sairə\nbir daha müharibənin olmamasını arzulayan kollvitzin çağırışı\n\n\n \n \n\nkollvistin məzarı. berlin (Friedrichsfelde) \n\n\n \n \n\nalmaniyada kollvitsin şərəfinə Käthe Kollwitz Prize adlı sənətçilər üçün mükafat mövcuddur. 1960-cı ildən etibarən yaradılan mükafat bu günümüzə qədər hər il təşkil olunur. sənətçinin berlin , köln , moritsburq və Koekelare-də əl işlərindən ibarət muzeyləri var." | |
}, | |
{ | |
"id": 431, | |
"title": " \n septem artes liberales ", | |
"content": "latıncadan yeddi müstəqil sənət deməkdir. orta əslərdə universitetlərdə artistlik fakültələrinin və orta məktəblərin tədris fənləri. bu fənlər antik dövrdə işlənmiş biliklər sisteminin qalıqlarından ibarət olan iki hissəyə bölünmüşdü : trivium (lat. üç yol) - qrammatika , ritorika və dialektika ; kvadrium (dörd yol) hesab, həndəsə, astronomiya və musiqi . antik dövrdən fərqli olaraq orta əsrlərdə bu fənlər əsasən dini mahiyyət daşımış onlardan kilsə moizələrini tərtib etmək , dini kitabları anlamaq üçün istifadə etmişdilər. renessans dövründə isə bu sistem dünyəvi mahiyyət daşımışdı. sonralar isə onu klassik gimnaziyalar əvəz etmişdi" | |
}, | |
{ | |
"id": 432, | |
"title": " \n vestal bakirəsi ", | |
"content": "qədim romada ilahə vestalın (hestia) rahibələri idi. romadaki sayılıb seçilən ailələrin kiçik qızlarından seçilirdilər. bakirəliklərini qorumaq məcburiyyətində idilər, əks halda ölümlə cəzalandırılırdılar.\nən birinci vəzifələri roma forumundaki vestal məbədinin müqəddəs alovunu qorumaq idi. vestallıq böyül bir şərəf idi və öləndən sonra var-dövlətləri dövlətə qalırdı. o, toxunulmaz sayılırdı. buna görədə çoxları öz vəsiyyətnamələrini ona saxlamaq üçün etibar edirdilər. vestal bakirəsinə qarşı hər hansı təhqir ölümlə cəzalandırılırdı. vestal bakirəsi ata himayəsindən azad olunaraq, öz mülkünə sahib olmaq hüququ qazanırdı. qətil yerinə təsadüfən yetişdikdə məhkumu əhv etmək hüququna malik idi.\n\nroma mitologiyasında spurius tarpeiusun qızı tarpeia xain vestal bakirəsi idi.\n marsın təcavüzünə uğrayan rhea silvia romul və remə hamilə qalmışdı. \nrhea silvia və tarpeia vestal bakirələrinə nümunə göstərilir." | |
}, | |
{ | |
"id": 433, | |
"title": " \n alfred dreyfus ", | |
"content": "yəhudi mənşəli fransız zabit. adının tarixə keçməsinin səbəbi dreyfus işinə görədir. işin mahiyyəti isə 1894-cü ildə fransa mürtəce hərbçilərinin fitnəkarlığı nəticəsində fransa baş qərargahı zabiti dreyfusu almaniyanın xeyrinə casusluqda ittiham edən məhkəmədir.bu məhkəmənin qərarı ilə dreyfus hərbi xidmətdən azad edilmiş və 1895-ci ilin yanvarında şeytan adalarına cəzas çəkmək üçün göndərilmişdi. məhz dreyfus işi 19-cu əsrin 90-cı illərində fransada hərbçilərin monarxist-aristokrat təbəqələrinin klerikallarla bloku və burjua demokratları arasında kəskin siyasi mübarizə obyektinə çevrildi. hərbi məhkəmə heç bir sübut olmadan deryfusa ömürlük katorqa cəzası kəsdi. irtica dreyfus işindən antisemitizmi və şovinizmi qızışdırmaq , respublika rejiminə və demokratik azadlıqlara hücum məqsədilə istifadə edirdi. qabaqcıl fəhlələr , sosialistlər , ziyalılar respublikanı müdafiə etmək və dreyfusa bəraət qazandırmaq üçün mübarizə aparırdılar. sol qüvvələrin başlıca olaraq fəhlə sinfinin respublikanın müdafiəsinə qalxması irtica qüvvələrini geri çəkilməyə məcbur etdi. 1899-cu il sentyabrın 19-da hökümətin təqdimatı ilə deryfus prezdent tərəfindən əfv edildi. 1906-cı ildə isə ona tam bəraət verildi. dreyfusun bəraət almasında əməyi olanlardan biri yazıçı e. zolya idi. yazıçı 13 yanvar 1898-ci ildə ''mən ittiham edirəm'' ( J'Accuse) adlı məktubu \"L'Aurore\" adlı qəzetində nəşr olunmuşdu. məktub fransanın o vaxtki prezidenti feliks fora ünvanlanmışdı. bununla da dreyfus haqsız olaraq ömrünün 13 ilini həbsdə keçirmiş və tam bəraət aldıqdan sonra ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir. e.zolyanın həmin o j'accuse məktubu :" | |
}, | |
{ | |
"id": 434, | |
"title": " \n gloomy sunday ", | |
"content": "Macar pianist Rezso Seress tərəfindən 1933-cü ildə ifa edilmiş mahnı. Mahnının yayımlanması the great depression dövrünə təsadüf etmişdir, deyilənlərə görə kütləvi intiharlara səbəb olub. Buna görə də, \"hungarian suicide song\" olaraq da bilnir. Bir çox insan intihar notunda mahnının sözlərindən quote qoyub, ya da dinləyərkən intihar edib. Buna görə mahnı macarıstan və ingiltərədə ban edilir. \nMən heather nova coveri ilə tanıyıb sevmişəm, hekayəsini sonradan öyrəndim. billie holiday kimi məşhurlar da cover edib, amma ilk eşitdiyim versiya mənə görə ən yaxşısıdır. \nOriginal versiya: \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nBu da ən sevdiyim versiyası:\n(youtube: )" | |
} | |
] | |
--- CHUNK 10 END --- | |
--- CHUNK 11 START --- | |
[ | |
{ | |
"id": 435, | |
"title": " \n verizm ", | |
"content": "italyanca həqiqət, düzgünlük kimi mənaları verən vero sözündən yaranmış 19-cu əsrin sonunda italyan ədəbiyyatı ,musiqisi və təsviri sənətində realist cərəyan. verizmin nümayəndələri dövrün ictimai-psixoloji konfliktlərini əks etditməyə çalışırdılar. ədəbiyyatda verizmə emil zolyanın naturalizm nəzəriyyəsi , habelə italyan sosialist hərəkatı ideyalarının təsiri olmuşdur. verizmin mühüm xüsusiyyəti məzlum zəhmətkeşlərə (başlıca olaraq isə əyalət yoxsullarına və kəndlilərə) dərin rəğbət hissidir. bu verizm nəzəriyyəçiləri covanni verqa (kənd namusu , Malavolyalar ailəsi və .s.) luici kapuana kimi yazarların romanlarında əksini tapmışdır. veristlər xalq dilində yazır , dialektlərdən geniş istifadə edirdilər. lakin veristlər ictimai ədalətsizliyin aradan qaldırılması yollarını görmürdülər. əsərlərindəki ümidsizlik motivləri , fizioloji amillərin şişirdilməsi də bununla bağlıdır. musiqidə verizmin ilk nümunəsi c.verqanın novellası əsasında bəstəkar Pyetro Maskanyinin bəstəsi olduğu kənd namusu (it. Cavalleria Rusticana) və rucero leonkavallonun məzhəkəçilər (it. pagliacci) operalarıdır. giacoma puccininin manon lesko (it. manon lescaut) , bohema (la boheme) , toska , çio-çio san ( madama butterfly kimi də bilinir) ,qərbli qız (La fanciulla del West) kimi operalar verizm nümunələridir. emosionallıq ,melodiyanın ifadəliliyi operalara müvəffəqiyyət qazandırsa da ,naturalizmə meyl ,melodramatizm, səthilik sürətlərin dolğunluğuna xələl gətirməmişdir. təsviri sənətdə isə verizm fəhlə və kəndlilərin həyatına maraq , ictimai tənqidi meyllərlə yanaşı , gerçəkliyə bədbin , bəzən isə passiv ,naturalistcəsinə münasibətilə xarakterizə olunur. rəssamlıqda verizmə nümunə:\ncüzeppe pellissa da volpedonun dördüncü qüvvət (il quarto stato) rəsmi. rəsmdə işçi sinifi təsvir olunur. yəni əsas qüvvə bu sinifdir. digər siniflər isə adlı-sanlı insanlar , din adamları və avam xalq.\n\n\n \n \n\nheykəltaraşlıqda verizm:\nvinçenzo cemitonun The philosopher or Saint Paul heykəli :" | |
}, | |
{ | |
"id": 436, | |
"title": " \n boqomilçilik ", | |
"content": "x əsrdə çar birinci pyotrun dövründə balkan ölkələrində meydana gəlmiş dualist ,neoqnostik sekta. adını hərəkatın rəhbəri keşiş boqomildən alıb. tarixin ilk anarxist xristian məzhəbi sayılır. boqomistlər sərvəti ,dövlət hakimiyyətini feodal istismarını pisləyir , şərqi xristian kilsəsini və onun ayinlərini ümumilikdə isə \n yer üzündəki bütün zənginlikləri rədd edirdilər. onlar belə fikirdə idilər ki bütün bunlar satanael (şeytan) tərəfindən yaradılıb. ona görə də boqomillər ətlə təması, ət yeməyi , evliliyi və şərab içməyi qadağan edirdilər. varlıları tənqid edib alçaldaraq kasıb təbəqəyə məxsus insanların haqqlarını müdafiə etmiş və onları öz ağalarına qarşı baş qaldırmağa səsləyirdilər. işləməyə xor baxan boqomilləri bəzən torbeshi (torba sözündən) adlandırdılar. buna səbəb isə gəzəyən boqomil keşişlərinin çiynində kasıblara vermək üçün sədəqə dolu torbanın olması idi. 17-ci əsrə qədər mövcud olduğu bildirilir" | |
}, | |
{ | |
"id": 437, | |
"title": " \n resurrection fest ", | |
"content": "ispaniyanın məşhur rock-metal festivalı.\n İlk dəfə 2006-cı ilin avqustunda keçirildiyi bölgənin adına uyğun olaraq viveiro summer fest adı ilə təşkil edilib və sonradan hazırki adını alıb. Hər ilin iyul-avqust aylarında baş tutur. Əvvəllər 3 günlük olan festival, 2015-ci ildən bəri 4 günlük təşkil edilməkdədir. Keçirildiyi regionun iqtisadiyyatına qatqısı da olduqca böyükdür. Bu vaxtacan scorpions, lamb of god, testament, slipknot, rammstein və daha bir çox böyük qrup bu festivalda konsert verib." | |
}, | |
{ | |
"id": 438, | |
"title": " \n la isla minima ", | |
"content": "ispaniyanın ən məşhur aktyorlarından olan javier gutierrez-in ulduzunun parlamasına səbəb olmuş filmdir. 2014-cü ildə çəkilib və həmin il 62-ci san sebastian beynəlxalq film festivalında nümayiş olunub. Bir çox nominasiyada ispaniyanın oskarı olan goya mükafatına layiq görülüb. \n Ölkədən asılı olmayaraq, keçmiş dönəm filmlərini bəyənən biri olaraq, bu film də çox xoşuma gəldi. Hadisələr 1980-ci ildə, post-franco ispaniyasında baş verir. madriddən detektivlər pedro suarez və juan robles şəhər kənarında yerləşən bir qəsəbəyə gəlirlər. Carmen və estrella adlı iki yeniyetmə bacı itib. Bacılar əvvəllər də tez-tez evdən çıxar, ancaq hava qaralmadan qayıdardı. Bu dəfə isə qayıtmayıblar və detektivlər də bu hadisəni araşdırırlar. Ortaqlar bir-birinə zidd iki insandır. Juan, franco dövründə rejim polisi olub və keçmişi problemli biridir. Pedro isə keçmiş rejimə hər zaman düşmənlik bəsləyən biridir.\n Filmin çəkiliş keyfiyyəti çox yaxşıdır və keçdiyi dövrü gözəl əks etdirir.\n Qeyd: sirli və düşündürücü bir sonu var." | |
}, | |
{ | |
"id": 439, | |
"title": " \n el greco ", | |
"content": "əsl adı domeniko teotogopuli olan və 1541-ci ildə kritdə doğulmuş mənşəcə yunan olan ispan boyakar. el qrekonu (yunan) təxəllüs olaraq istifadə etmişdir. 1565-ci ildə italiyaya gedən rəssam burada venesiya boyakarlığının təsiri ilə bir sıra əsərlər yaratmışdır. o əsərlərdən biri olan ''korun şəfa tapması'' \n\n\n \n \n\nyaradıcılığının formalaşmasında tisian , tintoretto , bassano və mikelancelonun təsiri olmuş , dini, mifoloji , məişət süjetlərində tablolar , portret və mənzərələr çəkmişdir. 1577-ci ildə isə ispaniyaya üz tutan el qrekonun gələcək yaradıcılığına manyerizm öz təsirini göstərmişdir. məhz bu dövr rəssamın işlərində realizm əlamətləri dini ehkamlarla , obrazların gərgin ekspressiyası , dünyanı və insanları idarə edən irrasional qüvvələrin əzəmətinin dramatik duyumu ilə əvəz olunmuşdu. bu işlərdən bəzilərinə nümunə olaraq 1586-88-ci illərdə çəkdiyi qraf orqazın dəfni :\n\n\n \n \n\nRəsmdə özünə də yer verib:\n\n\n \n \n\nrəsmin maraqlı cəhətlərindən biri də təsvir edilən şəxslərin rəssam tərəfindən ayrı-ayrılıqda portretləri də var ki qreko bu şəkil də onlardan bəzilərinə yer verib. misal olaraq Antonio de Covarrubiasın portreti \n\n\n \n \n\nrodrigo vazkez de arkenin portreti \n\n\n \n \n\napostol pyotr və pavel\n\n\n \n \n\ntoledonun görünüşü və ya toledoda tufan\n\n\n \n \n\nel qrekonun avtoportiret və portretləri psixoloji xarakteristikasının kəskinliyi ilə fərqlənir. \nKardinal Don Fernando Ninyo de Qevaranın portreti :\n\n\n \n \n\nrəsmləri və həyatı bəzi yaradıcı insanlara ilham mənbəyi olmuşdur. örnək olaraq alman şairi Rainer Maria Rilke və yunan yazar , şair niko kazancakis bu şəxslərdəndir. rəssamın həyatı və yaradıcılığı ilə bağlı 2007-ci ildə yunan rejissor Yannis Smaragdis tərəfindən el greco adlı film də çəkilib" | |
}, | |
{ | |
"id": 440, | |
"title": " \n cockaigne ", | |
"content": "orta əsrlər avropasında insanların işləmədən dəbdəbəli, bolluq içində yaşadığı xəyal edilən utopik yer. ayrı-ayrı avropa xalqlarında bu utopik yerlə eyni dəb-dəbəyə sahib olduğu təsəvvür edilən bir neçə yerlər var. misal olaraq italyanlar həmin yeri Paese della Cuccagna , hollandlar Luilekkerland yəni tənbəl, ləzzətli torpaq , almanlar Schlaraffenland , ispanlar sausa (sausa peruda həm də zəngin şəhərdir . şəhərin belə adlanmağına səbəb elə bu əfsanəvi yerdir) norveçlilər isə Lubberland (lubber - tənbəl şişman dost mənasındadır. ) adlandırıblar. əfsanələrə görə burada şərablar çay kimi axır , evlər tortdan hazırlanır , küçələr xəmirdəndir. mağazalarda hər kəsə pulsuz mallar verilir. əfsanənin irlandiya mədəniyyətində olan versiyası aislinge Meic Conglinne (MacConglinnenin xəyalı) parodiyasıdır. xalq parodiyasında yeməkdən doymayan cinin əsarətində olan kralın cockaignenin xəyalını gördükdən sonra sağalmasından bəhs olunur. başqa bir əfsanəyə görə xııı əsr fransız təmsili olan cocagne-nin ilahiləşdirilmiş sehrli ada olan avalonu məzhəkə etmək üçün yazıldığı güman edilir. ingilislərin monastr həyatını satira mövzusu edən “The Land of Cockaygne” şeiri də o ərəfələr yazılmışdı.\npieter bruegelin cockaigneni təsvir etdiyi rəsmi olan Het Luilekkerland \n\n\n \n \n\nabş realist rəssaml vincent desiderionun cockaignesı\n\n\n \n \n\ncarmina burana kantatasında bu şəkildə adı keçib Ego sum abbas Cucaniensis yəni cockaignenin rahibiyəm\n(youtube: )" | |
}, | |
{ | |
"id": 441, | |
"title": " \n ıg nobel mükafatı ", | |
"content": "ıg nobel mükafatları; harvard universiteti tərəfindən nobel mükafatının bir parodisi olaraq ən mənasız, absurd və araşdırılmaması gərəkən elmi işlərə verilən mükafattır. ıg sözü “nanəcib” mənasını verən ignoble sözünün qısaltmasıdır.mükafatlar hər il dekabr ayında elmi yumor jurnalı olan' annals of improbable research \"tərəfindən harvard universitetində təşkil edilən mərasimlə '\"ilk anda insanları gülümsədəcək amma sonra onları düşündürəcək \" 10 uğurlu elmi işə verilir. ıg nobel mükafatı hər hansı bir pul mükafatı deyildir və insanların xəyal gücünü qiymətləndirmək üçün verilməkdə, insanların diqqətini elm, tibb və texnologiyaya çəkmək məqsədini güdməkdədir. qazanan bütün araşdırmalar gerçək məlumatlar ehtiva etməkdə və prestijli elm jurnallarında dərc olmaqdadır." | |
}, | |
{ | |
"id": 442, | |
"title": " \n maksim vengerov ", | |
"content": "максим александрович венгеров ,1974-cü ilə novosibirskdə anadan olan ,dinləyici ilə arasında ayrılmaz bağ quran, o intonasiyanın ,vurğunun ,səsin yaradıcısı. səhnə performansı ilə dinləyərkən müdhişliyi qarşısında məni nəyninki özümün ,dünyanın xaricinə- sonsuzluğa aparan professor ,dirijor, skripka və viola ifaçısı. musiqinin mistik gücünü ön plana çıxarır ,elə həyəcanla,lazım olan emosiyalarla ifa edir ki, heyran qalmamaq ehtimalsızlığa çevrilir .\ntchaikovsky və sibeliusun skripka üçün yazılmış konsertlərini ,o cümlədən əksər çıxışlarını dinləmişəm, zənnimcə daha yaxşı ifa edən yoxdur .\n\nmaksim ilk olaraq ,14 yaşında amsterdam concertgebouwda verdiyi konsert ilə dünyada tanındı .ilk masterclasını 16 yaşında gerçəkləşdirməsinə isə inanmaq gücdür .\n1991 -ci ildə new york filarmoniya orkestrı ilə çalaraq ilk konsertini gerçəkləşdirdi. vengerov, 1994 -cü ildə gramophone jurnalı tərəfindən ilin gənc artisti seçildi. 1995 -ci ildə isə şostakoviç və prokofievin skripka üçün konsertlərini səsləndirdiyi cdsi eyni jurnal tərəfindən ilin albumu seçildi. eyni cd ilə ən yaxşı klassik album və ən yaxşı orkestr bərabərində solist kimi iki grammy mükafatı aldı. \nsənətçinin öz deyimi ilə həyatındakı ən önəmli mərhələlərdən biri də 1997-ci ildə 23 yaşında ikən unicef tərəfindən dünyanın ilk klassik musiqi sənətçisi olaraq musiqi elçisi adlandırılmasıdır. \n\n2005-ci ildən , vengerov londonun royal akademiyasında professor kimi çalışır .\n\nvengerov, 1727 -ci ildə cremonada stradivarinin düzəltdiyi və məşhur skripka ifaçısı kreutserə aid skripkada ifa edir . istifadə etdiyi yay jascha heifetzə aiddir. \n\nonun ilk müəllimi galina turchaninovanın maksim haqqında dediyi kimi \" maksim kimi skripka ifaçısı 100 ildə bir dəfə dünyaya gəlir \"\n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )" | |
}, | |
{ | |
"id": 443, | |
"title": " \n laplace şeytanı ", | |
"content": "pyer simon laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir:\n\nkosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik. bir an için kosmosun bütün güclərinin və bunu təşkil edən bütün varlıqların mövqeylərini anlaya bilən bir canlı olduğunu düşünsək, və onun bu məlumatları araşdıra biləcəyinidə düşünsək, eyni anda kosmosdakı ən böyük varlıqlardan ən kiçik atomlara qədər hər şeyi ehtiva edərək hesablayırsa, heç bir şey qeyri-müəyyən deyil və gələcək də, eynən keçmiş kimi, onun gözlərinin önündədir.\"" | |
}, | |
{ | |
"id": 444, | |
"title": " \n anne conway ", | |
"content": "əsl adı anne finch olan 17-ci əsrin ingiltərəsində nadirən təhsil görmüş filosofu və intellektual qadınlarından biridir. ömrünün sonuna yaxın kabbala və quakerizm ilə çox maraqlanmağa başlamışdı. ölümündən biraz əvvəl də quaker olmuşdur. o, ölümündən sonra nəşr olunan the principles of the most ancient and modern philosophy əsəri çox səs salmışlardandır. əsər özündə rene descartes və thomas hobbes kimi filosofların tənqidlərini ehtiva edib." | |
}, | |
{ | |
"id": 445, | |
"title": " \n bells palsy ", | |
"content": "11 dekabr 2023-də ilk simptomlarını hiss etdiyim, 12 dekabr 2023-də həkim tərəfindən diaqnozunu qoyulduğum xəstəlik. üzün 1 tərəfinin (məndə sol) iflic olmasıdı. adətən ani olaraq başlayır, ilk 48-72 saat arasında üzün 1 tərəfini tamamilə iflic edir. ondan sonra vəziyyət pisləşməyə doğru getmir, stabil qalır. Demək olar ki, ilk 10 gün heç bir inkişaf olmur. Həkimə getdim, kortikosteroid yazdı. (1) MEDROL 32 mg. İlk 12 gün 48 gram (1.5 tablet), 13-cü gün 32 gram (1 tablet), 14-cü gün (yarım tablet). steroid görən kimi mən də hamının ilk reaksiyasın verdim, oooooo bu qış böyüyəcükkkkkk. amma bu kortikosteroiddi, anabolik deyil. Yəni bildiyimiz o bodybuilder teması deyil. Bu kortikosteroidlər revmatologiya sahəsində istifadə olunur, iltihab əlehinə. Bu medrol ilə bərabər mədə qorucuyu (2) Pantoprazol Sandoz 40 mg da yazdı. Üstünə 2 dənə də anti-virus dərmanı yazdı. (3) İsoprinosine 500 mg tablet + (4) Telviran 800 mg tablet. Yəni 4 dərman. Bu iş dərmansız da keçir. Səbəbi və müalicəsi bilinməyən bir xəstəlik olduğu üçün, dərmanlar tam 100% effektli olacaq deyə bir qayda yoxdu, amma kortikoların bir nəbzə də kömək olduğu araşdırmada bilinir. Səbəbi soyuq ola bilər, külək ola bilər, virus (herpes adlı virus, dodaqdakı uçuq ilə eyni virusdu) ola bilər. Çox adamda üzün bir tərəfindəki sinirlərin, əzələlərin geri qayıtması 14-cü gündə, 15-ci gündə, 20-ci gündə, bu ərəfələrdə başlayır. Məndə 14-cü gün ərəfəsində bir tərpənmə oldu, bu gün 19-cu gündü, demək olar ki, 70% bərpa olunub. Amma güləndə üzümün 1 tərəfi digərinə müqayisədə daha az çəkilir. 1 ay sonra tam keçəcək deyə düşünürəm. Üz məşqlərini daimi etmək lazımdı. Amma üzdə ağrı hiss edəndə dayanmaq lazımdı, çünki üz əzələləri zatən zəifdi, üstünə bir də çox yormaq olmaz. Dodaqlar ilə məşq, sola sağa etməyə çalışmaq, fit çalmağa çalışmaq, gülümsəməyə çalışmaq (dişsiz), bir də gülməyə çalışmaq (dişli). Qaşları qaldırmaq (şaşırmaq), Qaşları endirmək (əsəbləşmə kimi). Yanaqlara, alına, çənəyə masaj etmək. İsti suya qoymaq üzdəki əzələləri rahatladır. \n\nilk dəfə simptomu hiss etməyim də maraqlı hekayədi. ilin bəzi periodlarında, adətən qışda gündə 4-5 ədəd siqaret çəkirəm. ofisdə idim, həmin siqaret fasiləsinə düşəndə anladım ki, dodaqlarımı sıxa bilmirəm, siqareti dodaqlarımın arasına qoyduqdan sonra onu sıxıb, ciyətimə çəkə bilmirdim. nəsə 1 dəfə, 2 dəfə, 3 dəfə oldu, anlamadım tam. sabahsı gün sol gözümü qapamaq istəyəndə, anladım ki, sol tərəfin idarəsi məndən çıxıb. sol tərəf iflicdi. ofisdəki həkimə yaxınlaşdım. o çox panik oldu, mənim stroke yəni iflic keçirdiyimi düşündü. təcili tibbi yardım ilə xəstəxanaya göndərdi. orda ilk beynimə baxdılar, tümör və ya insult tapılmadı. üzün bir tərəfinin iflic olmasında heç bir səbəb tapılmırsa, onda çıxdaş üsulu ilə buna bells palsy deyilir. adətən insanların 85%-i bu xəstələyi keçici olaraq yaşayır. bəziləri 2 həftə, bəziləri 1-3 ay arası, bəzilərində də də 9 ay çəkir düzəlməyi.\n\nGod forbids, bu xəstəlik başınıza gəlsə, mənə yazın instadan ya fb-dan, sualınızı soruşun. amanov. psixolojik olaraq güclü durmaq lazımdı. bilmək lazımdır ki, çox çox çox (85%) böyük ehtimalla 1 ay ərzində keçib gedəcək. ona görə də, dərd eləməyin. mənim psixolojik olaraq çox ciddi problemim olmadı amma bilmirəm atdığım dərmanlardan mı yoxsa nə, iştahım tamamilə öldü. bütün gün yemək yemədən keçirə bilirəm. ilk 10 günə baxanda inkişaf var, amma ümid edirəm əvvəlki tam full iştahıma qayıdaram. nəsə ağlımdan çıxıbsa, yenə entry yazacam." | |
}, | |
{ | |
"id": 446, | |
"title": " \n 1 rep max ", | |
"content": "1 rep max - yəni 1 təkrar maksimumu. Verilmiş hərəkətdə qaldıra bildiyin ən yuxarı ağırlıq. PR (personal record) adətən 1 rep max ilə ölçülür. \"Neçə bench edirsən sən?\" dediyində biri, qarşıdakı adam adətən \"120 kg bench edirəm\" deyir, orda 1 təkrara ən ağır nə qədər qaldıra bildiyin deyir adətən. Bodybuildingdə hərəkətlər normalda 8-12 təkrar arasında edilir. Hypertrophy - yəni əzələ inkişafında ən optimal təkrar sayı budu. çox vaxt deadlift də 1 rep max edilir. powerlifting idmanında 1 rep max daha yayğındı bodybuildingə baxanda" | |
}, | |
{ | |
"id": 447, | |
"title": " \n tether ", | |
"content": "ən çox istifadə olunan kripto valyutatır. usdt olaraq da bilinir. 1 usdt = 1 usd. Bu kriptonu mining etmək olmur, onun dəyəri sahibi olduğu şirkətin hər usdt qədərini öz balansında saxlamaqla əldə edir. \nistifadə məqsədi isə online pul köçürmələrində daha az komisyon ödəmək, gic gic vergilərdən yayınmaq üçündür. \nməsələn forex traderlər balanslarına pul yatırarkən və çıxararkən bundan istifadə edirlər." | |
}, | |
{ | |
"id": 448, | |
"title": " \n palm dog awards ", | |
"content": "2001-ci ildən bəri keçirilən kann festivalında yarışan filmlərdə iştirak etmiş itlərə verilən mükafat. bir neçə örnək : dogvilledəki moses , Once Upon a Time in Hollywooddə çəkilmiş brandy , patersondakı marvin bu mükafata layiq görülmüş itlərdir." | |
}, | |
{ | |
"id": 449, | |
"title": " \n israeled ", | |
"content": "urban dictionarynin feil olaraq lüğətə əlavə etdiyi ifadə. mənası biri səndən sənə aid bir şeyi paylaşmanı istəyir və sonra səni uzaqlaşdırmaq üçün dava-dalaş edir.misal olaraq da belə bir izah veriblər : restoranda bir nəfər masamı paylaşmamı istədi. icazə verdim. bir neçə dəqiqə sonra görüşü olduğu üçün məni masadan qovdu. yəni israilləndim" | |
}, | |
{ | |
"id": 450, | |
"title": " \n comedy wildlife photography awards ", | |
"content": "İlin Vəhşi Təbiət Fotoqrafının seçildiyi, İngiltərənin London şəhərindəki Natural History Museum tərəfindən hər il keçirilən beynəlxalq vəhşi təbiət fotoşəkilləri müsabiqəsidir.\n\nqalib şəkillər nüfuzlu münsiflər tərəfindən üç mərhələdə dünyanın 4 tərəfindən daxil olan təxminən 50.000 şəkil arasından seçilir. Mükafatlandırma mərasimindən sonra bu şəkillər il ərzində 5 milyondan çox ziyarətçini cəlb edən londondakı bu muzeydə sərgilənir. bu mükafatlar eyni zamanda vəhşi təbiətin qorunmasına diqqət çəkir və təşviq edir. \n\nhər il olduğu kimi, təşkilatçılar oktyabrda builki 41 finalisti , qalibləri də 28 noyabrda elan etdilər. Jason Moore’un havalı gitarasında ifa edən kenqurunu mükəmməl şəkildə tutması ilə builki baş mükafatı qazandı. \n\nJason Moore əl işi mükafatı ilə\n\n\n \n \n\n\nfoto kateqoriya qalibləri:\n\nyerdəki canlılar və əsas qalib \nJason Moore (Avstraliyalı)\n\"Air Guitar Roo\"\n\n\n \n \n\n\nhavadakı canlılar\nVittorio Ricci (İtalyan)\n\"Unexpected plunge\"\n\n\n \n \n\n\nsu altındakı canlılar\nOtter Kwek (Sinqapurlu) \n\"Otter Balerina\"\n\n\n \n \n\n\nGənc fotoqraf\nJacek Stankiewicz (Polyak)\n\"Dispute\"\n\n\n \n \n\n\nportfolio\nTímea Ambrus\n\"I finally learned to fly or - or maybe not\"*\nbu çöl sincabı sizə də bir yerdən tanış gəlir?\n\n\n\n \n \n\n\nvideo kateqoriyası qalibi\nLily Bernau\n\"Too cold\"\nvideo üçün bu linkə keçid edin. \n\nyüksək rəğbət görənlər\nTzahi Finkelstein (İsrailli)\n\"The happy turtle\"\n\n\n \n \n\n\nJohn Blumenkamp (amerikan)\n\"Monday Blahs\"\n\n\n \n \n\n\nZoe Ashdown (britanyalı)\n\"One for the family album\"\n\n\n \n \n\n\nBrian Matthews (britanyalı)\n\"Don't look down\"\n\n\n \n \n\n\nLara Mathews (Avstraliyalı)\n\"Boing\"\n\n\n \n \n\n\nDelphine Casimir (belçikalı)\n\"The rainforest dandy\"\n\n\n \n \n\n\nPratick Mondal (hindli)\n\"Look at right Bro\"\n\n\n \n \n\n\nWendy Kaveney (hindli)\n\"That wasn't here yesterday\"\n\n\n \n \n\n\nJacques Poulard (Fransız)\n\"Snowball\"\n\n\n \n \n\n\nDakota Vaccaro (amerikan)\n\"Excuse me sir but I think you're a little too young to be smoking.\"\n\n\n \n \n\n\nfotoqrafların şəkilləri haqqındakı öz şərhlərini burdan oxuya bilərsiniz." | |
}, | |
{ | |
"id": 451, | |
"title": " \n bluebird ", | |
"content": "charles bukowski-nin əfsanə şeirlərindən biri. şeirlə ilk tanışlığım təxmini 2-3 il bundan əvvəl idi. hər dəfə oxuduqda yaxud xatırladıqda sözləri insanı ayrı cür məst edir. yanlış anlamayın sevgi şeiri deyil ancaq bir düşünsəniz biraz da sevgi şeiri kimi anlaya bilərsiniz. daxilinzdəki 'siz'ə olan məhəbbət bir o qədər də qorxu və etiraz haqqında sevgi şeiri.\n\n təxmini 2 il əvvəl ani gələn duyğularla şeiri səsləndirib record eləmişdim hər nə qədər sonradan səsləndirməyimi bəyənməsəm belə)\ncharles bukowskinin özünün səsləndirdiyi original versiyası: (youtube: )\n\t\t \n\t\t \n\t\t \n\nşeirin sözlərini və tərcüməsini (misra qafiyələri tutuşmasa) da qeyd edim\n\n\nThere's a bluebird in my heart that\n(bir mavi quş var ürəyimdə)\nWants to get out but I'm too tough for him\n(çölə çıxmaq istəyir ancaq mən ona qarşı çox sərtəm)\nI say, stay in there, I'm not going to let anybody see you\n(orda qal, səni kiməsə göstərəcək deyiləm, deyirəm)\nThere's a bluebird in my heart that\n(bir mavi quş var ürəyimdə)\nWants to get out but I pour whiskey on him and inhale cigarette smoke\n(çölə çıxmaq istəyir amma mən ona viski süzür və siqaret tüstüsünə boğuram)\nAnd the whores and the bartenders\nAnd the grocery clerks never know that\nHe's in there\n(nə fahişələr nə barmenlər nə də satıcılar onun orda olduğunu bilmirlər)\nThere's a bluebird in my heart that\n(bir mavi quş var ürəyimdə)\nWants to get out but I'm too tough for him\n(çölə çıxmaq istəyir ancaq mən ona qarşı çox sərtəm)\nI say, Stay down, do you want to mess\nMe up?\n(''orda qal, məni məhv etmək istəyirsən?'' deyirəm)\nYou want to screw up the\nWorks?\n(işlərimi bərbad etmək istəyirsən?)\nYou want to blow my book sales in\nEurope? \n(avropadakı kitab satışlarımı məhv etmək istəyirsən?)\nThere's a bluebird in my heart that\n(bir mavi quş var ürəyimdə)\nWants to get out\n(çölə çıxmaq istəyir)\nBut I'm too clever, I only let him out\nAt night sometimes when everybody's asleep\n(amma mən çox ağıllıyam, ona ancaq gecələr hər kəs yatarkən çölə çıxmağa icazə verirəm)\nI say, I know that you're there\nSo don't be sad\n(bilirəm ordasan, buna görə üzülmə, deyirəm)\nThen I put him back\n(sonra onu yerinə qoyuram)\nBut he's singing a little in there\n(amma o içimdə biraz daha oxuyur)\nI haven't quite let him die \n(ona ölməyə icazə vermədim)\nand we sleep together \nlike that, with our secret pact\n(və biz gizlin anlaşmamıza əsasən bir yerdə yatırıq)\nand it's nice enough to make a man\nWeep, but I don't weep, do you?\n(bir adamı gözyaşlarına boğa biləcək qədər gözəldir o, amma mən ağlamadım, bəs siz?)" | |
}, | |
{ | |
"id": 452, | |
"title": " \n damien rice ", | |
"content": "Biraz da damien ricedan danışım. İrlandiyalı dünya şöhrətli deməzdim də böyük güclü kütləyə gözəl musiqiləri ilə sahib olan musiqiçi. Cheers darlin mahnısı bəlkə də çoxumuza məlumdur. Əksəriyyətini içərək keçmiş xatirələri xatırlamağa vadar edən o musiqi. \n Musiqinin hekayəsini bildikdə sözləri ayrı təsir edir adama. Yağmurlu günlərin birində damien rice qaçaraq gedəndə yolda qaçan bir qızla toqquşur. Ehtiyatsızlığından irəli gəldiyini düşünür və qıza bir üzr borcu olaraq onu elə toqquşduqları yerin tam da yanındakı bir bara dəvət edir. Zaman keçir ikilinin söhbəti o qədər uzun və gözəl irəliləyir ki, damien qıza ilk görüşdən vurulduğunu düşünür. Söhbət əsna\nsında onu da öyrənir ki, bir-birlərinə çox yaxın qalırlar. Saatı tez-tez izləyir düşünür ki, əgər son avtobusu da qaçırsaq onunla bir yerdə daha çox zaman keçirə bilərəm. Və cibindəki bütün pulu şəraba verir. Söhbət uzanır, damienin siqareti bitir qız onunla siqaretini paylaşır və son avtobus saatı keçəndən sonra da damien qıza zamanın keçdiyini artıq avtobusun gəlməyəcəyini bildirir. Qız isə qarşılığında eybi yox sevgilim məni götürməyə gələcək deyir. İçkili halda olan damien çox pis olur amma bəlli etməməyə çalışır. Daha sonra tualetə getmək adı ilə masadan ayrılır. Gəldiyində isə masada qızı görmür. Onun üçün stolun üstünə 3 siqaret qoyduğunu görür. Elə o an damien oturur bir pivə butulkasının kağızına mahnının sözlərini yazır. qızın qoyduğu siqaretləri çəkərək...\n(youtube: )" | |
}, | |
{ | |
"id": 453, | |
"title": " \n imadəddin nəsimi ", | |
"content": "qətlinin vacib elan edilməsimin, dərisinin soyulmasının səbəbi olaraq ortodoks islama qarşı çıxması olmadığını düşünməyə başladığım hürufi.\n\norta əsrdə çoxu müsəlman olan cəmiyyətlərə baxdığımızda islamın yaşanılmasına, islami biliyin əldə edilməsinə dair iki epistemolojik fəza var:\n1. Daha az oxuyan insanlar üçün, yəni cəmiyyətin çoxunluğu üçün, ictimai mühitdə oxunulan, müzakirə edilən hədis və quran qaynaqları. bu baxımdan quran və hədis qaynaqları bərabərlikçidir, sinfi fərqlilik olmadan hərkəs üçün enmiş kəlamullahdır.\n\n2. daha çox oxumuş olanlar arasında, yəni cəmiyyətin azınlığı arasında, kiçik qruplar olaraq ictimai mühitlərə bağlı xüsusi mühitdə çox fərqli mətinlərin oxunub müzakirə edildiyi fəza. birinci fəza hədis və quran kimi bərabərlikçi mənbələrdən bəsləndiyi halda, bu fəza hədis və quranı da mümkün edən, bildiyimizin ötəsində, varlığımızın daha dərin suallarına yelkən açanların danışdığı şeylərdir.\n\nbu baxımdan feodal kast sisteminə bənzər şəkildə sərhədləri çox kəskin olan epistemoloji fəzalar var. və bu fərqliliyi qorumaq üçün sirr kəlməsi önəmlidir. kənzül-məxfi sadəcə bu kiçik, xüsusi qrupa açılmış bir sirrdir və bu sirr ictimai mühitdə danışıla bilməz.\n\nbu baxımdan da, nəsiminin \"ənəlhəq\" deməsi bir baxıma özəl olanın ümumiyə daşınması, gizli olanın ictimailəşdirilməsi, sirrin pozulmasıdır. nəsiminin ənəlhəq deməsi ictimai mühitdə \"mən tanrıyam\" kimi mənalandırılır. əslində demək istədiyi, bunun ilə başa salmaq istədiyinin arxasında çox fərqli mənalar var, lakin bir cümlə fərqli epistemoloji fəzalarda fərqli cür başa düşülür. yəni, nəsiminin ölüm səbəbi ortodoks islama qarşı çıxmasından daha çox sirri ifşa etməsi ola bilər zənnimcə.\n\nbu iki epistemoloji fəzanın özünü daha vahid epistemoloji fəzaya, hərkəsə bərabər şəkildə çevrilməsi neuzeit dövrünə düşür. erkən modernizmdən etibarən \"iki qrupun iki ayrı gerçəklik fəzası ola bilməz\" deyilərək hamısı 1-ə gətirilir, hərşey ictimai fəzaya induksiya edilir. bu dönəmdə islamın ilk dövrlərinə, ilk 4 xəlifə dövrünə, quran və hədislərə daha çox referanslar edilir. \n\nbunun sosio-iqtisadi tərəfləri də var. osmanlı imperiyasında 16-cı əsrin sonuna qədər mülki idarədəki ən yüksək yerlərə gələnlərin böyük çoxunluğu devşirme kökənli idi. sosial siniflər arası mobilizasiya, keçid kanalları yox idi. idarə edənlər (saray idarəsi, hərbi idarə və üləma) və idarə edilənlər (ümumilikdə rəiyyət adlandırılanlar) var idi. üləmanın oğlu üləma, əskərin oğlu əskər, rəiyyətin oğlu da yenə rəiyyət olurdu. rəiyyətin sosial hərəkətlikdə yuxarı doğru çıxmaq şansı yox idi. 17-ci əsrdən etibarən qərbi avropadakı sənayələşmə və rəqabətin artması ilə bərabər osmanlıda da iqtisadi dəyişikliklər baş verdi. ticarət ilə əllərinə pul keçən bəzi rəiyyətdən insanlar idarəetmədə söz haqqı olmağa başladı. pul verib yeniçərilər ocağına girəbilirdi. \n\nrəiyyətin bəzi hissəsinin yuxarı doğru dırmaşması bəzi rəiyyət hissələrindən daha yaxşı hala gəlməsinə səbəb oldu. \"mən niyə orada deyiləm?\" sualından doğan sinfi ziddiyətlər daha çox görünməyə başladı. bu sinfi ziddiyətlərin sosial gərginlik halını almaması üçün islam üzərində dəyişiklik oldu və islam sosial kimlik olaraq yeni bir funksiya yerinə yetirməyə başladı və siyasi kimlik halını aldı: idarə edən sinifdəki də müsəlmandır, sən də müsəlmansan, biz ayrı bir qrupuq. \n\nrəiyyət ilk başda yəhudi, xristian və müsəlman kəndlilərini, yoxsullarını, alt və orta təbəqələri ehtiva edirdisə indi sadəcə yəhudi və xristianları ehtiva etməyə başladı: rəiyyət yəhudi və xristianlardır, biz müsəlmanıq. bununla da, sinfi ziddiyətlərin üzəri dini kimliyin kley, yapışdırıcı rolu görməsi ilə örtüldü.\n\nvə bu birləşdirici sosial-siyasi kimlik olaraq islam artıq hərkəsə bərabər olmalı idi. əvvəlki kimi, xüsusi bir qrupun ayrı, dərin islamı; digərlərinin daha bəsit islamı ola bilməzdi. \n\nbu dəyişimi max weberin protestant əxlaqı və kapitalist ruhunda açıqladığı \"disenchatment\"\/\"Entzauberung\"\/\"Dünyanın sehrinin itməsi\" qavramları ilə izah oluna bilər. qısacası, max weberə görə katolik xristianlıq orta əsrin zeitgeistına uyğun gəlirdi: özünü dünyadan təcrid etmək, tanrıya bu dünyada çatmaq, doqmatik rituallar və sairə. artıq kapitalist dövrün ruhuna isə protestan əxlaqı uyğun gəlirdi: tanrıya bu dünyada çatmaq mümkün deyil, bu dünyada biz disiplinli çalışmalıyıq ki, digər dünyada tanrı bizi mükafatlandırsın. yəni, dinin rasionallaşması.\n\nislamda da, başda bəhs etdiyimiz \"iki epistemoloji fəza dövründə\" tanrıya bu dünyada çatmaq üçün nəfsi tərbiyə etmək lazım olduğu, özünü dünyadan təcrid etmək gərəkdiyi düşüncəsi var. məsələn, yunus emrenin \"cənnət cənnət dedikləri\" şeirində belə bir hissə var:\n\"cennet cennet dedikleri\nbirkaç köşkle birkaç huri\nisteyene ver onları\nbana seni gerek seni\"\n\nyəni, qurandakı vədlərin normal insanlar üçün olduğunu, bəzi xüsusilərin isə tanrı qatında eşq yaşamasının keçərli olduğu bir fəzadan bəhs edirik.\n\nmax weber islamı bu fəzadan ibarət gördüyü üçün onun protestant əxlaqı kimi yeni çağın sosial-iqtisadi ehtiyaclarına görə dəyişmədiyini irəli sürmüşdü. amma, \"dünyanın sehrinin itməsi\" islam üçün də keçərli idi.\n\nancaq, 17-ci əsrin sonlarından etibarən islamın da artıq bu dünyəviləşməyə getdiyini görürük. yuxarıda bəhs etdiyim iki fəzalı epistemoloji reallığın sadəcə vahid reallığa endirilməsi bunun göstəricisidir. fərqli dövrlərdə yazılmış \"islami davranış risalələri\"nə baxsanız, əvvəllər kasıblığa yüklənən pozitiv mənanın getdikcə neqativ məna ilə dəyişdiyini; əvvəllər yaxşı əxlaqlı olmanın da islamın 5 şərti qədər önəmli olduğunun göstərilməsinin əksinə əxlaqdan bəhs edilməməsi, \"bunu etməlisən, hədisdə belə buyrulub\" kimi dünyəvi əməllərə diqqət çəkilməsi, \"kasıb olmamaq üçün 25 hədis\" kimi başlıqlı siyahıların ortaya çıxması və bir çox şey misal göstərilə bilər. dünyada tanrıya çatmaq, onunla eşq yaşamaq lənətlənmiş, allahın transandatalizminin vurğusu artmışdır.\n\n thomas bauerin \"A Culture of Ambiguity: An Alternative History of Islam\" kitabında bəhs etdiyi qeyri-müəyyənlik məsələsi var. çox uzatmaq istəmirəm, mən də yazmaqdan yoruldum. qısacası deyir ki, orta əsrdə islamda qeyri-müəyyənlik var idi. bir hədisin, bir ayənin birdən çox mənası, təfsiri ola bilərdi və bunların heç biri digərindən üstün deyildi. məsələn bir ayədəki bir sözün belə 30-40 fərqli təfsiri var idi və heçbir təfsirin digəri üstündə hegemoniya qurmaq kimi niyyəti yox idi, hər biri bərabər dəyərli idi. bir mənanın olmaması islami mədəniyyətdə plüralizm ortaya çıxarırdı. ancaq yuxarıda bəhs etdiyim dəyişkənliklərlə bərabər, qeyri-müəyyənlik yerini müəyyənliyə buraxdı. artıq bir ayənin bir hegemon, hakim təfsiri olmalı idi. qeyri-müəyyənliyə yol verilə bilməz: ya o, ya bu.\n\nthomas bauerin pis iblisi burada rene descartesin özüdür. dekartın karteziyan ağılı dixotomiya şəklində düşünməni hakim mental iqtidar halına gətirdi. ona görə də, islamda da qeyri-müəyyən mənalılıq və plüralizm öz yerini vahid mənalılıq və mərkəzi iqtidara buraxdı.\n\nbu barədə üzərinə daha çox düşünmək üçün tövsiyyə etdiyim mənbələr:\n shahab ahmed- What Is Islam?: The Importance of Being Islamic\n thomas bauer- A Culture of Ambiguity: An Alternative History of Islam\n baki tezcan- The Second Ottoman Empire: Political and Social Transformation in the Early Modern World\n\nnəysə, nəsimi mövzusundan çox uzaqlaşdıq, amma niyə nəsiminin \"zındıq\" olduğuna görə deyil, sirri aşkar etdiyinə görə cəzalandırıldığını düşündüyümü izah etmək istədim." | |
}, | |
{ | |
"id": 454, | |
"title": " \n brahmanizm ", | |
"content": "(baxma: brah beni) (baxma: brah ma benizm) \ninəklərə etibar etməyən dinin nümayəndələri. bu cərəyanın yaradıcısı brahma olmuşdur. qədim hindistanda siyasi ideologiyalara yön verən inanclardan hesab olunur. kasta sisteminin mövcud olması bu cərəyanın bir çox insan tərəfndən tənqid olunması ilə nəticələnirdi. bu inancın əsasında təbəqələşmə dayandırdı və onlara görə insanı bu bəladan qurtarmaq mümkün deyil. necə ki, istismar olunanların yer üzərində istismardan azad olması qeyri-mümkündür. buna görə də brahmanizmdə insanın ruhu əsas və ölməz sferada dəyərləndirilir. insan öz ruhunu təkmilləşdirməli və beləliklə ruhunu əbədiləşdirmiş olacaqdı. İnsanın varlığında başlıca yeri bədən deyil ruh tutur fikirini iddia edən brahmanizm adamları öz həyat şəraitini yaxşılaşdırmaq,cəmiyyət quruculuğunda iştirak etmək səylərindən uzaqlaşmağa çalışırdı. \n \n\n \n \n\nBrahmanizm siyasi ideologiyasını əks etdirən mühim yazılı mənbələrdən biri də manu qanunları-dır. \n \nmanu qanunlarında dövlət hakimiyyəti hökmdarın şəxsi idarəçiliyi kimi təsvir olunurdu. Onlara görə hər bir abad cəmiyyətdə yeddi ünsür mövcuddur; çar, məsləhətçi, ölkə, qala, xəzinə, ordu və müttəfiqlər. bunlardan ən əsası hökmdar hesab olunurdu. brahmanların fikrinə görə dini qanunlar dünyəvi qanunlardan üstündür. brahmanlar öz əsərlərindö açıq şəkildə etiraf edirlər ko, müharibələrin əsas səbəbi başqa dövlətlərin ərazilərini və müəyyən mülklərini\/sərvətlərini istismar etməkdir. \n\ndeyildiyi kimi brahmanlara görə ruh hər yerdə və hər şeydədir. dinin əsasları etibarı ilə bu inancın davamçıları öz həyat şəraitlərini bir qırağa qoyub toz-torpaq içində öz ruhlarını ölməz və əbədi tutmaqla məşğuldurlar. bununla da mədəni istismarın əsasını qoymuşlar." | |
}, | |
{ | |
"id": 455, | |
"title": " \n sadie adler ", | |
"content": "red dead redemption 2 personajlarından biri.\n https:\/\/i.imgur.com\/vWOu0k8.png\n Uşaqlıqdan bəri həyatı təbiət qoynunda keçmiş sadie, at sürməyi, ovçuluğu və təbiətdə sağ qalmaq üçün lazım olan bir çox şeyi yaxşı bacarır. 1896-cı ildə jake adler ilə evlənir. Ancaq cütlüyün xoşbəxt həyatı çox çəkmir. 1899-cu ildə, soyuq bir qış gecəsi o’driscoll boys dəstəsinin üzvləri cütlüyün evinə hücum edərək, jake-i öldürür və evi talamağa başlayırlar. O əsnada əraziyə gəlmiş van der linde dəstəsi sadie-ni tapır və xilas edir. dutch van der linde, sadie-ni təmizlik və yemək işlərinə kömək etməsi üçün dəstəyə daxil edir. Ancaq sadie, vaxt keçdikcə cəsur bir gunslinger-ə çevrilir və əfsanələşir. İtirdiyi yoldaşına sadiq olan sadie, ondan sonra heç kimə yaxınlaşmır və oyun boyu arthur morgan ilə də arasında hər hansı bir sevgi münasibəti yaranmır.\n Arthur öldükdən bir neçə il sonra, van der linde dəstəsindən geriyə qalanlar onun qisasını almaq üçün bir araya gəlir. Atışmada sadie yaralanır və john marston tək başına irəliləyir. Sonda dutch və satqın micah bell ilə qarşılaşır. Ancaq dutch gözlənilməz şəkildə micah-ı vurur və heç nə demədən oradan uzaqlaşır. Bu hadisədən sonra dəstə üzvlərindən charles, sakit bir həyat sürmək üçün kanadaya köçür. Sadie də ölkəni tərk edir və latın amerikaya getdiyi ehtimal olunur. After credits-dən sonrakı səhnədə pinkerton agentləri micah-ın cəsədini tapırlar və van der linde dəstəsindən geriyə qalanlardan şübhələnirlər. Charles və sadie çoxdan xaricə getdiyi üçün onların izinə düşə bilmirlər. Geriyə sadəcə john marston qalır və onu izləməyə başlayırlar. Bu da bizi ilk oyuna aparır." | |
}, | |
{ | |
"id": 456, | |
"title": " \n sade ", | |
"content": "(baxma: Pearls)\nSadenin Pearls mahnının hardan ilham aldığı, New york barında keçmiş əsgərlə söhbətindən gəlir. Deməli, əsgər döyüşdəki gördüyü əzab, çətinliklər, Ölmədən öncə insanların son üz ifadələri və döyüşdəki travmasının ona necə təsir etdiyindən danışır. həmin vaxta kimi həyatı boyu yük olan vicdan əzabından necə əziyyət çəkdiyindən bəhs edir. \nMahnıda Somalidə özünün və ailəsinin sağ qalması üçün yol kənarında mirvari axtaran bir qadından söhbət gedir. Günəşin bədənini yandırmasına baxmayaraq, o, iradə gücü və sağ qalmaq əzmi ilə davam edir. Mahnı dünyanın hər yerində çətin şəraitdə yaşayan insanların hər gün üzləşdiyi ağrı və iztirablardan, eləcə də belə insanlarda yaşayan gözəllikdən və ümiddən bəhs edir. mahnıda həyat çətin olsa da, insanların dözümlü olduqları və ümidlərini davam etdirəcəklərini sade biz,-dinləyicilərə çatdırır.\ninsanların daxilindəki gücü, həyatın sərt tərəflərinə davam etməyi və buna görə də dəyərli olan şeyləri təsvir edir. Sözlərinin əhəmiyyəti, mənəvi dəyərləri özündə cəmləşdirir və bəzən çətinliklər arasında da həyatın gözəlliyini tapmağı daha qabarıq şəkildə göstərilir.\n\nShe cries to the heaven above\nThere is a stone in my heart\nShe lives a life she didn't choose\nAnd it hurts like brand-new shoes\n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n(youtube: )\n\t\t \n\t\t \n\t\t \n2.37-ci saniyədə Hallelujah deməsi hər dəfə sanki ilk dəfə dinlədiyimdəki kimi təsir bağışlayır, kadın be.\nXoş dinləmələr!" | |
}, | |
{ | |
"id": 457, | |
"title": " \n big little lies ", | |
"content": "Dram janrında olan Amerika istehsalı hbo serialı.\n \n\n \n \n\nHər birində 7 epizod olan və cəmi iki sezondan ibarət serialın ilk sezonu 2017-ci ildə yayımlanmışdır. Serial liane Moriartynin eyniadlı romanı əsasında çəkilib. Aktyor heyəti Nicole kidman, Laura dern, Reese Witherspoon, Zoe kravitz, shailene Woodley, Alexander Skarsgard və digər məşhur və kifayət qədər bacarıqlı aktyorlardan ibarətdir. Nicole kidman, Laura Dern ve Reese Witherspoon xüsusilə seçilirlər. ikinci sezonda Meryl streep Kimi əfsanə aktyor da heyətə daxil olur.\n Serialın musiqiləri də çox gözəldir: michael kiwanuka - Cold little heart (youtube: )\n\t\t \n\t\t \n\t\t \nHəm tənqidçilərin, həm də izləyicilərin müsbət rəyini alan serial 4 golden globes awards və bir sıra digər mükafatlara da layiq görülüb.\nHekayəsi 5 qadın, onların şəxsi həyatları, problemləri və işlənən cinayət ətrafında cərəyan edir. Çox maraqlı, insanı yormayan və düşündürən hekayədir. Baxmağı məsləhət görürəm.\nA perfect life is a perfect lie \nJane: They're kids, though, you know. They bully. It's a human nature. They grow out of it \nCeleste: sometimes they don't." | |
}, | |
{ | |
"id": 458, | |
"title": " \n qızıl qlobus mükafatı ", | |
"content": "hollywood foreign press association (hollywood xarici mətbuat birliyi) tərəfindən 1944-cü ildən etibarən film sənayesi üçün verilən əhəmiyyətli mükafatlardandı. mükafatlar xüsusilə 1996-cı ildən sonra əhəmiyyət qazanmışdır, bunun səbəbi də hfpa-nın nbc adlı televiziya kanalıyla əldə etdiyi razılaşmadır. \noskar və qremmi mükafatlarından sonra üçüncü ən çox izlənilən mükafat mərasimidir. mükafatlar eyni zamanda film, serial, aktrisa və aktyorlar üçün referans olaraq qəbul edilir. \nmükafatlar 86 film tənqidçisinin səsverməsinə görə verilir.\n\np.s hollywood xarici mətbuat birliyi (qısaca adı hfpa) ingilis qəzeti daily maildə çalışan bir müxbir tərəfindən 1943-ci ildə qurulmuşdur. amerikan film sənayesini amerika xaricində fəaliyyət göstərən mətbuat təşkilatları üçün təqib edən jurnalistlər tərəfindən yaradılmış təşkilatıdır." | |
}, | |
{ | |
"id": 459, | |
"title": " \n nürnberq hərbi tribunalı ", | |
"content": "ikinci dünya müharibəsindən sonra qalib dövlətlərin (abş, böyük britaniya, fransa və ssri) almaniyanı hərbi cinayətə cəlb etdikləri mühakimələrin keçirildiyi məhkəmədir. əsas məqsəd nazi rəhbərlərinin cəzalandırılması olsa da, adolf hitler olmaqla nazi rəhbərlərinin və zabitlərinin çoxu məğlubiyyətdən sonra intihar etmişdi. yerdə qalan 24 nazi öncülü isə qalib ölkələrin təyin etdiyi hakimlərin qarşısına çıxdı. mühakimələr zamanı 4 cinayət ələ alınmışdı: sülhə qarşı törədilən cinayətlər, insanlığa qarşı törədilən cinayətlər, müharibə hüququnun pozulması ilə törədilən müharibə cinayətləri və cinayətlərin ortaq plan və sui-qəsd prosesi vasitəsilə törədilməsi.\n\ntəqsirləndirilənlərin çoxu əvvəl əmr qulu olduqlarını ifadə etsələr belə, daha sonra günahlandırmaları qəbul etdilər. mühakimə edilən 24 nəfərdən 12-i edama məhkum edilmiş və 1946-cı ilin 16 oktyabrından nürnberq məhkəməsinin idman zalında edam olunmuşdular :\n1. Hermann Göring - hitlerdən sonra ikinci adam nasist almaniyasının ən yüksək rütbəsi olan reyxmarşala sahib hərbçi. edamına az qalmış zəhər içərək intihar etmişdi.\n2. hans frank - nasist almaniyasının hüquqşünası\n3. Wilhelm Frick - 1933-1945-ci illər ərzində nasist almaniyasının daxili işlər naziri\n4. Julius Streicher - almaniyanın media rəhbəri adlandırılırdı və əsas qəzet nəşriyyatlarından birinin sahibi\n5. Alfred Rosenberg - aryanizm teoreminin araşdıran və almaniyada tətbiq edən şəxs\n6. Ernst Kaltenbrunner - təhlükəsizlik baş idarəsinin rəhbəri və hərəkat qoşunlarında yəhudi və kommunistlərin ölüm əmrini verən şəxs\n7. Joachim von Ribbentrop - xarici işlər naziri\n8. Fritz Saucker - nasistlərin qul işçi proqramının səlahiyyətli rəhbəri\n9. Alfred Jodl - nasist ordusunun marşal rütbəli üzvü. edamından sonra alman məhkəmələri tərəfindən bəraət almışdır.\n10. Wilhelm Keitel - nasist ordusunun general-feldmarşalı və hitlerin ən yaxın adamlarından biri.\n11. Arthur Seyss-Inquart - işğal altındakı polşa avstriya və niderlandın baş idarəsində çalışan şəxs\n12. Martin Bormann - hitlerdən sonra ən vacib adamlardan biri olan rudolf hess-in sağ qolu. edam qərarına qədər 1945-ci ilin mayında öldü və buna görə qiyabi olaraq edama məhkum edilmişdi.\n\nedam olunmayan digər təqsirkarlar:\n ömürlük həbsə məhkum edilənlər\n- Rudolf Hess - hitlerin səfiri\n- Walther Funk - iqtisadiyyat naziri\n- Erich Raeder - nasist almaniyasının donanma komandiri\n\n10-20 illik həbsə məhkum edilənlər:\n- Karl Dönitz - alman donanmasının rəhbəri və hitlerdən sonra ölkənin müvəqqəti rəhbəri\n- Baldur von Schirach - viyananın idarəçisi\n- Albert Speer - hitlerin ən yaxın dostlarından biri olan memar və ölkənin silahlandırma naziri\n- Baron Konstantin von Neurath - hitlerlə yolunu ayıran azsaylı şəxslərdən biri. 1943-cü ildə vəzifəsindən istefa vermişdi.\n\nbəraət alanlar:\n- Hjalmar Schacht - nasistlərin önəmli iqtisadçılarından biri\n- Franz von Papen - dövrün avstriya və türkiyə səfiri. nürnberq məhkəməsindən xilas olsa da daha sonra almaniya müharibə məhkəməsində 8 illik cəza almışdı.\n- Hans Fritzsche - təbliğat nazirliyinin şöbə müdiri.\n\nbu tribunalın əks-sədası uzun illər davam etmiş və filmlərə mövzu olmuşdu. 1961-ci ildə çəkilən judgement at nuremberg filmi 2 oskar mükafatı almışdır. bunun ardınca 2000-ci ildə 3 golden globes mükafatlı \"nuremberg\" və 2006-cı ildə \"Nuremberg: Goering's Last Stand\" filmləri çəkilmişdir.\n\nəlavə kimi: (bax: nürnberq qanunları)" | |
} | |
] | |
--- CHUNK 11 END --- | |
--- CHUNK 12 START --- | |
[ | |
{ | |
"id": 460, | |
"title": " \n schediophilia ", | |
"content": "(bax: Anime personajına aşiq olmaq)\nDigər adı ilə toonophilia. Anime və ya animasiya personajlarına aşiq olmaq və ya cinsi istək hissi. Bir də fictophilia var ki, bu, ümumiyyətlə, animasiya və real olan bütün obrazları sevmə halıdır. Schediaphilia bir xəstəlik, anormallıq ya da fetiş deyil. Daha çox cinsi orientasiya kimi ifadə olunur. Xüsusilə, gənc yaşlarda normal bir haldır. *\nHər halda, gedişatından asılı olaraq^^\n\n1980-ci illərin əvvəlində yaponiyada bu vəziyyəti yaşayan insanlar üçün Nijikon (二次コン) termini ortaya çıxıb. İnsanların manqa, anime, kitab və s. Obrazlarına qarşı xüsusi marağı gerçək həyatdakı insanlara qarşı marağın itirilməsi ilə izah olunur." | |
}, | |
{ | |
"id": 461, | |
"title": " \n koterizasiya ", | |
"content": "bu sifarişi verən: mariya kürüsü\nElektrik enerjisinin istilik enerjisinə çevrilməsi ilə xal, ziyil, kallus (mazol) kimi dəri problemlərinin müalicə metodu. \nDermatologiya ilə yanaşı ümumi cərrahiyyə, ginekologiya, venerologiya sahələrində də yayılmış metoddur. Serviks (uşaqlıq boynu), anus ətrafı, penis, vulva və s. Orqanlardakı genital ziyillərin, yaraların, eroziyaların \"buxarlaşdırılmasında\" istifadə olunur. \nKoterizasiya üçün xüsusi əməliyyat otağı şəraitinə ehtiyac yoxdur. Həkimlər bu gün bu yolla müayinə otaqlarında pasiyentləri bir neçə dəqiqəyə müalicə edə bilirlər." | |
}, | |
{ | |
"id": 462, | |
"title": " \n casaos ", | |
"content": "pulsuz, açıq qaynaq kodlu , şəxsi bulud sistemi . linux əməliyyat sistemi üzərində işləyir. webui üzərindən istifadə olunur. ağıllı ev, fayl serveri və digər sahələr üçün də istifadə etmək olur.\nsaytı casaos.io \ndemo üçün sayt demo.casaos.io - login: casaos parol: casaos \nedit: demo linki http ilə açılır. linkdəki s hərfini silib yoxlaya bilərsiz." | |
}, | |
{ | |
"id": 463, | |
"title": " \n zevqma ", | |
"content": "qazientepdə yerləşən qədim yunan şəhəri. şəhər eramızdan əvvəl üçüncü əsrdə yaranmışdır. zevqmanı tanıtdıran burada yerləşən və dünyanın ən böyük mozaika mağarasının yerləşməsidir. mağara 1917-ci ildə kəşf edilsə də orada araşdırma və qazma işləri 1990-cu illərdə başlanılmışdır. 2011-ci ildən açılış olunan mağarada məşhur qaraçı qızı mozaikası qorunur. mozaikalardan bəziləri\nqaraçı qız\n\n\n \n \n\nokeanos və tethis\n\n\n \n \n\nacratus və Euphrosine\n\n\n \n \n\naxilles\n\n\n \n \n\nfinikiya şahzadəsi europanın buğa cildinə girən zevs tərəfindən qaçırılması\n\n\n \n \n\nafroditanın doğuşu" | |
}, | |
{ | |
"id": 464, | |
"title": " \n fransa inqilabı ", | |
"content": "1789-1799 cu illərdə baş vermiş, qəddar monarxiyanın devrilməsi, kral 16-cı luisin gilyotində edamı ilə nəticələnmiş bir inqilab. \n\n inqilabın baş verməsində bir çox ünsürlərin rolu olmuşdur. belə ki, kralın əhalinin vəziyyəti ilə maraqlanmayıb , xalqdan ödəməkdə çox böyük çətinlik çəkdiyi vergilərin toplanması, bu vergiləri öz kefinə, şəxsi maraqlarına sərf etməsi, nisbətən yüksək rütbə və vəzifələrdə olanların ,bir sözlə kralın adamlarının, maddi vəziyyətinin sıravi camaata nisbətən üstünlük təşkil etməsi, kilsənin əhali haqqında verdiyi qəddar və mənasız eyni zamanda ölçüyəgəlməz qərarları əhalinin narazılığına səbəb olmuşdur. \n\n o vaxtkı fransız filosof və mütəfəkkirlərindən monteskyö, voltaire, jean-jacques rousseau və s. inqilabın gedişatında öz əsərləri və fikirləri ilə əhalinin düşüncəsinə inqilabi cəhətdən təsir göstərmiş və ümumilikdə inqilabın gedişatında və inkişafında əhəmiyyətli rol oynamışdır. insanların birgə müqaviməti nəticəsində o dövrlərdə adi hal almış, gün ərzində dəfələrlə rast gəlinən gilyotin nümayişlərində artıq yalançı məhkəmələrdə cazalandırılmış şəhər əhalisi yox sözügedən yüksək vəzifəli və kral tərəfdarı olan insanların kəllələri bədənlərindən ayrılırdı.\n \n bu gün də bir çox yerdə qarşılaşdığımız \"sağ\" və \"sol\" müzakirələri məhz fransa inqilabı dövründə yaranmışdır. fransa parlamentində sağ tərəfdə \"ancien régime\" yəni kral hakimiyyətini dəstəkləyənlər, sol tərəfdə isə inqilabçılar öz yerlərini tutmuşdular. \n\n inqilabın nəticəsində isə kral hakimiyyəti bitmiş, kilsə məcburi islahatlar keçirməyə məcbur qalmışdır. 1799-cu ildə fransız konsulluğu yaradılmış, və birinci konsul kimi napoleonun olduğu üç konsul ölkəni idarə etmişdir. bu idarə forması 1804-cü ildə napoleonun paris məryəm ana (notr dam) kilsəsində özünü imperator elan etməsi ilə bitmişdir.\n\n charles dickensin \"iki şəhərin hekayəsi\" kitabında inqilab ərəfəsində və inqilab vaxtı baş verən hadisələr böyük ustalıqla və incəliklərinə qədər təsvir edilmişdir." | |
}, | |
{ | |
"id": 465, | |
"title": " \n ikea effekti ", | |
"content": "(bax: cognitive bias)\n\nIKEA effekti, öz əlinizlə bir şey qurmağın, o əşya ilə, onu satın aldıqdan sonra ona sahib olmaqdan daha dərin bir əlaqə yaratdığnı deyən koqnitiv qərəzliyi izah edir. \n\n\n \n \n\n\"düzəltmək\", \"qurmaq\" hərəkəti bizdə, nəticəsini gördüyümüz bir şeyi maddi hala gətirməyi bacarmış olmanın məmnunluq hissini yaradır və beləliklə, əşyanın özü ilə olan əlaqəsini dərinləşdirir. Görülən iş çox vaxt insanların, öz yaradıcılıqlarını həddən artıq şişirtməylərinə də səbəb olur, pis düzəldilmiş və ya hazırlanması asan olsa belə. \nƏgər bacarmışıqsa, onu sevirik.\n\n\n \n \n\n- LEGO-nun və ya yarı bitmiş məhsullar(hazır suplar kimi, ancaq sizin son toxunuşunuzu tələb edən) təklif edən bir çox qida brendlərinin uğurunun arxasında da eyni prinsip dayanır. bu proses düşündüyünüzdən daha sərfəlidir, çünki xərcləri azaltmaq mümkün olur və işi asanlaşdırır.\n\nmüştəridən tələb olunan efort, qatqı, töhfə nə qədər yüksəkdirsə, ona verəcəkləri qiymət də bir o qədər yüksək olacaq. bununla belə, tələb olunan səy çox böyükdürsə və ya töhfə çox kiçikdirsə, insanlar çox güman ki, tapşırığı yerinə yetirməyəcəklər. IKEA effekti yalnız istifadəçi tapşırığı həqiqətən yerinə yetirdikdə mümkündür.\n\n- Neçə dəfə YouTube-da kiminsə Apple məhsulunun qutusunu açıb plastik filmi diqqətlə çıxardığı videosunu görmüsünüz?\nyeni bir iphone alarkən həmin anda Apple sizə sadəcə smartfon satmaqla qalmır, eyni zamanda Apple satıcısı ilə danışdığınız andan evə gəlib qoruyucu filmi çıxardığınızda titrədiyiniz o vaxta qədərki təcrübəni də satmış olur.\n\neyni hadisə bədii əsər, oyun və ya kinolarda da qarşımıza çıxır. əsərin qane edici olması üçün obrazımız əlbət müəyyən bir nöqtəyə qədər çətinliklərlə üzləşməlidir.\n---\ntanışım web saytın dizaynı üçün müştəridən xüsusi materiyallar, mətn və ya şəkil kimi atmasını istəyir, həmçinin referans ala biləcəyi saytları da axtarmasını. və bu vaxt ərzində tövsiyə və düzəltmələrlə müdaxilə etməsinə imkan verib axırda demonu göstərir. müştərinin əlbət xoşuna gəlir, bütün bunlar onu yaradıcılıq prosesinin fəal iştirakçısına çevirir, şorbada onun da duzu olur." | |
}, | |
{ | |
"id": 466, | |
"title": " \n atom ", | |
"content": "Atomu tam dərk edəcəyimiz bir mövzu haqqında yazmaq istəyirəm yenə..bilirik ki, Canlı və ya cansız hər şey atomlardan ibarətdir. Hər bir atom; Üç hissəcikdən ibarətdir: proton, neytron və elektron.Bədənimiz də atomlardan təşkil olunub.Bu məlumatdan sonra beyində belə bir sual yaranır ki, bəs görəsən bir insan orqanizmində ne qədər atom ola bilər? Bunun üçün isə belə bir fərziyyə var, Bədənimizdəki atomların sayını hesablamaq üçün ilk növbədə insan bədəni üçün orta çəki müəyyən etməliyik. Tutaq ki, orta hesabla hər hansı bir şəxsin kilosunu 60 kiloqram götürdük. Bu halda 6-nın yanına 27 sıfır əlavə etdikdə bədəndəki atomların sayına çata bilərik.\n\nGələk atomun quruluşunu və önəmini tam dərk edəcəyimiz əsas misala: Bütün bəşəriyyət bir şəkər kubuna(bildiyimiz ideal ölçülü 1 ədəd qənd) sığa bilər.\nBəs bu necə mümkün ola bilər?\nAtom Neytronlar, protonlar və elektronlardan ibarət olsa belə,Maraqlısı odur ki, atomun böyük hissəsi boşluqlardan ibarətdir. Bir misala baxsaq: normal hidrogen atomunun 99,9999999999996%-i boşluqdan ibarətdir (eləcə də digər elementlər). Yəni eləcə də, Hər birimizin içindəki bu boşluqlar aradan qaldırılsa və yalnız atomlardan ibarət hissələr qalsa, bədənimiz o qədər kiçiləcək ki, bir şəkər kubu (qənd) böyüklüyündə bir kütlə qalacaq. Daha da təəccüblüdür ki, eyni şey kainatda da var. Kainatdakı bütün maddələr; Yəni atomlardan ibarət hissə kainatın yalnız 4%-nə uyğun gəlir(boşluqlar olmadan).\nBəs bu şəkər kubunun çəkisi nə qədər olardı?\nAtomun kütlə çəkisinin böyük hissəsi atomun nüvəsindən gəlir. Buna görə də atomun boş hissələrini çıxarsanız belə, çəkisi eyni qalacaq." | |
}, | |
{ | |
"id": 467, | |
"title": " \n fərdi inkişaf ", | |
"content": "fərdin özü-özünü maarifləndirməsi, təlim etdirməsi, müəyyən sahələrdə inkişaf etdirməsi, biliyini artdırması, beynini gücləndirməsi.\nhərənin öz həyat tərzi, yaşama anlayışı var. hərənin öz doğruları var. və mütləq doğru yoxdur. birdən çox doğru, birdən çox yaşam tərzi var. və hərəsi ayrı gözəldir. bir hissəsi daha gözəl və daha pis ola bilər. amma yenə də yaxşıların arasında ən yaxşısı yoxdur. necə ki barcelonada yaşamaq ayrı, san franciscoda yaşamaq ayrı gözəldir. həyat tərzləri də bir biri ilə müqayisə edilə bilməz. bir çox şey nisbidir. mütləq doğru yoxdur. bu ayrı yazının mövzusudur, sonra deyiniləcəkdir. istənilən yazılmış fikir sadəcə bir insanın içində sahib olduğu birdən çox kimliyin sadəcə bir üzünün səsləridir. hər insanın öz həyat tərzi, həyata baxışı, doğruları olduğu kimi, hər insan özü özündə də birdən çox bir birinə tərs gələ biləcək doğruları birləşdirir. koqnitiv dissonans nəzəriyyəsi demişdik buna. bir birinə tərs həqiqətlərin bir beyində birləşməsi. olduqca normaldır. qısaca; özünüzü inkişaf etdirməyə məcbur deyilsiniz, bir canlı kimi gəldiyiniz bu dünyaya, bir canlı kimi, bir bitki kimi də vəda deyib gedə bilərsiniz. vaxtınızı və həyatınızı necə işlətmək istəyəcəyiniz tamamilə sizin qərarınızdır və verdiyiniz qərarı başqaları sevməsə belə, əgər siz bunu istəyirsinizsə vəssalam. başqa sözə ehtiyac yoxdur. ama, istəyirsinizsə. bundan əminsiniz? sahib olduğunuz çox qısa həyatı yataraq keçirə bilərsiniz, bir avaranın həyatını yaşayaraq da keçirə bilərsiniz, avaralar arasındakı ən yaxşı avara həyatını da keçirə bilərsiniz, bir rock ulduzunun həyatını da yaşaya bilərsiniz, bir elm adamının, bir sənətkarın, bütün həyatınızı pul uğruna da yaşaya bilərsiniz, fahişə olaraq da, dağlarda yaşayan bir dərviş kimi, bir buddist kimi, bir bürokrat kimi, argentina da meşəlik ərazidə at saxlayaraq da keçirə bilərsiniz həyatınızı, və ya harda olur olsun bir evdə yaşayıb evdən çıxmayaraq kitablar, romanlar yazaraq da keçirə bilərsiniz həyatınızı, *zen* təlimlərini həyatının ortasına qoyub elə yaşaya bilər bir kimsə, və ya hippi ruhlu və.s bitməz tükənməz bilməyən sayda həyatlardan birini və ya sığdıra bildiyiniz qədərini yaşaya bilərsiniz və \"mütləq doğru\"nun axtarışında olmadan yaşaya bilərsiniz çünki o yoxdur, ən yaxşı həyat tərzi yoxdur. təəssüf ki yoxdur və ya yaxşı ki yoxdur. azad iradəni ortaya çıxaran da budur. şahmatdakı növbəti addım kimi, hansı istiqamətə getmək istəyirsiniz? ümumiyyətlə getmək istəyirsiniz? zira təslim olma şansınız (intihar) həmişə əlinizin altındadır. və sizin ən təbii haqqınızdır. \nbütün yazılmış yazılar, bu da daxil, sadəcə bir insanın sahib olduğu bir neçə şəxsiyyətdən birinin və ya bir neçəsinin toplam doğrularıdır. başqa həyatlar üzərində heç bir iddiaları yoxdur və ya var. bir insanın həyatının müəyyən bir dövründə sahib olmuş olduğu düşüncələr toplusudur, əvvəli və sonrası fərqli ola bilər. normaldır. yaşamaq üçün birdən çox yol var. dolu dolu yaşamaq istəyən, həyatına birdən çox yaşam tərzini sığıdırmaq istəyə bilər. fərdi inkişaf bir məcburiyyət deyil. insan bir su kimi də yaşamaq istəyə bilər. rahatına düşkün olaraq da, yatağının içində də keçirə bilər bütün ömrünü. \nyeniyetmə vaxtlarımda sevdiyim bir söz var idi, bukovskinin, \"bizi öyrəştirdi əclaflar, heç bir şey etmədən dayananda özümü günahkar hiss edirəm\", zamanın kapitalizminə vurğu edir zənnimcə. ancaq yenədə bir çox mənaya yozula bilər. yeniyetmə ikən, özümü inkişaf etdirməm lazım olduğunu hiss edir ancaq boş boş fırlanmaq daha rahatladıcı gəlirdi mənə. və təbii ki bukovski kimi yazarların bu sözlərindən ilhamlanıb avara həyat tərzini gözümdə yüksəldirdim digər bir çox yeniyetmə kimi. doğru və ya səhv olduğunu vurğulamıram, doğru və ya səhv deyildi. beyini yemləmək istəmək və ya istəməmək bir seçimdir. sadəcə bir seçim. bu yazı, beyni yemləməyi təmsil edir məsələn. başqa bir yazı etməyə bilər. \nyeniyetməliyi sancılı, yaxşı və ya pis bir formada yavaş yavaş keçirərkən, beyin inkişafını sürətli bir şəkildə davam etdirir. fərdin vərdişləri onu ələ keçirərək onunla bütünləşməyə başlayır. aristotelin çox gözəl bir sözü var hansı ki çoxları lazım olması gərəkən diqqəti yetirmir bu sözə: \"biz təkrarlı olaraq nə ediriksə oyuq. mükəmməlik, buna görə də, act deyil, vərdişdir\". başqa bir deyişlə üstad belə deyir \"*sən, sənin vərdişlərinsən*\". sən, vərdişlərinin bütünüsən. beyninə nələri öyrətmisənsə, sən osan. bir qadının məsələn, əsas məqsədi seksi görülməkdən ibarətdirsə, vaxtını buna israf edibsə, beynini yemləməyib, beynini şişirməyi seçməyib, bədən nahiyələrini şişiribsə daha seksi görülmək üçün, o odur. və bu onun seçimidir. başqalarının ona taxdığı seks obyekti adına inciməməlidir, zira bu onun seçiminin nəticəsidir. o olmaq üçün sərf edib zamanını. (zaman bir insanın sahib olduğu ən dəyərli möhvumdur)\nfərdi inkişaf, beyni maarifləndirməkdir. ən azından bu yazıda, və bu yazının sahibinin dünyasında, başqa bir insan üçün başqa mənaya gələ bilər. fərdi inkişaf birdən çox formada başa düşülə bilinər. günümüz reklam dünyasında insanalara fərdi inkişaf adı ilə təlqin edilən kitablar var, hansı ki liderlik bacarığını öyrədir o kitablar. bu deyil fərdi inkişaf. ən azından bu yazının sahibinin prespektivində. sözlərin mənaları insanlara görə dəyşir. gözü pul hirsi ilə dolmuş bir sistem adamına görə fərdi inkişaf, başqaları üstündə liderlik qurmaq bacarığıdır və ya daha çox pul qazanmaq üçün özünü inkişaf etdirməkdir. dorğu və ya səhv deyil. kiməsə görə doğru kiməsə görə səhvdir. nisbidir. mənim prespektivimdən axmaqcadır. bu yazının məqsədi isə, bu tip bir fərdi inkişaf deyil. fərdi inkişaf kursları belə var, sizə insanlar ilə münasibəti öyrədirlər. bu da deyil fərdi inkişaf. başqaları ilə münasibətdən əvvəl, fərdin münasibətə girə bilməsi gərəkən biri var; beyni, ağlı, zehni, *us*u. fərdin, gözünün üstündə, yemlənməyi dəlicəsinə gözləyən bir varlıq var: beyin. informasiyaya acdır. necə bir informasiya ilə yemlənəcəyi isə fərdin seçimləri nəticəsində ortaya çıxacaq. onu hər şeylə yemləyə bilər, və yemlədikcə ona çevriləcək beyin. fərd pornoqrafiya ilə də yemləyə bilər beynini, video oyunlarla da, elm ilə də. doğru və ya səhv yoxdur. fərqli seçimlər var. çünki beyin, bu yazılanların üçü ilə də və digər sayılmayan sayısız hesabsız fəaliyyət ilə də yemlənə bilər. beyini əyləndirməyin birdən çox yolu var. beyini xoşbəxt edən hormonu olan dopamini bunların hamısı yemləyir. yeni bir informasiya öyrəndiyiniz zaman bunun xoşunuza getməsiniz səbəbi budur. dopamin sadəcə seks əsnasında və ya kokaindən sonra sintezlənmir əlbətdə ki. kiçik bir informasiya belə beyini əyləndirir. beyin acdır.\n bir yeniyetməyə məsləhətlər adı altında xəyali olaraq özümün 17 yaşıma bir kitab yazmağı düşünürdüm. ama özüm də daxil bir çox yeniyetmə kitabı ciddiyə almazdı. zira fərdi inkişafın hansı istiqamətdə gedəcəyinin təməl daşları yeniyetməlikdə qoyulur. sancılı bir yeniyetməlik ilə. düşünülməyə zorlanmış və daha da inkişaf etdirilmiş beyin ilə. beyini inkişaf etdirmək deyəndə nəzərdə tutulan, daha çox düşünmə və informasiya daxil edilməsi ilə beyin neyronları və sinapsları aralarındakı əlaqələri artırmaq və böyütməkdir. beyindən istifadə etdikcə böyüyür. necə ki əzələlərin şişmə prispipi daha çox işlədilməsinə bağlıdırsa bu da elə. və eyni ilə əzələdəki kimi, günlük işlər barədə işlətdiyiniz zaman beyni və ya əzələni, normaldan daha artıq bir formada inkişaf etməyəcək. daha çox gücə düşməlidir beyin\/əzələ. əzələ üzərindən başa salmağa çalışıram zira gözlə görüldüyü üçün daha anlaşılandır. normadan artıq ağırlığı qaldırdığınız zaman qolunuzdakı əzələlərdə çox kiçik mikroskopik qırılmalar olur, və həmin gün siz yatarkən bədəniniz o qırılmaları daha güclüsü ilə əvəz edir. və növbəti dəfə əzələnizdə daha çox kiçik mikro ipliklər olur, daha güclü olursunuz. beyin də belə. daha çox düşünməyə zorladığınız zaman beyninizi, sinirlər arası əlaqələr daha da güclənir. \nhəyat qısadır, və hər keçən gün zamanın daha da azalır. hər hansısa bir mövzuda ixtisaslaşmaq istəyə və ya istəməyə bilərsən. ancaq, həyat sadəcə bir mövzuda ixtisaslaşacaq qədər uzundur. bu uzun olmayan həyatda, vaxtını nəyə sərf edəcəyin sənin qərarındır. vaxt qızıldır. onu xərcləyərkən necə xərclədiyinə fikir ver. ilk etmən gərəkən həyatında artıq zaman xərcləyən şeyləri azaltmaq və ya tamamilə bitirməkdir. ən xırda detala qədər. sosial mediada başqalarının həyatını izləyərək keçirəcək qədər uzun deyil həyat məsələn. sən *vaxt öldürmürsən*, o *səni öldürür*. və ya bunu seçmisənsə, o zaman bu sənin seçimindir. daha sonra şikayətlənməməlisən başqa şeylər üçün. çünki sən seçimini etmisən və sahib olduğun vaxtı başqalarının həyatlarını hər gün saatlarla izləyərək öldürmüsən.\nmodern dünyada insanlara təlqin edilən həyat tərzi daha çox iş həyatı üzərindəndir. *hobi* deyə bir ifadə var məsələn. boş vaxtlarda edilən şeylərə deyilir sistem tərəfindən. əslində isə, sənin hobilərin həyat tərzin olmalıdır. hobbi deməyək, iyrəncləşdirilmiş bir sözdür, vərdiş deyək. məşğuliyyət deyək. kitab oxumaq hobbi deyil, kitab oxumaq məcburiyyətdir, bir yaşam tərzidir. kitab deməyək, oxumaq deyək. fərdi inkişafın əsası oxumaqdan keçir. beyini daha da genişləndirmək. üfüqləri artırmaq. oxumaq, informasiya qəbulu almaq, informasiya əsrində informasiya sadəcə oxunularaq da alınmır təbii ki, oxumaq, izləmək, dinləmək. dayanmadan. yolda ikən belə. bir nöqtədən sonra fərdi inkişaf onsuz da həyat tərzi olacaq o beynin. aydınlandıqca, maarifləndikcə beyin, gözü açıdlıqdan sonra bir beyin. onu dayandıra bilmərsiniz. istəsəniz də dayanmayacaq. tək olduğu vaxtda belə, oxuyacaq, izləyəcək, dinləyəcək bir informasiyası, olmadığı halda belə dayanmadan əvvəl qəbul etdiyi informasiyaları, təcrübələri prossesdən keçirəcək, buna düşüncə deyirik. düşünəcək, və düşündükcə daha da genişləyəcək, böyüyəcək. bir nöqtədən sonra, fərdi inkişaf özünüzü sıxıb davam etdirməyə çalışdığınız bir məşq olmaqdan çıxıb həyat tərzinizə çevriləcək. o bir müddət yeniyetməlikdir. yeniyetməlik sadəcə yaşla bağlı olmaya da bilər. immanuel kantın vurğuladığı kimi aydınlanma beyinin yeniyetməlikdən qurtulmasıdır. bu otuz yaşda da ola bilər. beyin hər zaman aydınlana bilər, təki fərd özünüzü zorlasın. sadəcə yaş artıqca beyinin alışılmışları unutması çətinləşir. bu da bir həqiqətdir. Sapere aude ilə başlayır hər şey, yəni \"bilməyə cəsarət et\", \"öz ağlınla düşünməyə cəsarət et\". düşün, sorğula. hər şeyi sorğula. sözün əsl mənasında hər şeyi. öz bədənindən başlaya bilərsən məsələn, beynindən məsələn? nəyin niyə və necə işlədiyi maraqlı deyil? olmalıdır. səni idarə edən beyninin necə işlədiyini öyrənməlisən. necə və niyə. elm üçün məlum olmayan hələ də həddindən artıq nöqtə var beyinin necə işlədiyinə dair. ancaq bilinən qədərini oxumalısan ən azından. sənə məktəbdə öyrədilməyən biologiyanı özün özünə öyrətməlisən. şəxsi-təhsil, ali təhsildən üstündür. şəxsi təhsilin limiti yoxdur. həyat qısa olduğu üçün, etmək istədiklərinin hamısını edə bilmərsən. fərdlər arası fərqlər burda ortaya çıxır və gözəlləşir. bir insan bütün dünya ədəbiyyatını oxuya bilməz. deyək ki onu oxusa, o zaman digər şeylərə vaxtı qalmayacaq. yəni bir fərd özündə bütün hər şeyi birləşdirə bilməz, hələ ki. fərqlər burada ortaya çıxır. hobi deyirdik, hobini sanki bir ekstra şeymiş kimi sunurlar. hansı ki hobi dediyin şey insanın onsuz da etməsi gərəkən şeylərdir. sənət məsələn, sənəti sanki sadəcə sənətkarlara xas bir şeymiş kimi qəbul edirlər. yox, qəttiyyən. bütün insanlar sənətkardır. və bütün insanlar sənətlə məşğul olmalıdır. nədir sənət? hər bir fərdin xəyal gücü və yaradıcılığını ortaya qoyduğu özünü ifadə etmə forması deyilmi sənət? bəs onda? sən insan deyilsənmi? şəkil çəkmək, musiqi ifa etmək, bir şeylər düzəltmək, yazmaq bunlar hər bir fərdin etməsi gərəkən şeylərdir. sənət, insanın həyatı daha yaxşı yaşanılır qılmaq üçün etməyə başladığı bir şeydir. istehsal etməkdir. beyinin bir *output*udur, məhsulu yəni. fərdi inkişaf, bunlarla birlikdə yaşamaqdır, sənətlə və elmlə. fəlsəfə də həmçinin, fəlsəfə xalqdan ayrı bir parça deyil, deyil! fəlsəfə hər bir insanın bir parçasıdır. nədir fəlsəfə? o qədər də qəliz deyil fəlsəfənin tərifi, həqiqətən də sadəcə bir niyə sualı ilə başlayır hər şey. *hərşeyi sorğula*, hakimiyyəti sorğula, evin içində atanı sorğulamaqdan başla. \"fəlsəfə insanın hər şeyə olan maraq hissinin bir ifadəsi və dünyada olan hər şeydə zəkasını istifadə edərək bir məntiq axtarmasıdır\"- deyib *alan watts*. çox da əla deyib. \ninsanın formalaşdıran, darıxdığı və ya sıxıldığı anlarda etdiyi şeylər olur həmçinin. asan və rahata qaçır insan bu anlarda, başını qarışdırmaq üçün məsələn açıb oyun oynayır, kimləsə online olaraq söhbət edir və.s o zaman o insanın daha sonra şikayətlənməyə haqqı yoxdur fərdi inkişafındakı əksikliklər barədə. və ya daha sonra hansısa sahədə ixtisaslaşmamış olmasına görə şikayətlənmə haqqı da yoxdur. *comfort zone* deyirlər buna, rahatlıq zonası yəni. ürəyin sıxılanda və ya boş vaxtını keçirdiyin o divan məsələn, pişik kimi yaşayırsan üstündə və birdən gözünü açıb deyirsən on il keçib o divanla. problem deyil, divanda oturaraq da inkişaf edə bilərsən. ancaq divanda oturarkən nə edirsən məsələ odur. saatlarca kimlərinsə həyatını izləyirsən və ya saatlarca video oyun oynayırsansa yox. ancaq saatlarca yeni şeylər öyrənirsən və bundan zövq alırsansa hə. bir kitab nə deməkdir məsələn? bir kitab bir insanın 20-30 illik təcrübəsini sənə 3-4 saatda verə biləcək bir qaynaqdır. bir düşün bunu. və ya bəzi kitablar sənə fərqli mövzularda bütün insanlığın 3.000 ildə topladığı məlumatların bir bütünüdür məsələn. belə bir maraqlı statistika var doğru və ya səhv olması önəmli deyil mahiyyət etibarı ilə çox əyləncəlidir: hansısa bir mövzuda üç kitab oxusan o mövzuda dünyadakı insanların 95%dən daha bilgili olursan. düşün bunu bir. yaxşı yaxşı həzm et. \n\"həyatın başladığı yer, rahatlıq zonasının (comfort zone) bitdiyi yerdir\" kimi sözlər var. bunların çoxunu günümüzdə kapitalist məqsədlərlə axmaqca istifadə edirlər, ancaq o ifadələrə başqa pəncərələrdən baxıb başqa şeylər görə bilər hər insan. günümüzdə motivasiya verici sözləri, videoları və.s bir çox şeyi katpitalist məqsədlərlə daha çox işdə irəli getmək və ya bədən şişirmək üçün istifadə edirlər. siz o sözləri fərdi inkişaf olaraq dərk edə bilərsiniz. aldanmayın. bu barədə itə tök söz var hamısını bura yığıb tökmək mənasızdır. məsələn belə bir söz var, \"limandakı gəmi təhlükəsiz yerdədir, ancaq gəmilər bunun üçün deyil\". eyni qapıya çıxır mənası. limanda təhlükədən uzaqsınız, rahat zonanızda, ancaq yelkən açmalısınız. təbii ki bu yenə sizin öz seçiminizdir, olduğunuz limanda qocala da bilərsiniz. buradakı yelkən açmaq hər iki mənada, real və mücərrəd mənada başa düşülməlidir. real məna da yəni mümkün olduğu qədər fərqli yerlərə getməli və beyninizi yeni kəşflərə açmalısınız. mücərrəd məna isə düşüncə olaraq yelkən açmaqdan gedir söhbət. çünki düşünmək sancılı bir aktdır, bəzən insan düşünmək istəməyib sadəcə yaşamaq istəyir. bir bitki kimi məsələn. ola bilər. səhv və ya doğru deyil, bir seçimdir. \nsouth park serialında marixuana ilə bağlı çox sevdiyim bir sitat var. düşüncələrimi çox gözəl ifadə edib. atası randy oğlu stana marixuana çəkib çəkməməsi barədə məsləhət verir və deyir : \"marixuana səni darıxdığın\/sıxıldığın zaman yaxşı hiss etdirir. hansı ki sən darıxdığın vaxtlarda yeni şeylər öyrənməli, və ya yeni elmi şeylər kəşf etməli ya da yaradıcı bir şeylərlə məşğul olmalısan. əgər marixuana çəksən böyüyəndə bir gün görəssən ki heç bir sahədə bacarıqlı deyilsən.\" burda söhbət hər gün marixuana çəkib vaxtı əyləncəli sərf etməkdən gedir. bu barədə çox düşünmüşəm. birdən çox həyatım olsa birini sonuna qədər hər gün marixuana çəkməklə keçirərdim. ancaq sadəcə bir həyatımız var və bu bir bəs deyil. bu sitat sadəcə marixuana üçün yox, daha geniş mənalarda da yozula bilər. məsələn onun kimi digər bütün aludəsi olunan şeylər, sosial media aludəçiliyi, video oyunlar, mobil oyunlar və.s dediyim kimi bunlar seçimdir, və hər insan istədiyi kimi yaşaya bilər əlbətdə. ancaq bunu edən insan, fərqində olmalıdır ki daha sonra şikayətlənmə şansı olmayacaq. hər insanın öz qərarıdır necə yaşamaq istəyəcəyi. ama sanki şirkətlərin qərarını yaşayır belə yaşayan insan, oyunlar və sosial media. boşa sərf edilmiş həyatlar. günümüz kapitalist, şirkətlər əsrində bunlardan qorunmağı bacarmalıdır fərd. individual əsrdə yaşayırıq, ancaq insanlar şirkətlərin onlara uyğun gördüyü həyatı yaşayır. nəyi individualdır bunun? fikirlər belə *mainstream*dir. bu başqa yazının mövzusudur.\ntək qalmaq fərdi inkişafın böyük bir parçasıdır. tək qala bilmir insanlar, darıxır, kimisə istəyir yanlarında və ya harasa getmək istəyirlər. doyumsuz və acgöz həyatdır bu. biraz özü ilə tək qalmağı bacarmalıdır insan. həyatın boyu yanında olacaq tək insan var o da özünsən. və sən bu insandan qaçırsan həmişə? o zaman get özünü öldür, əks halda qaça bilməyəcəksən. onunla tək qalmağı bacarmalısan. yanında nə bir kitab nə bir kompyuter olmasa belə. tamamilə tək ola bilməlisən. özünün nə iləsə məşğul tutmadan su kimi sakit dur bilməlidir, meditasiya etməlidir. beynini dinləməlisən. varoluş böhranını yaşamalısan özün özünlə. bunu edə bilsən onsuz da, həyatda insanların ən çox qorxduğu şey olan yalnızlığı aşmış biri olaraq daha da güclü olacaqsan.\n\nnot: bu entryi bu barədə deyilməsi gərəkənlərin çox kiçik bir hissəsini təşkil edir. daha çox və dayanmadan yazmaq istəyərdim." | |
}, | |
{ | |
"id": 468, | |
"title": " \n kabbala ", | |
"content": "kabbala iudaizmin əsas qoludur, - o sravi insanlara bildirilmir, - onu bilmək isdəyən;- əgər bizdəki, titulnan götürsək, gərək şeyx və ya nazir rütbesində ola. kabbala magiyanı, əməli, fei\"li iudaizmin özəyi olaraq telqin edir. baxmayaraq ki, tövrat birinci dini kitabdırki, şamanlğı lənətliyib. kabbalada işe, başqalarının dinin şamanlığı deyişen, öz dininin özeyi kimi şamanlıqla meşquldu adında qoyub \"kabbala\", yevreyin ucbatından dinin itiren urusa-türke bölünmüş tartariyalı,- yevreye iddia qaldırmırki, eger şamanlıq sehvdise niye o senin dininin özeyidi,- eksine;- hele yevreye ağıl da verirlerki,- şamanlıq sehvdi qayıt düz yola. siz bir zülme baxın? -ta yevreye deye bilmirlerki, axı şamanlıq menim dinim idi,-senin tövratın sehv edib,- eslınde tövrat yeni idealogiy telqin etmekle tarixi deyişib ve dünyanı inandırıb ki, tarix ondan başlıyır ve bu yollada dünyanı idare etmek fend işledib;- ademin torpaxdan yaranmasını ve onu yarı insan formasında olan \"yaxova allahının\" yaratması \"tövrat konistutsiyasın\" tamamlamaq üçün atılmış sehv bir addım idi,- çünki, tövrat avesta kimi insanın ağacdan yarandığını iddia etseyd,- onda o olardı şamanlığın davamı ve idealogiya baş tutmazdı,- bu sebebden musa (tövrat) qeyd edibki,- menden sonra kim gelib dese men peyğemberem,- qebul etmeyin! yevreyler bilirki, tövrat sehv olduğu kimi ondan sonra kim gelib ona yamaq olsa oda sehvdi ve bu sebebdende yevreyler isanı, mehemmedi tanımadı, tanıyada bilmezdi! \n\nilahə həsənli(şamanist)" | |
}, | |
{ | |
"id": 469, | |
"title": " \n kabbala ", | |
"content": "kabbala – tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə \"qəbul etmə, təhvil vermə\" deməkdir. bu təlim ilahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. kabbala tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. ona görə də bu təlim tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə tanrını anlamaq üsullarını təklif etmişdir.\nbu sifarişi verən: krisnayayoxarcunayahe" | |
}, | |
{ | |
"id": 470, | |
"title": " \n insanın eşitmə spektri ", | |
"content": "insanın eşidmə spektri şiddət baxımından 0-150 desibel , tezlik bakımındansa 20-20000 hertz”dir şiddət ümumiyyətlə bütün insanlarda eyniykən , tezlik adamdan adama dəyişir \n 0 desibel son dərəcə aşağı şiddətli səslər deməkdir ; ancaq hələ də duya bilərik. 160 desibel çox şiddətli səsdi, qulaq zarınızı belə yırta bilər.məsələn bir raket atılması əsnasında raketin dərhal yanında olacaq olsanız , qulağımız üçün nəhəng olan bu təzyiq dəyərlərinə çata bilərsiniz. 140 desibeldən etibarən qulaqlarınızın ağrıdığını hiss edərsiniz.\nnormalda gənc bir insan s 20.000 hz”ə qədər olan tezlikli səsləri asanlıqla eşidə bilər. 20-25 yaşdan etibarən bu üst sərhəd 15.000 hz”ə qədər azalar. əgər ki 10.000 hz və sonrasında səsləri eşidə bilmirsəniz , bir həkimə görünməniz tövsiyə edilir\n\n20.000 hz :insanın bu hz”də eşidir ama eşidməsi çətinləşir\n18.800 hz : üst səviyyə eşidmə bacarığıdır.\n18.000 hz : inanılmaz səviyyədə yaxşı eşidmə bacarığıdır.\n17.000 hz : müthiş səviyyədə yaxşı eşidmə bacarığıdır.\n16.000 hz : çox yaxşı səviyyədə eşidmə bacarığıdır.\n15.000 hz : əhəmiyyətli səviyyədə yaxşı eşidmə bacarığıdır.\n14.000 hz : yaxşı eşitmə bacarığıdır.\n13.000 hz : ortalama səviyyədə eşidmə bacarığıdır.\n12.000 hz : ortanın altı səviyyəsində eşidmə bacarığıdır.\n11.000 hz : zəif eşidmə bacarığıdır.\n10.000 hz : yaşlı insanların sahib olduğu eşidmə bacarığıdır.\n8.000 hz : yaşlı döyüş veteranlarına görülən korlaşmış eşidmə bacarığıdır.\n6.000 hz : normal bir eşidmə səviyyəsi deyil .\n\neşidmə tezliyinizi ölçməniz üçün aşağdakı link\"ə baxa bilərsiniz\nhttp:\/\/www.youtube.com\/watch?v=qNf9nzvnd1k\n\n eşidmənizi test edin sizdəmi qulaqları paslanlandırılmışlardansınızmı" | |
}, | |
{ | |
"id": 471, | |
"title": " \n atomun qeyri müəyyənliyi ", | |
"content": "Sözlükdə gəzəndə gözüme atom mövzusu dəydi,bu sırada atoma olan dəhşətli marağım və tutkum yadıma düşdü istədim bu barədə bir şeylər yazım. Ümumi olaraq atomun quruluşu və onun quruluşundakı elmə tam məlum olmayan(bəzi alimlərin fikri olsa da heç vaxt tam təsdiqini tapmayıb) bəzi nüanslar haqqında ümumi bir şeyler qeyd etməyə çalışacam sadə bir izzahla. Ümumiyətlə elmi dildə yazmaq yersiz gəlir mənə, onsuzda buna baxmaq istəsəm elmi dildə milyon dənə məqalə var netdə ordan baxaram, amma buranın isə daha anlaşıqlı dildə yazılmış bir məlumatlar küpü olmasını arzulayıram.\n\nAtom o qədər möhtəşəm bir quruluşdadır ki, onun haqqında nə qədər danışsaq da azdır. Keçək mətləbə, təsəvvür edin ki, bir kürə var, həmin kürənin mərkəzində bir yük topu hansı ki, nüvə adlanır və nüvənin ətrafında firlanan mənfi yüklü hissəciklərdən (elektronlar) ibarət elektroneytral hissəcikdir. Elektronlar davamlı olaraq nüvənin ətrafında hərəkətdədirlər, yeni onlar öz oxları (orbitleri) üzrə fırlanırlar bir növü bizim başa düşəcəyimiz fərziyyədə günəş sistemi kimi, ele planetar modeldə bunun üçün irəli sürülüb. Ümumiyətlə atomun modeli haqqında n qədər fərziyyə mövcuddur, tomson modeli,rezerfod modeli və's.\nSon olaraq atomun planetar modeli əsas qəbul olunur amma bu modeldə belə izzah edilə bilməyən bir nüans var. Təsəvvür edin ki, mərkəzdə müsbət yüklü nüvə var və bunun ətrafında elektronlar daim dövr edirlər yəni hərəkətdədirlər biz də bilirik ki, bir şeyin hərəkət edə bilməsi üçün onun müəyyən bir enerjiyə ehtiyacı var ( necə ki,biz o enerjini qidalardan alırıq) amma elektronların hardan enerji aldığı hələ də elmə məlum deyil.yəni ki, planetar modeldə elektronun bir enerji mənbəyi yoxdursa o müəyyen vaxt sonra orbit üzrə təcillə hərəkət edərək öz enerjisini itirecek və atomun nüvəsinin üzərinə düşüb atomu məhv edəcəkdi amma belə bir şey yoxdur gördüyümüz kimi. Bunun üzərinə Bor müəyən postulatlar irəli sürüb, o dedi ki, elektronların əslində bir enerjiyə ehtiyacı yoxdur onlar elə öz orbitleri üzrə enerjiye ehtiyac duymadan fırlana bilərlər bu nə qədər inandırıcıdırsa artıq, o deyirdi ki, əgər elektronlar başqa bir orbitlere keçərsə enerji şüalandirar və ya uda bilərlər( bu zaman enerjiyə ehtiyac yaranar). Amma borun bu postulatları demək olar ki, bir çox alimi və insanları ( içi mən qarışıq) qane etmir. Çünki, Bor Atom Modeli, sadəcə tək elektronlu atomların (hidrogen) spektrlarını açıqlaya bilir( zatən araşdırmanı da hidrogen üstünə aparmışdı hansı ki, ən sadə atom quruluşlu elementdə) buna görə də çox elektronlu atomların spektrlərini açıqlaya bilmirdi. Ən böyük səhvi isə bu araşdırmaya sadəcə ümumi fizika ilə baxıb dəyərləndirməyi olmuşdu, bura kvant fizikasını, Heyzenberqin qeyri-müəyyənlik prinsipini də nəzərə almalı və elə araşdırmalı idi. Adama deyərlər ki, yekə alimsən araşdırma edirsen tam elə də (bunu eşidən bor yəqinki qəbrində tərs dönər)). Həmişə ağlımda bu sual məktəb vaxtından olub hətta bunun üzərinə aşağı siniflərdə(8 ci sinif falan) araşdırma edirdim məktəbin kiçik akademiyasında amma heçnə elə araya uniye hazırlıq zir zibili girəndə insan nəyə məruz qaldığını əslində nəyi, necə çox sevdiyinı unudub həyatın axışına mənasızca üzməyə başlayır. Uzun sözün qısası gələcəkdə bu haqqda araşdırma etmək fikrim olub həmişə bura da yazdım ki,bəlkə kimsə bu suallara cavab taparda məni təmiz bürüyən bu maraq hovuzundan çəkib qurtarar. Xülasə, atom ürəkdi bizdə çoxlu ürəklər toplusuyuq." | |
}, | |
{ | |
"id": 472, | |
"title": " \n hermetik yazılar ", | |
"content": "hermetik yazılar misir tanrısı thot tərəfindən yazıldığı qəbul edilən fəlsəfi, nəzəri mövzular haqqında açıqlamaları əhatə edən yazılar toplusudur.\nbunların yığma halına '' corpus hermeticum'' deyilsə də corpus hermeticum bu yazıların sadəcə bir bölümünü əhatə edir.\nbu yazılar zamanla yunanca, latınca, qibticə yazılmışdır. ilk dəfə 1868ci ildə parisdə yayımlanmış köhnə misir mətnlərində turris papirusunda hermetik yazılara rast gəlinir. bu yazıların 20 min illik keçmişi olduğu, dil biliyi, məntiq, ritorika, arifmetik, həndəsə, astronomiya və musiqidən ibarət \"7 azad sənət\"in keçdiyi haqqında və hermes thotun tapdığı haqqında danışılır.\ndağınıq və ayrı-ayrı olan bu yazıları kimlərin yazdığı, hansı tarixdə yazıldığı bilinmir. ancaq bəzi mənbələrə görə sabiilərin əlində olan bu yazılar 1042ci ildə bizansda ortaya çıxmışdır.\n hermetizmin əsas nöqtəsi gerçəklərin araşdırılması, kainatın gerçəklərini anlaya bilmək üçün sağlam ruha sahib olmaqdır. istək və arzularından sıyrılmayıb, pisliklərdən bütünü ilə təmizlənməmiş olanlar isə gerçəkləri əldə edərlərsə bunları səhv və zərərli yollarda istifadə edərlər.\nbəzi tədqiqatçılar hermetizmi, corpus hermeticumu müqəddəs kitab qəbul edən dini bir təriqət olaraq görür.\n(baxma: hermetizm)" | |
}, | |
{ | |
"id": 473, | |
"title": " \n sunk cost fallacy ", | |
"content": "iqtisadi termindir.\nhər hansı bir işə göstərdiyiniz səy, verdiyiniz əmək, pul, vaxt və s. üçün onun sizə vurduğu ziyana göz yummaq kimi izah oluna bilər.\nbir neçə nümunəyə nəzər salsaq:\nFərz edək ki, 3 ildir iqtisadiyyat ixtisası üzrə təhsil alırsınız və bu ixtisasa nifrət edirsiniz, bu sahə üzrə irəliləyə bilməyəcəyinizi düşünürsünüz və sairə, və ilaxır. lakin sırf bu sahə üzrə oxuyaraq itirdiyiniz 3 ilə görə, sərf etdiyiniz əməyə görə, yenə də istəməyərək də olsa, həmin sahə üzrə təhsil almağa davam edirsiniz.\n\nyaxud, 5 ildir bir nəfərlə sevgilisiniz. münasibətiniz günü-gündən pisə doğru gedir, artıq bir-birinizə zərər vurursunuz, siz bunu dərk də edirsiniz, amma onunla keçirdiyiniz illərə heyfiniz gəlir, o illərdən keçə bilmirsiniz, artıq çox yorulduğunuzu, başqa biriylə bu qədər uzun müddət bərabər ola bilməyəcəyinizi düşünürsünüz və onunla sevgili olub bir-birinizə zərər vurmağa davam edirsiniz.\n\nvə ya kinoteatrda hər hansısa bir filmi izləmək üçün bilet alırsınız, filmin yarısında sıxılırsınız, zalı tərk etmək istəyirsiniz, amma biletə verdiyiniz pula heyfiniz gəlir və könülsüz də olsa, verdiyiniz pul hədər getməsin deyə filmi sona kimi izləməyə davam edirsiniz. \n\nHəyatımızın xülasəsidir belə baxanda.\nmənbə" | |
}, | |
{ | |
"id": 474, | |
"title": " \n misir məmlük dövləti ", | |
"content": "bugünkü misir , sudanın şimalı , hicaz , suriya və çox vaxt türkiyənin çukurova ovasını əhatə edən dövlət. niyə imperiya adlandırmadım? çünki , imperiya qərbli anlayışdır və bu dövlətlər ( osmanlı da daxil ) heç bir zaman özlərinə imperiya və ya onun ekvalenti olan hər hansı şərqli termin işlətməyiblər. məmlük adı onlara müasir tarixçiliyin verdiyi addır. tarixi qaynaqlarda məmlük dövləti adlandırılmayıblar. məmlük adının izahına keçmədən öncə dövlətin rəsmi adına və dövrün ərəbdilli qaynaqları dövləti necə adlandırıb onu aydınlaşdıraq ki , türklərin \" kavram karmaşası \" dediyi hadisə baş verməsin.\n tarixdə türkiyə adını istifadə edən ilk dövlət misir məmlükləridir. dövrün ərəbdilli qaynaqları dövləti \" əl- dəvlə -əl- türkiyyə \" və ya \" devlet - ül etrak \" yəni \" türklərin dövləti \" adlandırır. etrak ərəbcə türk sözünün cəmidir . ekrad isə kürt sözünün cəmidir. bundan başqa \" əl - dəvlə -əl türkiyyə- əl çərkəziyə \" , \" dəvlə -əl çərkəziyyə \" , hülakü xanın əsgəri olub qısa bir müddət sultanlıq edən adil ketboğanın dövründə \"əl-dəvlə -əl monqol\" , 2 sülalənin adına görə \" əl-dəvlə-əl bəhriyyə \" və \" əl -dəvlə - əl bürciyyə \" də adlanıb. bir əlavə də edim ki , müxtəlif dövrlərdə müxtəlif sultanlarında adı ilə də adlanıb.bütün bu adlar içərisində ən yayğını isə \" əl-dəvlə-əl- türkiyyə \" olmuşdur. \nməmlük sözü ərəbcə kölə deməkdir. bu dövlətin sultanları kölə olmuşlar və orta asiyadan , dəşti-qıpçaqdan , şimali qafqazdan kölə olaraq gətirilib , təlim görüb orduda xidmət etmişlərdir. bu köləlik bizim bildiyimiz ev köləliyi deyildi. şərt bu idi ki , əsgər kölələr uğur qazanıb orduya girdikdə , kölə statusları ləğv edilir , onlarda özlərinə bunu bəxş edən dövlətə ömür boyu sadiq qalma andı içirdi. bu kölələr etnik mənşə etibarilə müxtəlif olublar. türk mənşəli qıpçaq-kumanlar , oğuzlar , qafqaz mənşəli çərkəz ( adıgey) və gürcülər bu kölələrin əksəriyyətini təşkil edirdi. elə məhz bu 2 etnik mənşəyə görə məmlük tarixi və 2 sülalə formalaşdı.\n1. dövlətin qurulmasından yəni , 1250-ci ildən 1382-ci ilə qədər türk qıpçaq-kuman kölə əsgərlərin sultanlıq etdiyi dövr , bəhriyyə məmlükləri dövrü\n2. 1382-ci ildən çərkəz mənşəli kölə sultanların idarə etdiyi bürci məmlükləri dövrü\ntürk mənşəli kölə uşaqların təlim gördüyü hərbi baza nil çayındakı bir adada olduğu üçün gələcəyin türk sultanlarına bəhriyyə məmlükləri , yəni su və ya çay məmlükləri deyildi. ərəbcə bəhr su , yerinə görə isə dəniz və ya çay mənasına da gəlir. bağlantını qurmaq üçün azərbaycanda uzun müddət alınan su vergisi bəhrə , osmanlının son dövrlərindəki dəniz nazirliyi isə \" bahriye nezareti \" adlanıb\nbürci məmlüklərinin adı isə çərkəz mənşəli kölələr qahirədəki qalada təlim gördükləri üçün onlara bürc yəni qala bürcü mənasında bürci adı verildi.\n1250-ci ildə sonuncu əyyubi sultanı salih əyyub öler və onun türk xanımı şəcər-əd-dür özünü sultan elan edir. bu hadisə ordu içində xoş təəssürat yaratmadığına görə , xanım sultanımız ordunun türk qıpçaq komandiri izzəddin aybəklə evlənir. aybək sultan olur və rəsmi olaraq kölə əsgərlərin hakimiyyəti başlayır. tarixdə monqolları ilk dəfə bunlar məğlub edir. 1260-cı ildə ayn-calut döyüşündə hülakü xanın komandanı ketboğanı sultan qutuz və komandan baybarsın başçılığı ilə məğlub edirlər. misir müsəlman məmləkətlərinin qalası halına gəlir. monqollardan qaçan islam alimləri misirə pənah gətirir. döyüşdən sonra baybars qutuzu bəzi vədlərinə xilaf çıxdığı üçün öldürür və sultan olur. baybars dövrü misirin qızıl dövrü adlanır. xarici siyasətdə anadolu bəyliklərini monqollara qarşı dəstəkləyir. 1277-ci ildə elbistanda monqolları yenə məğlub edir. ancaq bu döyüşdən sonra diplomatik münasibətlər yaxşı alınmadığı üçün bu döyüşdəki qalibiyyət müəyyən mənada əhəmiyyətsiz olur. belə rəvayət edilir ki , sultan baybars bir gecə saraydan dərviş paltarında çıxaraq doğulduğu torpaqlara - dəşti - qıpçağa gedir. sonrakı taleyi haqda məlumat yoxdur. baybars monqol ekspansiyasının qarşısını müəyyən mənada alır və müsəlmanların protektoru olur. çünki abbasi xəlifələrini də artıq misirdə himayə edirdilər. 1382-ci ildə bəhriyyə məmlüklərini bürcilər əvəz edir. ilk sultan bərquq olur. yanlış xatırlamıramsa, bərquq ərəbcə alma deməkdir. 15-ci əsrin sonlarına doğru məmlüklər və osmanlılar arasında xırda sərhəd münaqişələri yaranır. qismən də olsa məmlüklər bu münaqişələrdə qalib gəlir və sultan 2.bayezid məmlük üstünlüyünü tanıyır. 1516-cı ildə yavuz sultan səlim mərcidabık müharibəsində yaşlı sultan kansu əl-gavrinin ordusunu məğlub edir. 1517-ci ildə də ridaniyədə adil tomanbayın ordusunu məğlub edib , dövlətə son qoyur.\n məmlüklərin türk və misir tarixində yeri çox müstəsnadır. bugün , beynəlxalq əlaqələrdə misir yaxın şərq və islam dünyasındakı ağırlığını müəyyən mənada məmlüklərə borcludur. məmlüklər güclü islami dövlət ənənəsini güclü arisokratik sistemləri ilə birləşdirib , möhkəm dövlət yaratmışdılar. məmlüklər orduda və sarayda qəti şəkildə türk dilindən istifadə ediblər. asimilyasiyaya uğramamaq üçün islami əsərləri , fars əsərlərini qıpçaq türkcəsinə tərcümə elətdirib , geniş türkcə kitabxanalar qurublar. saraylarında dəvadari kimi böyük tarixçi -vakanuvisi himayə ediblər. türk məmluk şairi seyfi sarayi hələ o dövrdə , sədinin \" gülüstan və bustan\"ını qıpçaq türkcəsinə tərcümə edib. öz danışdıqları qıpçaq türkcəsini həqiqi türkcə adlandırıb , yaxın şərqin islamı qəbul etmiş oğuzlarının ( türkmənlər) dilini isə pozulmuş türkcə adlandırıblar. misirin digər yaxın şərq ölkələrinə görə sənət , memari , elm və b. sahələrdə üstan olması da məmlük mirasının qazanclarıdır. müsəlman tacirlərin ticarətlərinin qeydinə qalmaq üçün də uzun müddət portuqaliyalılarla məlum dənizlərdə mübarizə aparıblar.\ndiplomatik münasibətləri də çox maraqlı olub . ismaili-xaşaxaşilərlərdən , qıpçaqlaşan qızıl ordaya kimi müttəfiqlik əlaqələri qurublar.\nsonda isə misir məmlük dövləti adlandırmama səbəb isə 1. kölə yəni məmlük dövlətinin 1206-cı ildə hindistanda qurulmasıdır. dehli sultanlığı deyə bilinən bu dövlət də qıpçaq kölə əsgərlər tərəfindən quruldu. \nbugün hələ də misirdə məmlük soyundan gəldiyi ilə öyünən əsilzadə ailələri mövcuddur" | |
}, | |
{ | |
"id": 475, | |
"title": " \n yakobinçilər diktaturası ", | |
"content": "1789-cu ildə qurulsa da , 1793-cü ildə siyasi hakimiyyəti ələ alan pre-partiya . fransız conventioan nationale'da bir müddət məclisin sağ qismində oturan girondins'lərlə siyasi iqtidarı ələ keçirmək üçün mübarizə aparırlar. bu mübarizədə radikal respublikaçı yakobinlər başda george danton , jean-paul marat və maximilian robespierre olmaqla girondins'lərə qalib gəlirlər. 1 səs fərqi ilə kralı edama göndərib , fransız absolutizminin təməl dayaqlarınsan birini çox önəmli dərəcədə sarsıdırlar. həmçinin , bunlara solda və yüksəkdə oturduqları üçün la montagne yəni, dağlar deyilirdi . yakobinlər siyasi hakimiyyəti ələ keçirdikdən sonra siyasi rəqiblərinə qarşı terror siyasəti aparırlar və bu dövrdə inqilab dövründən daha çox adam həlak olur. daha ölçülü bir siyasi xətt izlənməsi tərəfdarı olan danton robespierre və tərəfdarları tərəfindən edam edilir. robespierre diktaturasını qurmaq istəsə də bu alınnmır və yakobinlər robespierre'in ölümündən sonra yenidən güc qazana bilmirlər.nə yakobinlər , nə də jironden'lər siyasi partiya kimliyinə bürünə bilmədilər. hər ikisi mənfəət və fikir birliyi içində olan siyasi qruplaşmalar idilər. ( ingiltərədəki tory və whig'lər kimi ) yakobinlər siyasi literaturaya yeni termin və anlayışlar qazandırdılar. yakobinizm heç bir zaman ideologiya olmadı , bu siyasi hakimiyyəti əldə saxlamaq üçün metod idi. yakobinçi hər kəs ola bilər. öz ideologiyasını zor və diktə yolu ilə qəbul elətdirməyə çalışan hər kəs yakobindir. yalnız anti-din siyasəti güdən iqtidarlara bu ad verilə bilməz. robespierre inqilabın müdafiəsi və inqilabın qazanclarının əldə saxlanması yolunu yalnız və yalnız anti-inqilabi hərəkətlərın dövlətin zor tətbiq edərək qarşısının alınmasında görürdü. buna görə də , yakobin dövrü fransada terror dövrü adlanır. mustafa kamal atatürk'ün də yakobin olduğu qənaətindəyəm. o da inqilablarını (hamısını bura daxil etmək gülünc olar , bir qismini) yakobin şəkildə tətbiq etdi.\nqeyd: elm xusüsən , sosial elmlər əxlaqi dəyər yarğıları ilə dəyərləndirilə bilməz. o zaman bu elm olmaqdan çıxar və işin içinə duyğu girər. atatürk'ün , ropespierre'in yakobin olması onları \"pis\" və ya \" yaxşı\" etməz. demək istədiyim , əxlaqi dəyərlər sosial elmlərə bu-laş-dı-rıl-ma-ma-lı" | |
}, | |
{ | |
"id": 476, | |
"title": " \n rabbit hole ", | |
"content": "internet dilində \"bir şeyin içində itib batmaq\" mənasında işlədilən deyim. mələsən vikipediyanı açıb hitler haqqında oxuyursuz. məqalə içində hitlerin generallarından birinin adını görürsüz, keçirsiz onun viki səhifəsinə. bu səhifədən generalın iştirak etdiyi bir döyüşün səhifəsinə, ordan onun qarşısında olan rus generala, ordan o generalın öldürülməsi hadisəsinə keçirsiz. bir də baxırsız ki, hitler oxumağa başlamışdız gəldiz ssri dövründə olan repressiyalara çıxdız.\nrabbit hole-lar çox vaxt maraqlı olur. başladığınız şeydən uzaqlaşıb çox fərqli şeylər öyrənə bilirsiz. amma çox vaxt ala biləcəyini və sizi orijinal mövzudan uzaqlaşdıra biləcəyini unutmamaq lazımdı. yəni nəsə dərs filan eliyirsizsə diqqətli olmaq lazımdı. yoxsa mırta oxuyursuzsa əla şeydi." | |
}, | |
{ | |
"id": 477, | |
"title": " \n immunitet ", | |
"content": "İmmunitet çoxhüceyrəli orqanizmlərin genetik yad informasiya daşıyıcılarından qorunmasıdır\n\n2 növü var: anadangəlmə və qazanılmış\n\nAnadangəlmə immunitetin digər adı növ immunitetidir. Müəyyən bir antinegə qarşı qeyri-həssaslıqdır. Əsas xüsusiyyəti nəsildən nəsilə ötürülməsidir. Anadangəlmə immunitet qazanılmışdan fərqli olaraq zaman keçdikcə dəyişmir. Mütləq və nisbi ola bilir.\n\nMütləq anadangəlmə immunitet odur ki xarici təsirlərdən zəifləmir və ya pozulmur. Yəni siz heç bir yolla it və ya dovşanlara polimielit yoluxdura bilməzsiz.\n\n Nisbi isə şəraitdən asılı olaraq dəyişə bilər.\n\nQazanılmış immunitet isə bütün həyat boyu formalaşır və nəsildən nəsilə keçmir. Təbii və süni olur.\n\nTəbii də öz növbəsində aktiv və passiv növlərə ayrılır.\n\nTəbii aktiv immunitet xəstəlik keçəndən sonra yaranır(postinfeksion)\n\nPassiv isə ana bətnində olanda transplasentar yolla keçir.\n\nSüni də aktiv və passiv olmaqla 2 yerə bölünür.\n\nSüni aktiv immunitet hamımızın bildiyi vaksin, peyvəndlərlə immunitet yaratmaqdır.\n\nSüni passiv zamanı isə bədənə hazır anticisim yeridilir, tez formalaşır və tez bitir.\n\nİmmun sisteminin orqanları 2 əsas hissəyə ayrılır:mərkəzi(sümük iliyi və timus) və periferik(dalaq, limfa düyünləri, orqanizmdə dövr edən limfatik mayelər)\n\nBundan başqa immunitetdə böyük rol oynayan hüceyrələr də mövcuddur. Bunlara T və B limfositlər, Faqositlər və Natural Killerlər aiddir(NK)\n\nFaqositlər qanda dövr edən və toxumda faqositləri olmaqla 2 yerə bölünür.\n\nQanda dövr edənlərə neytrofillər və monositlər aiddir.\n\nMonositlər ilk 2 3 gün qanda dövr edir, daha sonra ətraf toxumalara keçərək bu toxumaların makrofaqlarına çevrililir. Makrofaqların əsas funksiyası faqositozdur. Həmçinin makrofaq və neytrofillər anticisimdənasılı sitokinlərdir.\n\nDendrit hüceyrələr də immun sistemdə böyük rol oynayır. Onlar birincili immun cavab zamanı antigeni T limfositə təqdim edir.\n\nDendrit hüceyrələr⇒Antigen təbiətli maddəni udur ⇒selikli qişa və dəridən regionar limfa düyünlərinə miqrasiya edir⇒ordakı antigen maddələri parçalayır. Bu mexanizmə processing deyilir. Processing zamanı Dendrit hüceyrələr antigeni MHC-2ə birləşdirir(major histocompatibility complex).\n\nDendrit hüceyrələr T-limfositə təsir edib sitokin sintez edir,həmçinin B və T limfositləri sintez edir. T limfositlər orqanizm mayelərində həll olan antigenlərə birbaşa təsir edə bilmir amma B limfosit təsir edə bilir.\n\nT limfositlər sümük iliyində yaranır, daha sonra timusa miqrasiya edir. Timus onlar üçün bir növ “maarifləndirici ərazidir”. Burada onlar pataloji hüceyrə ilə normal hüceyrənin fərqini “öyrənirlər”. Timusdan keçdikdən sonra yetkin T-hüceyrələrə çevrilirlər. Onlar da əvvəlcə qanda dövr edirlər, daha sonra periferik limfa toxumalarında məskunlaşırlar(limfoid düyünlərinin parakortikal, dalağın periarterial sahəsində). \n\nPeptid antigenlərinin tanınmasını asanlaşdıran, immun sistemin tənzimləyici potensialını reallaşdıran hüceyrələr T-helper hüceyrələridir. Onlar 3 tipə ayrılırTh1, th2, th3.\n\nTh1-bakteriya və virus antigenlərinə qarşı hüceyrəvi immun cavab verir.\n\nTh2-askarid kimi helmintlərə və bir çox allergenlərə qarşı humoral immun cavab verir\n\nTh3- isə limfositlərin yenidən sintezinə köməklik edir(supressiya)\n\nB-limfositlər bədəndəki bütün limfositlərin 20 faizini təşkil edir. Qanda və limfoid orqanlarda olur. Onlar antigenlərin əksəriyyətini T-helperin iştirakı ilə, qalanlarını isə T-helperlər olmadan tanıyır. \n\nNK-şiş hüceyrələrini, virusa yoluxmuş hüceyrələri məhv edə bilir. Qanda və limfoid toxumalarda olur. \n\nİmmunqlobulin növləri:(mötərizədə yazdıqlarım yadımda saxlamaq üçün işlətdiyim tricklərdi) \n\n1)IgM-pataloji amilə birinci təsir edən İmmunqlobulindir. (insan xəstə olanda birinci mamasına(m) qaçır)\n\n2)IgG-Plasentadan keçə bilən tək immunqlobulindir. 4 növü var igg1, igg2, igg3, igg4.\n\n3)Iga-selikli qişalarda, qanda, gözyaşında, ana südündə olur. Qruluşu dimerdir(süd 2 döşdən gəlir di-2)\n\n4)IgD-funksiyası tam məlum olmasa da, B limfositlərin səthində antigenləri differensasiya etdiyi ehtimal olunur. (differensasiya - d)\n\n5)IgE-allergiyalarda əsas rol oynayır. Bazofillərdə və tosqun hüceyrələrində mediatorları azad etməyə kömək edir.\n\nP. S. Yuxarıda yazdıqlarım nisbətən elmi məlumatlardır. Bu aralar rezidenturaya hazırlaşıram, öyrəndiklərimi bura yazmağa çalışacam(həm özüm təkrar edirəm, həm də öyrənmək istəyənlərə kömək edər ümid edirəm-*) Ən rahat izahla öyrənmək üçün linkini paylaşdığım videoya baxa bilərsiz\nhttps:\/\/youtu.be\/lXfEK8G8CUI?si=JOQhZw0nEaOvMSTw" | |
}, | |
{ | |
"id": 478, | |
"title": " \n derealizasiya ", | |
"content": "(bax: Borderline personality disorder) \n\nDerealizasiya insanın özünə və ətrafa yadlaşması, çevrəsindəki dünyanın reallığını tam dərk etməmə situasiyasıdır.\nBu entrydə bu pozuntunu yaşamış birisi olaraq, öz təcrübəmi bölüşəcəyəm.\nBpd-yə sahib birisi olaraq, əsasən stresli dönəmlərimdə, amma normalda da yaşadığım qavrayış pozuntusudur. \nDerealizasiya yaşadığım vaxt, özlüyümdə ətrafı alğılaya bilməmə, ətrafda hər şeyin bir real olmaması hissi və ancaq sənin tək var olmağın hissinə qapılırsan. Ətrafı sanki hansısa film kadrından çıxmış kimi, ya da özünü hansısa bir unreal məkanda, zamanda kimi hiss edirsən. Özünü, nə də ətrafı dərk edə bilirsən.\nDerealizasiya yaşanıldığı vaxt əşyalara və insanlara təmas etməkdən çəkinirsən. Oturduğun ya da gəzən vaxt, yarpaqların hərəkətini hiss etməyə, sanki bunun gerçək olub-olmadığını anlamağa çalışırsan. Olduğun məkanı, axan zamanı, küləyi, ətrafdakı səsləri gözlərini bağlayıb nə baş verdiyini anlamağa çalışırsan. İlk yaşanılan vaxtlar artıq dəli olduğunu fikirləşirsən, sonra bu haqda dəqiqləşdirəndən sonra nə olduğunu tanımlayırsan. Bəzən özünü dmt ya da mashroom qəbul etmiş kimi hiss edirsən. \nÜmumən bpd də derealizasiya yorur. İnsan bir yerdən sonra ne deyərlər yıpranır. Terapiya isə bpd-yə aid olduğu üçün xüsusi nəsə deyə bilmərəm. Amma həmişə sizinlə olan insanların burda rolu çox böyükdür.\n\nÇoxdandır entry yazmırdım, fikirlərim, ətrafa olan baxış bucağım, əldə etdiyim yeni biliklər və s, personality olaraq dəyişkənliklər baş verib. Entry yazmadığım müddətdə fikirlərimi, yeni araşdırdığım bilgiləri əyani olaraq dəftərə, ya da qeydlərə tökürdüm. Ümid edirəm, araşdırdığım mövzular haqda gələcək entylərimdə öz əksini tapar-*." | |
}, | |
{ | |
"id": 479, | |
"title": " \n atomun planetar modeli ", | |
"content": "atomun böyük bir hissəsinin boşluqdan ibarət olmasını öyrəndikdən sonra ernest rutherford tərəfindən ortaya atılan model. belə ki, atomun bütün müsbət yükü mərkəzdəki nüvədə cəmlənmişdir. elektronlar isə müsbət yükün ətrafında müəyyən uzaqlıqda dövr edirlər. eyni ilə günəş sistemindəki kimi. elə buna görə də planetar model deyilir. günəş sistemindən tək fərqi sadəcə aradakı qüvvənin qravitasiya deyil də elektromaqnetizma ilə verilməsi idi. \nancaq bu modelin çatışmayan cəhətləri var. klassik fizikaya görə təcil ilə hərəkət edən yüklər elektromaqnetik şüa yayırlar. çevrə və ya ellips boyunca hərəkət təcilli hərəkətdir. əgər elektronlar planetlər kimi nüvənin ətrafında dövr etsələr daim elektromaqnetik şüa göndərərlər və enerji itirib, yəni yavaşlayıb nüvəyə düşərlər. yəni atomun planetar modeli atomun stabilliyini izah edə bilmir. \nbu problemdən yayınmaq üçün cənab max planckın işıq kvantları nəzəriyyəsindən istifadə etdilər. artıq işıq yəni elektromaqnetik şüalanma yalnız bir kiçik ədədin qatları şəklində yayılıb, udula bilərdi. yəni indi artıq müəyyən radiuslu elektron orbitlərinə icazə verilirdi və atomun sabitliyi izah oluna bilərdi. lakin yuxarıda bəhs etdiyim kiçik ədədin, yəni kvant sabitinin varlığı, həm də cənab werner heisenbergin qeyri müəyyənlik prinsipinin varlığına gətirib çıxarırdı. bu isə öz növbəsində o demək idi ki, elektron kimi kiçik zərrəciyin sürətini və yerini eyni anda dəqiq bilmək mümkün deyildir. çevrə boyunca hərəkət edən bir cisim təsəvvür edin. çevrənin istənilən nöqtəsində cismin sürəti, hərəkət istiqaməti və yeri dəqiq bilinir. bu hal yuxarıda adını çəkdiyim prinsipə görə mümkün deyildi. elektronun nüvə ətrafında sadəcə hansı ehtimalla harada olduğunu göstərmək olardı. eyni şey sürətə də aiddir. bu səbəbdən modern fizika və kimiya kitablarında elektron orbitindən deyil də elektron buludlarından söhbət gedir. çünki bir kvant cisminin, yəni elektron kimi xırda bir cismin, ölçüsündən yerindən və sürətindən yalnız ehtimal ilə danışmaq olar." | |
}, | |
{ | |
"id": 480, | |
"title": " \n silence in the snow ", | |
"content": "2015-ci ildə çıxmış və roadrunner records tərəfindən yayımlanmış trivium albomu.\n https:\/\/i.imgur.com\/sOvpbx8.jpg\n Bu, 2014-cü ildə nick augusto-nun ayrılığından sonra qrupa gətirilmiş drummer mat madiro-nun iştirak etdiyi ilk və son albomdur. Prodüser, bundan əvvəl in waves-də də işləmiş michael baskette-dir. \n Albomun rəsmi çıxışına qədər bəzi single-lar təqdim edilir. Çıxışa bir həftə qalmış bir radio proqramına qonaq olan qrup üzvləri, albomdakı parçaların məzmunu haqqında məlumat verirlər. Albomun çıxışı isə 2015-ci ilin oktyabr ayında baş tutur. \n Qrupun solo gitaristi corey beaulieu, albomla eyni adı daşıyan mahnının hələ shogun dövründə yazıldığını, ancaq həmin albomun sound-una uyğun gəlmədiyi üçün 2008-ci ildə təqdim edilmədiyini deyir.\n Qrup rəhbəri matt heafy, hələ 2014-cü ildə çox brutal vokal istifadə etməsi səbəbindən səs tellərində problem yaşamışdı. Buna görə də bu albomda mahnıları sadəcə clean vokalda ifa edib.\n the crusade və “shogun” zamanlarında olduğu kimi, bu albomda da 7 simli gitaralardan istifadə olunub.\n Albom, çıxışından sonra, ümumilikdə yüksək qiymətləndirilib. metacritic xalı 80-dir. billboard-ın top rock albums siyahısında 3-cü yeri tutmuş, ilk həftəsində 17 min satış əldə etmişdi. mahnılar:\n (baxma: snofall)\n(bax: silence in the snow)\n(baxma: blind leading the blind)\n(baxma: dead and gone)\n(baxma: the ghost that’s haunting you)\n(baxma: pull me from the void)\n(baxma: until the world goes cold)\n(baxma: rise above the tides)\n(baxma: the thing that’s killing me)\n(baxma: beneath the sun)\n(baxma: breathe in the flames)\n special edition ilə gələn bonus mahnılar:\n(baxma: cease all your fire)\n(baxma: the darkness of my mind)\n Qeyd: albomun girişindəki “snofall” adlı instrumental mahnı ihsahn səhnə adı ilə də tanınan norveçli bəstəkar vegard sverre treitan tərəfindən yazılıb." | |
}, | |
{ | |
"id": 481, | |
"title": " \n prisoners ", | |
"content": "alman rəssam kathe kollwitzin 1908-ci ildə yaratdığı əsərdir.\n\nəsərdə beş yüz il əvvəl - XVI əsrin ilk yarısında feodal zülmünə və kilsənin ədalətsizliyinə qarşı etiraz edən yoxsul kəndlilər əks olunmuşdur. Kəskin etirazların təcəssümü kimi, rəssam bəzi insanların əlinin kəndirlə bağlandığını və bütün kəndlilərin tikanlı tellərin arxasında tutulduğunu təsvir edib. məhkumluğun sonu kimi onları Əlbəttə ki, ya edam, ya da çox ağır cəzalar gözləyirdi, heç biri bağışlanmayacaqdı. Onlar yoxsulluq və insafsızlığa göz yumaraq dayanmadan işləməyə məcbur edilmişdilər. İtaət etməkdən boyun qaçırdıqları üçün hər biri cəzasını çəkməli idi. Orta əsrlərdə Avropada intizamı bu şəkildə təmin edilirdi.\n\n\n\n\n \n \n\n\nMənbə: muza-ıv buraxılış" | |
}, | |
{ | |
"id": 482, | |
"title": " \n spark ", | |
"content": "1997-ci ilin sonlarında sumqayıtda yaranmış azərbaycan rok qruplarından biri. adının mənası sumqayıt park deməkdir. həmçinin ingiliscə olan spark (qığıkcım) kimi mənaları da var. eyni zamanda spark qrup üzvü emin əfəndiyevi dişləyən itin adı olub və qrupa ad seçimini də emin edib. \n\nqrup britpop, indie rock, post-punk janrlarına yaxın bir tərzdə ifa edib. ifalarının çoxu rus dilindədir. buna səbəb isə qrupun mahnı sözlərinin müəllifinin və eyni zamanda vokalistinin rus (viktor merdyakov) olmasıdır. lakin qrupun az da olsa, azərbaycan türkcəsində olan ifaları da var: azərbaycan, göz yaşları və s. \"və s.\" deyirəm ona görə ki, qrup o vaxtkı səsyazma problemləri ilə bağlı olaraq bəzi ifaları qeydə ala bilməyib və it-bata düşüb həmin ifalar.\n\nqrupun üzvü olmuş şəxslər: \n\nilkin tərkibi:\n emin əfəndiyev - vokal\n kamal xudiyev - gitara\n dmitri strekalov (damien) - gitara\n rafael qasımov (rbg) - bass-gitara\n elvin bəşirov - zərb alətləri\n\nəsas tərkibi:\n viktor medyakov - vokal\n dmitri strekalov (damien) - gitara\n eldəniz mirzoyev - gitara\n rafael qasımov (rbg) - bass-gitara\n elvin bəşirov - zərb alətləri\n səid qəniyev - klaviş (sintezator, orqan)\n\nqrup rəsmi olaraq dağılmasa da 2003-cü ildən bəri demək olar ki, fəaliyyətsizdir. buna səbəb bəzi problemlərdir. bu haqda sparkın bass-gitaristi rafael qasımov deyir:\n\n \"qrupun fəaliyyətini dayandırmasının əsas səbəbi odur ki, bizim məşq bazamız köçdü yaşayış binasının altına və biz orada məşq edə bilmədik. getdikcə, qonşular narazı olurdular və bizim məşqlər yavaş-yavaş sönürdü.\" \n\nqrupun məşq etdiyi yer isə sumqayıt şəhəri, 8-ci mikrorayondakı \"dostluq\" mədəniyyət evi idi. bu mədəniyyət evində yuxu qrupu da məşq edib vaxtilə. \n\nqrupun 2003-cü ildə dağılmış sayılmasına baxmayaraq qrup üzvləri qrupun vaxtilə texniki problemlərlə bağlı edə bilmədiyi səsyazmaları sonralar öz evlərində edib və hətta 2007-ci ildə klip də çəkiblər öz imkanları daxilində. qrup üzvləri rafaellə viktorun qrupla bağlı son fəaliyyəti 2011-ci ildə \"хлеба кусок\" mahnısının səsyazmasını yenidən etmələridir.\n\nonu da qeyd edim ki, hal-hazırda sirr qrupunun vokalisti oqtay abdullayev exsparkçıdır. vaxtilə sparkda gitarada ifa edib sonradan sirr qrupunda vokalist kimi fəaliyyətini davam etdirib. sirr qrupunun keçmiş ilk üzvlərindən olan eldəniz mirzəyev də spark dağılandan sonra sirr-in yaradılmasında iştirak edib. yəni, qrupun keçmiş üzvlərinin bəzisi hal-hazırda da musiqi fəaliyyəti ilə məşğul olur. şəxsən mən bu qrupun olmasına görə sevinirəm. heyif ki, bəlkə də şükür ki, çox az kütlə tərəfindən tanınıb." | |
}, | |
{ | |
"id": 483, | |
"title": " \n stoisizm ", | |
"content": "stoisizm yaxud stoaçılıq e.ə 300-cü illərdə təməli zenon tərəfindən qoyulmuş fəlsəfi məktəbdir. zəngin tacir olan zenon bir gün gəmi qəzası keçirərək əlindəki bütün varını dövlətini, çalışmalarını itirir. əvvəlcə bütün bunların niyə baş verdiyini sorğulayır, daha sonra isə kitablara yönəlir. axırda bütün baş verənləri sakitliklə qəbul edir, nə də olsa baş vermiş qəza onun əlində olan bir şey deyildi. bunu qəbullandıqdan sonra rahatladığını hiss edir və beləcə stoa fəlsəfəsi yaranmış olur. stoaçılıq baş verənlərin çoxunun əlimizdə olmadığını və sakitliklə qarşılamalı olduğunu deyir. çünki kontrol altında tuta bilmədiyimiz çox böyük şeylər var və bunları belə də qəbullanmalıyıq. bir növ xaosla rəqs etmək kimi. nəticədə bizdə kainatın bir parçasıyıq. öncədən başımıza gələcəklərə psixoloji olaraq hazırlıqlı olmalı, nələrin bizi xoşbəxt, nələrinsə də kədərləndirəcəyini anlamalıyıq. beləcə biz həqiqi rahatlığa və xoşbəxtliyə çata bilərik. şəxsi fikrimcə mənimsənilməyə dəyər fəlsəfədir. çünki bir anlıq başımıza gələn bütün hadisələri, yaxşısıyla pisiylə, sanki belədə olmalıymış kimi qəbullanıb soyuqqanlılığımızı qoruduqda azad hiss edirik. çünki bəzi şeylər həqiqətəndə dəyişilməzdir. biz onları dəyişdirməyə çalışmaqdansa, onlara ayaq uydurmalı və onlarla \"rəqs\" etməliyik." | |
}, | |
{ | |
"id": 484, | |
"title": " \n implicit association test ", | |
"content": "Müxtəlif sosial qruplara (irq, gender, seksual orientasiya, əlillik, bədən forması, din və s. əsaslı) qarşı şüuraltı favoritizmi ölçən test. Misal üçün. bu testi yerinə yetirərək şüuraltı şəkildə hansı irqə daha çox üstünlük hissi bəslədiyinizi öyrənə bilərsiniz. \n\nTestdə sizdən pozitiv və neqativ məna oyadan sözləri uyğun klavişləri basaraq qruplaşdırmağınız tələb olunur. Daha sonra isə, həmin klavişləri istifadə edərək iki müxtəlif sosial qrupa aid olan ifadə və ya şəkilləri (qadın - kişi, heteroseksual - homoseksual, müsəlman - xristian; hansı qrupu seçdiyinizdən asılı olaraq) qruplaşdırmalısınız. Son mərhələdə klavişlərin yerini dəyişməklə həmin qruplaşdırmaları yenidən yerinə yetirirsiniz. Test ilkin və son mərhələdəki orta cavab vermə müddətini müqayisə edərək nəticə çıxarır.\n\nTesti yoxlayan 70% subyektin ağ irqə qarşı avtomatik üstünlük hissi bəslədiyi qeydə alınıb.\n\nƏlbəttə, test nəticələrinin dəqiqliyi bəzi psixoloqlar tərəfindən hələ də müzakirə olunur.\n\nhttps:\/\/implicit.harvard.edu\/implicit\/\n\n(bax: stereotip)\n(bax: cognitive bias)" | |
} | |
] | |
--- CHUNK 12 END --- | |
--- CHUNK 13 START --- | |
[ | |
{ | |
"id": 485, | |
"title": " \n baader-meinhof fenomeni ", | |
"content": "İnsanın yeni öyrəndiyi bir şeyin bir anda hər yerdə qarşısına çıxması fenomeni.\nBu \"şeylər\" yeni öyrəndiyiniz də ola bilər, daha əvvəl bilib fikir vermədiyiniz də. Tutaq ki, kitab oxuyursunuz və televizor açıqdır. Kitabda \"O, məktəb illərindən bəri bu cür kompleksli idi\" cümləsini oxuyursunuz və televizordakı aparıcı həmin anda, məhz həmin saniyə kitabda oxuduğunuz və gündəlik danışığa elə də daxil olmayan \"kompleks\" sözünü işlədir. Buna həmçinin sinxronizm də deyirlər. \nƏn çox yeni bir termin, bir ifadə öyrəndiyiniz günün səhərisi gün, ya da elə həmin saatlarda o ifadə ilə bir də (bəzi hallarda dəfələrlə) rastlaşmağınızdır." | |
}, | |
{ | |
"id": 486, | |
"title": " \n rosy retrospection ", | |
"content": "Bir koqnitiv meyillilik olub insanların keçmiş xatirələri həqiqətdə olduğundan daha pozitiv şəkildə xatırlaması, qiymətləndirməsi effektidir. Günümüzdəki yaşlı generasiyanın bir qisminin \"Sovet dövründə hər şey çox daha yaxşıydı\" fikrini mənimsəməsi və ya uşaqlığımızı çox əyləncəli, məsum, möhtəşəm xatırlamağımız bu effektə nümunədir. Yaddaşın neqativ xatirələri uzaqlaşdırması meyilliliyi də bu effektə müsbət təsir göstərir (baxma: memory bias). \n\n(bax: cognitive bias)" | |
}, | |
{ | |
"id": 487, | |
"title": " \n restoran terminləri ", | |
"content": "86- müştəriyə xidmət etməyi rədd etmək. \nbyob - hər kəs öz yeməyini (içkisini) gətirsin .sondakı b müxtəlif mənalarda da işlədilə bilər\nChef de rang - Baş ofisiant\ncommis de rang - su verən ofisiant. sifarişləri mətbəxə \nçatdırır, mətbəxdən araba ilə yeməkləri gətirir, masanı \nyığışdırır\ndemi chef de rang - Baş ofisiantın köməkçisi\nentree - ana (başlanğıc) yemək. \ngarde manger - soyuq yeməklərin ,salatların hazırlanıb soyuducuda saxlanıldığı yer\nghost restaurant - müştərilərinə sifarişi ancaq telefon və ya onlayn sifariş əsasında çatdıran restoran\ngueridon - müştəri məmnuniyyətinin yüksək qiymətləndirildiyi servis. təcrübəli və professional heyətlə xidmət göstərməsi ilə də fərqlənir. \nhappy hour - müəyyən saatlarda içki qiymətlərinin güzəştə düşməsi\nMaitre d'hotel - restoran və ya hotel meneceri. qonaqları qarşılayıb onlara yer göstərən şəxs\nmise en place - mətbəxdə servis başlamamışdan qabaqkı ön hazırlıq. \nomakase - yapon restoranlarında şefin öz istədiyi yeməyi müştəriyə təqdim etməsi. \nsommelier - şərab servisi edən ofisiant\nTable d'hote - zəngin olmayan menyu. qiymətlər də sabit olur. əksi isə (bax: a la carte)dir" | |
}, | |
{ | |
"id": 488, | |
"title": " \n dialektika ", | |
"content": "demək,dialektika bizim bildiyimiz qədərilə ilk dəfə heraklit tərəfindən kəşf edilib.heraklitin belə fikri var:\"hər şey dəyişir,hər şey hərəkət edir\".sonralar bir çox filosofun əsərlərində buna örnək tapmaq olar.məsələn,platonun əsərləri dialoqlar şəkilində yazılmışdır.bu dialoqlarda hər hansı bir şəxs qarşısındakının fikirlərini inkar etməklə sonda həqiqəti ortaya çıxarmağa çalışır.amma,dialektika deyəndə heç şübhəsiz ilk olaraq hegel yada düşür.çünki bu zati-aliyyə müasir dialektikanın yaradıcısıdır.hegeldə bu idealist formada təzahür edir.yəni,hegel dialektik idealistdir.hegel deyir ki,hər bir anlayış öz əksiynən bir yerdə yaranır.bu fikirlərdən biri tezis,digəri antitezis olur.bu tezisnən antitezis bir birinə qəti şəkildə zidd gedirlər.sonda bu savaşdan sintez çıxır.yəni,həm tezisin,həm də antitezisin elementlərini özündə əks etdirir.amma bu sintez yaranan zaman onun özünün də əksi yaranmış olur(yuxarıda dediyimiz kimi,hər anlayış öz əksiylə bir yerdə yaranır).belə belə dialektika sonda mütləq varlıqa(hegel fəlsəfəsində allah kimi bir varlıq,tam elə də olmasa təxminən elə bir şeydi) doğru gedir.buna örnək kimi məsələn ictimai inkişaf formasiyaların göstərə bilərik.quldarlıq ibtidai icma quruluşunun inkarıdır.amma quldarlıq yarananda özü ilə bərabər öz sonunu gətirəcək və özünün əksi olan feodalizm anlayışını da yaratmışdır.feodalizm anlayışı yarananda öz əksi olan kapitalizmi də yaradıb.belə belə bunlar davam edirlər.dialektikaya digər bir örnəyi məsələn elmi fikirin inkişafını misal göstərmək olar.eynşteyn fizikası nyuton fizikasını inkar edir,kuantum fizikası eynşteyn fizikasını inkar edir.taa ki,hər şey sonda mütləq varlıqda təzahür eliyənə qədər.əslində isə işin kökündə yatan idea birinci fikirin yarandığı,sonradan onun reallığa çevrildiyidir.yəni,birinci idea yaranır,sonra materiya.birinci feodalizm anlayışı yaranır,sonra quruluş olaraq feodalizm formalaşır.\nhegeldən sonra hegel fəlsəfəsinin davamçıları iki qrupa ayrıldılar.biri sağ hegelçilər,biri sol hegelçilər.marx dediyimiz abi bu sol hegelçilərdəndi.marx hegel dialektikasın götürüb onun idealist təməlini materialist edib.yəni,inkişafın kökündə materiya durur.fikirkər kimi varlıqların da əksi olur.təbiət bunun üstündə inkişaf edir.insan fikri,düşüncəsi isə yalnız təbiəti,materiyanı əks etdirir.yəni,birinci feodalizm yaranır,sonra o insanların fikrində formalaşır.birinci materiya,sonra düşüncə.feodalizm quruluşu,feodal düşüncəsini yaradır,kapitalizm isə kapitalist düşüncəni yaradır.düşüncə sonradan yaranır.məsələn,marxın tarixi materializmində qeyd olunur ki,tarix əslində hegel dediyi kimi aşağı təbəqənin yuxarı təbəqəyə söz keçirmək üçün apardığı mübarizədən ibarət deyil.yəni,tarixin inkişafı söz keçirmək,fikir bildirmək kimi idealist qavramlarla inkişaf etmir.tarixin inkişaf qanunu istehsal vasitələrinin üzərində gedən mübarizədən ibarətdir.yəni təməlində materiyalist səbəb durur.aşağı təbəqələr ona görə öz sözlərini yuxarı təbəqəyə keçirmək istəyirlər ki,yuxarı təbəqələr bütün istehsal vasitələrinə sahib idilər.yəni,təməlində maddi şeydi.\nps:yazdığımı oxudum bir dəfə.özüm də heç nə başa düşmədim.ümid edirəm siz nəsə anladınız.özüm də savaddı oğlanam." | |
}, | |
{ | |
"id": 489, | |
"title": " \n zəfər tağı ", | |
"content": "(baxma: arc de triomphe de l'étoile )\n\nfransa nın paytaxtı paris de charles de gaulle meydanının tam ortasında napolyon bonapart ın əmri ile tikilmiş, fransanın milli atributu adını almış tarixi abidə. \nteqriben 30ile müxtelif memarların ve müxtelif imparatorların hakimiyyeti illerinde inşa olunub.19cu əsrin abidesidi.\nabidənin altında ı dünya müharibesinde helak olmuş kimliyi bilinmeyen bir fransız esgerin məzarı var.\n(baxma: tombe du soldat inconnu )\n\nhemçinin müharibede ölen fransız esgerlerinin xatiresine 1əsrə yaxın müddətdə heç vaxt söndürülməyən daimi alov yandırılır.\n\n\n(baxma: le départ de 1792,le triomphe de 1810,la résistance de 1814 , la paix de 1815 )" | |
}, | |
{ | |
"id": 490, | |
"title": " \n shabbat ", | |
"content": "yəhudilərə işləməyin qadağan edildiyi dini bayramdır. cümə günü axşam başlayıb şənbə günü axşam bitməklə bir gün çəkir. qeyd edilən bu intervalda nə isə satıb-almaq, od qalamaq, odun toplamaq, yemək bişirmək və s. bunun kimi ekstra enerji sərf edilən işlər dinən qadağandır, ən azından ultra ortodoks yəhudiləri*\nqatı dindar yəhudilər\n üçün, digər daha az dindar yəhudilər bu qadağalara o qədər də əməl etmir, hətta olduğum kibbutzda bu özəl günlərdə işləyən yəhudilər də rastıma çıxıb. Din məsələsində hərdən öz millətimizə çox oxşadıram bu xalqın nümayəndlərini, hani bizdə vardır ha, nə olduğu bəlli olmamaq; içər, namaz qılmaz, donuz yeməz, zina edər amma ölüsünə kəlmeyi-şəhadət oxunar, belə həftəbecər şüurluluq biraz bunlarda da var. \n\ntalmutda qeyd edilənə görə həftənin bu periodu sadəcə ibadət və istirahətə sərf edilməlidir. artıq bir aydan çoxdur davam edən oktyabr 2023 israil - fələstin müharibəsi şabat vaxtında başlamışdı, çünki bəzi yəhudilərdən eşitdiyim qədərilə o gün silahın yerə atılması halları da ola bilir və həmas da bu avantajdan istifadə edərək israil ordusunu qəfil yaxalamışdı. Doğruluğuna o qədər də əmin deyiləm amma mümkün ehtimaldır, çünki müharibənin ilk vaxtları həmas, roketləri də ancaq şabatda atırdı. idk ya da ola bilər şabatda öldürməyin verdiyi psixoloji serotonin daha güclüdü, çünki həmas da serotonin-based hücumlar daha çox edir nəinki strateji.\n\nƏlavə olaraq, müsəlmanların \"cüməniz mübarək\" ifadəsinə ekvivalent olaraq yəhudilərdə də \"shalom shabbat\" ifadəsi vardır ki, şabat günlərində salamlaşmaq üçün istifadə edilir və mənası \"şabat mübarək\", \"əmin-aman şabat\" kimi tərcümə edilə bilər. \nsifarişi verən: timidus" | |
}, | |
{ | |
"id": 491, | |
"title": " \n frençfrayz ", | |
"content": "(bax: french fries) \n\n\n\nadına baxmayaraq fransada yaranmayan kartof qızartmasıdır. \n\nadının \"french\" olmasının səbəbi kartofların kəsilməsinin \"julienne\" formasında *\nuzun uzun\n olmasıdır. bu forma da adından göründüyü kimi fransızlarındı. deyilənə görə yeməyin özü belgiyada kəşf olunub.\n\nkartofları ekvatorial deyil də düzünə kəssəniz, alınması çox da çətin deyil. mcd'dakı ilə eyni dadı almaq istəyirsinizsə bunun özəl aparatı var\n\n(baxma: deep fryer) \n(baxma: french fries cutter)" | |
}, | |
{ | |
"id": 492, | |
"title": " \n ağ ağciyər xəstəliyi ", | |
"content": "mövzu; çindən və oradan yayılan ağ ağciyər xəstəliyi vəyaxud ağ ağciyər pnevmoniyası adlanan pnevmoniya;\nuşaqlarda yayılan xəstəlik haqqında səbəbi qeyrimüəyyən zad yazırlar,əvvəlcədən deyim ki, heç də elə deyil.\nsəbəbi müəyyəndir.. hansı patogenlərin səbəb olduğu aydındır, hamısını yazacam...\n\nmüəyyən edilməyən isə insandan insana dəyişən əlamətlər(semptomlara) görə xəstəliyin əlamətləridir\n\nxüsusilə uşaqlarda, gənclərdə, immuniteti zəif olan böyüklərdə və immunosupressiv( immun sistemimizi zəiflədən dərmanlar: bax:steroidlər ) dərmanlardan istifadə edənlərdə tez-tez rast gəlinir.\n\nbildiyiniz kimi, uzun müddət covid və bununla bağlı məhdudiyyətlər,evə qapanmalar yaşadıq... bu məhdudiyyətlərin xəstəliklərdən qorunma və yayılması baxımından faydası olsa da, zərərləri də oldu.\n\nbunlardan ən əsası immun sisteminin zəifləməsidir, xüsusən də uşaqlarda... niyə?\n\nhamımız həyatımızda bir çox virus, bakteriya və göbələklərlə qarşılaşırıq.ictimaiyyət arasında onlara mikrob deyirik.\n\nbədənimizdəki immun sistemi bunlara cavab verir... bədənimiz mikroblarla mübarizə etsin deyə antikor(antibody) istehsal edir. deməli deyə bilərik ki antikorun bir adı da antimikrobdur,milyonlarla mikrob və onlara qarşı mübarizə aparan antimikroblar...\n\nimmunitet sisteminin istehsal etdirdiyi bu antimikroblar(antibody) bizim əsgərlərimizdir...amma...\n\nmən bu əsgəri 5-6 yaşında küçədə dostlarımla ortadaqaldı,futbol oynayanda istehsal etdim, mikroba qarşı inkişaf etdirdim, məsələn bir qız bənövşə-bəndədüşə oynayarkən dostlarından hər hansısa mikroba yoluxdu,xəstələndi və bu mikroblara qarşı immun sistemi antimikroblar(antikorlar) istehsal etdi. immun sistemi yəni bayaq dediyimiz əsgərləridə gücləndi.\n\nindi o qızın 35-40 yaşı var uşağı xəstələnir amma özü yox... xəstələnməyəcəkdə, çünki onun immun sistemi mikrobu görür və sürətlə yaddaşında olan antimikroblar əmələ gətirir və xəstələnmir( detallara girməyəcəm onsuzda uzun mövzudu).\n immun sistemi xəstəlik törətməli olan mikrobları sürətlə öldürür\n\nbəs niyə çində,hindistanda bu qədər uşaq birdən-birə xəstələndi? çünki onların heç biri küçədə 7 şüşə,bənövşə oynamadı.bir az absurd səslənə bilər, amma həqiqət belədir...\n\nbu tip pnevmoniya həmişə olub...keçən il də var idi, 6 il əvvəl də var idi...amma;\nyavaş-yavaş yayılırdı və insanlar bir-bir xəstələnirdi, ona görə də yayılma sürəti aşağı olurdu və xəstəxanalarda da xəstə yükü daha az olurdu\n\nfikirləşin ki bizim bu covid məsələsi ilə bağlı 1 il qapanmalarımız oldu,milyonlarla 4-5 yaşlı uşaq heç vaxt qumda oynamayıb, əllərinə palçıq toxunmayıb (anası icazə vermir), yağışda islanmayıb (atası çətir tutur), ac qalmayıb. və axşama qədər dostları ilə küçədə əllərini çiyinlərində gəzməyiblər...\n\nbəs bu mikrobları harada yoluxdularki o mikroblara qarşı da antimikrob inkişaf etdirsinlər?\ncavab: heç harda.\n immun sistemləri,əsgərləri zəif qaldı. məşq edə bilmədi.\n\nindi bu uşaqların hamısı izdihamlı məktəblərə və uşaq bağçalarına göndərilib... hamısı bir anda mikroblarla(patogenlərlə) qarşılaşdı və sürətli yayılma ilə də xəstəxana yükü artdı.\n\ntəbii ki, xəstə uşaq evə gəldi, qocalar,xroniki xəstəliyi olanlar və ya immuniteti aşağı olan valideynləri də xəstələndi...\n\nsəbəblərini yazsam:\n\n-mycoplasma (mycoplasma) bakteriyaları...\nhazırda xəstəliyə səbəb olan ən mühüm patogendir:\ningiliscə bax:walkingpneumonia da deyirlər, çünki izdihamlı yerlərdə yoluxma olur, məktəblərdə,həbsxanalarda,əsgərlikdə və sairə.\n*damla yolu ilə... öskürmə, asqırma, nəfəs alma və s. zamanı ağızdan çıxdığını görmədiyimiz kiçik damcılarla ötürülür. xəstənin öskürəyi və qızdırması çoxda şiddətli olmasa da,x-ray( rentgen) də baxsaq xəstənin ağciyərlərinin lori dildə dağılmış vəziyyətdə olduğunu görərik,ciddi mualicə lazımdır.\neyni zamanda yaxın təmas, çirklənmiş əşyalar, qida, geyim və s. ilə ötürülür.\nbu bakteriyanın hüceyrə divarı yoxdur... ona görə də penisilinlər təsir etmir.. çünki penisilin grupu antibiotik dərmanlar hüceyrə divarını parçalayaraq bakteriyaları yox edir.\nsefalosporinlər, monobaktamlar, karbapenemlər və beta-laktam\/betalaktamaz inhibitorlarının kombinasiyası effektiv deyil.\namoksisillin, klavulsnat ampisilin, sefedroksil, sefaleksin, imipenem, merpenem, aztreonam və s. də işləmir\n\nmüalicəsində tetraksil,doksisiklin, erotromisin, kinolonlar (xinolon) istifadə olunur..\n\nuşaqlarda n-asetil sistein, d3, b12, b9 b6,, vitamin c, sink, maqnezium ilə dəstəkləmək olar\n\nbunlara əlavə olaraq glutatyon, hesperidin resveratrol, nad, q10 böyüklərdə müalicə üçün çox vacib dəstəkdir.\n\nəslində bu xəstələr xəstələnməmişdən əvvəl selektiv ıga-nı artırmaq lazımdır, mikrobu(bakteriyanı) orqanizmə daxil etməmişdən əvvəl məhv etmək lazımdır, lakin bu haqda növbəti dəfə vaxt olsa yazaram..\n\nəlamətlər(semptomlar):\nxəstəliyin səbəbinin bilinmədiyi,əlamətlərin qəribə olduğu söhbətin ortaya çıxdığı yer buradır... çünki\n\nəlamətlər xəstədən asılı olaraq çox dəyişir..\nbir xəstədə öskürək olmadığı halda, digər xəstədə 3-4 həftə öskürək olur.\nbəzi insanlarda faringit(boğaz qızarıqlığı), bəzi insanlarda isə qulaq infeksiyası inkişaf edir.\nbəzi xəstələrdə başlanğıc mərhələdə ürəkbulanma, qusma və ishal müşahidə olunur (selektiv ıgm yüksək olduqda)\nbu bakteriya tək tip deyil və təsir etdiyi yerlərdən biri də beyindir. bu səbəbə görə də nevroloji problemlərə də səbəb ola bilər.\nhamısının ortaq nöqtəsi isə ağciyərlərin səthində ağ ləkələr olan pnevmaniya və qızdırmadır.\n\nbu, covid19-da olduğu kimi çıxılmaz, müalicəsi mümkün olmayan bir xəstəlikdirmi?\ncavab:yox,həmdə qətiyyən\nlazımı antibiotik, vitamin, mineral və dəstək ilə müalicə olunur\n\nproblem orasındadır ki, yeganə xəstəlik səbəbi bu bakteriya deyil, əlavə bakteriyalarda var..\nAlt alta yazmağa çalışacam, hələki sağlam qalın -*" | |
}, | |
{ | |
"id": 493, | |
"title": " \n dies irae ", | |
"content": "qəzəb günü. \n\nislamda vəfat etmiş şəxslər üçün oxunan yasin surəsinin, bir növ katolik kilsəsi və anqlikan kilsəsindəki *\ndigər kilsələrdə də belə ənənə mövcud olsa da ritualları və istifadə etdikləri mətnlər fərqlidir\n analoqu - requiem *\nlatınca rahatlıq mənasını verir\n messasının \" sequentia\" adlandırılan hissəsinin tərkibində oxunan, orta əsrlərdə latın dilində kimliyi dəqiq bilinməyən bir müəllif tərəfindən yazılmış, onlarla bəstəkarın - wolfgang amadeus mozart, giuseppe verdidən tutmuş dmitri shostakovich, ennio morriconeyədək musiqi bəstələdiyi, oscar wilde, goethe kimi yazarların öz əsərlərində bəhs etdikləri himn, mətn və ya şeir. \n\nmətnin məzmununda qiyamət günü və ya son mühakimə günü insanın başına gələcək fəlakətlərdən, günahsız insanların necə tanrı tərəfindən hifz olunacağından, günahkarların isə əbədi atəşdə necə yanacağından söz açılır. *\nmətn özü müqəddas kitabın - sefanya, yaradılış kitabı kimi hissələrdən seçilmiş məzmurlar əsasında yazılmışdır.\n mətnin ümumi strukturu 19 ədəd bir-birilə qafiyələnən üçlük misralardan ibarətdir, sadəcə 18-ci və 19-cu bəndlərdə bu ardıcıllıq gözlənilmir. *\nbəzilərinə görə son iki misra fərqləndiyindən, onlar sonradan mətnə əlavə edilmişdir\n mətn üçün bəstələnmiş ən məşhur musiqilər isə mozart və verdiyə məxsusdur. mozartın *\nmozartın vəfatı ilə əlaqədar olaraq əsər yarımçıq qalmış və yarımçıq qalan hissə onun şagirdləri tərəfindən tamamlanmışdır\n kompozisiyasında mətn 6 yerə bölünmüş, hər bir hissə üçün xüsusi musiqi bəstələmişdir: dies irae, tuba mirum, rex tremendae, recordae, confutatis, lacrimosa. \n\n1. Dies Irae\n\n\n\n\n\ndies irae, dies illa,\nsolvet saeculum in favilla,\nteste David cum Sibylla. \n\nO qəzəbli gün, o qorxunc gün,\ngöy və yer küllərə bürünəcək,\nDavid ilə Sybil şahid olacaq.\n\nQuantus tremor est futurus,\nquando iudex est venturus,\ncuncta stricte discussurus!\n\nNecə bir dəhşət ağlı zəbt etməlidir,\nYaxınlaşmaqda olan hakim tapıb,\nbütün bəşəriyyəti əməllərinə görə mühakimə edəndə!\n\n2. Tuba mirum\n\n\n\n\n\nTuba mirum spargens sonum\nper sepulcra regionum,\ncoget omnes ante thronum. \n\nQüdrətli şeypurun ecazkar tonu\nhər qəbrin daşlarını sındıracaq,\nvə hər kəsi taxtın önünə çağıracaq.\n\nMors stupebit et natura,\ncum resurget creatura,\njuidicanti responsura.\n\nölüm və təbiət heyran olacaq,\nməxluqlar yerlərindən qalxıb,\nhakimə cavab verəndə.\n\nLiber scriptus proferetur,\nin quo totum continetur,\nunde mundus iudicetur.\n\nGöndərilmiş kitab önə gətiriləcək,\niçində yazılanlar ilə,\ndünya mühakimə olunacaq.\n\njudex ergo cum sedebit,\nquidquid latet apparebit:\nnil inultum remanebit.\n\nHakim taxtına oturduqda,\nbütün yalanlar üzə çıxacaq,\nheç bir şey cəzasız qalmayacaq.\n\nQuid sum miser tunc dicturus?\nquem patronum rogaturus?\ncum vix iustus sit securus.\n\nBəs yazıq fağır mən nə deyəcəm?\nHansı himayədara yalvaracam?\nO zaman ki, himayədarlar da ədalətdən qaça bilməyəcək.\n\n\n3. Rex tremendae\n\n\n\n\n\nRex tremendae maiestatis,\nqui salvandos salvas gratis,\nsalva me, fons pietatis.\n\nƏzəmətli kral əlahəzrətləri,\nQurtarılmağa layiq olanları qurtaran!\nQurtarın məni, əfvinizə sığınıram.\n\n4. Recordae\n\n\n\n\n\nRecordare Iesu pie,\nquod sum causa tuae viae:\nne me perdas illa die.\n\nYada sal, rəhmli Isa,\nMən xaç yolunun səbəbkarlarındanam:\nO gün məni zəlil etmə. \n\nQuaerens me, sedisti lassus:\nredemisti crucem passus:\ntantus labor non sit cassus.\n\nMəni axtararkən yoruldun,\nÇarmıxa çəkilsən də, xilas etdin:\nQoy əziyyətin əbəs olmasın.\n\nIuste judex ultionis,\ndonum fac remissionis,\nante diem rationis.\n\nIntiqam almaq istəyən hakim\nMəni bağışlasın,\nQiyamət günündən əvvəl.\n\nIngemisco, tamquam reus:\nculpa rubet vultus meus:\nsupplicanti parce Deus.\n\nMən bir günahkar kimi ah çəkirəm:\nGünahım üzümü qızardır:\nIlahi, sənə yalvaran məni qoru.\n\nQui Mariam absolvisti,\net latronem exaudisti,\nmihi quoque spem dedisti.\n\nMəryəmi azad etdin,\noğrunun səsini eşitdin.\nMənə də bir ümid verdin.\n\nPreces meae non sunt dignae:\nsed tu bonus fac benigne,\nne perenni cremer igne.\n\nMənim dualarım sənə layiq deyil,\nAncaq, Ey Tanrı, mənə öz lütfündən bəxş et.\nqoyma məni əbədi atəş yandırsın.\n\nInter oves locum praesta,\net ab haedis me sequestra,\nstatuens in parte dextera.\n\nQoyunların arasında mənə də bir yer ver,\nməni keçilərin arasından çıxar.\nməni doğru tərəfə yerləşdir.\n\n5. Confutatis\n\n\n\n\n\nConfutatis maledictis,\nflammis acribus addictis.\nvoca me cum benedictis.\n\nLənətə düçar olunmuşlar sakitləşib,\nQızğın alovlara məhkum edildikdən sonra,\nMəni əta olunmuşlarla birgə çağır.\n\nOro supplex et acclinis,\ncor contritum quasi cinis:\ngere curam mei finis.\n\nDiz çöküb və əyilib dua etdim,\nQəlbim küllərə qərq oldu:\nSon anımda mənim qayğıma qal.\n\n6. Lacrimosa\n\n\n\n\n\nLacrimosa dies illa,\nqua resurget ex favilla.\niudicandus homo reus:\nhuic ergo parce Deus.\n\nKədər və qorxu ilə dolu olacaq\nÖlüləri oyandıracaq olan o gün.\nTəntənəli bir partlayışla çağrılacaq,\nöz keçmişinə görə mühakimə olunacaq olan hər kəs.\n\nPie Iesu Domine,\ndona eis requiem. Amen.\n\nTanrı bizə mərhəmət et, Isa bizi xoşbəxt qıl,\nÖz işığını və dincliyini bizdən əsirgəmə. Amin.\n\n\nMichelangelo tərəfindən sistine kapellasının divarına çəkilmiş, qiyamət gününü əks etdirən fresko: \n\n\n\n \n \n\n\n\nqeyd.\nmətn latın dilindən ingilis dilinə tərcümə edilmiş hərfi və poetik tərcümələrdən istifadə edilərək azərbaycan dilinə tərcümə edilmişdir. bəzi misralar birəbir eyni mənanı verməyə bilər. \n\nistinadlar.\ndies irae \nrequiem \nthe last judgement" | |
}, | |
{ | |
"id": 494, | |
"title": " \n uncle tom's cabin ", | |
"content": "(bax: tom dayının daxması) \n \nAmerikalı yazıçı *harriet beecher stowe*'nun 1852-ci ildə köləliyə qarşı yazdığı roman. \nKitab çap olunduğu vaxtdan insanlar üzərində təsiri çox böyük oldu, çoxları qul haqlarını müdafiə etməyə başladı. \n1854-cü ildə artıq kitab 60-dan çox dilə çevrilmişdi. elə həmin ildə də köləliyə qarşı üsyanlar başladı və cümhuriyyətçi partiya quruldu. 1860-cı ildə *abraham lincoln*un dövründə köləlik tamamilə ləğv edildi. \ndaha sonra a.lincoln harriet ilə görüşündə \"demək o böyük savaşı başladan kitabın yazıçısı sizsiniz\" deyə müraciət etmişdi.\n\"*Fahrenheit 451*\" romanında kitab haqda \"ağ dərililərin sevmədiyi kitab\" deyə adı çəkilir. \nSözü gedən tom sayı yaşlı bir zəncidir, ailəsi ilə birgə sahiblərinin malikanəsində xidmət edirlər. Lakin borclardan dolayı sahibi onu satmağa məcbur olur, beləcə heç də xoş olmayan hadisələr bir-birini izləyir. \n\nKitabın dili çox sadədir, axıb gedir. 11-ci sinifdə qəbul imtahanına az qalmış kitabxanadan görürüb oxumuşdum 570+ səhifəlik kitabı. indiyə qədər oxuduqlarım arasında mənə ən çox təsir edən romanlardan biridir. \n\nKitab zənci kölələrin çəkdiyi iztirab və çətinliyi göz önündə tutur. necə yaşamaqlarından asılı olmayaraq bütün kölələrin ortaq cəhəti budur - azadlıqları və gələcəkləri yoxdur. mal olaraq alınıb-satılır, sahiblərinə tabe olmağa məcbur olurlar. \n\nUşaq ədəbiyyatına daxil olsa da, böyüklərin də mütləq oxumalı olduğu kitablardan biridir. Yazıçı o vaxtdan deyib *black lives matter*. \n\n(bax: harriet beecher stowe)" | |
}, | |
{ | |
"id": 495, | |
"title": " \n harriet beecher stowe ", | |
"content": "amerikadakı köləlik sisteminin devrilməsində böyük rolu olan, tarxi dəyişdirən yazıçı qadın. \n14 iyun 1811-ci ildə amerikanın *connecticus* ştatında ailənin 7-ci uşağı olaraq doğulub. ailəsi qatı dindar idi, xüsusilə də atası. 4 yaşında anasını itirir və uşaqların qayğısına ataları qalır. harrietin təhsili yaxşı olur, 13 yaşında olarkən, bacısının açdığı hartford qızlar akademiyasına qatılır. burada latınca, italyanca və fransızca öyrənir.\natasının təsiri və öz istəyi ilə 13 yaşından o da qatı dindar olur və həyatını tanrıya adayır. \nilk dəfə 1833-cü ildə bir jurnal üçün hekayə yarışmasına qatıldı və birinci oldu. lakin yazmağa davametmədi və 1836-cı ildə özündən 9 yaş böyük professor(eyni zamanda rahib) olan *calvin stowe* ilə evləndi. evliliyindən 7 uşağı oldu. harriet üçün uşaq böyütmək müqəddəs bir vəzifə və tanrıya xidmət idi. \nailədəki maddi çətinlərdən dolayı harriet yenidən qısa hekayələr yazaraq jurnallara yollayır. həmin dövrlərdə amerikada qaradərili kölələrə qarşı çox haqsızlıqlar olurdu, qul haqları tapdanırdı. buna qarşı 1852-ci ildə yazdığı *uncle tom's cabin* əsəri partlayış oldu. köləliyə qarşı yazdığı bu ağır əsər ilk ilində 300 mindən çox satıldı. \nyazıçı 1896-cı ildə vəfat edib." | |
}, | |
{ | |
"id": 496, | |
"title": " \n ludwig wittgenstein ", | |
"content": "1889-cu ilin aprel ayında avstriyada doğulan məşhur iki uşaqdan biridir. uşaqlardan biri adolf hitler, digəri isə ludwig wittgenstein idi. eyni məktəbdə, eyni sinifdə oxumuş bu iki uşaq hər ikisi birinci dünya müharibəsində vəzifə almışdırlar. ludwig də hitler kimi öz təcrübələrinə istinad edərək ilk kitabını, tractatus logico-philosophicusu yazdı. ömrünün sonlarında yazdığı philosophical investigations adlı əsəri isə ölümündən sonra nəşr edilmişdir. ölərkən isə son sözləri \"söylə onlara, mən gözəl bir həyat yaşadım\" olmuşdur." | |
}, | |
{ | |
"id": 497, | |
"title": " \n wagyu ", | |
"content": "yaponiyada xüsusi qayğıyla böyüdülən mal-qara növü. Belə ki, yapon içki növü olan sake və piyvəylə qidalanırlar. Həmçinin masaj da olunurlar. Bütün bunlara görə bu kayfullaların əti çox bahalıdır.\n (baxma: cavanshiraslan mutfakta)" | |
}, | |
{ | |
"id": 498, | |
"title": " \n tiramisu ", | |
"content": "hazırlanışında savoiardidən və məşhur italyan pendiri olan mascorpone istifadə olunan, kreminin çiy yumurta və mascorponenin olması şərt olan qat-qat xəmirdən hazırlanmış italyan deserti. gələn sayımızda reseptini də yazaram *\nglş" | |
}, | |
{ | |
"id": 499, | |
"title": " \n napaleon tortu ", | |
"content": "bilinənlərin əksinə, adının fransa imperatoru napaleon bonapartın adı ilə əlaqəsi olmayan çərəz.\nbelə ki, bu tortun adı italiyanın neapol şəhərində hazırlanan oxşar şirniyyatın adından götürülüb. fransız dilində \"neapollu\" kimi tərcümə olunan \"napolitain\" sözü müxtəlif dillərə təhrif olunaraq keçir və hazırki şəklini alır." | |
}, | |
{ | |
"id": 500, | |
"title": " \n aldous huxley ", | |
"content": "darvinin iti olan thomas huxleyin nəvəsidir. 20ci əsrin yetirmələrindəndir. ernest hemingway və george orwell kimi iki dünya savaşını da görmüş yazarlardandır. hegemonyaların insanları george orvelin dediyi kimi qadağalarla deyil onlara veriləcək əyləncələrə susduracağına inanmışdır. george orwellin fransız dili müəllimi olmuşdur səhv etmirəmsə. və bu iki böyük ideoloq insanın gələcəyinə və cəmiyyətin hansı şərtlərə idarə olunacağına ya susdurulacağına dair bir-birinin tərsi olan fərziyyələr irəli sürmüşdür. günümüzdə hansının haqlı olduğuna dair iki fərqli görüş ortaya çıxmışdır. təməl olaraq orvelə idealist, huxleyə isə realist olaraq baxa bilərik bəlkə də. zira huxley insanın susdurulmağa ehtiyacı olmadığını, onun onsuz da sustuğunu ya da bir susdurucu axtardığını müdafiə etmişdir. enternasyonalist orvel kimi huxley də bərabər cəmiyyət xəyal etmiş ancaq sanki bunun olmayacağına inanmış kimidir. \nikisi arasındaki ideoloji fərqi buradan daha aydın görə bilərsiniz .\n ada və cəsur yeni dünya kitabları ilə yaradıcılığının pik nöqtəsinə çatmış hesab olunur.\n22 noyabr 1963də j.f kennedy ilə eyni gündə gözlərini dünyaya yumduğu gün son istəklərindən biri ölmədən dadına baxmaq istədiyi lsd olmuşdur. lsd istifadə etdikdən sonra bizi tərk etmədən psychedelic qavramını da ortaya atmışdır. bəzi qaynaqlarda sırf bu səbəblərdən beat generationun, beat axımının təmsilçilərindən biri olaraq bildirilir, bildirilmək istənilir, ki məncə bu böyük bir haqsızlıqdır. keraucla, gingsberglə huxleyi eyni yerə qoymaq.\n\n \"yirmi il sonra, bundan yirmi il sonra, etdiklərin üçün deyil, etmədiklərin üçün kədərlənəcəksən\nbuna görə də, səhvlərini anla, təhlükəsiz limandan uzaqlara yelkən aç\nrüzgara çat, axtar, xəyal et, kəşfet.\"" | |
}, | |
{ | |
"id": 501, | |
"title": " \n thomas huxley ", | |
"content": "1800cü illərdə yaşamış ingilis bioloq. darvinin iti olaraq da tanınır. darvinin yaxın dostu olub və onun fikirlərini müdafiə etmək üçün həmişə fikirlər irəli sürüb. buna görə də bir növ darvinin vəkili vəya iti olaraq bilinib. güclü və iti zəkaya sahib olub. mənə görə dünyaya bəxş etdiyi ən gözəl şey infinite monkey theorem olaraq bilinən sonsuz meymun teoremidir. aqnostizm ifadəsini dünyaya bəxş etdikləri arasında saymasaq da olar çünkü o vaxta qədər bu fikir onsuz da mövcud idi o sadəcə ad verib.\nbizə teoremdən sonra verdiyi ən dəyərli şey isə bəlkədə öldüyü ildən bir ill əvvəl dünyaya göz açmış nəvəsi olan aldous huxley idi. bizi buraxıb gedərkən genlərini daşıyan nəvəsini varis olaraq qoyub gedirdi darvinin buldoqu." | |
}, | |
{ | |
"id": 502, | |
"title": " \n call of duty: black ops ", | |
"content": "(baxma: black ops)\n\ntreyarch tərəfindən hazırlanan və activision tərəfindən satılan call of duty seriyasının 7-ci oyunu. istehsalçılar oyunun daha yaxşı olması üçün viyetnam müharibəsində iştirak etmiş bir abş əsgəri və keçmiş speçnazın yardımından istifadə etmişlər.\n\noyun əsas qəhrəman alex mason, onun silahdaşları frank woods və cia agenti jason hudson, həmçinin call of duty: world at war oyunundan tanıdığımız viktor reznov ətrafında cərəyan edir.\n\nalex mason, jason hudson və viktor reznov oynanabilən obrazlardır.\n\noyunun hekayəsi 1961-68-ci illər arasında, kuba, vietnam, laos, ssri, abş kimi ərazilərdə keçir. baş qəhrəmanımız alex mason naməlum bir yerdə əlləri bağlı şəkildə naməlum insanlar tərəfindən sorğu-sual edilir. alex bu müddət ərzində keçirdiyi əməliyyatları xatırlayır.\n\noyun ərzində qəhrəmanımız o dövrki abş prezidenti john f. kennedy və müdafiə naziri robert mcnamara ilə belə görüşür.\n\n\n--spoiler--\noyunun sonunda masonun jfk-nin suiqəsdə uğradığı gün dallasda olduğu ilə bağlı video göstərilir. burda mason oswald adlı şəxsin adını çəkir *\nlee harvey oswald\n, 11-22, texas və 6.5 millimetr *\n12 noyabr. jfk-nin suiqəsd günü, yeri və kennedy-yə atılan güllənin kollibri\n deyir. həmçinin dragovich ölərkən mason ona sən mənə öz prezidentimi öldürtməyə cəhd etdin! *\nyou tried to make me kill my own president!\n deyir. dragovich isə cəhd etdim?! *\ntried?!\n deyir və gülümsəyir. bu masonun jfk-ni bir başa öldürməsə də onunla əlaqəsi olduğunu göstərir.\n--spoiler--\n\n\n(bax: call of duty: black ops 2)\n(bax: call of duty: black ops 3)" | |
}, | |
{ | |
"id": 503, | |
"title": " \n colt python .357 magnum revolver ", | |
"content": "the walking dead'in baş qehremanı rick grimes'ın istifade elediyi efsane revolver tapança.\n\nxırda araşdırmama göre qiymet aralığı 2500-8000 dollar arasındadı. wikipedia'ya göre 1955-ci ilde piyasaya sürülüb. lülelerinin uzunluğu ferqlidi. serialdakı fena deyil. ağırlığı 1,1 kg -1,4 kg arasında deyişir. üretimi 2005-ci ilde durdurulub. \n\nElvis presley'in kolleksiya elediyi silah imiş hetta.\n\nsilahın ağır olması dezavantajı imiş.\n\n(youtube: )\n\t\t \n\t\t \n\t\t \nhttp:\/\/prntscr.com\/9uocdj\nhttp:\/\/walkingdead.wikia.com\/wiki\/Colt_Python\n\nnot: barabanının neçe gülle tutduğunu tapa bilmedim. bilen olsa bizi işıqlandırsın entry-ni editliyim.\n\nMüdafie senayesi heveskarı momoko reisden gelen bilgiye göre baraban 6 gülle tuturmuş. Zirvesin aga." | |
}, | |
{ | |
"id": 504, | |
"title": " \n hürufilik ", | |
"content": "xiv əsrin sonu və xv əsrin əvvəllərində azərbaycanda, anadoluda və qərbi iranda yayılan ən böyük sufi təriqətidir. hüruf sözü ərəb dilində \"hərflər\" mənasını verir. bu təriqətin əsas ideyası quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir.\nhərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşcə azərbaycan türklərindən olan şəhabəddin fəzlullah astrabadi nəimidir (1339-40\/1394). 1386-cı ildə öz təlimini təbrizdə elan etmiş, daha sonra isfahanda bu fikri sistemi yaymağa başlamışdır. uzun müddət bir mağarada inzivaya çəkildikdən sonra fəzlullah özünün hz.mehdi olduğunu iddia etmişdir. ətrafındakı yeddi inanlmış xəlifəsi və daha sonra çoxsaylı tələbəsi ilə yeni inancın təbliğinə başlamışdır. qısa müddətdə müxtəlf ictimai təbəqələrdən olan insanlar bu yeni axının ətrafında toplanmağa başlamışdır.\nanadoluda olduqca çox yer dolaşan və uzun müddət qalan imadəddin nəsiminin bir çox insanı hürufiliyə cəlb etməsi şəksizdir. \nhürufilikdə quranın təhlili və yozumu saylar üstündə qurulmuşdur. bu təriqət şiə təmayüllü olsa da, yaranışından etibarən istər şiə, istərsə də sünni məzhəbinin daşıyıcıları arasında tərəfdar tapmış, xüsusilə təsəvvüf vasitəsi ilə ədəbiyyata və digər təriqətlərə təsir etmişdir.\nhürufiliyə görə kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. \nhürufiliyin azərbaycanda ilk təşkilatlanması xiv əsrin sonlarında başlamışdı. onların fəlsəfi dini qaynaqları orta və yaxın şərqin fəlsəfəsindən bəhrələnmişdir. azərbaycan ərazisinə daxil olaraq nəimi, nəsimi, sururi, əli-ül əla kimi nümayəndələr tapan hürufilik ərazi baxımından da sərhədlənməmişdi. hürufilik təriqəti geniş bir ərazini (iran, azərbaycan, suriya, osmanlı) əhatə edirdi. hürufilərin əsas nümayəndələri kəndlilər və şəhər ziyalıları idi.\nhürufilər öz ideyalarını yaymaq üçün öz əraziləri ilə kifayətlənmir, islam şərqinin müxtəlif ölkələrinə səyahətlər edir, tələbələrinin sayını artırırdılar.\nhürufiliyin tarixi cəhətdən yaranmasına ehtiyac o idi ki, şərq dünyası iki yüz il monqolların işğalı altında qalmışdı. bu zaman meydana çıxan həyəcan və çıxışlar həm ölkədə ağalıq edən feodallara, həm də ortodoksal islam ideyasına qarşı çevrilmişdi.\nhürufilik yaxın və orta şərq şəhərlərinə xas ideyadır və xalqın maraqlarını ifadə edirdi. \nhürufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edir. hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. hürufilər belə başa düşürdülər ki, insan özü tanrıdır və ya insanlar allahın vücudundan qopmuş parçalardır. yalnız kamil insan (allahın vücudunun bir parçası) yenidən allaha qovuşacaqdır. bu o zaman baş verir ki, insan yaradılışın ən yüksək səviyyəsinə çatır. hürufiliyin ilk elementlərinə fəlsəfənin yarandığı vaxtlarda da təsadüf edilir.\nhürufiliyin qurucusu fəzlullah nəimiyə görə, təsəvvüfçülərin də göstərdiyi kimi allah gizli bir xəzinədir. hər şeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. gizli bir xəzinə olan allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. səsin kamilliyi kəlam, yəni sözdür. kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. bu ünsürlər ərəb və fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərfdir.\nkainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. fəzlullaha görə kainat səslərlə doludur. səslərin isə kamil forması sözdür.\nhürufilik azərbaycanda, ümumiyyətlə şərqdə özündən sonrakı bütün təriqətlərə təsir göstərmiş ən böyük cərəyanlardan biri olmuşdur. \nhəmin dövrdə sufizmin və ümumiyyətlə, perpatetizmin poeziyada təzahürünün ən gözəl nümunələrini m. füzuli yaratmışdır. füzuli qədim yunan və şərq fəlsəfəsi ilə tanış idi. onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı \"mətləül-etiqad\" əsərində əksini tapmışdır. füzuli burada qərb filosoflarından aristotel, platon, sokrat, empedokl, demokrit, pifaqor və s., şərq filosoflarından isə farabi, nəzzam, ibn sina n. tusi və s. kimi filosofların adını çəkmiş, onların fikirlərindən, irsindən təsirlənmişdir. füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.\nfüzulinin fikrincə, mütəkəllimlərin mövqeyini qəbul etmək vacib varlığın isbatına mane olunmur. belə ki, o, peripatetik fəlsəfədəki vacib və mümkün varlıqları ilk səbəb ilə nəticə kimi deyil, xaliq ilə məxluqat timsalında götürmüşdür. peripatetik fəlsəfəyə uyğun on əql nəzəriyyəsindən söhbət açan m.füzulu on əqldən doqquzunun göyləri, birinin isə insaı idarə etdiyini yazır və beləliklə,insani əqlin dərəcələrini müəyyən etmişdir.\n--sitat--\n\n\n(bax: imadəddin nəsimi)\n\nsifariş verən: uzuncorab hippi--sitat--" | |
}, | |
{ | |
"id": 505, | |
"title": " \n circadian clock ", | |
"content": "(baxma: bioloji saat)\n\ngündəlik həyatımıza təsir edən bir neçə ritm var; ultradian, infradian, sirkadian və sirkannual. sirkadian saat dediyimiz günlük ritmlərdən ibarətdir. (zatən mənası `circa` təqribi, `dies` günlük yəni təqribi günlük deməkdir) sirkadian beyində ön hipotalamusda yerləşən suprakiazmatik nüvənin nəzarətindədir. bu bioloji saat insan orqanizminin ətrafa uyğunlaşmasına və s. kömək edir. (qan təzyiqi, nəbz, qan şəkəri kimi bir çox faktor bu saat tərəfindən tənzimlənir) bu saat dörd gendən ibarətdir. bu dörd gendən ibarət sirkadian saatın bir çox funksiya ilə bərabər eyni zamanda dna təmir mexanizminidə idarə etdiyini ortaya qoyan şəxs aziz sancar və birlikdə çalışdıqları dr. nuri öztürkdür. kəşfə görə xərçəng müalicəsi üçün aparılan kemoterapiya müalicəsi əgər ki dna təmir mexanizminin ən düşük səviyyədə işlədiyi vaxtlarda tətbiq olunsa daha effektiv olar. bioloji saat dediyimiz sirkadian dna təmir mexanizminə nəzarət edirsə deməli bu mexanizmin ən düşük səviyyədə işlədiyi vaxtları təxmin edə bilərik. başdan başlayaq;\n\ndna təmir mexanizmi nədir? ümumiyyətlə xərçəngin bunlarla nə əlaqəsi var?\n\nhüceyrələrin anormal şəkildə və nəzarətsiz olaraq çoxalıb, böyüməsi xərçəng xəstəliyidir. bu hüceylər `koloniya` qurub xalq dilində desək `şişləri` yaradırlar. (baxma: tumor) hüceyrəlin bu anormal bölünmə və çoxalmasına dəqiq nələrin səbəb olduğu bilinmir ancaq risk faktorları olaraq əsasən kimyəvi maddələr, radiasiya, normadan çox rentgen şüası və s. göstərilir. xərçəng hüceyrələrini yox etmək üçün yəni xəstəliyin müalicəsi üçün kemoteripyadan istifadə olunur. kemoterapiyanın məqsədi xərçəng hüceyrələrini məhv etmək, böyümə və çoxalmasının qarşısını almaqdır. kemoterapiya müalicəsi oral, damar, topikal kimi bir neçə yolla aparılır. kemoterapiya müalicəsi zamanı xəstəlikli hüceyrələrlə yanaşı sağlam hüceyrələrdə zərər görür və bu səbəblə xəstənin saçları tökülür, qusma, halsızlıq və s. kimi ciddi əks-təsirlər müşahidə olunur. kemoterapiyanın işləmə prinsipi xərçəngli hüceyrələrin dna`sını pozub onları məhv etməkdir. ancaq burda başqa bir problem işə düşür; bayaq dediyimiz dna təmir mexanizmi. kemoterapiyanın dna`sını pozub öldürməyə çalışdığı xərçəng hüceyrələrini bu dna təmir mexanizmi yenidən təmir edir *\nparadoksa bax\n dna təmir mexanizmi genləri iki alt qrupu ayrılır və bu genlərin təmir mexanizmi özü beş qrupa ayrılır; birbaşa zədəli dna nın təmiri (fotoreaktivasiya, 0-6 və biridə var idi adını dəqiq bilmirəm), ekzisiya (base ekzisiya təmiri - ber, nucleotide ekzisiya təmiri - ner, mismatch ekzisiya təmiri - mer), rekombinasiya təmiri, sos deyə adlanan təmir. (bunlardan nucleotide olanının xərçəng və müalicəsi ilə sıx əlaqəsi var, sonra danışarıq bundan -* )\n\nnə isə. kemoterapiya ilə dna sı pozulan xərçəng hüceyrəsi dna təmir mexanizmi tərəfindən təmir olunur. indi bu təmir mexanizminə biyoloji saatımızın- sirkadiyan ritm dediyimiz şeyin nəzarət etdiyini bayaq öyrəndik. günün müəyyən vaxtlarında həmin bu dna təmir mexanizmi daha düşük, müəyyən saatlarda isə daha sürətli işləyir. burda dr.sancar və araşdırma qrupunun kəşfi ilə desək əgər kemoterapiya bu biyoloji saata uyğun aparılsa yəni dna təmir mexanizminin zəif işlədiyi vaxtda tətbiq olunsa həm kemoterpiya dozu azalacaq həm də müalicə daha effektiv olacaq. belə deyək; əgər bir şirkətə silahlı basqın etmək istəyiriksə və mühafizəçilərin həmişə qapıda olduğunu, heç vaxt qapıdan ayrılmayacaqlarını biliriksə deməli bir şansımız var; mühafizəçilərin ən yorğun, zəif anında basqın etmək. eynisilə dna təmir mexanizminin həmişə ayıq olduğunu bilirik və ona ritmik, biyoloji saatın köməkliyi ilə ən zəif, düşük olduğu anda hücum edəcəyik -*\n\naziz sancar belə bir dahi metod ilə xərçənglə mübarizə üçün bəşəriyyəti nə qədər qabağa sürüklədi və layiq olduğu mükafatı aldı -* nə qədər ümidsiz insana verdiyi ümid üçün ilk öncə özünə, sonra onun bu araşdırmalarına 25 milyon dollar ayıran amerika elminə, sonra isə sancarı yetişdirən cumhuriyyət və qurucusu atatürkə təşəkkür düşür -*" | |
} | |
] | |
--- CHUNK 13 END --- |
Sign up for free
to join this conversation on GitHub.
Already have an account?
Sign in to comment